Diphthong
Diplomat
OBASTAN VİKİ
Diplom
Diplom - hər hansı bir şəxsə, ilkin peşə, orta ixtisas, ali təhsili bitirərkən və yaxud uğurlu bitirərkən təqdim olunan, elmi və ya digər sahələrdə müəyyən bir dərəcəyə yüksəldiyini göstərən, bir iş, sənət yaxud da peşə bölmələrində çalışa bilmək üçün istənilən təhsil ocağı (məktəblər, universitetlər, kurslar) tərəfində hazırlanıb verilən rəsmi sənəd, icazə və yaxud şəhadətnamə.
Diplom İşi (1979)
== Məzmun == Rəssamlıq məktəbinin tələbəsi heykəltaraş Mahmud (Şamil Süleymanov) tətil günlərində kəndə nənəsinin yanına gəlir və burada öz diplom işi üçün həmkəndlisi Zümradı (Firəngiz Mütəllimova) canlı model seçir. İş başa çatanda Zümradın qohumları, onların ardınca bütün kənd camaatı Mahmuddan tələb edir ki, qızla evlənsin. Gənc rəssam qaçmaqla canını qurtarır. Axı, o, işləyəcəyi bütün canlı modellərlə evlənə bilməz ki... == Festivallar və mükafatlar == 1) 1979-cu ildə Karlovı-Varı Beynəlxalq Kinofestivalı Film diploma layiq görülmüşdür. == Film haqqında == Film rejissor Cahangir Mehdiyevin kinoda ilk işidir. Kinokomediya yazıçı A.İbanoidzenin "İmeretiyasayağı evlənmə" romanının motivləri əsasında çəkilmişdir. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Diplom işi (film, 1979)
== Məzmun == Rəssamlıq məktəbinin tələbəsi heykəltaraş Mahmud (Şamil Süleymanov) tətil günlərində kəndə nənəsinin yanına gəlir və burada öz diplom işi üçün həmkəndlisi Zümradı (Firəngiz Mütəllimova) canlı model seçir. İş başa çatanda Zümradın qohumları, onların ardınca bütün kənd camaatı Mahmuddan tələb edir ki, qızla evlənsin. Gənc rəssam qaçmaqla canını qurtarır. Axı, o, işləyəcəyi bütün canlı modellərlə evlənə bilməz ki... == Festivallar və mükafatlar == 1) 1979-cu ildə Karlovı-Varı Beynəlxalq Kinofestivalı Film diploma layiq görülmüşdür. == Film haqqında == Film rejissor Cahangir Mehdiyevin kinoda ilk işidir. Kinokomediya yazıçı A.İbanoidzenin "İmeretiyasayağı evlənmə" romanının motivləri əsasında çəkilmişdir. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Hikmət Hacıyev (diplomat)
Hikmət Fərhad oğlu Hacıyev (15 oktyabr 1979, Kirovabad) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin sabiq rəhbəri. == Həyatı == Hikmət Fərhad oğlu Hacıyev 1979-cu ildə Gəncə şəhərində anadan olub və buradakı 24 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirmişdir. NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi və Belçikanın ULB universitetinin magistr pilləsinin məzunudur. Hikmət Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışmışdır. Müxtəlif illərdə o, Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində işləyib. 2008-ci ildən isə Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Təhlükəsizlik problemləri departamentinin 2-ci katibi vəzifəsini, 2011-ci ildən isə Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub. 2013-cü ilin avqustunda Azərbaycan Respublikasının Misirdəki səfirliyinin müşaviri kimi uzunmüddətli xarici xidməti ezamiyyətini başa vuraraq Xarici İşlər Nazirliyinə qayıtmışdır. 2013-cü ilin sentyabrından Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində işləmişdir. Hikmət Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır.
Hüseyn Quliyev (diplomat)
Hüseyn Quliyev (diplomat, 1939) — general-mayor, SSRİ-nin İrandakı səfirinin 1-ci müavini, SSRİ-nin Türkiyə konsulunun köməkçisi. Hüseyn Quliyev (diplomat, 1946) — Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri.
