gövşəyənlər
göy-göyərti
OBASTAN VİKİ
Göy
Səma — Yer səthindən yuxarıya doğru maneəsiz bir görünüş. Buraya atmosfer və kosmik fəza daxildir. O həm də yerlə kosmos arasındakı bölgə kimi də hesab olunur, buna görə də kosmosdan fərqlidir. Astronomiya sahəsində səmaya göy sferası da deyilir. Bu, Günəş, Ay, planetlər və ulduzların sürükləndiyi Yerə konsentrik olan mücərrəd sferadır. Göy sferası ənənəvi olaraq bürclər adlanan təyin olunmuş ərazilərə bölünür. Adətən "göy üzü" termini qeyri-rəsmi bir şəkildə Yer səthindən baxış bucağı kimi başa düşülür, amma mənası və istifadəsi fərqli ola bilər. Yer kürəsindəki bir müşahidəki gündüzlər gecəyə görə daha düz görünən bir günbəzə bənzəyən (bəzən göy kasası da deyilir) göy üzünün kiçik bir hissəsini görə bilər. Bəzi hallarda, məsələn, hava haqqında danışarkən, səma atmosferin yalnız aşağı, daha sıx təbəqələrini ifadə edir. Gündüz səması mavi görünür, çünki hava molekulları günəş işığının daha qısa dalğa uzunluqlarındakını daha uzun olanlara (qırmızı işıq) nisbətən daha çox səpələyir.
Göy-Qal
Göy-göl
Göllər Göygöl (göl) — Azərbaycanın Göygöl rayonunda göl. Göygöl (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda göl. Göygöl (Gədəbəy) — Gədəbəy rayonu ərazisində şirinsulu, axarlı göl. Göygöl (Ordubad) — Ordubad rayonunda şirinsulu, axarlı göl. Göygöl (Culfa) — Culfa rayonu ərazisində göl. Göygöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda göl. Çaylar Göygöl — Daşkəsən və Gədəbəy rayonları ərazisindən axan çay. Qoruq Göygöl Dövlət Təbiət Qoruğu — Azərbaycanda yaranan ilk qoruq. Yaşayış məntəqələri Göygöl (şəhər) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. Göygöl rayonu — Azərbaycan Respublikasında rayon.
Göy (rəng)
Göy – rənglərdən biri. Göy rəng çox-çox hallarda nəinki mavi, hətta bəzi hallarda yaşıl rənglə eyni mənalı, eyni funksiyalı olur. Göylə mavini bir-birindən fərqləndirən başlıca əlamət mavinin açıq, göyün isə tünd olmasıdır. Amma bu o demək deyil ki, göylə mavi həmişə bir-birinin eyni ola bilir. Misal üçün, yetişməmiş, kal anlamına gələn göy meyvə – göy alça, göy gavalı, göy alma, göy ərik, yaxud göy (yaşıl) meşə, göy (yaşıl) ot, göy (yaşıl) çəmən və s. deyilə bildiyi halda, mavi alça, mavi gavalı, mavi alma, mavi ərik, mavi ot, mavi meşə, mavi çəmən və s. deyilmir. Eləcə də göy rəng həmişə mavi rəngi əvəz eləyə bilmir. Belə ki, "göy" rəng yox, substantivləşəndə əlamət olaraq mütləq "mavi" tələb edir. Misal üçün, səma, asiman adları daşıyan Göy qübbəsinin – göyün rəngini bildirmək üçün "göy Göy" yox, "mavi Göy" deyilir.
Göy Börü
Göy Börü (başqırdca:күк бүре / Kük Büre) — başqırdların milli gənclər təşkilatı. Göy Börü sözünün başqırd dilindəki mənası bozqurd deməkdir. Rusiya Federasiyasına bağlı Başqırdıstanda rəsmi təşkilat olaraq qeydiyyatdan keçmişdir. Təşkilatın simvolu türk dünyasının milli simvolu olan qurd başı və arxa planda da günəşdir Türk xalqlarının mifologiyasındakı qurd milli yaddaşın, bilgəliyin, cəsarətin, fədakarlığın və vətənlərinə olan bağlılığın rəmzidir. Millət adı olan başqırd sözünün də qurdla bağlı olduğu ehtimal edilir. Təşkilat başqırdların öz müqəddəratını təyin etmə haqqının olduğunu bildirir və ideologiyası liberal millətçiliyə əsaslanır. 2012-ci ildə yerli rus mediası iki millətçi təşkilat olan Azadlıqla (tatarlar) "Göy Börü"nün ittifaqda birləşdiyini yazmışdır. Tatar millətçilərinin lideri Nail Nabiulla "birliyin rus olmayan xalqlar üçün mübarizədə Rusiya Federasiyasındakı bütün millətçi təşkilatlarla birləşməyə açıq olduğunu" bildirmişdir. "Azadlıq" və "Göy Börü" təşkilatlarının rəhbərləri bəyanatlarında Çuvaşiya, Udmurtiya, Mari El, Altay və Saxa Yakutiyadakı bütün millətçi təşkilatlar ilə potensial ittifaq olduğunu bildirdilər.
