Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəsirət (qəzet)
"Bəsirət" qəzeti — 1914-cü ildən 1920-ci ilə qədər Bakıda Azərbaycan dilində çap olunan siyasi-ictimai, ədəbi həftəlik qəzet. Qəzetinin ümumilikdə 286 sayı işıq üzü görüb. Baş redaktoru Hacı İbrahim Qasımov, naşiri isə Qulamrza Şəfizadə olub. == Haqqında == Bəsirət qəzetinin ilk sayı 1914-cü il aprelin 12-də Bakıda çap edilib. Baş redaktoru Hacı İbrahim Qasımov, naşiri isə Qulamrza Şəfizadə olub. Həftəlik qəzet olan Bəsirətin bayram günlərində xüsusi sayları çap edilirdi. Qəzetə bir müddət müvəqqəti olaraq Mirzə Bala Məmmədzadə redaktorluq edib. Hacı İbrahim Qasımov qəzetdə Həftəbecər rubrikasında "Kəlniyyət" imzası ilə yazılar yazıb. Qəzet müxtəlif dövrlərdə Orucov Qardaşları, Turan, Novruz və Səda mətbəələrində nəşr olunub. Qəzetdə yazıları çıxan insanlar arasında - Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Seyid Cəfər Pişəvəri, Mirzə Bala Məmmədzadə, Məmməd Səid Ordubadi, Məhəmməd Hadi, Səməd Mənsur, Mustafa bəy Əlibəyov, Əbdül Rəhman Dai, Əliabbas Müznib, Abbas Səhhət, Mirzə Əbdülqədir Vüsaqi, Cəfər Cabbarlı və başqaları da var.
Bəsirət qəzeti
"Bəsirət" qəzeti — 1914-cü ildən 1920-ci ilə qədər Bakıda Azərbaycan dilində çap olunan siyasi-ictimai, ədəbi həftəlik qəzet. Qəzetinin ümumilikdə 286 sayı işıq üzü görüb. Baş redaktoru Hacı İbrahim Qasımov, naşiri isə Qulamrza Şəfizadə olub. == Haqqında == Bəsirət qəzetinin ilk sayı 1914-cü il aprelin 12-də Bakıda çap edilib. Baş redaktoru Hacı İbrahim Qasımov, naşiri isə Qulamrza Şəfizadə olub. Həftəlik qəzet olan Bəsirətin bayram günlərində xüsusi sayları çap edilirdi. Qəzetə bir müddət müvəqqəti olaraq Mirzə Bala Məmmədzadə redaktorluq edib. Hacı İbrahim Qasımov qəzetdə Həftəbecər rubrikasında "Kəlniyyət" imzası ilə yazılar yazıb. Qəzet müxtəlif dövrlərdə Orucov Qardaşları, Turan, Novruz və Səda mətbəələrində nəşr olunub. Qəzetdə yazıları çıxan insanlar arasında - Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Seyid Cəfər Pişəvəri, Mirzə Bala Məmmədzadə, Məmməd Səid Ordubadi, Məhəmməd Hadi, Səməd Mənsur, Mustafa bəy Əlibəyov, Əbdül Rəhman Dai, Əliabbas Müznib, Abbas Səhhət, Mirzə Əbdülqədir Vüsaqi, Cəfər Cabbarlı və başqaları da var.
Nakihət Xanım
Nakihət Xanım (və ya Nakihət Begüm), Səfəvi şahı II Abbasın (1642–1666) çərkəz kökənli həyat yoldaşı. II Şah Abbasın varisi və ondan sonrakı Səfəvi şahı Şah Süleyman Səfəvinin anasıdır. İlk əvvəllər Səfəvi sarayında kəniz olmuş, sonradan kəbinli həyat yoldaşı və şahın əsas arvadı olmuşdur.Şah ailəsinin digər qadınları kimi, ölümündən sonra İraqdakı Şiə müqəddəs türbələrində dəfn edilmişdir. Bu yerlər 1639-cu il, Qəsri-Şirin sülh müqaviləsi imzalanan zamandan formal olaraq Osmanlı dövlətinə tabe idi. == İstinadlar == == Mənbə == Bierbrier, Morris. "The Descendants of Theodora Comnena of Trebizond". The Genealogist. 12 (1). 1998. Matthee, Rudi.
