Yastıqşəkilli-fır qovaq mənənəsi
Yastıqşəkilli-fır qovaq mənənəsi (lat. Pemphigus populinigrae Schrk., 1801)-Azərbaycanda əsasən dağətəyi və dağlıq yerlərdə rast gəlinir.
== Xarici quruluşu ==
Əsasqoyan sürfə. Bədən kələkötür-girdə, tutqun yaşıl, baş, ayaq, bığcıq və xortum, habelə anus seqmenti tutqundur. Gözlər üçfasetli, tutqun qırmızıdır. Döş və qarın tutqun-yaşıl, bozumtul rəngli və ləkəli marqinal çıxıntılar qarın seqmentinin hər birisində kənar hissədə yerləşmişlər. Döş və qarın seqmentləri aydın surətdə bir-birindən ayrılmışlar. Bədən az və ya çox dərəcədə tüklü, xüsusilə bığcıqlar, onun IV buğumu bunlardan əlavə üzəri eninə istiqamətli cərgədə qısa və iti tükcüklərlə əhatə edilmişdir. Birinci buğumda 2 tükcük, ikincidə 2 tükcük, III isə 6 tükcük vardır. IV buğumda əsas rinariya yaxın 2 bazal rinari şprisin zirvəsində yerləşir.