gövşəyənlər
göy-göyərti
OBASTAN VİKİ
Göy
Səma — Yer səthindən yuxarıya doğru maneəsiz bir görünüş. Buraya atmosfer və kosmik fəza daxildir. O həm də yerlə kosmos arasındakı bölgə kimi də hesab olunur, buna görə də kosmosdan fərqlidir. Astronomiya sahəsində səmaya göy sferası da deyilir. Bu, Günəş, Ay, planetlər və ulduzların sürükləndiyi Yerə konsentrik olan mücərrəd sferadır. Göy sferası ənənəvi olaraq bürclər adlanan təyin olunmuş ərazilərə bölünür. Adətən "göy üzü" termini qeyri-rəsmi bir şəkildə Yer səthindən baxış bucağı kimi başa düşülür, amma mənası və istifadəsi fərqli ola bilər. Yer kürəsindəki bir müşahidəki gündüzlər gecəyə görə daha düz görünən bir günbəzə bənzəyən (bəzən göy kasası da deyilir) göy üzünün kiçik bir hissəsini görə bilər. Bəzi hallarda, məsələn, hava haqqında danışarkən, səma atmosferin yalnız aşağı, daha sıx təbəqələrini ifadə edir. Gündüz səması mavi görünür, çünki hava molekulları günəş işığının daha qısa dalğa uzunluqlarındakını daha uzun olanlara (qırmızı işıq) nisbətən daha çox səpələyir.
Göy-Qal
Göy-göl
Göllər Göygöl (göl) — Azərbaycanın Göygöl rayonunda göl. Göygöl (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda göl. Göygöl (Gədəbəy) — Gədəbəy rayonu ərazisində şirinsulu, axarlı göl. Göygöl (Ordubad) — Ordubad rayonunda şirinsulu, axarlı göl. Göygöl (Culfa) — Culfa rayonu ərazisində göl. Göygöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda göl. Çaylar Göygöl — Daşkəsən və Gədəbəy rayonları ərazisindən axan çay. Qoruq Göygöl Dövlət Təbiət Qoruğu — Azərbaycanda yaranan ilk qoruq. Yaşayış məntəqələri Göygöl (şəhər) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. Göygöl rayonu — Azərbaycan Respublikasında rayon.
Göy (rəng)
Göy – rənglərdən biri. == Ümumi məlumat == Göy rəng çox-çox hallarda nəinki mavi, hətta bəzi hallarda yaşıl rənglə eyni mənalı, eyni funksiyalı olur. Göylə mavini bir-birindən fərqləndirən başlıca əlamət mavinin açıq, göyün isə tünd olmasıdır. Amma bu o demək deyil ki, göylə mavi həmişə bir-birinin eyni ola bilir. Misal üçün, yetişməmiş, kal anlamına gələn göy meyvə – göy alça, göy gavalı, göy alma, göy ərik, yaxud göy (yaşıl) meşə, göy (yaşıl) ot, göy (yaşıl) çəmən və s. deyilə bildiyi halda, mavi alça, mavi gavalı, mavi alma, mavi ərik, mavi ot, mavi meşə, mavi çəmən və s. deyilmir. Eləcə də göy rəng həmişə mavi rəngi əvəz eləyə bilmir. Belə ki, "göy" rəng yox, substantivləşəndə əlamət olaraq mütləq "mavi" tələb edir. Misal üçün, səma, asiman adları daşıyan Göy qübbəsinin – göyün rəngini bildirmək üçün "göy Göy" yox, "mavi Göy" deyilir.
Göy Börü
Göy Börü (başqırdca:күк бүре / Kük Büre) — başqırdların milli gənclər təşkilatı. Göy Börü sözünün başqırd dilindəki mənası bozqurd deməkdir. Rusiya Federasiyasına bağlı Başqırdıstanda rəsmi təşkilat olaraq qeydiyyatdan keçmişdir. == Simvol == Təşkilatın simvolu türk dünyasının milli simvolu olan qurd başı və arxa planda da günəşdir Türk xalqlarının mifologiyasındakı qurd milli yaddaşın, bilgəliyin, cəsarətin, fədakarlığın və vətənlərinə olan bağlılığın rəmzidir. Millət adı olan başqırd sözünün də qurdla bağlı olduğu ehtimal edilir. Təşkilat başqırdların öz müqəddəratını təyin etmə haqqının olduğunu bildirir və ideologiyası liberal millətçiliyə əsaslanır. == Digər təşkilatlarla əlaqə == 2012-ci ildə yerli rus mediası iki millətçi təşkilat olan Azadlıqla (tatarlar) "Göy Börü"nün ittifaqda birləşdiyini yazmışdır. Tatar millətçilərinin lideri Nail Nabiulla "birliyin rus olmayan xalqlar üçün mübarizədə Rusiya Federasiyasındakı bütün millətçi təşkilatlarla birləşməyə açıq olduğunu" bildirmişdir. "Azadlıq" və "Göy Börü" təşkilatlarının rəhbərləri bəyanatlarında Çuvaşiya, Udmurtiya, Mari El, Altay və Saxa Yakutiyadakı bütün millətçi təşkilatlar ilə potensial ittifaq olduğunu bildirdilər.
Göy Tanrı
Göy Tanrı (Qədim Türkcə: 𐱅𐰭𐰼𐰃 [teŋri]; Monqolca: Хөх Тэнгэр [Xöx Teŋger]; Çincə: 腾格里 [teŋ-ge-li] Türkiyə Türkçəsi : Gök Tanrı ) — göytanrıçı dininin panteonunda baş tanrı. == Sözün kökü == Türkcə Tanrı/Teŋri və monqolca Teŋger sözləri çincə 撑犁 (çeŋ-li) kəlməsindən hunnular dövründə törənilmişdir. Hunnular bu sözü Çin hərfləri ilə 腾格里 (teŋ-ge-li) kimi, göytürk damğaları ilə isə 𐱅𐰭𐰼𐰃 (Teŋri) kimi yazırdı. == Göy Tanrı inancı == Orxon-Yenisey kitabələrində Tanrı(Allah yox) kimi nəzərdə tutulan Göy Tanrı bütün insanları yaradan və həm də onlara vaxt qoyan (yaşayış müddəti), dünyada hər şeyi öz nəzarətində saxlayan ilahi güc kimi götürülüb. «Tanrı güc verdiyi üçün atam xaqanın qoşunu qurd tək imiş, yağısı qoyun tək imiş» (Kültigin abidəsi, şərq tərəf, sətir 12). Və ya: «Tanrı yar olduğu üçün ellini elsizləşdirmiş, xaqanlını xaqansızlaşdırmış, yağını tabe eləmiş, dizlini çökdürmüş, başlını səcdə etdirmiş». «Türk oğuz bəyləri, xalqı, eşidin: üstdə Tanrı əzməsə, altda yer dəlinməsə, türk xalqını, elini, qanununu kim dağıdar?» (Kültigin, şərq tərəf, 22). Quranda da hər bialqın yalnız öz yolundan sapdığı halda Allahın qəzəbinə məruz qalması, «zalım qövmü Allahın doğru yola çəkməməsi» haqda ayə var. Quranda kainatı, bütün insanları Allahın yaratdığı və hər bir kəsin, hətta bitkinin belə taleyinin, yarpağın düşməsinin belə Onun nəzarəti altında olduğu deyilir. Runik abidələrdə də xeyirin və şərin Tanrıdan gəlməsi, bütün məsələlərdə Tanrıya təvəkkül inancının olduğunu görürük: «İnsan övladı hamısı yaranıb ki, Göy tərəfindən qoyulmuş vaxtda ölnəsbir sıra an» abidəs.rast gəlinir.
