Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İ̇randa məktəbli qızların kütləvi zəhərlənməsi
Pioner və Məktəblilərin II Respublika Mahnı və Rəqs Bayramı (film, 1976)
Film Azərbaycan pioner və məktəblilərinin istedadlarının nümayişinə-ikinci respublika mahnı və rəqs olimpiadasına həsr olunmuşdur. Film Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Barbizon məktəbi
Barbizon məktəbi (fr. École de Barbizon) — fransız peyzaj-rəssamlar qrupu. Məktəb adını uzun müddət Teodor Russo, Jan-Fransua Mille və qrupun digər nümayəndələrinin yaşadıqları Fontenblo meşəsində yerləşən Barbizon kəndindən almışdır. Məktəbin rəssamları, əsası holland (Yakov Van Reysdal, Yan Van Qoyen, Meyndert Xobbema) və fransız rəssamları (Nikola Püssen və Klod Lorren) tərəfindən qoyulan ənənələrə söykənirdilər. Onlar bilavasitə P. Yüe və R. Bonninqtonun varisləri idi. Barbizon məktəbinin nümayəndələrinə qrupa daxil olmayan — Jan-Batist Kamil Koro, Qustav Kurbe, Ejen Delakrua kimi müasirlərinin də birbaşa təsiri olmuşdur. XIX əsrin əvvəli fransız incəsənətində klassisizm və romantizmin mübarizəsi ilə qeyd edilmişdir. Akademistlər peyzaja münasibətdə onu əsasən mifoloji personajların hərəkət etdiyi fon kimi qəbul edirdilər. Romantiklər şişirdilmiş və zahirən gözəl peyzajlar yaradırdılar. Barbizon məktəbinin nümayəndələri vətənlərinin əməklə məşğul, sadə insanların iştirak etdiyi gündəlik adi motivlərlə zəngin real peyzaj təsvirinin tərəfdarı idilər.
Dünya Məktəbi
Dünya məktəbi — 1998-ci ildə Xəzər Universitetinin nəzdində yaradılmış məktəb. Təsisçilər: Hamlet İsaxanlı və Nailə İsayevadır. Məktəb müasir təlim tərbiyə ocağı kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. "Dünya" məktəbində ibtidai və orta təhsillə yanaşı məktəbəqədər hazırlıq sinifləri də fəaliyyət göstərir. Təhsil həftəsi 5 günlükdür. Şənbə günü dərsdənkənar dərnəklər fəaliyyət göstərir, mədəni və əyləncəli görüşlər təşkil olunur. Şagirdlər saat 8/8.50-dən 15.20/16-ya qədər məktəbdə olurlar. 2009-cu il yanvar ayının 16-dan etibarən Dünya Məktəbi beynəlxalq statusu alaraq IB World School oldu. Məktəbə ən müxtəlif ailə və zümrələrdən olan zehni cəhətdən normal inkişaf etmiş şagirdlər bilik, bacarıq və qabiliyyət nümayişinə əsaslanan imtahan və müsahibə yolu ilə qəbul edilir. Məktəbə qəbulda uğur qazanmayan şagirdlərə xüsusi təyin olunmuş vaxtda özlərini yenidən sınamaq imkanı verilir.
Elea məktəbi
Elea məktəbi — Miladdan öncə VI və V yüzilliklərdə güney İtaliyanın Elea (yun. Έλέα, lat. Velia) şəhərində fəaliyyət göstərən fəlsəfi məktəb. Elea filosofları varlıq haqqında düşünmüş, onun nə olduğunu bilmək istəmişdilər. Bu problemi çözərkən onlar məntiqi düşüncənin real duyğularla ziddiyyətdə olması ehtimalını irəli sürmüşdürlər. Elealılar həm də bütün dünyanın vahidliyini iddia etmişdilər. Eyni zamanda, Elea filosofları yunan dininin bir çox aspektlərinin tənqidçiləri kimi də tanınmışdılar. Elea məktəbinin əsas təmsilçiləri: Ksenofan Parmenid Eleyalı Zenon Melissus Fəlsəfi təlimləri onlara aid olan məqalələrdə verilmişdir. Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF).
