DÖYÜŞÇÜ

I
сущ. боец, воин. Rəşadətli döyüşçülər доблестные воины, cəsur döyüşçülər отважные бойцы
II
прил. боевой. Döyüşçü dəstələri боевые отряды
DÖYÜŞ-SÖYÜŞLƏ
DÖYÜŞDÜRMƏ
OBASTAN VİKİ
Döyüşçü
Döyüşçü (film, 2011)
Döyüşçü (İrəvani)
Döyüşçü — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. == Təsviri == Zirehli geyimdə təsvir edilmiş "Döyüşçü" yaşıl oturacaq üzərində əyləşmiş vəziyyətdə təsvir edilmişdir. Onun sərt xəttlərlə vurğulanmış üz cizgiləri az ifadəlidir. Böyük oval gözləri geniş qara qaşlarla əhatələnib, böyük qıvrım bığı isə dodağını kölgədə qoyur. Baş geyimi dəmir dəbilqə və çiyinlərə qədər düşən dəmir tordan ibarətdir. Qoşqu şəklində olan ağ parça tirmədir. Bu cür parça dəbilqənin başda möhkəm oturması üçün istifadə edilirdi. Dizlik və sinəlik sadə oyma naxışlarla bəzədilmişdir. Metalın traktovkası cüzi kölgələnməyə malik boz rəngdədir.
Muzdlu döyüşçü
Muzdlu döyüşçü (ing. Mercenary; rus. Наёмник) — Hər hansısa müharibəyə mənfəət əldə etmək üçün qatılan döyüşçü. Muzdlu döyüşçülər iştirak etdikləri döyüşlərin siyasi və ya iqtisadi nəticələri ilə maraqlanmayaraq onlara vəd edilən mükafatın əldə olunmasına maraqlı olurlar. Fərdi şəkildə muzdlu döyüşçülər olduğu kimi bu işlə qrup, tayfa və ya təşkilat formasında məşğul olma hallarıda tarixdə görülmüşdür. Bir çox Yunan muzdlu döyüşçü Yunan-İran müharibələri zamanı Əhəmənilər İmperiyası tərəfindən döyüşmüşdür.
"Cəsur döyüşçü" medalı
"Cəsur döyüşçü" medalı — Azərbaycanın dövlət təltifi (medal). İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Cəsur döyüşçü" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Cəsur döyüşçü" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması zamanı müstəqil və ya digər qoşun növləri ilə birlikdə strateji və ya xüsusi əhəmiyyətli ərazilərin tutulması üzrə döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, havada və yerdə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan "Cəsur döyüşçü" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Cəsur döyüşçü" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "İgidliyə görə" medalından sonra taxılır.
Döyüşçü (film, 2011)
Döyüşçü 2011-ci ildə çəkilmiş Amerika dram filmidir. Rejissoru Gavin O'Connor olan filmdə baş rolları Tom Hardy, Joel Edgerton, Jennifer Morrison və Nik Nolte canlandırıb. Filmdə iki qardaş arasındakı rəqabət və keçmişdə baş vermiş bir hadisə ilə bağlı olaraq onlar arasında yaranmış kinin nəticələrini ortaya qoyan bir mövzu işlənmişdir.