Nəsibə Abdullayeva
Nəsibə Abdullayeva (tam adı: Nəsibə Məlik qızı Yarməhəmmədova, özb. Nasiba Abdullaeva, fars. نصیبه عبدالله‌یوا‎, rus. Насиба Абдуллаева; 15 noyabr 1961, Səmərqənd) — Özbəkistan müğənnisi, Özbəkistanın (1993) və Azərbaycanın (2022) xalq artisti. == Həyatı == Nəsibə Abdullayeva 11 noyabr 1961-ci ildə Özbəkistan Sovet Sosialist Respublikası Səmərqənd vilayətinin inzibati mərkəzi olan Səmərqənd şəhərində, Boğişamol məhəlləsində anadan olmuşdur. Anası Xalçuçuk Xalimakulova əslən tacik, atası Məlik Yarməhəmmədov isə əslən iranlıdır. Nəsibə Abdullayeva atasını etnik fars hesab edir.[mənbə göstərin]Gəncədə doğulmuş, milliyyətcə azərbaycanlı olan, gitara ifaçısı Eldar Abdullayevlə 1980-ci ildə nikaha girmiş Nəsibə Yarməhəmmədovanın bu nikahından iki oğlu vardır: Ənvər Abdullayev (d. 1981) və Əkbər Abdullayev (d.
Nəsibə Eldarova
Nəsibə Novruz qızı Eldarova — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2014). == Həyatı == Nəsibə Eldarova 1959-cu ildə Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuş və 2 il Rza Təhmasibin kursunda (sonralar Nəsir Sadıqzadənin kursunda) təhsil almışdır. Bir müddət ali məktəbdən uzaqlaşsa da, sonradan universitetə bərpa olunmuşdur. İnstitutu bitirdikdən sonra kinostudiyada fəaliyyətə başlamışdır. 1989-cu ildə Gənclər Teatrının yaranmasından sonra aktrisa həmin teatra işə düzəlir və orada 20 il müddətində 100-dən çox tamaşada çalışır. 2009-cu ildə verilən qərara əsasən, Dövlət Gənclər Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirildikdən sonra aktrisa burada işə başlayır. Nəsibə Eldarova Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür. Aktyor Əməkdar Artist Ömür Nağıyevin həyat yoldaşı olmuşdur.
Nəsibə Hüseynova
Nəsibə Hüseynova Ağa İsmayıl qızı - Azərbaycan pediatrı, tibb elmləri doktoru (1969), professor (1970), Səhiyyə əlaçısı (1984), Əmək veteranı (1986), Əməkdar həkim (1990). == Həyatı == Nəsibə Hüseynova 25 yanvar 1926-cı ildə Bakı şəhərində Azərbaycan dili müəllimləri olan Ağa İsmayıl və Həvva Hüseynovların ailəsində anadan olmuşdur. O, 1943-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuş, 1948-ci ildə Moskva şəhərinin N. İ. Piroqov adına Tibb İnstitutunu bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Nəsibə Hüseynova 1948-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun Uşaq xəstəliklərinin propedevtikası kafedrasının kliniki ordinatoru vəzifəsini icra etmişdir. Daha sonra 1950-1951-ci illərdə Laçın şəhərindəki qadın və uşaq məsləhətxanasının müdiri vəzifəsində çalışmışdır. 1955-1959-cu illərdə Ana və Uşaqların Mühafizəsi Elmi-Tədqiqat İnstitutunda əvvəlcə baş elmi işçi, sonra şöbə müdiri olaraq fəaliyyət göstərmişdir.Nəsibə Hüseynova 1959-cu ildən ATU-nin Hospital pediatriya kafedrasının dosenti, 1970-ci ildən etibarən isə həmin kafedranın professorudur.1959-1961-ci illərdə SSRİ dövləti tərəfindən İraqa ezam olunmuş və orada müharibə şəraitində səhiyyə müşaviri işləmişdir. Bu şərəfli həkim işinə görə Nəsibə Hüseynova İraq hökuməti və Azərbaycan SSR-nin Səhiyyə Nazirliyi tərəfindən dəfələrlə Fəxri fərmanla təltif olunmuşdur.1970-1992-ci illərdə ATU-nin Müalicə-profilaktika fakültəsinin Uşaq xəstəlikləri kafedrasının müdiri olmuş, 1992-ci ildən hal-hazıradək həmin kafedranın professoru vəzifəsində çalışır.1971-1976-cı illərdə Bakı şəhərində baş pediator vəzifəsini icra etmişdir. 1970-1991-ci illərdə Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin baş pediatoru olmuşdur. Professor Nəsibə Hüseynova 1976-cı ildən hal-hazıra qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş uşaq qastroenteroloqudur.1982-ci ildə prof. N. Hüseynova 17 saylı uşaq şəhər poliklinikasının bazasında Respublika Uşaq Qastroenteroloji Mərkəzinin yaradıcısı olmuş və uzun illər bu mərkəzdə elmi rəhbər kimi işləyərək, Azərbaycanın bütün regionlarından mədə-bağırsaq problemli uşaqlara yardım etmişdir.
