Disk

1) yastı, dairə şəkilli lövhə; maşının və s. qurğunun yastı, dairə, halqa şəklində olan hissəsi; 2) informasiyanın mühafizə və təkrar yazılmasını, müəyyən qurğularla oxunmasını (displey), çap edilməsini (çap qurğusu, printer) təmin edən üzərinə maqnit qatı çəkilmiş dairəvi və ya düzbucaqlı formada olan fiziki informasiya daşıyıcısı. İnformasiya dairəvi (konsentrik) cığırlarla yazılır. Maqnit, maqnitooptik və optik disketlər vardır.
Direktor
Disket
OBASTAN VİKİ
Disk
Disk (yunan. δίσκος (Diskos) — metaldan və ya plastik kütlədən hazırlanmış, səthi maqnit materialı ilə örtülmüş dairəvi lövhə. İnformasiya bu lövhənin üzərinə sektorlara bölünmüş konsentrik cığırlar şəklində yazılır. Əyilən plastikdən (əyilgən disk) və ya əyilməyən metaldan (sərt disk) hazırlanmış, üzərinə maqnit materiallı örtük çəkilmiş və müəyyən elektrik təsiri nəticəsində rəqəmsal (ikilik) formatda yazılmış informasiyanı özündə saxlaya bilən dairəvi lövhə. Bir çox kompüterlərdə disk, informasiyanı daimi və ya uzun müddətli saxlamaq üçün əsas vasitədir. Diskin maqnit örtüyünü zədələnmədən və çirklənmədən qorumaq lazım olduğundan əyilgən disk (5,25 düymlük) və ya mikrodisk (3,5 düymlük) qoruyucu plastik örtüyə salınır. Yüksək dəqiqlikli məmulat olan sərt disk möhkəm korpusa salınır ki, onu da toz olmayan yerdə açmaq olar. Kompüterlərdə bu növ disklərdən istifadə olunur: əyilgən disklər, mikrodisklər, sərt disklər, çıxarılıb-taxılan sərt disklər, Bernulli diskləri kimi çıxarılıb-taxılan kartriclər. Физико-математическа и техническа енциклопедия", том 1, АИ "Проф. Марин Дринов, София, 1990 İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Disk jokey
Dicey və ya disk-jokey – öncədən yazılmış musiqiləri qarışdıran şəxs. Diceylərin bir neçə növü var. Radio diceyləri (və ya radioda işləyən şəxslər) AM, FM, rəqəmsal və ya internet radio stansiyalarında yayım musiqisini qoşanlara deyilir. Klub diceyləri bar, gecə klubları, diskoteka, qonaqlıq və hətta stadionlarda musiqi seçib qoşurlar. Hip-hop diceyləri səhnədə reperlərin arxasında dayanaraq dicey mikserindən istifadə edib musiqilər qoşur, zərbəli səslər yaratmaq üçün turntable alətiylə skretçlər atır və yeni mahnılar üçün sempl və törnteyblizmdən istifadə edərək instrumentallar hazırlayır. Diceylər əsl adlarının, qəbul edilmiş təxəllüslərin və ya səhnə adlarının qarşısında "DJ" titulunu qəbul edə bilərlər.
Germinal disk
Germinal disk — Germinal disk aşağıdakılara istinad edə bilər: Germinal disk, blastodisk olaraq da adlandırılır, quş yumurtasının sarısının səthində kiçik, dairəvi, ağ ləkədir (eni təxminən 1,5-3 mm). Blastodisk, embrionun əmələ gələcəyi blastula içərisində yuvarlaq bir hüceyrəli bir təbəqədir. Blastodisk iki qatdan ibarətdir: hipoblast və epiblast. Hipoblast təbəqəsi blastokist boşluğuna bitişikdir və kiçik, kuboidal hüceyrələrdən ibarətdir. Sütunlu hüceyrələrdən ibarət olan epiblast təbəqəsi amniotik boşluğa bitişikdir.
