Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tramvay
Tramvay — relslər üzərində hərəkət edən nəqliyyat vasitəsi. 1924-cü ilin fevralında Bakının küçələrində özunə möhkəm yer tutan tramvayın meydana gəlməsi ilə əlaqədar konka aradan çıxmışdır. Bu tramvayın əsasında ilk dəfə olaraq elektrik dəmir yolu çəkimlişdir. 1926-cı il 6 iyulda istifadəyə verilən bu yol Bakı-Sabunçu-Suraxanı xəttini birləşdirmişdir. SSRİ vaxtı Bakı şəhərinin küçələrini bəzəyən tramvaylar SSRİ dağıldıqdan sonra öz çətin zamanlarını yaşamışdır. Belə ki, 2000-ci ildən başlayaraq əvvəlcə mərkəzi küçələrdən, sonra isə kənar küçələrdən tramvaylar yığışdırılmışdır. Bakı Tramvay Parkı 2003-cü ilin noyabr ayında öz fəaliyyətini dayandırmışdır.
Tramvay problemi
Tamvay problemi — etika və psixologiyada daha çox sayda insanı xilas etmək üçün bir nəfəri qurban verib-verməmək kimi dilemmaların ələ alındığı təcrübələr silsiləsi. Bu situasiya adətən, irəliləyən tramvayın və ya trolleybusun yolda bir neçə nəfərlə (ənənəvi olaraq beş nəfər) toqquşaraq onları öldürməsi ssenarisi ilə başlayır və sürücü və ya ətrafdakı hər hansı bir şəxsin müdaxilə edərək yalnız bir nəfəri öldürəcəyi halda müvafiq nəqliyyatı başqa yola yönləndirərək onları xilas etməsi seçimi irəli sürülür. Bu problem daha sonralar irəliləyən başqa bir nəqliyyat vasitəsi və ya başqa analoji ölüm-dirim dilemmaları kimi də ortaya qoyulmuşdur.
Bakıda tramvay yolunun salınması və yolun açılışı (film, 1924)
Bakıda tramvay yolunun salınması və yolun açılışı qısametrajlı sənədli filmi 1924-cü ildə AFKİdə istehsal edilmişdir. Filmdə Bakıda ilk dəfə tramvay yolunun çəkilməsi, bu işdə Bakı zəhmətkeşlərinin fəal iştirakı və tramvay xəttinin təntənəli açılışı öz əksini tapmışdır. == Məzmun == Filmdə Bakıda ilk dəfə tramvay yolunun çəkilməsi, bu işdə Bakı zəhmətkeşlərinin fəal iştirakı və tramvay xəttinin təntənəli açılışı öz əksini tapmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 27.
Bakı tramvayı
Bakı tramvayı — Azərbaycanın paytaxtı Bakı şəhərində 1924–2004-cü illərdə fəaliyyət göstərən ictimai nəqliyyat növü. == Tarixi == XIX əsrin sonlarında Bakıda neft sənayesinin inkişafı ictimai nəqliyyat növünün inklişafına tələbat yaratdı. 1889-cu ildə yeganə olaraq şəhər nəqliyyatı üçün Bakıda "konka" (polad rels xəttiylə işləyən fayton) tikilmişdi. Lakin nə faytonlar, nə də konka neft paytaxtının tələbatını ödəmirdi. 1903-cü ildə Bakıda elektrik tramvay xətlərinin salınması barədə Şəhər Dumasına təklif gəldi. Bu təklifin reallaşması 20 il ləngiyirdi. Nəhayət, 1922-ci ildə Bakı Soveti layihəni reallaşdıra bildi. Şəhərdə tramvay xətlərinin tikintisinə başlandı. Əvvəl lazımi vəsait olmadığından, relslər Rusiyanın bir neçə zavodunda sifariş olundu. Şəhərdə ilk dəfə 1924-cü il fevralın 8-də elektrik-tramvay yolu istifadəyə verildi.
