FAZİL
FEDERALİZM
OBASTAN VİKİ
Azərbaycan Sambo Federasiyası
Azərbaycan Sambo Federasiyası (ASF) — Azərbaycanda sambo idmanının inkişafı məqsədilə yaradılmış federasiya. Azərbaycanda 1974-cü ildə Ələkbərov Arif Baba oğlunun təşəbbüsü ilə Sambo və Cudo Federasiyası yaradılmış və o, 10 il ardıcıl olaraq bu Federasiyaya rəhbərlik etmişdir. Arif Baba oğlunun təşəbbüsü ilə (1973–1981) Bakı şəhərində beynəlxalq sambo turniri keçirilmişdir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, 1992-ci ildə Azərbaycan Sambo Federasiyası təsis edilmişdir. 1992-ci ilin noyabr ayının 16-da Sumqayıt şəhərində ASF-nin I təsis Qurultayı keçirilmişdir. Qurultayda Zəlimxan Məmmədli ASF-nin ilk rəsmi prezdenti seçilmişdir O, 10 il ASF-yə rəhbərlik etmişdir. 1993-cü ildən ASF Avropa Sambo Federasiyası (FES) və Beynəlxalq Həvəskar Sambo Federasiyasının (FİAS) həqiqi üzvüdür. 2003-cü ildən Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məhəmməd oğlu Məmmədovdur. Hazırda ASF-nin məqsədyönlü fəaliyyəti nəticəsində sambo idman növünün respublikamızda coğrafi mövqeyi daha da genişləndirilmiş, Bakı, Sumqayıt, Gəncə, Əli-Bayramlı, Mingəçevir, Yevlax, Lənkəran şəhərlərində, Naxçıvan Muxtar Respubliaksında, Quba, Qusar, Dəvəçi, Siyəzən, Xızı, Samux, Zaqatala, Ağsu, Şamaxı, Qobustan, İsmayıllı, Kürdəmir, Goranboy, Ağdam, Masallı, Cəlilabad, Ağcabədi, Bərdə rayonlarında inkişaf etdirilir və idmançılar rayon, şəhər, respublika səviyyəli yarışlarda iştirak edirlər.
Azərbaycan Sayokan Federasiyası
Azərbaycan Alpaqut Federasiyası — Azərbaycanda türksoylu xalqların ortaq mədəniyyətini yaşadan Alpaqut idman növünü inkişaf etdirmək məqsədilə inkişaf etdirən idman qurumu. Mərkəzi Bakı şəhərindədir. 16 fevral 2014-cü il tarixində AAF Ümumi Yığıncağı keçirilərək təsis edilib. 6 aprel 2018-ci ildə keçirilən Ümumi Yığıncağı qurultay keçirib və iş adamı Qüdrət Nuriyev federasiyanın prezidenti seçilib. Rəsmi fəaliyyətə 2008-ci ildən Mərkəz kimi başlamış və 14 mart 2014-cü ildə təsis olunmuşdur. Alpaqut döyüş sənəti, türk döyüş sənətləri üzrə araşdırmaçı, beynəlxalq dərəcəli idman ustası Kutsan Vasif Namazov tərəfindən, Türk xalqlarının qədim döyüş sənətlərindən götürülmüş və müasir döyüş sənətləri ilə sintezləşdirilərək qurulmuşdur. Bu idman növü Türk xalqlarının döyüş mədəniyyətindən qaynaqlandığı üçün, bu idman növünün markası "Turan döyüş sənəti" (Turan: türksoylu xalqların yaşadığı, böyük çöl adlanan coğrafiya) adlanır. Bu döyüş sənəti bütün türk dünyasına aid olsa da bütün hüquqi haqlarla Azərbaycana məxsusdur. Belə ki, bütün türksoylu xalqlar kimi, Azərbaycan xalqının tarixi və mədəni irsinə aid olan Alpaqut adı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 14.10.2014-cü il tarixli № 37 saylı sənədi əsasında bu döyüş sənətinin müəllifi, Türk Döyüş Sənətləri üzrə araşdırmaçı, Beynəlxalq Dərəcəli idman ustası Namazov Vasif İmran oğluna istifadəsi üçün rəsmi icazə verilmiş, eyni zamanda Azərbaycan Respublikası Patent üzrə Dövlət Komitəsi tərəfindən 17.11.2014-cü il tarixli iddia sənədinin 201400542 nömrəli Patent Şəhadətnaməsidə verilmişdir. Əlavə olaraq, Alpaqut idman növünün təlim və tədrisinin həyata keçirilməsi üçün hazırlanan metodiki vəsait proqramları Azərbaycan Respublikası Müəllif Hüquqları üzrə Dövlət Agentliyinin 16.10.2015 tarixli 04/C-8157–15 saylı Şəhadətnaməsi ilə təsdiq olunmuşdur.
