DAĞLIQ

1. прил. дагълар гзаф авай; дагъдин; дагълух; dağlıq yerlər дагъдин чкаяр; 2. сущ. дагъдин чка; дагъ, сув.
DAĞLI²
DAĞLILIQ
OBASTAN VİKİ
Asiya dağlıq kələzləri
Laudakia (lat. Laudakia) — heyvanlar aləminin pulcuqlular dəstəsinin kələzlər fəsiləsinə aid heyvan cinsi. Əvvəllər bu cins Afrika cinsləri olan Acanthocerus və Stellio daxil edilirdi.
Dağlıq Qarabağ münaqişəsi
Qarabağ münaqişəsi — Azərbaycan və Ermənistan arasında Qarabağ və Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan əraziləri üzərində baş vermiş etnik münaqişə və ərazi mübahisəsi. Münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır. 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı münaqişəni kəskin şəkildə qınamış və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırmışdır. Əfqanıstan, Ukrayna, Pakistan, Türkiyə və Şimali Kipr Türk Respublikası isə Azərbaycana dəstək olduqlarını bildirmişdir. 29 sentyabr tarixində BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar təcili iclas keçirmişdir. Rusiyanın vasitəçiliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənən və həm Ermənistan həm də Azərbaycan tərəfindən qəbul edilən humanitar atəşkəs rəsmi olaraq 10 oktyabr tarixində qüvvəyə minsə də, Ermənistan Silahlı Qüvvələrinin mülki vətəndaşları hədəfə alan terror aktları nəticəsində atəşkəs yenidən pozulmuş, yaralıların və məhbusların mübadiləsi dayandırılmışdır. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.
Dağlıq Qarabağ separatçıları
Qondarma Dağlıq Qarabağ Respublikası (erm. Լեռնային Ղարաբաղի Հանրապետություն, translit. Lernayin Ğarabaği Hanrapetut’yun) və ya rejimin özünü adlandırdığı kimi Artsax Respublikası (erm. Արցախի Հանրապետություն) — Beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasına aid, Cənubi Qafqazda dənizə çıxışı olmayan və Ermənistan Respublikası, Rusiya Federasiyası və Erməni Diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan keçmiş dövlət. 1991–2024-cü illər arasında tanınmamış respublika keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bəzi hissələrinə, o cümlədən mərkəz Xankəndinə nəzarət edirdi. Onun Ermənistana yeganə quru yolu eni 5 km olan Laçın dəhlizindən keçirdi. Rəsmi olaraq 10 noyabr 2020-ci ildə üçtərəfli atəşkəs bəyannaməsinə əsasən böyük hissəsində Azərbaycan Respublikası suveren nəzarəti bərpa etmişdir, bir hissəsinə isə Rusiya sülhməramlı qüvvələri nəzarət edir. 28 sentyabr 2023-cü ildə qondarma respublikanın "prezidenti" Samvel Şahramanyanın imzaladığı fərmana əsasən, 1 yanvar 2024-cü ildən etibarən idarə fəaliyyətində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilir və qondarma rejim fəaliyyətini dayandırır. == Qondarma rejimin elanı == 10 dekabr 1991-ci ildə azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum nəticəsinə görə "müstəqillik qərarı" alınmış və 6 yanvar 1992-ci ildə də "müstəqillik" rəsmən elan edilmişdir. Lakin Ermənistan Respublikası daxil, heç bir ölkə və ya beynəlxalq qurum qondarma rejimin müstəqilliyini tanımamışdır.
Dağlıq Altay dilləri
Dağlıq Altay dilləri və ya Mərkəzi Altay dilləri, ənənəvi olaraq Altay dili — bir qrup qohum türk dilləri. 2010-cu il ümumrusiya əhalinin siyahıya alınmasına görə Rusiyada 55 720 nəfər Altay dillərini ana dili hesab ediblər. == Təsnifatı == Eyni zamanda, "Dağlıq Altay" adı elmi ədəbiyyatda nə formal, nə də ümumi şəkildə tanınır və ənənəvi olaraq bu dillər Altay dilinin dialektləri və ya dialekt qrupları kimi qəbul edilir. Bundan əlavə, Nikolay Baskakovun geniş yayılmış təsnifatına görə, onlar türk dillərinin müxtəlif alt qruplarına aiddir (Baskakov Cənubi Altay dialektlərini qırğız-qıpçaq dillərinə əlaqələndirir). Oleq Mudrak öz təsnifatında (2002) "Altay dili" və "Altay dilləri və dialektləri" terminlərindən istifadə etmişdir. Lars Yohanssonun təsvirinə əsaslanan Qərb ədəbiyyatı adətən bu takson üçün Altay türkcəsi terminindən istifadə edir. "SİQTAY. Prototürk dil əsası. Dilə görə prototürk etnosu dünyasının mənzərəsi" nəşrində və A. V. Dıbonun "Erkən türklərin linqvistik əlaqələri. Leksik fond" kitabında "Mərkəzi Şərq dilləri" termini təqdim olunur.
Dağlıq Livan əmirliyi
Dağlıq Livan əmirliyi və ya Cəbəl-Lübnan əmirliyi (ərəb. إِمَارَة جَبَل لُبْنَان‎) — 1516-cı ildən 1840-cı ilə qədər indiki Livanın cənubundakı dağlıq vilayətlərdə mövcud olmuş əmirlik. == Tarixi == Osmanlı sultanı I Səlim Mərcidabık döyüşündə döyüşündə məmlükləri məğlub etdikdən sonra Məən sülaləsindən I Fəxrəddinə Livanın cənubunda torpaqlar vermişdir. Bu torpaqlarda əmirlik yaradılmışdır. I Fəxrəddin Bab-ı Ali vassalı idi və sultan üçün vergi toplamaq üçün onun ərazisində vəzifələr yerinə yetirirdi. I Fəxrəddin və II Fəxrəddin ilkin əmirliyin ərazisini xeyli genişləndirdilər. Məənilər 1516-cı ildən 1697-ci ilə qədər Cəbəl-Lübnanda hökmranlıq etmişdilər. Həmin il bu sülalənin sonuncusu Əmir Əhməd kişi övladı olmadan vəfat etmişdir. Bundan sonra əmirliyin vassalları Heydər Şihabı yeni əmir seçmişdilər. Şihab sülaləsi 1697-ci ildən 1840-cı ilə qədər əmirliyi idarə etdi.
Dağlıq Qarabağ Bəyannaməsi
Dağlıq Qarabağ Bəyannaməsində (və ya Azərbaycan Respublikası, Ermənistan və Rusiya Federasiyasının Bəyannaməsi) 2008-ci il noyabrın 2-də Moskva vilayətindəki Meyendorf qəsrində imzalanmış bəyannamə. Bəyannamədə Azərbaycan və Ermənistan prezidentləri “məsləhətləşməyə töhfə vermək və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri və normaları əsasında və qəbul olunmuş qərar və sənədlər çərçivəsində siyasi həlli yolu ilə Cənubi Qafqazda daha sağlam vəziyyətin yaradılması və regional sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi" niyyətlərini bəyan ediblər. 29 noyabr 2007-ci il tarixli Madrid prinsipləri və sonrakı müzakirələr fonunda ATƏT-in Minsk qrupunun vasitəçilik səylərinin davam etdirilməsinin vacibliyi bir daha təsdiqləndi. Tərəflər “bütün aspektləri və mərhələləri üçün hüquqi məcburi beynəlxalq təminatla müşayiət edilməli olan sülh yolu ilə nizamlanmaya nail olmaq” barədə razılığa gəliblər.