Bern tramvayı
Bern tramvayı — Bern şəhərinin ictimai nəqliyyat növlərindən biridir. Tramvay şəbəkəsi üç marşrutdan ibarətdir və Riffelalp tramvayı istisna olmaqla İsveçrənin ən kiçik nəqliyyat sistemi sayılır. Bern şəhərinin tramvay və digər ictimai nəqliyyat növləri Barnomobil təşkilatının dəstəyi ilə fəaliyyət göstərir. == Xəttlər == Hal-hazırda Bern tramvayın ümumi uzunluğu 33,449 km-ə bərabər 5 xətti mövcuddur: == Tarix == Bern tramvayı 1 oktyabr 1890-cı ildə açılmışdır. Əvvəlcə pnevmatik tramvaylar istifadə olunurdu (yəni sıxılmış hava ilə çalışan tramvaylar). 1894-cü ildən şəhərdə həmçinin buxarlı tramvay fəaliyyət göstərməyə başlamışdır. 1902-ci ildən etibarən, Bernin bütün tramvay şəbəkəsi elektrifikasiya olunmuşdur. Bern erkən dövrdən aşağı əsaslı tramvayların istismarına başlamışdı. Aşağı döşəməli tramvayların ilk seriyası (Be4 / 8, № 731–742 tipli) 1990-cı ildə fəaliyyətə başlamışdır. İkinci seriya artıq Combino tramvayları idi.
Budapeşt tramvayı
Budapeşt tramvayı (mac. Budapest villamosvonal-hálózata) — Macarıstanın paytaxtı Budapeştdə mövcud olan tramvay sistemi. Tramvay xətti sərnişin daşımada yalnız avtobus sistemindən geri qalır. Şəhərdə tramvayla hətta metrodan belə çox sərnişin daşınır. Tramvay şəbəkəsi 1866-cı ildə istifadəyə verilmişdir. Hazırda dünyanın ən böyük şəbəkələrindən biridir. Şəbəkənin ümumi uzunluğu 157 km təşkil edir. 2014-cü il məlumatına görə şəbəkə 33 xəttə sahibdir. Bunun 26 əsas, 7 isə yardımçı xətlərdir. Tramvay şəbəkəsini «Budapesti Közlekedési Központ» şirkəti yerli özünü idarə orqanlarının nəzarəti ilə idarə edir.
Daşkənd tramvayı
Daşkənd tramvayı (özb. Toshkent tramvaylari) — Özbəkistanın paytaxtı Daşkənd şəhərində 1912–2016-cı illərdə fəaliyyət göstərən ictimai nəqliyyat növü. Daşkənd tramvayı Mərkəzi Asiyanın ən qədim tramvayıdır. == Tarixi == === Konka === Daşkənd tramvayının tarixi 1896-cı ildə, Daşkənd şəhər idarəsi Daşkənd tramvayının imtiyaz müqaviləsi üzərinə qurulması və istismarı mövzusunda Belçikanın anonim şirkəti olan "Taşkentskiy tramvay" (rus. «Ташкентский трамвай», azərb. «Daşkənd tramvayı»‎) ilə müqavilə imzalasıyla başlayır. İlk konka xəttinin inşa prosesinə 1897-ci ildə start verilmişdir. İlk konka xətti stansiyadan başlayıb, Duxovskaya (indiki Əmir Teymur Bulvarı), Məhramskoy (indiki Özbəkistan Bulvarı), Zerabulakskoy, Cizzaxskoy (indiki Buxara), Romanovskaya (indiki Böyük Turon), Vorontsovskaya (indiki Süleymanova), Çernyayevskaya (indiki İstiqbol), Şayxantohur (indiki Navoy Prospekti) küçələrindən keçərək, tramvay anbarının olduğu köhnə qəsəbədəki Çorsu bazarına qədər idi. Vaqon konkası 31 mart 1901-ci il tarixində açılmışdır. İkinci konka xətti isə, 5 aprel 1903-cü il tarixində açılmışdır.
Gəncə tramvayı
Gəncə tramvayı — Gəncə şəhərində mövcud olmuş tramvay xətti. Gəncədə tramvay ilk dəfə 1933-cü ildə istifadəyə verilmişdir. Tramvay xətti üç maşrutdan ibarət olmuşdur. Reylslər arasında məsafə 1524 mm idi. Tramvay xətti 1976-ci ildə ləğv edilmişdir. Yaxın gələcəkdə Gəncədə tramvay xəttinin yenidən bərpası aktualdır. 2013-cü ildə fransız NEWTL şirkəti ilə bu məsələdə razılığa gəlinmişdir.