Göy Tanrı
Göy Tanrı (Qədim Türkcə: 𐱅𐰭𐰼𐰃 [teŋri]; Monqolca: Хөх Тэнгэр [Xöx Teŋger]; Çincə: 腾格里 [teŋ-ge-li] Türkiyə Türkçəsi : Gök Tanrı ) — göytanrıçı dininin panteonunda baş tanrı. Türkcə Tanrı/Teŋri və monqolca Teŋger sözləri çincə 撑犁 (çeŋ-li) kəlməsindən hunnular dövründə törənilmişdir. Hunnular bu sözü Çin hərfləri ilə 腾格里 (teŋ-ge-li) kimi, göytürk damğaları ilə isə 𐱅𐰭𐰼𐰃 (Teŋri) kimi yazırdı. Orxon-Yenisey kitabələrində Tanrı(Allah yox) kimi nəzərdə tutulan Göy Tanrı bütün insanları yaradan və həm də onlara vaxt qoyan (yaşayış müddəti), dünyada hər şeyi öz nəzarətində saxlayan ilahi güc kimi götürülüb. «Tanrı güc verdiyi üçün atam xaqanın qoşunu qurd tək imiş, yağısı qoyun tək imiş» (Kültigin abidəsi, şərq tərəf, sətir 12). Və ya: «Tanrı yar olduğu üçün ellini elsizləşdirmiş, xaqanlını xaqansızlaşdırmış, yağını tabe eləmiş, dizlini çökdürmüş, başlını səcdə etdirmiş». «Türk oğuz bəyləri, xalqı, eşidin: üstdə Tanrı əzməsə, altda yer dəlinməsə, türk xalqını, elini, qanununu kim dağıdar?» (Kültigin, şərq tərəf, 22). Quranda da hər bialqın yalnız öz yolundan sapdığı halda Allahın qəzəbinə məruz qalması, «zalım qövmü Allahın doğru yola çəkməməsi» haqda ayə var. Quranda kainatı, bütün insanları Allahın yaratdığı və hər bir kəsin, hətta bitkinin belə taleyinin, yarpağın düşməsinin belə Onun nəzarəti altında olduğu deyilir. Runik abidələrdə də xeyirin və şərin Tanrıdan gəlməsi, bütün məsələlərdə Tanrıya təvəkkül inancının olduğunu görürük: «İnsan övladı hamısı yaranıb ki, Göy tərəfindən qoyulmuş vaxtda ölnəsbir sıra an» abidəs.rast gəlinir.
Göy atlı
Göy atlı (alm. Der Blaue Reiter‎) — XX əsrin əvvəllərində Almaniyada ekspressionizm (əsasən rəssamlar) nümayəndələrinin yaradıcılıq birliyi. Birlik eyni adlı almanaxların müəllifidir. 1911-ci ildə Münhendə Vasili Kandinski və Mark Frans tərəfindən Göy atlı birliyi yaradılmışdır. Bu birliyin əsas məqsədi akademik rəssamlığın daşlaşmış ənənələrindən azad olmaq idi. Onlardan başqa "Göy atlı" birliyində həmçinin, Avqust Make, Marianna Verevkina, Aleksey Yavlenski və Paul Kleye kimi rəssamlar var idi. Bu incəsənət birliyinin işində həmçinin rəqqaslar və bəstəkarlar da iştirak edirdilər. Onları orta əsrlər və primitiv incənətə maraq birləşdirmişdi. Avqust Make və Mark Frans hesab edirdilər ki, hər bir insan gerçəkliyinin incəsənət vasitəsilə birləşdirilən daxili və xarici qavrayışı vardır. Bu ideya nəzəri cəhətdən Kandinski tərəfindən irəli sürülmüşdü.
Göy balina
Göy balina (lat. Balaenoptera musculus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinin zolaqlı balina cinsinə aid heyvan növü. Cütləşmə və balalama müddətləri çox uzundur. Cənub yarımkürəsində cütləşmə iyul-avqust, Şimalda -yanvara təsadüf edir. Hamiləlik 10–11 aydır. Yeni doğulmuş balanın uzunluğu 7–8 metr olur. Dişilər iki ildən bir balalayır. Bir bala gətirir. Laktasiya müddəti 6–7 aydır. Cinsi yetkinliyə 8–10, başqa məlumata görə 23–30 yaşında çatır.
Göy balıq
Göy balıq (lat. Ballerus ballerus) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər fəsiləsi daxil olan balıq növü. Bədən enlidir, yan tərəflərdən isə güclü sıxılmışdır. Bədəni boyunun üçdə biridir. Başı micvaridir. Başının yuxarı hissəsini tutan ağzı bir qədər yuxarı qalxır. Anusu nisbətən uzundur. Pulcuqları isə kiçik olur. Göy balıq xarici görünüş baxımından Porulara (lat. Ballerus sapa) bəzəsələr də, ağız quruluşu və pulcuqlarının balaca olması seçilirlər.
Göy cisimləri
Astronomik obyekt, göy cismi və ya səma cismi — müşahidə edilə bilən kainatda mövcud olan, təbii olaraq yaranan fiziki varlıq, birləşmə və ya struktur. Astronomiyada obyekt və cisim sözləri çox vaxt bir-birini əvəz edir. Bununla belə, astronomik cisim və ya göy cismi vahid, möhkəm əlaqəli, bitişik varlıq, astronomik obyekt və ya göy obyekti isə bir neçə cisimdən və ya bununla bərabər alt strukturlu digər obyektlərdən ibarət ola bilən mürəkkəb, daha zəif birləşmiş strukturdur.Astronomik obyektlərə planetar sistemlər, ulduz qrupları, dumanlıq və qalaktikalar, astronomik cisimlərə isə asteroidlər, peyklər, planetlər və ulduzlar aiddir. Kometa həm cisim, həm də obyekt kimi təyin edilə bilər: o donmuş buz və toz nüvəsi nəzərdə tutulduqda cisim, diffuz koma və quyruğu ilə bütün kometi təsvir edərkən obyektdir. Kainatın iyerarxik quruluşa malik olduğunu söyləmək olar. Ən böyük miqyaslarda quruluşun əsas komponenti qalaktikadır. Qalaktikalar qruplar və topalar şəklində qurulur, çox vaxt daha böyük ifrattopalar daxilində, demək olar ki, voydlər (qaranlıq boşluqlar) arasında böyük saplar boyunca düzülür və müşahidə oluna bilən kainatı əhatə edən bir şəbəkə yaradır. Qalaktikalar birləşməyə səbəb ola biləcək digər qalaktikalarla qarşılıqlı əlaqə də daxil olmaqla, formalaşma və təkamül tarixlərindən asılı olaraq müxtəlif morfologiyalara, nizamsız, elliptik və diskəbənzər formalara malik olur. Diskəbənzər qalaktikalar spiral qollar və bariz bir halə kimi xüsusiyyətlərə malik linzaşəkilli və spiral qalaktikaları əhatə edir. Əksər qalaktikaların nüvəsində ifratkütləli qara dəlik var ki, bu da aktiv qalaktika nüvəsinin meydana gətirə bilər.
