Depressiya

Depression İqtisadi tənəzzül prosesidir. İqtisadi tsikl dörd fazanı: eniş (böhran), depressiya (durğunluq), canlanma və yüksəlişi əhatə edir. Yüksəliş iqtisadi inkişaf əyrisinin yüksək nöqtəsi depressiya isə onun aşağı həddidir. Bununla belə qeyd olunmalıdır ki, depressiya iqtisadiyyat üçün gərəkli ola bilər. Belə vəziyyət iqtisadi sistemi daha səmərəli və canlı işləməyə vadar edir. Vurğulanmalıdır ki, depressiya yeni iqtisadi tsiklin başlanğıcıdır.
Depozitlərin sığortalanması
Derivativlər (törəmə qiymətli kağızlar)
OBASTAN VİKİ
Depressiya
Depressiya ən geniş yayılmış psixi pozuntudur. Əldə olan məlumatlara görə hər beş nəfərdən biri ömründə heç olmasa bir dəfə depressiya ilə xəstələnir. Adi emosional dəyişikliklərdən fərqli olaraq depressiyada əhvali-ruhiyyənin enməsi və digər emosional pozuntular xəstəlik fonunda olur və bir sıra hallarda müxtəlif səbəblərə görə meydana çıxır. Depressiya diaqnozu XBT-10 (Xəstəliklərin Beynəlxalq Təsnifatı — 10-cu buraxılış) diaqnostik kriterilərinə əsasən müəyyənləşdirilir. Depressiyanı təyin etmək üçün həmçinin özünüqiymətləndirmə depressiya testləri də istifadə edilir. İnsanlar zaman-zaman özlərini hüznlü və bədbəxt hiss edirlər. İşindən ayrılmaq, sevdiyini itirmək və ya müvəffəqiyyətli ola bilməmək hüznə gətirib çıxaran həyat hadisələrindəndir. Qısaca hüzn normal həyatın bir parçasıdır, Ancaq bu hüznlü vəziyyətin uzanması və qeyri müəyyən səbəblə ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya olaraq təyin olunar. Depresiya duyğu, düşüncə və davranışa təsir edir. Müalicə edilmədiyi təqdirdə aylar illər, bəzən də ömür boyu qala bilər.
Barik depressiya
Böyük depressiya
Böyük böhran (ing. Great Depression) — 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş dünya iqtisadi böhranı. Amma dünya 1945-ci ilə qədər böhrandan çıxırdı. Buna görə 1930-cu illər bütovlükdə Böyük böhran dövrü hesab edilir. Böyük böhran ABŞ-yə, Kanadaya, Böyük Britaniyaya, Almaniyaya və Fransaya ən güclü toxundu, amma başqa dövlətlərdə də hiss olunurdu. Ən yüksək dərəcə sənaye şəhərləri zərər çəkdi, ölkələr bir sıra tikintini praktik olaraq qurtardı. Ödəmə qabiliyyəti olan tələbatın ixtisarına görə, kənd təsərrüfatı məhsuluna qiymətlər 40–60% düşdü. == Səbəblər == İqtisadçılar Böyük böhranın səbəbləri haqqında ümumi fikirə gəlmiyiblər. Bir sıra nəzəriyyələr bu məsələdə mövcuddur: Keynsian izahati — pul kütləsinin çatışmazlığı. O zaman pul qızıl ehtiyata bağlanmışdı, bu pul kütləsini məhdudlaşdırırdı.
Depressiya (coğrafiya)
Depressiya (lat.depressio — enmə) — geomorfologiyada yer səthində forma və mənşəyindən asılı olmayaraq eniş; bəzən dibi okean səviyyəsindən aşağıda yerləşən çökəklik.
Depressiya (dəqiqləşdirmə)
Depressiya —
Depressiya (iqtisadiyyat)
Kliniki depressiya
Depressiya ən geniş yayılmış psixi pozuntudur. Əldə olan məlumatlara görə hər beş nəfərdən biri ömründə heç olmasa bir dəfə depressiya ilə xəstələnir. Adi emosional dəyişikliklərdən fərqli olaraq depressiyada əhvali-ruhiyyənin enməsi və digər emosional pozuntular xəstəlik fonunda olur və bir sıra hallarda müxtəlif səbəblərə görə meydana çıxır. Depressiya diaqnozu XBT-10 (Xəstəliklərin Beynəlxalq Təsnifatı — 10-cu buraxılış) diaqnostik kriterilərinə əsasən müəyyənləşdirilir. Depressiyanı təyin etmək üçün həmçinin özünüqiymətləndirmə depressiya testləri də istifadə edilir. İnsanlar zaman-zaman özlərini hüznlü və bədbəxt hiss edirlər. İşindən ayrılmaq, sevdiyini itirmək və ya müvəffəqiyyətli ola bilməmək hüznə gətirib çıxaran həyat hadisələrindəndir. Qısaca hüzn normal həyatın bir parçasıdır, Ancaq bu hüznlü vəziyyətin uzanması və qeyri müəyyən səbəblə ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya olaraq təyin olunar. Depresiya duyğu, düşüncə və davranışa təsir edir. Müalicə edilmədiyi təqdirdə aylar illər, bəzən də ömür boyu qala bilər.
