Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sıla
Sıla (17 iyun 1980) — Türk pop müğənnisi, musiqiçi və prodüser. == Həyatı == 17 iyun 1980-ci ildə Türkiyənin Dənizli ilində anadan olub. İbtidai məktəbi Dənizlidə oxuyub. Daha sonra orta təhsilini İzmirdə davam etdirib. İlk musiqi fəaliyyətinə "İzmir Özel Tevfik Fikret Lisesi"də başlayıb və Türk Xalq Musiqisi ilə Türk Sənət Musiqisi xorunda xorçu və solist olaraq fəaliyyət göstərib. 1998-ci ildə ali təhsil almaq üçün İstanbula gəlib. Bir il İstanbul Universitetinin Ədəbiyyat Fakültəsi Fransız Dili və Ədəbiyyatı Bölməsində oxuduqdan sonra İstanbul Bilgi Üniversitetinin Caz Vokal Bölməsinə keçib. Bu dövrdə Afyon Caz Festivalinda Neşet Ruacan, Nedim Ruacan və Nezih Yeşilnildən ibarət caz orkestrində solist olaraq fəaliyyət göstərib. Kenan Doğulu ilə 2000-ci ildə tanış olduqdan sonra yeddi il ona vokalistlik edib. Ferhat Göçer (Yolun Açık Olsun/ Vur kadehi Ustam), Kenan Doğulu (Demedi Deme/Boğaziçi), Emel Müftüoğlu (Eğlenilecek Kızlar, Evlenilecek Kızlar/Ağla) kimi müğənnilərə musiqi bəstələmiş və yazmışdır.
Sıla Şahin
Sıla Şahin (türk. Sıla Şahin; 3 dekabr 1985, Berlin, AFR) — Türk əsilli alman aktrisası. Yaxşı Vaxtlar, Pis Vaxtlar sabun operasında çəkilərək populyarlıq qazandı. Playboy-da çəkilən birinci müsəlman olan Sıla Şahin (may, 2011) müsahibələrinin birində bildirmişdi ki, özünü Çe Gevara kimi hifz edir, lakin o birində etiraf edib ki, Janna d'Ark kimi olmaq istəmir. == Bioqrafiya == Sıla Şahin Berlində, 3 dekabr 1985-ci ildə anadan olub. O, Berlindəki Avropa Teatr İnstitutunda təhsil almışdır. Aktyorluq incəsənəti və balet dərslərinə getmişdir. Birinci aktyor işi "Verfolgt"-da idi, lakin populyarlığı məhz "Yaxşı Vaxtlar, Pis Vaxtlar-da" çəkilərək qazanıb.
Şila krallığı
Şila krallığı- (Koreya: 신라; Hanja: 新羅) Koreyanın cənubunda yerləşmişdir və e.ə. 57-ci ildən 935-ci ilə qədər mövcud olmuşdur. Şila Park ailəsindən Hyokqose tərəfindən qurulan Koreya sülaləsi olmuşdur. 586-ci il Qyoncu Gim (Kim) (김, 金) qəbiləsi, 232 il Miryan Bak (Park) (박, 朴) qəbiləsi və 172 il Volsyon Seok (석, 昔) qəbiləsi tərəfindən idarə olunmuşdur. == Tarixi == Şila krallığının tarixi 3 hissəyə bölünür : Erkən dövr(e.ə.57-b.e.654) Orta dövr(654-780) Son dövr(780-995) === Güclənməsi === Park tayfası Seok tayfası tərəfindən edilən qəsdə qədər üç nəsil Şilanı idarə etmişdir. Seok tayfasından olan ilk hökmdar Talhaenın vaxtında Kim tayfasından olan Kim Aljinin qızıl qutudan Hoqonq (Şilanın baş naziri) tərəfindən tapıldığı iddia edilir. Seok və Park tayfaları arasında müharibə baş verir və daha sonra Kim tayfası digər iki tayfanın əlindən hakimiyyəti alır. Şila krallığının son illərinə qədər Kim tayfası hakimiyyəti əlində saxlayır, digər iki tayfa isə dövlətinin idarə edilməsində iştirak edirlər. Şilanın sonuncu kralı Gyeongsun Kim tayfasının üzvü idi. === Koreyanın birləşməsi === Vll əsrdə Bekçe krallığı, Qaya və Goguryeo krallığını birləşdirmə düşüncəsiylə ön plana çıxmışdır.