Hüseyn Quliyev (diplomat, 1939)
Quliyev Hüseyn Abbasqulu oğlu (1939, Teymur Müskənli, Qubadlı rayonu – 1985, Moskva) — general-mayor, SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinin rəisi, SSRİ-nin İrandakı səfirinin 1-ci müavini, SSRİ-nin Türkiyə konsulunun köməkçisi. == Həyatı == Hüseyn Quliyev 1939-cu ildə Azərbaycan SSR Qubadlı rayonunun Teymur Müskanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmağa çalışmışdır. Lakin bura qəbul olunmadıqda Ukrayna SSR Lvov şəhərinə gedərək orada Ali Hərbi Məktəbə qəbul olunmuşdur. həmin təhsil müəssisəsində təhsilini bitirdikdən sonra, diplomatiya təhsili almışdır. O, uzun müddət SSRİ Xarici İşlər Nazirliyində məsul vəzifələrdə çalışmış, o cümlədən SSRİ-nin İrandakı səfirliyində 1-ci müavin, Türkiyədə konsul köməkçisi işləmişdir. Hüseyn Quliyev 1970-ci illərin sonu 1980-cı illərin əvvəlləri SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinə rəisi vəzifəsinə təyin olunmuşdur. Tezliklə ona göstərdiyi xidmətlərə görə general-mayor rütbəsi verilmişdir. Lakin bu rütbəni o, uzun müddət gəzdirə bilməmiş, Moskva yaxınlığında 1985-ci ildə qəzaya düşərək həlak olmuşdur.
Hüseyn Quliyev (diplomat, 1946)
Hüseyn Quliyev (tam adı: Quliyev Hüseyn Rzaqulu oğlu;23 iyun 1946, Naxçıvan) — Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri == Həyatı və təhsili == 23 iyun 1946-cı ildə, Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1953–1965-ci illərdə Naxçıvan şəhəri, 3 saylı orta məktəbində oxumuşdur. 1965–1970-ci illərdə M. Azizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun mühəndis-texnoloq ixtisası üzrə təhsil almışdır. === Ailəsi === Evlidir, iki uşağı və üç nəvəsi var. == Fəaliyyəti == 1970–1991-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı olub. 1978–1982-ci illərdə SSRİ-nin Kiprdəki səfirliyində birinci katib-müşaviri işləmişdir. 1984–1990-cı illərdə SSRİ-nin Türkiyədəki səfirliyində birinci katib-müşaviri işləmişdir. 1991–1995-ci illərdə Moskva şəhərində Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı olmuşdur. 1995–1997-ci illərdə "İDİL" Türk inşaat şirkətinin Rusiya nümayəndəliyi, 1997–2007-ci illərdə Rusiyanın "Trans-nafta" şirkətinin vitse-prezident vəzifəsində çalışmışdır. 2007–2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri olub.
Hüseynağa Sadıqov (diplomat)
Sadıqov Hüseynağa Musa oğlu — Azərbaycanın keçmiş Xarici İşlər naziri, Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri. == Həyatı və fəaliyyəti == Hüseynağa Sadıqov 1940-cı ilin mart ayının 14-də Bakı şəhərində anadan olmuşdur. 1958‐ci ildə Bakı şəhər 132№‐li orta məktəbi bitirmişdir.1963-cü ildə M. F. Axundov adına Azərbaycan Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsini bitirmişdir. İnstitutun nəzdində aspiranturada oxumuşdur. Eyni zamanda Ümumittifaq İnturist Səhmdarlar Cəmiyyətinin Azərbaycan şöbəsində tərcüməçi, direktor müavini, tikilməkdə olan Azərbaycan mehmanxana kompleksinin direktoru vəzifələrində işləmişdir. 1962‐ci ildən "İnturist"də işlər idarəsinin müavini, 1970‐ci ildən Azərbaycan KP MK xarici əlaqələr şöbəsində təlimatçı işləmişdir. 1968-ci ildə Moskvada SSRİ Nazirlər Sovetinin nəzdində Ali Xarici Turizm kurslarını bitirmişdir. 1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinində və Azərbaycan kommunist Partiyasının Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışmışdır. 1974-cü ildən diplomatik xidmətdədir. Həmin ildən Almaniya Demokratik Respublikasının Leypsiq şəhərində SSRİ konsulluğunda vitse‐konsul, 1980‐ci ildən ADR‐in Rostok şəhərində SSRİ konsulluğunda konsul olmuşdur.