Göy atlı
Göy atlı (alm. Der Blaue Reiter‎) — XX əsrin əvvəllərində Almaniyada ekspressionizm (əsasən rəssamlar) nümayəndələrinin yaradıcılıq birliyi. Birlik eyni adlı almanaxların müəllifidir. == Tarixi == 1911-ci ildə Münhendə Vasili Kandinski və Mark Frans tərəfindən Göy atlı birliyi yaradılmışdır. Bu birliyin əsas məqsədi akademik rəssamlığın daşlaşmış ənənələrindən azad olmaq idi. Onlardan başqa "Göy atlı" birliyində həmçinin, Avqust Make, Marianna Verevkina, Aleksey Yavlenski və Paul Kleye kimi rəssamlar var idi. Bu incəsənət birliyinin işində həmçinin rəqqaslar və bəstəkarlar da iştirak edirdilər. Onları orta əsrlər və primitiv incənətə maraq birləşdirmişdi. Avqust Make və Mark Frans hesab edirdilər ki, hər bir insan gerçəkliyinin incəsənət vasitəsilə birləşdirilən daxili və xarici qavrayışı vardır. Bu ideya nəzəri cəhətdən Kandinski tərəfindən irəli sürülmüşdü.
Göy balina
Göy balina (lat. Balaenoptera musculus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinin zolaqlı balina cinsinə aid heyvan növü. == Cütləşmə və laktasiya == Cütləşmə və balalama müddətləri çox uzundur. Cənub yarımkürəsində cütləşmə iyul-avqust, Şimalda -yanvara təsadüf edir. Hamiləlik 10–11 aydır. Yeni doğulmuş balanın uzunluğu 7–8 metr olur. Dişilər iki ildən bir balalayır. Bir bala gətirir. Laktasiya müddəti 6–7 aydır. Cinsi yetkinliyə 8–10, başqa məlumata görə 23–30 yaşında çatır.
Göy balıq
Göy balıq (lat. Ballerus ballerus) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər fəsiləsi daxil olan balıq növü. == Təsviri == Bədən enlidir, yan tərəflərdən isə güclü sıxılmışdır. Bədəni boyunun üçdə biridir. Başı micvaridir. Başının yuxarı hissəsini tutan ağzı bir qədər yuxarı qalxır. Anusu nisbətən uzundur. Pulcuqları isə kiçik olur. Göy balıq xarici görünüş baxımından Porulara (lat. Ballerus sapa) bəzəsələr də, ağız quruluşu və pulcuqlarının balaca olması seçilirlər.
Göy cisimləri
Astronomik obyekt, göy cismi və ya səma cismi — müşahidə edilə bilən kainatda mövcud olan, təbii olaraq yaranan fiziki varlıq, birləşmə və ya struktur. Astronomiyada obyekt və cisim sözləri çox vaxt bir-birini əvəz edir. Bununla belə, astronomik cisim və ya göy cismi vahid, möhkəm əlaqəli, bitişik varlıq, astronomik obyekt və ya göy obyekti isə bir neçə cisimdən və ya bununla bərabər alt strukturlu digər obyektlərdən ibarət ola bilən mürəkkəb, daha zəif birləşmiş strukturdur.Astronomik obyektlərə planetar sistemlər, ulduz qrupları, dumanlıq və qalaktikalar, astronomik cisimlərə isə asteroidlər, peyklər, planetlər və ulduzlar aiddir. Kometa həm cisim, həm də obyekt kimi təyin edilə bilər: o donmuş buz və toz nüvəsi nəzərdə tutulduqda cisim, diffuz koma və quyruğu ilə bütün kometi təsvir edərkən obyektdir. == Qalaktika və daha çoxu == Kainatın iyerarxik quruluşa malik olduğunu söyləmək olar. Ən böyük miqyaslarda quruluşun əsas komponenti qalaktikadır. Qalaktikalar qruplar və topalar şəklində qurulur, çox vaxt daha böyük ifrattopalar daxilində, demək olar ki, voydlər (qaranlıq boşluqlar) arasında böyük saplar boyunca düzülür və müşahidə oluna bilən kainatı əhatə edən bir şəbəkə yaradır. Qalaktikalar birləşməyə səbəb ola biləcək digər qalaktikalarla qarşılıqlı əlaqə də daxil olmaqla, formalaşma və təkamül tarixlərindən asılı olaraq müxtəlif morfologiyalara, nizamsız, elliptik və diskəbənzər formalara malik olur. Diskəbənzər qalaktikalar spiral qollar və bariz bir halə kimi xüsusiyyətlərə malik linzaşəkilli və spiral qalaktikaları əhatə edir. Əksər qalaktikaların nüvəsində ifratkütləli qara dəlik var ki, bu da aktiv qalaktika nüvəsinin meydana gətirə bilər.