Fila
Fila (q.yun. φυλή) — qədim Attikada icma. Daha sonra bu icmaların yaşadığı Attikanın ərazi vahidləri filalar adlanmağa başlandı. Ata-baba filaları adətən üç (dorilərdə dörd) fratriyaya bölünürdü. Fila kahin və hərbi bölmələrini (onlar da həmçinin fila adlanırdı) yaratdı. Bu hərbi bölmənin başında Filarx (φύλαρχος) dururdu. == Afina == Solon dövründə Afinada dörd fila var idi ki, onlardan 100 nəfər şəhər məclisinə nümayəndə kimi göndərilirdi. Miladdan əvvəl 508-507-ci illərdə Klisfen on yeni inzibati fila yaratdı və zadəgan nəsillərinin təsiri altında qalan köhnələrə yalnız dini funksiyaların yerinə yetirilməsini həvalə etdi. Yeni filalar tritiya (şəhər, sahil, dağlar) və demlərə bölünürdü. Hər yeni filanı şəhər məclisində (bule) 50 nəfər təmsil edirdi.
Msila
Msila (ərəb. المسيلة‎) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Atlas dağlarının ətəklərində, dəniz səviyyəsindən 467 metr yüksəklikdə yerləşir.Msila ölkənin paytaxtı Əlcəzairdən təxminən 175 kilometr cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 156,647 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı Bu-Sadə şəhərində yerləşir. == İqtisadiyyat == Msila əhəmiyyətli regional kənd təsərrüfatı, eləcə də ticarət mərkəzidir.
Psila
Psila (lat. Psila) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Sial
Sial təbəqəsi - Yer qabığı süxurlarının tərkibi başlıca olaraq silisium və alüminiumdan ibarət olan üst qatıdır.
Silab
Seylab və ya Silab: Seylab (Azərşəhr) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. Seylab (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Silah
Silah — insanların və ölkələrin bir başqa insana və ya ölkələyə qarşı müdafiə və müqavimət üçün istifadə etdiyi alətdir. Silahlardan həm də özünü müxtəlif yırtıcılardan və təhlükəli obyektlərdən qorumaq üçün istifadə edilir. == Silahın tarixi == İlk dəfə odlu silah XIV əsrdə Çində ixtira olundu. Daha sonra bu odlu silahlar Yaxın Şərqə, Avropaya və Afrikaya yayıldı. Hətta silahda istifadə olunan barıtı da çinlilər ixtira edib. Bu isə IX əsrdə ixtira olunub. == Silah növləri == Silahlar iki yerə bölünürlər: soyuq və odlu. === Soyuq silahlar === Soyuq silahlara bıçaq, şüşə parçası, kəsici alətlər, sağlamlığa zərər verə biləcək bütün bərk əşyalar və s. aiddirlər. Soyuq silahlar da iki yerə bölünürlər: cinayət məsuliyyəti daşıyan və daşımayan.
Sill
Vərəm infeksion xəstəlik olub, adətən, Mycobacterium tuberculosis bakteriyası tərəfindən törədilir. Xəstəlik əsasən ağciyərlərə təsir edir, ancaq vücudun başqa hissələrinə də təsir edə bilir. Yoluxmuş fərdlərin çoxu heç bir simptom göstərmir. Simptomsuz orqanizmlərin 10%-ində xəstəlik aktiv mərhələyə keçir və müalicə olunmazsa, yarısı ölür. == Ümumi == Vərəm hal-hazırda, dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və əsasən əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi vardır və bunların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3.5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan bu xəstəlikdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insan ölümlərinin 20 faizi vərəmdən baş verirdi. Hazırda Azərbaycanda rəsmi statistikaya görə, 8 minə yaxın vərəmli xəstə var.
Sima
Sima - yer qabığında sial təbəqəsindən altda yerləşən və tərkibi başlıca olaraq silisium və maqneziumdan ibarət olan təbəqədir. Hazırda sial və sima təbəqələri əvəzinə silikat təbəqəsi termini daha çox işlənməkdədir.
Sula
Sümsükquşu (lat. Sula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin sümsükquşular fəsiləsinə aid heyvan cinsi.
SİTA
İTAR-TASS — Rusiya İnformasiya Teleqraf Agentliyi. 1992-ci ildə SİTA-nın bazası əsasında yaradılmışdır.
Sıra
Sıra — bir neçə mənası vardır: Sıra — eyni situasiyada və statusda olan insanların, eyni tipli əşyaların bir sırada düzülüşü. Sıra — hansısa halın bir-birinin ardınca müəyyən qaydada düzülüşü. Sıra — ardıcıllıq. Sıra (riyaziyyat) — sonsuz sayda toplananların cəmi. Sıra (hərb) - hərbiçilərin çiyin-çiyinə bir xətt üzrə düzülüşü.