Kompakt-disk
Sıxılmış Disk (ing. Compact Disc-CD) — 1980-ci illərin əvvəlində musiqinin rəqəmli formada saxlanmasını təmin etmək üçün Phillips, PolyGramm və Bayer şirkətlərinin birgə iştirakı ilə yaradılmış optik informasiya daşıyıcısıdır. Sonralar CD-nin formatı genişləndirilərək başqa verilənləri də saxlamağa şərait yaradılır. Ondan bəri CD. ROM kimi bu disklər kompüterlərdə də verilənləri saxlamaq və nəql etmək çünü tətbiq olunur. 7 iyul 1964-cü ildə dünyada ilk multimedialı kompakt-disk işıq üzü görmüşdür. Bu diskə "The Beatles" qrupunun "Ağır günün gecəsi" (A Hard Day’s Night) adlı tam metrajlı filmi yazılmışdı. Kompakt disk 1979-cu ildə Phillips və Sonz tərəfindən işlənmişdir. Phillips özünün öncədən sahib olduğu lazer disklərinin əsasında yeni istehsal prosesi işləyir. Sony öz sırasında rəqəmli profesional maqnitafonlarda işlədilən informasiyanın yazılma formatını — PCM-i (Pulse Code Modulation) daxil edir. 1982-ci ildə Hannover yaxınlığındakı zavodda kompakt disklərin kütləvi istehsalına başlanır.
Microfloppy disk
Microfloppy disk - Apple Macintosh və IBM-uyumlu kompüterlərdə istifadə olunan, diametri 3.5 düym olan və plastmas qında yerləşdirilmiş yumşaq disk. Belə disketin maqnit diski ferrooksidlə örtülmüş maylar “plyonka”dan hazırlanır. Macintosh kompüterlərinin birüzlü disketi 400 Kbayt, ikiüzlü (standart) disketi 800 Kbayt, yüksək sıxlıqlı ikiüzlü disketi isə 1.44 Mbayt informasiya saxlaya bilir. IBM-uyumlu kompüterlərdə tutumu 720 kbayt və ya 1.44 Mbayt tutan üçdüymlük disketlərdən istifadə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sərt disk
Bərk disklər (ingiliscə: Hard (Magnetic) Disk Drive, HDD, HMDD) — kompüterlə iş zamanı istifadə olunan informasiyanın (əməliyyat sisteminin proqramlarının, ən çox istifadə olunan tətbiqi proqramlar paketinin, sənəd redaktorlarının, proqramlaşdırma dillərinin translyatorlarının və s.) daimi saxlanılması üçün istifadə olunur. 13 sentyabr 1956-cı ildə IBM firması RAMAC adlı ilk sərt disk qurğusunu ictimaiyyətə təqdim etmişdir. Bu diskin həcmi 5 Meqabayt idi. Sərt disklər, operativ yaddaşı nəzərə almasaq, kompüterin verilənləri yaddaşda saxlayan qurğuları içərisində, verilənlərə ən tez girişi (adətən 7–20 milli saniyə, ms) və onların ən sürətli (5 Mbayt/saniyə) oxunması və yazılmasını təmin edən qurğulardır. IVM RS tipli müasir kompüterlərin hamısında sərt disklər olur. Sərt disklər bir-birindən yaddaş tutumu və işləmə sürəti ilə fərqlənirlər. Sərt diskin əsas xarakteristikası, onun yaddaş tutumu, yəni diskdə yerləşə biləcək informasiyanın həcmidir. IVM RS tipli kompüterlər üçün yaradılan ilk bərk disklər 5 Mbayt həcminə malik idi. Hazırda istehsal olunan kompüterlərdə adətən 800 Mbaytdan 1,6 Qbayta qədər tutumuna malik sərt disklərdən istifadə olunur. Bu sərt disklər üçün maksimal yaddaş həcmi 9,1 Qbayt olur.