Göy cismi
Astronomik obyekt, göy cismi və ya səma cismi — müşahidə edilə bilən kainatda mövcud olan, təbii olaraq yaranan fiziki varlıq, birləşmə və ya struktur. Astronomiyada obyekt və cisim sözləri çox vaxt bir-birini əvəz edir. Bununla belə, astronomik cisim və ya göy cismi vahid, möhkəm əlaqəli, bitişik varlıq, astronomik obyekt və ya göy obyekti isə bir neçə cisimdən və ya bununla bərabər alt strukturlu digər obyektlərdən ibarət ola bilən mürəkkəb, daha zəif birləşmiş strukturdur.Astronomik obyektlərə planetar sistemlər, ulduz qrupları, dumanlıq və qalaktikalar, astronomik cisimlərə isə asteroidlər, peyklər, planetlər və ulduzlar aiddir. Kometa həm cisim, həm də obyekt kimi təyin edilə bilər: o donmuş buz və toz nüvəsi nəzərdə tutulduqda cisim, diffuz koma və quyruğu ilə bütün kometi təsvir edərkən obyektdir. == Qalaktika və daha çoxu == Kainatın iyerarxik quruluşa malik olduğunu söyləmək olar. Ən böyük miqyaslarda quruluşun əsas komponenti qalaktikadır. Qalaktikalar qruplar və topalar şəklində qurulur, çox vaxt daha böyük ifrattopalar daxilində, demək olar ki, voydlər (qaranlıq boşluqlar) arasında böyük saplar boyunca düzülür və müşahidə oluna bilən kainatı əhatə edən bir şəbəkə yaradır. Qalaktikalar birləşməyə səbəb ola biləcək digər qalaktikalarla qarşılıqlı əlaqə də daxil olmaqla, formalaşma və təkamül tarixlərindən asılı olaraq müxtəlif morfologiyalara, nizamsız, elliptik və diskəbənzər formalara malik olur. Diskəbənzər qalaktikalar spiral qollar və bariz bir halə kimi xüsusiyyətlərə malik linzaşəkilli və spiral qalaktikaları əhatə edir. Əksər qalaktikaların nüvəsində ifratkütləli qara dəlik var ki, bu da aktiv qalaktika nüvəsinin meydana gətirə bilər.
Göy doqquzdon
Göy doqquzdon (lat. Lonicera caerulea) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Göy duker
Göy gurultusu
Göy gurultusu — ildırımın yaratdığı səs. Göy gurultusunun səsi ildırımın məsafəsindən və təbiətindən asılı olaraq dəyişə bilər. Şimşək və ya ildırım ətraflarındakı havanı saniyənin milyonda biri qədər bir müddətdə 30.000 dərəcəyə qədər qızdırırlar. İstilənən bu hava birdən genişləyir. Bu zaman normal atmosfer təzyiqinin təxminən 100 misli qədər bir təzyiqlə, səs sürətindən çox sürətli səs dalğaları yayılır. Bu eynilə səs sürətini keçən təyyarələrdə olduğu kimi qulağımıza partlama səsi olaraq çatır. Buna göy gurultusu deyirik. Göy guruldaması normal şərtlərdə 24 kilometrdən daha çox məsafələrdən eşidilmir. == Səbəb == Şimşəyin səbəbi əsrlər boyu fərziyyə və elmi araşdırma mövzusu olmuşdur. Erkən düşüncələr bunun tanrılar tərəfindən edildiyini düşünürdü.
Göy göl
Göllər Göygöl (göl) — Azərbaycanın Göygöl rayonunda göl. Göygöl (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda göl. Göygöl (Gədəbəy) — Gədəbəy rayonu ərazisində şirinsulu, axarlı göl. Göygöl (Ordubad) — Ordubad rayonunda şirinsulu, axarlı göl. Göygöl (Culfa) — Culfa rayonu ərazisində göl. Göygöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda göl. Çaylar Göygöl — Daşkəsən və Gədəbəy rayonları ərazisindən axan çay. Qoruq Göygöl Dövlət Təbiət Qoruğu — Azərbaycanda yaranan ilk qoruq. Yaşayış məntəqələri Göygöl (şəhər) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. Göygöl rayonu — Azərbaycan Respublikasında rayon.
Tünd göy
Tünd göy – rənglərdən biri. Soyuq, ağır, sərt və sirli hesab edilir. Adıçəkilən rəng kainatı, kosmosu təmsil edir və Yupiterə uyğundur.
Göy arıquşu
Göy arıquşu (lat. Cyanistes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinə aid heyvan cinsi.
Göy (dəqiqləşdirmə)
Göy aşağıdakı mənalara gələ bilər:
Göy Qartallar
Göy Qartallar (ing. Blue Eagles) — Brirləşmiş Krallığa məxsus olmuş aerobatika eskadronudur.Az sayda helikopterlərdən ibarət olan aerobatika komandalarında biri olmuşdur. == Tarixi == 1968-ci ildə qurulmuşdur. İlk zamanlar uçuşlar üçün Bell 47 helikopterləri istifadə olunurdu, lakin maliyyə çatışmazlıqları səbəbində bir müddət fəaliyyətini dondurdu. 1982-ci ildə yenidən fəaliyyəti rəsmi olaraq bərpa olundu və Aérospatiale Gazelle helikopterləri ilə uçuşlar həyata keçirməyə başladılar. 1992-ci ildən komanda Westland Lynx helikopterləri ilə təmin olundu, lakin onun uçuş göstəriciləri aşağı olduğuna görə, yenidən əvvəlki helikopterləri istifadə vetməyə başladılar. 2001-ci ildə komandaya ilk britaniyalı qadın aviaşou pilotu Sgt Julie Wiles qoşuldu. 2010-cu ildə helikopterlərin köhnəlməsi və maliyyə problemləri səbəbindən komanda ləğv olundu.
Göy üzü
Səma — Yer səthindən yuxarıya doğru maneəsiz bir görünüş. Buraya atmosfer və kosmik fəza daxildir. O həm də yerlə kosmos arasındakı bölgə kimi də hesab olunur, buna görə də kosmosdan fərqlidir. Astronomiya sahəsində səmaya göy sferası da deyilir. Bu, Günəş, Ay, planetlər və ulduzların sürükləndiyi Yerə konsentrik olan mücərrəd sferadır. Göy sferası ənənəvi olaraq bürclər adlanan təyin olunmuş ərazilərə bölünür. Adətən "göy üzü" termini qeyri-rəsmi bir şəkildə Yer səthindən baxış bucağı kimi başa düşülür, amma mənası və istifadəsi fərqli ola bilər. Yer kürəsindəki bir müşahidəki gündüzlər gecəyə görə daha düz görünən bir günbəzə bənzəyən (bəzən göy kasası da deyilir) göy üzünün kiçik bir hissəsini görə bilər. Bəzi hallarda, məsələn, hava haqqında danışarkən, səma atmosferin yalnız aşağı, daha sıx təbəqələrini ifadə edir. Gündüz səması mavi görünür, çünki hava molekulları günəş işığının daha qısa dalğa uzunluqlarındakını daha uzun olanlara (qırmızı işıq) nisbətən daha çox səpələyir.
