Firni
Firni — düyü unu və şəkərdən hazırlanan desert.
== Tərkibi: ==
160 qr düyü unu,
800 qr süd,
40 qr şəkər,
40 qr yağ,
darçın,
4 qr duz.
== Hazırlanma qaydası: ==
Düyü unu hazırlamaq üçün düyü təmizlənib 1 saat suda isladılır. İslanmış düyü qurudulur və həvəngdəstədə əzilib un halına salınır. Qayanayan südə duz atılır, arasıkəsilmədən qarışdırılaraq düyü unu tökülür və şəkər tozu əlavə edilərəl bişirilir. Süfrəyə veriləndə üzərinə 1 tikə yağ qoyulub, darçın səpilir.