Hərbi diplomatiya
Hərbi attaşelər adətən öz ölkələrinin silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olan və müəyyən müddətə diplomatik missiyaya təhkim edilən nümayəndələrindən ibarət olur. Hərbi attaşenin, eləcə də hərbi-dəniz yaxud hərbi-hava attaşesinin əsas vəzifələrindən biri, maraqların həmin dairəsinə aidiyyəti olan hadisələr haqda hesabatları öz departamentinə bilavasitə yaxud, xüsusi vacib hallarda, missiya başçısı vasitəsilə təqdim etməkdir. Müəyyən şəraitlərdə hərbi attaşe silahın alınmasına və ya satılmasına imkan yarada bilər və əksər ölkələrdə o eləcə də nizami qoşunların təlimlərinə dəvət olunur.
Kürü diplomatiyası
Kürü diplomatiyası (ing. Caviar diplomacy) — Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın dostlarından olan deputatlar Bakıya səfərə gələndə, onlara kürü, ipək xalça, qızıl və gümüş əşyaları və nağd pul kimi hədiyyələr təqdim olunması nəticəsində yaranan diplomatiya. == Tarixi == Termin ilk dəfə "Avropa Sabitliyi Təşəbbüsü" adlı mərkəzin hesabatında istifadə olunub. == İstinadlar == == Xarici keçidlər == Caviar Diplomacy.
Leyla Abdullayeva (diplomat)
Mədəni diplomatiya
Mədəni diplomatiya və ya mədəniyyət diplomatiyası — ictimai diplomatiya və yumşaq gücün üsulu olan insanlar arasında qarşılıqlı anlamanı böyütmək məqasədi ilə fikirlərin, məlumatın, incəsənətin, dilin və mədəniyyətin başqa cəhətlərin millət və insanarası mübadilə. == Tarixi == Mədəni diplomatiyanın qədim nümunələri arasında yunanların İsgəndəriyyə kitabxanasının tikilməsini, Roma Respublikasının onunla həmsərhəd olan dövlətlərdən "dostyana kralların" oğullarını Romaya onlara təhsil vermək üçün dəvət edilməsi və Bizans İmperiyasının slavyan torpağlarında Pravoslav yevangelizmi sponsorluq etməsini qeyd oluna bilər. Soyuq müharibə dövründə mədəni diplomatiya ABŞ üçün SSRİ-nin çəpələməsinin üçün vacib cihazı olmuşdu. Fransa məktəblərin beynəlxalq şəbəkəsi vasitəsilə fransız dilini mədəni diplomatiya üçün iştədir.
Mədəniyyət diplomatiyası
Mədəni diplomatiya və ya mədəniyyət diplomatiyası — ictimai diplomatiya və yumşaq gücün üsulu olan insanlar arasında qarşılıqlı anlamanı böyütmək məqasədi ilə fikirlərin, məlumatın, incəsənətin, dilin və mədəniyyətin başqa cəhətlərin millət və insanarası mübadilə. == Tarixi == Mədəni diplomatiyanın qədim nümunələri arasında yunanların İsgəndəriyyə kitabxanasının tikilməsini, Roma Respublikasının onunla həmsərhəd olan dövlətlərdən "dostyana kralların" oğullarını Romaya onlara təhsil vermək üçün dəvət edilməsi və Bizans İmperiyasının slavyan torpağlarında Pravoslav yevangelizmi sponsorluq etməsini qeyd oluna bilər. Soyuq müharibə dövründə mədəni diplomatiya ABŞ üçün SSRİ-nin çəpələməsinin üçün vacib cihazı olmuşdu. Fransa məktəblərin beynəlxalq şəbəkəsi vasitəsilə fransız dilini mədəni diplomatiya üçün iştədir.