Göy Jasmin
"Göy Jasmin" (ing. Blue Jasmine) — rejissor Vudi Allenin filmi. Rejissorun yaradıcılığında dram janrında çəkilmiş azsaylı filmlərdən biridir. Filmin dünya premyerası 26 iyul 2013-cü ildə baş tutmuşdur (məhdud yayım Nyu-York və Los-Ancelesdə keçirilmişdir). Geniş Amerika yayımı 23 avqust tarixindən başlamışdır. Filmdə baş rolu Keyt Blanşett ifa edir. Tənqidçilərin rəyinə görə aktrisa Vudi Allenin yaradıcılığında ən güclü obrazlardan birini yaratmışdır. Aktrisa Ən yaxşı qadın roluna görə "Oskar" mükafatına namizədlərin bütün bənzər siyahılarında yer almışdır. Bu roluna görə "Qızıl qlobus", "BAFTA" və "Oskar" da daxil olmaqla, bir çox mükafatlara layiq görülmüşdür. "Jasmin" filmini yaxşı qarşılamış kino mətbuatı nümayəndələrinin iddiasına görə Allen "Brodvey üzərində tozanaq" filmindən sonra ən yaxşı ekran əsərini yaradıb.
Göy buğası
Səma buğası, həmçinin Səma öküzü, Göy buğası, Göyün buğası, Cənnət buğası və ya Cənnətin buğası — qədim Mesopotamiya mifologiyasında qəhrəman Gilqameşin döyüşdüyü mifik heyvan. Səma buğası hekayəsinin iki fərqli versiyası var. Onlardan ilki erkən şumercə yazılmış şeirdə, digəri isə standart Akkad dilində yazılmış Şumer şeiri olan "Gilqameş dastanı"nda yer alır. Şumer poeziyasında öküz tanrıça İnanna tərəfindən anlaşılmaz səbəblərdən Gilqameşə hücum etsin deyə göndərilir. "Gilqameş dastanı"nın VI lövhəsində akkadca verilən hesablarda tanrıça İştar (İnannanın şərqi sami dillərində ekvivalenti) Gilgameşə seksual xarakterli bir təklif irəli sürür, lakin Gilqameş bu təklifi rədd edir. Bundan qəzəblənən İştar atası Anunun yanına gedir və ondan Səma buğasını istəyir. Beləliklə, İştar Gilqameş və onun dostu Enkiduya hücum etmək üçün buğanı Uruk şəhərinə göndərir, amma ikisi həmin buğanı öldürür. Buğaya qalib gəldikdən sonra Enkidu onun sağ budunu İştara ataraq İştarı ələ salır. Buğanın kəsilməsi tanrıların Enkidunu ölümə məhkum etməsinə səbəb olur. Bu hadisə Gilqameşin ölüm qorxusunun yaranmasına səbəb olur və dastanın qalan hissəsini istiqamətləndirir.
Göy ekvatoru
Göy ekvatoru — müstəvisi dünya oxuna perpendikulyar olan və yerin ekvatorunun müstəvisi ilə üst-üstə düşən göy sferasının böyük dairəsi. Göy ekvatoru göy sferasını iki yarımkürəyə ayırır: zirvəsi şimal qütbündə olan şimal yarımkürəsi və zirvəsi cənub qütbündə olan cənub yarımkürəsi . Ekvator və ekliptika yaz və payız bərabərliyi nöqtələrində kəsişir, lakin yer oxunun presessiyasına görə ekvator müstəvisi öz mövqeyini dəyişir və bu nöqtələr 26000 illik dövrlə hərəkət edir. Ekvator və ekliptikanın müstəviləri arasındakı bucaq 23°26'-dir və son 5 milyon il ərzində presessiyaya görə bu bucaq 22,0° ilə 24,5° arasında dəyişmişdir. 2010-cu ilin Astronomik Almanaxınaa görə, ekvator və ekliptik arasındakı bucaq təxminən aşağıdakı düstur ilə təsvir edilmişdir: ε = 23 ∘ 26 ′ 21.406 ″ − 46.815 ″ T − 0.0001831 ″ T 2 + 0.00200340 ″ T 3 − 5.76 ″ ⋅ 10 − 7 T 4 − 4.34 ″ ⋅ 10 − 8 T 5 , {\displaystyle \varepsilon =23^{\circ }26'21.406''-46.815''T-0.0001831''T^{2}+0.00200340''T^{3}-5.76''\cdot 10^{-7}T^{4}-4.34''\cdot 10^{-8}T^{5},} Burada T — J2000.0 dövründən keçən əsrlərin sayıdır. Bu düstur yalnız bir neçə əsrlik zaman diapazonu üçün kifayət qədər dəqiqdir . Göy ekvatoru birinci və ikinci ekvator səma koordinat sistemlərinin əsasını təşkil edir: meyl ondan ölçülür (coğrafi enliyə analoq, yerin ekvatorundan ölçülür). Başqa bir koordinat — birinci ekvatorial koordinat sistemi üçün bu, səma ekvatoru ilə səma meridianının kəsişmə nöqtəsindən ölçülən saat bucağı və ya ikinci ekvatorial koordinat sistemi üçün sağa yüksəlişdir (coğrafi uzunluğa analoji) — yaz bərabərliyi nöqtəsindən ölçülür. İstənilən halda səma ekvatorunun bütün nöqtələrinin enişi sıfıra bərabərdir, bu o deməkdir ki, göy ekvatorunun istənilən nöqtəsini Yerin istənilən nöqtəsindən müşahidə etmək olar.
Göy-göyərti
Göy, göy-göyərti, yemək göyü və ya səbzi-xurdan (fars. سبزی خوردن‎ ), kanaçi (erm. կանաչի) və pinçar (kürd. پینچەر) — İran, Kürdüstan, Azərbaycan, Əfqanıstan və Ermənistan mətbəxlərində ümumi yan yemək. Bu, təzə otlar və çiy tərəvəzlər dəstinin istənilən birləşməsindən ibarətdir. İstənilən yeməklə verilə bilər. Reyhan, cəfəri və turp ən çox yayılmışlar arasındadır. Ən çox həqiqi yeməklə birlikdə verilir. Bəzən ağ pendir və naan çörəklə verilir.