Azərbaycan Stolüstü Tennis Federasiyası
Azərbaycan Stolüstü Tennis Federasiyası — 50-ci illərin əvvəllərində ilk dəfə olaraq Bakı stolüstü tennis bölməsi yaradılır və sonradan respublika Stolüstü Tennis Federasiyası təsis olunur. Həmin vaxtdan etibarən respublikada bu idman növü üzrə müxtəlif yarışlar keçirilməyə başlayır. 2005-ci ilin yanvar ayında Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov Stolüstü Tennis Federasiyasının yeni prezidenti seçilmişdıir. 2006–2010-cu ullər ərzində federasiya tərəfindən Bakı və respublikanın bölgələrində fəaliyyət göstərən idman məktəblərinə və təşkilatlarına 200-ə qədər "TİBHAR" şirkətinin tennis stolları, raketlər, toplar, idman forması və digər zəruri ləvazimat təmənnasız olaraq paylanılmışdır Azərbaycan Stolüstü Tennis Federasiyası bir çox xarici federasiyalarla, o cümlədən Rusiya Stolüstü Tennis Federasiyası ilə sıx və işgüzar münasibətlər qurmuşdur. Azərbaycan Stolüstü Tennis Federasiyası 1995-ci ildən 207 dövlətin milli federasiyalarını özündə birləşdirən Beynəlxalq Stolüstü Tennis Federasiyasının (İTTF) və 56 Avropa milli federasiyalarının daxil olduğu Avropa Stolüstü Tennis Birliyinin (ETTU) və 2007-ci ildən Şərqi Avropa Liqasının üzvüdür. Azərbaycanın stolüstü tennis üzrə yığma komandası Avropa çempionatlarında ilk dəfə olaraq 1996-cı ildən, Dünya çempionatlarında 1997-ci ildən iştirak etməyə başlamışdır. 2013-cü ildə Azərbaycanın İqtisadiyyat Naziri Şahin Mustafayev federasiyanın Prezidenti seçilmişdir. (2004–2013) — İsmət Dursun oğlu Abasov (2013–2017) — Şahin Abdulla oğlu Mustafayev Bakı Tennis Akademiyası Azərbaycan idman federasiyalarının siyahısı "Nazir Şahin Mustafayevin Çin "sevdası" – FOTO". Yeni Çağ Media (az.). 2017-05-03.
Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası
Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası — Azərbaycanda səmti müəyyənetmə idman növünün inkişafı üçün 2011-ci ildə yaradılmış qurum. Mənzil-qərargahı Bakı şəhərində yerləşən idman federasiyası, 2012-ci ildən etibarən respublika üzrə keçirilən səmti müəyyənetmə çempionatlarının əsas təşkilatçısı, beynəlxalq yarışların isə Azərbaycan üzrə ilk və tək iştirakçısıdır. Federasiyaya hazırda Mirəli Kazımov rəhbərlik edir. Əsası Finlandiyada qoyulan və 1977-ci ildən bəri Beynəlxalq Olimpiya Kommitəsi tərəfindən tanınan orienterinq, Azərbaycanda əsasən səmti müəyyənetmə adı ilə bilinir. Sözügedən idman növünün ölkədə inkişafı və geniş vüsət alması 1960-ci illərə təsadüf edir. Belə ki, 1963-cü ildə SSRİ-də keçirilən çempionatda azərbaycanlı atletlər də iştirak etmişdir. Müstəqillik dönəmində ilk ölkə çempionatı 1995-ci ildə keçirimişdir. 2011-ci ildə isə Azərbaycanda səmti müəyyənetmə idman növünün inkişafı, o cümlədən bu idman sahəsinə dair fəaliyyətlərin yerli və beynəlxalq miqyasda koordinasiyası məqsədilə Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası (ASMEİF) təsis olunmuşdur. Federasiya fəaliyyətə başladıqdan qısa müddət sonra, 2012-ci ilin oktyabrında Nabranda Azərbaycanda ilk dəfə səmti müəyyənetmə idman növü üzrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Prezident Kuboku uğrunda yarış keçirdi. Yarış zamanı, Azərbaycan tarixində ilk dəfə olaraq, müasir kompüter sistemlərinin tətbiqi ilə hər iştirakçının distant elektron qeydiyyatı baş tutmuşdur.
