Dilemma

yun. dilemma, di(s) – iki dəfə və lemma – göndərmə 1) məntiqdə – bir-birini istisna edən və yalnız biri seçilməli olan iki müddəadan ibarət mülahizə və ya nəticə; belə ki, üçüncü mümkün deyil; 2) iki imkan arasında seçim etmək çətinliyi; 3) iki mümkün (adətən arzu olunmayan) şeydən birini seçmə zərurəti.
Diksiya
Diletant
OBASTAN VİKİ
Dilemma
Dilemma — İnsanın istəmədiyi halda, hər iki seçimdə seçilən qərarın düzgün olmamasına baxmayaraq qarşılaşdıqda onlardan birini etməyə məcbur edən vəziyyət. == Növləri == Dilemmanın iki növü vardır: Quraşdırıcı dilemma və dağıdıcı dilemma. Əgər nəticədə şərti hökmdə verilmiş xassə, yaxud fikir iqrar edilirsə - qurucuya, inkar idilirsə - dağıdıcıya aiddir. Qurucu dilemmaya nümunə olaraq Y. Semyonovun "Baharın on yeddinci anı" kitabından əsərin baş qəhrəmanı Ştirlisin mühakiməsini verək: "Əgər Berlinə getsəm, məni gestapo həbs edəcək, Moskvaya qayıtsam, onda tapşırığı yerinə yetirə bilməyəcəm. Lakin mən Berlinə gedə bilmərəm, yaxud Moskvaya qayıda bilmərəm. Məni gestapo həbs edəcəkdir, yaxud tapşırığı yerinə yetirə bilməyəcəm". Gətirilən nümunədə alınan nəticə konkret deyil. Lakin belə bir qayda əsas tutulur ki, iki çətin vəziyyətdən ən az çətin olanı seçilir. Dağıdıcı dilemmada isə kiçik müqəddimələrdə verilmiş şərtlər, alternalar da, nəticə də inkar olunur. Məsələn: "Yetərincə vaxtım olarsa, ya kitab üzərində işləyəcəm, ya da səyahətə çıxacam".
Məhbusların dilemması
Məhbusların dilemması — oyunlar nəzəriyyəsində təhlil olunan standart oyunlardan biridir. Bu dilemma əməkdaşlıq etmələri hər ikisinin ən yaxşı seçimləri olduğu halda, tam rasional iki şəxsin belə əməkdaşlıqdan yayına biləcəklərini göstərir. Bu oyun ilk dəfə RAND korporasiyasında çalışan Merrill Flood və Melvin Dresher tərəfindən 1950-ci ildə dizayn edilib. Daha sonra Albert W. Tucker oyunu həbs cəzası "mükafat"ları ilə formal hala gətirib (Poundstone 1992) və oyuna "məhbusların dilemması" adını verib. Oyun aşağıdakı kimidir: İki nəfər cinayətkar polis tərəfindən həbs olunur. Bu şəxslər bir-biriləri ilə heç bir vasitə ilə söhbət edə və ya mesaj göndərə bilməzlər. Polis qəbul edir ki, əllərində hadisəyə dair kifayət qədər dəlil yoxdur və bu səbəbdən cinayətkarlara maksimum cəza verə bilmirlər. Nəticədə, polis hər iki şübhəlini eyni vaxtda sorğulayır və hər bir şübhəliyə digərini günahlandırmaq və ya sakit qalmaq (digər şübhəli ilə "əməkdaşlıq" etmək) haqqı verilir. Şübhəlilərin cavablarına əsasən həbs cəzaları aşağıdakı kimi olur: A və B bir-birilərini günahlandırdıqları halda hər ikisinə 2 il həbs cəzası verilir. Əgər A, B-ni günahlandırarsa və B sakit qalarsa, A azad olunur, B-yə isə 3 il həbs cəzası verilir (və ya əksinə, əgər B, A-nı günahlandırarsa və A sakit qalarsa, B azad olunur, A-ya isə 3 il həbs cəzası verilir).
