fakültətiv
faqqı 2021
OBASTAN VİKİ
FAQ
TVS tez-tez verilən sualların siyahısı (FAQ) və müəyyən bir mövzuya dair cavablar (suallar və cavablar [Q & A] və ya tez-tez verilən suallar) kimi tanınır. Format tez-tez ümumi sualları təkrar edir, məsələn, ümumi məlumat boşluqlarına aid yeni istifadəçilər tərəfindən göndərilən mesajlar və sorğular vasitəsilə yazılır, veb saytlar, elektron poçt siyahıları və onlayn forumlarda istifadə olunur. TVS məqsədi, tez-tez verilən suallar və ya problemlər barədə məlumat verməkdir. Baxmayaraq ki, bəzən, təqdim olunan sual tez-tez verilən suallardan olmur, lakin format məlumatların təşkili üçün faydalı bir vasitədir və buna görə suallardan ibarət olan mətn tez-tez soruşulan suallar adlandırılır. == Yaranması == Adın yeni olmasına baxmayaraq, TVS formatı özü olduqca köhnədir. Misal üçün, Metyu Hopkins (ing. Matthew Hopkins) 1647-ci ildə "Cadugərlərin kəşfi" adlı əsərini sual-cavab siyahısı olaraq yazmışdı və bunu "Müəyyən Sualların cavablandırılması" kimi təqdim etmişdi. XIII əsrin ikinci yarısında Akvinalı Foma tərəfindən yazılmış "Summa Theologica" xristianlıq haqqında bir sıra sualların cavablarını əks etdirir. Platonun dialoqları hətta daha qədimdir. == İnternetdə == "TVS" 1980-ci illərin əvvəllərində NASA-nın erkən poçt siyahıları texniki məhdudiyyətlərindən irəli gələn İnternet mətninin ənənəsidir.
Faqnan qalası
Faqnan qalası - Orta əsrlərdə Naxçıvan vilayəti ərazisində XII-XIII əsrlərdə mövcud olmuş əsas qalalardan biridir. Qala haqqında yalnız Həmdullah Qəzvininin "Nüzhət əl-qülub" əsərində məlumata rast gəlinir. Naxçıvanın tarixi coğrafiyasını araşdıran tarix üzrə fəlsfə doktoru Elnur Kəlbizadə H.Qəzvininin adını çəkdiyi dörd qaladan üçünün (Əlincə, Sürməli, Tağmar) lokalizasiyasını aparsa da dördüncü qala olan Faqnan haqqında apardığı araşdırmalar bir nəticə verməmiş, bu səbəbdən də bu qalanın harada yerləşdiyi, hansı məqsədlərlə istifadə olunduğu barədə konkret fikir irəli sürməmişdir. Tədqiqatçı yalnız Culfa rayonunun Gülüstan kəndi yaxınlığında qalıqları qalmış bir gözətçi-istehkam qalasının Faqnan qalası ola biləcəyi ehtimalını bəzi yerli sakinlərə istinadən irəli sürsə də bununla bağlı tarixi faktın olmadığını göstərmişdir. Qala monqolların hücumları nəticəsində dağıdılmışdır. == Mənbə == Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin birinci yarısı), Naxçıvan:Əcəmi, 2016, 200 s.
Faqot
FAQÓT (it. fagotto, alm. Fagott‎, fr. basson, ing. bassoon) - konusvari kanalı və ikiqat qamış dilçəyi olan, nəfəsli musiqi aləti. Faqot ağcaqayından düzəldilir. Faqotun konusvari gövdəsi ikiqat əyilmiş uzun boru formasındadır. Faqot isə XVI əsrdə İtaliyada quraşdırılmışdır, orkestrdə XVII əsrin sonlarından tətbiq edilir, XVIII əsrdən orkestrlərdə daimi istifadə olunur. == Xarici keçidlər == Faqotun iştirakı ilə əsərlər. Faqota həsr olunmuş sayt.