Məkik diplomatiyası
Məkik diplomatiyası və ya incə toxuma diplomatiyası — iki ixtilaflı tərəf arasında həllə nail olmaq üçün vasitəçi və ya asanlaşdırıcı rolundakı III bir tərəfin klassik diplomatiya qaydalarına əməl etmədən həyata keçirdiyi və hər iki tərəfdə də ardıcıl danışıqlarla nəticəyə çatmağa çalışdığı diplomatiya növü. Bu termin III tərəfin ixtilaflı olan ölkələr (və ya onların paytaxtları) arasında məkik toxuması (İng. - to shuttle) hərəkatından götürülərək adlandırılmışdır. Məkik diplomatiyası adətən bir-birini rəsmi olaraq tanımayan, ancaq yenə də müzakirə etmək istəyən tərəflər arasında gerçəkləşdirilir. Bu termin ABŞ XİN-i Henri Kissincerin 1979-cu ildə Misir və İsrail arasındakı müzakirələr zamanı Qahirə və Təl-Əvivə etdiyi ardıcıl səfərlərlə yekunlaşdırdığı dövrdə geniş şəkildə işlədilməyə başlamışdır. 60-cı TC XİN-i Əhməd Davudoğlunun 2008-ci il İsrail-Qəzzə qarşıdurmalarında oynadığı rol məkik diplomatiyasına misal göstərilə bilər. Müasir günümüzdə xüsusilə BMT Baş katibləri böhran vaxtlarında xüsusi təmsilçiləri vasitəsilə məkik diplomatiyası həyata keçirdikləri kimi ölkələr də çox vaxt bürokrat və ya diplomat səviyyəsində, bəzən də XİN-ləri vasitəsilə eyni üsula əl atmaqdadırlar.
Nadir Hüseynov (diplomat)
Nadir Sabir oğlu Hüseynov (d. 11 sentyabr 1960, Gəncə) — Azərbaycan Respublikası xarici işlər nazirinin sabiq müavini, diplomat. == Həyatı == 1960-cı il sentyabrın 11-də Gəncə şəhərində anadan olmuşdur. 1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq fakultəsini bitirmişdir. 1988–1991-ci illərdə Kiyev Dövlət Universitetinin aspirantı olmuşdur. 1991-ci noyabrın 6-da Kiyev Dövlət Universiteti tarix elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1983–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm Şurasında müfəttiş, baş müfəttiş, şöbə müdiri vəzifələrində işləmişdir. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin 1-ci katibi, şöbə müdiri, idarə rəisinin müavini, 1998–2010-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi olmuşdur. 2002-ci il yanvarın 12-də ona Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Fövqəladə və Səlahiyyətli Səfir dərəcəsi verilmişdir. 2010-cu noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
Nadir şah Əfşar: diplomatik yazışmalar (kitab)
Nadir şah Əfşar: diplomatik yazışmalar — AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan mənbələr əsasında Nadir şah Əfşarın diplomatik irsinin toplandığı kitab. == Haqqında == 2015-ci ildə AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan mənbələr əsasında hazırlanmış kitab. Kitabda Azərbaycanın və Yaxın Şərqin siyasi tarixində iz buraxmış, Qərb tarixçilərinin "Şərqin Napoleonu" adlandırdıqları Nadir şah Əfşarın diplomatik irsi toplanmışdır. Kitabın elmi redaktoru Akademik Ramiz Mehdiyev, redaktoru Paşa Kərimov, fars dilindən tərcümə edib, nəşrə hazırlayan, qeydlərin müəllifi Rauf Şeyxzamanlı və şərhlər və tarixi məlumatların müəllifi isə Eldar Əmirov və Taleh Hacıyevdir. Burada Nadir şahın Hindistanın fəth edilməsindən sonra Rum padşahı Sultan Mahmud xana, Hindistan şahı Məhəmmədə, Molla Məhəmməd Zəkiyə, Məşhədin mütəvəllisi Mirzə Məhəmməd Rzaya və Qəndəharın fəth olunması münasibətilə qardaşı İbrahim xana yazdığı məktublar toplanıb.
Nota (diplomatiya)
Nota — bir dövlətin hökumətinin digər bir ölkənin hökumətinə rəsmi diplomatik müraciəti. Etiraz məktubu notanın mənfi növüdür.
Panda diplomatiyası
Panda diplomatiyası (ing. Panda diplomacy) — Çin Xalq Respublikasının böyük pandaları xarici ölkələrə diplomatik hədiyyə kimi verilməsi nəticəsində yaranan diplomatiya. == Tarixi == Panda diplomatiyasının əsası 618-705-ci illərdə qoyulub. Həmin vaxt Çin imperatoru Yaponiyaya panda bağışlayaraq dostluq mesajı verib. Müasir dövrdə isə "panda diplomatiyası" 1972-ci ildə bərpa olunub. Həmin ildə Çinin baş naziri Ju Enlai ABŞ prezidenti Riçard Niksonun həyat yoldaşına 2 panda hədiyyə edib.
