Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Akustik dalğalar
Akustik dalğalar, səs dalğaları – fəzada yayılan elastiki maddi mühitin (qaz, maye və ya bərk) həyəcanlanmaları. Həyacanlanmalar mühitdə sıxlığın və təzyiqin tarazlıq qiymətlərindən lokal yayınmaları və mühit hissəciklərinin tarazlıq vəziyyətindən yerdəyişmələridir. Mühitin hal dəyişmələrinin maddənin bir hissəciyindən digərinə ötürülməsi səs sahəsini səciyyələndirir. Akustik dalğalarda enerjinin və hərəkət miqdarının ötürülməsi maddənin özü daşınmadan baş verir. Həcmi elastikliyə malik olan qaz və maye mühitlərdə hissəciklərin yerdəyişməsi yalnız dalğanın yayılma istiqamətilə üst-üstə düşən uzununa Akustik dalğalar ilə yayıla bilər. Bu halda səs təzyiqi skalyar kəmiyyət olur. Həcmi elastiklikdən başqa həm də yerdəyişmə elastikliyinə malik olan qeyri-məhdud bərk mühitlərdə uzununa Akustik dalğalarla yanaşı eninə Akustik dalğalar da yayıla bilər; onlarda hissəciklərin yerdəyişməsi və dalğaların yayılma istiqamətləri bir-birinə perpendikulyardır. Bərk mühitlərdə səs təzyiqinin analoqu mexaniki gərginlik tenzorudur. Bərk cismlərdə sərhəd mövcud olduğu zaman digər növ Akustik dalğalar da yaranır. Akustik dalğalar forması səs sahəsinin xarakteristikalarınn zamandan asılılığına uyğun olaraq dəyişir.
Akustik dalğaötürən
Akustik dalğaötürən — akustik dalğaların (səsin) müəyyən istiqamətdə yayılması üçün kanal; divar və s. ilə məhdudlaşdırılmış (hüdudlanmış) mühit sahəsindən ibarətdir. Səs dalğaları Akustik Dalğaötürəndə yayılan zaman məhdudlaşdırılmamış bircins mühitə nisbətən daha az zəifləyir (məsələn, hüdudlayıcının səthindən əksolunma hesabına). Süni akustik dalğaötürən səskeçirməyən divarlarla hüdudlanmış borular şəklindədir (məsələn, orqan boruları, ventilyasiya kanalları, tunellər və s.). Təbii akustik dalğaötürən, adətən, mühitin təbəqələrindən ibarət olur; məsələn, okean bir tərəfdən qruntla, o biri tərəfdən isə suyun səthi ilə hüdudlanmış su qatı şəklində səsin aşağı tezlikləri üçün dalğaötürəndir. Mühitin təbəqəli qeyri-bircinsliyi ilə də akustik dalğaötürən yarana bilər (məsələn, okeanda sualtı səs kanalı). Yalnız normal dalğalar akustik dalğaötürəndə öz strukturunu dəyişmədən yayılır. Bərk cism akustik dalğaötürəni, adətən, sərbəst sərhədlərlə hüdudlanır (mil, lövhə). Ultra — səs texnologiyasında rəqs enerjisini mənbədən müəyyən məsafəyə ötürmək və ya rəqs enerjisini hər hansı bir mühitə daxil etmək üçün işlədilən səsötürən tipli qurğular da bərk Akustik Dalğaötürən adlanır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Akustik elektronika
Akustik elektronika — bərk cismlərdə akustik dalğaların oyadılması və yayılması proseslərinin, onların elektromaqnit sahələri və yükdaşıyıcıları ilə qarşılıqlı təsiri effektlərinin, həmçinin bu effektlər əsasında işləyən cihaz və qurğuların yaradılmasının tətbiqi ilə məşğul olan elmi-texniki istiqamət. akustik elektronika qurğularında istifadə olunan effektlərdən asılı olaraq yüksəktezlikli (mikrodalğalı) akustika (bərk cismlərdə bir neçə MHs-dən onlarla GHs-ə qədər tezliyə malik olan akustik dalğaların oyadılması, yayılması və qəbulu effektləri), məxsusi (akustik dalğaların keçiricilik elektronları ilə qarşılıqlı təsiri) və akustik optika (işıq dalğalarının akustik dalğalarla qarşılıqlı təsiri) növlərinə ayrılır. Akustik elektronika 1960-cı illərdə pyezoyarımkeçiricilərdə dreyfləyici keçiricilik elektronları vasitəsilə akustik dalğaların gücləndirilməsi effektinin kəşfi ilə bağlı tədqiqatlar nəticəsində formalaşdı. Radiolokasiya və televiziya aparatları, avtomatik