Göy (qida)
Göy, göy-göyərti, yemək göyü və ya səbzi-xurdan (fars. سبزی خوردن‎ ), kanaçi (erm. կանաչի) və pinçar (kürd. پینچەر) — İran, Kürdüstan, Azərbaycan, Əfqanıstan və Ermənistan mətbəxlərində ümumi yan yemək. Bu, təzə otlar və çiy tərəvəzlər dəstinin istənilən birləşməsindən ibarətdir. İstənilən yeməklə verilə bilər. Reyhan, cəfəri və turp ən çox yayılmışlar arasındadır. Ən çox həqiqi yeməklə birlikdə verilir. Bəzən ağ pendir və naan çörəklə verilir.
Gəncə (Göygöl)
Gəncə — Azərbaycan Respublikasının Göygöl rayonunun Zurnabad kənd inzibati ərazi dairəsində kənd. Azbiokombinatın yanında salınmışdır. 1966-cı ildən Gəncə adlandırılmışdır. Kənd adını yaxınlığından axan Gəncəçayın və qədim Gəncə şəhərinin adından almışdır.
Hacı Cəlil məscidi (Göyçay)
Hacı Cəlil məscidi — XIX əsrdə Göyçayda tikilmiş abidə. Göyçay rayonunun Alpout kəndində yerləşir. == Haqqında == İbadət evi düzbucaqlı formadadır və kərpicdən inşa olunub. Məscidin bir tağvari giriş qapısı və səkkiz pəncərəsi var. Pəncərələrin altısı tağvari formadadır. İbadətgahın giriş qapısının yuxarı hissəsində “Əssələmu ələykə Ya Əba Əbdillah” yazısı həkk olunub. Məscidin bir günbəzi var. Günbəzin damı dəmir təbəqə ilə örtülüb. İbadət evinin damı da dəmir təbəqə ilə örtülüb və on dəmir sütun üzərində artırılıb.
Həsən Göyçəli
Kərimov Həsən Səməd oğlu (1937, İnəkdağı, Basarkeçər rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar jurnalist, şair və publisist. == Həyatı == 01.07.1937-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun İnəkdağı kəndində ziyalı ailəsində anadan olmuşdur. Avtobioqrafiya "Atam İbrahimov Səməd Kərəm oğlu Böyük Vətən müharibəsində həlak olub. Anam İbrahimova Yaxşı Cahan qızının himayəsində böyümüşəm. 1945-ci ildə İnəkdağı 7 illik məktəbinin 1-ci sinfinə daxil olub 1952-ci ildə İnəkdağı kənd 7 illik məktəbinin 7-ci sinfini qurtarıb qonşu Zod kənd orta məktəbinin 8-ci sinfinə daxil olmuşam və 1955-ci ildə Zod kənd orta məktəbini bitirmişəm. 1959-cu ildə İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumunun aqronomluq fakültəsinə qəbul olub 1962-ci ildə həmin texnikumu bitirmişəm və öz doğma kəndimizdə aqronom işləmişəm. 1963-cü ildə Azərbaycan Gəncə (Kirovabad) Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsinin qiyabi şöbəsinə daxil olub 1969-cu ildə alim-aqronom ixtisası alıb kolxozda baş aqronom işləmişəm. 1982-ci ildə rayon sovetinə deputat seçilmişəm və Partiya Təşkilat katibi işləmişəm. 1978-ci ildə İnəkdağı kənd kolxozunda Həmkarlar Təşkilatının sədri, 1983-cü ildə SSRİ Xalq Nəzarəti Komitəsinin üzvü olmuşam. Yaradıcılığa orta məktəbdə oxuduğum illərdən başlamışam.
Karolina göyrüşü
Karolina göyrüşü (lat. Fraxinus caroliniana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni - Kubadır, Amerika Birləşmiş Ştatlarının subtropik, cənub-şərqindən, cənubi Virciniyadan Texasa qədər yayılmışdır. Bitki ilk dəfə botanik Filip Miller tərəfindən təsvir edilmişdir. Bu bitki Florida gülü, bataqlıq gülü, Karolina gülü və ya su gülü kimi məşhurdur. == Botaniki təsviri == Hündürlüyü təxminən 4,0 m olan kiçik ağacdır. Yarpaqları mürəkkəb, üzbəüz, uzun, 7-12 ədəd, yumurtavari-uzunsov, iri, kənarları dişli və ya bütöv, uzunluğu 3-6 sm, eni 2-3 sm-dir. Yarpaqları tünd yaşıl, alt tərəfi bir az tükcüklüdür. Meyvələri çox vaxt 3 qanadlı, toxumları hamar, hissəli, bəzən parlaq, bənövşəyi rənglidir. Qabığı açıq boz, nazik, pulcuqludur.
Karvansara (Göyçə)
Karvansara — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10–12 km cənub-şərqdə, Mədinə kəndinin yanında, Əyriçay çayının sahilində yerləşir. Kəndin adı erməni mənbələrində Əyriçay Karvansara və Əyricə Karvansara kimi də qeyd edilmişdir. == Toponimi == Toponim "ticarət yolu üzərində tikili bina" mənasında işlənən karvansara sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1873-cü ildə 168 nəfər, 1886-cı ildə 205 nəfər, 1897-ci 309 nəfər, 1904-cü ildə 341 nəfər, 1914-cü ildə 441 nəfər, 1916-cı ildə 294 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1828–1832-ci illərdə əhalisi qovulmuş, lakin sonra qayıtmışdır. 1918-ci ildə əhali yenidən qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1935-ci ildə Icəvan adlandırılmışdır. Karvansara Səlim də adlanmışdır.
Kefli (Göyçə)
Kefli və ya İkinci Qoşabulaq — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 8 km cənub-qərbdə, Qoşabulaq kəndinin yaxınlığında yerləşmişdir. Erməni mənbələrində kəndin adının Qırxbulaq, Kefli olduğu da göstərilir. Toponim Azərbaycan dilində «cüt» mənasında işlənən qoşa sözü ilə bulaq hidronimi əsasında əmələ gəlmişdir. «İkinci» fərqləndirici əlamət bildirir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 178 nəfər, 1908-ci ildə 262 nəfər, 1914 - cü ildə 274 nəfər, 1916-cı ildə 244 nəfər azərbaycanlı, eyni zamanda kürdlər yaşamışdır. 1918-1919 - cu illərdə kəndin əhalisi ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 1922-ci ildə burada 59 nəfər əhali qeydə alınmışdır.