Salavat tramvayı
Salavat tramvayı — Salavat şəhərində tramvay sistemi. Tramvay təsərüfatının idarə olunmasını Salavat şəhər Tramvay idarəsi təşkil edir. Şəhərdə ilk tramvay 29 iyul 1957-ci ildə № 1 maşrutu üzrə «Kolxoz bazarı — Kombinat idarəsi» hərəkət etmişdir. 10 ədəd МТВ-82 vaqonları ilə hərəkət təmin edilmişdir. Kolxoz bazarından depoya bir xətt hərəkət edirdi. Elə ilk gündən iki vaqonlu tranvayların istismara verilməsi zərurəti yaranmışdır. Ancaq bu gercəkləşdirilməmiş qalır. XX əsrin 60-cı illərində şəhərin cənub-şərqində yeni zavodun inşası ilə bura tramvay xətti çəkilmişdir. Bu istiqamətdə КТМ-2+КТП-2 vaqonları xəttə buraxılır. 1967-cı ildə yeni xətlə zavoddan kombinat idarəsinə və Novo-Salavatskaya TES adlı yerə istiqamətlənir.
Sofiya tramvayı
Sofiya tramvayı — Sofiya şəhərində əsas nəqliyyat növlərindən biri. Bolqarıstan ərazisində mövcud olan yeganə tramvaydır. Faktiki olaraq tramvay iki sistemdən ibarətdir. Onların biri 1009 mm digəri isə 1435 mm reyslərə malikdir. Sofiyada ilk tramvay 1 yanvar 1901-ci ildən fəaliyyət göstərir. Sofiyanın tramvay nəqliyyatının tarixi 1 dekabr 1898-ci ildən başlayır. Belə ki, şəhər icra hakimiyyəti Fransa və Belçika şirkətləri ilə konsessiya birliyi əsasında tramvay xəttinin tikintisinə başlayırlar. Tramvay ilk dəfə 1 yanvar 1901 ildə hərəkətə gətirilir. Bu zaman tramvay sistemi altı xətdən ibarət olmuşdur. Tramvay xəttinin ümumi uzunluğu 23 kilometr idi.
Sumqayıt tramvayı
Sumqayıt tramvayı — Azərbaycanın Sumqayıt şəhərində 11 mart 1959-cu ildən 2003-cü ilin iyul ayına kimi fəaliyyət göstərən ictimai nəqliyyat növü. Əsas istifadə edilən tramvay modeli KTM5 olmuşdur.
Tbilisi tramvayı
Tiflis tramvayı (gürc. თბილისის ტრამვაი) — 1883-cü ildə (konka şəklində) meydana çıxan və 2006-cı ildə fəaliyyətini dayandıran nəqliyyat sistemi. Gürcüstanda yeganə tramvay sistemi idi. XX əsrin ikinci yarısında tramvayda ona qədər marşrut var idi. Lakin sonradan sistem sürətlə geriləmə baş verir. Konka 3 aprel 1883-cü ildə Tiflisdə istifadəyə verilir. Orijinal yol göstəricisi 914 mm olur. Konkanın ilk xətti Mixaylovski (indiki David Aqmaşenebeli prospekti) prospekti ilə və Vorontsovskaya meydanı ilə dəmir yolu stansiyasını birləşdirirdi. Tezliklə marşrut İrəvan meydanına (indiki — Azadlıq meydanı) qədər uzanır və vaqonların sayı 556-ya (439 iki atlı və 117 tək atlı) çatır. 1904-cü ildə Kiroçnaya küçəsi (indi — Marcanişvili) boyunca bir xətt çəkilir Bununla birlikdə XX əsrin əvvəllərində konkanın vaxtının keçdiyi artıq bəlli idi.
