drenaj nasosu

ру дренажный насос en draining pump de Entwässerungspumpe fr pompe de drainage es bomba de drenaje it pompa di drenaggio
drenaj
drossel klapanı
OBASTAN VİKİ
Drenaj
Drenaj (ing. drain - qurutmaq) - Torpağı, yeri qurutmaq üçün qrunt və ya axıntı sularının süni yolla axıdılmasıdır. Açıq drenaj arxlarla, qapalı drenaj isə yeraltından çəkilən borularla suyun arxlara, yaxud kanallara buraxılmasıdır. Torpaqların qurudulması zamanı qurutma drenajı, quraqlıq rayonlarda torpağın şorlaşmasına qarşı mübarizə məqsədilə ilə duzsuzlaşdırma drenajı, ağır gilli torpaqlarda qaz mübadiləsini qüvvətləndirmək üçün areasiya drenajından istifadə edilir. Kənd təsərrüfatında iki cür drenaj aparılır: Üfuqi drenaj - bu drenaj özü iki cür olur: Açıq drenaj - kanallar sadəcə elə yerləşdirilir ki, tarlada kənd təsərrüfatı işlərinin mexanikləşdirilməsinə və müvəqqəti suvarma arxlarının çəkilməsinə maneçilik törətməsin. Qapalı drenaj - Torpaq itkisinə yol verməmək üçün istifadə olunur. Kanalların dərinliyi 2,5–3 m, drenaj arasında məsafəsi 200–800 m olur Şaquli drenaj Drenajlardan binaları və tikililəri qrunt sularının təsirindən qorumaq üçün də istifadə olunur. Bunlar suları toplayan və kənara axıdan mühəndis (kəhriz, quyu, yeraltı lağımlar və s.) ibarətdir. Tikinti ərazisində yeraltı suların ümumi səviyyəsinin aşağı salınması (adətən yer səthindən 3-3,5 m dərinlikdə olmalıdır) lazımı effekt vermədikdə yerli drenaj sistemləri, yəni lay drenaji, divaryanı drenaj və dairəvi drenaj tətbir olunur. Sulu torpaqlar kənd təsərrüfatında istifadə üçün drenaja ehtiyac duya bilər.
Drenaj sistemi
Drenaj sistemi yada Boşalma quruluş, Qurutma quruluş, Boşalma dövrəsi (ing. drainage system), sıvının bir drenaj hövzəsindəki axınlardan, çaylardan və göllərdən ibarətdir. Drenaj sistemində sərt və ya yumşaq qayaların olub-olmaması, torpaq yamacı və topoqrafiya əhəmiyyətlidir. Geomorfoloqlar və hidroloqlar axınlara boşalma hövzəsinin bir hissəsi kimi baxırlar . Topoqrafiya bir boşalma hövzəsində yeraltında və yerin üstüdəki suların axınını müəyyənləşdirir. Drenaj hövzələri bir-birindən topoqrafik maneələrlə ayrılır. Drenaj hövzəsini bütün axın qolları təmsil edir. Qolların sayı və uzunluğu hövzəni genişləndirə bilər və topoqrafiyaya görə şəklini dəyişə bilər. Kanalların quruluşuna görə boşalma quruluşları bir çox kateqoriyadan ibarətdir. Boşalma növləri ərazinin topoqrafiyası və geologiyası ilə müəyyən edilir.
Benzin nasosu
Benzin nasosu (БЦН-1, БЦН-2) — mərkəzdən qaçma prinsipi ilə işləyən, bəzi tankların və digər texnikaların (məsələn: Т-64, Т-72, БМП-1,2) yanacaq sistemində istifadə edilən nasos . Funksiyası çoxyanacaqlı dizel mühərrikini işini yüngül yanacaqla təmin etməkdir.