Eleya məktəbi
Elea məktəbi — Miladdan öncə VI və V yüzilliklərdə güney İtaliyanın Elea (yun. Έλέα, lat. Velia) şəhərində fəaliyyət göstərən fəlsəfi məktəb. Elea filosofları varlıq haqqında düşünmüş, onun nə olduğunu bilmək istəmişdilər. Bu problemi çözərkən onlar məntiqi düşüncənin real duyğularla ziddiyyətdə olması ehtimalını irəli sürmüşdürlər. Elealılar həm də bütün dünyanın vahidliyini iddia etmişdilər. Eyni zamanda, Elea filosofları yunan dininin bir çox aspektlərinin tənqidçiləri kimi də tanınmışdılar. Elea məktəbinin əsas təmsilçiləri: Ksenofan Parmenid Eleyalı Zenon Melissus Fəlsəfi təlimləri onlara aid olan məqalələrdə verilmişdir. Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF).
Epikür məktəbi
Epikürçülük ya epikürizm — ellinizm dövrünün filosofu Epikür və onun ardıcıllarının təlimi. M. ö. IV yüzilliyin sonu - VI yüzilliyin əvvəllərində Qədim Yunanıstanda Epikür "Epikür bağı" adlanan fəlsəfi məktəbin əsaslarını qoymuşdur ki, bu da gələcəkdə epikürçulük adlı fəlsəfi cərəyanın yaranmasına təkan vermişdi. Bu məktəb öz inkişafında üç mərhələ keçmişdir: Ellinizm dövrünün epikürçülüyü; Yunan-Roma epikürçülüyü m. ö. I-II əsrləri əhatə edir; Roma epikürçülüyü I-VI əsrlər Roma imperiyası dövrünü əhatə edir. Birinci mərhələyə Epikürün və onun ən yaxın dostlarının - Lampasklı Metrodor və riyaziyyatçı Poliyenin və Mitilenli Ermarxın yaradıcılığı aiddir. İkinci mərhələ Epikür məktəbinin nümayəndələri Filonid, Afinalı Appllodor, Sidonlu Zenon, Lakonlu Demetriusdur. İnduktiv məntiq məsələlərini işləyib hazırlamış Qadaralı Filodemusdur. Üçüncü mərhələ əsasən Roma qulldarlıq cəmiyyəti ilə bağlıdır.
Eretriya məktəbi
Eretriya məktəbi — Sokrat ardıcılları tərəfindən yaradılan məktəblərdən biri idi. Bu məktəbi həm də Elida-Eretriya məktəbi də adlandırırlar, çünki o Elidada yaranmış, sonra isə Eritreyada fəaliyyətini davam etdirmişdir. Eretriya məktəbinin fəlsəfəsi haqqında zamanımıza çox az məlumat çatmışdır. Ümumiyyətlə demək olar ki, bu məktəbin filosoflarının dünyagörüşü Meqara məktəbinin nümayəndələrinə yaxın idi. Meqaraçılar kimi eretriyaçılar da deyirdilər ki, həqiqi Xeyir birdir və ondan başqa xeyirlər yoxdur. Xeyirlə Həqiqət eynilik təşkil edirlər. Xeyri yalnız ağılla dərk edib, ona yönəlmək olar. Məktəbin yaradıcıları Elidalı Fedon (yun. Φαίδων, m. ö.
Frankfurt məktəbi
Frankfurt məktəbi (alm. Frankfurter Schule‎) — müasir (sənaye) cəmiyyətinin tənqidi nəzəriyyəsi, neomarksizmin bir növü. Əsas nümayəndələri: Teodor Adorno, Maks Horkheymer, Herbert Markuze, Erix Fromm, Valter Benyamin, Leo Lövental, Frans Leopold Neumann, Fridrix Pollok, "ikinci nəsil"dən — Yurgen Habermas, Oskar Negt. "Frankfurt məktəbi" termini Frankfurt-Maynda Sosial Tədqiqatlar İnstitutu ilə əlaqəli mütəfəkkirlərə tətbiq edilən ümumi addır; tənqidi nəzəriyyənin nümayəndələri özlərini heç vaxt bu ad altında birləşdirmirdilər. Bu məktəbin nümayəndələri hesab edirdilər ki, burjua sinfi cəmiyyəti monolit totalitar sistemə çevrilmişdir ki, burada proletariatın olmaması səbəbindən cəmiyyətin dəyişilməsinin inqilabi rolu ziyalılara və kənar şəxslərə keçir. Müasir cəmiyyət texnokratikdir və yalan şüurun media vasitəsilə yayılması, eləcə də populyar mədəniyyət, tətbiq edilən istehlak kultu sayəsində mövcuddur. Totalitarizm fərdi və ictimai varlıqlar arasındakı sərhədi pozmaq təcrübəsidir. Frankfurt məktəbi sol radikalizm ideologiyasının müxtəlif versiyalarına əhəmiyyətli dərəcədə təsir etmişdir.