Nəsibə Həsənova
Nəsibə Həsənova (tam adı: Nəsibə Bəhruz qızı Həsənova; d. 15 dekabr 1994, Tümen, Rusiya) — Azərbaycan əsilli Rusiya futbolçusu. == Həyatı == === Erkən illəri === 13 yaşından futbol ilə məşğul olur. === Şəxsi həyatı === Barselona futbol klubunun azarkeşidir, ən sevdiyi futbolçu Tyerri Anridir.
Nəsibə Zeynalova
Nəsibə Cahangir qızı Zeynalova (20 aprel 1916, Bakı – 10 mart 2004, Bakı) — Azərbaycanın görkəmli teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1967), Azərbaycan SSR dövlət mükafatı laureatı (1974). == Həyatı == Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir, Bakıda anadan olub və tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu inamla həqiqətə çevirib.
Nəzihə Muhiddin
Nəzihə Muhiddin (türk. Nezihe Muhiddin Tepedelengil; d. 1889, İstanbul, Osmanlı İmperiyası – 10 fevral 1958, İstanbul, Türkiyə) — osmanlı-türk aktivist, jurnalist, yazar, qadın hüquqları müdafiəçisi. == Həyatı == Nəzihə Muhiddin 1889-cu ildə İstanbulda, Üsküdar ilçəsinin Kandilli səmtində Zəhra xanım ilə prokuror və cəza hakimi Muhiddin bəyin ailəsində dünyaya gəlmişdir. Evdə xüsusi təhsil alaraq, fars, ərəb, alman və fransız dillərini öyrənmişdir. İlk gənclik illərindən etibarən siyasi və ictimai məsələlərə, qadın hüquqlarına həssas biri kimi formalaşmışdır. Dayısının qızı Naqiyə xanım ilə anasının ədəbiyyat və ictimai problemlərlə bağlı apardıqları müzakirələr, Naqiyə xanımın evdə təşkil etdiyi toplantılar onun sonrakı baxışlarının formalaşmasında baza rolunu oynamışdır. 1909-cu ildə Maarif Nəzarətinin imtahanından keçərək Qız İdadi Məktəbində fənn dərsi müəllimi kimi işə başlamışdır. Sonradan İttihad və Tərəqqi Qız Sənaye Məktəbinə müdir olmuş; gimnastika, dil, piano, dərzilik dərslərindən müəllimlik etmişdir. Daha sonra Səlcuq Hatun Sultanisi, Qız Həyat Məktəbi və İzmir Hilal Sultanisidə müdir olmuşdur.
Nəzihə Zeynalova
Nəsibə Mahmudbəyova-Vəlizadə
Nəsibə Mahmudbəyova-Vəlizadə — pedaqoq, Azərbaycan SSR "Xalq maarif əlaçısı" (1971). == Həyatı və fəaliyyəti == Nəsibə xanım Seyfulla bəy qızı Mahmudbəyova-Vəlizadə 28 mart 1916-cı ildə Şamaxıda anadan olmuşdur. Onun ata babası Hacı İbrahimxəlil bəy Şamaxının ziyalı, mötəbər şəxslərindən idi. O, müəllim, Aleksandr Müəllimlər İnstitutunun məzunu Həbib bəy Mahmudbəyovun, mühəndis, Azərbaycan Milli Şurasının üzvü Ələsgər bəy Mahmudbəyovun qardaşı qızıdır.Nəsibə xanımın atası Seyfulla bəy Şamaxının hörmətli insanlarından idi. Seyfulla bəyin dörd oğlu, üç qızı olmuşdur. Nəsibə xanım Seyfulla bəyin böyük qız övladı idi. 1918-ci ildə Şamaxıda baş vermiş zəlzələdən sonra Nəsibə xanımın ailəsi Bakıya köçməyə məcbur olmuşdur. Üç yaşında ikən atasını itirən Nəsibə xanım anası Töfənisə xanımın, böyük qardaşı Bəhram bəy Mahmudbəyovun himayəsində böyümüşdür.Nəsibə xanım Bakıda 7 illik məktəbi qurtardıqdan sonra 1926–1930 illərdə Bakı Pedaqoji Texnikumunu ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil almışdır. O, M. F. Axundov adına Azərbaycan Dövlət Müəllimlər İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Fizika-riyaziyyat fakültəsində oxumuş, 1937-ci ildə müəllimə ixtisası üzrə ali təhsil almışdır.Nəsibə xanım 1938-ci ildə uzun illər texniki peşə təhsilli sistemində müxtəlif rəhbər vəzifələrdə çalışmış Azərbaycanın tanınmış ziyalısı, respublikanın əməkdar müəllimi Vəli Vəlizadə ailə həyatı qurmuşdur. Nəsibə xanım 1939–1943 illərdə Bakı şəhəri, Çaparidze rayonu 3 və 2 saylı pedaqoji məktəbdə, 1948–1981 illərdə 7 saylı orta məktəbdə müəllimə işləmişdir.