Döyüşçü (teleserial, 2017)
Döyüşçü (türk. Savaşçı) — Süleyman Çobanoğlunun yazdığı ssenari əsasında Volkan Qocatürkün rejissoruluğu ilə çəkilən Türkiyə döyüş və hərbi teleserialı. Teleserialda Bərk Oqtay, Murad Sərəzli, Sarp Ləvəndoğlu və Ulduz Çağrı Atiksoy rol alıblar. == Süjet == Teleserialın süjeti 15 iyul 2016-cı il tarixində, Türkiyədə dövlət çevrilişinə cəhd zamanı başlayır. Kapitan Kağan Bozok (Bərk Oqtay) və polkovnik Xəlil İbrahim Kopuz (Murad Sərəzli) daha əvvəlki məhkəmə işləri nəticəsində həbsə düşmüş iki Türkiyə Silahlı Qüvvələri zabitidir. 15 iyul 2016-cı ildə baş verən dövlət çevrilişinə cəhddən sonra dövlətin ali qurumları Kopuzun vəzifəsinə geri qayıtmağını tələb edir. Kopuz, əvvəllər rəhbərlik etdiyi "Qılınc Əməliyyat Qrupu" (türk. Kılıç Timi) heyətinin yenidən qurulması şərti ilə vəzifəsinə geri qayıdacığını deyir. İlk vaxtlarda etiraz edilsə də, polkovnik Kopuzun vəzifəsinə geri qayıtması üçün daha sonra əməliyyat qrupu yenidən yığılır. Qılınc Əməliyyat Qurpunun bəzi üzvləri ordudan atılmış, bəziləri isə həbsə düşmüşdülər.
Döyüşçü klubu (roman)
Döyüşçü klubu (ing. Fight Club) – Çak Palanik tərəfindən 1996-cı ildə yazılmış roman. == Məzmun == Romanın mərkəzində istehlak cəmiyyətinin aktiv nümayəndəsi lakin, yuxusuzluqdan əziyyət çəkən şəxsdir. Həkiminin məsləhəti ilə müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən insanların dəstək qruplarında iştirak etməyə başlayır və orada meditativ proseduraların iştirakçısı olur. Praktiki olaraq ölümə məhkum olan və sadəcə onu gözləyən insanlarla özünü müqayisə edən qəhrəman müəyyən qədər yuxusuzluq problemi həll olunsa da, bir müddət sonra bu kifayət etmir. Şəxsiyyət ikiləşməsi yaşayan əsərin qəhrəmanı Tayler Darden vasitəsiylə özünəməxsus psixoterapiya forması olan Döyüşçü klubunu yaradır. == Əsərin yazılması == Yazıçı qeyd edir ki, "Döyüşçü klubu"nu yazmaq ideyası onda yay düşərgəsi zamanı iştirak etdiyi bir əlbəyaxa döyüşdən sonra yaranıb. Dostları ondan sifətindəki yaraların səbəblərini soruşmayıblar. Vaxt keçdikcə yazıçının arzusu daha da möhkəmlənib, amma birinci dəfə "Görünməzlər" romanını nəşr etdirmək istəyir. Nəşriyyat isə romana biabırçı statusu verərək nəşrindən imtina edir.
Nəbi Məmmədov (döyüşçü)
Nəbi Məmmədov (7 avqust) 1991, Cəbrayıl) — Azərbaycanlı MMA və Sambo idmançısı, 2018 Avropa Sambo çempionatının bürünc medalçısıdır. Nəbi Məmmədov ilk dəfə 2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən sambo üzrə dünya çempionatında 100 kiloqram çəki dərəcəsində çıxış edib.Daha sonra 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən Avropa sambo çempionatını Məmmədov 5-ci sırada tamamlayıb.2018-ci ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Avropa çempionatında 98 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəbi Məmmədov yarışın bürünc medalına sahib olub. MMA üzrə 4 dəfə Azərbaycan çempionu; 2013-cü ildə Gürcüstanda keçirilən "Asian CHI-1 golden belt championship"in qalibi; 2018-ci ildə Afina,Yunanıstanda keçirilən Sambo üzrə Avropa çempionatının bürünc medalçısıdır "Tapologiya"nın hesablamalarına görə, Nəbi Məmmədov Qafqazın MMA üzrə ağır çəki dərəcəsinin ən reytinqli 22-ci idmançısıdır.