Kinik məktəbi
Kiniklər, siniklər (yun. κῠνικοί – it, lat. cynici) — ən tanınmış sokratçı məktəbinin ardıcılları olmuşdurlar. Kiniklərin fikrincə müdriklik nəzəri biliklər deyil, xeyrin nə olduğunun dərk edilməsidir. Həqiqi xeyir hər bir şəxsə ayrı-ayrılıqda aid edilə bilər. Ərdəmli (insanın müsbət keyfiyyətlərinin toplusu, xeyrə yönəlməsi və o xeyrin həyata keçirilməsidir) həyatın məqsədi bir məqamdır, yəni məmnunluq halıdır. Bu hala çatmağın şərti hər bir asılılıqdan (o cümlədən ailədən, əmlakdan) azad olmaqdır. Ona görə də kiniklər abidliyi, sadə həyat yaşamağı təbliğ etmişdirlər. Hətta onlardan bəziləri bir çox ehtiyac və tələbatlarını inkar edib onları rədd edirdilər. Onlar adətlərə və dini ayinlərə istehza ilə yanaşırdılar.
Kirena məktəbi
Kirenaçılar (yun. Σχολή της Κυρήνης) — sokratçı məktəblərindən birinin ardıcılları olmuşdurlar. Onlara ilk hedonistlər də deyirlər. Kirenaçıların çoxusuna görə insan çevrəsindəki dünyanı duyğular vasitəsilə qavrayır (dərk edir); ona görə də duyğu qavramın əsasında duran əsas amildir. İnsana xoş gələn duyğular qəbul edilməli, gəlməyənlər isə rədd edilməlidir. İnsanın məqsədi həyatdan həzz almaq və ağrıdan çəkinməkdir. Həzz keçmiş və gələcəyə deyil, yalnız indiki mövcud zamana aid edilə bilər. Məhz, bu kimi həzzə can atılmalıdır. Keçmiş və gələcək isə bizim hökmümüzün xaricindədir. Ona görə nə keçmişdəki günahlarımızdan peşman olub üzülmək, nə də gələcəyin sınaqlarından qorxmaq lazımdır.
Meqara məktəbi
Meqara məktəbi (yun. Μεγαρική σχολή) — Sokrat ardıcılları tərəfindən yaradılan məktəblərdən biri idi. Onları daha çox metafizika, məntiq və ərdəm (insanın müsbət keyfiyyətlərinin toplusu, xeyrə yönəlməsi və o xeyrin həyata keçirilməsidir) kimi məsələlər maraqlandırırdı. Meqaraçıları mübahisə etməyə meylli olduqlarına görə “eristiklər” və ya “dialektiklər” də adlandırmışdırlar. Evklides Stilpon Evbulides Diodorus Kronus Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 110-115. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF).
Milet məktəbi
Milét məktəbi — VI yüzillikdə fəaliyyət göstərmiş ilk yunan fəlsəfi məktəbi olmuşdur. Milet şəhəri (yun. Μίλητος) müasir Türkiyənin Qərbində, Ege dənizinin sahilində yerləşirdi. Bu məktəbi təmsil edən filosoflar ilk dəfə dini inanc və əsatirlərdə olan kosmoqonik və kosmoloji baxışlara elmi praktiki yöndən baxmağa başlamışdılar. Onlar üçün bütün bunlar artıq inanc və adətlər deyil, araşdırma obyekti olmuşdur. Məhz ona görə də, miletlilər müasir fizika, astronomiya, meteorologiya, biologiya, coğrafiya və başqa elmlərin təməllərini qoymuşdular. Milet filosoflarının irəli sürdüyü ilk problem ontologiya olmuşdur. Bu da təbiidir, çünki düşüncə fəaliyyəti birinci növbədə varlıq probleminə yönəlir. Ondan isə müxtəlif məsələlər ortaya çıxır. Məhz bu baxımdan, ilk filosoflar dünyanın yaranması probleminə önəm vermiş, bununla bağlı anlayışların tərifini və anlamını izah etməyə çalışmışdırlar.