idarəetmə sistemləri, rabitə və hesablama texnikası qurğuları və s. üçün siqnallar emal edən sadə, yığcam və etibarlı işləyən analoq qurğularına tələbat artdıqca akustik elektronika daha sürətlə inkişaf etməyə başladı. Akustik-elektron qurğuların geniş tətbiqi, akustik dalğaların bərk cismlərdə yayılma sürətinin elektromaqnit dalğaları ilə müqayisədə az olması və onların bəzi kristallarda az udulması ilə əlaqədardır; nəticədə qurğuların kütləsi və ölçülərini 10 min dəfələrlə azaltmaq və yüksək keyfiyyət əmsalına malik olan akustik rəqs sistemlərini yaratmaq mümkün olur. Akustik elektronika qurğularının köməyilə elektromaqnit siqnalının zamana görə çevrilməsi (siqnalların ləngidilməsi, onların davametmə müddətlərinin dəyişdirilməsi), tezliyə, fazaya və amplitudaya görə dəyişdirilməsi (məsələn, fazanın sürüşdürülməsi, gücləndirmə, modulyasiya), həmçinin daha mürəkkəb funksional çevirmələrin (inteqrallama, kodlama, dekodlama, siqnalların korrelyasiyası və s.) yerinə yetirilməsi mümkündür. Siqnalların analoq emalının akustik-elektron metodları daha sadədir (məsələn, rəqəm üsulu ilə müqayisədə), bəzən isə yeganə mümkün ola bilən üsuldur. Akustik-elektron qurğuların əsas elementləri – elektrik-akustik çeviricilər və səsötürücüsüdür; bunlardan əlavə əksetdiricilər, çoxzolaqlı elektrod strukturları, enerji konsentratorları, fokuslayıcı qurğular və s. də tətbiq edilir.
Akustik impuls
Akustik impuls 1) Qısamüddətli kəskin təzyiq dəyişməsinə malik qaçan səs dalğası, məsələn, partlayış, qığılcım boşalması, cismlərin toqquşması nəticəsində yaranan səs dalğaları. Belə impulsların tərkibində həm yüksək, həm də aşağı təzyiqli sahələr mövcuddur. Onların spektri səltdir. Spektrin maksimum periodu akustik impulsun davametmə müddətinə yaxın olan rəqslər oblastında yerləşir; 2) Tərkibində rəqs dövrlərinin sayı ondan bir neçə yüzə qədər olan (dolmuş akustik impuls adlanan radio impulsun analoqu) kvaziharmonik rəqslərdən ibarət dəstə şəklində səs dalğaları. Əksər hallarda bir-birinin ardınca müəyyən tezliklə təkrar olunan ardıcıllıq müddəti bir akustik impuls müddətindən çox böyük olan identik dolmuş akustik impuls istifadə olunur. Akustik impuls məhdud həcmlərdə akustik tədqiqatlar apararkən göndərilən və qayıdan siqnalları bir-birindən zaman kəsiyində fərqləndirmək, hidroakustika tədqiqatlarında dəniz mühitinin xassələrini tədqiq etmək və dərinliyi ölçmək üçün, hidroloka siyada, US defektoskopiyasında və s. sahələrdə istifadə olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Akustik interferometr
Akustik interferometr — düzgün səs dalğaları uzunluğunun ( λ {\displaystyle \lambda } ) ölçülməsinə əsasən maye və qazlarda səsin sürətini təyin etmək üçün qurğu. Akustik interferometr prinsipcə səs mənbəyindən (reproduktor, telefon, pyezoelement və s.) və səs dalğalarının qarşısında, mənbədən l {\displaystyle l} məsafədə qoyulan reflektordan ibarətdir. Mühitdə səs mənbəyi ilə reflektor arasında durğun dalğalar yaradılır. Onların dalğa uzunluğunu (λ) müxtəlif üsullarla ölçərək, c = λ f {\displaystyle c=\lambda f} düsturundan səsin sürətini təyin edirlər ( f {\displaystyle f} – mənbəyin buraxdılığı səs rəqslərinin təzyiqidir). Akustik interferometrdən, əsasən, ultrasəs tezliklərində istifadə olunur. Belə akustik interferometrdə səs mənbəyi pyezoelektrik şüalandırıcılarıdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Inoue N, Hirai M, Hasegawa T, Matsuzawa K. "A new ultrasonic interferometer for velocity measurement in liquids using optical diffraction". J. Phys. D: Appl. Phys.
