Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yelləncək
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər. Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Seks yelləncəyi
Seks yelləncəyi — yelləncəkdə sallanan bir partnyor ilə sərbəst hərəkət edə bilən digər (aktiv) partnyorun seks etmələri üçün nəzərdə tutulmuş seks alətlərindən biri. Seks yelləncəyi cinsi fəaliyyətə yardımçı olmaq məqsədi güdür. Müxtəlif hissələri polad, dəri, taxta, kauçuk və s. ola bilir. Dizaynı sayəsində passiv partnyorun cinsiyyət orqanına, yaxud anal dəliyinə təmas asanlaşır. Seks yelləncəyinin əsas məqsədi cinsi əlaqəni daha həyəcanlı və daha zəhmətsiz hala gətirməkdir. Sexs yelləncəyi daha çox hərəkət sərbəstliyi verir və çətin seks pozisiyalarını asanlaşdıra bilir. Seks yelləncəkləri həm də fiziki problemləri, yaxud əlilliyi olan şəxslərə çox fərqli cinsi fəaliyyətlərdən zövq almalarına kömək edə bilər. Belə ki, seks yelləncəyi əzələ, yaxud oynaqlara düşən təzyiqi azaldır. Seks yelləncəyindən istifadə edən zaman göstərişlərə əməl etmək çox vacibdir.
Çellencer (şattl)
«Çellencer» (ing. Challenger; mənası – «Meydan oxuyan») — NASA-nın istifadə etdiyi ikinci şattl. İlk uçuşunu 4 aprel 1983-cü ildə etmişdir. Yerin orbitində doqquz əlavə uçuş etmişdir. 28 yanvar 1986-cı ildə (10-cu və son uçuşu) qalxışdan 73 saniyə sonra partladı və beş peşəkar kosmonavt və iki müəllimdən ibarət yeddi ekipaj üzvü həlak oldu. «Çellencer» fəlakətindən sonra altı il NASA, «İndevor» adlı yeni şattlı istifadə etməyə başladı.
Mersedes Yellinek
Adriana Manuela Ramona Yellinek (alm. Adriana Manuela Ramona Jellinek‎; ləqəbi Mersédes (isp. Mercédes) olub; 16 sentyabr 1889, Vyana – 23 fevral 1929, Vyana) — Avstriyalı iş adamı Emil Yellinekin qızı, "Mersedes" avtomobil markası onun şərəfinə adlandırılıb. Ailəsinin üçüncü uşağı idi. Anası Raxel Qoqqman Senrobert (Rachel Goggmann Cenrobert, 1854–1893) əlcəzairli Səfərad yəhudilərindən idi. Onun babası Adolf Yellinek Vyana şəhərinin baş ravvini olmuşdur. Onu evdə "Mersedes" (Ladino dilində "şəfqət", "məlahət" deməkdir) çağırırdılar. Avstriyalı bankir və Qotlib Daymlerin avtomobil firmasının təsisçisi olan atası müəssisədə buraxılan avtomobil markasını qızının şərəfinə adlandırmışdır. "Mersedes" "Daymler"in əvvəlki modellərinin elementləri əsasında hazırlanmışdır, onun texniki yenilikləri ştamplanmış rama və giriş klapanlarının mexaniki ötürücüsü idi, amma sonradan şirkət onlardan imtina etməli oldular. Maşının idarə edilməsi qeyri-adi dərəcədə asan və ən əsası istismarda etibarlı idi.
Çellencer şattl qəzası
Challenger Kosmik Gəmi qəzası, 28 yanvar 1986-cı ildə raketin qalxmasından 73 saniyə sonra partlayış baş verməsi ilə baş verən qəzadır. Qəza nəticəsində 7 astronavt həyatını itirmişdir. Partlayış yanacaq sızması səbəbindən olmuşdur. Challenger Kosmik Gəmisinin qalxışının həyata keçəcəyi gündən əvvəlki gün gecə havanın temperaturu olduqca aşağı düşdü və bəzi mühəndislər qalxışın ləğv edilməsi istiqamətində fikirlər bildirmişdirlər lakin buna baxmayaraq, qalxış NASA tərəfindən təsdiq edilmişdir və kosmik gəminin qatı yanacaq çənlərinin hissəsi olan təhlükəsizlik kəmərlərinə soyuq səbəbindən zərər dəydiyi üçün öz funksiyalarını yerinə yetirə bilmədilər və uçuşun 73-cü saniyəsində gəmidə partlayış baş verdi. Partlayış gəminin Yer səthindən 48.000 fut (15 km) yüksəklikdə olduğu zaman baş verdi.