Monastır məktəbi
Monastır məktəbi (lat. Scholae monasticae) — VI–VIII əsrlərdə xristianlığın yaranması ilə Bizansda və Qərbi Avropada yaranmış məktəblər. Qafqazda ilk monastır məktəbləri V–VI əsrlərdə Gürcüstan və Ermənistanda meydana gəlmişdir. Qədim Rusiyada monastır məktəbləri, əsasən, ibtidai məktəblər idi. Müasir katolik monastırlarının bəzilərində monastır məktəbləri indi də fəaliyyət göstərir.
Moğol məktəbi
Moğol rəssamlığı, Moğol miniatürü və ya Moğol məktəbi — orta əsr hind boyakarlığının əsas məktəblərindən biri. Böyük Moğol imperiyasının sarayında inkişaf etmişdir. Moğol miniatür məktəbi Azərbaycan, İran, Mərkəzi Asiya miniatürlərinin təsiri ilə, həmçinin Avropa boyakarlığı və qrafikasından faydalanmaqla yerli ənənələr əsasında formalaşmışdır. Moğol miniatür məktəbinin erkən inkişaf mərhələsi Təbrizdən Hindistana dəvət olunmuş Azərbaycan rəssamı Mir Seyid Əli və Şirazlı Əbd əs-Səmədin yaradıcılığı ilə bağlıdır. Onların rəhbərliyi ilə XVI əsrin ikinci yarısında Hindistanda böyük rəssamlar qrupu fəaliyyət göstərirdi. Moğol miniatür məktəbinə məxsus əsərlərdə çoxfiqurlu kompozisiyalar, hadisələrlə şərti dekorativ mənzərə fonunda verilmişdir. XVII əsrin birinci yarısında Moğol miniatür məktəbi ilə portret miniatürləri əsas janr idi. XVII əsrin ikinci yarısında animalistik janr inkişaf etmişdir. XVIII əsrin miniatürlərində realist əlamətlər yoxa çıxmış, təsvirlə quruluq və qeyri-həyatilik üstün yer tutur. Hindistanın şimal rayonlarının və Dəkkənin miniatür rəssamları Moğol miniatür məktəbinin ənənələrini mənimsəmişdir.
Mülküyə Məktəbi
Məktəb-i Mülküyə və ya qısaca Mülküyə — Ankara Universiteti Siyasi Məlumatlar Fakültəsinin tarixi adıdır. Osmanlı Dövləti dövründə vətəndaş idarəçi sinifini yetişdirmə məqsədi ilə açılmış olan məktəb Türkiyədə İqtisad, müəssisə, Maliyyə, Beynəlxalq münasibətlər, İş İqtisadiyyatı, Dövlət və bələdiyyə idarəetməsi və Siyasət Elmi sahələrində təhsil verən ən köklü təhsil təşkilatıdır. İstanbulda 1859-cu ildə (I Əbdülməcid dövründə) qurulan Mekteb-i Mülküyə, respublika dövründə Ankaraya daşınmışdır və hal-hazırda, Ankara Universiteti Siyasi Məlumatlar Fakültəsinə çevrilmiş olaraq təhsilini davam etdirməkdədir. İlk il 50 şagird alması qərarlaşdırılan məktəbin ilk direktoru "Camal bəy" oldu. Camal bəyin bir illik müdirliyinin sonra 1877-yə qədər Müderris Hilmi Əfəndi müdirlik etdi. Qəbul edilən şagird sayı 1864-də 100-ə çıxarıldı. Məktəb, ilk məzunlarını 1861-ci ildə verdi. İki il əvvəl 50 adamın alındığı məktəbdən 33 nəfər məzun olmuşdu. Məktəb birincisi olan Çeşmeli Mehmet Sirri Əfəndi öz tercihiyle Preveze Qəzası Müdiri olaraq təyin edildi və ilk mülkiyeli idarə komandiri olaraq tarixə keçdi. O il nümayiş olunan bir iradə ilə bundan belə qəza Müdirliklərindən və Liva kaymakamlıklarına Mekteb-i Mülküyə məzunu olmayanların alınmayacağı eşitdirildi.
