Fundamental
Funksional əvəzetmə
OBASTAN VİKİ
Funksional
Əgər müəyyən S {\displaystyle S} funksiyalar çoxluğundan götürülmüş hər bir φ {\displaystyle \varphi } funksiyasına müəyyən bir F ( φ ) {\displaystyle F(\varphi )} ədədi qarşı qoyulursa, onda S {\displaystyle S} çoxluğunda F {\displaystyle F} funksionalı təyin edilmişdir. Başqa sözlə funksional qiymətləri ədədlərdən ibarət olan və funksiyalar çoxluğunda təyin olunmuş funksiyadır. Məsələn, [ 0 ; 1 ] {\displaystyle [0;1]} parçasında təyin olunmuş kəsilməz funksiyalar sinfində F ( φ ) = φ 2 ( 0 ) {\displaystyle F(\varphi )=\varphi ^{2}(0)} qaydası ilə təyin edilmiş funksiya funksionaldır. Xətti funksional adlanan, yəni F ( a 1 φ 1 + a 2 φ 2 ) = a 1 F ( φ 1 ) + a 2 F ( φ 2 ) {\displaystyle F(a_{1}\varphi _{1}+a_{2}\varphi _{2})=a_{1}F(\varphi _{1})+a_{2}F(\varphi _{2})} şərtini ödəyən funksional riyaziyyatda xüsusi əhəmiyyətə malikdir (burada a 1 , a 2 {\displaystyle a_{1},a_{2}} ədədlər, φ 1 , φ 2 ∈ S {\displaystyle \varphi _{1},\varphi _{2}\in S} ). Xətti funksionalın təyin oblastı hökmən xətti fəza olmalıdır.
Funksional klavişlər
Funksional klavişlər (ing. function keys) — F1, F2, F3 və s. kimi nişanlanmış və klaviaturanın sol və ya yuxarı qırağı boyunca yerləşdirilmiş on və ya daha artıq sayda klaviş dəsti; bu klavişlər ayrı-ayrı proqramlarda xüsusi əməliyyatların yerinə yetirilməsi üçün istifadə olunur. Funksional klaviş, mahiyyətcə, "qiyməti proqram" və ya bəzi hallarda istifadəçi tərəfindən müəyyənləşdirilən “proqramlaşdırılan” klavişdir. Yəni, proqramçı tərəfindən klavişə (düyməyə) xüsusi proqram tətbiq edilir. Funksional klaviş tətbiqi proqram və ya əməliyyat sistemi tərəfindən tez-tez rast gəlinən komandalar ardıcıllığını tez çağırmaq, ya da başqa bir yolla erişilməyən funksiyaya müraciət etmək üçün istifadə olunur. Belə ki, funksional klaviş (tək və ya digər klavişlərlə, məsələn, Control və ya Alt ilə kombinasiyada) verilmiş proqramın ekran arayışını çağıra bilər, kursorun yerini dəyişə bilər, xüsusi rejimi aktivləşdirə bilər və s. F1 – Kömək pəncərəsinin açılması F2 – Qovluğun və ya faylın adının dəyişdirilməsi F3 – Cari qovluğda və ya Windows ƏS-də axtarış panelin açılması F4 – Aktiv pəncərənin bağlanması F5 – Qovluğun və ya faylın məzmunun yenilənməsi F6 – Kursorun brauzerin adres sətirinə yerləşdirilməsi F7 – Mətnin yoxlanışı F8 – Windows ƏS yoxlanılan zaman yükləmə rejiminə icazə F9 – Word sənədinin yenilənməsi F10 – Pəncərənin menyusunun çağırışı F11 – Tam ekranlı rejimə keçid F12 isə Word proqramında yaddaşa vermək komandası üçündür.
Funksional tənlik
Funksional tənlik — məchulu funksiya olan tənlik. Axtarılan funksiya müəyyən əməliyyatlarla (mürəkkəb funksiyanın əmələ gəlməsi əməliyyatları ilə) verilən məlum funksiyalarla bağlı olur. Adətən, axtarılan funksiyanın aid olduğu funksiyalar sinfi göstərilir. Məsələn, f ( x + y ) = f ( x ) + f ( y ) {\displaystyle f(x+y)=f(x)+f(y)} . Burada f {\displaystyle f} axtarılan funksiyadır. Bu funksional tənliyin həlli f ( x ) = α x {\displaystyle f(x)=\alpha x} funksiyasıdır(əgər tənliyin həlli kəsilməz funksiyalar sinfinə aiddirsə). f ( x y ) = f ( x ) + f ( y ) {\displaystyle f(xy)=f(x)+f(y)} və f ( x + y ) = f ( x ) ⋅ f ( y ) {\displaystyle f(x+y)=f(x)\centerdot f(y)} tənliklərinin kəsilməz həlləri, uyğun olaraq, y = l n x {\displaystyle y=lnx} və y = e x {\displaystyle y=e^{x}} funksiyalarıdır. Tək və cüt funksiyaların, dövri funksiyaların tərifləri funksional tənliklər vasitəsilə verilir.