Akustik karotaj
Akustik karotaj — duyulan səs və ultrasəs diapazonunda tədqiqi üsulu. Neft-qaz quyuları kəsilişlərində müxtəlif litoloji tərkibli layların ayrılması, perspektivli kollektor layların seçilməsi və onların məsaməliyinin müəyyən edilməsi, boruarxası boşluğun sementlənmə keyfiyyətinə nəzarət məqsədilə aparılır. Akustik karotaj dərin quyularda səs (5-20 kHs) və ultrasəs (25-30 kHs) tezlikli akustik şüalandırıcı cihazlar vasitəsilə süni yaradılmış və mühitdə yayılmış elastiki dalğaların kinematik və dinamik xarakteristikalarının öyrənilməsinə əsaslanır.
Akustik materiallar
Akustik materiallar — səsi udan və səsi izolyasiya edən materiallar. == Səsi udan materiallar == Səsi udan materiallar (SUM), əsasən, səsin zəiflədilməsinə ehtiyac olan istehsalat binaları və texniki qurğuların səsudan üzlüklərində, həmçinin optimal eşitmə şəraiti yaratmaq, yaxud akustik xassələri yaxşılaşdırmaq üçün istifadə olunur. Səsudma xassəsi materialın strukturundan asılıdır. Belə materiallarda, adətən, bir-biri ilə əlaqəli açıq məsamələr (maksimum diametri 2 millimetrədək) olmalı, həcmi məsaməliik 75%-dən az olmamalıdır. Açıq məsamələrin səthləri hesabına materialın xüsusi səthi böyük alındığı üçün səs rəqslərinin enerjisi sürtünmə itkisi böyük olduğundan aktiv sürətdə istilik enerjisinə çevrilir. SUM lifli, dənəvər və ya özəkli quruluşda və müxtəlif bərklikdə (yumşaq, yarımsərt, bərk) olur. Yumşaq SUM mineral mahlıc, yaxud şüşə liflər əsasında (sintetik bitişdiricilərlə və ya onlarsız) hazırlanır. Bunlara həcmi kütləsi 70 kq/m3-ə qədər olan rulonlar aiddir; yarımsərt SUM-a ölçüləri 500 x 500 x 20 (millimetr) və həcmi kütləsi 80–130 kq/m2 olan mineral mahlıc və ya şüşəlifli tavalar, həmçinin həcmi kütləsi 180–300 kq/m3 ağaclifli tavalar aiddir. Tavaların səthinə məsaməli rəng və ya örtük çəkilir. Özəkli quruluşa malik məsaməli plastik maddələrdən (penopoliuretan, polistirollu penoplast və s.) hazırlanmış tavalar da bu qrupa aiddir.