Qatar dilemması
Qatar dilemması - 1967-ci ildə Philippa Foot tərəfindən hazırlanan klassik məntiq oyunu. == Sualın qoyuluşu == Bir anlıq qatar relslərinin yön dəyişdirən pultunu idarə etdiyinizi düşünün. Uzaqdan nəzarətsiz bir qatarın onun gəlişini eşitməyən 5 nəfər işçiyə doğru sürətlə gəldiyini görürsüz və işçilər bunu görsələr belə vaxtında qaçmağa qaçmağa imkanları olmayacaq. İdarəsi sizdə olan pultun bir düyməsiylə tramvayı həmin 5 işçinin olduğu yoldan ikinci relsin üzərinə yönləndirə bilərsiz, amma bu ikinci yolun da üzərində bir nəfər işçi var. Əgər qatarın yolunu dəyişsən bir nəfər öləcək və sən qatil olacaqsan, yox əgər heç bir şey etməsən yəni qatarın yolunu dəyişməsən beş nəfər öləcək. Bu vaxt hansı qərarı verərdiz? Bir nəfərin ölümüylə beş nəfəri xilas etmək? Yoxsa əksinə? Bu dilemma bir hərəkətin nəticələrini başdan-sona düşünməmizi və qərarların əxlaqı dəyərinin yalnız onun nəticələri ilə müəyyən olub olmadığını nəzərdən keçirməyə bizə imkan verir. == Məsələyə tənqidi baxışlar == Dilemmanın təməlində İmmanuel Kantin metafizik əxlaqı və Jeremy Benthamın praqmatizm çəkişməsi yatır.
Təhlükəsizlik dilemması
Təhlükəsizlik dilemması (ingiliscə: security dilemma) – beynəlxalq münasibətlərdə xüsusi termin olub, iki və ya daha çox dövlət arasında bir-birinə nəzərən daha çox təhlükəsizliyə nail olmaq məqsədilə başlayan, lakin sonda hərbi münaqişə və ya daha çox təhlükəsizliyə gətirib çıxaran rəqabəti ifadə edən paradoksa deyilir. Təhlükəsizlik dilemması beynəlxalq arenadakı anarxiyadan yaranır, çünki dövlətlər bir-birlərinin davranışlarının hansı mənaya gəldiyini — müdafiə və ya hücum meyilli olduğunu başa düşməkdə çətinlik çəkir. Anarxiya xarakterli beynəlxalq sistemdə hər bir səhvin dövlət suverenliyinin itirilməsi ilə nəticələnmə ehtimalına görə də dövlətlər digər dövlətlərə qarşı öz hərbi güclərini artırmağa çalışırlar. Məsələn, A ölkəsi öz təhlükəsizliyini artırmaq məqsədilə yeni silahlar əldə edir, lakin sistemin anarxikliyindən qaynaqlanan şəraitə görə B dövləti A dövlətinin silahları müdafiə, yoxsa hücum məqsədilə əldə etdiyini anlamaqda çətinlik çəkir və hər ehtimala qarşı B dövləti də A dövlətinin edə biləcəyi hər hansı bir hərəkətdə qorunmasız vəziyyətdə qalmamaq üçün silahlar əldə edir. B dövlətinin silahlandığını görən A dövləti də bunun özünə qarşı hazırlanmış təhlükləli addım olmasından qorxaraq daha da silahlanıb B dövlətinə qarşı gələ biləcək səviyyəyə çatmaq istəyir və beləcə qarşılıqlı silahlanma davam edir. Nəticədə hər iki dövlət ilk başda hər kəsin silahsız olduğu zamandan bəri daha təhlükəsiz şəraitlə baş başa qalırlar və bu, təhlükəsizlik dilemması adlanır. Bu termin ilk dəfə Con Herts tərəfindən 1951-ci ildə onun "Siyasi realizm və siyasi idealizm" kitabında elmi dövriyyəyə gətirilmişdir. Eyni zamanda həmin ildə britaniyalı tarixçi Herbert Batterfild özünün "Tarix və insan şəraiti" kitabında oxşar konsepsiyanı izah etmiş, lakin ona spesifik ad verməmişdir. == Müdafiə meyilli realizm == Təhlükəsizlik dilemması müdafiə meyilli realizmin əsas xüsusiyyətlərindən biridir. Kennet Uoltza görə vahid dünya dövləti olmadığına və sistemin anarxik olmasına görə həyatda qalmaq dövlətlərin əsas hərəkət motivasiyasıdır.

Digər lüğətlərdə