Bizim Nəsibə xanım... (film, 1991)
Bizim Nəsibə xanım... qısametrajlı sənədli filmi rejissor Tofiq Mütəllimov tərəfindən 1991-ci ildə çəkilmişdir. "Debüt" yaradıcılıq birliyində istehsal edilmişdir. Kinolent görkəmli teatr və kino aktrisası Nəsibə Zeynalovaya, onun mənalı həyatına və fəaliyyətinə həsr olunmuşdur. == Məzmun == Kinolent görkəmli teatr və kino aktrisası Nəsibə Zeynalovaya, onun mənalı həyatına və fəaliyyətinə həsr olunmuşdur. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Məşidət Qairbəyova
Məşidət Hacıyevna Qairbəyova (29 dekabr 1927, Axvax rayonu, Dağıstan MSSR – 22 noyabr 2015) — Sovet və Rus Avar şairəsi, Dağıstan xalq şairəsi (1969), nasir, dramaturq və ictimai xadim. Məşidət Qairbəyova, Dağıstan və rus ədəbiyyatının inkişafına önəmli töhfələr verib. == Həyatı == Məşidət Qairbəyova, erkən yaşlarından şeir yazmağa başlamışdı. Məşidə artıq məktəb illərində əsl şair hesab olunurdu. Məşidət avar və rus dillərində yazırdı. Məşidət xanım Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Onun əsərləri 1948-ci ildən nəşr olunur. Onun “Dağ qadınının sözü” (1952, rus dilinə tərcümə, 1955) və “Zirvəyə gedən yol” (1958, rus dilinə tərcümə, 1960) şeirləri toplularında Dağıstanın həyatındakı sosialist dəyişiklikləri ətraflı şəkildə təsvir edilmişdir. Odlu sətirlərini Məşidət xanım dünyanı qorumaq mövzusuna həsr etmişdir. Məşidət xanım “Uzaq bacı” (1954), “Yarımçıq məktub” (1955), “Gəlinin ağ yaylığı” (1965), “Cinayətə görə cəza” (1967), “Qırmızı partizan qızı” (1968) şeirlərinin müəllifi.
IAI Nesher
IAI Nesher (İv: נשר, "Quzğun") IAI tərəfindən buraxılmış Dassault Mirage V-in İsrail istehsalı bir modeli döyüş təyyarəsidir. Təyyarələrin əksəriyyəti sonradan Argentina Hava Qüvvələrinə "Daggers" adı ilə satıldı və "Fingers" adı altında modernləşdirildi.
Keshet 12
«Keshet 12» (ivr. ‏‎קשת 12‎‏‎) — İsrail özəl telekanalı. Telekanal «Keshet Media Group» şirkətinin bir mülküdür. «Channel 2» kanalının əvəzinə yaradılan telekanal yayıma 1 noyabr 2017-ci ildə başlamışdır. == Tarixi == İsrailin «Channel 2» kanalı «İkinci Televiziya və Radio Şirkəti» tərəfindən idarə olunurdu. Lakin kanal «Keshet Media Group» və «Reshet» şirkətləri tərəfindən maliyyələşdirilmişdir. İsrailin yayım sistemində həm özəl, həm də dövlət kanallarının müxtəlifliyini və rəqabətini artırmaq məqsədilə keçirilən islahatlar nəticəsində «Channel 2» bağlanmışdır. «Keshet 12» və «Reshet 13» telekanalı ilə birlikdə 1 noyabr 2017-ci ildə yayıma başlamışdır. «İsrail Televiziya Xəbərlər Kompaniyası» hər iki kanalda xəbər proqramlarını təqdim etməyə davam edir. Əsas xəbər bülleteni hər iki kanal tərəfindən ortaq şəkildə yayımlanır, digər proqramlar isə iki kanal arasında bölünmüşdür.
Neşet Ertaş
Nəşət Ərtaş (1938, Çicəkdağı[d], Kırşəhər ili – 25 sentyabr 2012) — Türk ozan. Abdal musiqiçi olaraq da tərif edilir. Bozkırın Tezenesi olaraq da bilinir. Kırşehir Abdallarındandır. == Həyatı == Nəşət Ərtaş 1938-ci ildə Çiçəkdağında doğulub. 25 sentyabr 2012-ci ildə İzmirdə vəfat edib.
Nəşət Ərtaş
Nəşət Ərtaş (1938, Çicəkdağı[d], Kırşəhər ili – 25 sentyabr 2012) — Türk ozan. Abdal musiqiçi olaraq da tərif edilir. Bozkırın Tezenesi olaraq da bilinir. Kırşehir Abdallarındandır. == Həyatı == Nəşət Ərtaş 1938-ci ildə Çiçəkdağında doğulub. 25 sentyabr 2012-ci ildə İzmirdə vəfat edib.