Akustik nəzarət
Akustik nəzarət və ya akustik defektoskopiya — nəzarət olunan obyektdə yaradılan və ya meydana çıxan rəqslərin (dalğaların) tətbiqinə əsaslanan nəzarət üsulu. Bu üsulda geniş tezlik diapazonundakı rəqslərdən, əsasən, ultrasəs dalğalarından istifadə olunduğuna görə çox vaxt akustik nəzarətə ultrasəs nəzarəti də deyilir. Akustik nəzarətdə nəzarət olunan obyektin səthində, yaxud daxilində yayılan dalğalar şüalandıran pyezoelektrik (bəzən elektromaqnit-akustik) çeviricilər və lazerlər tətbiq edilir. Dalğaların parametrləri (və ya yayılma üsulları) materialın qüsurlu yerindəki akustik xarakteristikalardan və s. asılıdır. Akustik nəzarət külçə, tökük (tokiik) və relslərdəki, həmçinin metal, plastik kütlə və s. hazırlanmış məmulatlardakı, yapışdırılmış və qaynaq edilmiş tikişlərdəki qüsurları müəyyənləşdirmək üçün universal üsuldur. Akustik nəzarət aktiv və passiv qruplara ayrılır. Aktiv akustik nəzarət elastik dalğaların şüalanadırılması (əks etdirilməsi) və qəbuluna əsaslanan üsullarla (əks-səda-impuls üsulu, kölgə üsulu, güzgü-kölgə üsulu, əks-səda-güzgü üsulu) aparılır. Bir sıra üsullar yoxlanılan obyektdə və ya onun hissəsində rəqslər məsələn: məcburi rəqslər (rezonans üsulu), sərbəst rəqslər (sərbəst rəqslər üsulu) yaradaraq (həyəcanlandıraraq) analiz aparılmasına, mexaniki impedansın dəyişdirilməsinə (impedans üsulu), dalğaların obyektin səthi boyunca yayılmasına (akustotopoqrafik üsul), dalğaların materialın daxilində yayılma sürətinin dəyişməsinə (akustoelastiklik üsulu) əsaslanır.
Akustik sistem
Akustik sistem — səs texnikasında bir ümumi gövdədə quraşdırılmış, yaxud ayrı-ayrı bir neçə gövdədə yerləşdirilmiş bir və ya bir neçə səsucaldandan ibarət səs şüalandırıcısı. Akustik sistemin konstruktiv tərtibatı səsucaldanın mütəhərrik sistemi ilə ətraf mühitin parametrlərinin akustik uzlaşdırılmasını təmin etməlidir. Akustik sistemin əsas göstəriciləri nominal güc, səs tezlikləri diapazonu və tam elektrik müqavimətidir. Nominal güc səsləndirmənin (səscanlandırmanın) ucalıq həddini göstərir (2 Vt-dan 100 Vt- adək). Səsləndirmə zamanı akustik sistemdəki qeyri-xətti və tezlik təhrifləri sistemin qoşulduğu səs siqnalları gücləndiricisi vasitəsilə qismən (passiv akustik sistem), sistemin tərkibində qurulmuş gücləndirici vasitəsilə isə demək olar ki, tam (aktiv akustik sistem) kompensə edilir. Nominal gücü 6Vt-dan çox olan akustik sistemlərdə səsləndirmə keyfiyyətini yüksəltmək üçün tezlik diapazonu akustik süzgəclər vasitəsilə 2–4 zolağa (ayrı-ayrı səsucaldanlarla canlandırılır) ayrılır. Bəzi akustik sistemin tərkibində səsləndirmə səviyyəsini orta (500–5000 Hs) və yüksək (5–20 kHs) səs tezlikləri diapazonunda tənzimləyən qurğu (tənzimləyici) olur. Akustik sistemin konstruksiya xüsusiyyətləri və texniki xarakteristikaları, əsasən, onların istifadə sahəsi və tətbiq şəraiti ilə müəyyən olunur. Konsert zallarında, kinoteatrlarda və s. yerlərdə səsi 140 dB-ə qədər (səsin qavranmasının eşitmə üçün zərərli olan həddədək) ucalıq diapazonunda keyfiyyətli canlandıra bilən akustik sistemdən istifadə edilir.