Azərbaycan Taekvondo Federasiyası
Azərbaycan Taekvondo Federasiyası— Azərbaycan Taekvondo Federasiyası 1992-ci ildə yaradılmışdır. 1999-cu ildən Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov seçilmişdir. 2001-ci ildə Füzuli Musayev Azərbaycan Taekvondo Federasiyasının I Vitse – Prezidenti seçilmişdir. Azərbaycan Taekvondo Federasiyası üçün 10 oktyabr 2003-cü il tarixində yeni inzibati binanın rəsmi açılışı mərasimi keçirilmişdir. Bu mərasimdə bir çox fəxri qonaqlar o cümlədən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və Dünya Taekvondo Federasiyasının prezidenti Un Yonq Kim də iştirak etmişdir. Azərbaycan Taekvondo Federasiyası Arxivləşdirilib 2009-05-22 at the Wayback Machine Nazirlər nəyi dəyişəcək?
Azərbaycan Tennis Federasiyası
Azərbaycan Tennis Federasiyası — Azərbaycan Tennis Federasiyasının prezidenti, Milli Məclisin sədri Oqtay Əsədovdur.
Azərbaycan Voleybol Federasiyası
Azərbaycan Voleybol Federasiyası — 1992-ci ildə yaranan Azərbaycan Voleybol Federasiyası elə həmin ildən etibarən Beynəlxalq Voleybol Federasiyasına (FIVB), Avropa Voleybol Federasiyasına (CEV), Şərqi Avropa Voleybol Zonal Assosiasiyasına (EEVZA) (2005) daxil olmuşdur. 1997–2000-ci illər ərzində Azərbaycan voleybol komandaları Avropa Voleybol Konfederasiyasının qərarına əsasən rəsmi beynəlxalq yarışlarda iştirak etməkdən məhrum edilmişlər. Yalnız 4 illik fasilədən sonra — 2001-ci ildən etibarən komandalar yenidən beynəlxalq yarışlara buraxılmışlar. Beynəlxalq yarışlarla yanaşı olaraq, Federasiya Azərbaycan Çempionatının keçirilməsi istiqamətində də müvafiq işlər aparmışdır. Belə ki, 2001-ci ildən etibarən kişilər və qadınlar arasında Liqalar üzrə Azərbaycan Çempionatı keçirilir. Bu müddət ərzində Azərbaycanda uşaq voleybolunun inkişafına qayğı göstərilmiş və Liqalarda iştrak edən klub və komandaların nəzdində uşaq bölmələri yaradılmışdır. Həmçinin Azərbaycanı Avropa kubok yarışlarında təmsil edən klubların sayı da getdikcə artmaqdadır. Qazanılan mükafatlar Hazırda Azərbaycanda Avropa Voleybol Konfederasiyasının qərarı ilə Voleybol Akademiyasının yaradılması istiqamətində müvafiq işlər aparılır. Azərbaycan idman federasiyalarının siyahısı Azərbaycan Voleybol Federasiyası — avf.az saytı Arxivləşdirilib 2015-07-05 at the Wayback Machine Nazirlər nəyi dəyişəcək?