Dağlıq Borçalı
Dağ Borçalı — qədim Borçalı mahalının yüksək dağlıq zonası. Borçalı mahalının əsasən Ermənistan SSR-in tərkibində qalan hissəsini ehtiva edir. == Tarix == 1918-ci ilin dekabrında baş vermiş erməni-gürcü müharibəsindən sonra Borçalı mahalı 2 yerə parçalanmış, Dağ Borçalı Ermənistan SSR-ə verilmiş Aran Borçalı isə Gürcüstanda qalmışdır.. 30-cu illərdə Kalinino , Cəlaloğlu (Stepanavan), Noyemberyan və Allahverdi (hazırkı Alaverdi ) rayonlarına parçalanmışdır. Dağ Borçalı hazırda Ermənistanda Lori ( Loru-Pəmbək ) və Tavuş adlı əyalətlərin tərkibinə qatılmışdır. == Coğrafiyası == Ermənistanın şimal-şərqində yerləşən Dağ Borçalı Qaraxaç silsiləsi (indiki Cavaxet silsiləsi) və Ağlağan dağları (indiki Bazum silsiləsi), eləcə də Ermənistanın Gürcüstan və Azərbaycan Respublikaları ilə sərhəd xətti ilə hüdudlanır.
Dağlıq Qarabağ
Dağlıq Qarabağ — Azərbaycan Respublikasının cənub-qərb bölgəsi olan Qarabağın dağlıq hissəsi. Dağlıq Qarabağ Azərbaycanın mərkəzi hissəsində yerləşir. Sovet hakimiyyəti dövründə burada ərazisi 4,4 min km², yaxud Azərbaycan Respublikasının ümumi ərazisinin 5,1 faizini təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. 1970-ci ildə aparılmış siyahıyaalmaya əsasən Dağlıq Qarabağ Muxtar Vilayətinin 150.313 nəfər əhalisi olmuşdur. Vilayətin tərkibinə Əsgəran rayonu, keçmiş Ağdərə rayonu, Xocavənd rayonu, Şuşa rayonu və vilayət tabeli Xankəndi şəhəri daxil idi. Tarixən Qafqaz Albaniyasının (Arranın), Qarabağ xanlığının, Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olmuşdur. Dağlıq Qarabağın əhalisini 19-cu əsrin əvvəllərinə qədər azərbaycanlılar təşkil etmişdir. 1820-ci ildən başlayaraq ermənilər Azərbaycana, xüsusilə bu bölgəyə kütləvi şəkildə köçürülmüşdür. Ermənidilli mənbələrdə bölgənin adı "Artsax" kimi işlənir. Amma maraqlı olan odur ki, bu sözün də kökü Azərbaycana, türklərə gedib çıxır.
Dağlıq dazısı
Dağlıq dazısı (lat. Hypericum montanum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Adenosepalum montanum (L.) Fourr.
Dağlıq kenqurusu
Dağlıq kenqurusu (lat. Macropus bernadus) — kenquru cinsinə aid heyvan növü.
Dağlıq mahalı
Dağlıq mahalı — Gəncə xanlığının mahallarından biri. == Mahal haqqında qısa bilgi == Sahəsi - Əhalisi - Yaranması — 1747-ci il Paytaxtı— Sərhədləri — == Mahalın tarixi == 1831-ci ildə dairədə keçirilmiş kameral təsvir sənədləri Yelizavetpolun 6 mahaldan ibarət olmasını qeyd edir; Dağlıq mahalı-dairənin cənub-qərbində, Gəncə dağlarında yerləşir.
Dağlıq öküzotu
Dağlıq öküzotu (lat. Arnica montana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin öküzotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Dağ öküzotu çoxillik ot bitkisidir. Kökümsovu sürünən, üfüqi budaqlanan, uzunluğu 15 sm-ə qədər, xarici tərəfdən qəhvəyi və ya tünd-qəhvəyi olub, çoxsaylı sapşəkilli kökü vardır. Kökümsovu 1–2 sm dərinlikdə və ya səthdə yerləşir. Yarpaqları qarşı-qarşıya, oturaq, bütövkənarlı, tərsyumurtaşəkilli, yuxarı hissədən dəmir parıltılı, aşağı hissədən çılpaq, uzunluğu 15–17 sm olmaqla, iri çətirlərdən ibarətdir. Gövdəsi tək (bəzən 2–3), hündürlüyü 60 sm-ə qədər, düzgövdəlidir. Çiçəkləri zəngşəkilli, ikicərgəli, yarpaqlarının forması uzunsov-neştərvari, rəngi isə yaşılımtıl-bozdur. Kənar çiçəkləri 14–20 dilcikli və 3 dişciklidir. Orta çiçəkləri boruşəkilli, ikicinsli və çoxsaylıdır.
Dağlıq ölkə
Dağlıq ölkə — Yer kürəsinin bir neçə min kilometr məsafədə, dəniz səviyyəsindən çox yüksəklikdə yerləşən mürəkkəb konfiqurasiyalı səthi. Konkret sərhəddi və coğrafi adı var (məsələn, Alp, Qafqaz, Altay və s.
Dağlıq Şirvan
Dağlıq Şirvan iqtisadi rayonu — tərkibinə Ağsu, İsmayıllı, Qobustan və Şamaxı inzibati rayonları daxildir. Dağlıq Şirvan iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Şamaxıdır. İqtisadi rayon şimaldan Quba-Xaçmaz, qərbdən Şəki-Zaqatala, cənubdan Aran, şərqdən isə Abşeron iqtisadi rayonları ilə həmsərhəddir. İqtisadi rayonun relyefi dağlıq və düzənlik əraziyə bölünür. Regionun iqlimi çox müxtəlifdir, yüksək dağlıq hissələr rütübətli olmaqla mülayim soyuq iqlim şəraitinə malikdir. Düzənlik hissənin iqlimi isti və quraqdır. İqtisadi rayonun ümumi sahəsi 6,06 min kv. km, əhalisi 270,2 min nəfər olmaqla, ümumi ölkə ərazisinin 7%-ni, əhalisinin isə 3,2%-ni təşkil edir. Respublikanın digər iqtisadi rayonları ilə müqayisədə Dağlıq Şirvan iqtisadi rayonunda əhali nisbətən zəif məskunlaşmışdır. Əhalinin orta sıxlığı hər kv.
Dağlıq Şor
Dağlıq Şor (rus. Горная Шория, şor. Tağlığ Şor), Kemerovo vilayətinin cənubunda Altay, Sayan və Aba-Tura Aladağı (Alatau) qovuşan yerdə dağlar və meşələrdən ibarət (Tayğa) bölgə. Məşrut olaraq, bölgəni Altay Dağ sisteminə salmaq olar. Şoran öz adını bu yerdə tarix boyu dəmirçilik ilə məşğul olan və o işə görə Sibirdə peşəkar bilinən azsaylı bir türk xalqı Şorlardan (keçmiş adı Aba-Tura tatarları) aldı.
