didaktik-alleqorik

didaktik-alleqorik
didaktik
didaktik-fəlsəfi
OBASTAN VİKİ
Alleqorik
Alleqoriya və ya təmsil — hər hansı bir mücərrəd fikrin, anlayışın konkret predmet və ya hadisənin köməyi ilə təsvir edilməsidir. Orta əsrlər ədəbiyyatında alleqoriyadan geniş istifadə olunurdu. Yazıçılar və şairlər ədalət, xeyir, şər və s. haqqında fikirlərini antik mifolofiyadan aldıqları surətlər vasitəsilə ifadə edirdilər. Alleqoriya romantizmdə də mühüm yer tuturdu. Alleqoriyadan təmsil və nağıllarda, ümumiyyətlə, satirik əsərlərdə geniş istifadə edilir. Məsələn, belə əsərlərdə çox vaxt tülkü surəti – hiyləgər adamları, qurd – acgözləri, aslan - igid və mərd, ayi-qanmaz, nadan adamları təmsil edir. Məhəmməd Füzulinin "Bəngü Badə", Mirzə Ələkbər Sabirin "Tülki və qarğa" əsərləri alleqorik əsərlərdir. Dünya ədəbiyyatı tarixində ilk alleqoriyanın müəllifi Homer sayılır. Alleqoriya sözünün etimalogiyası isə latın dilindən "məclis, yığıncaq" mənasına gəlir.
Didaktik ədəbiyyat
Didaktik ədəbiyyat (yun. didaktos - nəsihət verən) — elmi, fəlsəfi, mənəvi-əxlaqi, dini görüş və ideyaları bədii formalarda əks etdirən nəsihətamiz xarakterli ədəbiyyat. Didaktik ədəbiyyatın ilk nümunələri sinkretizm dövrünə aiddir. Qədim Yunanıstanda Hesiodun əkinçi-əxlaqi görüşlərini əks etdirən "Zəhmətlər və günlər" eposu, Lukretsinin "Şeylərin təbiəti haqqında" fəlsəfi poeması, Çində Lao-Tszının "Dao de tszin" fəlsəfi poeması, Hindistanda "Pançatantra", "Kəlilə və Dimnə", Azərbaycanda, İranda, həmçinin Orta Asiyada "Avesta", Rusiyada "Vladimir Monomaxın öyüdləri" və s. əsərlərdə nəsihətamiz motivlər əsas yer tutur. Sonrakı dövrlərdə Nikola Bualo ("Poeziya sənəti"), Aleksandr Pop ("İnsan haqqında təcrübə"), Mixail Vasilyeviç Lomonosov ("Şüşənin faydası barədə məktub") və başqaları didaktik əsərlər yaratmışlar. Didaktik ədəbiyyat Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda da geniş yayılmışdır. Sufi lirikası və nəsrini bütövlükdə didaktik ədəbiyyat hesab etmək olar. Didaktik ədəbiyyatın təmsil, nəsihətnamə, öyüd, məsəl kimi spesifik janrları da vardır. “Qabusnamə”, Sədi Şirazinin “Gülüstan” və “Bustan” əsərləri, Cəlaləddin Ruminin “Məsnəvi”si didaktik ədəbiyyatın klassik nümunələridir.