Məktəbi-tərbiyə
Məktəbi-tərbiyə və ya "Tərbiyə" məktəbi— Naxçıvan şəhərində XIX əsrə aid məktəb. Məktəbi-tərbiyə 1894-cü ildə görkəmli maarifçi-pedaqoq Məhəmməd Tağı Sidqi tərəfindən Naxçıvan şəhərində təsis edilmişdir. Məktəbdə dünyəvi fənlərin tədrisinə ciddi fikir verilir, ana dili ilə yanaşı rus dili və ədəbiyyatı da öyrədilirdi. 1896-cı ildə məktəb üçün yeni bina tikilmişdi. Onun inşasına Hacı Zeynalabdin Tağıyev, general-leytenant İsmayıl xan Naxçıvanski yaxından köməklik göstərmişdilər. Məktəb az vaxtda Naxçıvanın ədəbi-mədəni həyatının mərkəzlərindən birinə çevrilmişdi. Burada yerli ziyalıların iştirakı ilə teatr tamaşaları göstərilir, ədəbi əsərlərin müzakirəsi keçirilir, yubiley gecələri təşkil olunurdu. Aleksandr Puşkinin anadan olmasının 100 illiyi münasibətilə keçirilən yubiley gecəsində (26 may 1899) Məhəmməd Tağı Sidqi şairin həyat və yaradıcılığı haqqında məruzə etmişdir. Cəlil Məmmədquluzadə bu məktəbi "yeniyetmə müəllim və ədiblər üçün darülürfan" adlandırmışdır. 1896-cı ildə Rus-tatar (Rus–Azərbaycan) məktəbinə çevrilərkənməktəbinin fəxri nəzarətçisi Bəhram xan Naxçıvanski olmuş, sonra o yerini istefada olan rotmeyster Cəfərqulu xan Naxçıvanskiyə vermiş, daha sonra isə Mirzə Ələkbər Süleymanov özünün yazdığına görə 1897-ci ildə məktəbin müdiri təyin edilmişdir.
Nehrəm məktəbi
Nehrəm məktəbi — Babək rayonunun Nehrəm kəndinin mərkəzində memarlıq abidəsi. Məktəb binası hazırda bərpa olunsa da köhnə arxitektura üslubunu qoruyub saxlamışdır. Ümumi planda dördkünc olan binanın xarici divarları girintili-çıxıntılıdır. Bu arxitektura üslubu XIX əsrdə Naxçıvanda tikilən bir sıra binaların tikintisində istifadə edilmişdir. Azərbaycanın məşhur yazıçısı Cəlil Məmmədquluzadə vaxtilə bu məktəbdə dərs demişdir. Hazırda binada C. Məmmədquluzadənin xatirə muzeyi yerləşir. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.375.
Novqorod məktəbi
Novqorod məktəbi (rus. Новгородская школа) — XII əsrin ikinci yarısından XVI əsrin əvvəllərinə qədər Novqorodda, onun tabeliyindəki ərazilərdə formalaşmış qədim rus memarlıq və boyakarlıq məktəbi. Novqorod məktəbnin boyakarlıq əsərlərində xəlqilik və obrazların emosional ifadəliyi, kolorit zənginliyi güclüdür. Snas-Nereditsa kilsəsinin (1199) və Volotovo çölündəki Uspeniye kilsəsinin (1352) freskaları (1363–1390-cı illər arasında), Feofan Qrekin divar rəsmləri (XIV əsr), ikona və miniatürlər bu məktəbədə aiddir. Novqorod məktəbinin daş memarlığı abidələr üçün monumentallıq, forma lakonikliyi, xarici bəzəklərin nizamlılığı səciyyəvidir.
Rüşdiyyə məktəbi
Rüşdiyyə məktəbi — XIX əsrin sonlarında XX əsrin əvvəllərində Cənubi Azərbaycanda yeni üsullu məktəb Cənubi Azərbaycan maarifpərvəri və pedaqoqu Rüşdiyyənin Təbrizdə ("Dəbistani-Rüşdiyyə" və "Mədrəseyi-Rüşdiyyə", 1888; "Rüşdiyyəyi-müzəffəriyyə", 1893) və Tehranda (1897) yeni üsullu məktəbi. Rüşdiyyə məktəblərinin tədris planına Azərbaycan, fars, fransız dilləri, sərf-nəhv, ədəbiyyat, riyaziyyat, fizika və b. fənlər daxil idi. İranda sxolastik tədris üsuluna zidd olan Rüşdiyyə məktəbləri şah üsuli-idarəsi və mürtəce ruhanilər tərəfindən dəfələrlə bağlanmışdı. Buna baxmayaraq, Rüşdiyyə məktəbləri İranda yeni tədris üsulunun yayılmasında mühüm rol oynamışdır. "İbtidai və Rüşdiyyə məktəb dərslikləri". Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX-XX əsrlər). Üç cilddə. II cild. Bakı: Nasir, 2002.
