FİRQƏT ƏRƏB

Ayrılıq, fəraq.

Düşübən çəkdiyin bu nə firqətdir?

Oğlan, bir səbir eylə, sirrin duyarlar.

Sinəmdə qövr edən dərddi, möhnətdi,

Oğlan, bir səbir eylə, sirrim duyarlar.

                                      (“ Fərhad və Şirin”)

                                *

Eşqin firqətindən mən də yanıram,

Baş alıb yanına çölə gəlmişəm.

Sənsiz xar görünür gözümə bağlar,

Elə bil bülbüləm, gülə gəlmişəm.

                                (“Fərhad və Şirin”)

                                *

Firqətindən bağrım yara,

Sənsiz günüm keçir qara.

Bəlkə ki, ölüm ayıra,

Oğlan, inan, mən səninəm!

                      (“Fərhad və Şirin”)

FİRQƏT
FİRUZƏ FARS