Şilan
Şilan (Talış) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Gərd-i Şilan (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd.
Şilə
Şilə (türk. Şile) — İstanbul ilinin ilçəsi. Mərmərə regionunun şimal-şərqində, Qara dəniz sahilində yerləşir. Şərqdə Kandıra, cənub-şərqdə Dərincə və Körfəz, cənubda Pendik və Qəbzə, cənub-qərbdə Çəkməköy, qərbdə isə Beykoz ilçələri ilə həmsərhəddir.
Şimla
Şimla (hind शिमला, ing. Shimla) — Hindistanın Himaçhal Pradeş vilayətinin paytaxtıdır. Şəhərin əhalisi 2011 il hesablanmasına əsasən 814,010 dur. Şəhər Birləşmiş Krallıq dövründə yay paytaxtıydı. == Tarix == == Din == == Şimlada təhsil almış tanınmışlar == Məhəmməd Ziyaülhaqq - Keçmiş Pakistan prezitendi. Hamid Kərzai - Əfqanıstan prezitendi.
Şiva
Şiva (sanskr. शिव) — hinduizmdə ən qədim tanrılardan biri. Hinduizm üç tanrı prinsipini gözləyir və bu tanrılar Brahma (yaradıcı), Vişnu (Qoruyucu) və Şivadır (dağıdıcı). Sanskrit dilində Şiva boz-qara, civə rəngli deməkdir. Şivanın simvolu linqamdır, Yeri Göylə birləşdirən parlaq sütundur, fallik kultun nişanəsidir. Şivaya həmçinin məhsuldarlıq tanrısı kimi tapınırlar. Şivanın ikinci obraz-təzahürünə Nataracə adı verilib (burada nata rəqs, aktyor, racə isə sultan mənalarında anlaşılır). Beləliklə, dini rəvayətlər Şivanı "rəqs sultanı" təqdim edir. Şivanın arvadı mərasim rəqslərinin himayədarı olan Şaktidir (Sati və Parvati kimi başqa-başqa təzahürləri var). Mifologiya fil başlı Qaneşanı Şiva və Parvatinin oğlu kimi təqdim edir.
Şisa
Şisa (シーサー) – Ryukyu mədəniyyətində şirə oxşar dekorativ heykəlciklər. Ənənəvi Okinava evlərinin damlarında və girişlərində qoyulur. Müasir Okinava mədəniyyətinin talismanı hesab olunduğu üçün turistlər kiçik versiyalarını suvenir kimi alırlar. == Tarixi == Şisanın mənşəyi qədim Çində hazırlanan şir heykəlləri ilə bağlıdır. Şirlər cəsarət və güc simvolu hesab olunduğu üçün hökmdarların gücünü simvolizə edirdi. Ryukyu adalarında şirlər yaşamasa da, Çinlə ticarət əlaqələri sayəsində əhali şir heykəlləri ilə tanış olmuş və şirləri şəri qovan mifik varlıqlar hesab etmişdir. Bu səbəbdən şisalar tam olaraq şirə oxşamırlar, hətta Yaponiyadakı şinto məbədlərində qoyulan şir-it heykəllərinə oxşayırlar.Okinavanın şimalında və Yaeyama adalarında "şisa" əvəzinə "şişi" sözündən istifadə olunur. Qədim yapon dilində "şişi" sözü şir demək idi. Lakin Çin dilində də "şitsi" sözü şiri bildirdiyi üçün bu sözün Çinin təsiri ilə yarandığı və daha sonra "şisa" sözünə təkamül etdiyi düşünülür. == Növləri == Dekorativ şir heykəllərindən istifadə ənənəsi Ryukyu sarayında başlamışdır.
Lila
Turanqa Lila (ing. Turanga Leela) — "Futurama" cizgi serialının personajlarından biri. Keti Saqal tərəfindən səsləndirilib. Lila Planet Ekspres Gəmisinin kapitanı və pilotudur. Serialın baş qəhrəmanı Fray ilə sonralar nişanlanır. Personaj fransız bəstəkar Olivye Messianın "Turangalîla-Symphonie" əsərinin adını daşıyır. O, həmişə bacarıqlı, məsuliyyəti öz üzərinə götürən və qrupun qalan hissəsini ardıcıl olaraq təhlükədən xilas edən yeganə personajlardan biridir. Ancaq o, özünə çox inanmır, çünki onun yalnız bir gözü var və buna görə uşaq ikən zorbalığa məruz qalıb. Əvvəlcə özünün yadplaneti olduğunu düşünür, lakin sonralar kanalizasiyada mutasiyaya uğramış insanlardan biri olduğunu öyrənir.
