Rusiya İmperiyasının Dövlət Duması
Rusiya İmperiyasının Dövlət Duması — Rusiya imperiyasının parlamenti
== Tarixi ==
11 dekabr 1905 — Çar II Nikolay Rusiya Dövlət Dumasına seçkilər barədə fərman verib. 27 aprel 1906 — Sankt-Peterburqda Rusiya imperiyasının parlamenti — I Dövlət Duması fəaliyyətə başlayıb. Azərbaycan da seçkilər bir qədər gec, may ayında keçirildiyi üçün azərbaycanlı deputatlar Dumanın işinə sonradan qoşuldular.
31 may 1906 — Cənubi Qafqazın müsəlman-azərbaycanlı əhalisi arasında Rusiya imperiyasının I Dövlət Dumasına seçkilər keçirilib. İlk dəfə olaraq imperiyanın müsəlman əhalisi seçki prosesinə cəlb edilib. Bakı, Yelizavetpol, İrəvan, Tiflis quberniyalarını əhatə edən seçkidə Dumaya beş azərbaycanlı deputat (Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov) seçilmişdi. Müsəlman fraksiyasına Ə. Topçubaşov rəhbərlik edirdi.
20 fevral 1907 — Çar Rusiyasının II Dövlət Duması fəaliyyətə başlayıb. Birinci Dumada (1906) olduğu kimi, ikinci Dumanın tərkibində də 5 azərbaycanlı deputat (Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski və Zeynal Zeynalov) vardı. İkinci Dumanın ömrü daha qısa oldu və iyunda çar II Nikolayın fərmanı ilə buraxıldı
1907 — Çar Rusiyasının III Dövlət Duması fəaliyyətə başlayıb III Dumada Cənubi Qafqaz ın müsəlman əhalisini yalnız bir deputat, azərbaycanlı Xəlil bəy Xasməmmədov təmsil edirdi.