Rəşadiyyə məktəbi
Rəşadiyyə məktəbi ‒ Xurşud bəy Əzizbəyovun təşəbbüsü ilə 1915-ci ildə Şuşa şəhərində fəaliyyətə başlamış məktəb. Məktəb "Rəşad" adlı gizli yeniyetmətlər cəmiyyətinin tərkibində yaradılmışdır.Məktəb fəaliyyətə başladığı dövrdə burada təhsil alan şagirlərin əksəriyyətini kasıb ailənin övladları və kimsəsiz uşaqlar təşkil edirdi.Bu səbəbdən də orada təhsil alan şagirdlərin qida,geyim,dərs vəsaiti kimi zəruri vəsaitləri məktəb tərəfindən qarşılanırdı.Məktəbin tədris fəaliyyətində dövrün nüfuzlu şəxsləri iştirak edirdi.Onların arasında Mirzə Cəlal Yusifzadə da var idi.1918-ci ildə türk ordusu Şuşa şəhərinə gəldiyi üçün məktəb əsgərlərin ixtiyarına verildiyi üçün fəaliyyətini dayandırmışdı. Məktəbdə istifadə olunan dərsliklərə Ş.M.Qarabağinin "Risaleyi-hüruf və xütut" (1890); S.Ə.Təbrizinin "Kitabçeyiədəbiyyə" (1893); Ə.Axundzadənin "Xətti təliq və nəstəliq" (1894); M.H.Rüşdiyyənin "Vətən dili" (1884); M.Ələkbərin "Kitabipəndi ətfal" (1899); M.Şahtaxtinskinm "Sövti Şərq Əlifbası" (1902); M.N.Şirvaninin "Təftül arifin lisani türki" (1902); H.S.Eyvazovun "üsuli-tədris və təlim-tərbiyə" (1907); H.Məmmədlinin "Nümuneyi tədris və tərbiyə" (1907); M.Qəmərlinski, H. Nərimanbəyov, Şahtaxtinski, Rəcəbov, Qazıyev, Şərifbəyov və Cəfərbəyovun "Ana dili" (1911), Mirzə Hüseyn Həsənzadənin "Tamam əlifba" (1912), M.A.Abbaszadənin "Əlifba" (1913) və s kitablarını nümunə göstərmək mümkündür.
Tosa məktəbi
Tosa məktəbi — Yaponiyada (Edo dövründə yaranan rəngkarlıq məktəbi) XV əsrin əvvəllərindən başlayaraq XIX əsrin sonlarınadək fəaliyyət göstərdi. Bu məktəbin rəssamları klassik yapon saray ədəbiyyatı əsərlərinə üstünlük verərək buradakı personajların təsvirini yaradırdılar. "Kenza haqqında povest" əsərindəki personajların təsviri buna aiddir. Tosa məktəbinə xas yaradıcılıq üslubuna zərif cizgilər, zəngin palitra, dekorativ kompozisiya aid idi. Tosa məktəbinin məşhur rəssamları Misunobu və Misuoki olmuşlar. Rəssamlar qədim yapon klassik stili olan yamot-e üslubunda işləyirdilər. İlk Tosa adını özünə təxəllüs götürən rəssam XIV əsrin sonu XV əsrin əvvəllərində yaşayıb yaratmış aristokrat Fudzivara Yukixiro olmuşdur. O, həmçinin Tosa Syöqen adı ilə tanınırdı (rəssəm həm də neçə illər Tosa əyalətinin qubernatoru olmuşdur).