Funksional əlaqələr
Hidrometeoroloji hadisə və proseslər çoxsaylı amillərin təsiri altında formalaşır. Bu hadisə və prosesləri öyrəndikdə, onlarla müxtəlif amillər arasındakı əlaqələr təhlil olunur. Ararılan tədqiqatlar iki tip məsləni həll etməyi imkan verir: Funksional əlaqələr Staxastik əlaqələr Birinci tip məsələ, hidrometeoroloji hadisə və ona təsir edən amillərin ərazi üzrə və zamana görə dəyişmə səbəblərinin müəyyən edilməsi ilə əlaqədardır İkinci tip məsələ isə, baxılan və ya prosesin inkişaf tendensiyası və ya onların konkret kəmiyyət göstəricisinin təyini ilə bağlıdır. Y və X təsadüfi kəmiyyətlər arasındakı əlaqələr və onların sıxlığından asılı olaraq iki qrupa bölünür: funksional və Staxastik əlaqələr. Funksional asılıqlarda perdiktorun, x, hər bir qiymətinə, predikdiktantın, y, yalnız bir qiyməti uyğun olur, yəni bütün müşahidə nöqtələri əlaqə xətti üzərində yerləşir.
Funksional maliyyə
Funksional maliyyə — səmərəli tələb və çartalizm prinsiplərinə əsaslanan Abba Lerner tərəfindən irəli sürülmüş iqtisadi nəzəriyyə. Bu nəzəriyyə hökumətin biznes dövriyyəsini ram etmək, tam məşğulluğa nail olmaq, artımı və aşağı inflyasiyanı təmin etmək kimi açıq məqsədlərə nail olmaq üçün özünü maliyyələşdirməli olduğunu bildirir. Funksional maliyyənin əsas ideyaları aşağıdakı kimi ümumiləşdirilə bilər: Hökumətlər milli və qlobal iqtisadiyyata müdaxilə etməlidir; bu iqtisadiyyatlar özünü tənzimləyən deyil. Dövlətin əsas iqtisadi məqsədi firavan iqtisadiyyatı təmin etmək olmalıdır. Pul dövlətin yaradılmasıdır; onları idarə etmək lazımdır. Fiskal siyasət iqtisadiyyatın inkişafına yönəlməli, büdcə də buna uyğun idarə olunmalıdır, yəni "gəlir və xərclər balansı" vacib deyil; Rifah vacibdir. Dövlət xərclərinin məbləği və sürəti istənilən fəaliyyət səviyyəsinə uyğunlaşdırılmalı, vergilər gəlirləri artırmaqdansa, iqtisadi təsir üçün tutulmalıdır. "Ağlabatan maliyyələşdirmə" prinsipləri fiziki şəxslərə şamil edilir. Onlar fərdlər, ev təsərrüfatları, bizneslər və qeyri-suveren hökumətlər (ABŞ şəhərləri və ştatları kimi) üçün məna kəsb edir, lakin pul buraxmağa qadir olan suveren hökumətlərə şamil edilmir. Lerner, hökumətin fiskal siyasətinin üç qayda ilə idarə edilməli olduğunu irəli sürdü: Hökumət hər zaman tələbin ağlabatan səviyyəsini saxlamalıdır.
Funksionalizm (etnologiya)
Funksionalizm — etnologiya sahəsində XX əsrin əvvəllərində meydana gəlmiş sosioloji məktəb. Etnologiyada funksionalizm sosioloji məktəbin prinsiplərinin sonrakı inkişafının məntiqi nəticəsi idi. Əgər diffuzionizmin vətəni Almaniya, sosiologiyanın vətəni Fransa idisə, funksionalizm istiqaməti İngiltərədə yaranmışdı və nə qədər geniş yayılsa da, ingilis nəzəriyyəsi olaraq qalırdı. Funksionalizm məktəbin tədqiqat obyektinə istənilən ictimai institutun malik olduğu və birbaşa onun saxlanılmasına xidmət edən funksiyaların öyrənilməsi daxildir. Bu məktəb XX əsrin 20-ci illərində İngiltərədə etnologiyada əsas yer tuturdu. İlk funksionalizm nəzəriyyəsini alman etnoloqu R. Turnvald 1911-ci ildə irəli sürmüşdür. Lakin funksionalizmin mövqeyi Böyük Britaniyada daha güclü oldu. Burada Malinovskinin rəhbərliyi altında XX əsrin 20-ci illərindən etibarən tezislər irəli sürülməyə başlandı. Malinovskinin ilk tezisi belə idi: mədəniyyəti onun cizgilərinə görə deyil, institutlarına görə təhlil etmək lazımdır. O bildirirdi ki, parlament idarəçiliyi mədəniyyətin mühüm elementi hesab edilir və çinlilərdə istifadə edilən çubuqlar isə yalnız qida prosesində kiçik bir elementdir.