Tiflis tramvayı
Tiflis tramvayı (gürc. თბილისის ტრამვაი) — 1883-cü ildə (konka şəklində) meydana çıxan və 2006-cı ildə fəaliyyətini dayandıran nəqliyyat sistemi. Gürcüstanda yeganə tramvay sistemi idi. XX əsrin ikinci yarısında tramvayda ona qədər marşrut var idi. Lakin sonradan sistem sürətlə geriləmə baş verir. Konka 3 aprel 1883-cü ildə Tiflisdə istifadəyə verilir. Orijinal yol göstəricisi 914 mm olur. Konkanın ilk xətti Mixaylovski (indiki David Aqmaşenebeli prospekti) prospekti ilə və Vorontsovskaya meydanı ilə dəmir yolu stansiyasını birləşdirirdi. Tezliklə marşrut İrəvan meydanına (indiki — Azadlıq meydanı) qədər uzanır və vaqonların sayı 556-ya (439 iki atlı və 117 tək atlı) çatır. 1904-cü ildə Kiroçnaya küçəsi (indi — Marcanişvili) boyunca bir xətt çəkilir Bununla birlikdə XX əsrin əvvəllərində konkanın vaxtının keçdiyi artıq bəlli idi.
Ufa tramvayı
Ufa tramvayı — Ufa şəhərində tramvay xətti. 1898 — Ufada ilk elektrikli tramvayın işə salınması fikirini mühəndis koşinn irəli sürmüşdür. 1911 — Ufa şəhər duması şəhərdə tramvayın işə salınmasını qərara alır . 1913 — Mühəndis Vasilev və Ştuder şəhər dumasına tramvay xəttinin çəkilməsi ilə bağlı müraciət etmişlər. 1934 — 5 mart tarixində SSRİ Xalq Komisarları Soveti Ufada tramvay xəttinin çəkilməsi haqqında qərar qəbul edir. 1936 — yazda Zensov küçəsində tramvay xəttinin tikintisinə başlanılır. Beş vaqon və elə bir o qədər də qoşqu alınır. 1937 — 23 yanvarda ilk sınaq keçirilir.24 yanvarda artıq Lenin küçəsindən Perm küçəsinə qədər olan xətt istifadəyə verilir. Daimi yol isə 1 fevralda istifadəyə verilir. 1938 — yanvarda ikən qar təmizləyən istifadəyə verilir.
Varşava tramvayı
Varşava tramvayı — Polşa ərazisində mövud olan tramvay nəqliyyatı. Tramvay yolunun uzunluğu 254 km, maşrut xəttinin uzunluğu 470 km təşkil edir. 4 vaqon deposuna sahibdir. Trmvay şəbəkəsi 876 vaqondan ibarətdir. 26 xəttə sahibdir. Sistem 1866-ci ilin 11 dekabr tarixində yaranmışdır. Varşava tramvayınln tarixi 11 dekabr 1866-cı ildən başlayır. Bu zaman Vyana (pol. Dworzec Wiedeński) Pererburq (pol. Dworzec Petersburski) və Terespol (pol.
Vladiqafqaz tramvayı
Vladiqafqaz tramvayı (Oset. Дзæуджыхъæуы трамвай) - Vladiqafqaz şəhərində elektrikləşdirilmiş nəqliyyat sistemidir. 16 avqust 1904-cü ildə açılmışdır. Rusiyada ən qədim tramvay sistemlərindən biridir. Vladiqafqazda ilk tramvay layihəsi 1890-cı ildə gerçəkləşdirilə bilərdi: Niqrovski adlı bir mühəndis şəhər rəhbərliyi ilə müqavilə bağladı. Müqavilənin məqsədi beş şəhər küçəsi boyunca atlı dəmiryolu xətlərinin çəkilməsi idi. Lakin bu fikir həyata keçirilmədi. 8 oktyabr 1896-cı ildə Vladiqafqaz şəhər bələdiyyəsi elektrik tramvay və işıqlandırma qurmaq qərarına gəldi. 1897-ci ilin yanvarında bir neçə ərizəçi tramvay müqaviləsi bağlamaq üçün danışıqlar aparmaq üçün gəldi: Mühəndis Kovelev Firma Sote, Varla və Co (Paris). Qırx illik tramvay güzəştinin geri qaytarılması ilə bağlı təklif 1897-ci ilin fevral ayında baş tutdu.
