DEŞİK

I
сущ.
1. дыра, отверстие, щель. Kiçik deşik маленькая дыра, deşiyi tutmaq заделывать дыру, deşik sistemi тех. система отверстий, физ. anomal deşik аномальная дыра, kapillyar deşik капиллярное отверстие
2. прореха; разорванное, протёртое насквозь место в одежде, обуви. Paltarın deşiyini tikmək зашивать дыру на платье
3. прокол (сквозное отверстие, сделанное чем-л.)
4. простореч. лазейка, щель, дающая возможность куда-л. пробраться
II
прил.
1. дырявый. Deşik torba дырявый мешок
2. дырочный. связь. Deşik keçidi дырочный переход, deşik keçiriciliyi дырочная проводимость, deşik cərəyanı эл. тех. дырочный ток
3. разг. худой. Deşik vedrə худое ведро; deşik açmaq продырявить, просверлить, deşik genəldən alət развёртка (инструмент), burun deşiyi ноздря
◊ deşik axtarmaq искать лазейку; yerin deşiyində də olsa хоть из-под земли; girməyə deşik axtarmaq искать убежища
DEŞİCİ
DEŞİK-DEŞİK
OBASTAN VİKİ
Qara deşik
Qara dəlik — zərrəciklər və işıq kimi elektromaqnit dalğaların içindən qaça bilmədiyi güclü qravitasiyaya sahib fəza-zamanın bir nahiyəsi. Ümumi nisbilik nəzəriyyəsinə görə, kifayət qədər kompakt kütlə fəza-zamanı deformasiya edərək bir qara dəlik formalaşdıra bilər. Heç bir obyektin qaçışının mümkün olmadığı bölgənin sərhədinə hadisə üfüqü deyilir. Hadisə üfüqü onu keçən obyektin vəziyyətinə böyük ölçüdə təsir göstərməsinə baxmayaraq, lokal olaraq aşkar edilə bilən xüsusiyyətlər müşahidə edilmir. Bir çox cəhətdən, qara dəlik işığı əks etdirmədiyi üçün ideal qara cisim kimidir. Üstəlik, əyri fəza-zamanda kvant sahə nəzəriyyəsi proqnoz edir ki, qara dəlik kütləsi ilə tərs mütənasüb şəkildə, qara cismin şüalandırdığı istilik ilə eyni spektrumda Hokinq radiasiyası yayır. Bu temperatur ulduz qara dəlikləridə milyardlarla kelvinə bərabər olduğuna görə onların müşahidə edilməsini imkansızlaşdırır. Qravitasiya sahəsi işığın qaça bilməyəcəyi qədər güclü olan cisimlər ilk dəfə 18-ci əsrdə Con Mixel və Pyer Simon Laplas tərfindən nəzərə alındı. Qara dəliyi xarakterizə edən ümumi nisbiliyin ilk müasir həlli 1916-cı ildə Karl Şvartsşild tərəfindən tapılmışdır, ancaq heç bir şeyin qaça bilməyəcəyi fəza bölgəsi olaraq şərhi ilk dəfə Devid Finkelştein tərəfindən 1958-ci ildə nəşr edildi. Qara dəliklər çoxdan bəri riyazi maraq hesab olunurdu; 1960-cı illərdə nəzəri tədqiqatlar ümumi nisbiliyin ümumi proqnozu olduğunu göstərdi.

Digər lüğətlərdə