Dill

der; -s şüyüd
dilettantisch
Dimension
OBASTAN VİKİ
Nathalia Dill
Nathalia Goyannes Dill Orrico (Portuguese: [[Beynəlxalq fonetik əlifba|[naˈtaliɐ ˈdʒiw]]]; 24 mart 1986, Rio-de-Janeyro) — Braziliya aktrisası.
Danışanların sayına görə dillər siyahısı
Dard dilləri
Dard dilləri — hind-Avropa dillərinin ari qoluna daxil olan dil qrupu. Şimali Əfqanıstanın, Pakistanın və Hindistanın dağlıq rayonnlarında yayılmışdır. Bu dildə danışanların ümumi sayı 1990-cı illərdə 5 milyon nəfərdən çox idi. Dard dilləri 5 yarımqrupa bölünür: şərq yarımqrupuna kəşmiri, şina, phalura dilləri; şərti olaraq kuhistani adı altında birləşdirilən bir sıra dillər və dialektlər – mayyan, kanyavali, torvali və s.; başkarik və ya qarvi adlanan dialektlər qrupu; katar kalai dili və bəzi digər dillər daxildir. Kunar yarımqrupu qavar-bati, şumaştivə qlanqali dillərindən ibarətdir. Bəzi məlumatlara görə, tirahi dili də bu yarımqrupa aiddir. Son dərəcə fərqli paşai dialektləri ayrıca yarımqrup əmələ gətirir. Digər yarımqrup khovar və kalaşa dillərindən ibarətdir. Genetik mövqeyi qeyri-müəyyən olan dameli dili müstəqil yarımqrup hesab olunur. Daha əvvəllər Nuristan dili də Dard dilinə daxil edilmişdir.
Dargin dilləri
Dargin dilləri — Nax-Dağıstan dillərinin qolu. Darginlərin Rusiyanın Dağıstan bölgəsinin şimal-şərqi dağlıq hissəində darginlərin ənənvi yaşadığı ərazidə — Akuşin rayonunda, Buynak rayonunda, Serokalin rayonunda, Levaşin rayonunda, Daxadyev rayonunda, Kaytağ rayonunda, Karabudaxken rayonunda və Aqul rayonunda və 1950-ci ildən sonra əksəriyyətinin kömürüldüyü aran yerlərində istifadə edilir. Ümumi danışanların sayı 485 705 nəfərdi (2010, siyahıyaalma). 17 dialekti, 6 qrupu var, bəzi dialektlər bir-birini başa düşmür. Tədqiqatçıların nəticəsinə görə ümumi dargin dilinin ayrılması b.e əvvəl III əsrdə baş verib.
Dillenia suffruticosa
Simpoh Ayer (lat. Dillenia suffruticosa) — Dillenia cinsinə aid bitki növüdür. Tropik Cənub-Şərqi Asiyada ikinci dərəcəli meşələrdə və bataqlıq yerlərdə tapılır. 6 metrə qədər yüksek bir böyük, həmişəyaşıl koldur. Davamlı 10-12 sm eni olan sarı güllər verir. . Simpoh Ayer, Bruneyin milli gülüdür.
Dilleniaceae
Dilleniaceae (lat. Dilleniaceae) — bitkilər aləminin dilleniales dəstəsinə aid bitki fəsiləsi.
Dillenid
Dillenid (lat. Dilleniidae) — i̇kiləpəlilər sinfinə aid bitki yarımsinfi.
Dilleniidae
Dillenid (lat. Dilleniidae) — i̇kiləpəlilər sinfinə aid bitki yarımsinfi.
Dillər
Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərti sistem. O, yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Dilləri linqvistika öyrənir. Dildə şərti işarələr semiotikanın predmetidir. Dilin insan təfəkkürünə və fəaliyyətinə təsirini psixolinqvistika tədqiq edir. linqvistikanın predmeti olan insan dilləri : təbii insan dilləri, süni insan dilləri, məsələn, (esperanto), karlar üçün jest dili, formal dillər kompüter dili,məsələn Alqol, Heyvanların ünsiyyət dili. Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur. Dünyanın yeddi dili dünya dilləri hesab olunur: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili Alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.