Göy cismi
Astronomik obyekt, göy cismi və ya səma cismi — müşahidə edilə bilən kainatda mövcud olan, təbii olaraq yaranan fiziki varlıq, birləşmə və ya struktur. Astronomiyada obyekt və cisim sözləri çox vaxt bir-birini əvəz edir. Bununla belə, astronomik cisim və ya göy cismi vahid, möhkəm əlaqəli, bitişik varlıq, astronomik obyekt və ya göy obyekti isə bir neçə cisimdən və ya bununla bərabər alt strukturlu digər obyektlərdən ibarət ola bilən mürəkkəb, daha zəif birləşmiş strukturdur.Astronomik obyektlərə planetar sistemlər, ulduz qrupları, dumanlıq və qalaktikalar, astronomik cisimlərə isə asteroidlər, peyklər, planetlər və ulduzlar aiddir. Kometa həm cisim, həm də obyekt kimi təyin edilə bilər: o donmuş buz və toz nüvəsi nəzərdə tutulduqda cisim, diffuz koma və quyruğu ilə bütün kometi təsvir edərkən obyektdir. Kainatın iyerarxik quruluşa malik olduğunu söyləmək olar. Ən böyük miqyaslarda quruluşun əsas komponenti qalaktikadır. Qalaktikalar qruplar və topalar şəklində qurulur, çox vaxt daha böyük ifrattopalar daxilində, demək olar ki, voydlər (qaranlıq boşluqlar) arasında böyük saplar boyunca düzülür və müşahidə oluna bilən kainatı əhatə edən bir şəbəkə yaradır. Qalaktikalar birləşməyə səbəb ola biləcək digər qalaktikalarla qarşılıqlı əlaqə də daxil olmaqla, formalaşma və təkamül tarixlərindən asılı olaraq müxtəlif morfologiyalara, nizamsız, elliptik və diskəbənzər formalara malik olur. Diskəbənzər qalaktikalar spiral qollar və bariz bir halə kimi xüsusiyyətlərə malik linzaşəkilli və spiral qalaktikaları əhatə edir. Əksər qalaktikaların nüvəsində ifratkütləli qara dəlik var ki, bu da aktiv qalaktika nüvəsinin meydana gətirə bilər.
Göy doqquzdon
Göy doqquzdon (lat. Lonicera caerulea) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Göy duker
Göy gurultusu
Göy gurultusu — ildırımın yaratdığı səs. Göy gurultusunun səsi ildırımın məsafəsindən və təbiətindən asılı olaraq dəyişə bilər. Şimşək və ya ildırım ətraflarındakı havanı saniyənin milyonda biri qədər bir müddətdə 30.000 dərəcəyə qədər qızdırırlar. İstilənən bu hava birdən genişləyir. Bu zaman normal atmosfer təzyiqinin təxminən 100 misli qədər bir təzyiqlə, səs sürətindən çox sürətli səs dalğaları yayılır. Bu eynilə səs sürətini keçən təyyarələrdə olduğu kimi qulağımıza partlama səsi olaraq çatır. Buna göy gurultusu deyirik. Göy guruldaması normal şərtlərdə 24 kilometrdən daha çox məsafələrdən eşidilmir. Şimşəyin səbəbi əsrlər boyu fərziyyə və elmi araşdırma mövzusu olmuşdur. Erkən düşüncələr bunun tanrılar tərəfindən edildiyini düşünürdü.
Göy göl
Göllər Göygöl (göl) — Azərbaycanın Göygöl rayonunda göl. Göygöl (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda göl. Göygöl (Gədəbəy) — Gədəbəy rayonu ərazisində şirinsulu, axarlı göl. Göygöl (Ordubad) — Ordubad rayonunda şirinsulu, axarlı göl. Göygöl (Culfa) — Culfa rayonu ərazisində göl. Göygöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda göl. Çaylar Göygöl — Daşkəsən və Gədəbəy rayonları ərazisindən axan çay. Qoruq Göygöl Dövlət Təbiət Qoruğu — Azərbaycanda yaranan ilk qoruq. Yaşayış məntəqələri Göygöl (şəhər) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. Göygöl rayonu — Azərbaycan Respublikasında rayon.
Göy güldəfnə
Göy güldəfnə (lat. Trigonella caerulea) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güldəfnə cinsinə aid bitki növü.
Göy güləvər
Göy mexanikası
Göy mexanikası (ing. celestial mechanics) — mexanika qanunlarının köməyi ilə göy cismlərinin hərəkətini öyrənən astronomiya bölməsi. Göy mexanikası Ay və planetlərin fəza koordinatlarını hesablayır, Ay tutulmasının vaxtını və yerini müəyyən edir, kosmik cisimlərin real hərəkətini dəqiqləşdirir. Göy mexanikası Günəş sistemini, planetlərin Günəş ətrafında, peyklərin planetlər ətrafında dövr etməsini öyrənir. Həmçinin bu elmi sahə ilə kometa və kiçik planetlərin hərəkətinin trayektoriyasının hesablanır. Uzaq planetlərin və ulduzların hərəkətini bəzən əsrlərlə müşahidələrdən bilmək olur. Günəş sisteminin cisimlərinin hərəkəti isə gözlə də görünə bilər. Onun öyrənilməsi İohan Keplerin (1571–1630) və İsaak Nyutonun (1643–1727) əsərlərindəki göy mexanikası qanunları ilə başladı. Bununla yanaşı bilavasitə göy mexanikasında öyrənilən məsələlərə misal olaraq aşağıdakıları göstərmək olar: Bilavasitə Nyutonun ümumdünya cazibə qanunu ilə bağlı astronomiya məsələləri Cazibə nəzəriyyəsi-tərpənməz cisimlərin qravitasiya sahəsi haqqında təlim n {\displaystyle n} cisim məsələsi-bir-birini Nyutonun ümumdünya cazibə qanunu ilə cəzb edən n {\displaystyle n} maddi nöqtənin hərəkəti Birinci yaxınlaşma hesab edilən bu nəzəriyyədən Eynşteynin qravitasiya nəzəriyyəsi əsasında n {\displaystyle n} cismin hərəkətinin relyativist nəzəriyyəsi və s.
