fallıq 2021
famildaş 2021
OBASTAN VİKİ
Fam (hərf)
𐕔 (səslənməsi /f/, transkripsiyası F, f) — Alban əlifbasının 37-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Խամ (Xam) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı "Fam" olmalıdır. "X" ilə ifadənin səbəbi isə erməni dilində o zamanlar hələ "f" səsinin və Ֆ hərfinin olmaması idi.
Fam Van Donq
Fam Van Donq (vyet. Phạm Văn Đồng) və ya əsl adı ilə An To (Anh Tô; 1 mart 1906[…] – 29 aprel 2000[…], Hanoy) — Vyetnam dövlət və siyasət xadimi, 1955–1987-ci illərdə Vyetnamın baş naziri. == Erkən həyatı == An To 1 mart 1906-cı ildə Kuanqnam vilayətində kəndli vyet ailəsində adan olmuşdur. Fam Van Donq özü bəzən şəxsi söhbətlərində iddia etmişdir ki, o, üç il əvvəl, 1903-cü ildə mərkəzi Kuanqnay vilayətində mandarindilli ailədə anadan olmuşdur. O, təhsilini Hanoy Kollecində alıb, burada tədris fransız dilində aparılmışdır. == Mükafatlar == "Qızıl ulduz" ordeni "Klement Qotvald" ordeni (4 fevral 1986) Lenin ordeni (27 fevral 1981, SSRİ). Oktyabr İnqilabı ordeni (28 fevral 1986, SSRİ ). "Xose Marti" ordeni (1986, Kuba) Laos, Kamboca, Bolqarıstan, Polşa və Monqolustandan mükafatlar. == İstinadlar == == Xarici keçidlər == Fam Van Donq // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия.
Euphorbia famatamboay
Euphorbia famatamboay (lat. Euphorbia famatamboay) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Famaqusta
Famaqusta (yun. Αμμόχωστος; türk. Gazimağusa) — De-yure Kipr Respublikasının ərazisində olan de-fakto isə Şimali Kipr Türk Respublikasının nəzarətində yerləşən şəhər. Famaqusta şəhəri ərazidə yaşayan Kipr türkləri tərəfindən (türk. Gazimağusa) formasında adlandırılır. == Tarixi == Antik dövrdə Famaqusta şəhərinin yerində Arsinoi şəhəri mövcud idi . Arsinoi e.ə. III əsrdə Misir fironu II Ptolomey tərəfindən salınmışdı. 1184-cü ildə Komninlər sülaləsindən olan İsaak Kiprdə hakimiyyətə gəlir. Ancaq onun hökmranlığı uzun müddət çəkmədi.
Famaqusta darvazası
Famaqusta darvazası (türk. Mağusa Kapısı) — Nikosiya şəhərində Venesiya dövründə tikilmiş üç darvazadan biri. == Tarixi == Darvaza 1567–1570-ci illərdə venesiyalı memar Culio Savornyano tərəfindən dizayn edilmişdir. Onun adından darvaza "Porta Culiana" adlandırılmışdır. Qapı şəhər istehkamlarında tunel yaradır, tağın mərkəzi hissəsindəki okulusla işıqlandırılır. Darvazanın hər iki tərəfində iki otaq var. 1981-ci ildə geniş restavrasiya işlərindən sonra darvaza mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir; burada sərgilər, debatlar və konsertlər təşkil olunur.
Famatinit
Famatinit — mineral, Cu3SbS4 == Haqqında == Lüsonit – famatinit fasiləli izomorf sıranın son üzvü. Tetraedr. Nadir kiçik kristallar. İkiləşmə polisintetik. Ayrılma {101} üzrə orta, {100} üzrə nisbətən pis. Aqreqat: dənəvər, böyrəkvari. Rəngi misi-qırmızıdan bənövşəyi-qırmızımtıl-bozadək. Cizgisi qara. Parıltısı metallik. Sərtliyi 3,5–4,5.
Famenin
Faminin və ya Pambıqlı — İranın Həmədan ostanında yerləşən şəhər, Faminin şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 14019 nəfər və 3634 ailədən ibarət idi. Bu şəhərin köhnə adı "Pambıqlı" olub. Əhalisi azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar .
Famenin şəhristanı
Faminin şəhristanı (farsca: شهرستان فامنین) — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biridir. Mərkəzi Faminin (Pambıqlı) şəhəridir. == Ərazi == Şəhristan 1362 km² ərazini əhatə edir. == Əhali == 2006-cı ilin siyahıya alınmasına əsasən, Faminin şəhristanının əhalisi toplam 40,541 nəfərdən ibarətdir. === Şəhristanın bəxşlərinin əhalisi === ==== Mərkəzi (Faminin) bəxşi ==== Əhali (toplam): 36,214 nəfər (2006 s.a.) — Şəhər əhalisi (Faminin şəhəri): 14,019 nəfər (2006 s.a.) — Kənd əhalisi : 22,195 nəfər (2006 s.a.) ==== Pişxor bəxşi ==== Əhali (şəhərləri yoxdur, əhalisi tamamiylə kəndlərdə yaşayır): 4,327 nəfər (2006 s.a.) === Milli tərkib === Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Famihiko Maki
Fumihiko Maki (yap. 槇 文彦; 6 sentyabr 1928, Tokio[d] – 6 iyun 2024[…]) — yapon memarı. == Həyatı == Fumihiko Maki Tokio Universitetində təhsil aldıqdan sonra ABŞ-nin Miçiqan ştatındakı Blumfild Hills şəhərindəki Kranbruk İncəsənət Akademiyasında işləməyə davam etdi. Oradan da Horvard Universitetinə keçdi. 1956-cı ildə Sent-Luisdə yerləşən Vaşinqton Universitetinin Memarlıq fakültəsində köməkçi kimi fəaliyyətini davam etdirdi. Həmin dövrdə işlədiyi universitetin Danfort Korpusunda Steynberq Zalını düzəltdi. Bu onun ABŞ-də ilk işi idi. 2006-cı ildə isə Vaşinqton Universitetində yerləşən Mildred Leyn Kemper İncəsənət Muzeyi və Valker Zalının layihələrini hazırladı Bir müddət SOM və Kembricdə yerləşən Sert Jackso firmalarında işlədi. 1960-cı ildə Yaponiyaya geri döndü. Şəxsi memarlıq ofisini açan Maki həm də Keyo Universitetində dərs verirdi.
Famil
Famil — ad. Famil Ağaşov — Vətən müharibəsi şəhidi.
Famil Ağaşov
Famil Camalzadə
Famil Hüseynov
Famil Həsənzadə
Famil Həşimov
Həşimov Famil İsfəndiyar oğlu (31 dekabr 1935, Əyin, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ – 31 dekabr 1991, Azərbaycan) — "Avanqard" qəzetinin redaktoru, Qubadlı rayon Partiya Komitəsinin katibi, Qubadlı rayon Aqrokombinatının Baş direktoru. == Həyatı == Famil Həşimov 31 dekabr 1935-ci ildə Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. 1942-ci ildə Əyin kənd natamam orta məktəbinə qədəm qoymuş, sonra təhsilini Qubadlı qəsəbə orta məktəbində davam etdirmiş və 1954-cü ildə orta məktəbi bitirmişdir. 1955-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) İqtisadiyyat fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində yaxın qohumu Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimovun evində qalmışdır. Yazıçının evində qalması, onunla yaxından təmasda olması Famil Həşimovun sonrakı həyat və yaradıcılığına öz əhəmiyyətli təsirini göstərmişdir. 1960-cı ildə Famil Həşimov ali təhsilini başa vuraraq Qubadlı rayonuna qayıdır. Həmin ildə Qubadlı Rayon Xalq Deputataları Sovetinin orqanı olan "Avanqard" qəzetində məsul katib kimi işə başlayır. 1962–1963-cü illərdə Cəbrayıl rayon Kolxoz-sovzox idarəsində təşkilatçı müfəttiş, 1963–1964-cü illərdə Zəngilan istehsalat idarəsində təşkilatçı müfəttiş, 1964-cü ildən 1966-cı ilə kimi Qubadlı Rayon Kənd Təsərrüfatı idarəsində iqtisadçı vəzifəsində işləmişdir. Harada işləmsəindən asılı olmayaraq vaxtaşırı yerli mətbuatda və respublikada dərc olunan qəzet və jurnallarda müxtəlif mövzülarda məqalələr dərc etdirmişdir.
Famil Mehdi
Mehdiyev Famil Ağalar oğlu (Famil Mehdi; 25 dekabr 1934, Sarıhacılı, Ağdam rayonu – 29 sentyabr 2003, Bakı) — Azərbaycan şairi, tənqidçi, publisist, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1974), professor (1977). == Həyatı == Famil Mehdi 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Əhmədvar kənd yeddiillik məktəbini bitirib Ağdam pedaqoji məktəbində təhsil almışdır. Sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir (1953–1958). Əmək fəaliyyətinə "Bakı" axşam qəzetində ədəbi işçi kimi başlamışdır (1958). ADU-nun filologiya fakültəsində aspirant (1961–1964), müəllim, baş müəllim olmuş, jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləmişdir (1973-cü ildən). "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bədii yaradıcılığa 1951-ci ildə "Lenin yolu" adlı Ağdam rayon qəzetində çıxan ilk şeri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və bəzi xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.