Dillərin genetik təsnifatı
Dünyada danışılan dillərin hamısı bir Dil Ailəsinə mənsubdur. Ən doğru təsnif etmə, kökə görə edilmiş olan 'dil ailələri' təsnif etməsidir. Yəni eyni dil ailəsinə mənsub dillərin, eyni kökdən, bəlkə də eyni primitiv dildən törədiyi qəbul edilir. Çox dilin yazılı tarixi çox qısa olduğu üçün, çox az dilin qəti kökü bilinməkdədir. Dil ailələrinin təyin olunması, uzun elmi işlər nəticəsində mümkün olmuşdur. Dil ailələri ağac sxemi olaraq göstərildikləri üçün özlərinə dil ağacı da deyilir. Bu səbəblə, alt hissələrinə də dil qolları deyilir. Bəzi dillər, heç bir qola bağlı deyildirlər və buna görə onlara mücərrədlənmiş dillər deyilir. Məsələn Yunanca, Hind Avropa Dil Ailəsinə mənsub mücərrədlənmiş bir dildir. Köklərinə görə təməl dil ailələri bunlardır: German qrupu: ingilis, alman, holland, afrikaans, isveç, norveç, dan, island, idiş.
Dillərin tipoloji bölgüsü
Linqvistik tipologiya və ya dillərin morfoloji təsnifatı — alman əsilli ədəbiyyat tarixçisi, tərcüməçi, yazıçı və filosof Avqust Vilhelm Şleqel-Humbolt tərəfindən işlənib hazırlanmış morfoloji dil təsnifatı daha geniş yayılmışdır. Bu təsnifat dünya dillərini dörd tipə bölür: Köklü və yaxud təcrid olunan dillər; Aqlyutinativ (iltisaqi) dillər; Flektiv dillər; İnkorpor edilənlər. Birinci tipin xüsusiyyəti ondadır ki, sözlər morfoloji cəhətcə dəyişməz vəziyyətdə olur. Sözlərdə qramatik məna verən affikslər yoxdur. Cümlədə sözlər bir-birindən təcrid olunmuş vəziyyətdə yerləşir. Burada sözlər arasında əlaqə sintaksis olaraq, yəni sözlərin ardıcıllığı köməkçi sözlər, ritm və intonasiya vasitəsilə müəyyən olunur. Məs. qədim çin, yapon və koreya dilləri təcrid dillərdir. Məs. çin dilində sözlər cümlədəki yerlərindən asılı olaraq müxtəlif məna daşıyır.
Dillərin yaşaması dərəcəsi
Dillərin yaşaması dərəcəsi (ing. Degree of endangerment) — YUNESKO tərəfində 9 meyara görə "Yox olma təhlükəsi olan dünya dilləri atlası" (ing. Atlas of the World’s Languages in Danger)na daxil olan dillərə verilən qiymət, onların içində ən vacibi nəsillər arasında dillərin ötürülməsidir.
Dravid dilləri
Dravid dil ailəsi — özündə 16 dili birləşdirərək 4 budağa ayrılır. Bunlar dravid, andxra, Mərkəzi hind və Şimal-qərb budaqlarıdır. Dravidin ən böyük dilləri: tamil, malayyali və kannaradır. Andxra budağına: teluqu dili daxildir. Mərkəzi hind dillərindən ən böyüyü qonda dilidir. Şimal-qərb budağı brahui dilidir ki, bu dildə əsasən şimal-qərbi Hindistanda və Pakistanda danışırlar. Андронов М. С. Дравидийские языки. М., 1965. −124 с. Krishnamurti, B., The Dravidian Languages, Cambridge University Press, 2003.
Dönmək (proqramlaşdırma dillərində)
Dönmək (en. return) - sistemin idarəolunmasının çağrılmış altproqramdan (proqramdan) çağıran altproqrama (proqrama) verilməsi. Bəzi proqramlaşdırma dillərində bunun üçün return, yaxud exit deyimləri var, başqalarında isə yalnız çağıran altproqramın, yaxud proqramın sonuna (axırıncı deyiminə) dönmək mümkündür. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dünya dilləri
Aşağıda dillər və dil qrupları ilə bağlı Vikipediyada olan və ya yaradılması vacib sayılan məqalələrin tam siyahısı verilib. Siyahıya ancaq insan dilləri daxil edilib (təbii, süni, jest və düzəltmə dillər də). Siyahıya heyvan dilləri və formal dillər (o cümlədən, kompüter dili və proqramlaşdırma dili) salınmayıb.