Dağlıq Ermənistan Respublikası
Dağlıq Ermənistan Respublikası (erm. Լեռնահայաստանի Հանրապետութիւն, translit. Leřnahayastani Hanrapetutyun) — indi ki Ermənistanın Vayots dzor və Sünik mərzlərini, eləcə də Azərbaycan Respublikasına daxil olan Naxçıvan Muxtar Respublikası və Qarabağın qərbini əhatə edən, tanınmamış antibolşevik dövlət. Bu dövlət 1921-ci ilin aprel ayında baş tutan Fevral üsyanının yatırılmasından sonra hərbi komandir və siyasətçi Qaregin Njde ilə onun müttəfiqləri tərəfindən yerli partizan qüvvələrinin dəstəyi ilə qurulmuşdur. Dövlət həmin ilin iyul ayının ortalarında süquta uğramışdır. == Tarixi == Ermənistan Demokratik Respublikasının Qızıl Ordu tərəfindən işğal edilməsindən sonra daşnaklar 18 fevral 1921-ci il tarixində İrəvan şəhərində antisovet qiyamına rəhbərlik edilər və hakimiyyəti ələ keçirirlər. Daşnaklar İrəvan və ətraf bölgələri təxminən 42 gün nəzarətdə saxlaya bilir, 1921-ci ilin aprel ayınca sayca üstün olan Qızıl Ordu qoşunları tərəfindən məğlub edilirlər. Üsyan liderləri daha sonra Zəngəzur bölgəsinə çəkilirlər. 26 aprel 1921-ci il tarixində, Tatev monastırında keçirilmiş II Ümumzəngəzur qurultayında Dərələyəz, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin Dağlıq Ermənistan Respublikası adı altında müstəqilliyi elan edilir. Bu dövlətin adı 1 iyun 1921-ci il tarixində Ermənistan Respublikası olaraq dəyişdirilir.
Dağlıq Qarabağ (1948)
Dağlıq Qarabağ — 1948-ci ildə çəkilmiş film. == Məzmun == Film Dağlıq Qarabağ Muxtar Vilayətinin 25 illiyinə həsr olunmuşdur.
Dağlıq Qarabağ (1977)
Dağlıq Qarabağ — 1977-ci ildə çəkilmiş film. == Məzmun == Televiziya filmi Dağlıq Qarabağ Muxtar Vilayətinə, onun tarixinə, sakinlərinə, mədəni həyatına, sənaye və kənd təsərrüfatına həsr olunmuşdur.
Dağlıq Qarabağ (dəqiqləşdirmə)
Dağlıq Qarabağ — Azərbaycan Respublikasının qərb bölgəsi. Dağlıq Qarabağ (film, 1948) — Azərbaycan filmi. Dağlıq Qarabağ (film, 1977) — Azərbaycan filmi.
Dağlıq Qarabağ Müharibəsi
Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsi. Keçmiş DQMV-də Ermənistan ilə birləşmək istəyən separatçı hərəkatının tələbi 1988-ci ildə nisbətən dinc şəkildə başlasa da, növbəti aylarda SSRİ dövlətinin süqutunun yaxınlaşması səbəbindən fərqli istiqamətdə vüsət alaraq, etnik azərbaycanlılar ilə ermənilər arasında getdikcə böyüyən şiddətli münaqişəyə çevrilmiş və hətta etnik təmizləmə iddialarına səbəb olan qanlı toqquşmalarla müşayiət olunmuşdur. Baş verənlərin fonunda, keçmiş SSRİ respublikaları olan Azərbaycan və Ermənistan 1988-ci ildən başlamaqla Dağlıq Qarabağın yüksəkliklərində uzun və elan edilməmiş müharibə aparırdı. Azərbaycanın ilk vaxtlarda əsas məqsədi separatçı hərəkatı məhv etmək, Ermənistanın niyyəti isə Azərbaycanın beynəlxalq çərçivədə tanınan ərazilərinin bir hissəsini ilhaq etmək idi. Bu zaman kəsiyində, DQMV-nin yerli parlamenti DQMV-nin Ermənistanla birləşdirilməsinin lehinə səs verib, referendum keçirdi. Dağlıq Qarabağın azərbaycanlı əhalisinin referendumu boykotuna baxmayaraq erməni əsilli seçicilərin əksəriyyəti sözügedən aktın lehinə səs verərək münaqişənin yeni qarşıdurmalar fazasına keçid etməsini sürətləndirdi. Azərbaycandan ayrılmaq haqqında bəyənnamə bu torpaq münaqişəsinin son nəticəsi olmuşdur. Azərbaycan SSR-dən müstəqilliyini elan etdikdən sonra Qarabağ ermənilərinin əksəriyyəti, Azərbaycandan çəkilmək qərarına gəlmiş və qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini elan etmişdirlər. Tərəflər arasında genişmiqyaslı döyüşlər 1992-ci ilin qışında başlamışdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi bir neçə təşkilat, tərəflər arasındakı münaqişənin həllinin sonunu gətirmək istəsə də, cəhdlər uğursuz olmuşdur.
Dağlıq Qarabağ Respublikası
Qondarma Dağlıq Qarabağ Respublikası (erm. Լեռնային Ղարաբաղի Հանրապետություն, translit. Lernayin Ğarabaği Hanrapetut’yun) və ya rejimin özünü adlandırdığı kimi Artsax Respublikası (erm. Արցախի Հանրապետություն) — Beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasına aid, Cənubi Qafqazda dənizə çıxışı olmayan və Ermənistan Respublikası, Rusiya Federasiyası və Erməni Diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan keçmiş dövlət. 1991–2024-cü illər arasında tanınmamış respublika keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bəzi hissələrinə, o cümlədən mərkəz Xankəndinə nəzarət edirdi. Onun Ermənistana yeganə quru yolu eni 5 km olan Laçın dəhlizindən keçirdi. Rəsmi olaraq 10 noyabr 2020-ci ildə üçtərəfli atəşkəs bəyannaməsinə əsasən böyük hissəsində Azərbaycan Respublikası suveren nəzarəti bərpa etmişdir, bir hissəsinə isə Rusiya sülhməramlı qüvvələri nəzarət edir. 28 sentyabr 2023-cü ildə qondarma respublikanın "prezidenti" Samvel Şahramanyanın imzaladığı fərmana əsasən, 1 yanvar 2024-cü ildən etibarən idarə fəaliyyətində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilir və qondarma rejim fəaliyyətini dayandırır. == Qondarma rejimin elanı == 10 dekabr 1991-ci ildə azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum nəticəsinə görə "müstəqillik qərarı" alınmış və 6 yanvar 1992-ci ildə də "müstəqillik" rəsmən elan edilmişdir. Lakin Ermənistan Respublikası daxil, heç bir ölkə və ya beynəlxalq qurum qondarma rejimin müstəqilliyini tanımamışdır.
Dağlıq Qarabağ dramı
Dağlıq Qarabağ dramı (erm. Արցախյան դրամ) — Qondarma Dağlıq Qarabağ Respublikasının pul vahidi idi. DQR nümayəndələrinin məlumatlara görə, dram həmçinin Ermənistanda rəsmi ödəmə vasitəsidir. 1 dram 100 lumaya (erm. լումա) bərabərdir. Nominalın və tirajın məhdud olmasına görə kolleksiyaçı-numizmatların marağının özünə cəlb edir. Müəyyən səbəblərə görə real müraciətdə (həmçinin internet vasitəsilə) nominal dəyərdən çox bahalı olduğuna görə istifadə olunmurlar və satılırlar. Erməni dramı Qondarma Dağlıq Qarabağ Respublikasının ərazisində əsas ödəmə vasitəsi idi. "DQR" dramı müəyyən nominala uyğun Ermənistan dramına bərabərdir. == Əsginaslar == Əsginaslar 2 və 10 nominallıq dramlarla buraxılmışdır.
