Elçin Sultanov
Elçin Hafiz oğlu Sultanov (d. 1959) — AMEA Zoologiya institutu, biologiya üzrə fəlsəfə doktoru, dosent
== Həyatı ==
Elçin Hafiz oğlu Sultanov 20 may 1959 ildə Bakı şəhəri anadan olmuşdur. 1981 ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakultəsini bitirmişdir.
== Əsas elmi nailliyyətləri ==
Qafqazda oturaq meşə quşlarının coğrafi populyasiyalarının nəğmə quruluşu əsasında aşkar edilməsi. Talış populyasıyasının ən izolə olduğunu , böyük Qafqazın qərb hissəsinin populyasıyasının genetik cəhətdən ən qarışıq olduğunun aşkarlanması. Bir sıra sərçəkimi növlərinin Qafqazda və Azərbaycanda nəğmə və populyasiya quruluşunun tədqiqatı (meşə sərçəsi, böyük və qara arıquşları, mərcimək quşu, kiçik milçəkqapan, tarla vələmirquşu, sarıköynək və s. növlər). Azərbaycanda 17 Potnsial Ramsar (beynəlxalq əhəmiyyətlı) su-batalıq ətazilərinin Ramsar konvensyası kriteriləri əsasında meəyyən edilməsi və təsviri (Azərbaycanın Potensial Ramsar sahələri kitabının 2000 ildə nəşr edilməsi).
Azərbaycanda bir sıra təhlükədə olan, beynəlxalq Qırmızı Siyahıya və Azərbaycan Qırmızı Kitabına düşən bir sıra növlərin tədqiqatı və alınmış nəticələr əsasında bu növlərin Azərbaycanda yayılması, sayı və yaşayış yerlərinə bağlılığının aşkar edilməsi, qorunması elmi tövsiyələrin verilməsi (qıvrımlələk qutan. göydimidik ördək, imperator qartalı, çöl muymulu, leşyeyən ağkərkəs, çığırqan cüllüt, kiçik əyridimdik, ağ durna və s.