Akustik travma
Akustik travma — eşitmə orqanlarının həddən artıq güclü səsin təsirindən zədələnməsi. == Patogenez == Akustik travma nəticəsində daxili qulaqda baş verən ağrılar ağıreşitməyə, hətta karlığa səbəb ola bilər. Kəskin və xronik olur. Kəskin akustik travma hətta qısamüddətli güclü səsin təsirindən baş verə bilər. Xronik akustik travma səs-küylü istehsalatda uzun müddət işləyənlərdə olur. == Profilaktikası == İstehsalatdakı səs-küyün azaldılması üçün tədbirlər görmək. == İstinadlar == == Əlavə ədəbiyyat == "АКУСТИЧЕСКАЯ ТРАВМА". Большая медицинская энциклопедия.
Akustik-səs çirklənməsi
AKUSTİK (SƏS) ÇİRKLƏNMƏSİ - müasir ında ekologiyanın qlobal problemləri (istilik - pamik adər effekti, ozon qatının dağılması, suyun və at- ı öz mosferin çirklənməsi, radioaktiv tullantılar və s.) a və arasında akustik (səs) çirklənməsi ən həyəcanlı problemlərdən sayılır, çünki insanlara digər ə) - faktordan, məsələn, ozon qatının dağılması, turşulu fadə yağışlardan az təsir göstərmir. Əlverişsiz akustik təsiri planetimizdə bu və ya digər dərəcədə hər ihitin iki adamdan biri hiss edir. Sənayeyə yeni intensiv texnologiyanın geniş tətbiqi, avadanlıqların gücü və sürəti, bir sıra yer, hava və su nəqliyyatından və geniş istifadə olunması, müxtəlif elektrikləşdirilmiş məişət avadanlıqlarının hər yerdə tətbiqi insanın işdə, məişətdə, istirahət yerlərində, hərəkət hitin etdikdə və s.-də insan bir çox zərərli səslərin təsirinə məruz qalır. Yeniyetmələr üçün pleyerlər və diskotekalar xüsusilə təhlükə yaradır. Skandinaviya alimləri belə nəticəyə gəlmişlər ki, hər beşinci yeniyetmə ağır eşidir, lakin çox vaxt bunun səbəbini anlamır. Səbəbi isə pleyerlərdən sui- istifadə və diskotekalardakı səs-küydür. Diskotekalarda səsin adi səviyyəsi 80-100 dBA arasında tərəddüd edir, pleyerin səsinin gücü 100-114 dBA-ya çatır. == Səsin ürək-damar sisteminə təsiri == Səs ürək-damar sistemi stressinin potensial faktoru sayılır. Aviasiya və nəqliyyat səsi həm gündüz, həm də gecə vaxtları bütün dünyada qəbul edildiyi kimi, qan təzyiqinə təsir göstərir. Fasiləsiz yüksək səs qan təzyiqinin qalxma­sına, ürək döyüntüsünün qısalmasına, qan da­marlarının daralmasına, qanın əzələlərə, beyinə və digər orqanlara verilməsinin güclənməsinə səbəb olur.
Ultrasəs dalğaları. Akustik siqnal və onun spektri.
Ultrasəs dalğaları — İnsan qulağının eşidə bilmədiyi 20 kHs tezlikdən böyük tezlikli səs və ya akustik dalğalar. Akustik dalğalar elastiki mühitin zərrəciklərinin yaratdığı rəqslərin mühitdə yayılması və enerji daşımasından ibarətdir. Akustik dalğalar bərk mühitdə, mayelərdə və həm də qazlarda yayılir. Bioloji toxumalar həm elastiki maye mühitə (yumşaq toxumalar), bərk (sümüklər) və qaz mühitlərinə uyğun gəlir (ağ ciyərlər, mədə, bağırsaq). Ona görə demək olar ki, akustik dalğalar tibbi diaqnostikada istifadə olunan bütün növ bioloji toxumalarda yayıla bilir. Akustik dalğalar digər fiziki təbiətə malik dalğalar, məsələn, elektromaqnit dalğaları kimi fəza və zamana görə dəyişən bir sıra xarakteristikalara malikdir. Akustik dalğalarda əsas dəyişən kəmiyyət rəqs zamanı elastiki mühitin yerdəyişməsi və təzyiqyin rəqsləridir. Ultrasəs diaqnostikasında uzununa akustik dalğalardan istifadə olunur. Uzununa dalğalarda mühitin zərrəciklərinin tarazlıq vəziyyəti ətrafında yerdəyişməsi rəqsin yayılması istiqamətində baş verir. Sıxılma və seyrəkləşmə zonalarının mühitdə yayılma sürəti dalğanın sürətinə bərabərdir.