Famil Mustafayev
Famil Front oğlu Mustafayev (18 sentyabr 1966, Salyan rayonu) — Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri. == Həyatı == Famil Mustafayev 18 sentyabr 1966-cı ildə Salyan rayonunda anadan olmuşdur. 1983-cü ildə orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1984–1989-cu illərdə Rusiya Federasiyasında Rostov Dövlət Universitetinin İqtisadiyyat fakültəsində siyasi iqtisad ixtisası üzrə təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Ailəlidir, iki övladı var. == Əmək fəaliyyəti == 1989–1992-ci illərdə Azərbaycan Texniki Universitetində "Siyasi iqtisad" kafedrasında müəllim, 1992–1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində şöbə rəisi, Sahibkarlığa Kömək Milli Fondunun direktor müavini, 1994–1996-cı illərdə "Azərbaycan İnvestisiya Şirkəti" SC-nin vitse-prezidenti, prezidenti, 1996–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində şöbə rəisi, Milli Depozit Mərkəzinin icraçı direktoru, prezidenti, 1999–2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Milli Depozit Mərkəzinin prezidenti, 2001–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadi nəzəriyyə-2" kafedrasının baş müəllimi, 2004–2015-ci illərdə "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktor müavini, 2004–2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində 0,5 ştat professoru, 2015–2016-cı illərdə Azərbaycan Respublikasının təhsil nazirinin müşaviri, 2016–2018-ci illərdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, 2018–2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin vəzifələrini icra edən sədr müavini işləmişdir. 2019-cu ilin 21 iyun tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədridir. == İctimai fəaliyyəti == 2011–2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "İqtisadiyyat" elmləri üzrə ekspert şurasının üzvü olub. 2013-cü ilin fevral–oktyabr aylarında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "İqtisadiyyat və Hüquq" elmləri üzrə ekspert şurasının sədri vəzifəsini icra edib.
Famil Məmmədli
Famil Məmmədov
Famil Hüseyn oğlu Məmmədov (t.e.d., professor) — texnika elmləri doktoru, professor, Azərbaycan Texniki Universiteti, Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Ümumi məlumat == Texnika elmləri doktoru, professor Famil Hüseyn oğlu Məmmədov 01 aprel 1943-cü ildə İmişli rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indki Azərbaycan Texniki Universitetini) “Avtomatik Elektrik Rabitəsi” ixtisası üzrə bitirmişdir.1965-1967-ci illlərdə gənc mütəxəssiz kimi təyinatla Qazaxıstan Respublikasının Karaqanda şəhərində “Karaqandaenerji” idarəsinin rabitə xidməti şöbəsində mühəndis vəzifəsində işləmişdir. 1971-1974-ci illərdə professor М.А.Bonç-Bruyeviç adına Leninqrad Elektrotexnika Rabitə İnstitututun (indiki, М.А.Bonç-Bruyeviç adına S.Peterburq Dövlət Telekommunikasiya Universi-tetin) məqsədli aspiranturasında təhsilini davam etdirmişdir.1975-ci ildə orada 05.12.15 – “Rabitə kanalları üzrə informasiya verilişi sistemləri və vasitələri” ixtisası üzrə dissertasiya müdafə edərək, texnika elmləri namizədi alimlik dərəcəsini almışdır. 1996-cı ildə “A.S. Popov adına Ukrayna Dövlət Rabitə Akademi-yasında” 05.12.14 -“Telekommunikasiya nəzəriyyəsi”, 05.12.02 - "Telekommunikasiya sistemləri və onların idarə edilməsi” ixtisasları üzrə dissertasiya müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.1997-ci ildə onun dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Kommissiyası tərəfindən nostrifikasiya və təkrar attestasiyadan keçirilmiş və ona texnika elmləri doktoru alimlik dərəcəsi verilmişdir. 2003-ci ildən professor, 2004-cü ildən Beynəlxalq Mühəndislik Akademiyası-nın muxbir üzvü, 2013-cü ildən Beynəlxalq Rabitə Akademiyasının akademikidir. Ailəlidir, üç övladı var. == Həyatı və Elmi fəaliyyəti == 1967-1971-ci illərdə Azərbaycan Texniki Universiteti-nin "Elektrik rabitəsi" kafedrasının assistenti, 1975-1978-ci illərdə həmin kafedranın dosenti və "Radiotexnika və elektrik rabitəsi" fakultəsinin tədris işləri üzrə dekan müavini vəzifələrində işləmişdir. 1978-ci ildə ona Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komisiyası tərəfindən dosent elmi adı verilib. 1979-1995-ci illərdə Azərbaycan Texniki Universitetin Elektrotexnika fakültəsinin dekanı vəzifəsində çalışıb və bu dövrlərdə tədris nizam-intizamının möhkəmləndirilməsi, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, təhsil standarlarının, tədris planlarının, proqramlarının təkmilləşdirilməsi və onların beynəlxalq standartlar səviyyəsinə çatdırılmasında əməli fəaliyyət göstərmişdir.
