Famil İsgəndər oğlu İsgəndərov (15 may 1975, Bakı – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsinin fəal iştirakçısı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.
Famil İsgəndərov | |
---|---|
Famil İsgəndər oğlu İsgəndərov | |
Doğum tarixi | 15 may 1975 |
Doğum yeri | |
Vəfat tarixi | 17 mart 1995 (19 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Mükafatları |
15 may 1975-ci ildə Bakı şəhərində doğulmuşdur. 1991-ci ildə 157 saylı orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 6 ay gəmi təmiri zavodunda işləyib. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır. Oxuduğu 157 saylı orta məktəb hal-hazırda onun adını daşıyır.
Subay idi.
Famil İsgəndərov 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. O, 6 ay Qusar rayonundakı hərbi hissədə təlim keçdikdən sonra cəbhə bölgəsinə göndərilib.
Famil Ağdərə və Tərtər döyüşlərində iştirak etmiş, Murovdağın geri qaytarılması zamanı ayağından yaralanır. Müalicədən sonra isə "N" saylı hərbi hissədə xidmətini davam etdirir. 1995-ci il 13–17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsi zamanı döyüşçü dostlarını xilas edərkən baş nahiyəsindən ağır yaralanaraq həlak olub. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Famil İsgəndər oğlu İsgəndərov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[1]