Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baltazar Qrasian
Baltazar Qrasian (isp. Baltasar Gracián y Morales; 8 yanvar 1601[…] – 6 dekabr 1658[…]) — İspaniya yazıçısı, filosofu. == Həyatı == İspaniyada barokkonun ən böyük nasirlərindən və nəzəriyyəçilərindən biri Baltasar Qrasian olmuşdur. O, 1601-ci ildə Belmontda həkim ailəsində doğulmuşdur. Uşaqlığı yoxsulluq içində keçmişdir. Qohumlarının köməyilə yezuit kollecində oxumuş, fəlsəfə və qrammatikanı öyrənmiş, Saraqossa universitetində isə ilahiyyat elmləri ilə tanış olmuşdur. 1627-ci ildə Kallatude şəhər kollecinə qayıdıb orada qrammatika və ritorika üzrə müəllim işləyir. 1636-cı ildə Ueska şəhərinə dəyişilən Qrasian burada ədəbiyyat və incəsənət həvəskarları mühitinə düşür, yazıçı kimi formalaşır. Zadəgan don Vinsensio Xuan da Lastanossanın ədəbi məclisləri, zəngin kitabxanası onun dünyəvi meyllərini gücləndirir. Yezuit ordeninin rəhbərliyi onun dünyəvi meyllərini, ədəbi fəaliyyətini xoşlamırlar.
Endi Qarsia
Andres Arturo Qarsia Menendez (12 aprel 1956[…], Havana) — Kubalı aktyor. Ailəsi 1961-ci ildə ABŞ-yə köçdü. Dünyaya əkiz qardaşı ilə bitişik gəlmişdir. Ayrıldıqdan sonra həmin çiynində yara əmələ gəlmişdir. ABŞ-yə ilk gəldiklərində pis işlərdə işləməyə məcbur olmuşdur.
Qrasiya Deledda
Qrasiya Deledda (it. Grazia Deledda; 27 sentyabr 1871[…], Nvoro[…] – 15 avqust 1936[…], Roma[…]) — italyan yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1926). == Həyatı == Ədəbiyyat sahəsində Nobel mükafatı alanların siyahısında dünya miqyasında tanınmış müəlliflərlə yanaşı ən qızğın mütaliə həvəskarına da heç nə deməyən adlara da təsadüf olunur. İtalyan yazıçısı Qrasiya Deleddanı tam əsasla ikinci qisim yazıçılara aid etmək mümkündür. Ötən əsrin 20-30-cu illərində yaradıcılıqları böyük rezonans doğuran, yüksək intellektləri və şəxsi nüfuzları ilə dünya miqyaslı proseslərə təsir göstərən, kitabları yüz minlərlə nüsxə tirajla çıxan bir sıra müəlliflərin iddiaçılar sırasında olmasına baxmayaraq, mükafatın "özü üçün yazan" sadə italyan qadınına verilməsi müəyyən mənada təəccüblü görünməyə bilməz. Qrasiya Deledda Sardiniyada, Nuoro adlı kənddə doğulmuşdu. Atası hüqquşünas, anası isə savadsız kəndli qadın idi. Ailələri yerli meyarlar baxımından imkanlı sayılırdı. Mədəni həyata gəldikdə isə kənddə elə qapalı mühit vardı ki, sakinlər italyanca deyil, latın dilinə yaxın yerli dialektdə danışırdılar. Xanım Deledda özü doğma kəndini istehza ilə "bürünc dövrünün yaşayış məskəni" adlandırmışdı.
Ana Fernandez Qarsia
Ana Fernandes Qarsia (isp. Ana Fernández García; 10 noyabr 1989, Madrid) — İspaniya aktrisası. Netflix serialı "Cable Girls"də Karlota rolu ilə tanınır.