Təyyarə məktəbi
Təyarrə məktəbi türk. Tayyare Mektebi — 1912-ci ildə Osmanlı imperiyasında hərbi hava qüvvələri üçün pilot hazırlamaq məqsədilə Yaşılköydə qurulmuş təyyarə məktəbi. Təyyarə məktəbinin açılması qərarı Balkan müharibələrindən sonra verilmişdi. Osmanlı imperiyasının Balkan müharibələrində məğlubiyyəti orduda islahatların zəruri olmasını bir daha göstərdi. Xüsusilədə havada qüvvələri Osmanlı ordusunun ən zəif nöqtəsi sayıldı. Bu səbəbdən Ənvər Paşanın Hərbi Nazirliyi dövründə başlayan Hərbi Aviasiya sahəsini inkişaf etdirmək üçün Təyyarə məktəbi təşkil edildi. Məktəb 1912-ci ildə İstanbulun Yaşılköy səmtində açıldı (hazırda Atatürk Beynəlxalq Hava Limanı). Elə məktəbin adı da Yaşılgöy Təyyarə məktəbi adlandırıldı. Hərbi hava qüvvələrini yeniləmək və pilot yetişdirmək üçün Fransadan hava kapitanı Marki De Quuis De Mezeyrac müqavilə ilə Yeşilköy Təyyarə Məktəbinə gətirildi. Beləliklə, bu məktəbdə dərs deyən ilk müəllim fransız pilot Marki De Quuis De Mezeyrac olmuşdur.
Uluxanlı məktəbi
Uluxanlı məktəbi — İrəvan quberniyasında 1881-ci ildə Zəngibasar mahalının Uluxanlı kəndində yaradılmış Uluxanlı məktəbi İrəvanda fəaliyyətə başlayan ilk dünyəvi məktəblərdən biri. "Qafqaz təqvimi" (rus. "Кавказский календар") məcmuəsinin 1892-ci il tarixli nömrəsində İrəvan quberniyasında Uluxanlı məktəbinin ilk yeni tipli məktəblərdən biri olması və 1881-ci ildə fəaliyyətə başlaması barədə məlumat verilmişdir. Allahverdi Hacı Hüseyn oğlunun evində yerləşən bu məktəbin ilk müdiri o zamanın tanınmış maarifçisi Muxin olmuşdur. Tanınmış ədəbiyyatşünaslardan və tənqidçilərdən Əziz Şərifin "Molla Nəsrəddinin yaranması" və Qulam Məmmədlinin "Molla Nəsrəddin" kitabında qeyd olunur ki, "keçən əsrin 80-ci illərində (XIX əsr nəzərdə tutulur – Z. M.) Uluxanlı kəndində ilk dünyəvi məktəb açıldı. Əziz Şərif "Molla Nəsrəddinin yaranması" kitabında bu məktəb haqqında lazımi məlumatlar vermişdir. Mədəni irsimizə hörmət əlaməti olaraq respublikada yüksək səviyyədə həyata keçirilən tədbirlər sırasında Uluxanlı məktəbinin 125 illik yubileyinin qeyd olunması, məktəbin keçdiyi yol, məzunları və burada müəllim işləmiş böyük ədib və dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyinə ithaf olunan "Zülmət səltənətində məşəl" adlı ensiklopedik toplu- kitabın 2006-cı ildə nəşr olunması təqdirəlayiq haldır. Kitab Uluxanlı məktəbinin keçmiş direktorlarından biri olmuş İsmayıl Abdulla oğlu İsmayılov və dünyasını çox cavan yaşlarında dəyişmiş Eldar Hüseyn oğlu Həsənovun birgə müəllifliyi ilə işıq üzü görmüşdür. Burada Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əvəzsiz xidmətləri olan məşhur ziyalıların tərcümeyi-hal – oçerkləri oxuculara təqdim edilmişdir. 1918-ci ildə ermənilərin İrəvanda törətdikləri qırğınlardan sonra məktəb bir müddət fəaliyyət göstərməmişdir.
Vyursburq məktəbi
[mənbə göstərin] Vürtsburq məktəbi - Onlar ilk dəfə olaraq eksperimental metodla təfəkkürü öyrənməyə başlamışlar. Q.Kyulpe (1862-1915) Vyursburq məktəbinin yaradıcılarındandır. O, Vundtun tələbəsi olmuş, Leypsiq Universitetində təhsil almış, 1887-ci ildə doktorluq dissertasiya müdafiə etmişdir. O, özünün ilk kitabını – “Eksperimentə əsaslanan psixologiya oçerkləri”ni də Vundta həsr etmişdir. Universiteti bitirdikdən sonra o, Vundtun assisenti, daha sonra ekstraordinator – professor işləmişdir. 1896-cı ildə o, psixologiya laboratoriyası yaratmışdır. Kyulpe təfəkkür prosesini eksperimental yolla öyrənmişdir.O bununla Vundtun belə bir fikrini rəddetmşdir ki, eksperiment metodu ilə yalnız sensor prosesləri öyrənmək mümkündür. Vyusberq məktəbinin eksperimentləri göstərdi ki, sınaq olunan tapşırığı yerinə yetirən zamanı əqli fəaliyyət göstərir. Lakin özü bunu bilmir. Burada belə bir nəticə cıxır ki, sensor materialla yanaşı.