Göy məscid
Göy məscid (Bakı)
Göy qulaq
Göy qulaq (ing. Blue Ear) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış super qəhrəman personajı. Göy qulaq Nyu-Hempşir ştatının Salem şəhərindən olan 4 yaşlı eşitmə qüsurlu və komiks fanatı Antoni Smitin şərəfinə yaradılmışdır. 4 yaşlı Antoni Smit komiks fanatı və eşitmə qüsurlu idi. Buna görə anası Kristina Alessandro tərəfindən ona eşitmə aparatı verilmişdir, lakin 2012-ci ildə Smit məktəbdə onu geyməkdən imtina etmişdir. Sonda Smit "Super qəhərmanlar göy qulaqlar geyinmir" demişdir. Bu vəziyyətdən çıxmaq üçün anası Kristina Marvel Comicsin Nyu-Yorkdakı qərargahına email yollamışdır. Dizayner və köməkçi redaktor Nelson Ribeyro bu emaili alar-almaz əsl adı Antoni Smit olan Göy qulaq adlı super qəhrəman personaj yaradıb onun şəkillərini Alessandro ailəsinə göndərmişdir. Daha sonra rəssam Manni Mederos Göy qulağın uşaq halında eskizlərini çəkmişdir. Mederos bu prosesi "The Huffington Post" qəzetinə danışmışdır: "Niyə super qəhrəmanın özü uşaq ola bilməzdi?".
Göy qurşağı
Göy qurşağı — atmosferdə, havadakı su damlacıqlarından işığın sınması və əks olunması nəticəsində əmələ gələn optik hadisə. Göy qurşağı Günəşə qarşı tərəfdə yağış tökülən buludların fonunda böyük, müxtəlif rəngli, bir, iki və bəzən üç qövsdən ibarətdir. Adətən üst qövs qırmızı, daxili qövs bənövşəyi olur. Bir çox mədəniyyət göyqurşağını cənnət ilə dünya arasındakı körpü olaraq görməkdədir. Təbiətdəki ən gözəl mənzərələrdən biri olan göy qurşağı qərb mədəniyyətində ümid və şans simvolu olmuşdur. İran müsəlmanlarına görə göyqurşağındakı rənglərin hər birinin bir mənası vardır. Yaşıl bolluq, qırmızı döyüş, sarı isə ölüm mənasını verir. Sibirdə göyqgurşağının Günəşin dili olduğu düşünülür. Cənubi Amerika aborigenləri isə göyqurşağının dənizin üzərində görülməsinin bir şans olduğuna inanırlar.
Göy rəng
Göy – rənglərdən biri. Göy rəng çox-çox hallarda nəinki mavi, hətta bəzi hallarda yaşıl rənglə eyni mənalı, eyni funksiyalı olur. Göylə mavini bir-birindən fərqləndirən başlıca əlamət mavinin açıq, göyün isə tünd olmasıdır. Amma bu o demək deyil ki, göylə mavi həmişə bir-birinin eyni ola bilir. Misal üçün, yetişməmiş, kal anlamına gələn göy meyvə – göy alça, göy gavalı, göy alma, göy ərik, yaxud göy (yaşıl) meşə, göy (yaşıl) ot, göy (yaşıl) çəmən və s. deyilə bildiyi halda, mavi alça, mavi gavalı, mavi alma, mavi ərik, mavi ot, mavi meşə, mavi çəmən və s. deyilmir. Eləcə də göy rəng həmişə mavi rəngi əvəz eləyə bilmir. Belə ki, "göy" rəng yox, substantivləşəndə əlamət olaraq mütləq "mavi" tələb edir. Misal üçün, səma, asiman adları daşıyan Göy qübbəsinin – göyün rəngini bildirmək üçün "göy Göy" yox, "mavi Göy" deyilir.
Göy xan
Göy Xan - türk və altay mifologiyasında səma xaqanı. Gök (Kök, Kük) Xan olaraq da bilinir. Oğuz Xanın ikinci yoldaşından doğulan oğludur. Türk yurdunun sonsuzluğunu və genişliyini işarələyir. Göyün ənginliyi və sonsuzluğu böyük əhəmiyyətə malikdir. Göy xanın onqonu bataqlıq belibağlısı quşudur. Maviyə çalan bir rəngi vardır. Digər quşları ovlamaqda istifadə edilər. Göy Xan 3 ox qolunun oğullarınındır . Göy Xanın 4 oğlu var : Bayandır , Peçeneq , Çavuldur , Çəpni.
Göy yolu
Göy yolu — türk və altay xalq mədəniyyətində və mifologiyasında Süd Yolu. Gökyolu, Kökzol və ya Gökcol da deyilir. Səmada bir yol kimi görünən qalaktika. Günəş sistemi bu qalaktika içərisindədir. Nağıl qəhrəmanlarının yenə bu yoldan keçdikləri izah edilər. Eyni mənalı olaraq "Ordu yolu" təbiri də istifadə edilir. Bəzən Quş yolu olaraq da ifadə edilər. Ancaq bu təbir çox məşhur deyildir. Ordu yolu; türk, altay, macar və monqol mifologiyasında və xalq mədəniyyətində Süd yolu deməkdir. Urdazol və ya Ordacol olaraq da deyilər.
Göy öskürək
Göyöskürək — kəskin antroponotik hava-damcı bakterial infeksiyası, tənəffüs yollarının təhlükəli yoluxucu xəstəliyi. Ən xarakterik əlaməti paroksismal spazmodik öskürəkdir. İki yaşdan kiçik uşaqlar üçün çox təhlükəlidir. 1950-ci ilə qədər peyvəndin geniş tətbiqindən əvvəl, göyöskürək uşaqlar arasında ən çox yayılmış xəstəliklərdən biri idi. Peyvənd xəstəliyin qarşısını alır, lakin peyvənd edilmiş insanlar bakteriyaların daşıyıcısı ola bilər və onu peyvənd olunmamış insanlara ötürə bilirlər, nəticədə sonuncular hələ də xəstəliyin inkişaf riski altındadır. Göyöskürək xəstəliyini Borde-Janqu bakteriyası törədir (ilk dəfə 1906-cı ildə onu təsvir edən belçikalı alim J. Borde və fransız alimi O. Jangın şərəfinə adlandırılmışdır) (Bordetella pertussis). Ananın antitellərinə görə anadangəlmə immunitet inkişaf etmir. Yoluxuculuq (təmasda olduq yoluxma ehtimalı) 90% -dir. 1937-ci ildə göyöskürək çöpünə bənzər bir mikroorqanizm, parapertussis çubuğu təcrid olundu. Bu mikroorqanizmin yaratdığı xəstəlik yüngül öskürəyin forması kimi davam edir, lakin göyöskürəyə qarşı immunitet qoymur.