Famil Pirvələdov
Famil Sadıqov
Famil Kamil oğlu Sadıqov (1968, Naxçıvan) — iqtisad elmlər namizədi, Qazprom-un vitse-prezidenti. == Həyat və fəaliyyəti == F. Sadıqov 1968-ci ildə Naxçıvanda anadan olub. S. Orconikidze adına Dövlət İdarəçilik Akademiyasının və Ümum-Rusiya Vergi Akademiyasını bitirmişdir. İqtisad elmlər namizədidir. 1995–1999-cu illərdə RF Maliyyə Nazirliyində və Federal Dövlət Xidmətində müxtəlif vəzifələrdə işləmiş, 1999–2004-cü illərdə RF vergilər və rüsumlar nazirinin müavini olmuşdur. RF vergilər və rüsumlar nazirinin müavini vəzifəsində işlədiyi dövrdə ona II dərəcəli RF dövlət xidməti həqiqi dövlət müşaviri rütbəsi verilmişdir. 2005–2009-cu illərdə Federal Xəzinədarlığın rəhbərinin müavini olmuşdur. 2009-cu ildən Rusiya "Qazprombank"nın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. 2020-ci il aprel ayından Gazpromun maliyyə direktoru, vitse-prezidenti təyin edilmişdir. 2020-ci ildən həmçinin əlavə vəzifə olaraq Famil Sadiqov Belarusda yerləşən, Səhmləri Rusiya Federasiyasına aid olan "Belqazprombank" idarə heyətinin sədridir.
Famil Süleymanov
Süleymanov Famil (Qaracallı) — yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın tanınmış kimya mütəxəssisi == Həyatı == Famil Süleymanov 1941-ci ildə Qubadlı rayonunun Qaracallı kəndində anadan olub.O, orta təhsilini başa vurduqdan sonra, Sumqayıta gələrək Kimya Texnologiyaları Texnikumuna daxil olur. 1962-ci ildə oranı bitirərək kimya zavodunda 6-cı dərəcəli apparatçı kimi işə başlayır. 1963-cü ildə Neft Kimya İnstitutuna qəbul olur və 1969-cu ildə oranı bitirir. 1974-ci ilin sentyabr ayından sulfanol istehsalının rəisi təyin edilir, 1980-cı ildə üzvi-sintez istehsalat birliyinin rəisi, 1986-cı ildən isə zavod direktorunun müavini vəzifəsinə təyin olunur, 1992-ci ildən yaradılan "Azərkimya" Dövlət Şirkətinin prezidentinin müavini vəzifəsinə təyin edilmişdir. == Fəaliyyəti == 20 yanvar faciəsindən sonra Famil Süleymanov yaradıcılıqla məşğul olmağa başlayır və 1996-cı ildə ilk əsəri "Qana boyanmış Quran" çap edilir. Bundan sora məhsuldar işləyən yazar türk, azərbaycanlılarşn 20-ci əsirdə başlarına gəlmiş müsübət və qəhrəmanlıqları yazaraq, özünün 37 cildlik seşilmiş əsərlərində çap etdirmişdir.Famil Süleymanov 37 tarixi romanın müəllifidir. Haqqında Türkiyənin TRT-3 kanalı film çəkir. “Qana boyanmış Quran”, “Qu quşunun nəğməsi” və s. əsərləri ona böyük şöhrət gətirib.
