Devalvasiya

Devalvation Milli valyuta məzənnəsinin xarici valyutaya nisbətdə, yaxud milli pul nişanlarının real qızıl tutumunun (tərkibinin) aşağı düşməsi. Devalvasiya ölkə iqtisadiyyatında baş verən müxtəlif maliyyə böhranları, yaxud qeyri-tarazlığı, o cümlədən inflyasiya, tədiyyə balansında uzun müddət davam edən kəsrli vəziyyətin nəticəsi kimi baş verir. Devalvasiya prosesi dövlətin bu prosesə müdaxiləsi baxımından 2 qrupa ayrılır: açıq devalvasiya, qapalı devalvasiya. Açıq devalvasiya – dövlət tərəfindən milli valyutanın əhəmiyyətli həcm də dövriyyədən yığılması, yaxud dəyərdən düşmüş milli pul nişanələrinin yeniləri ilə əvəz edilməsi yolu ilə milli valyuta məzənnəsinin qaldırılması. Qapalı devalvasiya – dövlətin məqsədli müdaxiləsindən kənar ölkə iqtisadiyyatında baş verən devalvasiya prosesi. Bu zaman köhnə pul nişanələrinin yeniləri ilə əvəz olunması, yaxud dövriyyədən zəruri miqdarda milli valyutanın yığılması həyata keçirilmir. Bunlarla yanaşı, rəqabət devalvasiyasına da rast gəlinir. Bu, dünya bazarında milli məhsulların rəqabət qabiliyyətini artırmaq, beləliklə də milli ixracı stimullaşdırmaq üçün dövlət tərəfindən məqsədli şəkildə həyata keçirilən devalvasiyadır. Bu zaman xarici valyutaya nisbətdə milli valyuta məzənnəsi ucuzlaşır və ölkə daxilində istehsal olunmuş məhsul dünya bazarında daha aşağı qiymətə malik olur. Beləliklə, qiymət amilinə görə bu məhsullar dünya bazarında yüksək rəqabət qabiliyyəti qazanır.
Derivativlər (törəmə qiymətli kağızlar)
Dezintermediasiya
OBASTAN VİKİ
Devalvasiya
Devalvasiya — (lat. de — enmə, lat. valeo — dəyəri) pul vahidinin qızıl məzmununun rəsmi azalması, yaxud milli valyutanın qızıla, gümüşə, xarici valyutaya görə məzənnəsinin aşağı düşməsi deməkdir. Müasir şəraitdə termin stabil valyutalara nisbətən enən milli valyutada işlənilir. Revalvasiyaya əks olaraq, devalvasiya milli banklarda milli valyutanın idarə olunması aləti kimi baxılır. == Devalvasiya və inflyasiya == İnflyasiya termini devalivasiya termininə yaxındı, amma birinci milli valyutanın yerli bazarda alıcılıq qabiliyyətinə aiddi, ikinci isə xarici valyutaya görə alıcılıq qabiliyyətinə. Mənaca ikisi də alıcılıq qabiliyyətini xarakterizə edir. Valyutanın devalvasiyası ölkə daxilindəki inflyasiya səbəbindən də ola bilər. Xarici valyutanın inflasiyaya uğramasından da milli valyuta devalvasiyaya uğramadan inflyasiyaya uğraya bilər. Əgər xarici valyuta deflyasiyaya uğrasa devolvasiya inflyasiyasız ola bilər.
Açıq devalvasiya

Digər lüğətlərdə