Federiko Qarsia Lorka
Federiko Qarsiya Lorka (isp. Federico García Lorca; 5 iyun 1898[…], Fuente-Vakeros[d], Əndəlüs[…] – 19 avqust 1936[…]) — İspaniya şairi, rəssamı, pionisti və bəstəkarı. O, İspaniya vətəndaş müharibəsinin başlanğıcında 38 yaşında olarkən milliyətçilər tərəfindən öldürülmüşdür. == Həyatı == 1898-ci ildə, İspaniyanın Qranada bölgəsindəki Fuente Vaqueros şəhərində doğulan Lorka, əsrin ən böyük iki ispan şairindən biri olaraq qəbul edilir. Lorkanın müvəffəqiyyətində uşaqlığının böyük payı vardır. Qranada nın Fuentevaqueros qəsəbəsində, varlı bir ailənin uşağı olaraq dünyaya gələn Lorkanın atası şən bir adam; anası isə səssiz və ciddi bir qadın idi. 1928-ci ildə yazdığı "Romancero Gitano" (Qaraçı Balad) ilə şöhrət qazanan Lorka, Salvador Dali ilə birlikdə İspaniyanın çağdaşlaşması üçün çalışan sənət adamlarından biri olmuşdur. Şeirdə, siyasətdə və əxlaq anlayışında müasirliyin müdafiəçisi olan Lorka homoseksual olduğu üçün Katolik kilsəsi ilə münaqişədə idi. 1918-ci ildə, burjuaziya sinfini, yer üzünü şeirlə doldurmuş olan İsanı qətl etməklə günahlandıran Lorka, keçdiyimiz günlərdə gəlmiş keçmiş ən müvəffəqiyyətli ədəbiyyat əsəri seçilən Migel de Servantesin bir İsa fiquru olaraq ələ salanlara qatılır. Lorka İsanın həm qətlini qınayar, həm də qanının axmalı olduğunu ifadə edir.
Vata Matanu Qarsia
Vata Matanu Qarsia qısaca Vata (19 mart 1961-ci il) — karyerasını bitirmiş anqolalı futbolçu, hücumçu mövqeyində çıxış edirdi. Karyerasının çox hissəsini Portuqaliyada keçirtmişdir, xüsusən də Benfika klubunda çıxışı ilə yadda qaldı. == Klub karyerası == Anqolada doğulan futbolçu karyerasını Progresso Associação do Sambizanga klubunda başlamışdır. Varzin klunbunda uğurlu çıxışına görə Benfikanın diqqətini cəlb elədi və o, 1988–89 mövsümündə klubla müqavilə imzaladı, mövsümünün sonunda çempionatın ən yaxşı bombardiri oldu. Avropa Kubokunun növbəti mövsümündə Vatanın karyerası ərzində ən yadda qalan məqamı baş verdi, belə ki ilk yarımfinal oyununda Benfika Olimpik Marselə 1–2 hesabı ilə məğlub olmuşdur, ikinci oyunda Vata künc zərbəsindən sonra topa sağ əli lə zərbə vurdu və top qapı xəttini keçdi, səfərdə vurulan məhz bu qolun sayəsində Benfika növbəti mərhələyə keçdi.Portuqaliyada Eştrela Amadora və Torrinse klublarında iki mövsüm keçirtdi və daha sonra Maltanın Floriana və İndoneziyanın Deltras və Persica Cakarta (burada həmdə oyunçu-məşqçi funksiyasını yerinə yetirirdi) klublarında çıxış etdikdən sonra 1998-ci ildə 38 yaşında karyerasını bitirdi. 1993–94 mövsümündə o, ABŞ-da futzalla da məşğul olurdu. == Yığma karyerası == Vata Anqola milli futbol komandasında 1990 FİFA Dünya Kubokunun seçmə mərhələsini də daxil olmaqla 65 oyun keçirtmişdir.
Üç Qrasiya (Rafael)
Üç Qrasiya (it. Tre Grazie) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1500–1505-ci illərdə yağlı boya ilə işlədiyi portret. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Üç Qrasiya əsəri hal-hazırda Fransada Chantilly şəhərində saxlanılır.
Üç Qrasiya (Raphael)
Üç Qrasiya (it. Tre Grazie) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1500–1505-ci illərdə yağlı boya ilə işlədiyi portret. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Üç Qrasiya əsəri hal-hazırda Fransada Chantilly şəhərində saxlanılır.
Santa Mariya della Qrasiya
Santa Mariya della Qrasiya — İtaliyanın Milan şəhərində yerləşən bir kilsədir. İlk əvvəl monastır yeməkxanası kimi tikilməsi planlaşdırılan bu kilsə UNESCOnun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Kilsənin yeməkxanasının arxa divarını Leonardo da Vinçinin Sonuncu şam yeməyi freskası bəzəyir.