Ağ-göy-ağ bayraq
Ağ-göy-ağ bayraq — üç bərabər üfüqi zolaqdan (ağ, göy və ağ) ibarət bayraq. Bu bayraq Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiyada müharibə əleyhinə etirazların simvoluna çevrilib. Bayraq 2022-ci ilin əvvəlində müharibə əleyhinə etirazların simvolu kimi Rusiyadakı müxalifət qüvvələri arasında geniş yayılıb. Fəalların fikrincə, bayraq ilk növbədə insanları sülh və azadlıq uğrunda birləşdirən simvoldur. Ağ-göy-ağ bayrağın istifadə edildiyi ilk məlum yer 2006-cı ildə meydana çıxan Novqorod Respublikasının virtual dövlətinin internet saytı (“Noveqradeskaya Respublika”) olmuşdur. Bayraq Velikiy Novqorodun o vaxtkı rəsmi bayrağına əsaslanırdı. Saytın yaradıcısı, amerikalı proqramçı Martin Posthyumusun sözlərinə görə, layihə Novqorod Respublikasının qoşunlarının Şelon döyüşündə Moskva Knyazlığının qoşunlarını məğlub etdiyi alternativ tarixin nümunəsi kimi düşünülmüşdür. İlk dəfə 22 avqust 2019-cu ildə LiveJournal istifadəçisi Andrey Çudinov tərəfindən Rusiyanın alternativ bayrağı kimi istifadə edilməsi təklif edilib. Bu bayraqdan müharibə əleyhinə etirazın simvolu kimi istifadə edilməsi 28 fevral 2022-ci ildə Tvitter istifadəçilərindən biri tərəfindən təklif edilmişdi. Bundan sonra bu bayraqdan, müharibə əleyhinə çıxış edən müxalifət qüvvələri istifadə etməyə başladılar.
Ağ-qara göyərçin
Ağ-qara göyərçin (lat. Columba leucomela) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Ağ göyrüş
Ağ göyrüş (lat. Fraxinus ornus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. Vətəni Aralıq dənizyanı ölkələridir. Rusiyada yayılmışdır. Hündürlüyü 12 m-ə çatan, düz, yumru, möhkəm çətirli ağacdır. Yarpaqları açıq yaşıl, 7 ədəd uzunsov-yumurtaşəkilli, uzunluğu 9 sm-ə çatan, alt hissəsi tüklü, kənarları dişli olan xırda yarpaqcıqlardan ibarətdir. Zoğların uclarında uzunluğu 5-15 sm olan, sıx süpürgələrə yığılmış ağ, uzun, ensiz ləçəkli, ətirli çiçəkləri ilə digər göyrüşlərdən fərqlənir. Meyvələri ensiz, uzunsov, ucu yumru, uzunluğu 2,5 sm-ə qədərdir. Yavaş böyüyür, 20 yaşında 6–7 m hündürlüyə çatır. Toxumla çoxaldılır.
Ağbulaq (Göyçə)
Ağbulaq — Göyçə mahalında kənd. (Çəmbərək rayonundan Göyçə mahalına aid olan cəmi 5 kənddən biri) Hər yurdun-yuvanın, hər elin-obanın özünəməxsus keyfiyyətləri olduğu kimi Ağbulaq kəndinin də öz dünyası, öz aləmi olmuşdur. Ümumi cəhətləri ilə Göyçə qüdrəti, Göyçə əzmini özündə cəmləşdirən bu kənd bir çox məziyyətləri ilə seçilmişdir. Şahdağ silsiləsi əgər doqquz mərtəbəli binanı xatırladırsa Ağbulağı onun üçüncü mərtəbəsinə sığınmış əziz balasına bənzətmək olar. Ağbulaqdan Göyçə gölünə baxanda elə bil amfiteatrdan səhnəyə baxırsan. Göyçə gölündən o taya baxanda il boyu qarı əriməyən Ağmanqal, Təpəsidəlik, Çənlibel, İldırımötürən dağları göz önündə canlanır. Qonşu Şorca və Ardanış kəndlərinin örüşündə olan Adatəpə (bu dağa Koroğlu da deyirlər) elə bil Ağbulağın sol çiynindən qalxıb buludlara baş çəkir. Adatəpə ilə Ağbulaq arasında "Xanlıq" adında yurd yeri var. İrəvan xanı Hüseynəli xan burada arı saxlatdırar və özü yay aylarında dincəlməyə çıxarmış. Ağbulağın axşamı düşəndə günəş şiş uclu Ələyəz dağının arxasına çəkilib, sanki Anadoluda axşamlardı.
Ağdağ (Göygöl)
Ağdağ (əvvəlki adı: Xanlar) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Göygöl rayonunun Göygöl şəhər inzibati ərazi dairəsi tərkibindəki Xanlar qəsəbəsi Ağdağ qəsəbəsi adlandırılmışdır.
Ağdağ (Göyçə)
Ağdağ — İrəvan xanlığının Göyçə mahalında, indi Kəvər (Kamo) rayonunda dağ. Oronim qədim Azərbaycan dilində "uca, hündür" mənasını bildirən ağ sözü ilə "düzənlikdən ətəkləri, yamacları və zirvəsi ilə seçilən, dik vəziyyətdə ucalmış, 500 m-dən artıq olan yüksəklik" mənasında işlənən dağ sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb oronimdir. Adı dəyişdirilib Apitakasar qoyulmuşdur.
Ağdağ qəsəbəsi (Göygöl)
Ağdağ (əvvəlki adı: Xanlar) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Göygöl rayonunun Göygöl şəhər inzibati ərazi dairəsi tərkibindəki Xanlar qəsəbəsi Ağdağ qəsəbəsi adlandırılmışdır.