Dağlıq Qarabağ tarixi
== 1900–1918-ci illər == == 1918–1923-cü illər == Qafqazda erməni dövlətinin yaradılması beynəlxalq qarşıdurma münasibətləri müstəvisində gerçəkliyini tapan məsələ olmuşdur. Azərbaycan dövlətçiliyi, ərazi təhlükəsizliyi baxımından son dərəcə zərərli olan bir güzəşt erməni federasiyasının təşkili üçün İrəvanın onlara siyasi mərkəz olaraq verilməsi oldu. Azərbaycanın tarixi torpaqlarında dövlət əldə etmələrinə qane olmayan ermənilər qonşularına qarşı yeni-yeni iddialarla qanlı mübarizə aparmışlar. Qarabağın dağlıq hissəsində yaşayan ermənilər 1918-ci il iyulun 22-də onun "müstəqilliyini" elan etməyə cəhd göstərdilər. İyulun 31-də Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski İstanbulda olan Azərbaycan nümayəndə heyətinin sədri Məhəmməd Əmin Rəsulzadəyə yazırdı ki, əgər ermənilər Qarabağa iddia ilə çıxış etsələr, o zaman İrəvan və Qazax qəzasının bir hissəsini onlara güzəştə getməkdən imtina etsin. Ermənilərlə razılaşmaya əsasən, Azərbaycanın digər ərazilərinə iddia etməyəcəkləri şərtilə İrəvanın onlara keçməsi nəinki rəsmiləşdi, bundan əlavə Zəngəzur və digər Azərbaycan torpaqlarını mənimsədiklərinə baxmayaraq, Qarabağla bağlı mütəmadi bəyanatlarla çıxış etmiş, zorakı təcavüzdə davam etmişdilər. Ermənilərin Ənvər paşaya təqdim etdikləri xəritəyə görə onların iddia sərhədlərinə Sürməli, Naxçıvan, Ahalkələk, Ecmiədzin, İrəvan, Borçalı, Qazax, Qarabağ, Zəngəzur, Ordubad qəzaları daxil edilmişdi. Xarici hərbi qüvvələrin Azərbaycanda həm də siyasi gücə malik olduqları mərhələlərdə ermənilər Qarabağla bağlı müvafiq mövqe nümayiş etdirmişlər. Osmanlı hərbçilərinin köməyi ilə Bakı Cümhuriyyət hakimiyyəti altına keçdikdən sonra Qarabağda erməni yaraqlılarının türk hakimiyyət nümayəndələrindən əfv diləyərək silahlarını təhvil verməsi müşahidə olunur. Qarabağın şəhər və kəndlərində erməni əhali Azərbaycan qoşunlarını duz-çörəklə qarşılayaraq, Azərbaycan təbəəliyini qəbul edir, silahı könüllü təhvil verir, Azərbaycan hökumət qurumlarının bütün sərəncamlarına tabe olmağa hazır olduqlarını bildirirdilər.
Dağlıq Qarabağda (1937)
== Məzmun == Film Azərbaycanın ayrılmaz tərkib hissəsi və ən gözəl guşələrindən biri olan Dağlıq Qarabağın səfalı təbiətindən, onun bugünkü işlərindən, alma, üzüm və taxıl yığımından söhbət açır. Filmdə eləcə də arıçılıq, qoyunçuluq və atçılıq fermalarının işindən danışılır. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Əbdül Həsənov Ssenari müəllifi: Vladimir Yeremeyev, Əbdül Həsənov Operator: Vladimir Yeremeyev Səs operatoru: İlya Ozerski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 54.
Dağlıq Qarabağın tarixi
== 1900–1918-ci illər == == 1918–1923-cü illər == Qafqazda erməni dövlətinin yaradılması beynəlxalq qarşıdurma münasibətləri müstəvisində gerçəkliyini tapan məsələ olmuşdur. Azərbaycan dövlətçiliyi, ərazi təhlükəsizliyi baxımından son dərəcə zərərli olan bir güzəşt erməni federasiyasının təşkili üçün İrəvanın onlara siyasi mərkəz olaraq verilməsi oldu. Azərbaycanın tarixi torpaqlarında dövlət əldə etmələrinə qane olmayan ermənilər qonşularına qarşı yeni-yeni iddialarla qanlı mübarizə aparmışlar. Qarabağın dağlıq hissəsində yaşayan ermənilər 1918-ci il iyulun 22-də onun "müstəqilliyini" elan etməyə cəhd göstərdilər. İyulun 31-də Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski İstanbulda olan Azərbaycan nümayəndə heyətinin sədri Məhəmməd Əmin Rəsulzadəyə yazırdı ki, əgər ermənilər Qarabağa iddia ilə çıxış etsələr, o zaman İrəvan və Qazax qəzasının bir hissəsini onlara güzəştə getməkdən imtina etsin. Ermənilərlə razılaşmaya əsasən, Azərbaycanın digər ərazilərinə iddia etməyəcəkləri şərtilə İrəvanın onlara keçməsi nəinki rəsmiləşdi, bundan əlavə Zəngəzur və digər Azərbaycan torpaqlarını mənimsədiklərinə baxmayaraq, Qarabağla bağlı mütəmadi bəyanatlarla çıxış etmiş, zorakı təcavüzdə davam etmişdilər. Ermənilərin Ənvər paşaya təqdim etdikləri xəritəyə görə onların iddia sərhədlərinə Sürməli, Naxçıvan, Ahalkələk, Ecmiədzin, İrəvan, Borçalı, Qazax, Qarabağ, Zəngəzur, Ordubad qəzaları daxil edilmişdi. Xarici hərbi qüvvələrin Azərbaycanda həm də siyasi gücə malik olduqları mərhələlərdə ermənilər Qarabağla bağlı müvafiq mövqe nümayiş etdirmişlər. Osmanlı hərbçilərinin köməyi ilə Bakı Cümhuriyyət hakimiyyəti altına keçdikdən sonra Qarabağda erməni yaraqlılarının türk hakimiyyət nümayəndələrindən əfv diləyərək silahlarını təhvil verməsi müşahidə olunur. Qarabağın şəhər və kəndlərində erməni əhali Azərbaycan qoşunlarını duz-çörəklə qarşılayaraq, Azərbaycan təbəəliyini qəbul edir, silahı könüllü təhvil verir, Azərbaycan hökumət qurumlarının bütün sərəncamlarına tabe olmağa hazır olduqlarını bildirirdilər.
Azad Vətən Partiyası (Dağlıq Qarabağ)
"Azad Vətən" (erm. Ազատ Հայրենիք, Azat Hayrenik) — Qondarma Dağlıq Qarabağ Respublikasının hakim partiyası. == Tarixi == "Azad Vətən" partiyası 29 yanvar 2005-ci ildə təsis edilmişdir. Partiyanın sədri 16 dekabr 2020-ci il tarixinədək prezident Arayik Arutyunyandır. 19 iyun 2005-ci ildə "Azad Vətən" partiyası 33 yerdən 12-ni qazanmış və bundan sonra Arayik Arutyunyan partiyanın sədri seçilmişdir. 23 may 2010-cu ildə Qondarma DQR Milli Məclisinə deputat seçkilərində "Azad Vətən" partiyası proporsional sistem üzrə 46,4% səs toplamış və14 deputat mandatı qazanmış, parlamentdə çoxluq təşkil etmişdir. Fraksiya rəhbəri Qaqik Petrosyan olmuşdur. 2015-ci ildə VI çağırış Milli Məclisə keçirilən seçkilərdə "Azad Vətən" partiyası 47,6 səs qazanaraq majoritar sistemlə seçilənlərlə birlikdə 15 deputat mandatı qazanaraq parlament çoxluğunu təşkil etmişdir. Fraksiya rəhbəri Artur Tovmasyan olmuşdur. 2020-ci il seçkilərində partiya 33 yerdən 16-nı qazanmışdır.
Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Muxtar Vilayət Komitəsi
Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Muxtar Vilayət Komitəsi — Azərbaycan Kommunist Partiyasının Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərmiş regional komitəsi. Vilayət 7 iyul 1923-cü ildə yaradılmışdır və 26 noyabr 1991-ci ildə ləğv edilmişdir. == Haqqında == Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Vilayət Komitəsi Sovet İttifaqı Kommunist Partiyasının vilayət üzrə mərkəzi partiya orqanı kimi hesab olunmuşdur. Vilayət Komitəsinin birinci katibi de-fakto olaraq adətən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu və ya Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinib baş katibi təyin edirdi. == Birinci katiblər == Vilayətin tarixində 23 nəfər birinci katib olmuşdur. Onlardan 2 nəfər etnik azərbaycanlı, 2 nəfər rus əsilli, 19 nəfəri isə erməni əsilli olmuşdur. === İkinci katiblər === Vilayət Komitəsinin ikinci katibi birinci katibin idarəetmə məsələləri üzrə köməkçisi hesab edilirdi.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələri
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra uzun müddət bu problem beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmədi. Bunun birinci səbəbi ondan ibarət idi ki, münaqişənin start götürdüyü ilkin mərhələdə dünya birliyi onun aradan qaldırılmasında maraqlı deyildi. Çünki bu problem SSRİnin dağılması prosesini sürətləndirən çoxsaylı amillərdən biri kimi çıxış edirdi və onun aradan qaldırılması Sovet İttifaqının daxilində gedən dağıdıcı proseslərə mane ola bilərdi. Maraqlıdır ki, Dağlıq Qarabağ məsələsinin meydana çıxması bilavasitə Kremlin ssenarisi əsasında baş tutmuşdu. İttifaq rəhbərliyi "parçala, hökmranlıq et" prinsipinə əsaslanaraq regional münaqişələr yaratmaqla diqqəti ölkənin əsas problemlərindən yayındırmaq, beləliklə, müttəfiq respublikalarda müşahidə edilən milli azadlıq hərəkatının genişlənməsini əngəlləməyə çalışırdı. Lakin bu plan SSRİ üçün bumeranq rolunu oynadı və etnik münaqişələr imperiyanın dağılmasının nəinki qarşısını ala bilmədi, hətta prosesi daha da sürətləndirdi. Ermənilər isə hələ münaqişə başlamamışdan əvvəl beynəlxalq ictimaiyyətin dəstəyini almaq üçün ciddi kampaniya aparmışdılar. Burada erməni lobbisinin imkanlarından da geniş istifadə edilirdi. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin həyata keçirilməsi hər zaman beynəlxalq birliyin laqeyd münasibətilə müşayiət olunurdu. 1992-ci ildə erməni silahlı birləşmələri respublikamızın ərazilərinin işğalına istiqamətlənmiş hərbi əməliyyatların miqyasını kifayət qədər genişləndirmişdilər.
Müvəqqəti Xüsusi İdarəetmə (Dağlıq Qarabağ)
Müvəqqəti Xüsusi İdarəetmə — Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin müvəqqəti xüsusi idarəetmə ilə idarə olunması. 2020-ci il oktyabrın 29-də xüsusi fərman ilə yaradılıb. Ermənistan Respublikası silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi təxribatlara cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamışdır. Əks-hücum əməliyyatları nəticəsində işğalda olan Azərbaycan Respublikasının bir neçə rayonu, eləcə də strateji əhəmiyyətli digər ərazilər azad edilmişdir. Bu işğaldan azad edilmiş ərazilərin idarə olunması üçün oktyabrın 29-da Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb. İ.Əliyev işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili və “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq belə bir fərman imzalayıb. Fərman 15 bənddən ibarətdir. Əsas məqsədi zad edilmiş ərazilərin hərbi vəziyyət bitənə qədər idarəetməsidir. Fərmanın birinci bəndinə görə İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılacaq. İkinci bəndə əsasən isə Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin edəcək və müvəqqəti komendantlıqların fəaliyyətinin təşkili ilə məşğul olacaq.
Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu
Dağlıq Qarabağ Müdafiə Ordusu (erm. Արցախի Հանրապետության պաշտպանության բանակ) — qondarma Dağlıq Qarabağ Respublikasının silahlı qüvvələri. Dağlıq Qarabağdakı erməniləri qorumaq üçün yaradılmış olan qeyri-nizami müdafiə dəstələri idi. Dağlıq Qarabağ Müdafiə Ordusu təxminən 15–20 min əsgərdən ibarət olduğu güman edilir. Şəxsi heyətinin çoxu Qarabağ və Azərbaycanın müxtəlif yerlərindən gəlmiş ermənilərdən ibarətdir. Arsenallarında olan silahların böyük əksəriyyəti Sovet ordusundan qalmış olan Kalaşnikov avtomatları, müxtəlif SSRİ istehsalı olan tanklar, ağır toplardan ibarətdir. Əsas silah və sursat dəstəkçisi Ermənistan Respublikasıdır. Bu ordunun yaradılmasında Robert Koçaryanın (Ermənistan Respublikasının keçmiş prezidenti və Dağlıq Qarabağ Müdafiə Ordusunun ilk baş komandanı), Serj Sarkisyanın (Ermənistan Respublikası nın keçmiş prezidenti), Vazgen Sarkisyanın (1992–1993-cü illərdə Ermənistan Respublikasının Müdafiə naziri, 1993–1995-ci illərdə müdafiəyə cavabdeh olan nazir, 1998–1999-cu illərdə baş nazir), Monte Melkonyanın (Martuni bölgəsinə cavabdeh olan şəxs), Samvel Babayanın (1994–2000-ci illərdə Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri) mühüm xidmətləri olmuşdur. Bu ordu çox böyük və ağır silahlar ilə təchiz edilmişdir: 316 ədəd tank, 323 ədəd zirehli maşın, 322 ədəd 122 mm-lik top, 44 ədəd reaktiv yaylım atəş sistemi və yeni bir ədəd hava hücumlarından müdafiə sistemi. Bu ordu Ermənistan Silahlı Qüvvələrinə dərindən bağlıdır.
Qondarma Dağlıq Qarabağ Respublikası
Qondarma Dağlıq Qarabağ Respublikası (erm. Լեռնային Ղարաբաղի Հանրապետություն, translit. Lernayin Ğarabaği Hanrapetut’yun) və ya rejimin özünü adlandırdığı kimi Artsax Respublikası (erm. Արցախի Հանրապետություն) — Beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasına aid, Cənubi Qafqazda dənizə çıxışı olmayan və Ermənistan Respublikası, Rusiya Federasiyası və Erməni Diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan keçmiş dövlət. 1991–2024-cü illər arasında tanınmamış respublika keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bəzi hissələrinə, o cümlədən mərkəz Xankəndinə nəzarət edirdi. Onun Ermənistana yeganə quru yolu eni 5 km olan Laçın dəhlizindən keçirdi. Rəsmi olaraq 10 noyabr 2020-ci ildə üçtərəfli atəşkəs bəyannaməsinə əsasən böyük hissəsində Azərbaycan Respublikası suveren nəzarəti bərpa etmişdir, bir hissəsinə isə Rusiya sülhməramlı qüvvələri nəzarət edir. 28 sentyabr 2023-cü ildə qondarma respublikanın "prezidenti" Samvel Şahramanyanın imzaladığı fərmana əsasən, 1 yanvar 2024-cü ildən etibarən idarə fəaliyyətində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilir və qondarma rejim fəaliyyətini dayandırır. 10 dekabr 1991-ci ildə azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum nəticəsinə görə "müstəqillik qərarı" alınmış və 6 yanvar 1992-ci ildə də "müstəqillik" rəsmən elan edilmişdir. Lakin Ermənistan Respublikası daxil, heç bir ölkə və ya beynəlxalq qurum qondarma rejimin müstəqilliyini tanımamışdır.
