elf

adj. onbir
Eleve
Elfe
OBASTAN VİKİ
Xarabaçıl-elf
Xarabaçıl-elf (lat. Micrathene) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi. Meksika və ABŞ-nin cənub-qərbində yaşayır. Kaktuslu çöllərdə ən çox yayılan quşlardandır. Bundan başqa, meşəliklərdə və nəmli savannalarda da rast gəlinir. Kaktus və ya ağac gövdələrində yuva qurub həşaratlar ilə qidalanır. Bayquşların ən kiçiyi olan cin bayquşunun oval başı gövdəsinə nisbətən iridir. Gözləri böyük və sarıdır.
Elf dilləri (Orta Dünya)
Elf dilləri – Con Tolkin tərəfindən Orta Dünya kainatı üçün yaradılmış süni dillər. Elflər tərəfindən danışılır. Qulağa melodik gəlməsi ilə populyar olmuşdur. Elf dilləri bir dil ailəsidir. Bu dil ailəsinin 15 dili var və onlar arasında əhəmiyyətli fərqliliklər var. Elf dil ailəsindəki bütün dillər ibtidai kvendi adlı qədim elf dilindən törənmişdir. Elflər fərqli coğrafiyaya yayıldıqca yeni dialekt və dillər ortaya çıxmışdır. Hətta Elf dilləri ailəsi ağacı belə mövcuddur və bu dillərin qohumluq əlaqələrini göstərir. Məlum olan elf dilləri Avarin, Kvenya, Telerin, Nandorin, Sindarin, Qoldoqrin və İlkorindir. Xüsusilə Kvenya və Sindarin dilləri daha populyardır.
Elfak Daşdəmirov
Elfaq Hüseynov
Elfaq Nağıyev
Elfaq Azad oğlu Nağıyev (26 dekabr 1996, Parakənd, Gədəbəy rayonu – 21 oktyabr 2020, Xocavənd rayonu) - Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Elfaq Nağıyev 1996-cı il dekabrın 26-da Gədəbəy rayonunun Parakənd kəndində anadan olub. 2003—2011-ci illərdə kəndin tam orta məktəbində təhsil alıb. 2012—2016-cı illərdə Şamaxı rayonu Humanitar Kollecində "Bədən tərbiyəsi müəllimliyi" ixtisası üzrə ali təhsil alıb. Nişanlı idi. Elfaq Nağıyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016—2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun giziri Elfaq Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Hadrut əraziləri və bir neçə strateji yüksəkliklərin azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərib. Oktyabrın 9-da Hadrut qəsəbəsinə bayraq sancan əsgərlərdən biri olub. Elfaq Nağıyev oktyabrın 21-də Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhid olub.
Elflər
Elflər (alm. elf‎ — ing. elf) — alman-skandinav və kelt folklorunda sehrli xalq. "Alvla" (q.skan. álfr) və sidlər (qəd. irl. sidhe) adları ilə tanınır. Müxtəlif miflərdə elflərin təsviri müxtəlifdir, ancaq bir qayda olaraq onlar gözəl, işıqlı, insana dost məxluqlardır. Ancaq onlar insanlardan daha hündür və gözəl təsvir olunur. Bununla belə insandan daha cəld və qüvvətlidir.
Elflər (Orta Dünya)
Elflər (ing. Elves, tək h. Elf) — Con R. R. Tolkinin legendariumunda Ardanın (Yerin) uzaq keçmişində, Orta Dünya qitəsində yaşayan azad xalqlardan biri, İlúvatarın böyük uşaqlarıdır. "İlk doğulanlar" (ing. Firstborn) kimi də adlanırdılar. İnsanlar və qnomlardan fərqli olaraq, elflər ölməzdilər. Elf personajları “Hobbit” və “Üzüklərin hökmdarında” var, lakin onların tarixi “Silmarillionda” daha tam təsvir edilir. Müasir ingilis elf sözü köhnə ingilis ælf sözündən əmələ gəlir (analoqu bütün german dillərində mövcuddur). German mifologiyasında, elflərin müxtəlif növləri olub, erkən orta əsrlərdə eyni konsepsiya qərb alman mifologiyasında, skandinaviya miflərində və anqlosakson miflərində fərqlənməyə başladı, güman edilir ki keltlərin təsiri altında daha çox anqlosakson konsepsiyası fərqlənməyə başlamışdı. Tolkin məktubların birində onun elflərinin "daha məşhur əsərlərin" yəni skandinav mifologiyasının elflərindən fərqli olduğunu açıq şəkildə ifadə etmişdi.