Dünya dillərinin morfoloji təsnifatı
Linqvistik tipologiya və ya dillərin morfoloji təsnifatı — alman əsilli ədəbiyyat tarixçisi, tərcüməçi, yazıçı və filosof Avqust Vilhelm Şleqel-Humbolt tərəfindən işlənib hazırlanmış morfoloji dil təsnifatı daha geniş yayılmışdır. Bu təsnifat dünya dillərini dörd tipə bölür: Köklü və yaxud təcrid olunan dillər; Aqlyutinativ (iltisaqi) dillər; Flektiv dillər; İnkorpor edilənlər. Birinci tipin xüsusiyyəti ondadır ki, sözlər morfoloji cəhətcə dəyişməz vəziyyətdə olur. Sözlərdə qramatik məna verən affikslər yoxdur. Cümlədə sözlər bir-birindən təcrid olunmuş vəziyyətdə yerləşir. Burada sözlər arasında əlaqə sintaksis olaraq, yəni sözlərin ardıcıllığı köməkçi sözlər, ritm və intonasiya vasitəsilə müəyyən olunur. Məs. qədim çin, yapon və koreya dilləri təcrid dillərdir. Məs. çin dilində sözlər cümlədəki yerlərindən asılı olaraq müxtəlif məna daşıyır.
Eskimos-Aleut dilləri
Eskimos-Aleut dil ailəsi — Eskimosların dili. Paleoasiya dillərinin eskimos-aleut qrupuna daxildir. Rusiya Federasiyasının subyektlərindən Çukotka Muxtar Dairəsində, Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında, Kanadanın şimali bölgələrində və Danimarkanın muxtar adası Qrenlandiyada danışılan dil ailəsi. 102 000 nəfərlik etnik əhalidən təhmini 85 000 nəfəri anadilində danışa bilir. ISO 639 sistemində kodu esx-dir. Çukot yarımadasında (RF), Alyaska y-anda (ABŞ), Kanada və Qrenlandiyanın arktik ərazilərində yayılmışdır. Bu dildə təqribən 120 minə qədər insan danışır. 20-yə yaxın dialekti var. Qrammatik quruluşca iltisaqi dildir. Erqativ quruluşlu sadə cümlələr geniş yayılmışdır.
Esperanto dilli Vikipediya
Esperanto dilli Vikipediya (esp. Vikipedio en Esperanto və ya Esperanta Vikipedio) — Baskca Vikipediya ilə birlikdə 11 May 2001-ci ildə başlanan, Vikipediyanın Esperanto dilində bölməsidir. 2016-cı ilin iyun ayına olan 280.000-dən çox məqalə sayı ilə məqalələrin sayına görə 32-ci ən böyük Vikipediya olmaqla yanaşı süni dildə qurulmuş ən böyük Vikipediya bölməsidir. Amerikan Esperantisti Chuck Smith Esperantoca Vikipediyanın qurucusu sayılır. O 15 noyabr 2001-ci ildən başlayaraq üç həftə ərazində Ensiklopediya Kalblanda'nın Stefano Kalb tərfindən yaradılmış 139 məqaləsini daxil edərək yeni ensiklopediyanın başlanğıcını qoydu. Daha sonra, Avropa ölkələrində esperanto dilində danışanlar arasında Vikipediyanı populyarlaşdırmaq məqsədi ilə Avropaya səyahət etdi. Noyabr 2002-ci ildə Dobrjixobitse (Çexiya) da keçirilən Esperantonun Elm və Texnologiyada Tətbiqi üzrə 10-cu Konfransda Vikipediya haqqında bir danışma etdi. Esperanto dilində danışanlar Vikipediyanın bir neçə başqa dil versiyasının ( Çex, Slovakiya, Osetiya, Suahili ) qurulmasında da iştirak etmişlər. Esperanto spikeri və sonradan Vikimedia Vəqfinin ilk işçisi olan Brion Vibber tərəfindən Esperanto əlifbasına dəstəyin tətbiqi, 2002-ci ilin yanvar ayında İngilis dilindən başqa dillərin əlifbalarına yol açdı və bütün Vikipediyanın Unicoda-a keçidinə başlandı. 2018-ci ilin iyul ayına olan məlumata görə, Esperanto Vikipediyasında 287 seçilmiş məqalə (elstaraj artikoloj) və 206 yaxşı məqalə (legindaj artikoloj) var.