Kolagirən (Göyçə)
Kolagirən — Göyçə mahalının Aşağı Qaranlıq rayonunda (09.09.1930-dan Martuni) kənd. == Tarixi == Kolagirən kəndinin adı 3 yanvar 1935-ci ildə dəyişdirilərək "Tsovinar" qoyulmuşdur. Kənd rayon mərkəzindən 16 km aralıda yerləşir. === Kolagirən qalası === Göyçə mahalının Aşağı Qaranlıq (09.09.1930-dan Martuni) rayonunun Kolagirən (03.01.1935-dən Tsavinar) kəndi kənarında e.ə.VIII yüzilin ikinci yarısına aid qədim türk qalasıdır. Göyçə gölünün sahilində təpə üstündə yerləşən bu qala həmin bölgədə Urartu çarı Sardurinin oğlu Russanın tikdirdiyi iki qədim qaladan biridir (digəri Göyçə mahalının Kəvər rayonundadır). Qalanın xarabalıqlarının yerində qaya üstündə mixi yazılar aşkar edilib. İri qaya daşlarından hörülmüş divar və künc qüllələrinin qalıqları qalmaqdadır. Ərazidən çoxlu gil qablar, daş, sümük, metaldan bəzək əşyaları və s. tapılıb. Kolagirən ərazisinə ilk ermənilər (23 təsərrüfatda 151 nəfər) 1830-cu ildə Türkiyədən köçürülmüşdür.
Kürd (Göyçay)
Kürd — Azərbaycan Respublikasının Göyçay rayonunun Potu kənd inzibati ərazi dairəsində kənd. Göyçay şəhərindən cənub–qərbdə, Ağdaş–Göyçay avtomobil yolu üzərində, Arvan çayı sahilində, düzənlik ərazidə yerləşən kənd. == Tarixi == == Toponimikası == Kürd oyk., sadə. Kəndi vaxtilə kürd ailələri saldığına görə belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 542 nəfər əhali yaşayır. == Məşğuliyyəti == Əhalisi əsasən taxılçılıq, pambıqçılıq, heyvandarlıq, meyvəçiliklə məşğul olur.
Kərəmli (Göygöl)
Kərəmli (əvvəlki adı: 26 komissar adına) — Azərbaycan Respublikasının Göygöl rayonunun Şəhriyar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Şəhriyar kənd inzibati ərazi vahidi tərkibindəki 26 komissar adına kəndi Kərəmli kəndi adlandırılmışdır. == Toponimikası == Bu adda Kəlbəcər rayonunda da kənd qeydə alınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 295 nəfər əhali yaşayır.
Kəsəmən (Göyçə)
Kəsəmən — İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayətində kənd. == Tarixi == İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. Kəsəmən kəndinin ərazisi və yaranma tarixi III–V əsrlərdən 1387-ci ilə qədər Alban türklərinin yaşayış yeri, 1387-ci ildən 1500-cü ilə qədər Qazax mahalının əhalisinin yaylaq və otaraq məskənləri olmuşdur. Nəhayət XVI əsrdə (1500) Qazax mahalının Qıraq Kəsəmən kəndindən Göyçə mahalına gələn Şeşəlilər tayfasının banisi Şeşə Əlinin oğlanları Emin və Səfər qardaşları kəndin himini qoymuşdur. Kəndin relyefi qardaşların çox xoşuna gəldiyi üçün həmin yerləri özlərinə daimi yaşayış məskəni seçmişlər. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 2 dəfə dəyişdirilmişdir. 1500-cü ildən 1978-ci ilə qədər Kəsəmən, 1978-ci ildən 1988-ci ilin dekabrına qədər Bahar olmuşdur. Kəndin ilk adı Kəsəmən toponimi isə Qazax mahalının Qıraq Kəsəmən kəndinin adı ilə bağlıdır. Qazaxların Kəsəmən tayfasının adını əks etdirir. Kənd rayon mərkəzi Basarkeçərdən 15 km məsafədə yerləşir.
Ləkəli göyək
Mancur göyrüşü
Mancur göyrüşü (lat. Fraxinus mandshurica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Asiyada iynəyarpaqlı və enliyarpaqlı meşələrin əsas ağaclarından biridir. Rusiyanın Primorsk diyarı və Saxalin vilayətində, Koreyada, Çində, Yaponiyada yayılmışdır. == Botaniki təsviri == Bu növ adi göyrüşə oxşardır. Hündürlüyü 25 m, diametri 1,5 m olan, birinci dərəcəli ağacdır. Gövdəsi düz, sütunvari, çətiri yuxarı qalxmış, enli-yumru, zərifdir. Cavan ağaclarda nazik yarıqlarla örtülmüş, yaşlandıqda rəngi bozdan tünd bozadək dəyişir. Zoğları və cavan budaqları tünd sarı və ya qonur rəngli, ağtəhər pulcuqlu, tumurcuqları qara və ya qara-qonur, çılpaqdır. Mayın əvvəllərində yarpaqları açılanadək çiçəkləyir, meyvələri sentyabrın axırları – oktyabrda yetişir, qış ərzində tökülür.
Maskalı göydimdik
Maskalı göydimdik (lat. Nomonyx) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Mavi göyümçiçək
Mavi göyümçiçək (lat. Polemonium coeruleum) — göyümçiçək cinsinə aid bitki növü.
Meri-eks göydələni
Gherkin — Londonun memarlıq rəmzinə çevrilən və britaniyalıların "Gherkin" adlandırdıqları 40 mərtəbəli "St. Mary Axe" binası. 2014-cü ilin yay aylarında satışa çıxarılan bu binanı braziliyalı investor Joseph Safra Londonun mərkəzində yerləşən Gherkin binası üçün 726 milyon funt sterlinq (1.1 milyard dollar) təklif edib. == Tarixi == Göydələn 2001–2004-cü illərdə məşhur britaniyalı arxitektor Norman Fosterin layihəsilə tikilib. Tikintisi 400 milyon dollara başa gələn və 180 metr hündürlüyündə olan bina elə layihələşdirilib ki, bu tipli digər binalarla müqayisədə 2 dəfə az elektrik enerjisi sərf edir. Bu səbəbdən "Gherkin" binasını çoxları "ekoloji göydələn" adı ilə də çağırırlar. Gherkin həm də turşuya qoyulmaq üçün yararlı olan kiçik xiyar növlərinin adıdır. "Gherkin" Londonun əsas rəmzlərindən birinə çevrilərək müasir memarlıq sənətininin ən məşhur nümunələrindən sayılır. "Evans Randall" şirkətilə şərikli əsasda binanın sahibi olan Almaniyanın "IVG Immobilien" şirkəti 2013-cü ildə müflis oluğunu elan etmişdi. Hesablamalara görə, Londonun müasir mənzərəsini yaradan 10 ən məşhur binasının ümumi dəyəri 11 milyard dollar təşkil edir.