Sofistlər məktəbi
Sofistlər məktəbi - (yun. σοφιστής- "müdrik", "bilikli", "bacarıqlı", "yaradıcı",, "ustad", "rəssam", "yaradan" ) — e. ə.V-II əsrlərdə Afinada natiqlik öyrədən müəllimlər və eyni adlı fəlsəfi cərəyan. Geniş mənada "sofist" bacarıqlı və müdrik insan deməkdir. Sofistlərin diqqət mərkəzində hüquq və siyasət, əxlaq, natiqlik sənəti məsələləri dururdu. Təxminən e.ə. V əsrin ortalarında Yunanıstanda intellektual inkişaf başladı. Bunun səbəbi Afinada demokratiyanın yüksəlməsi idi. Vətəndaşların gücünün artması, individualizmin inkişafı və praktiki problemlərin həllinə olan tələbat düşüncənin köhnəlmiş formalarına qarşı reaksiya ilə nəticələndi. Bunun nəticəsində, bəzi yunan filosofları fiziki dünyanı öyrənməyi dayandırdı və diqqətini fərdlə daha yaxın mövzulara yönəltməyə başladı.
Tabeeta məktəbi
Tabeeta məktəbi — İsrailin Yaffa şəhərində yerləşən məktəb. Şotlandiya kilsəsi tərəfindən idarə olunan məktəbin devizi "irqindən, millətindən, cinsindən və dinindən asılı olmayaraq bütün uşaqları salamlayırıq" kimi səslənir. Məktəb 1863-cü ildə təsis edilmişdir.
Bakı Xoreoqrafiya Məktəbi (məktəb)
Bakı Xoreoqrafiya Akademiyası — Azərbaycan Respublikasında xoreoqrafiya sahəsində ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən xüsusi ali məktəb. Azərbaycan SSR Xalq Maarif Komissarlığı Kollegiyasının 29 aprel 1922-ci il tarixli iclasının qərarı ilə Əli Bayramov adına Mərkəzi Klubun nəzdində Balet Studiyası açılmışdır. 1923-cü il avqustun 18-də Xalq Maarif Komissarlığı Kollegiyasının qərarına əsasən Bakıda ritm və rəqs studiyası açılmış və “Balet studiyası” adlandırılmışdır. 1929-cu ildə Xalq Maarif Komissarlığı Kollegiyasının qərarına əsasən, bu studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilmişdir. 1933-cü ildə Bakı Xoreoqrafiya Məktəbində artıq 157 şagird təhsil alır və təhsil müddəti 4 ildən 9 ilə çatdırılmışdır. 1935-ci ildə Xoreoqrafiya Məktəbi Azərbaycan SSR Xalq Maarif Komissarları Şurasının qərarı ilə Bakı Xoreoqrafiya Texnikumu, 1962-ci ildə isə Azərbaycan SSR Nazirlər Sovetinin Ali və Orta İxtisas Təhsili Komitəsinin qərarı ilə Azərbaycan SSR Mədəniyyət Nazirliyi nəzdində Bakı Xoreoqrafiya Məktəbi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2014-cü il tarixli Sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyası yaradılmış və fəaliyyətə başlamışdır. 26 dekabr 2014-cü il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsinə əsasən Akademiya ümumi təhsil (ibtidai, ümumi orta və tam orta təhsil), orta ixtisas və ali təhsil (bakalavr, magistr, doktorantura) pillələri üzrə təhsil proqramı və əlavə təhsilin müvafiq istiqamətlərini (ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi) həyata keçirir. Elmi-pedaqoji kadr potensialı sayəsində akademiyada 7 kafedra və akademiyanın ali qərarverici orqanı olan Elmi Şurası fəaliyyətə başlamışdır. Bununla bərabər akademiyanın Bədii Şurası, Elmi-Metodiki Şurası, kollec və tam orta məktəbin Pedaqoji Şuraları fəaliyyət göstərir.
Meytablı
Meytablı — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.