Formal dillər
Formal dillər — insanın müxtəlif fəaliyyət sahələri üçün yaradılmış və öz əlifbası, qrammatik qaydaları, sintaksisi olan xüsusi dillərdir. Riyazi məntiq və riyazi proqramlaşdırma dillərini formal dillərə aid ən önəmli nümunələr olaraq qeyd etmək olar. Formal dillərin hamısı müəyyən şəxslər tərəfindən yaranıb. Formal dillər elm və texnikada geniş istifadə olunur.Elmi tətqiqatlarda və praktiki fəaliyyətdə formal dillər təbii dillərlə paralel istifadə olunur. Bunlardan biri digərini tam əvəz edə bilməz. Təbii dil daha güclü ifadə imkanlarına malik olsa da,formal dil biliyin daha dəqiq təqdimatı cəhətdən üstündür. Riyaziyyatın bütün inkişaf tarixində müxtəlif obyektləri və anlayışları işarə etmək üçün həmişə simvolik işarələrdən istifadə olunmuşdur.Lakin işarələrdən başqa hər zaman təbii dillərdən də istifadə olunmuşdur.Elmin inkişafının müəyyən mərhələsində,əsasən ΧVΙΙ əsrdən başlayaraq,riyazi analizin ciddi məntiqi təhlilini və teoremlərin hökmlərini əsaslandırmaq üçün yeni bir yanaşmaya ehtiyac yarandı.Riyazi nəzəriyyələrin ciddi formalarla təqdimatı olmadan bir sıra məsələlərin həllinin mümkünsüzlüyü aydın oldu.Beləliklə,ΧΧ ərdən etibarən formal dillər yaranmağa başladı. Hər bir dil informasiyanı qarşı tərəfə çatdırmaq üçün istifadə olunur.Qarşı tərəf dedikdə insan,kompüter və s. nəzərdə tutulur.Dil informasiyanı birbaşa,yaxud dolayı yolla çatdırır.Dillər sintaksis və semantikadan ibarət olur.Sintaksis cümlənin quruluşunu müəyyənləşdirmək üçün istifadə olunur,semantika isə cümlənin mənasını müəyyənləşdirir.Semantika sözlərin və cümlələrin məzmununu düzgün qurmağa xidmət edir.Simvollar çoxluğuna əlifba deyilir,əlifba-simvolların nizamlanmış çoxluğudur.Əlifbaya ixtiyari simvollar:hərflər,ədədlər,heroqliflər,yol nişanları və s. daxil ola bilər.Simvolların müəyyən sintaksis qaydalar ilə düzülüşündən əmələ gələn konstruksiyaya söz deyilir.Sözdəki simvolların sayına sözün uzunluğu deyilir.Tutaq ki,A={a1,a2,…,an} hər hansı əlifbadır.Verilmiş əlifbada bütün sonlu sözlərdən(yəni uzunluğu sonlu olan)ibarət çoxluğa universum deyilir,bunu A* ilə işarə edək.Aydındır ki,bu çoxluğun gücü hesabidir.Verilmiş B={0,1} əlifbasının universumu B*={0,1,00,01,10,11,000,001,…} olar.Heç bir simvolu olmayan sözə "boş söz" deyilir və {e} ilə işarə olunur.Universumdan {e} sözünün kənarlaşması ilə alınan çoxluq A+=A*\{e}.
Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutu
Şərqi Dilləri və Sivilizasiyaları üzrə Milli İnstitut (fr. Institut national des langues et civilisations orientales) və ya qısaca INALCO — Fransanın Paris şəhərində yerləşən institut. Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Mərkəzi və Şərqi Avropa, Asiya, Sakit okean hövzəsi, Afrika və Amerikanın aborigen xalqlarının dilləri, həmin ərazilərdəki ölkələrin coğrafiyası, tarixi, siyasi, iqtisadi və ictimai həyatı tədris olunur. 1669-cu ildə, Fransa kralı XIV Lüdoviqin hakimiyyəti dövründə əsası qoyulmuş Gənclər Dil Məktəbi XX əsrdə institut statusu almışdır. İkinci dünya müharibəsindən sonra institutda tədris olunan dillərin sayı 50-yə çatmışdı. 1971-ci ildən indiki adla adlanan institut 3-cü Paris Universitetinin nəzdində idi. 1985-ci ildən isə müstəqildir. Hazırda institutda 11 mindən çox tələbə təhsil alır, burada Asiya, Afrika, Şərqi Avropa və Amerikanın yerli xalqlarına məxsus 96 dil və mədəniyyət tədris edilir. Tədris olunan fənlərin sayı isə 1500-ə çatır. Azərbaycan dili institutun Avrasiya departamentinə daxildir.
Fransa dilləri
Fransa bir çox dildən istifadə edir. Eyni zamanda, fransız dili ən çox yayılmış və yeganə rəsmi dildir. Fransanın digər dilləri regional dillərə və mühacirlərin dillərinə bölünür. Fransa Respublikasının rəsmi dili fransız dilidir (Fransa konstitusiyasının 2-ci maddəsinə əsasən) və hökumət qanunla ilk növbədə fransız dilindən istifadə etməyə borcludur. Bundan əlavə, hökumət kommersiya elanları və reklamlarının fransız dilində olmasını tələb edir (baxmayaraq ki, bununla yanaşı digər dillərin istifadəsini qadağan etmir), lakin fransız dilinin qeyri-kommersiya nəşrlərində istifadəsini tələb etmir. 1999-cu ildə Bernard Çerkvilini tərəfindən hökumət üçün yazılmış bir hesabatda regional və ya azlıq dilləri üçün Avropa Xartiyası təsdiqlənərsə rəsmi tanınmasına güvənə bilən 75 dil qeyd edilmişdir. Bunlardan 24-ü Fransanın Avropa hissəsinin yerli əhalisinin dilləri, qalanları isə mühacirlərin dilləridir. Təsdiq Fransız Konstitusiya Məhkəməsi tərəfindən fransız dilinin konstitusiya ilə müəyyən edilmiş statusunun əksinə olaraq bloklandığına baxmayaraq, hökumət regional və azlıqların dillərini məhdud dərəcədə (onlara rəsmi status verilmədən) tanıyır. Bundan əlavə, Fransız Dili Baş Direktorluğu (Délégation générale à la langue française) Fransız Dili və Fransız Dilləri Baş Direktorluğu olaraq dəyişdirildi (Délégation générale à la langue française et aux langues de France) və onun funksiyaları da vəziyyət və monitorinqi əhatə etmişdir Fransa dillərini öyrənmək. Beləliklə, "Fransa dilləri" anlayışı (langues de France) tanınmağa başladı və administrasiyada istifadə olunmağa başlandı, lakin onlardan heç biri hələ rəsmi status almadı.
Friz dilləri
Friz dilləri — Frizlər tərəfindən danışılan dillər. German dilləri qrupuna aid dillər.
Hind-Avropa dilləri
Hind–Avropa dil ailəsi — ən böyük dil ailələrindən biri. Bütün qitələrdə istifadə edilən bu ailənin dillərində danışanların sayı təxminən 2,5 milyard nəfərdir. Hind-Avropa dil ailəsi – Hind-Avropa dil ailəsi 13 budağa ayrılır: hind, iran, slavyan, baltik, alman, kelt, italyan, roman, alban, yunan, erməni, anadolu və toxar. Hind və ya hind-ari budağı qədim, orta və yeni hind dillərinə ayrılır. Qədim Hind dillərinə, e.ə. II minilliyin ortalarında Şimali Hindistana soxulmuş ari qəbilələrinin-veddaların veda dili daxildir. E.ə. I minillikdə yaranmış sanksrit dili veda dilinə çox yaxındır. Sanskritin iki ardıcıl müxtəlifliyi vardır. Məşhur Mahabxaraat” və “Ramayana” poemalarının dili olan epik sanskrit və bizim eranın I minilliyinin ortalarında ədəbi dil kimi çiçəklənən klassik sanskrit.