Akustika
Akustika (yun. ἀκούω — eşidirəm) — mexaniki dalğaların bərk, maye və qaz mühitində yayılmasını, xüsusiyyətlərini, olduqları şəraitlə uyğunlaşmaları, canlılar üzərindəki fizioloji və psixoloji təsirlərini araşdıran elm sahəsidir. == Ümumi məlumat == Akustika səs haqqında elmdir. Səsin gurluğu səsin rəqs amplitudundan asılıdır. Rəqs amplitudu böyk olduqda səs daha gur olur. Səsin yüksəkliyi rəqsin tezliyindən asılıdır. Rəqsin tezliyi böyük olduqda səs daha yüksək olur. İnfrasəs tezliyi 16 Hs-dən az olan mexaniki dalğalar infrasəs adlanır. Ultrasəs 20 000 Hs-dən yüksək tezlikli mexaniki dalğalardır. Obyektinə görə təsnifatı: Bioloji akustika — Səsin balina, delfin, yarasa və bayquş kimi heyvanlar tərəfındən necə istifadə edildiyi öyrənilir.
Bioloji akustika
Bioloji akustika heyvanlar tərəfindən yaradılır. Buna misal olaraq yarasa misal göstərmək olar. Yarasaların gözü gormür, ancaq o özündən səs dalğaları buraxaraq öz öz yolunu davam edir.O səs dalğalarını göndərdikdən sonra həmən səs hər hansı maneə və yaxud cismə dəyib özünə qayıdır.Ancaq biz bunu eşidə bilmirik, çünki insan qulağı ancaq 16 Hs və 20 000Hs tezlikli səs dalğalarını eşidə bilir.Bu səslər isə 16Hs-dən aşağı səslərdir.
Aqustin Karstens
Aqustin Karstens (9 iyun 1958, Mexiko) — Meksika Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona yüksək qiymət olan, "B+" qiymətini vermişdir.
Neoseiulus apkutik
Neoseiulus apkutik (lat. Neoseiulus apkutik) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Aqustin Ştal
Aqustin Ştal (isp. Agustín Stahl, 21 yanvar 1842, Aquadilya[d], Puerto Riko – 12 iyul 1917, Bayamon[d], Puerto Riko) — Puerto-Riko etnoqrafı. Aqustin Ştal Vürtsburqda universitetdə təhsil almış, eləcə də Praqada Karlov Universitetini bitirmişdir (1864-cü ildə tibb doktoru olaraq məzun olmuşdur.). Məzun olduqdan sonra Puerto Rikoya qayıtmışdır. Boş vaxtlarında etnoqrafiya, tarix, botanika və zoologiya ilə məşğul olmuşdur. Elmin bu sahələrində yüksək nəticələrə nail olmuşdur. == Həyatı == == Ştalın şərəfinə adlandırılmış taksonlar == === Bitki cinsləri === Stahlia Bello Stahlianthus Kuntze === Bitki növləri === Adipera stahlii Britton & Rose Adipera stahlii Britton & Rose Adipera stahlii (Urb.) Britton & P.Wilson Argithamnia stahlii Urb. Cassia stahlii Urb. Cousinia stahliana Bornm. & Gauba Eugenia stahlii (Kiaersk.) Krug & Urb.