Aşıq Bəhmən Göyçəli
Aşıq Bəhmən Göyçəli (tam adı: Bəhmən İbrahim oğlu Qarayev; 1 may 1901, Göyçə mahalı, Basarkeçər rayonu, Nərimanlı kəndi — 13 noyabr 1976) — ustad aşıq, şair. Aşıq Bəhmən Göyçəli 1 may 1901-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kəndində anadan olub.. Uşaq yaşlarından atasını itirən Bəhmən Göyçəli ağır güzəran keçirmişdir. İbtidai təhsilini mollaxanada almış, sonralar savadsızlığı ləğv etmə kurslarında oxumuşdur. Doğma kəndində sovet sədri, kolxozda briqadir, sıravi kolxozçu olmuşdur. Gənclik dövründən el arasında aşıq-şair kimi tanınmış, toy-düyünlərə dəvət olunmuşdur. Gəraylı, qoşma, müxəmməs, qəzəl, divani, dodaqdəyməz, cığalı, təcnis və digər janrlarda yaratdığı şeirləri dillər əzbəri olmuşdur. "Kirpi", "Sovet Ermənistanı", "Azərbaycan gəncləri" və s. dövri mətbuat səhifələrində qoşmaları çap edilmişdir. Bir çox aşıq havası və dastan yaratsa da zəngin ədəbi irsi dərindən öyrənilməmişdir.
Aşıq Fətulla Göyçəli
Aşıq Fətulla Göyçəli (tam adı: Əliyev Fətulla Əbdüləzim oğlu; 1941, Nərimanlı, Basarkeçər rayonu) – müəllim, ustad aşıq, "Əməkdar mədəniyyət işçisi", Azərbaycan Aşıqlar Birliyinin üzvü. Aşıq Fətulla Göyçəli 1941-ci ildə Göyçə mahalının Söyünquluağalı (Nərimanlı) bölgəsində Əbdüləzim kişinin ailəsində dünyaya göz açmışdır. Kiçik yaşlarından saza-sözə böyük maraq göstərmişdir. Aşıq Fətullanın formalaşmasında məlahətli və zil səs tembri olan atası Əbdüləzim kişinin müstəsna rolu olmuşdur. 1948–1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan azəri türkləri doğma yurd-yuvalarından deportasiya olunarkən Əbdüləzim kişi də öz ailəsi ilə birlikdə Bərdə rayonunun Kətəlparaq kəndində məskunlaşırlar. Göyçənin Yarpızlı kəndindən olan Aşıq İman öz ailəsi ilə həmin kəndə pənah gətirir. Aşıq İmanın Əbdüləzim kişinin boş qalan evində özünə sığınacaq tapması balaca Fətullanın gələcək həyatının müəyyənləşməsində tramplinə çevrilir. Aşıq İman 1953-cü ilə qədər Fətullanı öz balası kimi bəsləmiş, aşıqlıq sənətinin ibtidai mərhələsini, oturub-durmağı, məclisdə davranış qaydalarını öyrətmiş, özü ilə el şənliklərinə aparmışdı. Deportasiya olunmuşlardan bəziləri öz ata-baba yurdlarına qayıtmalı oldular. Məlahətli zil-səs tembrinə malik Fətullanı ustad aşıqlar özləri ilə birlikdə toy şənliklərinə dəvət etməyə başlayırlar.
Aşıq Hacı Göyçəli
Hacı Abbas oğlu Bayramov (22 iyun 1931, Daşkənd, Basarkeçər rayonu – 22 may 2011, Çənlibel, Şəmkir rayonu) — Azərbaycanlı aşıq və şair. Aşıq Hacı Göyçəli 1931-ci ilin iyun ayında Göyçə mahalının Daşkənd kəndinin "Hacı Qurban" yaylağında anadan оlub. Hələ uşaq yaşlarından aşıqlığa həvəs göstərən Hacı 1945-ci ildə Daşkəndli Abbasəli Nəzərova şəyird оlmuş və bir ildən sonra Bala Məzrəli Aşıq Hüseynin yanında şəyirdlik etmişdir. 1947-1950-ci illərdə isə Qannılı Aşıq Mehdınin yanında şəyirdlik etmişdir. 1951-1955-ci illərdə Aşıq Hacı sovet ordusunda hərbi xidmətdə olmuşdur. Aşıq Hacı bir neçə şəyirdə aşıqlıq sənətinin sirlərini öyrətmişdir. Qannı kəndindən Balakişi, Qaraqоyunlu kəndindən Aşıq Səlim, Aşağı Şorca kəndindən Aşıq İslam 1968-ci ildən 1978-ci ilədək Aşıq Hacının yanında aşıqlıq sənətinin sirlərinə yiyələnmişdir. Aşıq Hacı 1978-ci ildən öz həmkəndlisi Nuriddin İsgəndərovu özünə şəyird götürmüşdür. 1981-ci ildə Nuriddinlə birlikdə televiziyada "Aşıq Alı" dastanını, 1985-ci ildə isə "Şəmkirli Aşıq Hüsеyn" dastanını söyləmişlər və hər iki dastanın lеnt yazısı televiziyanın "Qızıl fonduna" daxil edilmişdir. 1984-cü ildə IV Aşıqlar qurultayına nümayəndə sеçilmişdir.
Aşıqlı (Göygöl)
Aşıqlı (əvvəlki adı: Voroşilovka) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Aşıqlı/Aşıxlı oyk., sadə. Beyləqan r-nunun eyniadlı i.ə.v.-də kənd. Göygöl r-nunun eyniadlı i.ə.v.-də kənd. 1931-ci ilədək Qaryağdı, 1958-ci ilədək Voroşilovka adlanmışdır. Gəncə çayının sağ sahilindən bir qədər aralı, Sanyal dağının ətəyindədir. Etnotoponimdir. 1917-ci ildə Aşıqlı variantında qeydə alınmışdır. Gürcüstanın Dmanisi r-nunda Aşıq kəndi, Moskva vilayətində Aşukino qəsəbəsi və d.y. stansiyası, Şəki-Zaqatala zonasında Aşıqlar məhəlləsi var.
