FOLKLORŞÜNAS
FOLQA
OBASTAN VİKİ
Folklorşünaslıq
Folklorşünaslıq — folkloru (xalq yaradıcılığını) öyrənən elm. Xalq yaradıcılığı nümunələrinin toplanması, nəşri və tədqiqi ilə məşğul olur. Avropada xalq yaradıcılığına elmi maraq XVIII əsrdən başlamışdır, Azərbaycanda folklorşünaslıq XX əsrin I yarısında inkişaf etmişdir. Folklorşünaslıq bəzən etnoqrafiyanın, ədəbiyyatşünaslığın, musiqişünaslığın bir sahəsi hesab edilsə də, müasir dövrdə müstəqil elm sahəsi kimi formalaşmış, onun tədqiqat metodları işlənib hazırlanmışdır. Folklorşünaslıqda xalq yaradıcılığının (şifahi ədəbiyyat, musiqi, rəqs folkloru və s.) spesifikası, ayrı-ayrı tarixi inkişaf mərhələləri, milli özünəməxsusluğu, folklorun peşəkar ədəbiyyat, musiqi, rəqs və s. incəsənət sahələri, başqa xalqların folkloru ilə qarşılıqlı əlaqələri və s. problemlər araşdırılır. Şifahi ənənəli musiqi yaradıcılığı nümunələri - xalq mahnıları, rəqsləri və s. toplanıb nəşr olunmuş və tədqiqata cəlb edilmişdir. == Xarici keçidlər == Paşa Əfəndiyev.

Digər lüğətlərdə

заследи́ть огра́нивать пла́вни пядь ра́нтовый соболя́тник согди́йка эпиля́тор безграни́чный идеологизи́ровать каменноуго́льный период ливре́я подва́ривать раскочега́ривать та́к как тевто́нец чесночина э́хо arachnology exo- Middle America orientate outcrossing yellow metal умнеть