Yusif Qasımov (döyüşçü)
Yusif Qasımovun həyat yolu doğulduğu kənddən başlanmışdır. O, 1910-cu ildə indiki Babək rayonunun Cəhri kəndində anadan olmuş, sonralar həmin kənddə səkkizillik natamam orta təhsil almışdır. Ailənin maddi təminatının ödənilməsinə kömək etmək məqsədilə erkən yaşlarında əmək cəbhəsinə atılan Yusif Qasımov öz işində möhkəmlənmiş, əmək qabaqcılı kimi tanınmağa başlanmışdır. Təsadüf deyil ki, kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə adı Ümumittifaq Kənd Təsərrüfatı sərgisinin “Şərəf kitabına” na yazılmış, ona Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin Baş Komitəsi tərəfindən 144807 №-li şəhadətnamə təqdim olunmuşdur. 7 oğul, 4 qız övladı, 46 nəvəsi var. Yusif Qasımov müharibə başlanandan qurtaranadək Mozdokdan Berlinə kimi böyük döyüş yolu keçmiş, bütün vuruşlarda şücaət göstərmişdir. Böyük Vətən Müharibəsinin başlanması ilə əmək fəaliyyətini döyüş fəaliyyəti ilə əvəz edən Yusif Qasımov 10 mart 1942-ci ildə Naxçıvan MSSR Hərbi Komissarlığı tərəfindən cəbhəyə çağırıldı. Alman faşist işğalçılarına qarşı müharibə meydanında döyüşə başlayan Yusif Qasımov mərdliklə döyüşür, igidliklər göstərirdi. 416-cı Tanaqroq Atıcı diviziyasının 1054-cü artilleriya polkunun ordu komandiri Yusif Qasımov 1943-cü ilin fevral ayında Rostov şəhərinin faşistlərdən təmizlənməsində böyük döyüş əməliyyatı təşkil etmiş, düşmənin 6 tankının külünü göyə sovurmuşdur. Bu döyüşlərdə alay komandiri Yusif Qasımovun sinəsinə “Qırmızı Bayraq” ordenini sancmışdır.
13-cü döyüşçü
"13-cü döyüşçü" — 1999-cu il istehsalı ABŞ filmi. == Məzmun == Şərq ölkələrindən birində zadəgan və saray şairi olan Əhməd ibn Fəhdlan cəzalandırılaraq şimala, vəhşi vikinqlərin ölkəsinə səfir göndərilir. O burada vikinqlərlə birlikdə vəhşi meyid yeyən millət olan vendallara qarşı döyüşdə iştirak edir.
13-cü döyüşçü (film, 1999)
"13-cü döyüşçü" — 1999-cu il istehsalı ABŞ filmi. == Məzmun == Şərq ölkələrindən birində zadəgan və saray şairi olan Əhməd ibn Fəhdlan cəzalandırılaraq şimala, vəhşi vikinqlərin ölkəsinə səfir göndərilir. O burada vikinqlərlə birlikdə vəhşi meyid yeyən millət olan vendallara qarşı döyüşdə iştirak edir.
Bayram Məmmədov (döyüşçü)
Bir zamanlar döyüşçü (film, 2011)
Bir zamanlar döyüşçü (teluquca:అనగనగా ఓ ధీరుడు, ingiliscə:Once Upon a Warrior) — Prakaş Kovelamudi tərəfindən teluqu dilində çəkilən 2011 İngiltərə və Hindistan fantastik macəra filmidir. Film Arka Media və Disney Channel tərəfindən çəkilib. Disneyin teluqu dilində çəkdiyi ilk filmdir. Filmin gəliri 200 milyon rupi dəyərində olub. == Məzmunu == İrendri xalqa bədbəxtlik gətirən bir cadugərdir.Bir quru onu həbs edir, insanların həyatlarıyla oynamasına icazə vermir. Sonra isə onu yox edir. Yox edilmədən öncə İrendri özünü bir medalyona köçürür. Ölməyinə baxmayaraq ruhu həmin medalyonla yaşayır. Nəvəsi Priya isə bir çingənə olaraq yaşayır. Priya cadugər ailədə böyüdüyü üçün bütün sehrləri bilir.