Minçin göy adamları
Minçin göy adamları (ing. Blue men of the Minch), həmçinin fırtına kelpiləri (ing. Storm kelpies, şot.kelt Na fir ghorma) — Xarici Hebrid adalarının şimalında və Şotlandiyanın əsas ərazisi arasındakı su zolağında məskunlaşan, dənizçiləri və qayıqları batırmaq üçün axtarışa çıxan mifoloji varlıqlar. Onlar Nort-Minç boğazında və qonşu şimal ərazilərdə, eləcə də Vik şəhərinə qədər şərqdə, həmçinin Şotlandiyanın digər bölgələrinin sakinlərinə məlum olmayan ərazilərində yaşayırdılar. Bu mifoloji varlıqlar göy rəngdədirlər, lakin insanlara çox bənzəyirlər və təxminən eyni ölçüdədirlər. Fırtınalar törətmək gücünə malikdirlər, lakin yaxşı havalarda suyun səthində və ya onun altında yatırlar. Göy adamlar bədənlərini dənizdən yuxarı qaldıraraq üzür, dəniz donuzu kimi qıvrılır və suya dalırlar. Onlar danışa bilirlər və kollektiv şəkildə bir gəmiyə yaxınlaşdıqda, onların lideri gəminin kapitanına iki sətir misra qışqırıb onu misranı tamamlamağa dəvət edə bilər. Kapitan bunda uğursuz olarsa, göy adamlar onun gəmisini batırmağa çalışırlar. Mifik göy adamlara izah vermək üçün müxtəlif təkliflər var.
Minçin göy insanları
Minçin göy adamları (ing. Blue men of the Minch), həmçinin fırtına kelpiləri (ing. Storm kelpies, şot.kelt Na fir ghorma) — Xarici Hebrid adalarının şimalında və Şotlandiyanın əsas ərazisi arasındakı su zolağında məskunlaşan, dənizçiləri və qayıqları batırmaq üçün axtarışa çıxan mifoloji varlıqlar. Onlar Nort-Minç boğazında və qonşu şimal ərazilərdə, eləcə də Vik şəhərinə qədər şərqdə, həmçinin Şotlandiyanın digər bölgələrinin sakinlərinə məlum olmayan ərazilərində yaşayırdılar. Bu mifoloji varlıqlar göy rəngdədirlər, lakin insanlara çox bənzəyirlər və təxminən eyni ölçüdədirlər. Fırtınalar törətmək gücünə malikdirlər, lakin yaxşı havalarda suyun səthində və ya onun altında yatırlar. Göy adamlar bədənlərini dənizdən yuxarı qaldıraraq üzür, dəniz donuzu kimi qıvrılır və suya dalırlar. Onlar danışa bilirlər və kollektiv şəkildə bir gəmiyə yaxınlaşdıqda, onların lideri gəminin kapitanına iki sətir misra qışqırıb onu misranı tamamlamağa dəvət edə bilər. Kapitan bunda uğursuz olarsa, göy adamlar onun gəmisini batırmağa çalışırlar. Mifik göy adamlara izah vermək üçün müxtəlif təkliflər var.
Mixaylovka (Göygöl)
Bənövşəli (əvvəlki adı: Mixaylovka) — Azərbaycan Respublikasının Göygöl rayonunun Yeni Zod kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Göygöl rayonunun Yeni Zod kənd inzibati ərazi dairəsi tərkibindəki Mixaylovka kəndi Bənövşəli kəndi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Dağətəyi ərazidədir. Çar hökumətinin ucqarlara, o cümlədən Azərbaycana köçürmə siyasəti nəticəsində 1847-ci ildə Saratov quberniyasının Mixaylovka yaşayış məntəqəsindən gəlmələrin məskunlaşması nəticəsində yaranmışdır. Yeni yaşayış məntəqəsinə gəlmələrin əvvəl yaşadıqları Saratovdakı Mixaylovkanın adı verilmişdir. Beləliklə, kəndin keçmiş adı Mixaylovka miqrasiyaya uğramış oykonimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 139 nəfər yaşayır.
Molla Göyçə
Molla Göyçə, Mərəlik — Ermənistanın Şirak mərzinin ərazisində şəhər. == Tarixi == Molla Kökcə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda şəhər tipli qəsəbə. Gümrü İrəvan yolunun 10 km-də, Qaranqu çayının sol sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim dini məna bildirən molla və göyçə türk etnoniminin birləşməsindən əmələ gəlmişdir. Göyçə etnonimi Seyfəddin Dəməşq Xocadan sonra döyər türk tayfasının başçısı olan Göyçə Musa şəxs adında da özünü göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.l.
Moşu Göyəzənli
Moşu Göyəzənli - dramaturq Vaqif Səmədoğlunun "Bəxt üzüyü" pyesinin əsas qəhrəmanlarından biri. Şair və aşıq. 1991-ci ildə Azərbaycanın xalq şairinin eyni adlı pyesi əsasında lentə alınmış "Bəxt üzüyü" filmində eyni adlı və yüngül şairlik qabiliyyətinə malik, vətənpərvər, özünə xalq şairi deyən, Mehtər Babasının poemasını bitirə bilməyən, “xoşbəxtliy”ə qafiyə axtaran personaj. == Personaj == Moşu Göyəzənli Qazaxda doğulmuşdur. Həyat yoldaşı Söylüdən 6 oğul uşağı vardır və biri də dünyaya gəlmə ərəfəsindədir. Zəif bir şair olsa belə eyni zamanda güclü vətənpərvərdir və aşıqdır. Sözünü deyən, əsəbi və həyat yoldaşına xəyanət etməyən namuslu kişi xarakterinə malikdir. O, zəif sözbaz olduğu qədər də sadəlövhdür. Xoşbəxtliyə qafiyə axtararaq öz-özünü və ətrafındakıları aldadır.
Murovdağ (Göygöl)
Murovdağ — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == 1993-cü ildə Murovdağ qəsəbəsində min nəfərə yaxın kəlbəcərli məcburi köçkün məskunlaşmışdır.