Hind-ari dilləri
Hind-ari dilləri – Hind-Avropa dil ailəsinə aid dil qrupu.
Hind-İran dilləri
Hind-İran dilləri — qədim arilərin miqrasiyası ilə yaranan və "ana ari dili"nə bağlı olan hind-avropa dillərinin ən şərq qolu. Ari dilləri daşıyıcıları Pamir, Benqal regionu və Şri-Lankadan Anadolu, Suriya və Şimali Qafqazadək yayılıb. Dillər Tacikistan, Əfqanıstan, Banqladeş, Hindistan, İran, Nepal, Pakistan, Şri-Lankada; Orta Asiya, Qafqaz ölklərində: Azərbaycan , Özbəkistan, Türkmənistan və Ermənistanda; Rusiyaya yaxın regionlardakı, İraq, Çin, Suriya və Türkiyədə yayılıb. Qaraçı və ona qohum dillər bütün dünya üzrə, əsasən də Avropada yayılıb. Hind dili icmaları Fici, Mavriki və Surinamda yaşayır. Hind-İran dilləri daşyıcılarının ümumi sayı 1,2 milyard insan hesab edilir. Коган А. И. Дардские языки: Генетическая характеристика. М.: Восточная литература РАН, 2005.
Hindistanda rəsmi statuslu dillər
Hindistandа etnik, dil, din amilləri bir-birinin daxilinə elə nüfuz edib ki, əksər hallarda etno-mədəni proseslərdə bu faktorlar ayrı təsnifatlaşdırılmır. Dil, dialekt, ləhcə, şivələrin sayına görə, Hindistan dünyanın ən zəngin ölkələrindən biridir. Hindistanda əhаlinin 73,4 %-i hindi, 24,5 %-i drаvid, 0,7 %-i Tibеt-Birmа dillərində dаnışır. Ölkənin şimalında və mərkəzi hissələrində əhalinin əksəriyyəti hind-ari dil ailəsinə, cənubda, cənub-şərqdə isə dravid dil ailəsinə mənsubdur. Hindistan Konstitusiyasında hər hansı bir dil “milli dil” statusu daşımır, lakin burada rəsmi dil devanaqari əlifbası ilə hindi dili və ingilis dili sayılır. Bu ölkədə 28 ştatın hər birində hindi dili (bəzilərində ingilis dili də) ilə yanaşı, yerli bir və ya iki dil rəsmi dil statusu daşıyır. Bundan başqa, dövlətin rəsmən tаnıdığı milli dillərdən (Konstitusiyanın 8-ci bölməsi) 13-ü hind-аri dillərinə, 3-ü drаvid dillərinə, 1-i Tibеt dillərinə və s. аiddir. Hindistan Konstitusiyasının tanıdığı 22 milli dili (national languages) və dörd milli regional dil (state languages) təsnifatlaşdırılmışdır . Milli dillər aşağıdakılardır: assam (Assam), benqali (Qərbi Benqal və Tripura), bodo (Assam), doqri (Cammu və Kəşmir), qondi (Çattisqarh, Madha-Pradeş, Orissa, Andha-Pradeş ştatlarında yaşayan qondi tayfasının dili), qucarati (Qucarat ştatı, Dadra və Naqar Haveli, Daman və Diu ittifaq əraziləri), kannada (Karnataka), kəşmiri (Cammu-Kəşmir), konkani (Qoa), malayalam (Kerala, Lakşadvir, Pondişeri), maythili (Bihar), manipuri (Manipur), marathi (Maharaştra), nepali (Siqqim), oriya (Orissa), pencabi (Çandiqarh, Delhi, Haryana), santali (Carkhand, Bihar, Orissa, Çattisqarh ştatlarında yaşayan santal xalqı), sinhi (sinhi icması), tamili (Tamilnad və Pondişeri), teluqu (Andhra Pradeş), urdu (Cammu və Kəşmir, Andhra Pradeş, Delhi, Uttar Pradeş), sanskrit.