Deklarasiya

lat. declaratio – bəyanat vermə, ərizə, məlumat, elan etmə; fr. declaration – ərizə, demək, söyləmək 1) bir məsələ haqqında dövlət və ya partiya tərəfindən verilən bəyanat; 2) gömrükxana haqqı ödənilən zaman təqdim olunan mal siyahısı; 3) xaricə pul və ya qiymətli bağlama göndərilərkən əlavə edilən poçt vərəqəsi; 4) vergi tələb olunan şəxsin əmlakı və gəliri haqqında verdiyi məlumat; 5) bəyannamə, bəyanat; 6) rəsmi və ya təntənəli proqram müraciəti, nəyinsə elan olunması, həmçinin onun yazıldığı sənəd; 7) hər hansı bir məlumatları çatdıran bəzi rəsmi sənədlərin adı; 8) hökümət və ya partiyanın bildirişi, bəyanatı; 9) gömrük bəyannaməsi; 10) poçt sənədi; 11) vergi bəyannaməsi.
Deklamasiya
Dekvalifikasiya
OBASTAN VİKİ
Deklarasiya
Deklarasiya [lat. declaratio – bəyanat vermə, ərizə, məlumat, elan etmə; fr. declaration – ərizə, demək, söyləmək]: bir məsələ haqqında dövlət və ya partiya tərəfindən verilən bəyanat; gömrükxana haqqı ödənilən zaman təqdim olunan mal siyahısı; xaricə pul və ya qiymətli bağlama göndərilərkən əlavə edilən poçt vərəqəsi; vergi tələb olunan şəxsin əmlakı və gəliri haqqında verdiyi məlumat; bəyannamə, bəyanat; rəsmi və ya təntənəli proqram müraciəti, nəyinsə elan olunması, həmçinin onun yazıldığı sənəd; hər hansı bir məlumatları çatdıran bəzi rəsmi sənədlərin adı; hökumət və ya partiyanın bildirişi, bəyanatı; gömrük bəyannaməsi; poçt sənədi; vergi bəyannaməsi. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Xartiya (deklarasiya)
Xartiya — beynəlxalq hüquqda hüquqi qüvvəyə malik olamayan sənəd. Hər-hansı beynəlxalq razılaşmalarda ümumi prinsipləri və məqsədləri ifadə edir. Misal olaraq Yeni Avropa üçün Paris xartiyasını göstərmək olar.
Moldova Respublikasının müstəqilliyi haqqında deklarasiya
Moldova Respublikasının müstəqilliyi haqqında deklarasiya (rum. Declarația de independență a Republicii Moldova) və Moldovanın müstəqilliyi haqqında deklarasiya — 27 avqust 1991-ci ildə Moldova Parlamenti tərəfindən №691 «Müstəqillik haqqında deklarasiya» qanunu qəbul edilmişdir. Avqust çerilişinə cəhddən sonra Moldova SSRİ tərkibindən çıxdığını elan etmişdir. Moldova Parlamenti bu deklarasiyada Moldova Respublikasının müstəqilliyini elan edərək, nəzərə çatdırmaq istəyir ki, min il boyunca bölgədə moldova xalqı yaşamış və öz tarixlərini yazmışlar. Üstəlik uzaq keçmişdə mövcud olmuş dövlətçilik ənənələrini xatırladaraq bu addımın atılmasına hüquqi zəmin olduğunu vurğulayır. Xüsusi ilı Moldova knyazlığından Sovetlər dönəminə qədərki dövlətlər qeyd edilir. Deklarasiyada Kiçik Qaynarca (1775) və Buxarest (1812) sülh müqavilələri (Osmanlı ilə Rusiya arasında bağlanmış müqavilələr) qanundan kənar elan edilir. Səbəb isə hər iki tərəfin milli torpaqları bölüşdürməsi göstərilir. Üstəlik qanunda 2 avqust 1940-cı il « İttifaq daxilində Moldova SSR təşkili haqqında» və Faşist Almaniyası ilə SSRİ arasında 23 avqust 1939-cu ildə imzalanmış Molotov-Ribbentrop paktının qüvvədən düşməsi vurğulanır. Əsas kimi isə Bessarabiya, Bukovin və Qersa vilayətlərinin rəyinin alınmaması göstərilir.
Sovet-yapon deklarasiyası (1956)
Sovet-yapon deklarasiyası (1956) — 19 oktyabr 1956-ci ildə Moskvada imzalanmış və 12 dekabr 1956-cı ildə qüvvəyə minmişdir. Deklarasiyaya görə 1945-ci ilin 9 avqustunda başlamış müharibə rəsmən bitmiş elan edilir. İki ölkə arasında sülh və dostluq şəraitində diplomatik əlaqələrin qurulmasını üzərinə götürür. Deklarasiyaya görə SSRİ və Yaponiya ticarət və dəniz ticarəti, balıqçılıq və dənizdə baş verə biləcək bədbəxt hadisələr zamanı qarşılıqlı yardım göstərilməsi nəzərdə tutulurdu. Üstəlik ölkələr BMT prinsipləri cərcivəsində fəaliyyət göstərməyi üzərlərinə götürürlər. Ölkələr bir-biirinin daxili işələrinə qarışmırlar. Üstəli SSRİ Yaponiyanın BMT təşkilatına üsvlüyünə yardım göstərməcəyini bildirir. SSRİ bütün Yaponiya vətəndsşlarını Yaponiyaya qaytarmağı öhtəsinə götürür. Deklarasiyanın nəticəsinə hörə hər iki ölkə bir-birinə olan iddialardan imtina edirlər. Sülh anlaşmasının önəmli şərti Sovet tərəfindən Şikotan və Habomay adalarının Yaponiyaya qaytarılmasını nəzərdə tuturdu.

Digər lüğətlərdə