Qondarma Dağlıq Qarabağ Respublikası Silahlı Qüvvələri
Dağlıq Qarabağ Müdafiə Ordusu (erm. Արցախի Հանրապետության պաշտպանության բանակ) — qondarma Dağlıq Qarabağ Respublikasının silahlı qüvvələri. Dağlıq Qarabağdakı erməniləri qorumaq üçün yaradılmış olan qeyri-nizami müdafiə dəstələri idi. Dağlıq Qarabağ Müdafiə Ordusu təxminən 15–20 min əsgərdən ibarət olduğu güman edilir. Şəxsi heyətinin çoxu Qarabağ və Azərbaycanın müxtəlif yerlərindən gəlmiş ermənilərdən ibarətdir. Arsenallarında olan silahların böyük əksəriyyəti Sovet ordusundan qalmış olan Kalaşnikov avtomatları, müxtəlif SSRİ istehsalı olan tanklar, ağır toplardan ibarətdir. Əsas silah və sursat dəstəkçisi Ermənistan Respublikasıdır. Bu ordunun yaradılmasında Robert Koçaryanın (Ermənistan Respublikasının keçmiş prezidenti və Dağlıq Qarabağ Müdafiə Ordusunun ilk baş komandanı), Serj Sarkisyanın (Ermənistan Respublikası nın keçmiş prezidenti), Vazgen Sarkisyanın (1992–1993-cü illərdə Ermənistan Respublikasının Müdafiə naziri, 1993–1995-ci illərdə müdafiəyə cavabdeh olan nazir, 1998–1999-cu illərdə baş nazir), Monte Melkonyanın (Martuni bölgəsinə cavabdeh olan şəxs), Samvel Babayanın (1994–2000-ci illərdə Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri) mühüm xidmətləri olmuşdur. Bu ordu çox böyük və ağır silahlar ilə təchiz edilmişdir: 316 ədəd tank, 323 ədəd zirehli maşın, 322 ədəd 122 mm-lik top, 44 ədəd reaktiv yaylım atəş sistemi və yeni bir ədəd hava hücumlarından müdafiə sistemi. Bu ordu Ermənistan Silahlı Qüvvələrinə dərindən bağlıdır.
Qondarma Dağlıq Qarabağ Respublikası bayrağı
Qondarma Dağlıq Qarabağ Respublikası — heç bir ölkə tərəfindən tanınmayan Qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı. Bayrağın iki kənarından başlayaraq və həmin tərəfdən məsafənin üçdə birinə bərabər nöqtədə birləşən, ağ rəngli, beşdişli, pilləli xalça naxışının əlavə olunduğu Ermənistan bayrağından hazırlanmış bayraq 2 iyul 1992-ci ildə qəbul edilmişdir. DQR 2017-ci ildə keçirilən referendumdan sonra adı dəyişdirilərək Artsax Respublikası adlandırılıb və bayrağı özündə saxlayıb. Bayraq üç üfüqi və bərabər uzunluqlu zolaqdan ibarət düzbucaqlıdır. Sağ tərəfində ağ rəngli beşbucaqlı pilləli xalça naxışı var. Naxış bayrağın üçdə bir hissəsini tutur. Bayrağın nisbəti 1:2-dir. 2 iyun 1992-ci ildə qəbul edilib. Rənglərin simvolizmi belədir: Qırmızı — "erməni xalqının mövcudluğu, xristian inancı, müstəqilliyi və azadlığı uğrunda davam edən mübarizəsi", Mavi — "erməni xalqının dinc səma altında yaşamaq iradəsi", Narıncı — "erməni xalqının həmrəyliyi və zəhmətkeşliyi". Ağ naxış dağları təmsil edir və həmçinin Ermənistanla birləşməyə can atmağın simvolu olaraq qərbə yönəlmiş oxu təmsil edir.
Qondarma Dağlıq Qarabağ Respublikası gerbi
Dağlıq Qarabağ Respublikası gerbi və ya rəsmi adı ilə Artsax Respublikası gerbi — Qondarma Dağlıq Qarabağ Respublikasının gerbinın rəsmi gerbi. Ortada bəzəkli tac geyinmiş qartal və qartalın sinəsində şaquli olaraq yerləşdirilmiş bayraq altında dağ silsiləsinin panoraması ilə bəzənmiş qalxan vardır. Bunun ardınca paytaxtı Xankəndidə olan “Bu bizim dağlarımızdır” (Menq Enq Mer Sarere / Մենք ենք մեր սարերը) abidəsinin iki daş başların “Nənə və Baba” (Tatik yev Papik / Տատիկ և Պապիկ) mövcuddur. Qartal ayaqlarında buğda və üzüm də daxil olmaqla çeşidli bostan nemətləri tutmaqdadır. Çöl tərəfində isə erməni dilində yazılmış “Lernayin Ğarabaği Artsax Hanrapetutiyun” (“Qarabağın Artsax Respublikası”) ifadəsini daşıyan dairə şəklində olan qızıl lentdən formalaşmışdır.
Qondarma Dağlıq Qarabağ Respublikası himni
Qondarma Dağlıq Qarabağ Respublikası himni və ya Azat u ankax Artsax — Qondarma Dağlıq Qarabağ Respublikasının himni. Ազատ ու անկախ Արցախ, Քո տուն-ամրոցը կերտեցինք, Պատմությունը մեր երկրի, Մեր սուրբ արյամբ մենք սերտեցինք: Դու բերդ ես անառիկ, Բարձունք սրբազան, վեհ անուն, Մասունք աստվածային, Քեզնով ենք հավերժանում: Դու մեր լույս հայրենիք, Երկիր, հայրենյաց դուռ սիրո, Ապրիր դու միշտ խաղաղ, Մեր հին ու նոր Ղարաբաղ: Քաջերն ենք մենք հայկազուն, Մռավ ենք, Քրիս ենք ու Թարթառ, Մեր վանքերով լեռնապահ, Անհաղթելի մի բուռ աշխարհ: Azat u ankax Artsax, Ko tun-amrotsə kertetsink, Patmutyunə mer yerkri, Mer surb aryamb menk sertetsink. Du berd es anarrik, Bardzunk srbazan, veh anun, Masunk astvatsayin, Keznov enk haverjanum. Du mer luys hayrenik, Yerkir, hayrenyats durr siro. Aprir du mişt xağağ, Mer hin u nor Ğarabağ. Kacern enk menk haykazun, Mrrav enk, Kris enk u Tartarr, Mer vankerov lerrnapah, Anhağteli mi burr aşxarh.
Qondarma Dağlıq Qarabağ Respublikasının gerbi
Dağlıq Qarabağ Respublikası gerbi və ya rəsmi adı ilə Artsax Respublikası gerbi — Qondarma Dağlıq Qarabağ Respublikasının gerbinın rəsmi gerbi. Ortada bəzəkli tac geyinmiş qartal və qartalın sinəsində şaquli olaraq yerləşdirilmiş bayraq altında dağ silsiləsinin panoraması ilə bəzənmiş qalxan vardır. Bunun ardınca paytaxtı Xankəndidə olan “Bu bizim dağlarımızdır” (Menq Enq Mer Sarere / Մենք ենք մեր սարերը) abidəsinin iki daş başların “Nənə və Baba” (Tatik yev Papik / Տատիկ և Պապիկ) mövcuddur. Qartal ayaqlarında buğda və üzüm də daxil olmaqla çeşidli bostan nemətləri tutmaqdadır. Çöl tərəfində isə erməni dilində yazılmış “Lernayin Ğarabaği Artsax Hanrapetutiyun” (“Qarabağın Artsax Respublikası”) ifadəsini daşıyan dairə şəklində olan qızıl lentdən formalaşmışdır.
İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələri
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair müddəalar İKT ali orqanı — üzv ölkələrinin dövlət və hökumət başçılarının zirvə görüşlərində qəbul olunmuş bir sıra sənədlərdə öz əksini tapmışdır. Onların içində 13–15 dekabr 1994-cü ildə Kasablanka şəhəri, Mərakeş Krallığında keçirilmiş İKT-nin Yeddinci Zirvə Görüşünün sənədlərini və 9–11 dekabr 1997-ci ildə Tehran şəhəri, İran İslam Respublikasında keçirilmiş İKT-nin Səkkizinci Zirvə Görüşünün sənədlərini, 2000-ci ilin 12–13 noyabr tarixində Qətərin Doha şəhərində keçirilmiş İKT Doqquzuncu Zirvə Görüşündə, 2003-cü ilin oktyabr ayında İKT Onuncu Zirvə Görüşündə (Putrajaya, Malayziya) qəbul olunmuş Yekun Kommünikeni (33-cü bənd), 2005-ci ilin dekabr ayında İKT Üçüncü Fövqəladə Zirvə Görüşündə (Məkkə, Səudiyyə Ərəbistanı) qəbul olunmuş Yekun Kommünikeni, 2008-ci ilin mart ayında İKT On Birinci Zirvə Görüşündə (Dakar, Seneqal Respublikası) qəbul olunmuş Yekun Kommünikeni (61-ci bənd) göstərmək olar. Bununla yanaşı, Doqquzuncu Zirvə Görüşündə (Doha, Qətər) qəbul olunmuş 21/9-P (IS) saylı "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü" adlı qətnaməni, 21/9-E (IS) saylı "Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında" qətnaməni, 25/9-C saylı "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında" qətnaməni, onuncu Zirvə Görüşündə (Putrajaya, Malayziyada) qəbul olunmuş 12/I0-P (IS) saylı "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında" qətnaməni, 21/10-E (IS) saylı "Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında" qətnaməni, mədəniyyət məsələləri mövzusuna dair Mədəniyyət və İslam işləri üzrə qətnamələrin "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında" qətnaməni, on birinci Zirvə Görüşündə (Dakar, Seneqal Respublikası) qəbul olunmuş 10/11-P (IS) saylı "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında" qətnaməni, 2/11-E (IS) saylı "Üzv dövlətlərə və İKT-yə üzv olmayan ölkələrə və müsəlman icmalarına iqtisadi yardım edilməsinə aid fəaliyyət haqqında" qətnaməsinin "Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi" bölməsini, mədəniyyət və sosial məsələlər üzrə qətnamələrdə 2/11-C (IS) saylı "İslam müqəddəs yerlərinin müdafiəsi haqqında"qətnaməni də göstərmək olar. Ümumiyyətlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair müddəalar İKT Xarici İşlər Nazirləri Şurasının sessiyalarında qəbul olunmuş müxtəlif sənədlərdə, o cümlədən yekun kommünikelər və bəyanatlarda və çoxsaylı qətnamələrdə öz əksini tapmışdır. 20 sentyabr 2016-cı ildə Nyu-yorkda BMT Baş Məclisinin 71-ci sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində təsis edilmiş Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun ilk iclası keçirilib. İclasa İƏT-in Baş katibi İyad bin Amin Mədəni sədrlik edib. Kontakt qrupunun tərkibinə yeddi dövlət — Türkiyə, Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Qambiya və Cibuti daxildir. Coğrafi təmsilçilik prinsipi ilə götürdükdə İƏT çərçivəsində olan bütün regionlar təmsil olunub. 20 sentyabr 2017-ci ildə BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupun iclası keçirilib. İclasda xarici işlər naziri Elmar Məmmədyarov, Kontakt Qrupa daxil olan digər üzv dövlətlərin nümayəndələri və İƏT-in Baş katibliyinin rəsmiləri çıxış ediblər.
Qondarma Dağlıq Qarabağ Respublikası pasportu
Qondarma Dağlıq Qarabağ Respublikası pasportu — demək olar ki, Ermənistan pasportu ilə eyni idi. Pasportun məzmununa erməni və ingilis dilləri daxil idi. Beynəlxalq səviyyədə tanınmayan Qondarma Dağlıq Qarabağ Respublikasının pasportları 2006-cı ildə Qondarma Dağlıq Qarabağ Respublikasının konstitusiyaya edilmiş dəyişiklikləri əsasında verilirdi. Dövlət statusuna görə pasport beynəlxalq ictimaiyyət tərəfindən hüquqi cəhətdən tanınmır və yalnız Qondarma Dağlıq Qarabağ Respublikasının sərhədləri daxilində istifadə olunurdu. Dövlət statusuna görə pasport beynəlxalq ictimaiyyət tərəfindən hüquqi cəhətdən tanınmır və yalnız Qondarma Dağlıq Qarabağ Respublikası və digər üç postsovet münaqişəsi dövlətinin sərhədləri daxilində istifadə olunurdu; Abxaziya, Cənubi Osetiya və Dnestryanı tanınmamış dövlətlər birliyinin bütün üzvləri kimi öz vətəndaşları üçün viza tələbini ləğv etməyə razılaşıblar. Bundan əlavə, Qondarma Dağlıq Qarabağ Respublikası vətəndaşları qonşu ölkə Ermənistana vizasız gedə bilərdilər. Qondarma Dağlıq Qarabağ Respublikası ikili vətəndaşlıq prinsipini qəbul etmişdi və nəticədə 2012-ci ildə Dağlıq Qarabağ Respublikasına köçmüş suriyalı erməni qaçqınlarına Qondarma Dağlıq Qarabağ Respublikası pasportu verilmişdi.
Qondarma Dağlıq Qarabağ Respublikasının viza siyasəti
Qondarma Dağlıq Qarabağ Respublikasının viza siyasəti — Qondarma Dağlıq Qarabağ Respublikasına gələnlər vizadan azad olan ölkələrdən birindən gəlmirlərsə, viza almalıdırlar. Aşağıdakı ölkələrin vətəndaşları Dağlıq Qarabağ Respublikasına vizasız gedə bilərlər: Yuxarıda göstərilən ölkələrlə yanaşı, daha üç keçmiş Sovet dövlətinin vətəndaşları Artsaxa vizasız gedə bilərlər. Tanınmamış dövlətlər birliyinin bütün üzvləri öz vətəndaşları üçün viza tələbini qaldırmağa razılaşıblar: Digər ölkələrin vətəndaşları Ermənistanın Dağlıq Qarabağdakı daimi nümayəndəliyindən viza ala bilərlər. İstisna hallarda, giriş vizası Qondarma Dağlıq Qarabağ Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən də Xankəndidə verilə bilər. Tək 21 günlük turist vizası mövcuddur, tək və çoxlu viza maksimum bir, iki və ya üç ay müddətinə verilə bilər. Azərbaycana getmək istəyən şəxsin pasportunda Dağlıq Qarabağ vizası, möhürü və ya ora səfər etməsi ilə bağlı hər hansı sübut olarsa, onun Azərbaycan Respublikasına girişi həmişəlik qadağan ediləcək və bu şəxs "persona non qrata" siyahısına (arzuedilməyən adam siyahısına) daxil ediləcək.