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Feldşer Məktəbi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Feldşer Məktəbi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada təsis edilmiş hərbi-tibb təhsili müəssisəsi. Qoşun hissələrində tibbi xidmətin yaxşılaşdırılması üçün hərbi nazirin 1919 il 22 yanvar tarixli əmri ilə Gəncə əsgər xəstəxanası nəzdində bölük feldşer şagirdləri hazırlayan kurs, 1919 il 15 fevral tarixli əmri ilə isə bütün hərbi hissələrin nəzdində 2 aylıq sanitar kursları açılmışdı. Kurslar hərbi-tibb kadrlarına olan ehtiyacı ödəmədiyi üçün, hərbi nazir 1-ci Cavanşir piyada alayının Şuşada yerləşən 1-ci taborunun həkimi Mehmandarovun Şuşa şəhərində hərbi feldşer məktəbinin açılması barədə təklifini müdafiə etdi. Hərbi nazirin 1919 il 3 sentyabr tarixli 406 saylı əmrində göstərilirdi ki, Şuşa hərbi feldşer məktəbi, ştat cədvəlinin rəs mən təsdiqlənməsini gözləmədən, dərhal fəaliyyətə başlasın. Məktəb nazirliyin hərbi-tibb idarəsinə tabe idi və onun ştatı 1919 il avqustun 31-də Hərbi şurada təsdiq olunmuşdu. Məktəbə 40 nəfərin qəbulu nəzərdə tutulmuşdu. Təhsil müddəti 6 ay idi. Tədris işinə Səməd bəy Mehmandarovdan əlavə, həkimlər Ağayev və Ağakişibəyov da cəlb olunmuşdular. Hərbi feldşer məktəbinə ilkin hərbi hazırlıq keçmiş və feldşer olmağı arzulayan əsgərlər, həmçinin 30 yaşınadək mülki şəxslər qəbul edilə bilərdi. Mülki şəxslər məktəbə qəbul edilməzdən əvvəl onların hərbi xidmətə yararlı olub-olmamaları müəyyənləşdirilməli idi.
Azərbaycan Xokkey Federasiyası
Azərbaycan Hokkey Federasiyası — Azərbaycanda buzüstü hokkeyin inkişafı ilə məşğul olan təşkilat. Azərbaycanda hokkeyin inkişafı təşəbbüsü məşhur sovet məşqçisi Anatoli Tarasova məxsusdur. O , Azərbaycan SSR İdman Komitəsinin xahişi ilə federasiyanın gələcək prezidenti Valeri Laryukovu Bakıda hokkey məktəbi açmaq və idmanı inkişaf etdirmək üçün göndərdi. Elə həmin il Respublika Buzlu Hokkey Federasiyası yaradıldı. Bakıda buz sarayının (indiki Heydər Əliyev adına idman-konsert kompleksi) əsasında 200-ə yaxın uşağın iştirak etdiyi hokkey məktəbi var idi. Bu, Azərbaycanda hokkeyin inkişafı üçün əsas olmalı idi. SSRİ dağılandan sonra Ümumittifaq İdman Komitəsinin hokkey şöbəsinin müdiri Yuri Korolyev Azərbaycan Hokkey Federasiyasının BXF-na daxil olmasını təklif etdi. 6 may 1992-ci ildə BXF-nin qurultayında federasiya keçmiş SSRİ respublikaları ilə birlikdə onun tərkibinə qəbul edildi. Bununla belə, eyni zamanda Əbülfəz Elçibəy Azərbaycanın prezidenti olduqda respublikada hokkeyi inkişaf etdirməmək, daha çox milli idman növlərində üstünlük vermək qərara alındı.. Sonradan federasiya dəfələrlə Azərbaycanda hokkeyin inkişafı ilə bağlı məsələ qaldırdı, lakin dövlətin idman orqanları maliyyə çatışmazlığını əsas gətirərək bundan imtina etdi.
