Deklarasiya
Deklarasiya [lat. declaratio – bəyanat vermə, ərizə, məlumat, elan etmə; fr. declaration – ərizə, demək, söyləmək]:
bir məsələ haqqında dövlət və ya partiya tərəfindən verilən bəyanat;
gömrükxana haqqı ödənilən zaman təqdim olunan mal siyahısı;
xaricə pul və ya qiymətli bağlama göndərilərkən əlavə edilən poçt vərəqəsi;
vergi tələb olunan şəxsin əmlakı və gəliri haqqında verdiyi məlumat;
bəyannamə, bəyanat;
rəsmi və ya təntənəli proqram müraciəti, nəyinsə elan olunması, həmçinin onun yazıldığı sənəd;
hər hansı bir məlumatları çatdıran bəzi rəsmi sənədlərin adı;
hökumət və ya partiyanın bildirişi, bəyanatı;
gömrük bəyannaməsi;
poçt sənədi;
vergi bəyannaməsi.
R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.