Suhrab Faqir
Suhrab Faqir (Sind dilində: سُهراب فقير صوفي‎) ( d.1934 – ö. 23 oktyabr, 2009) — Pakistanın Sind əyalətindən olan sufi musiqiçi. == Haqqında == Suhrab Faqirin tam adı Sohrab Fakir Manganhar idi. Suhrab Faqir 1936-cı ildə Xayrpur dairəsinin Kot Diji şəhərinin Talpur Vada kəndində dünyaya göz açmışdırb. Suhrab Faqirin atası Hammal Faqir tabla və sarangi üzrə böyük istedada sahib musiqiçi idi. Suhrab Faqir Sinddə sufi musiqisinin kralı hesab edilirdi və Pakistanın ən böyük mistik musiqiçilərindən biri idi. Suhrab Faqir musiqiçi ailəsində dünyaya gəlib. Bu da onun yetişməsində müstəsna rol oynayıb. Suhrab Faqirin ailəsi Birtaniya Hindistanında Racastanın Caisalmer ştatından köçüb gəlmişdi. 23 oktyabr 2009-cu il tarixində Suhrab Faqir doğulduğu Xayrpur dairəsinin Kot Diji şəhərinin Talpur Vada kəndində də vəfat edib.
Faqositlər
Faqositlər (q.yun. φαγεῖν "udmaq" + κύτος "hüceyrə") — zərərli yad hissəcikləri (bakteriya, viruslar), həmçinin ölü və ya ölməkdə olan hüceyrələri udmaqla (faqositoz) bədəni qoruyan immun sistemi hüceyrələri. Onlar infeksiyaya nəzarət və infeksiyadan sonrakı immunitet üçün vacibdir. Faqositoz bütün heyvanlar aləmində mühüm əhəmiyyət kəsb edir və onurğalılarda yüksək inkişaf etmişdir. Bakteriyalardan qorunmada faqositlərin rolunu ilk dəfə İ. İ. Meçnikov 1882-ci ildə dəniz ulduzlarının sürfələrini tədqiq edərkən aşkar etmişdir. Meçnikov 1908-ci ildə immunitet hüceyrə nəzəriyyəsinin yaradılmasına görə fiziologiya üzrə Nobel mükafatına layiq görülmüşdür. Faqositlər bir çox növlərin orqanizmlərində mövcuddur; Bəzi əmöblər bir çox davranış təfərrüatlarına görə makrofaqlara bənzəyir ki, bu da faqositlərin təkamülün erkən mərhələlərində meydana gəldiyini göstərir. İnsanlarda və digər heyvanlarda faqositlər nə qədər effektiv faqositoz etməsindən asılı olaraq "peşəkar" və ya "qeyri-peşəkar" adlanır. Peşəkar faqositlərə neytrofillər, monositlər, makrofaqlar, dendritik hüceyrələr və kök hüceyrələr daxildir. Peşəkar faqositlərlə qeyri-peşəkar faqositlər arasındakı əsas fərq ondan ibarətdir ki, peşəkar faqositlərin səthində yad obyektləri — məsələn, bakteriyaları aşkar edən reseptor adlanan molekullar var.
Faqositoz
Faqositoz (q.yun. φαγεῖν "udmaq" + κύτος "hüceyrə") — hüceyrələrin (protozoy və ya xüsusi hazırlanmış qan hüceyrələri və orqanizm toxumaları - faqositlər) bərk hissəcikləri tutması və həzm etməsi prosesi. Faqositoz pinositozla birlikdə endositozun bir növüdür. Bəzi hüceyrələrdə faydalı maddələr əldə etmək üçün istifadə olunur və bir hüceyrəli orqanizmlər üçün qidalanma ilə homologdur. Çoxhüceyrəli heyvanlarda bu proses tullantıların və patogenlərin çıxarılması funksiyasını öz üzərinə götürmüşdür. == Faqositlər == İnsanlarda iki növ peşəkar faqosit var: neytrofillər monositlər Makrofaqlar və neytrofillər infeksiya və ya iltihab bölgəsinə bakteriyalar və yoluxmuş toxuma tərəfindən ifraz olunan maddələr və ya bakteriyalar və zərdab zülallarının tamamlayıcı sistemi arasında kimyəvi qarşılıqlı təsirlərlə cəlb olunur. Neytrofillər təsadüfən onlarla qarşılaşdıqdan sonra da hissəcikləri qəbul edə bilirlər. Bəzi digər heyvanlarda oositlər, plasental hüceyrələr, bədən boşluğunu əhatə edən hüceyrələr və tor qişanın piqment epiteli faqositoz edə bilir .