Aralia
Araliya (lat. Aralia) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Kiçik ağaclar, çox vaxt kollar, yaxud hündür çoxillik otlardır. Yarpaqları lələkvarı bölümlüdür. Çiçəkləri iri süpürgə çiçək qrupunda toplanmışdır. Şərqi və Cənub-Şərqi Asiyada, Şimali Amerikanın cənubunda 40-adək növü məlumdur. Uzaq Şərqdə 3 növü bitir. Kolşəkilli, cüt lələkli, mürəkkəb yarpaqlı, bərk tikanlı ağacdır. Araliyaların çoxu orijinal dekorativ bitkilərdir. Çox vaxt araliyakimilərin digər cinslərinin növlərini də səhvən araliya adlandırırlar: məs., gövdəsinin özəyindən kağız hazırlanmasında istifadə edilən Cənubi Çin kolu tetrapanaks; otaq və oranjereya bitkisi kimi becərilən Yaponiya fatsiyası.
Breşia
Breşia (it. Brescia) — İtaliyanın Lombardiya regionunda sənaye şəhəri. Şəhər Alp dağları ətəklərində yerləşir. Lombardiya region mərkəzi olan Milandan sonra, bölgənin ikinci böyük yaşayış mərkəzidir. Şəhər əhalisi (10.2010-cu ilə görə) 190.809 nəfərdir. Breşia vilayəti İtaliyada olan ən böyük vilayət olub əhalisi 1.2 milyondur. Brescia tarixində ən mühüm və mühüm müasir rəssam Francesco Filippini fransız impressionizminə qarşı italyan impressionizmi hesab edilən "Filippinismo" bədii cərəyanının banisi olmuşdur.
Gravisia
Exmeya (lat. Aechmea) – bromeliyakimilər fəsiləsinə aid bitki cinsi.
Qaraisa
Qaraisa - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-qərbdə yerləşir. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. 1937-ci il dekabrın 31-də Kalinino rayonu yarandıqdan sonra Cəlaloğlu (Stepanavan) rayonunun indiki ərazi bölgüsündən çıxarılmışdır. Toponim üçoxlara mənsub qara isalı türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Meğvahovit qoyulmuşdur. == Əhalisi == Kənddə 1922-ci ildə 128 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 196 nəfər azərbaycanlı yaşamışdır. 1950-ci ilin sonlarında İlməzli sovetliyinə tabe edilmişdir.
Qrafika
Qrafika təsviri sənətin bir növüdür. Bura müxtəlif texniki üsullarla işlənmiş sənət əsərləri daxildir. Yunanca “graphike” – rəsm, şəkil deməkdir. XIX əsrdə qrafikanın əsasını yalnız cizgilər, yaxud ağ və qara xətlər təşkil edirdi. Sonradan bu sənət növü daha da təkmilləşib. Kontur xətlər, cizgi, ləkə, həmçinin rəsm çəkilən əsas materialın ağ yerliyi qrafikanın əsas bədii vasitələrindən olub. İşlənmə texnikasına görə qrafika sənəti iki hissəyə ayrılır – rəsm və çap qrafikası. Onlardan ən qədim və ənənəvi növü rəsmdir. Karandaşla işlənilən rəsm əsasən kağızda, bəzən isə parça üzərində çəkilir. Bu rəsmlər yalnız bir nüsxədə yaranır.
Qrafit
Qrafit (yun. γράφω — yazıram) — karbonun allotropik modifikasiyası olub, bircinsli elementlər sinfinə aid mineraldır. Laylı struktura malikdir. Kristallik qəfəsin layları bir-birinə nisbətən müxtəlif cür yerləşə bilər (heksaqonal, triqonal). Laylar zəif dalğavaridir, müstəviyə daha yaxındır, karbonun atomlarının altıbucaqlı layndan ibarətdir. Kristalları plastik olub, kələkötürdür. Moos bərkliyi 1 və 2 arasındadır, sıxlığı 2,1-2,3 q/cm³-dir. Rənqi bozdur. == Fiziki xassələri == Qrafit elektrik cərəyanını yaxşı keçirir. Almazdan fərqli olaraq daha aşağı bərkliyə malikdir, nisbtən yumşaqdır.
Qrampa
Qrampa, Ziazan — Ermənistanın Üçkilsə rayonunda kənd.
