Nəhəng fırtınaquşu
Nəhəng fırtınaquşu (lat. Macronectes) — Fırtınaquşukimilər dəstəsinə, Fırtınaquşular fəsiləsinə aid cins.
Arealı — Cənub yarımkürəsi, Subantarktika və Antarktika.
Cinsə üç növ daxildir:
Nəhəng şimal fırtınaquşu (Macronectes halli) — Cənubi Georgiya, Çatem adası, Kergelen, Kroze adaları, Makkuori adası.
Nəhəng cənub fırtınaquşu (Macronectes giganteus) — Antarktida, Folklend adaları, Cənubi Georgiya, Cənubi Şetland adaları, Cənubi Orkney adaları, Cənubi Pataqoniya.
Macronectes tinae — Yeni Zelandiya (Şimali adası). Pliosen, 3,36-3,06 milyon il əvvəl.
Nəhəng fırtınaquşu cinsinə daxil növlər fırtınaquşular fəsilədinə daxil olan ən iri quşlardır. Qanadları arasında məsafə 2 metr, bədəninin uzunluğu 90 sm, çəkiləri isə 3–5 kq-dır.