Babacan (Göyçə)
Babacan — Göyçə mahalında kənd. İrəvаn qubеrniyаsının Nоvоbаyаzid qəzаsındа kənd аdı. Tаm аdı Bаbаcаn dərəsi. 1728-ci ilə аid mənbədə Qırхbulаq nаhiyəsində kənd аdı kimi qеyd оlunub. Kənd Bаbаcаn dərəsində yаrаnmışdır. Dərə mülkədаr Bаbаcаnа аid оlmuşdur. Babacan kəndi XVII əsrin əvvəlində (1715) yaradılmışdır. Qədim Babacan əhalisi taun və ya hansısa epdemiya ilə əlaqədar kəndi tərk edərək təxminən Kür qırağına bir ehtimala görə Sabirabad rayonunu ərazisinə köçüblər. Ehtimala görə epidemiyadan xilas olmaq üçün belə bir əraziyə köçmə zərurəti olub. İllər Sonra Kənd növbəti dəfə Şişqaya kəndinən 2-3 ailənin (yeznə qayın olan bu ailələr töstü və şəbəndə nəsillərindən olublar) köçməsi ilə yenidən yaşayış məskəninə çevrilib.
Babək Göyüş
Babək Göyüş (tam adı: Babək Məhərrəm oğlu Göyüşlü; 29 iyun 1957, Əmirxeyir, Krasnoselsk rayonu) — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2004–2013) Babək Göyüş 1957-ci il iyunun 29-da Qərbi Azərbaycanda, Çəmbərək (Krasnoselo) rayonunun (Qaraqoyunlu mahalı) Əmirxeyir (ermənilər 1988-ci ildə adını dəyişdirərək Kalavan qoyub) kəndində anadan olub. Gölkənd orta məktəbini 1974-cü ildə bitirdikdən sonra həmin il Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olub. Həmin fakültəni 1979-cu ildə qurtardıqdan sonra üç il Lənkəran rayonunun Marso qəsəbəsində müəllimlik fəaliyyətinə başlayıb. Bu ərəfədə rayonun "Leninçi" (hazırda "Lənkəran") qəzetinin ştatdankənar müxbiri olub. 1982-ci ildən 1988-ci ilədək Türkmənistanın Nebit-Dağ (indiki Balkanabad) şəhərində neft şirkətində sistem-proqramçı vəzifəsində çalışıb. 1988-ci ildə yenidən Bakıya köçdükdən sonda iki il Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneftegeofizika" istehsalat birliyində sistem-proqramçı vəzifəsində işləyib. 1990-cı ilin dekabrından başlayaraq həyatını mətbuat aləminə bağlayıb və Azərbaycanın müxtəlif qəzetlərində ("Mübarizə", "Azərbaycan ordusu", "Millət", "Oğuz eli", "Avrasiya") müxbir, məsul katib, parlament müxbiri və redaktor vəzifələrində işləyib. 1998-ci ildən 2009-cu ilin may ayınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Beynəlxalq Əlaqələr və Gənclik redaksiyalarında redaktor kimi yaradıcılıq fəaliyyətini davam etdirib və xarici ölkələrdə (Almaniya, İsveçrə, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan) yaşayan Azərbaycan diasporunun formalaşmasında və inkişafında böyük əməyi olub. Yüzlərlə verilişlərin, tok şouların və reportajların müəllifidir. Eyni zamanda 3 il Türkiyənin NTV telekanalının Baki ofisində redaktor vəzifəsində işləyib.
Babək Göyüşlü
Babək Göyüş (tam adı: Babək Məhərrəm oğlu Göyüşlü; 29 iyun 1957, Əmirxeyir, Krasnoselsk rayonu) — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2004–2013) Babək Göyüş 1957-ci il iyunun 29-da Qərbi Azərbaycanda, Çəmbərək (Krasnoselo) rayonunun (Qaraqoyunlu mahalı) Əmirxeyir (ermənilər 1988-ci ildə adını dəyişdirərək Kalavan qoyub) kəndində anadan olub. Gölkənd orta məktəbini 1974-cü ildə bitirdikdən sonra həmin il Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olub. Həmin fakültəni 1979-cu ildə qurtardıqdan sonra üç il Lənkəran rayonunun Marso qəsəbəsində müəllimlik fəaliyyətinə başlayıb. Bu ərəfədə rayonun "Leninçi" (hazırda "Lənkəran") qəzetinin ştatdankənar müxbiri olub. 1982-ci ildən 1988-ci ilədək Türkmənistanın Nebit-Dağ (indiki Balkanabad) şəhərində neft şirkətində sistem-proqramçı vəzifəsində çalışıb. 1988-ci ildə yenidən Bakıya köçdükdən sonda iki il Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneftegeofizika" istehsalat birliyində sistem-proqramçı vəzifəsində işləyib. 1990-cı ilin dekabrından başlayaraq həyatını mətbuat aləminə bağlayıb və Azərbaycanın müxtəlif qəzetlərində ("Mübarizə", "Azərbaycan ordusu", "Millət", "Oğuz eli", "Avrasiya") müxbir, məsul katib, parlament müxbiri və redaktor vəzifələrində işləyib. 1998-ci ildən 2009-cu ilin may ayınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Beynəlxalq Əlaqələr və Gənclik redaksiyalarında redaktor kimi yaradıcılıq fəaliyyətini davam etdirib və xarici ölkələrdə (Almaniya, İsveçrə, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan) yaşayan Azərbaycan diasporunun formalaşmasında və inkişafında böyük əməyi olub. Yüzlərlə verilişlərin, tok şouların və reportajların müəllifidir. Eyni zamanda 3 il Türkiyənin NTV telekanalının Baki ofisində redaktor vəzifəsində işləyib.
Bala Göygöl
Göygöl və ya Bala Göygöl, Daşkəsən Göygölü — Azərbaycanın dağ göllərindən biridir. Daşkəsən rayonunda yerləşir. Şirinsulu və balıqla zəngin göldür. Gölün əsl adı Göygöl olsa da əhali ona Bala Göygöl və ya Daşkəsən Göygölü deyir. Şəmkir çayı hövzəsində, Hinaldağdan təqribən 4 km. qərbdə, 2470 m. hündürlükdə yerləşir. Əsasən Göygöl çayının suyu ilə qidalanır. Uzunluğu 1200 metr, maksimum eni 500 metr, sahəsi 34 hektardır. Noyabrdan mayadək donmuş olur.