Azərbaycan idman federasiyaları
Bu siyahı hal-hazırda rəsmi lisenziyası olan Azərbaycan idman federasiyalarının siyahısıdır. Hal-hazırda respublikada 31 rəsmi federasiya və 1 rəsmi assosiasiya lisenziyalı şəkildə fəaliyyət göstərir. Azərbaycan Aykido Federasiyası Azərbaycan Strongmen Federasiyası Azərbaycan Alpaqut Federasiyası Azərbaycan Ciu-Citsu Federasiyası Azərbaycan Braziliya Ciu-Citsu Federasiyası Azərbaycan Çimərlik Futbol Federasiyası Azərbaycan Futzal Federasiyası Azərbaycan Hokkey Federasiyası Azərbaycan Kosiki Karate-do Federasiyası Azərbaycan Qol Güləşi Federasiyası Azərbaycan Pauerliftinq Federasiyası Azərbaycan Reqbi Federasiyası Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası Azərbaycan Yelkənli İdman Federasiyası Azərbaycan İdman Turizmi Federasiyası Bəzi federasiyalar bir müddət aktiv fəaliyyət göstərmiş və ya fəaliyyət göstərməmiş, lakin rəsmi lisenziyaya sahib olmuşdur. Sonra isə bu lisenziya ləğv edilmiş və ya müddəti uzadılmamışdır. Bu səbəbdən də həmin federasiyalar ləğv olunmuş və ya fəaliyyətsiz hesab olunurlar. İdman Federasiyaları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi [1] Arxivləşdirilib 2017-12-23 at the Wayback Machine Nazirlər nəyi dəyişəcək?
Azərbaycan idman federasiyalarının siyahısı
Bu siyahı hal-hazırda rəsmi lisenziyası olan Azərbaycan idman federasiyalarının siyahısıdır. Hal-hazırda respublikada 31 rəsmi federasiya və 1 rəsmi assosiasiya lisenziyalı şəkildə fəaliyyət göstərir. Azərbaycan Aykido Federasiyası Azərbaycan Strongmen Federasiyası Azərbaycan Alpaqut Federasiyası Azərbaycan Ciu-Citsu Federasiyası Azərbaycan Braziliya Ciu-Citsu Federasiyası Azərbaycan Çimərlik Futbol Federasiyası Azərbaycan Futzal Federasiyası Azərbaycan Hokkey Federasiyası Azərbaycan Kosiki Karate-do Federasiyası Azərbaycan Qol Güləşi Federasiyası Azərbaycan Pauerliftinq Federasiyası Azərbaycan Reqbi Federasiyası Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası Azərbaycan Yelkənli İdman Federasiyası Azərbaycan İdman Turizmi Federasiyası Bəzi federasiyalar bir müddət aktiv fəaliyyət göstərmiş və ya fəaliyyət göstərməmiş, lakin rəsmi lisenziyaya sahib olmuşdur. Sonra isə bu lisenziya ləğv edilmiş və ya müddəti uzadılmamışdır. Bu səbəbdən də həmin federasiyalar ləğv olunmuş və ya fəaliyyətsiz hesab olunurlar. İdman Federasiyaları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi [1] Arxivləşdirilib 2017-12-23 at the Wayback Machine Nazirlər nəyi dəyişəcək?
Aşıq Feydayi
Aşıq Feydayi (Murad İspər oğlu; 1783, Gürcüstan) — Axısqa türklərindən olan Türk aşığı. 1783-cü ildə Axısqa türklərindən olan bu aşıq Kutsada doğulmuşdur. Sonralar Böyük Xosbiyyə kəndində yaşamışdır.
Bacarıq Ferması
Yeni istedadlar akademiyası — Zak və Kodinin gəmidəki macəralarının prodüserliyi ilə Den Siqner tərəfindən yaradılmış orijinal Disney Channel serialıdır. 2010-cu ilin noyabr ayının ortasında serialın anonsu verilmiş və çəkilişlər 2011-ci ildə başlanmışdır. Serial 17 iyun 2011 — də ekrana çıxmışdır. Serialın premyerası 6 may 2011-ci ildə Zak və Kodinin gəmidəki macəralarının final hissəsindən sonra olmuşdur.