"Beynəlmiləlçi-döyüşçüyə" medalı
"Beynəmiləlçi-döyüşçüyə" döş nişanı — müxtəlif ölkələrdə sülh məqsədilə döyüşən keşmiş SSRİ döyüşçülərinə verilib.[mənbə göstərin]
"Beynəlmiləlçi döyüşçüyə" döş nişanı (SSRİ)
"Beynəmiləlçi-döyüşçüyə" döş nişanı — müxtəlif ölkələrdə sülh məqsədilə döyüşən keşmiş SSRİ döyüşçülərinə verilib.[mənbə göstərin]
"Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqı adından" medalı (Əfqanıstan)
Başqırd döyüşçüləri abidəsi
Başqırd döyüşçüləri abidəsi – Almaniyanın Drezden şəhərində Napoleon koalisiyası əleyhinə rus ordusu sıralarında döyüşmüş başqırd döyüşçüləri xatirəsinə qoyulmuş abidə. Drezden yaxınlığındakı döyüşə həsr olunmuş abidə. == Abidənin tarixçəsi == Abidə təxminən 80 santimetr hündürlükdə qaya parçası formasından və ona bərkidilmiş tunc lövhəcikdən ibarətdir. Tunc lövhəcikdə ox və kamanla silahlandırılmış və at çapan başqırd döyüşçüsü təsvir edilmişdir. Lövhəcikdəki mətndə almanca, başqırdca və rusca belə qeyd olunub: "1813-cü ildə Drezden yaxınlığında döyüşdə Napoleon koalisiyası əleyhinə rus ordusu sıralarında xidmət edən başqırd xalqının oğullarının xatirəsinə". Abidə 26 avqust 2006-cı il tarixində Leypsiq yaxınlığındakı döyüşün 190 illiyi şərəfinə qoyulub. Abidə İrek Bayşevin və məşhur alman rejissor və jurnalist Nasur Yuruşbayevin şəxsi vəsaiti hesabına yaradılıb.1812-ci il vətən müharibəsində və rus ordusunun 1813-1814-cü illərdə sərhəddən kənar yürüşlərində 28 başqırd alay iştirak edib. Birinci başqırd alay Drezden şəhəri yaxınlığında 1813-cü ilin martın 2-də, 4-cü və 5-ci başqırd alayları isə 1813-cü ilin sentyabr və noyabr aylarında baş verən döyüşlərdə iştirak etmişdir. == Ədəbiyyat == Набиева Э.А. Памятник башкирским воинам. Военная история башкир: энциклопедия/ гл.
Küçə döyüşçüsü (film, 1994)
Küçə döyüşçüsü (ing. Street Fighter) — 1994-cü ildə Stiven E. de Suza tərəfindən çəkilən filmdir. Bu film Street Fighter 2 video oyunu əsasında hazırlanmışdır.
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə və ya MDB beynəlmiləl döyüşçülərin işləri üzrə komitə —MDB üzvü olan dövlətlərin vətəndaşlarının SSRİ dövründə lokal müharibə iştirakçılarının işləri üzrə beynəlxalq koordinasiya şurası.1991-ci ilin avqust ayından rəhbəri Ruslan Auşevdir. == Komitənin məqsəd və vəzifələri == Komitənin Əsasnaməsinə görə əsas fəaliyyət istiqamətləri: müharibə, lokal müharibə veteranlarının və terror qurbanlarının həyat səviyyəsinin yüksəldilməsi; veteran və əlilərin sosial müdafiəsi üzrə hüquqi sənədlərin hazırlanması; dövlətlər arası səviyyədə veteranların iqtisadi, tibbi, hüquqi problemlərinin həll edilməsi; müvafiq kontingentin və onların ailə üzvlərinin tibbi. sosial, əmək, psixoloji reabilitasiyası.