Vyana tramvayı
Vyana tramvayı şəhər dəmir yol nəqliyyatının tarixi 1865-ci ildə Konka ilə başlamışdlr. 1887-ci ildən isə xətlətin tədricən elektrikləşdirilməsi həyata keçirilmişdir. Tramvay nəqliyyatının inkişafı XX əsrin 20-ci illərinin sonu 30-cu illərinin əvvəllərinə qədər davam edir. Bu zaman metronun inkişafı ilə əlaqədar inkişaf tədricən səngiyir. Ümumi uzunluğu 221,5 km-dir. Tramvay şəbəkəsi bir şirkətin əlində cəmlənmişdir. «Wiener Linien» şirkəti həmcinin metroliten və avtobus nəqliyyatını təşkili həyata keçirur, 2009-cu ilə olan məlumata görə Vyana tramvayı il ərzində 186,9 milyon nəfərə xidmət etmişdir. Tip E1 — 145 vaqon (Vyanada maksimal sayı 338) — Buraxılış ili 1966—1976; Oturacaq yeri: 40, Ayaqüstə yer: 65 Tip E2 — 121 vaqon (Vyanada maksimal sayı 122) — Buraxılış ili 1978—1990; Oturacaq yeri: 44, Ayaqüstə yer: 58 Tip c3 — 40 vaqon (Vyanada maksimal sayı 190) — Buraxılış ili 1959—1962; Oturacaq yeri: 32, Ayaqüstə yer: 43 Tip c4 — 72 vaqon (Vyanada maksimal sayı 73) — Buraxılış ili 1974—1977; Oturacaq yeri: 31, Ayaqüstə yer: 43 Tip c5 — 116 vaqon (Vyanada maksimal sayı 117) — Buraxılış ili 1978—1990; Oturacaq yeri: 32, Ayaqüstə yer: 39 Tip A — 51 vaqon — Buraxılış ili 1995—2006; Oturacaq yeri: 42, Ayaqüstə yer: 94 Tip A1 — 80 vaqon — Buraxılış ili 2006- ; Oturacaq yeri: 42, Ayaqüstə yer: 94 Tip B — 101 vaqon — Buraxılış ili 1995—2005; Oturacaq yeri: 66, Ayaqüstə yer: 143\ Tip В1 — 63 vaqon — Buraxılış ili 2009- ; Oturacaq yeri: 66, Ayaqüstə yer: 143 Favoriten deposu (alm. Favoriten) (Maşrutlar: D, O, 1, 6, 18, 67, 71, VRT) Zimmerinq parkı (alm. Simmering) (Maşrutlar: 6, 71) Floridsdorf deposu (alm.
Zaqreb tramvayı
Zaqreb tramvayı (xorv. Zagrebački tramvaj) — Zaqreb şəhərində mövcüd olan nəqliyyat növlərindən biri. 1891 ildə şəhərdə ilk dəfə konka, 1910 ildə isə elektrikli tramvay istifadəyə verilmişdir. Sərnişinlərin daşınması üçün 116 km uzunluğa və reylslər arasında məsafəsi 1 metr olan sistemdən ibarətdir. Əvvəllər günorta radələrinə qədər 1-17 maşrut xidmət göstərirdi. Gecə radələrində isə 31-34 maşrut işləyirdi. Maşrutlar arasında interval 5-10 dəqiqə təşkil edir. Gecə radələrində tramvaylar rəsmi göstərilən vaxtlarda dayancaqlada olurlar. Bu zaman interval 40 dəqiqə təşkil edir. Gündüz radələrində də rəsmi dayanacaqlar üzrə vaxtlar təyin edilsələrdə, pik radələrinə təsadüf etdiyindən buna tam riayyət edilmir.