Austin Metro
Austin Metro — British Leyland şirkətinin Austin Rover Group bölməsi tərəfindən istehsal edilən avtomobil modeli. 1980-ci ildə Austin miniMetro adı ilə istifadəyə verilmişdir. Mini üçün tamamlayıcı bir nəqliyyat vasitəsi olması məqsədləri üçün hazırlanmışdır. Onun kod adı LC8-dir. 1980–1997-ci illər arasında 2.078.218 ədəd istehsal edilib. İstehsal edildiyi 18 il ərzində avtomobil bir çox fərqli adlar altında satılıb: Austin Metro, MG Metro və Rover Metro. 1995-ci ilin yanvarında o, Rover 100 seriyası adlandırılmışdır. Avtomobilin panel furqon versiyaları da Morris Metro və Metrovan adları altında istehsal edilmişdir.
Ageratina austin-smithii
Ageratina austin-smithii (lat. Ageratina austin-smithii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Austin və Ally
Ostin və Elli bir Disney Channel orjinal serialıdır. Serial 4 dekabr 2011 - də başladı. Ondan əvvəl serialın ön nümayişi 2 dekabrda oldu. == Hekayə == Serialda mahnı yazan Elli ilə rok oxuyan Ostinin hekayələrinin birləşməsiylə reallaşar. Elliin atası musiqi alətləri marketində işlətməkdədir. Ostin ilə Elli bu dükanda qarşılaşar. Elli mahnı yazarkən Ostin onun otağına girər. Ostinin beyninə bu mahnı qazıntınmışdır. Bu mahnının Ellinin mahnısı olduğunu bilmədən oğurlayar və bu mahnıya video çəkər. Bu şəkildə bir gecədə məşhur olan Ostinə Elli çox hirslidir.
Senecio austin-smithii
Senecio austin-smithii (lat. Senecio austin-smithii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Aqustin Pio Barrios Manqore
Aqustin Pio Barrios Manqore (isp. Agustín Pío Barrios Mangoré; 5 may 1885[…], San-Xuan-Bautista[d] – 7 avqust 1944, San Salvador) ― Paraqvay klassik gitaraçı və bəstəkarı. Barrios Avropa məkanında məşhurluq qazanmış ilk Cənubi Amerika gitaraçısıdır. Mütəxəssislər onu Andres Seqoviy və Nikkolo Paqanini ilə müqayisə edirlər. 1913―1929-cu illərdə o bir sıra ifa yazıları etmişdir. Barriosun irsi gitara üçün üç yüzdən çox əsəri təşkil edir, onların bir çoxu indiyə qədər nəşr edilməmişdir. Müasir gitaraçıların repertuarlarına onun «kafedral məbəd» süitası(isp. La Catedral), valsları, prelyudiları, variasiyaları və digər əsərləri daxildir.
San Aqustin Arxeoloji Parkı
San Aqustin Arxeoloji Parkı — San Aqustín Arxeoloji Parkı, Kolumbiyanın Huila şöbəsindəki San Aqustin şəhəri yaxınlığında yerləşən böyük bir arxeoloji ərazidir. Park Latın Amerikasında ən böyük dini abidələrin və meqalit heykəllərinin kolleksiyasını özündə birləşdirir, dünyanın ən böyük nekropolu hesab olunur. Sahə qədim San Aqustin mədəniyyətinə aid Kolumbiyadan əvvəlki arxeoloji yerləri ilə çox məşhurdur. İndi həm Kolumbiyalı, həm də xarici vətəndaşların çox olması səbəbiylə iqtisadiyyata əhəmiyyətli gəlir gətirən "San Aqustín Arxeoloji Parkı" kimi tanınır. San Aqustin mədəniyyətinə aid olan bu ərazi 1995-ci ildə YUNESKO tərəfindən dünya mirası elan edilib. Heykəllərin tarixləri bəlli deyil, lakin eramızın 5–400 arasında oyulduğuna inanılır. Ərazinin çox hissəsi kəşf edilmədiyi üçün oyma maşınlarının mənşəyi sirr olaraq qalır. Burada il ərzində orta temperatur 18 ° C olur. San Aqustinin əsas arxeoloji parkından əlavə olaraq, daha iki müstəqil yer, İdnların Hündürlüyü (Alto de los Ídolos) və Daşların Hündürlüyü (Alto de las Piedras) də var. Onlar San Aqustindən bir neçə kilometr aralıda Isnos bələdiyyəsində yerləşir.
