DOZANQURDU

Donuz kəlməsi ilə heç bir əlaqəsi yoxdur. M.Kaşğaridə qonuz sözü “peyin” mənasında işlədilib. Qurdun növləri çox olduğundan “жук”u onlardan fərq­ləndirmək üçün “qonuz qurdu” adlandırıblar, qonuzqurdu isə təhriflə bağlı do­zanqurdu şəklinə düşüb. Ruslardakı навоз kəlməsi bəzi türk dillərinəmayız kimi (mənası: “inək ifrazatı” deməkdir) tərcümə edilib. Türkmən dilində do­nuz­lan­maq sözü “natəmiz olmaq” mənasında işlədilir. Ehtimal ki, elə navoz sözü də mayız sö­zü ilə bağlıdır (навоз sözünü возить, yəni tullamaq sözü ilə bağ­la­yırlar, “mayız”la bağlı olmasını daha doğru hesab etmək olar). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DOYMAQ
DÖL

Digər lüğətlərdə