İnsbruk tramvayı
İnsbruk tramvayı (alm. Straßenbahn Innsbruck‎) — Avstriyanın Tirol əyalətinin paytaxtı və ən böyük şəhəri olan İnsbrukda mövcud olan tramvay sistemi. Tramvay sisteminə eni 1000 mm olan reyslər daxildir. Uzunluğu 19,5 km olaraq, üç xətt fəaliyyətdədir. Tramvay xəttinin inşasına 1889-cu ildə başlanılıb. Xətt 1 iyul 1891-ci ildə açılmışdır. 12,1 km uzunluğunda bu tək tramvay xəttinə buxar tramvayları xidmət edirdi. Hər qatarda kiçik bir tank mühərriki və üç vaqon var idi. Xətt Bergiselbahnhof stansiyasını İnsbrukla birləşdirirdi. Xidmətin elektrikləşdirilməsi 1905-ci ilə təsadüf edir ki, bu da Avstriyanın başqa yerlərində oxşar ölçülü şəhərlərlə müqayisədə çox gec idi.
İrəvan tramvayı
İrəvan tramvayı (erm. Երևանյան տրամվայ) — Ermənistanın paytaxtı İrəvanda fəaliyyət göstərən tramvay sistemi. İrəvanın tramvay sistemi 29 sentyabr 1906-cı ildə iş adamı Mirzoyanın maliyyə dəstəyi ilə at-dəmir yolu şəklində açılır. XX əsrin ikinci yarısında tramvayda 12-yə qədər marşrut mövcud olur. Bunlara 2 tramvay deposu xidmət göstərir. Tramvay xətti 21 yanvar 2004-cü ildə bağlanılır. İrəvanda tramvay sisteminin bağlanması zamanı bir marşrut fəaliyyət göstərirdi. Ermənistan ərazisində yalnız İrəvan şəhərində tramvay xətti mövcud olmuşdur. Ermənistanda tramvayın indiyə qədər mövcud olduğu yeganə şəhər İrəvan idi. 29 sentyabr 1906-cı ildə iş adamı Mirzoyan İrəvan şəhər at-dəmir yolu açdırı.
Şetsin tramvayı
Şetsin tramvayı (pol. Tramwaje w Szczecinie) — Polşanın taxtı Şetsində mövcud olan tramvay sistemi. Tramvay şəbəkəsi 1879-cı ildə istifadəyə verilmişdir. Sərnişinlərin daşınması üçün 65,5 km uzunluğa və reylslər arasında məsafəsi 1435 mm olan sistemdən ibarətdir. 2013-cü il məlumatına görə şəbəkə 12 xəttə sahibdir. Tramvay şəbəkəsini «Tramwaje Szczecińskie» şirkəti yerli özünü idarə orqanlarının nəzarəti ilə idarə edir. Vikianbarda Şetsin tramvayı ilə əlaqəli mediafayllar var.
San-Fransisko tramvayı
San-Fransisko tramvayı (ing. San Francisco cable car system) - ABŞ-nin Kaliforniya ştatında yerləşən San-Fransisko şəhərini əhatə edən tramvay sistemi.
Ufa sürətli tramvayı
Ufa sürətli tramvayı — Başqırdısta Respublikasının Uda şəhərində planlaşdırılan sürətli tramvay xətti. Surətli tramvay xətti Ufa metropoliteninin əvəzinə olaraq istifadəyə vriləcəkdir. Hazırdas layihənin ekspertizası aparılır.. Bu layihənin hazırlanmasına zərurət sərnişin daşımada yaranan sıxlıq olmuşdur. Sürətli tramvay metropolitenə əvəz olaraq planlaşdırılır. Belə ki metropolitenə nisbətdə daha az vəsait sərf olunması və sürətin metro ilə eyni olması buna rəvac olmuşdur. Bu layihə həmdə şəhərin hər iki hissəsində yerləşən tramvay xətlərini birləşdirməyə imkan verməlidir. Sürətli tramvay iki xətdən ibarət olmalıdır. Şəhərin əsas magistralına paralel — Oktyabr prospekti — prospetin şərq və qərb küçələri ilə hərəkət edəcəkdir. Xətt Ufa tramvayının digər hissələri ilə birləşdiriləcəkdir.