Elflərin qanı
Elflərin qanı (pol. Krew elfów) — Polşa yazıçısı Andjey Sapkovskinin fentezi janrında yazdığı, "Cadugər Saqası"ndan olan ilk romandır. Roman ilk dəfə 1994-cü ildə Polşada çap edilmişdir. Əsərdəki hadisələr ümumi qəhrəman cadugər Riviyalı Geraltın iştirakı ilə birləşdirilən "Sonuncu arzu" və "Qismət qılıncı" hekayələr toplularında baş verən hadisələrin davamıdır. Roman, Polşada Yanuş Zeydel Ədəbiyyat mükafatına, Böyük Britaniyada isə Devid Gemmel Fentezi mükafatına layiq görülmüşdür. Əsərin ingiliscə tərcüməsi Böyük Britaniyada 2008-ci ildə (Gollancz nəşriyyatı tərəfindən), ABŞ-də isə 2009-cu ildə (Orbit nəşriyyatı tərəfindən) çap edilmişdir. Kitabdakı hadisələrin başlamasından təxminən bir il əvvəl Nilfqaard imperiyası Sintraya hücum edir. Ölümcül yaralanmış kraliça Kalante intihar edir, onun Siri adlandırılan nəvəsi Sirilla isə alovlar içində olan şəhərdən qaçır. Nilfqaard imperatoru Emqır var Emreys Sirinin tapılması üçün ,casuslarını qitənin dörd bir tərəfinə göndərir. Emqır bilir ki, bu balaca qız yalnız krallığın varisi olduğuna görə yox, həm də elflərin qanını daşıdığına və sehr potensialına görə böyük əhəmiyyət daşıyır.
Elfqita
Elqiva (və ya Elfqita, Elgiva, Ælfgifu, Aelgifu, Algyva, Aelgytha) — İngiltərənin kraliçası daha sonra isə rahibə. İngiltərə kralı Edmundun birinci həyat yoldaşı Edviq və Edqarın anası. Öz xronoloqiyasında Uvilyam Malmsberiyalı Elqivanın Müdrüklüyündən yazırdı. Elqiva həyat yoldaşı Edmundun ölümündən sonra Şaftsberi kilsəsinə köçüb.
Elfrida Elinek
Elfride Yelinek (alm. Elfriede Jelinek‎; 20 oktyabr 1946[…])) — Avstriya yazıçısı, dramaturq, şair və ədəbi tənqidçi, Ədəbiyyat üzrə Nobel mükafatı (2004), Henrix Böll mükafatı (1986), Georq Büxner mükafatı (1998), Henrix Heyne mükafatı (2002), Frans Kafka mükafatı (2004) laureatı. Avstriya yazıçısı və dramaturqu Elfrida Yelinek ölkənin cənubunda, Sloveniya ilə sərhəddə yerləşən Ştıria torpağında, qarışıq yəhudi-çex ailəsində doğulmuşdu. Yazıçının soyadı da çex-slavyan mənşəlidir. "Yelinek" çex dilində "maral" mənasını ifadə edir. Atası kimyaçı idi. Məhz peşəsinə zərurət olduğuna görə Hitlerin hakimiyyəti dönəmində yəhudi soyqırımından – Holokostdan salamat qurtara bilmişdi. Yelinek ailəsinin bir çox üzvlərinin həyatına isə həbs düşərgələrində son qoyulmuşdu. Görünür, bütün bunlar təsirsiz ötüşməmiş və aradan illər keçəndən sonra atasının psixikasının pozulması ilə nəticələnmişdi. Müalicə nəticə verməmişdi.
Elfrida Yelinek

Uilyam Elford Liç
Vilyam Elford Liç (ing. William Elford Leach 2 fevral 1790, Plimut, Devon qraflığı – 25 avqust 1836 və ya 26 avqust 1836) — İngiltərə zooloqu və dəniz bioloqu. Zoological Miscellany (1814–1817) Monograph on the British Crabs, Lobsters, Prawns and other Crustacea with pendunculated eyes (1815–1817) Systematic catalogue of the specimens of the indigenous Mammalia and birds in the British Museum (1816) (1882-ci il nəşri) Synopsis of the Mollusca of Great Britain (circulated 1820, but not published until 1852).
Vilyam Elford Liç