Qranit
Qranit — tam kristalaşmış, bərabərdənəli və ya porfir quruluşlu intruziv süxurdur.Qranit əsasən kvars kristallarından və çöl şpatından ibarət olan dağ süxürudur. Təsnifatı çöl şpatlarının və rəngli mineralların tərkib və miqdarına əsaslanır. Qranit iki qrupa bölünür: kalsiumlu-qələvi, yaxud normal qranit və qələvi qranit. Normal qranit mineraloji tərkibi: qələvi çöl şpatı ortoklaz və ya mikroklindən, plagioklaz-oliqoklaz-andezindən, kvarsdan, rəngli minerallar isə biotit, hornblend, müskovitdən ibarətdir. Bəzi hallarda piroksen müşahidə olunur. Çöl şpatı ancaq və ya əksərən plagioklazdan ibarət olduqda plagioqranit, rəngli mineralları olmadıqda, yaxud çox az miqdarda olduqda – alyaskit adlanır. Qələvi qranit isə qələvi çöl şpatı mikropertit, mikroklin-mikropertitdən, anortoklazdan, plagioklaz-albitdən, rəngli minerallar isə qələvi amfibol və qələvi piroksenlərdən (ribekit, arfvedsonit, egirin və b.) ibarətdir. Kalsiumlu-qələvi intruzivlərin tutduğu sahələr bir neçə yüz, hətta min km² çatır, qələvi qranit isə kiçik ştoklar əmələ gətirir. Mənşəyinə görə qranit üç qrupa bölünürlər: a) qranit maqmasının kristallaşması nəticəsində yaranan qranit; b) hibridləşmiş bazalt maqmasının son diferensiatları olan qranit; c) regional metasomatoz nəticəsində yaranan qranit. Sonuncu tip qranitlər arxey və proterozoy süxurları içərisində geniş yer tutmuşdur.
Qranita
Nanəli qranita (it. Granita) Siciliyalı desert. Buzlu, şəkərli, meyvə qarışıqlı desertidir. == Haqqında == Şərbətdən daha qatı struktura malikdir. Kulinar Djefri Steynqarten qeyd edir ki, desertin qatılığı yerindən asılı olaraq dəyişir. Müxtəlif cür qranitalar müxtəlif cür hazırlanır. Belə ki, daha yumşaq formada olanı əsasən dondurma maşınlarında, daha bərk olanları isə soyuducuların dondurucu hissəsində hazırlanır. Çünki onlar daha kristallik olmalıdırlar. == İnqrediyentləri == Limonlu, portağallı sok, çərəzlər, badam, kofe, nanə, jasmin, mövsümi giləmeyvələrdən istifadə edilir. Bəzən şərab və ya digər bərk alkoqollu içkilər də əlavə edirlər.
Qruasya
Qruasya (fr. Groissiat) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Cənubi Oyonna kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01181. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1143 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 203 nəfər arasında (15-64 yaş) 155 nəfər iqtisadi cəhətdən fəal, 48 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 76.4%, 1999-cu ildə 80.5%). 155 fəal sakindən 142 nəfər (78 kişi və 64 qadın) işləyir, 13 nəfər işsizdir (3 kişi və 10 qadın). Aktiv olmayan 18 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Irania
Ağboğaz bülbül (lat. Irania) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
Spilanthes grisea var. grisea
Acmella grisea (lat. Acmella grisea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Spilanthes arnicoides var. grisea (Chodat) Chodat Spilanthes arnicoides f. grisea Chodat Spilanthes grisea (Chodat) A.H.Moore Spilanthes grisea var.
Adam Qarsiya
Adam Garcia (ing. Adam Garcia; Wahroonga, New South Wales) — ABŞ aktyoru.
Aegilops crassa
Aegilops crassa (lat. Aegilops crassa) — qırtıckimilər fəsiləsinin buğdayıot cinsinə aid bitki növü.
Antonio Qramşi
Antonio Qramşi (it. Antonio Gramsci; 22 yanvar 1891[…] – 27 aprel 1937[…], Roma[…]) — italyan filosof, jurnalist və siyasi xadim; İtaliya Kommunist Partiyasının qurucusu və lideri, marksizm nəzəriyyəçisi. Neomarksizmin qurucularından biri hesab olunur; həm yeni sol, həm də Avropa kommunizminin tərəfdarları onun fikirlərinə müraciət edirlər. Müasir ideoloji kommunitarizmin və bir çox kontinental yeni sağçılarının nümayəndələri də onu liberalizm və faşizmi tənqid etməkdə və özlərinin müsbət proqramlarında özlərindən qabaqcıl hesab edirlər. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Aralia californica
Aralia californica (lat. Aralia californica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin araliya cinsinə aid bitki növü.
Aralia cordata
Ürəkvari araliya (lat. Aralia cordata) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin araliya cinsinə aid bitki növü.