Blu-ray Disk
Blu-ray Disc və ya qısaca BD (ing. blue-ray göy şüa və disc — disk; blue yerinə blu yazılır) — yüksək sıxlığa və dəqiqliyə malik yazı, video və digər rəqəmsal məlumatların saxlanılması üçün istifadə edilən optik daşıyıcı formatı. Blu-ray standartı BDA konsorsiumu ilə birgə hazırlanmışdı. Yeni daşıyıcının ilk prototipi 2000-ci ilin oktyabrında təqdim edilmişdi. Müasir variantı isə 2006-cı ilin yanvarında keçirilən Consumer Electronics Show (CES) - istehlak elektronikasının beynəlxalq sərgisində təqdim edilmişdir. Blu-ray formatı bazara 2006-cı ilin yazında çıxarılmışdır. Blu-ray (mənası "göy şüa") - adı, yazılış və oxuma üçün istifadə edilən qısadalğalı (405 nm) göy (texniki olaraq göy-bənövşəyi) lazerə uyğun adlandırılmışdır. "e" hərfi qəsdən "blue" sözündən çıxarılmışdır, çünki "blue ray" ifadəsi tez-tez istifadə ediləndir və əmtəə nişanı olaraq qeydə alınması ehtimalı böyükdür. Daha böyük məsafələrdə daha qısa fokus uzunluğu vacibdir. Harda ki DVD drayver obyektivləri təxminən 40 dəfə böyükdür, CD drayver obyektivləri 20 dəfə daha çox böyükdür.
CD-RW disk oxuyucuları
RAID disk strukturları və növləri
DVD disklər
Disket
Disket (ing. floppy disk, ing. diskette) — plastik materialdan hazırlanmış və məlumatların saxlanması üçün istifadə edilən elastik disk, üzəri maqnit material təbəqəsi ilə örtülmüş informasiya daşıyıcısı. 1971-ci ildə IBM şirkəti tərəfindən ilk disket hazırlanmışdır. Bu diskin diametri 8 dyüm (200 mm), tutumu isə 720 Kb idi. Çevik disk qurğusunun yaradılması təşəbbüsünü ilk dəfə 1967-ci ildə IBM firmasının mühəndis-elektroniki Alan Şuqart (Alan Shugart) irəli sürmüşdür. Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Diskin tutumu, diskin həcmi
Diskin tutumu, diskin həcmi (disk capacity)– diskə yerləşdiriləbilən baytların (simvolların) ümumi sayı. Kompüterin əməliyyat sistemi öz məqsədləri üçün diskdə müəyyən yeri ehtiyatda saxlayır, bundan başqa, fayıllar diskə bayt-bayt ardıcıl olaraq deyil, bloklar şəklində yazıldığından, diskin gerçək tutumu onun saxlamaq üçün mümkün olan sahəsindən bir qədər çox olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Disko
Disko (ing. Disco - diskoteka) — 1970-ci illərin əvvəllərində yaranmış rəqs musiqinin bir növüdür. Diskonun vətəni ABŞ-dır. Bu janrda ilk ifa edənlər sırasına İsaak Hayes, Barri Vayt və bir çox məşhur ifaçılar daxildirlər.
Disko adası
Disko adası və ya Kekettarsuak (qren. Qeqertarsuaq, dan. Disko øer) — tərçümədə Böyük ada mənasını verirdi. Qrenlandiyanın qərbində Baffin dənizi akvatoriyasında yerləşir. Ada Danimarkaya məxsusdur. Ada özlüyündə bazal düzənlikdən ibarətdir. Bir hissəsi isə buzlaqlarla örtülüdür. Adanın sahəsi — 8578 km²}} təşkil edir və bu göstərici ilə Adaların dünyada sahəsinə görə sıralamasında 85-ci yeri tutur. Maksimal eni — 160, orta dünsürlük — 975 metr, ən hündür nöqtəsi — 1919 metr təşkil edir. Əhalisi — 1100 nəfərdir (2005).
Disko boğazı (körfəz)
Disko boğazı -Qrenlandiya adası Disko adasından ayırır. Boğaz ilin böyük hissəsi buzla örtülü olur. Bu səbəbdən dənizlə əlaqə tamamən bağlanır ki, buna görə də boğaz körfəz adlandırılır. Boğazda daim hərəkət edən Aysberqlərə rast gəlinir. Disko boğazı ilk dəfə Kürən Erik tərəfindən kəşf edilir. O zamanlar ərazidə yaşayış mövcud olmamışdır. Hal-hazırda isə körfəz sahilində Aasiaat, İlulissat və Kasiqiannquit şəhərləri vardır. Körfəz ərazisinin İlulissat şəhəri sahili 2004-cü ildən UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Veb-Atlas.