Protokol (diplomatiya)
Diplomatik protokol - beynəlxalq ünsiyyətdə dövlətlər, hökumətlər, xarici işlər nazirlikləri, diplomatik nümayəndəliklər və rəsmi şəxslər tərəfindən icrası zəruri sayılan, beynəlxalq təcrübədə qəbul olunmuş qaydalar, ənənələr və şərtlərin toplusu. Lakin bütün sadalananlar heç bir dövlətin özunəməxsus adətlərini və milli ənənələrini inkar etmir. Beynəlxalq təşkilatlarda üzvlük, zirvə toplantıları, beynəlxalq konfranslar və s. diplomatik prokolsuz keçinə bilməz. "Protokol" - yunan dilindəki protokollon sözündən götürülüb, "protos" - birinci, "kollo" - yapışdırmaq deməkdir. Etimoloji mənada "protokol" sözü Bizans diplomatiyasında təntənəli mərasimlərdə tərtib edilən sənədin 1-ci hissəsini bildirirdi, bu hissədə iştirakçıların siyahısı göstərilirdi. Orta əsrlərdə protokol dedikdə sənədlərin tərtibatı və arxivləşdirilməsi qaydası başa düşülürdü. Sonralar isə diplomatiya və diplomatik xidmət anlayışlari ilə əlaqəli şəkildə işləməyə başladıqda, sənədlərin tərtibatı ilə yanaşı özündə etiket və mərasim məsələlərini də əks etdirməyə başladı. Diplomatik protokolun tələblərinə erinasızlıq, ən xırda ehtiyatsızlıq bəzən dövlətlər arasındakı əlaqələrin kəsilməsi, hətta müharibə şəraitinin yaranması ilə müşahidə oluna bilir. Diplomatik protokolda hər bir dövlətin rəmzlərinə hörmətlə yanaşılması birbaşa dövlətin suverenlik hüququna hörmətin təzahürüdür.
Qacarlar dövrünün diplomatları (kitab)
Rəhman Mustafayev (diplomat)
Rəhman Sahib oğlu Mustafayev (26 sentyabr 1963, Bakı) — azərbaycanlı diplomat. Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri (2024), Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri (2022–2024) == Həyatı == Rəhman Mustafayev 26 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub. 1980–1985-ci illərdə Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almışdır. 1985–1987-ci illərdə hərbi xidmətdə olmuşdur. 1993–1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi işləyib. 1994–1997-ci illərdə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi işləyib. 1997–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub. 2000–2006-cı illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində müşavir olub. 2006-cı ilin may-noyabr aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktor müavini olub. 2006-cı ilin noyabrından 2009-cu ilədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru olub.
Rəqəmsal diplomatiya
Rəqəmsal diplomatiya (ing. Digital diplomacy; Digiplomacy; eDiplomacy) — diplomatik məqsədlərə çatmaq üçün internet və yeni məlumat texnologiyalarının köməyinin işlədilməsi. Bununla belə, başqa təriflər də təklif edilmişdir. Bu tərif diplomatiyanın aparıldığı mühitdə internetə əsaslanan dəyişikliklərdən tutmuş diplomatik gündəmlərdə kibertəhlükəsizlik, məxfilik və s. kimi yeni mövzuların ortaya çıxması, diplomatiya təcrübəsi üçün internet alətlərindən istifadəyə qədər internet və diplomatiya arasındakı qarşılıqlı əlaqəyə diqqət yetirir. Bu diplomatiya kateqoriyasında inkişaf etmiş platformaya xas terminlərə "Facebook" diplomatiyası, "Twitter" diplomatiyası və "Google" diplomatiyası daxildir. == Tətbiqi == Birləşmiş Krallığının Xarici və Birlik Ofisinin daxilində Rəqəmsal Diplomatiya Ofisi var. Bundan əlavə, İsveç rəqəmsal diplomatiyanı erkən inkişaf etdirməyə başlayan ölkədir və onun Xarici İşlər Naziri Karl Bildt Twitter iştədən "ən yaxşı rabitəli" lider olaraq adlandırılıb. ABŞ-də rəqəmsal diplomatiyanı inkişaf etdirməyə başlayan Corc Volker Buş və 2006-cı ildə Dövlət Katibi vəzifəsinə təyin edilmiş Kondoliza Rays idi. Rays ABŞ haqqında informasiya və dezinformasiyanın monitorinqini aparan qrupu yaradıb.