Dağlıq Qarabağ Respublikasının müstəqilliyi haqqında referendum
Dağlıq Qarabağ Respublikasının müstəqilliyi haqqında referendum — Dağlıq Qarabağın Azərbaycandan müstəqilliyi haqqında 10 dekabr 1991-ci ildə keçirilmiş referendumdur. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) və ona bitişik Şaumyan rayonu ərazisində baş tutmuşdur. Bu sualı verilmişdir: Seçicilərin 99,89%-i respublikanın müstəqilliyinin lehinə səs vermişdir. Bu, Dağlıq Qarabağın azərbaycanlı əhalisi tərəfindən boykot edilmişdi. Onlar 1989-cu ildə keçmiş DQMV əhalisinin təxminən 21%-ni təşkil edirdilər. Referendum Azərbaycan Respublikasının razılığı olmadan keçirilmiş və BMT-yə üzv dövlətlər tərəfindən beynəlxalq səviyyədə tanınmamışdı. Referendumun hazırlanması, keçirilməsi və nəticələrinin yekunlaşdırılması "Dağlıq Qarabağ Respublikasının referendumunun keçirilməsi haqqında müvəqqəti əsasnamə"yə uyğun olaraq həyata keçirilmişdi. Əsasnaməyə görə, seçicilərin ən azı 2/3-ü 50%-dən az olmayaraq onun lehinə səs verərsə, qərar qəbul edilmiş sayılır. Səsvermə bülletenlərində erməni, azərbaycan və rus dillərində sual, həmçinin "ДА" və "НЕТ" sözləri (arzuolunmazların üstündən xətt çəkilməlidir) var idi. == Qeydlər == == İstinadlar == == Xarici keçidlər == Berg-Karabach (Aserbeidschan), 10.
Dağlıq Qarabağda konstitusiya referendumu (2006)
Dağlıq Qarabağda konstitusiya referendumu — 10 dekabr 2006-cı ilda tanınmamış Dağlıq Qarabağ Respublikasında Dağlıq Qarabağı suveren dövlət kimi müəyyən edən konstitusiya layihəsini təsdiq etmək üçün keçirilmiş konstitusiya referendumu. Azərbaycan referendumu qınamış və bildirmişdir ki, bu, sülh prosesinə zərər vurmaq üçün edilmiş konstitusiyaya zidd cəhddir. Referendumda seçicilərin 87%-i iştirak etmiş, onlardan 99,28%-i lehinə səs vermişdir.
Dağlıq Qarabağın Azərbaycan icması
Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşamış azərbaycanlıları təmsil edən ictimai birlik idi. İcma, keçən əsrin 80-ci illərin sonlarında vüsət alan Qarabağ müharibəsinin nəticəsində azərbaycanlıların Qarabağ bölgəsindən qovulmasından sonra, 1994-cü ildə fəaliyyətə başlamışdı. 2020-ci ildə Azərbaycan Respublikası İkinci Qarabağ müharibəsi nəticəsində işğal altındakı ərazisinin böyük hissəsini azad etdikdən sonra, 2021-ci ildə İcma öz fəaliyyətini dayandırmışdır. == İcmanın tarixi == Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılmışdır. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilmişdir. Bu mənada Dağlıq Qarabağın azərbaycanlı icması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak etmişdir. Bununla yanaşı, 2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. İcmanın fəaliyyətinə hüquqi statusun verilməsi və bir ictimai birlik kimi təşkilatlanması onun daha səmərəli fəaliyyət göstərməsinə imkan yaratdı. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının yenidən formalaşması istiqamətində atılan növbəti addım isə 2009-cu il iyunun 5-də Bakı şəhərində icmanın I Qurultayının keçirilməsi oldu. Qurultaya 65 min nəfərdən çox icma üzvünü təmsil edən 350 nəfər nümayəndə seçilmiş, eləcə də qurultayın işində Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının 200 nəfərdən çox nümayəndəsi qonaq kimi iştirak etmişdir.
Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingenti
Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingenti — İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış atəşkəs bəyanatı əsasında Dağlıq Qarabağ regionunda yerləşən keçmiş rus hərbi kontingenti. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti müqavilənin imzalandığı tarixdən (9 noyabr 2020-ci il) 5 il təşkil etdi, əgər müqavilə tərəflərindən heç biri 6 ay bəyan etməsə, avtomatik olaraq daha 5 il müddətinə uzadılacaq. müqavilənin müddəti bitənə qədər bu müddəanın tətbiqini dayandırmaq niyyətindədirlər. Lakin 2024-cü ilin aprelində kontingentin Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılmasına başlanıldı. Rusiya sülhməramlı qüvvələri Dağlıq Qarabağdakı keçmiş təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilmişdi. Sülhməramlı qüvvələrin komandanlığının qərargahı Xocalı aeroportu ərazisində yerləşirdi. == Tarixi == Müqavilə imzalandıqdan sonra tərəflər Qarabağda bütün təmas xətti boyunca atəşkəs rejiminə riayət etməyə başlayıblar. Noyabrın 10-da 15-ci ayrı-ayrı motoatıcı briqadanın bölmələrindən ibarət sülhməramlı kontingenti olan ilk İl-76-lar şəxsi heyəti, nəqliyyat vasitələrini, zirehli transportyorları və hərbi texnikanı münaqişə zonasına çatdırmaq üçün Ulyanovsk-Vostoçnıy aerodromundan havaya qalxdı. Noyabrın 11-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin sülhməramlı kontingentinin bölmələri Laçın dəhlizini və Laçın-Lısoqorski sovxoz yolunun (Turşsu kəndi yaxınlığında) müvəqqəti müşahidə məntəqələri ilə hissəsini nəzarətə götürüb. Briqadanın 1-ci sülhməramlı batalyonunun bölmələri Erebuni aerodromunda boşaldıqdan sonra Gorus bölgəsində cəmləşərək 300 kilometrlik yürüş etdi.
Dağlıq Qarabağın ətrafında Ermənistan tərəfindən işğalı olunmuş Azərbaycan əraziləri
Dağlıq Qarabağın ətrafında Ermənistan tərəfindən işğalı olunmuş Azərbaycan əraziləri — keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan, Birinci Qarabağ müharibəsi (1988–1994) dövründə Ermənistan tərəfindən işğal olunmuş və İkinci Qarabağ müharibəsi başlanana qədər işğal altında qalmış ərazi. == Ərazilər haqqında ümumi məlumat == 12.05.1994–27.09.2020 tarixləri aralığında bu ərazilərin aid olduğu inzibati rayonlar: Kəlbəcər rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 02.04.1993 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr 2020-ci il bəyanatının şərtlərinə əsasən 13 oktyabr 1992-ci il tarixli inzibati ərazi dəyişikliyinə qədərki ərazisi işğaldan azad edilmişdir. 2020-ci il 25 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğaldan azad edildiyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilmişdir. Laçın rayonu — 1992–1993-cü illərdə bütün ərazisi (o cümlədən 18.05.1992 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr atəşkəs bəyanatının şərtlərinə əsasən işğaldan azad edilmiş, rayon mərkəzi daxil olmaqla Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə verilmişdir. Məlum bəyanatın şərtlərinə uyğun olaraq Laçın dəhlizinə alternativ yol hazır olduqan sonra − 26.08.2022-ci ildə Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Qubadlı rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 31.08.1993 tarixində rayon mərkəzi) işğal olunub. II Qarabağ müharibəsi nəticəsində bütün ərazisi işğaldan azad edilimişdir. 2020-ci il 25 oktyabr tarixində ASQ tərəfindən Qubadlı rayonunun inzibati mərkəzi olan Qubadlı şəhərinin işğaldan azad edildiyi İlham Əliyev tərəfindən bəyan edilmişdir.

Значение слова в других словарях