Bayroyt festivalı
Bayroyt festivalı (alm. Bayreuther Festspiele‎) — Rixard Vaqnerin musiqi dramları ifa olunduğu illik yay festivalı. Əsası bəstəkarın özü tərəfindən qoyulub. Bavariyanın Bayroyt şəhərində xüsusi olaraq bu məqsədlə tikilmiş teatrda keçirilir. Birinci festival 1876-cı ilin 13 avqust tarixində açılmışdır. Burada "Nibelunq üzüyünün" tam premyerası baş vermişdir. Maliyyə çatışmazlığı səbəbindən növbəti festiival yalnız 1882-ci ildə keçirilmişdir. Bu festival "Parsifal operasının premyerası ilə müşayiət olunmuşdur. Vaqnerin ölmündən sonra festivala onun arvadı Kozima rəhbərlik etmişdir, 1908-ci ildən isə festivalın başına onların bundan öncə də festivalda dirijor və rejissor kimi yer almış oğlu Ziqfrid keçmişdir. Onun rəhbərliyi dövründə o, dövrü üçün novatorluq kimi qəbul olunan yeni səhnə texnikası və işıqlandırmadan istifadə etmişdir.
Bağça (Behi-yi Feyzullah Bəyi)
Bağça (fars. باغ چه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı, Behi-yi Feyzullah Bəyi dehistanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (40 ailə).
Beynəlxalq Fetiş Günü
Beynəlxalq Fetiş Günü BDSM icmasını dəstəkləyən bir gün. Birləşmiş Krallıqda Milli Fetiş Günü olaraq ortaya çıxdı və ilk dəfə 21 yanvar 2008-ci ildə keçirilib. İlk Beynəlxalq Fetiş Günü 16 yanvar 2009-cu ildə (ilin üçüncü cümə günü) keçirilib. Beynəlxalq Fetiş Gününün əsas məqsədi fetiş icmasının məlumatlılığını və dəstəyini artırmaq, eyni zamanda pornoqrafiya ilə çox maraqlanmağı cinayət sayan Böyük Britaniya qanununa da qarşı çıxmaqdır. Həmçinin icma üzvlərini seksuallıqları mövzusunda daha açıq olmağa təşviq etmək üçün nəzərdə tutulub.> Milli Fetiş Günü ilk olaraq ilk dəfə 4 sentyabr 2008-ci ildə Birləşmiş Krallıqda qeyd edildi. Beləliklə onun yerini Beynəlxalq Fetiş Günü aldı.
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası
FİFA (fr. Fédération Internationale de Football Association — azərb. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎) — mərkəzi İsveçrənin Sürix şəhərində olan, dünyanın ən böyuk idman təşkilatı. FİFA, hər dörd ildən bir FİFA Dünya Kuboku, hər iki ildən bir FİFA Konfederasiyalar Kuboku və hər il FİFA Klublararası Dünya Çempionatı turnirlərini təşkil edir. İndiyə qədər quruma 9 nəfər başçılıq edib. FİFA-nın indiki prezidenti Canni İnfantino təşkilatın onuncu rəhbəridir. FİFA 1904-cü ildə yaradıldı. Bu müxtəlif ölkələrin komandaları arasında əlaqələrin genişlənməsinə xeyli təsir göstərdi. 1908-ci ildə futbol ilk dəfə Olimpiya oyunları proqramına daxil edildi. 1908 və 1912-ci illərdə keçirilən olimpiadaların ilk futbol turnirlərində ancaq Avropa qitəsinin təmsilçiləri iştirak edirdilər.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası
İFFHS (ing. International Federation of Football History & Statistics) — Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası. 1888-ci ildən başlayaraq, bütün ölkələrdə və bütün illərdə keçirilən milli çempionatların tarixini araşdırır.