Kuşti
Kuşti — zərdüştilərin bellərinə taxdıqları müqəddəs qurşaq. Bu, sədrə ilə yanaşı zərdüştilərin ritual geyiminin bir hissəsidir. == Mənşəyi == Müqəddəs sap üçün Avesta dilində olan termini "aivyaonqana"dır. Kuşti sonradan Pəhləvi dilində formalaşmış terminidir. == İstehsalı == Həm İranda, həm də Hindistanda kuşti adətən kahinlik vəzifələrindən olan qadınlar tərəfindən hazırlanır. Bu, ikili bir dini vəzifə funksiyasına malikdir. Bəzən kuştilər mobədlər ( tərəfindən toxunurdular,. 1920-ci illərdən etibarən İranın Yəzd ostanında zərdüşti behdin qadınlara kuşti toxuması qaydası öyrədilirdi. Zərdüştilik fəlsəfəsinə əsasən kuşti toxumaq prosesində qadınlar mahnı oxuyurlar, həm dini, həm də dünyəvi hekayələr paylaşırlar. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == "The Kushti ritual".
Yuho Kusti Paasikivi
Yuho Kusti Paasikivi (ing. Juho Kusti Paasikivi; 27 noyabr 1870[…] – 14 dekabr 1956[…], Helsinki) - Finlandiyanın 7-ci prezidenti (1946-1956). Finlandiya və Milli Koalisiya Partiyasını təmsil edən Paasikivi, həmçinin, 1918 və 1944-1946-cı illərdə Finlandiya Baş naziri vəzifəsini tutmuş və Finlandiya iqtisadiyyatı və siyasətində 50 ildən çox sözü sayılan şəxslərdən biri olmuşdur. O, həmçinin İkinci Dünya müharibəsindən sonra Finlandiya xarici siyasətinin əsas memarlarından biri kimi də xatırlanır.
Astolf de Küstin
Markiz Astolf de Küstin (fr. Astolphe-Louis-Léonor, Marquis de Custine, 18 mart 1790, Niderviller — 25 sentyabr 1857, Fervak) —fransız aristokrat, səyyah, yazıçı, monarxisti. == Həyatı == Markiz de-Küstin 1790-cı il martın 18-də anadan olmuşdur. Babası və atası M. Robespyer (1758–1794) gilyotininin qurbanlarından idi. Küstin 1830-cu illərdə siyasətçi və yazıçı kimi məşhurlaşmışdı. Rusiyaya da səyahət etmiş, "Rusiya 1839-cu ildə" kitabını yazmış, Rusiya gerçəkliyi haqqında obyektiv fikrə gəlmişdi. Nikolayın taxta çıxdığı gün qvardiya qiyama qalxır. İmperator və imperatriçə orduda üsyan haqqında ilk xəbərdəcə təkcə saray kilsəsinə yola düşür və orada, mehrabın pilləsində diz çökərək, əgər qiyamçılar üzərində təntənəyə nail ola bilməyəcəklərsə, taxt-tacda öləcəklərinə allah qarşısında and içiblər. İmperator mitropolitin əsgərləri sakitləşdirmək cəhdlərinin əbəs olduğunu artıq bildiyinə görə təhlükəni ciddi hesab edirdi: Rusiyada mənəvi hakimiyyətin sakitləşdirmək gücündə olmadığı həyəcan ciddi hesab olunur. İmperator özünü xaçlı bayraqla örtərək zühurü və sifətinin sakit, enerjili ifadəsilə qiyamçıları tabe edəcəyini nəzərə alaraq ora yollandı.