Muxayıl Göyçəli
Muxayıl Göyçəli (Məsimov Muxayıl Budaq oğlu) — azərbaycanlı şair. == Həyatı == Muxayıl Göyçəli 1918-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Orta təhsilini doğma Daşkənd kənd orta məktəbində almışdır. Muxayıl Budaqoğlunun ata babası dövrünün çox imkanlı, varlı adamlarından olmuşdur. Ana babası Kərbəlayi Rüstəm və Kərbəlayi Rüstəmin qardaşları Nağı bəy, Tağı bəy, Tağı bəyin oğlu Qara İdris (Qaçaq İdris) 1918-ci ildə ermənilərə qarşı döyüşlərdə fədakarlıq göstərmiş el qəhrəmanları olmuşdur. Muxayıl 1941-ci ildə Böyük Vətən müharibəsinə getmiş, ağır döyüşlərin iştirakçısı olmuş və 1942-ci ilin fevralın 26-da ağır döyüşlərin birində yaralanaraq cəbhədən qayıtmışdır. Məsimov Muxayıl 1944-cü il dekabrın 15-də müharibədə aldığı yaralardan subay ikən əbədiyyətə qovuşmuşdur, məzarı ata-baba yurdu olan Göyçə mahalının Daşkənd kəndindədir. == Yaradıcılığı == Muxayıl Budaqoğlunun şeirlərini oxuyarkən məlum olur ki, o Göyçə ədəbi mühitindən, Azərbaycan klassik ədəbiyyatından və şifahi xalq ədəbiyyatından lazımınca yararlanmış və şeirin müxtəlif növlərində, - gəraylı, qoşma, təcnis, cığalı təcnis, divani kimi şeirlər yazıb, yaratmışdır. Muxayıl saz çalmağı Aşıq Surxaydan öyrənmişdir. Muxayıl Budaqoğlunun əlyazmaları və bir neçə cəbhə şəkilləri hal-hazıra qədər 1988-ci ildən Bərdə rayonu Yeni Daşkənd kəndində məskunlaşan qardaşı Məsimov Oruc Budaq oğlu tərəfindən qorunub saxlanılmaqdadır.
Müqəddəs İohann kilsəsi (Göygöl)
Müqəddəs İohann lüteran kilsəsi — Azərbaycanın Göygöl şəhərində yerləşən XIX əsrə aid tarixi-memarlıq abidəsi, Azərbaycanda tikilmiş ilk lüteran kilsəsi. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra kilsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Hazırda kilsədə Göygöl Tarix Diyarşünaslıq muzeyi fəaliyyət göstərir. == Tarixi == 1817-ci ildə imperator I Aleksandrın icazəsi ilə Şvabiyadan 700 lüteran pietist ailə Cənubi Qafqaza köçdü. Bu ailələrdən 120-i Azərbaycan ərazisinə gələrək burada Yelenendorf koloniyasının əsasını qoydular.Koloniyanın qurulması ilə lüteran icmasının da fəaliyyəti başladı. İlk dini ayinlər məktəb müəlliminin rəhbərliyi ilə aparılsa da sonradan 1832-ci ildə bura Hannover şəhərindən keşiş dəvət edilib.1854-cü ildə Lüteran cəmiyyətinin dini ehtiyaclarını ödəmək üçün kilsə binasının inşa edilməsi qərara alınıb. 1854-cü il aprelin 24-də alman lüteran kilsəsinin əsası qoyulub. Tikinti işləri üç il davam edən neoqotik üslubda olan kirxa 1857-ci il martın 10-da “Müqəddəs İohan kilsəsi” adına layiq görülüb və dindarların istifadəsinə verilib. Bu Azərbaycanda tikilmiş ilk lüteran kilsəsi idi. Kilsədə Lüdviqsburqda yerləşən “E.F.Walcker & Cie” şirkətinin istehsalı olan orqan quraşdırılmışdı.
Məcnun Göyçəli
Məcnun Göyçəli (İbrahimov Məcnun Səməd oğlu; 2 iyun 1949, Kiçik Məzrə, Basarkeçər rayonu – 17 may 2021, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), Azərbaycan Jurnalistlər və Aşıqlar Birliyinin üzvü, Ümumdünya Qaçqın Yazarlar Departamenti Rəyasət Heyətinin üzvü. == Həyatı == Məcnun Göyçəli 1949-cu il iyunun 2-də Qərbi Azərbaycanda Göyçə mahalının Kiçik Məzrə kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Zod qızıl-filiz kombinatında fəhlə işləmişdir (1967–1973). Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil almışdır (1973–1979). Kiçik Məzrə kəndində kitabxana müdiri, kənd orta məktəbində pioner baş dəstə rəhbəri, "Vardenis" rayon qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Aşıqlar Birliyi Sədrinin təsərrüfat üzrə müavini, yerli Həmkarlar İttifaqı Komitəsinin sədri, "Ozan" qəzeti baş redaktorunun müavini, redaktoru və Azaərbaycan Aşıqlar Birliyinin sədri işləmişdir (1989–2002). Ədəbi fəaliyyətə erkən başlamışdır, lakin şeirləri XX əsrin 80-ci illərindən "Azərbaycan", "Ulduz", "Göyərçin", "Kirpi" və s. jurnallarda, "Ədəbiyyat qəzeti"ndə, "Körpü", "Vətən səsi", "Şərq qapısı" qəzetlərində, eləcə də Türkiyə mətbuatında dərc olunmuşdur. 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər və Aşıqlar Birliyinin üzvü, Ümumdünya Qaçqın Yazarlar Departamenti Rəyasət Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi İrəvan Yazıçılar Şurasının sədr müavinidir. "Vətən", "Azərbaycan bayrağı", "İnam", "Qızıl qələm", "Araz", "İman", "H. B. Zərdabi", "H. Z. Tağıyev", "Ustad sənətkar", "İlin nüfuzlu ziyalısı", "Fəzilıt", "Ziya" və başqa mükafatlar laureatıdır. 2002-ci ildən Azərbaycan Müasir Müsavat Partiyası sədrinin ictimaiyyətlə əlaqələr üzrə müşaviridir.
Mədinə (Göyçə)
Mədinə — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-şərqdə, Əyriçayın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim ərəb dilində "şəhər" mənasında işlənən mədinə sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranıb. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1873-cü ildə 208 nəfər, 1886-cı ildə 296 nəfər, 1897-ci ildə 346 nəfər, 1908-ci ildə 429 nəfər, 1914-cü ildə 752 nəfər, 1916-cı ildə 736 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri geri dönə bilmişdir. Burada 1922-ci ildə burada 85 nəfər azərbaycanlı yaşamış, 1923–1924-cü illərdə kəndə ermənilər köçürülmüşdür.

Значение слова в других словарях