Disko rəqqas (film, 1982)
Mithun Çakraborti baş rolda oynadığı musiqili hind filmi, Subxaş Babbar tərəfindən 10-u dekabr 1982-ci ildə çəkilib. Hazırda film janrın klassikası sayılır və çox tanınıb, sevilən filmdir. Cimmi əmisi ilə küçələrdə çıxış edərək bir parça çörək qazanan kasıb bir uşaqdır. Lakin varlı evdə baş vermiş bir olay onların həyatını dəyişir. Bundan sonra Cimmi və anası bu şəhəri tərk etməyə məcbur olurlar. İllər ötür. Cimmi öz gücü ilə şöhrət qazanır. O, öz sevgisinə də rast gəlir. Onun sevgilisi uzun illər bundan əvvəl anasını və Cimmini alçaldan varlı adamın qızıdır...
Diskoasterlər
Diskoasterlər - kokkolitoforidlərə yaxın olan nəsli kəsilmiş orqanizmlər. Hüceyrə quruluşu məlum deyil. Fossil halda kokkolit və kokkolitoforidləri xatırladan ulduzvari və çoxbucaqlı formalı mikroskopik kalsium-karbonat (bəzən silisiumlaşmış) lövhələr şəklində rast gəlir. Təbaşirdən neogenə qədər məlumdur. Kokkolitoforidlər Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Diskont
Diskont (ing. discount) — iqtisadi termin İngilis dilindən hərfi tərcümədə endirim, çıxılma, fərq deməkdir . Məzmundan asılı olaraq fərqli mənalar götürə bilər. Əmtəə və ya xidmətin qiymətinə satıcı tərəfindən edilən endirim. Endirim dərhal ödəmə şərti ilə verilə bilər. Xəzinə veksellərinin və ya digər qiymətli kağızların bazar qiymətindən aşağı qiymətə satın alınması. Pul vahidinin gələcək qiymətinin cari dəyəri. Bankın kredit verməsi üçün girov mülkin əsl dəyəri ilə girov qiymətləndirilməsi arasında fərq. Satıcı tərəfindən satış zamanı istehlakçıya təqdim etdiyi məhsul və ya xidmətin elan edilmiş siyahı qiymətindən endirim [1]. Endirim dərhal nağd ödəniş (nağd endirim) və ya toplu alış (ticarət endirimi) üçün təklif edilə bilər.
Diskontlaşdırılmış pul axını
Diskoqrafiya
Diskoqrafiya (ing. Discography) - hər hansı bir musiqi sənətkarının bütün albomlarının və mahnılarının xronoloji siyahısıdır. Diskoqrafiyanın əhatə etdiyi kadrlar növünə görə dəyişir. Əsasən, bu kadrların olması lazımdır: Sənətkarlar haqqında bəzi məlumatlar, qeydiyyat vaxtı və yeri, hissələrin başlıqları, çıxış tarixləri, siyahı mövqeləri və satış rəqəmləri.
Diskoqrafiya: Ceki Çan
Ceki Çan məhsuldar bir müğənnidir, 80-ci illərin əvvəllərində qeydlər etməyə başladı. Tema mahnılarını 1980-ci ildə Gənc usta filminin çəkildiyi vaxt filmlərinin son kreditləri üzərində oxumağa başladı. Çan "Kung Fu Fighting Man" adlı tema mahnısını tamamilə ingilis dilində oxudu. O vaxtdan bəri 20-dən çox fərqli albom hazırladı, beşdən çox dildə 100-dən çox mahnı oxudu və Emil Çau və mərhum Anita Mui kimi müğənnilərlə birləşdi. Şəxsi uğurları arasında 1984-cü ildə Yaponiyada Ən Yaxşı Xarici Müğənni Mükafatını qazanmaq da var.
Diskordant sahil
Diskordant sahil- (lat.discordans-qeyri-uyğun) Qırışıq tektonik strukturlu, adətən çoxlu miqdarda körfəz və buxtalarla parçalanmış və mürəkkəb sahil xətti əmələ gətirən dəniz və ya okean sahilinə deyilir. Məsələn: Kiçik Asiyanın qərb sahili.