Sia
Sia Keyt İzobelle Fürler (/ˈsiːə/ SEE-ə 18 dekabr 1975, Adelaida, Avstraliya) - avstraliyalı müğənni və bəstəkar. O, karyerasına 1990-cı illərin ortalarında Adelaidada eysid caz qrupu Crisp-də müğənni kimi başlayıb. 1997-ci ildə, Crisp dağılanda Avstraliyada OnlySee adlı debüt studiya albomunu buraxdı. Daha sonra o Londona köçdü və ingilis ikilisi Zero 7 üçün vokal oxudu. Sia 2001-ci ildə "Healing Is Disfficult" adlı ikinci studiya albomunu, 2004-cü ildə isə üçüncü albomu Colour the Small One-ı yayınlandı. Sia 2005-ci ildə Nyu-Yorka köçdü və ABŞ-yə qastrol səfərinə çıxdı. 2008 və 2010-cu illərdə müvafiq olaraq onun dördüncü və beşinci studiya albomları Some People Have Real Problems və We Are Born buraxıldı. Hər biri Avstraliya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən qızıl sertifikata layiq görüldü və əvvəlki albomlarına nisbətən daha böyük diqqəti cəlb etdi. Getdikcə artan şöhrətindən narahat olan Sia, ifasına fasilə verdi və diqqətini digər sənətçilər üçün mahnı yazmağa yönəltdi və "Titanium" (Devid Quetta ilə), "Diamonds" (Rihanna ilə), "Wild Ones" (Flo Rida ilə) kimi uğurlu əməkdaşlıq nəticəsi əldə etdi.
Anderson Silva
Anderson da Silva - UFC-nin braziliyalı döyüşçüsü, peşəkar boksçu. 1975-ci ildə Braziliyanın San Paulo şəhərində anadan olmuşdur. Peşəkar boksda cəmi iki döyüş keçirən Silva bu döyüşlərin birində qalib gəlmiş, o birində isə rinqi məğlub tərk etmişdir. Buna baxmayaraq Silva MMA yarışlarında daha yüksək nəticə əldə edərək 129 döyüşdən cəmi 8-da məğlub olmuşdur. Dayane adlı xanımla ailəlidir və 5 uşaq atasıdır. Hal-hazırda Amerikanın Los Anceles şəhərində yaşayır.
Avtomat (silah)
Avtomat — müharibə üçün istifadə olunan avtomatik atəş silahı. Avtomatlar dörd rejimdə olur: bloklaşdırılmış (atəş açılmır), tək-tək atəş, yarı avtomatik atəş (üç-üç və ya iki-iki atəş açılır) və tam avtomatik (dayanmadan atəş açılır). Avtomatlar dünyada kütləvi şəkildə İkinci Dünya müharibəsindən sonra yayılmışdır. İlk avtomatlar Rusiya İmperiyasında Vladimir Qriqoryeviç Fyodorov tərəfindən düzəldilmişdir (Fyodorov avtomatı). Avtomatlar pulyemyot tapançaları əvəz etmişlər. == Müasir avtomat == 1943-cü ildə dizayn edilmiş StG 44 döyüş meydanında geniş istifadə edilən ilk müasir piyada tüfəngi kimi tarix səhnəsində öz yerini tutdu. Adi tüfəng patronu əvəzinə patronun qısaldılmış variantı olan 7,92x33 Kurz güllələrini atmağa qadir olan StG 44 sürətli və yüksək atıcı silah idi. Yüksək gücü ilə nisbətən geniş ərazidə təsirli ola bilən StG 44, illər sonra piyadaların tüfəngləri ilə yenidən müstəqil şəkildə hərəkət etməsinə şərait yaratdı. Bənzər bir silah olaraq təyin oluna bilən M1 Carabine adlı qısa lüləli tüfəng ABŞ tərəfindən istehsal edilsə də, bu silah StG 44-ün uğurunu tutmaqdan uzaq idi. Çünki onun istifadə etdiyi güllə tapança gülləsindən bir qədər güclü idi.StG-44-ün açdığı yolda piyada tüfənginin anlayışı tamamilə dəyişdi.
Batareya (silah)
Batareya — bir neçə topdan, haubitsadan, raket, zenit və artilleriya qoşun növünə aid başqa qurğulardan ibarət ordu bölüyü. Batareyalar artelleriya divizionu təşkil edir.
Bennettitlər (sıra)
Bennettitlər (lat. Bennettitales) — toxumlu qıjılar sinfinə aid bitki sırası.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.