Beynəlxalq Jurnalistlər Federasiyası
Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) (orijinal adı: International Federation of Journalists) — kütləvi informasiya vasitələri peşəkar işçilərinin beynəlxalq təşkilatı. Mənzil-qərargahı Brüsseldə yerləşir. Beynəlxalq Jurnalistlər Federasiyası 1926-cı ildə Parisdə Fransa Milli jurnalistlər sindikatının təşəbbüsü ilə yaradılıb. O zaman təxminən iyirmi ölkədən 25 000-ə yaxın kütləvi informasiya vasitələri işçisi təmsil edirdi və mərkəzi Parisdə yerləşirdi. İlk prezidenti Fransız müxbiri Georges Bourdon idi. Fransanın işğal olunması ilə İkinci Dünya müharibəsi Parisdə Beynəlxalq Jurnalistlər Federasiyasının fəaliyyətinə son qoydu. İlk konqresi 1941-ci ildə baş tutan müttəfiqlərin və ya azad ölkələrin Beynəlxalq Jurnalistlər Federasiyasını Londonda qurmağa qərar verdi. 1946-cı ildə Müttəfiqlərin və ya azad ölkələrin Jurnalistlər Federasiyası ləvğ olundu, müharibə bitdikdən sonra Beynəlxalq Jurnalistlər Təşkilatı yaranmağa başladı. Soyuq müharibə nəticəsində Beynəlxalq Jurnalistlər Federasiyası 1952-ci ildə 49 nümayəndənin qatıldığı Brüsseldə keçirilən Ümumdünya Konqresində yenidən fəaliyyətə başladı. Bu layihə Praqada yerləşən Şərqi Avropa və inkişaf etməkdə olan ölkələrin jurnalistlərinin milli ittifaqlarından ibarət Beynəlxalq Jurnalistlər Təşkilatı tərəfindən 1990-cı illərə qədər başa çatdırılacaqdı.
Beynəlxalq Kann Kino Festivalı
Kann beynəlxalq kinofestivalı və ya Kann Film Festivalı (fr. le Festival international du film de Cannes və ya qısaca fr. le Festival de Cannes) — dünyanın ən məşhur kinofestivallarından biri. Fransanın cənubunda olan Kann şəhərində təşkil edilir. Əsas mükafatı Qızıl Palma Budağıdır. Kann kinofestivalı ilk dəfə 1946-cı ildə 20 sentyabrdan 5 oktyabra kimi keçirilmişdir. Lakin sonralar may ayında keçirilməyə başladı. Bu festival A kateqoriyasına aiddir. Kann Film Festivalı Avropadakı ən əhəmiyyətli 3 əsas film festivalında biridir. Kann Film Festivalında hər il təxminən 20 film yarışırdı.
Beynəlxalq Kanoe Federasiyası
Beynəlxalq Kanoe Federasiyası (ing. International Canoe Federation) 1946-cı ildə yaranmışdır. Baş ofisi Lozannadadır, və bütün dünyada bütün aspektləri idmanın qayığına idarə edir. Hal-hazırda o 150 çəkilmiş milli federsiyaya malikdir.
Beynəlxalq Peşəkar Futbolçular Federasiyası
Beynəlxalq Peşəkar Futbolçular Federasiyası və ya qısaca FİFPro (ing. International Federation of Professional Footballers - FIFPro) — peşəkar futbolçuların beynəlxalq həmkarlar ittifaqı təşkilatı. 1965-ci ildə təsis edilmişdir. Həmin vaxt Parisdə bir araya gələn Fransa, Şotlandiya, İngiltərə, İtaliya və Hollandiyanın futbolçular assosiasiyaları peşəkar futbolçuların beynəlxalq həmkarlar ittifaqlarının əsasını qoymaqla, bu sahədə həmrəyliyi möhkəmləndirmiş oldular. Hazırda FİFPro Avropa, Afrika, Latın Amerikası, Okeaniya və Asiya bölgələrini təmsil edən 43 milli assosiasiyanı birləşdirir. 2005-ci ildən etibarən, FİFPro dünyanın rəmzi komandasını seçir və bu futbolçulara mükafatlar verir. 2009-cu ildən etibarən isə FİFPro ali futbol qurumu FİFA ilə birgə dünyanın ən güclü 11 futbolçusundan ibarət rəmzi komandanın heyətinin müəyyənləşdirilməsində iştirak edir. Elnur ƏLİYEV. Futbolçuların həmkarlar ittifaqları. "Ülfət" qəzeti, 27 aprel 2012-ci il.
Beynəlxalq Səmti Müəyyənetmə Federasiyası
Beynəlxalq səmti müəyyənetmə federasiyası - (ing. International Orienteering Federation - İOF) beynəlxalq idman federasiyası, səmti müəyyən etmə üzrə milli federasiyaları birləşdirir. Mərkəzi İsveçrənin Karlstad şəhərində yerləşir. Beynəlxalq səmti müəyyən etmə federasiyası 21 may 1961-ci ildə Kopenhagendə konqresdə quruldu. Təşkilatın ilk üzvləri Bolqarıstan, Macarıstan, Almaniya Demokratik Respublikası, Danimarka, Finlandiya, Norveç, Qərbi Almaniya, Çexoslovakiya, İsveç, İsveçrə idi.