Funksionalizm (memarlıq)
Funksionalizm — XX əsr memarlıq cərəyanıdır. Almaniyada ("Bauhauz" məktəbi) və Niderlandda yaranmışdır. Funksionalizm 1910-1920-ci illərin konstruktivizmi və avanqard bədii hərəkatı əsasında formalaşdı və 1930-cu illərdə müstəqil bir memarlıq üslubu kimi formalaşdı. Məsələn, Rusiya inqilabının, utopik anlayışları və idealist fikirləri funksionalizmin hüdudlarında əks etdirən konstruktivizmdən fərqli olaraq, memarlar formulaya uyğun olaraq konkret utilitar-konstruktiv vəzifələri həll etdilər: funksiya - tikinti - forma - keyfiyyət. Qərbi Avropa funksionallığı ideyaları yeni materialların və tikinti texnologiyalarının istehsalında elmi və texnoloji tərəqqinin ehtiyaclarından əmələ gəlmişdir. Funksionalizm prinsipləri bina və tikililərin sənaye və məişət proseslərinə və onlarda olan funksiyaların (utilitar, kommunikativ, sosial-mədəni) ciddi şəkildə uyğunlaşdırılmasını nəzərdə tutur. Funksionalizmin mənşəyi ənənəvi ingilis evinin "rasional memarlıq" ənənələrinə, V. Morrisin və "İncəsənət və sənətkarlıq" emalatxanalarına, J. Hoffman, L. Bauer və K. Moserin Vyana emalatxanalarına, G. Muteisusun nəzəri görüşlərinə və alman Verkbundun fəaliyyətinə əsaslanır. Funksionalizm prinsipləri ən çox Almaniyada bauhauz məktəblərində və Niderlandda de steil dərnəyində inkişaf etmişdir. Xüsusi əhəmiyyət daşıyan Gottfried Semper və onun "Praktik Estetika", P. Behrens və O. Vaqerin əsərləri olmuşdur. Fəaliyyətlilik, məqsədləri, ərazi şəraiti və ətraf mühit tələblərindən asılı olaraq ev tikməyə imkan verdi.
Funksionalizm (sosiologiya)
Funksionalizm — sosioloji məktəb, cərəyan. Etnologiyada funksionalizm sosioloji məktəbin prinsiplərinin sonrakı inkişafının məntiqi nəticəsi idi. Əgər diffuzionizmin vətəni Almaniya, sosiologiyanın vətəni Fransa idisə, funksionalizm istiqaməti İngiltərədə yaranmışdı və nə qədər geniş yayılsa da, ingilis nəzəriyyəsi olaraq qalırdı. Bunun da özünün siyasi səbəbləri vardı. Funksionalizm məktəbin tədqiqat obyektinə istənilən ictimai institutun malik olduğu və birbaşa onun saxlanılmasına xidmət edən funksiyaların öyrənilməsi daxildir. Bu məktəb XX əsrin 20-ci illərində İngiltərədə etnologiyada əsas yer tuturdu. İlk funksionalizm nəzəriyyəsini alman etnoloqu R. Turnvald 1911-ci ildə irəli sürmüşdür. Amma funksionalizmin mövqeyi Böyük Britaniyada daha güclü oldu. Burada Malinovskinin rəhbərliyi altında XX əsrin 20-ci illərindən etibarən tezislər irəli sürülməyə başlandı. Malinovskinin ilk tezisi belə idi: mədəniyyəti onun cizgilərinə görə deyil, institutlarına görə təhlil etmək lazımdır.
Struktur funksionalizm
Struktur funksionalizm — sosiologiyada metodoloji yanaşma. Bu yanaşmaya görə cəmiyyət sosial sistem kimi strukturlardan ibarətdir və bu strukturların öz funksiyaları var. Struktur funksionalizmin banisi Tolkot Parsons sayılsa da, əsasını Herbert Spenserin əsərlərindən götürür.

Digər lüğətlərdə