Diskordant yatım
Diskordant (qeyri-uyğun) yatım - təbəqəli süxurların nəinki vəziyyətini, onların qarşılıqlı tarixi münasibətlərini müəyyən edir. Diskordant yatım şəraitində daha cavan çöküntülərlə daha qədim laylar arasında yuyulma səthi və ya çöküntütoplanma fasilələri müşahidə olunur. Diskordant yatım tektonik hərəkətlər nəticəsində Yer qabığının müəyyən sahəsinin əvvəlcə qalxması və denudasiyaya məruz qalması, sonra çökərək yenidən çöküntütoplanma sahəsinə çevriliməsi və onun üzərinə cavan çöküntülərin toplanması səbəb olur. Diskordant yatım uyğunsuzluğu əmələ gətirən tektonik hərkətlərin nisbi yaşını göstərir. Diskordant yatım tektonik hərəkətlərin iştirakı olmadan, su hövzəsinin dib axınları, sualtı sürüşmələr və b. səbəblərdən də yarana bilər. Diskordant yatım sırasına stratiqrafik gizli, bucaq, struktur, azimut və b. uyğunsuzluqlar aid edilir. Süxurlar Çöküntülər Yer qabığı Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Diskoteka
Diskoteka (fransızca: discothèque) — xüsusi olaraq qapalı və ya açıq məkanda keçirilən əyləncə, mədəni və rəqs tədbiridir. Canlı və ya yazılmış musiqi, qabaqcıl səs sistemləri, ətraflı işıqlandırma və digər effektlər diskoteka əyləncəsinə daxildir. 1930-cu illərdə “diskoteka” caz həvəskarlarının cəmləşdiyi fransız caz jarqonu idi. Elektrofonun, dinamiklərin və vinil plastinkaların inkişafı ilə diskotekler daha çox yayılmış və populyarlaşmışdırlar.
Diskrazit
Diskrazit — mineral, Ag3Sb. Diskrazit - rombik. Kristalları piramidaldır. Ayrılma {011} və {001} üzrə mü­kəmməl. İkiləşmə {110} üz­rə. Aqreqat dənəvər və vərəqvari. Rəngi ağ, bozumtul çalarlı. Parıltısı metallik. Ag başqa mineralları ilə birgə hidrotermal yataqlarda. Bəzən nikel və kobalt mineralları ilə assosiasiyada olur.
Diskret riyaziyyat
Diskret riyaziyyat — Kökündən diskret olan riyazi strukturları ilə maraqlanan və davamlılıq ehtiva etməyən mövzularını əhatə edən riyaziyyat sahəsidir. Belə strukturlara sonlu qruplar, sonlu qraflar, eləcə də bəzi riyazi modellərin məlumatların çeviriciləri, sonlu maşınlar, Turing maşınları, və s. kimi strukturlar ilə təsnif edilə bilər. Bunlar sonlu (məhdud) xarakterli strukturların nümunələridir. Onların öyrənilməsi ile meşqul olan diskret riyaziyyat bölməsi - sonlu riyaziyyat adlanir. Bəzən bu anlayışı diskret riyaziyyatın sahələrinə gədər genişləndirirlər. Bu sonlu strukturlar ilə yanaşı, diskret riyaziyyat bəzi cəbr sistemləri, sonsuz qraflar, ədədi sxemləri müəyyən bir növünü və s. bölməlerin öyrənilməsi də aiddir. Sinonim kimi bəzən diskret təhlili termini istifadə edilir.
Diskretlik
Diskretlik (fasiləlilik) — Yerdə həyat diskret formalarda təzahür edir. Ümumiyyətlə orqanizm və ya bioloji sistem (növ, biogeosenoz) təklənmiş və ya fəzada məhdudlanmış halda mövcuddur. Belə ki, onlar öz aralarında sıx əlaqə və qarşılıqlı fəaliyyətdə olan, funksional bütövlük yaradan hissələrdən ibarətdir. Məsələn, istənilən növün fərdlərdən, fərdlərin orqanlardan, orqanların isə ayrı-ayrı toxuma və hüceyrələrdən təşkil olunması bizə məlumdur. Belə ki, orqanizmin quruluşunun diskretliyi onun struktur nizamlılığının əsasıdır. Bu isə, aşınmış struktur elementlərinin (molekul, ferment, hüceyrə və s.) onların yerinə yetirdikləri funksiyanı dayandırmadan yenisi ilə əvəzlənməsi yolu ilə daim özünübərpaya imkan yaradır.
Diskretlik (fasiləlilik).