Tibbi diplomatiya
Tibbi diplomatiya (ing. medical diplomacy), ictimai sağlamlıq diplomatiyası (ing. public health diplomacy), və həmçinin COVID-19 pandemiyası vaxtı yayımlamış maska diplomastiyası (ing. mask diplomacy) və ya üz maskası diplomastiyası adları altında tanımağa başlayıb — milli məqsədləri üçün xarici dövlətlərə tibbi yardımın təmini. O, adətən yumşaq gücünün nümunəsini olaraq sayılır, amma onun bərk gücə aid olan cəhətləri də var. Fəlakət diplomatiyasının bir növü. 1851-ci ildə birinci Beynəlxalq Sanitar Konfransı keçirilib. Beləliklə, sərhədarası çağırış olan sağlamlıq məsələsi diplomatiyanın yeni mexanizmi olan çoxtərəfli konfransı cəlb edən ilk məsələlərdən biri idi. On illər ərzində Beynəlxalq Sanitar Kofransları üçün əsas mövzu vəba idi. == Ölkələrə görə == === Kuba === Tibbi diplomatiya Kubanın xarici siyasətinin vacib hissəsidir.
Türkiyənin diplomatik missiyalarının siyahısı
Türkiyənin diplomitik missiyalarının siyahisı — Türkiyə Respublikasının ölkələr arasında 1924-cü ildə 39 diplomotik əlaqəsi olmasına baxmayaraq, hal-hazırda isə 228 rəsmi ölkələrlə diplomatik əlaqələri var. Bunlardan 134 konsulluq, 12 daimi nümayəndəlik, 81 baş konsulluq ofisləri fəaliyyət göstərir. Türkiyə Respublikası Ermənistanla hələ də heç bir diplomatik əlaqə qurmur.
Türkiyənin diplomatik nümayəndəliklərinin siyahısı
Türkiyənin diplomitik missiyalarının siyahisı — Türkiyə Respublikasının ölkələr arasında 1924-cü ildə 39 diplomotik əlaqəsi olmasına baxmayaraq, hal-hazırda isə 228 rəsmi ölkələrlə diplomatik əlaqələri var. Bunlardan 134 konsulluq, 12 daimi nümayəndəlik, 81 baş konsulluq ofisləri fəaliyyət göstərir. Türkiyə Respublikası Ermənistanla hələ də heç bir diplomatik əlaqə qurmur.
Ukraynanın diplomatik nümayəndəliklərinin siyahısı
Ukraynanın diplomatik nümayəndəliklərinin siyahısı. Ukraynanın xarici siyasət prioritetlərinin reallaşdırılması və milli maraqlarının təminatı üçün 1992-ci ildə 18 ölkədə səfirlik fəaliyyətə başlamışdır. Bu ölkələrə Böyük Britaniya, İtaliya, Kanada, Almaniya, ABŞ, Polşa, Rusiya, Avstriya, Belçika, Belarus, Yunanıstan, Gürcüstan, İsrail, İran, Rumıniya, Macarıstan, Finlandiya, Çexiya aiddir. Həmçinin, Ukraynanın Nyu-York, Çikaqo və Münhendə Baş Konsulluqları açılmışdır. 1993-cü ildə 15 ölkədə səfirlik işə başlamışdır. Bu ölkələrə Argentina, Bolqarıstan, Qvineya, Estoniya, Misir, Hindistan, Çin, Litva, Moldova, BƏƏ, Slovakiya, Özbəkistan, Fransa, İsveçrə aiddir. Həmçinin, Torontoda da Baş Konsulluq fəaliyyətə başlamışdır. 1994-cü ildə Ukraynanın Qazaxıstan, Kuba Respublikası, Türkiyədə səfirlikləri, Qdansk və İstanbulda isə Baş Konsulluqları işə başlamışdır. 2019-cu ilin yanvar ayına əsasən Ukraynanın aşağıdakı diplomatik nümayəndəlikləri mövcuddur: 83 səfirlik. Liviya və Suriyada yerləşən səfirliklər bu ölkələrdəki təhlükəli vəziyyətlə əlaqədar uyğun olaraq Tunis və Livana köçürülmüşdür; 22 Baş konsulluq; 11 konsulluq; 112 fəxri konsulluq; 8 beynəlxalq təşkilatlarda daimi nümayəndəlik.