Marvelin yüksəlişi: Gizli döyüşçülər
Marvelin yüksəlişi: Gizli döyüşçülər- Marvel tərəfindən hazırlanmış super qəhrəmanlar haqqında cizgi filmi. Baş rolunda Hörümçək-qadın (digər adı- Ruh Hörümçək),Sincab Qız, Patriot kimi super qəhrəmanları vardır. Film 2018-ci ildə bir müddət təxirə salındı və gələcəkdə Marvel Animasiya Studiyası tərəfindən hazırlanacaq. == Haqqında == Gizli döyüşçülər Marvelin yüksəlişikimi böyük bir layihənin tərkib hissəsidir. O Hörümçək Qven və onun yeni şəxsiyyəti Ruh Hörümçək haqqında qısa seriyalardan ibarət olacaq.
Qarağac küçəsində qarabasma 3: Yuxu döyüşçüləri (film, 1987)
Qarağac küçəsində qarabasma 3 (ing. A Nightmare on Elm Street 3: Dream Warriors) — Çak Rasselin rejissorluğu ilə 1987-ci ildə çəkilmiş amerikan sleşer filmi. Yüzlərlə psixopatın ilham qaynağı mərhəmətsiz olan Freddi Krüger yeni qurbanlar üçün geri dönür. Freddi Qarağac Küçəsinin sakinlərini qorxunc üsullarla yuxularında ovlamaqdadır. İnsanların tək ümidləri Freddidən xilas olmağı bacarmış Nensi Tompsondur. O, bu döyüşdə Freddiyə öz üsullarıyla qarşılıq verə biləcək tək adamdır. Nensi insanların birdən-birə yatmaması üçün onlara dərman təklif edir... Qarağac küçəsində qarabasma 3: Yuxu döyüşçüləri — Internet Movie Database saytında.
"Beynəlmiləlçi döyüşçüyə minnətdar əfqan xalqından" medalı
"Beynəmiləlçi-döyüşçüyə Əfqan xalqı adından minnətdarlıq" medalı — Əfqanıstan Demokratik Respublikası tərəfindən burada döyüşən beynəlmiləlçi şəxslərə verilir.[mənbə göstərin]
"Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqı adından" medalı
"Beynəmiləlçi-döyüşçüyə Əfqan xalqı adından minnətdarlıq" medalı — Əfqanıstan Demokratik Respublikası tərəfindən burada döyüşən beynəlmiləlçi şəxslərə verilir.[mənbə göstərin]
"Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqından" medalı
"Beynəmiləlçi-döyüşçüyə Əfqan xalqı adından minnətdarlıq" medalı — Əfqanıstan Demokratik Respublikası tərəfindən burada döyüşən beynəlmiləlçi şəxslərə verilir.[mənbə göstərin]
Qurtuluş döyüşçüləri
Qurtuluş döyüşçüləri (fr. Combattants de la Libération) — Əlcəzair İstiqlaliyyət müharibəsinin başlamasından sonra yaradılmış Əlcəzair Kommunist Partiyasının silahlı qanadı, gerilla qruplaşması. Həm əlcəzairlilər, həm də Fransa və müstəmləkələrin avropalıları "Qurtuluş döyüşçüləri"nin sıralarında vuruşurdular. 1 iyul 1956-cı ildə ƏKP ilə birlikdə Milli Qurtuluş Cəbhəsi sıralarına daxil olmuşdular.
"Qarabağ-Əlil Döyüşçülər" Futbol Federasiyası.
Öküz döyüşçüsü
Öküz döyüşçüsü (isp. torero [toˈɾeɾo]; port. toureiro [toˈɾɐjɾu]) — öküz döyüşü ilə məşğul olan şəxs. Öküz güləşləri əsasən ispan mədəniyyəti yaşanan ölkələrdə (İspaniya, Portuqaliya, Meksika, Ekvador, Peru və s.) təşkil olunur. Öküzü nizə ilə yaralayan oyuncu "pikador" (isp. picador) adlanır və öküzü öldürən oyuncu "matador" adlanır. Buğa güləşləri heyvansevərlər tərəfindən ən çox tənqid olunan idman növlərindən biridir.

Digər lüğətlərdə