Beynəlxalq Tərcüməçilər Federasiyası
Beynəlxalq Tərcüməçilər Federasiyası (BTF, International Federation of Translators) müxtəlif ölkələrdə fəaliyyət göstərən yazılı və şifahi tərcüməçilərin, dilçilərin assosiasiyalarını bir araya gətirən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Federasiyanın üzvü olan 100-dən çox peşəkar assosiasiya dünyanın 55 ölkəsindən olan 80000-dən çox tərcüməçini təmsil edir. Federasiyanın məqsədi təmsil etdiyi sahələrdə peşəkarlığı təşviq etməkdir. Tərcüməçilərin bütün ölkələrdə əmək şəraitini yaxşılaşdırmağa səy göstərən federasiya, həmçinin onların hüquqlarını və ifadə azadlıqlarını da qorumaqamalını güdür. Fransada qeydiyyata alınıb. Katibliyi İsveçrənin Cenevrə şəhərində yerləşir. BTF-nin məqsədləri aşağıdakılardır: •Yazılı və şifahi tərcüməçilər, dilçilər assosiasiyalarını bir araya gətirmək və bunlar arasında körpu qurmaq •Assosiaspomların mövcüd olmadığı ölkələrdə onları yaratmaq üçün təşviq və yardım etmək •Üzv assosiasiyaları peşə ilə bağlı iş şəraiti barədə məlumatlandırmaq, onları texnoloji alətlər, ilkin və davamlı təlimlərlə təmin etmək •Müxtəlif assosiyasiyalar arasında tərcümə maraqlarına xidmət edən əlaqələri inkişaf etdirmək •Tərcüməçilərin maddi və mənəvi hüquqlarını təmin etmək •Cəmiyyətdə yazılı və şifahi tərcümə, terminologiya ixtisaslarının tanınmasını, onu elm və incəsənət kimi təşviq etmək. BTF-nin ali şurası qanunla müəyyən edilmiş şəkildə 3 ildən bir keçirilən konqresdə müəyyən edilir. Bu seçki BTF-nin bütün üzvlərini bir araya gətirir, üzv assosiasiyalar öz növbəsində “Şura” üzvlərini seçir. Şura isə 3 il müddətinə “İcraedici Komitə”ni səs vermə yolu ilə təyin edir.
Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı
Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı — Ağsu rayonunda ən iri yaşayış məntəqələrindən biri olan Gəgəli kəndində təşkil olunan beynəlxalq səviyyəli mədəni tədbir. Tərəkəmə Çərşənbəsi türk obalarında Axır çərşənbə günündə mövcud olan adətlərdən biridir. Bu ev heyvanlarının iki odun arasından keçirilməsi hadisəsi ilə bağlı ənənəvi adətdir. Azərbaycanın bir çox ərazilərində bu hadisənin əlamətləri görünsə də, Şirvan bölgəsində Oğuz türklərinin məskunlaşdığı obalardan biri olan Gəgəli kəndində ən yaxşı şəkildə müasir dövrümüzədək gəlib çatmışdır. Ənənəvi olaraq, hər il Tərəkəmə Çərşənbəsi günündə kənd sakinləri səhərə qədər yatmırlar; səhər alaqaranlıqda heyvanları iki tonqalın arasından keçirirlər. Qədim bir inanca görə, tərəkəmələr bununla mal-qaralarını il ərzində baş verə biləcək hər cür bəlalardan, xəstəliklərdən qorumuş olur, heyvanların yeni otlaqlara sağ-salamat çıxarılmasını təmin edirlər. 2011-ci ildə Tərəkəmə Çərşənbəsi adəti ilə bağlı film çəkilmişdir. Festivalının təşəbbüsçüsü "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri olan tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir. I Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı 16-18 mart 2015-ci il tarixlərində keçirilmişdir. II Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı 2016-cı il martın 14-də başlamışdır.

Digər lüğətlərdə