Ukraynanın ictimai diplomatikası
Ukraynanın ictimai diplomatiyası — digər dövlətlərin ictimaiyyəti səviyyəsində ünsiyyət vasitəsi ilə xaricdə dövlətin cəlbedici imicinin yayılmasına yönəlmiş Ukraynanın xarici siyasətinin aləti. Buraya mədəniyyət diplomatiyasından istifadə, sosial media, qeyri-hökumət təşkilatları və Ukrayna diasporu ilə əməkdaşlıq, dövlət brendinin yaradılması və təbliği və s aiddir. Rusiyanın Ukraynaya silahlı təcavüzünə qarşı mübarizə və informasiya müharibəsi, Ukraynanın xarici dəstək axtarışı və Ukraynanın Avropa və Avroatlantik inteqrasiyası prosesi ictimai diplomatikasının güclənməsinə təkan verdi. == Subyektləri == Ukraynada ictimai diplomatiyanın inkişafı və tətbiqi üçün əsas qurum, 2015-ci ildə yaradılan Ukrayna Xarici İşlər Nazirliyi yanında İctimai Diplomatiya departamentidir. Departamentin əsas vəzifələri aşağıdakılardır: digər ölkələrlə Ukrayna arasında ictimaiyyətlə əlaqələrin, ictimai birliklərin və medianın inkişafı. digər ölkələrdə Ukraynanın imic, mədəni və informasiya layihələrinin həyata keçirilməsi. bu sahələrdə digər icra orqanlarının tədbirlərinin koordinasiyası. İctimai Diplomatiya departamenti aşağıdakı şöbələrdən ibarətdir: Mədəniyyət Diplomatiyası departamenti, Təsviri Layihələr departamenti və Media ilə əlaqələr departamenti. Bölmənin rəsmi Facebook səhifəsi var. Ukraynanın ictimai diplomatiyasının mədəni komponentinin təbliğində mühüm rolu Ukrayna İnstitutu və Ukrayna Mədəniyyət Nazirliyinin Ukrayna mədəniyyətini və onun inteqrasiyasını təbliğ edən Ukrayna Mədəniyyət Fondu və Ukrayna Kitab İnstitutu kimi xüsusi qurumları oynayır.
Vaqif Sadıqov (diplomat)
Vaqif Sadıqov (2 noyabr 1956, Bakı) — diplomat, Azərbaycan Respublikasının Belçikada fövqəladə və səlahiyyətli səfiri, BAAU-nun fəxri doktoru. == Həyatı == Vaqif İsmayıl oğlu Sadıqov 1956-cı il noyabrın 2-də Bakı şəhərində anadan olmuşdur. 1978 — SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (APXDİ) ingilis dili fakültəsini bitirmişdir 1986 — Filoloji elmlər namizədidir 1991 — APXDİ-nin ingilis dili fakültəsində baş müəllim vəzifəsində çalışıb 1992 — Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar idarəsinin 1-ci katibi 1993–1995 — Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin hərbi-siyasi məsələlər üzrə şöbənin müdiri 1995–2004 — Azərbaycan Respublikasının Avstriyadakı Fövqəladə və Səlahiyyətli Səfiri, eləcə də BMT-nin Vyana Bölməsi, BMT-nin Sənaye İnkişafı Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi 1998–2004 — Nüvə Sınaqların Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilat yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi 2001–2004 — Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi 2004–2010, 29 oktyabr — Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini 2010 oktyabr — 2016 — Azərbaycan Respublikasının İtaliyada fövqəladə və səlahiyyətli səfiri. 2016–2021 illərdə Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsində çalışıb. Xarici dillərdən ingilis, rus, fransız, alman dillərini bilir.

Digər lüğətlərdə