Tramva
Zədə (yun. τραῦμα, yara) — xarici faktorlar nəticəsində orqanizmin fiziki zədələnməsi. Yaralayan faktora görə zədələr mexaniki (əzilmə, sümük sınığı və s.), termik (yanıq, şaxta vurma), kimyəvi zədə, barozədə (atmosfer təzyiqinin dəyişməsi nəticəsində), elektrik cərəyanının vurması və s., həmçinin kombinə olunmuş olur. Zədə alınmasına görə zədələnmə məişət, idman, istehsalat, döyüş idman növlərinin təsiri nəticəsində olur. Волков В.Н., Датий А.В. Судебная медицина: Учебное пособие для вузов / Под ред. проф. А.Ф.Волынского. — М.: ЮНИТИ-ДАНА, Закон и право, 2000. — 639 с. «Юнити» 2000 Пиголкин Ю.И., Баринов Е.Х. Судебная медицина: Учебник / Под ред.
Xramçay
Anaxatır və ya Xram (gürc. ხრამი (Xrami)) — Gürcüstan və Azərbaycanda çay. Kür çayının sağ qolu. Başlanğıcını Kiçik Qafqaz dağlarının Ərcivan dağ silsiləsinin Gürcüstan Respublikasının Samtsxe-Cavaxeti mxaresinin Borjomi bələdiyyəsi ərazisində yerləşən Tsxratskaro dağ keçidinin (2 454.3 m) ətəyindən, 2 422 m hündürlükdən götürür. Çayın illik orta su sərfi 1 km³/san-dir. Borjomi bələdiyyəsinin ərazisindən başlayan çay Aşağı Kartli mxaresinin Barmaqsız, Ağbulaq, Çörük Qəmərli və Sarvan bələdəyyələrindən axaraq Azərbaycan Respublikasının Qazax rayonunun II Şıxlı kəndi yaxınlığında Kür çayına tökülür. Anaxatır çayının uzunluğu 201 km, hövzəsinin sahəsi 8.340 km²-dir. Çayın hövzəsinin 4.378 km²—lik qismi Ermənistanın ərazisində yerləşir.
Trakay
Trakay (lit. Trakai, pol. Troki, Qarayca Troch (oxunuşu "Trox"), 1940-cı ilədək "Troki") — şəhər, Litvada rayon mərkəzi. Trakay adının mənşəyi sual altına alınmır. Bu meşənin aşağı yarusu mənasına gələn "trakas" sözünün cəmidir. Litva salnamələrində yazılıb ki, 1321-ci ildə Böyük knyaz Gediminas köhnə Trakayda, indiki Trakaydan təqribən dörd mil məsafədə, bir qəsr tikib və Kernavedən öz paytaxtını ora köçürüb. (Lakin bu torpaqların ilk sakinləri on min il bundan əvvəl burada görünüb). Gediminasın ölümündən sonra Trakay şəhəri onun oğlu Kyastutis, Böyük Trakay knyazı və Jyamayçyunun da paytaxtı olub. Zaman keçdikcə qəsr öz tarixi əhəmiyyətini itirib. XV əsrin əvvəlindən yerin adı yalnız orada yerləşmiş monastır ilə bağlanır.
Tramua
Tramua (fr. Tramoyes) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Reryo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01424. Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 17 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 1674 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 1442 nəfərdən (15-64 yaş) 834 nəfəri iqtisadi cəhətdən, 308 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu 76.5%). 834 fəal sakindən 791 nəfər (406 kişi və 385 qadın) işləyir, 43 nəfər işsizdir (22 kişi və 21 qadın).
Travma
Zədə (yun. τραῦμα, yara) — xarici faktorlar nəticəsində orqanizmin fiziki zədələnməsi. Yaralayan faktora görə zədələr mexaniki (əzilmə, sümük sınığı və s.), termik (yanıq, şaxta vurma), kimyəvi zədə, barozədə (atmosfer təzyiqinin dəyişməsi nəticəsində), elektrik cərəyanının vurması və s., həmçinin kombinə olunmuş olur. Zədə alınmasına görə zədələnmə məişət, idman, istehsalat, döyüş idman növlərinin təsiri nəticəsində olur. Волков В.Н., Датий А.В. Судебная медицина: Учебное пособие для вузов / Под ред. проф. А.Ф.Волынского. — М.: ЮНИТИ-ДАНА, Закон и право, 2000. — 639 с. «Юнити» 2000 Пиголкин Ю.И., Баринов Е.Х. Судебная медицина: Учебник / Под ред.