Diskretlik (fasiləlilik) — Yerdə həyat diskret formalarda təzahür edir. Ümumiyyətlə orqanizm və ya bioloji sistem (növ, biogeosenoz) təklənmiş və ya fəzada məhdudlanmış halda mövcuddur. Belə ki, onlar öz aralarında sıx əlaqə və qarşılıqlı fəaliyyətdə olan, funksional bütövlük yaradan hissələrdən ibarətdir. Məsələn, istənilən növün fərdlərdən, fərdlərin orqanlardan, orqanların isə ayrı-ayrı toxuma və hüceyrələrdən təşkil olunması bizə məlumdur. Belə ki, orqanizmin quruluşunun diskretliyi onun struktur nizamlılığının əsasıdır. Bu isə, aşınmış struktur elementlərinin (molekul, ferment, hüceyrə və s.) onların yerinə yetirdikləri funksiyanı dayandırmadan yenisi ilə əvəzlənməsi yolu ilə daim özünübərpaya imkan yaradır.
Diskriminasiya
Ayrı-seçkilik və ya diskriminasiya (lat. discriminatio – fərqləndirmə) – dövlətlərin, hüquqi və fiziki şəxslərin digər dövlətlər, hüquqi və fiziki şəxslərlə müqayisədə hüquqlarının boğulması. Diskriminasiyanın bütün formaları demokratik dövlətlərdə daxili hüquqla, habelə beynəlxalq hüquqla qadağan olunur. Həmin termin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında da istifadə olunur. Həmçinin hüquqların məhdudlaşdırılması, hər hansı bir dövlətin və ya əhali qrupunun hüquq bərabərliyindən məhrum edilməsidir.
Disksürən
Disksürən (en. Disk drive), (ru. дисковод) – disklərin oxunmasını və onlara yazılmanı həyata keçirən elektromexaniki qurğu. Disksürənin əsas elementləri bunlardır: üzərində disksürənin quraşdırıldığı şpindel (ox); disksürən işləyərkən diski fırladan mühərrik; bir və ya bir neçə oxuma-yazma başcığı; oxuma-yazma başcıqlarını diskin səthində müəyyən mövqeyə aparan ikinci mühərrik; oxuma-yazma əməliyyatını sinxronlaşdıran və informasiyanı kompüterə ötürən və ondan alan kontroller sxemi. Yumşaq və sərt disklərin disksürənləri bir-birindən fərqlənir: əyilgən disklərin disksürənləri 5,25 və ya 3,5 düymlük disketlərlə işləmək üçün nəzərdə tutulub; sərt disklərin disksürənləri möhkəm korpusa malik çıxarılıb-taxılmayan, daha sürətli və iri həcmli yaddasaxlama qurğusudur. Kompüterin disksürənləri adları və ya nömrələri ilə tanınır; məsələn, MS-DOS sistemində A:, B:, C: disksürənləri, Apple Macintosh da isə 0 və 1 disksürənləri ola bilər. Disk sürücü (en. disk driver), (ru. драйвер диска) – disk kompüterə qoşularkən quraşdırılan və verilmiş (müəyyən firmanya məxsus) diskin işləməsinə yardım edən xüsusi proqram. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Disksürən taxçası
Disksürən taxçası (en. Drive bay), (ru.отсек дисковода) – kompüterin korpusunda disksürəni yerləşdirmək üçün paralelepiped şəkilli içiboş oyuq. Disksürən taxçasında, adətən, metaldan hazırlanmış yan divarlar olur ki, onların da üzərində disksürəni bərkitmək üçün deşiklər olur. Konstruksiyadan asılı olaraq üst və alt divarlar olmaya da bilər. Disksürən taxçalarının heç də hamısı görünən yerdə olmur: sərt disklər üçün taxçalar çox zaman korpusun dərinliyində quraşdırılır ki, istifadəçinin sərt disklə fiziki kontakt ehtimalı olmasın. Disksürən taxtçalarının çoxusu, xüsusən əyilgən disklərin, strimmerlərin və CD-ROM disklərinin taxçaları korpusun qabaq panelində yerləşdirilir ki, istifadəçi onlarla rahat işləyə bilsin. Əgər taxtçada disksürən quraşdırılıbsa, istifadəçi yalnız onun qabaq tərəfini görürür, bütün qalan hissələr isə kompüterin korpusunda gizlənir. Taxtçada disksürən yoxdursa, kosmetik, eləcə də korpusun içərisinə yad obyektlərin düşməsinin qarşısını almaq məqsədilə bir çox istehsalçılar taxçanın gözünü (ağzını) plastik və ya metal qapaqla örtürlər. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Dropa diskləri