Bala Göyüşlü
Bala Göyüşlü — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Kolayır kənd Sovetindən Bala Göyüşlü kəndi Böyük Göyüşlü kənd Sovetinin tərkibinə verilmişdir. 1933-cü ildə Bala Göyüş və Bala Göüc variantlarında da qeydə alınmışdır. Oykonim "kiçik Göyüşlü kəndi" deməkdir.
Balçılı (Göygöl)
Balçılı (əvvəlki adı: Bolçalı) — Azərbaycan Respublikasının Göygöl rayonunun Salahlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Bolçalı kənd inzibati-ərazi vahidi tərkibindəki Bolçalı kəndi Balçılı kəndi, Bolçalı kənd inzibati-ərazi vahidi Balçılı kənd inzibati-ərazi vahidi adlandırılmışdır. Oykonim bol (yüksəklik), cal (ətək) və -ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "dağətəyi" deməkdir. Köhnə ədəbiyyatlarda Balçalı kimi də işlənmişdir. Balçılı kəndinin salınması və bir kənd kimi formalaşması təxminən XX əsrin əvvəllərinə, yəni 1905–1915-ci illərə təsadüf edir. Balçılı kəndinin ərazisində tarixi məlum olmayan "Qız-qalası", Tunc dövrünün axırı, Dəmir dövrünün əvvəlinə aid qəbrlər vardır. Kənd Azərbaycanın qərbində, Gəncə şəhərinin cənub-qərbində, Qoşqarçayın (Kürün qolu) sol sahilində, Qaflanqala silsiləsinin ətəyində yerləşir. Ərazisindən Quşqara (Qoşqar) çayı, filiz daşımaq üçün Daşkəsəndən çəkilmiş dəmir yolu keçir. İqlimi mülayim-istidir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2017 nəfər yaşayır.
Balçılı bələdiyyəsi (Göygöl)
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Baş Göynük
Baş Göynük — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı inzibati ərazi dairəsində kənd. Şəki rayonunun ən böyük yaşayış məntəqəsidir. Şin çayının (Əyri-çayın qolu) sol sahilində, Qoçumırıq silsiləsinin Şimal qərb ətəyindədir. Toponim cox vaxt Köynük variantında da işlənir. XIX əsrin əvvəllərində Göynük adlı kənddən bir qrup ailə ayrılaraq 10 km. Aşağıda düzənlik sahədə yeni məntəqə (Aşağı Göynük) yaratdıqdan sonra toponimin əvvəlinə baş sözü əlavə edilmişdır. Ehtimal edilir ki, Göynük yaşayış məntəqəsini orta əsrlərdə Kiçik Asiyada adı çəkilən Göynük mahalından və ya eyniadlı qaladan gəlmiş ailələr salmışlar. Oykonim "yuxarıda yerləşən Göynük kəndi" deməkdir. Göynük/göyrük Azərbaycan toponimiyasında "yaşıl sahə, otlu sahə" mənasını ifadə edir. Köynük variantı isə "kənd, el, məskun yer" mənasını bildirir.
Baş Göynük bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Başkənd (Göyçə)
Başkənd — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-qərbdə, Kəvər çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin ilk adı Göyçə Başkəndi olmuşdur. Yəni Göyçə mahalında yerləşən Başkənd. Sonradan Göyçə sözü atılmış, kənd Başkənd adlandırılmışdır. Toponim Azərbaycan dilində «böyük», «əsas», «yuxarı» mənasında işlənən baş sözü ilə kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qeğarkuni qoyulmuşdur.
Böyük Göyüşlü
Böyük Göyüşlü — Azərbaycan Respublikasının Bərdə rayonunun Kolayır inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Böyük Göyüşlü kəndi Kolayır kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Böyük Göyüşlü kənd Soveti yaradılmışdır. Etnotoponimdir. Kəndin göyüşlü nəsli tərəfindən salınması güman edilir. 1933-cü ildə kəndin adı Böyük Göyüc kimi qeydə alınmışdır. Birinci komponent yaşayış məntəqəsini Kiçik Göyüşlü kəndindən fərqləndirmək üçün əlavə edilmişdir. Kənd Qarabağ düzündə yerləşir. Böyük Göyüşlü kənd əhalisi XIX əsrin əvvəllərində Qazax rayonundan gəlmişlər. Sonralar Kəlbəcər rayonundan bir neçə ailə bu kənddə məskunlaşmışdır.
Böyük Göyüşlü bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Böyük Ördək (Göycə)
Böyük Ördək - 1728-ci ildə İrəvan əyalətinin Göycə nahiyəsində kənd adı. Göycə İrəvan əyaləti Алияров С.С. К ономастике книги Коркута. “Azərbaycan dilinin tarixi leksikasına dair tədqiqlər”. Баку, 1988.
Bığır (Göyçay)
Bığır kəndi — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Göyçay rayonunun mərkəzi hissəsində, rayon mərkəzindən cənub-şərqdə, Yuxarı Şirvan kanalının sol sahilində, Şirvan düzündə, Cırqurd və Qaraman kəndlərin yaxınlığında yerləşir. Bığır İnzibati Ərazi Vahidinin mərkəzidir. Əhalisi 6431 (2022) nəfərdir. Göyçay rayonunda əhalinin sayına görə Bığır ən böyük kənddir. Bığırda müqəddəs övliyalar, qədim qəbiristanlıq vardır. Deyilənə görə, keçmişdə kəndin adına Bığır Murtaz da deyirlərmiş. 1933-cü ilin məlumatlarına görə Bığır kəndində 452 təsərüffatda 2200 nəfər əhali yaşayırdı (1,198 kişi, 1,022 qadın). Əhalinin 98,3% -i Azərbaycan türklərindən ibarət idi. Bığır toponimi 1917 və 1933-cü illərdə Buğur variantında qeydə alınmışdır.

Digər lüğətlərdə