Mərkəzdənqaçma nasosu
Mərkəzdənqaçma nasosu ən geniş yayılmış nasos növüdür. Bu nasoslar həm soyuq, həm də isti halda olan suların, özlülüyü yüksək olan və aşındırıcı mayelərin, suyun qruntla, torfla, şlakla və s. bərk hissəciklərlə qarışığını nəql etmək üçün tətbiq olunur. Mərkəzdənqaçma nasosunun ümumi təsviri şəkildə verilmişdir. Bu nasoslar üçün mayenin fasiləsiz axması səciyyəvidir. Nasosun işçi üzvü üzərində pərlər bərkidilmiş rotordan ibarətdir. Rotor fırlanan valda oturdularaq çox hallarda bir başa elektrik mühərriki ilə əlaqələndirilir. Fırlanan rotorun pərləri mühərrikin enerjisini mayeyə verərərək mayedə təzyiq yaradır. Mühərrikin gövdəsinin orta hissəsində təzyiq kənarlarına nisbətən aşağı olduğundan mərkəzdənqaçma qüvvəsinin hesabına) maye girişdən çıxışa doğru hərəkət edir. Nasosun işçi çarxı həm bir tərəfli, həm də ikitərəfli hazırlana bilir.
İmpeller nasosu
İmpeller nasosu pərli çarxları (impeller) elastiki materialdan hazırlanmış nasosdur. İmpeller gövdə daxilində eksentrik oturdulduğundan fırlanma zamanı pərlərin vəziyyətindən asılı olaraq iki pər arasında qalan boşluq müxtəlif olur. Şəkildən göründüyü kimi, girişdən daxil olan maye pərlər arasında qalaraq sıxılır və beləliklə mayedə təzyiq artır. İmpeller döndükdə isə maye çıxışa tərəf hərəkət etdirilir və çıxışa çatdıqda böyük təzyiqlə çıxış borusuna daxil olur. Beləliklə mayenin nəqli baş verir. İmpeller əsasən gəmilərin mühərriklərinin soyudulmasında tətbiq olunur. Dəniz suyu sorularaq mühərrikin soyutma dövrəsinə vurulur, mühərrikdə istilik mübadiləsi baş verdikdən sonra qızmış su yenidən dənizə axıdılır. İmpeller mühərrikinin üstün cəhəti ondan ibarətdir ki, bu nasos özüsorandır. Nasosun hissələri bir-biri ilə kip birləşdirildiyindən o, havanın sorulmasına da imkan verir. Əliyev, R.R. Maşınqayırma leksikonu.
Şprits nasosu
Şprits nasosu (ing. Syringe driver, alm. Spritzenpumpe‎) — müasir təbabətdə geniş tətbiq olunan tibb ləvazimatı. Onun vasitəsilə venadaxili inyeksiya üçün dərman məhlullarını, zaman üzrə dozalamaq mümkündür. Tibbi dildə ona perfyuzor da deyilir. İlk dəfə 1951 ci ildə Dr. Hess tərəfindən icad edilmişdir. Halhazırda klinikalarda tətbiq edilən cihaz “B. Braun Melsungen” firması tərəfindən istehsal edilmişdir. Müasir şprits nasoları nano texnologiya əsasında istehsal olunurlar. Belə şprits nasoları yaddaşa, hesablama, dərman məhlullarını bazal sürətlə yaxud bolyusla inyeksiya etmək qabiliyyətinə və müşahidə monitoruna malikdirlər.
Drenaj sistemi (Boşalma quruluş)
Drenaj sistemi yada Boşalma quruluş, Qurutma quruluş, Boşalma dövrəsi (ing. drainage system), sıvının bir drenaj hövzəsindəki axınlardan, çaylardan və göllərdən ibarətdir. Drenaj sistemində sərt və ya yumşaq qayaların olub-olmaması, torpaq yamacı və topoqrafiya əhəmiyyətlidir. Geomorfoloqlar və hidroloqlar axınlara boşalma hövzəsinin bir hissəsi kimi baxırlar . Topoqrafiya bir boşalma hövzəsində yeraltında və yerin üstüdəki suların axınını müəyyənləşdirir. Drenaj hövzələri bir-birindən topoqrafik maneələrlə ayrılır. Drenaj hövzəsini bütün axın qolları təmsil edir. Qolların sayı və uzunluğu hövzəni genişləndirə bilər və topoqrafiyaya görə şəklini dəyişə bilər. Kanalların quruluşuna görə boşalma quruluşları bir çox kateqoriyadan ibarətdir. Boşalma növləri ərazinin topoqrafiyası və geologiyası ilə müəyyən edilir.