Famil Çıraqov
Famil Musa oğlu Çıraqov (1958, Qoçulu, Bolnisi rayonu) — Bakı Dövlət Universiteti, kimya elmləri doktoru, professor, «Analitik kimya» kafedrasının müdiri. == Həyatı == Çıraqov Famil Musa oğlu −1958-ci ildə Gürcüstan respublikasının Bolnisi rayonunun Qoçulu kəndində anadan olub. 1984-cü ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirmiş, 1987-ci ildə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. == Elmi fəliyyəti == 1987-ci ildə "Benzoy turşusunun p-törəmələrinin manqan(II), kobalt(II) və nikellə(II) əmələ gətirdiyi kompleks birləşmələrin sintezi, quruluşu və xassələri" mövzusunda namizədlik, 1999-cu ildə isə "Metalların b-diketonların törəmələri ilə kompleks birləşmələri: sintezi, quruluşu, xassələri və analitik tətbiqi" mövzusunda 02.00.01 və 02.00.02 indeksləri ilə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən "Analitik kimya" kafedrasının professoru, 2006-cı ildən isə müsabiqə yolu ilə həmin kafedranın müdiri vəzifəsinə seçilmişdir. O fakültə ekspert və elmi şuralarının, D.02.011 şifrli 02.00.02, 02.0003, 02.0004 ixtisasları üzrə Diissertasiya Şurasının üzvüdür. Onun elmi-pedoqoji fəaliyyəti 420-dən çox elmi əsərdə, o cümlədən 14 müəlliflik şəhadətnaməsi, 10 kitab, 2 tərcümə və bir sıra redaktə etdiyi dərs vəsaiti və dərslikdə öz əksini tapmışdır. Onun rəhbərliyi altında 16 kimya elmlər namizədi yetirmiş və çoxlu sayda dissertasiyalara rəsmi opponent olmuşdur. O, II-ci kursda "Analitik kimya" magistraturada isə "Optiki analiz metodu" və "Kompleks birləşmələrin analitik kimyada tətbiqi" fənnlərindən mühazirələr oxuyur. O. Moskva, Voronej, Tbilisi Dövlət Universitetləri ilə sıx əlaqə saxlayır.
Famil İsgəndərov
Famil İsgəndər oğlu İsgəndərov (15 may 1975, Bakı – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsinin fəal iştirakçısı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. == Həyatı == 15 may 1975-ci ildə Bakı şəhərində doğulmuşdur. 1991-ci ildə 157 saylı orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 6 ay gəmi təmiri zavodunda işləyib. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır. Oxuduğu 157 saylı orta məktəb hal-hazırda onun adını daşıyır. == Ailəsi == Subay idi. == Hərbi xidməti == Famil İsgəndərov 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. O, 6 ay Qusar rayonundakı hərbi hissədə təlim keçdikdən sonra cəbhə bölgəsinə göndərilib. == Döyüşlərdə iştirakı == Famil Ağdərə və Tərtər döyüşlərində iştirak etmiş, Murovdağın geri qaytarılması zamanı ayağından yaralanır.
Famil Şərifov
Şərifov Famil Həsən oğlu — Azərbaycanın əməkdar müəllimi, üzümçü-alim. == Həyatı == 20 noyabr 1937-ci il ildə anadan olub. 1960-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakultəsini bitirdikdən sonra Ukraynanın Xerson vilayətində aqronom işləmişdir. 1963-cü ildə üzümçülük üzrə aspiranturaya daxil olmuş və 1968-ci ildə ″Fillokseraya davamlı çalaqaltı hibridlərin öyrənilməsi″ mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında assistent, dosent, kafedra müdiri, professor vəzifələrində çalışmışdır. Pedaqoji fəaliyyətlə yanaşı o, üzümçülük sahəsində genişmiqyaslı tədqiqat işləri aparmışdır.1972-1982-ci illərdə Dövlət xətti ilə respublikanın müxtəlif rayonlarında yeni üzümlüklərin salınmasında və ümumilikdə üzümçülüyün inkişaf etdirilməsində yaxından iştirak etmişdir. Görkəmli alim F.Şərifov daim novatorluq nöqteyi-nəzərindən çıxış etmişdir. 1979-cu ildən onun üzümçülük üzrə başladığı intensiv və super-intensiv becərmə texnologiyaları sonralar genişmiqyaslı yeni və orjinal bütöv bir becərmə sistemini təşkil etmişdir. 1984-cü ildə onun super-intensiv becərmə texnologiyası əsasında becərdiyi üzümlüyün 1 hektarından 1000 sentner məhsul alınmışdır. Onun orijinal super-intensiv becərmə texnologiyası 1988-ci ildə Dövlət tərəfindən təsdiq edilmişdir (24 sentyabr, 1988-ci il).Beləliklə, Azərbaycanda və dünyada ilk dəfə hər hektar üzümlükdən 800-1000 sentner məhsul alınmasının elmi konsepsiyası hazırlanmışdır.
Famil Əhmədzadə

Значение слова в других словарях