Dropa daşları və ya Dropa diskləri – Çində tapılan və 12.000 il əvvəl Yer planetinə qəza etmiş dropalılar tərəfindən yaradıldığı iddia edilən daşlar. 1938-ci ildə Pekin Universitetinin professoru Çi Pu Tenin başçılıq etdiyi arxeoloji ekspedisiya Bayan-Kara-Ula dağlarında tədqiqat aparırdı. Bu zaman qrup qəribə kəşf etdi. Dağ mağaralarının birində məzarlar və məzarların içində çox qırılqan, 130 sm uzunluğunda, kəllə sümükləri geniş insanabənzər skeletlər aşkar olundu. Mağaraların divarlarında isə günəş, ay, Yer, ulduz təsvirləri tapıldı. Sonra təsadüf nəticəsində qəribə daş disklər tapıldı. Onlar dairəvi idilər, ortalarında diametri 2 sm olan yumru dəlik vardı və bu dəliklərdən kənara incə spiral xəttlər çıxırdı. Bu disklərin sayı 716 ədəd idi. Onların yaşı 10–12 min il idi. Hər biri 2 sm qalınlığına və 25 sm diametrinə malik idi.
Eyler diski
Eyler Diski, 1987–1990-cı illər arasında Yozef Bendik tərəfindən icad edilmiş, elmi və öyrədici oyuncaqdır. Düz və ya əyri bir səthdə dönən və fırlanan bir diskin dinamik sistemini göstərmək və öyrənmək üçün istifadə olunur. Eyler disi döndükdə disk həm potensial, həm də kinetik enerjiyə malik olur. Potensial enerji diskə yan tərəfə dik olduqda verilir. Kinetik enerji isə diskə güzgü bazasında əyildikdə verilir. Euler Diski sürtünmə və titrəmə üçün olmasa idi sonsuza qədər yuvarlana bilərdi. Eyler diskinin necə işlədiyini təsvir etməyin başqa bir yolu, diskin bucaq impulsunu nəzərə almaqdır. Eyler diski özünü dik tutmaq üçün bucaq impulsundan istifadə edir. Disk bir dairə ətrafında fırlandıqda, diski aşağı çəkən cazibə qüvvəsi və diski yuxarıda saxlayan güzgü bazası tərəfindən tətbiq olunan qüvvə tarazlığı ilə tutulur.
IDE disklər
IDE (“Intelligent Drive Electronic” – Ağıllı Elektron İdarəetməsi) – ATA interfeysinə malik olan sərt disk növü. Məlumatların paralel ötürülməsini təmin edən ATA standartı ilə uyğunlaşdırılan ucuz IDE elektronikası sərt disklər istehsal etməyə imkan verir. Həm də yaddan çıxarmaq lazım deyil ki, ATA xarici qurğuların qoşulması üçün nəzərdə tutulmayıb və 60sm-dən artıq uzunluqda kabelləri dəstəkləmir. Daha doğrusu, belə ATA kabellərini almaq olar, sadəcə onların istifadəsi məsləhət deyil. 1 ATA portu diskin 2 cür – master və slave qoşulmasını təmin edir. Çox vaxt demək olar ki, həmişə insanlar 1 porta sərt diski master olaraq, digər bir qədər yavaş qurğuları, məsələn CD-ROM kimi disk sürücülərini isə slave olaraq qoşurlar. Lakin bilirik ki, IDE hər zaman portda yalnız 1 qurğuya müraciət edə bilər, beləliklə, ümumilikdə sistemin məhsuldarlığı azalır. Prinsipcə slave qoşulmadan istifadə etməmək daha yaxşı olar. Hal-hazırda bütün anakartlarda 2 ədəd IDE portu vardır, hətta bəzilərində 4-ə bərabər olur (ABIT BX-133 RAID tipli). Sərt diski birinci əsas porta master olaraq DVD və ya CD-ROM-u isə ikinci köməkçi porta master olaraq qoşmaq lazımdır.

Digər lüğətlərdə