Melanxolik depressiya
Bu tip insanlar isə sakit, ancaq həssasdırlar. Onlar heç nəyə biganə qalmırlar. Elə bu səbəbdən onlara münasibətdə ən kiçik diqqətsizlikdən belə tez inciyirlər. Kiçik bir qanqaraçılığı uzun müddət unuda bilmirlər. Dönə-dönə bu hadisəni xatırlayırlar, kədərlənirlər, öz aləmlərində ölçüb-biçirlər. Heç bir tip onlar qədər "yüz ölç, bir biç" məsləhətinə riayət etmir. Hər şeydən tez rənicdə olan melanxoliklər istənilən problemin qarşısında acizdirlər. Ən kiçik problemlə üzləşdikdə belə özlərini itirirlər, vəziyyətdən çıxış yolu tapa bilmirlər. Əslində, bu acizliyi onlar özü-özlərinə aşılayırlar. Çünki sözügedən tiplər bu dünyada ən çox özlərindən narazıdırlar.
Maskalı depressiya
Maskalı depressiya və ya gülümsəyən depressiya — depressiyanın əlamətləri kimi dərhal tanınmayan simptomlarla xarakterizə edilən depressiyanın alt növü. Davamlı kədər və ya maraq itkisi kimi klassik simptomlar əvəzinə, maskalı depressiyada olan şəxslər, əsas depressiv vəziyyəti gizlədən başqa davranışlar və ya şikayətlər göstərə bilir.
Böyük depressiya sorğu vərəqi
Böyük depressiyanın sorğu vərəqəsi (BDSV) (ing. Major Depression Inventory) – Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) işçi qrupu tərəfindən işlənib hazırlanmış depressiyanın özünüqiymətləndirə skrininq testidir. Bu sorğu vərəqəsi ÜST-in Beynəlxalq Xəstəliklər Təsnifatında, 10-cu baxış (BXT-10) qeyd olunmuş depressiv pozuntunun diaqnostik kriteriləri əsasında yaradılmışdır. Keçirilmiş tədqiqatlar BDSV-nın depressiyanın ilkin diaqnostikasında yüksək etibarlığını göstərmişdir.
Zanqın özünüqiymətləndirmə depressiya cədvəli
Zanqın özünüqiymətləndirmə depressiya cədvəli (ing. Zung Self-Rating Depression Scale – ZDRS) Dyuk Universitetində (ABŞ) Uilyam Zanq (William W.K. Zung) tərəfindən yaradılmışdır. Bu cədvəl depressiyanın diaqnostik kriteriləri və depressiv pozuntusu olan xəstələr arasında keçirilən sorğular əsasında tərtib edilmişdir. Depressiyanın ağırlıq dərəcəsi xəstənin öz-özünü qiymətləndirilməsi əsasında müəyyən edilir. Cədvəl 20 bənddən ibarətdir. Müayinə edilən şəxs hər bir bəndin suallarına cavab verərək "nadir hallarda", "arabir", "tez-tez" və ya "əksər hallarda" cavablardan birini seçir. Müayinənin nəticələri təhlil edilərkən bir neçə amil qiymətləndirilir. Bu faktorlara aşağıdakı simptom qrupları daxildir: daxili boşluq hissi, əhvali-ruhiyyənin pozulması, ümumi somatik simptomlar, spesifik somatik simptomlar, psixomotor pozuntu simptomları, suisidal tendensiyalar, qıcıqlılıq və qətiyyətsizlik. Depressiyanın kliniki diaqnostikası və depressiv pozuntuların kliniki dinamikasının müşahidəsi ilə yanaşı ZDRS cədvəlindən həmçinin epidemioloji tədqiqatlarda, antidepressantların və digər dərmanların kliniki sınaqlarında istifadə edilir. Cədvəlin validliyi kliniki sınaqlarla təsdiq olunub.
Aral-Xəzər depressiyası
Aral-Xəzər depresiyası Avropa və Asiya arasında ən alçaq depresiyadır. Bu depresiya Aral dənizi və Şimali Xəzərin arasında yerləşir. Şimal hissəsi Xəzər depresiyası adlanır. Xəzər depresiyasının şərqində yerləşir Turan depresiyası adlanır. Azərbaycanda Aral-Xəzər depresiyasının ən alçaq hissəsi Kür-Araz ovalığıdır. Bu depresiya Azərbaycan, Rusiya, Qazaxıstanın, Özbəkistanın və Türkmənistanın ən alçaq hissəsi sayılır.
Asiya depressiyası
Asiya depressiyası və ya Cənubi Asiya depressiyası — yay aylarında Asiya qitəsi üzərində yaranan alçaq təzyiq sahəsi. İyulda mərkəzində, yəni Əfqanıstan üzərində təzyiq 995 millibara çatır. Asiya depressiyasının cənub hissəsini qitədən tropiklərə doğru yönəlmiş ekvatorial depressiya hesab etmək. Şimalda onun yaranmasına səbəb qitə üzərində qütb cəbhəsi siklonlarının fəaliyyətidir. == İstinadlar == == Əlavə ədəbiyyat == Энциклопедический словарь. 2009. Азиатская депрессия.
Cənubi Asiya depressiyası

Digər lüğətlərdə