dilatometr

dilatometr
dilatoqraf
dilavər
OBASTAN VİKİ
Dilatometriya
Dilatometriya- (latınca dilato - genişləndirirəm ,metriya- ölçürəm) cisim ölçülərinin dəyişməsinin temperatur, təzyiq, elektrik və maqnit sahələrindən, ionlaşdırıcı şüalanmadan və s. asılılığını öyrənən fizika və ölçü texnikasının bölməsidir. == Dilatometrik tədqiqatların əsası == Dilatometrik tədqiqatların əsası - cisimlərin istilik genişləndirilməsinin və onun müxtəlif anomaliyalarının (faza keçidlərində və s.) müəyyənləşdirilməsidir. == Dilatometriyada istifadə edilən qurğular == Dilatometriyada istifadə olunan cihazlar - dilatometrlər, müxtəlif fəaliyyət prinsiplərinə malikdirlər. === Optik-mexaniki dilatometrlər === Optik-mexaniki dilatometrlərdə (həssaslıq ~ 10-6 - 10-7 sm), cismin ölçüsünün dəyişməsi optiki güzgünün fırlanmasına gətirib çıxarır; xətti genişlənmə güzgüdən yansıyan işıq saçışının yerdəyişməsinə görə ölçülür. === Tutumlu dilatometrlər === Tutumlu dilatometrlərində (həssaslıq ~ 10-9 sm), nümunənin ölçüsünün dəyişməsi ötürücü kimi işləyən elektrik kondensatorunun tutumunu dəyişdirir. === İnduksiya dilatometrləri === İnduksiya dilatometrlərində (həssaslıq ~ 10-9 sm) nümunənin ölçülərinin dəyişməsi, induksiya sarğacının qarşılıqlı tənzimlənməsini və nəticədə onların qarşılıqlı induktivliyini də dəyişir. === İnterferensiya dilatometrləri === İnterferensiya dilatometrlərində (həssaslıq ~ 10-9 sm) nümunə interferometrın güzgüləri arasında yerləşdirilir; aralarındakı məsafə dəyişərkən, interferensiya zolaqları yerlərini dəyişirlər. === Radio-rezonanslı dilatometrlər === Radio-rezonanslı dilatometrlərdə (həssaslıq ~ 10-12 sm) sensor divarları tədqiq olunan materialdan hazırlanmış həcmli bir resonatordur; rezonatorun ölçüsündə dəyişikliklər onun rezonans tezliyindəkı dəyişikliklə qiymətləndirilir. === X-ray struktur analizi === X-ray struktur analizi dilatometriyanın ən həssas metodlarından biri hesab edilə bilər.