günəş enerjisi

ру солнечная энергия en solar energy de Sonnenenergie; Solarenergie fr énergie solaire es energía solar it energia solare
günəş elementi sistemi
günəş enerjisindən istifadə
OBASTAN VİKİ
Günəş enerjisi
Günəş enerjisi — günəş işığından enerji əldə edilməsi texnologiyası. Yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Onun 0,0125%-nın istifadə olunması ilə bugünkü dünya energetikasının bütün ehtiyaclarını təmin etmək olardı. Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, günəş qurğuları işləyən zaman parnik effekti yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır. Günəş enerjisinin yalnız bir çatışmazlığı var – o da atmosferin vəziyyətindən, günün və ilin vaxtından asılılıqdır. Günəş enerjisini iki üsul ilə işlətmək olar: müxtəlif termik sistemlərin köməyi ilə, istilik enerjisi şəklində, foto-kimyəvi və fotoelektrik proseslərin çevrilməsi üzrə qurğularda. Günəş enerjisini elektrik enerjisinə çevirmək üçün müxtəlif növ kollektorlardan istifadə olunur. Yüksək temperatur yaradan kollektorlarda günəş işığını əks etdirən, toplayan və günəşin istiqaməti üzrə hərəkət edən parabolik güzgülərdən istifadə olunur. Bu kollektor sisteminə xüsusi maye üçün nəzərdə tutulan istilik dəyişmə sistemi də daxildir. Səmərəliliyinə görə günəş kollektorlarından istifadə mərkəzləşdirilmiş enerji sistemlərindən uzaq olan ərazilərdə özünü doğruldur.
Günəş
Günəş (simvolu: ) – Günəş sisteminin mərkəzində yerləşən ulduzdur. Günəş orta ölçülü ulduz olmaqla Günəş sisteminin kütləsinin 99,8%-ni təşkil edir. Günəş radiasiyası formasında Günəşdən yayılan enerji Yerdəki həyatın var olmasına və iqlimə əsaslı təsir göstərir. Bizim Qalaktikanın məlum olan təqribən 200 milyard ulduzundan biri olan Günəşin kütləsinin mütləq əksəriyyəti isti qazlardan ibarətdir. Günəş ətrafına istilik və işıq şəklində radiasiya yayır. Yerlə müqayisədə Günəşin diametri 109 dəfə, həcmi 1,3 milyon dəfə, kütləsi isə 333000 dəfə daha çoxdur. Günəşin sıxlığı Yerin sıxlığının 1/4-ü qədərdir. Günəş öz oxu ətrafında saatda 70000 km sürətlə hərəkət edir və bir dövrəsini təqribən 25 gündə tamamlayır. Günəşin səthinin istiliyi 5500 °C, nüvəsinin istiliyi isə 15,6 milyon °C-dir. Günəşdən ayrılan enerjinin 2,2 milyardda biri Yerə çatır.
Aktivləşmə enerjisi
Aktivləşmə enerjisi — kimyəvi reaksiya zamanı toqquşan molekulların malik olduqları enerjiyə deyilir. Əksər kimyəvi reaksiyaların sürəti temperatur artdıqca artır. XIX əsrin 80-ci illlərin əvvəlində Hollandiya fiziki və kimyaçısı Yakob Vant-Hoff göstərdi ki, əksər kimyəvi reaksiyaların sürəti hər 10 °C qaldırdıqda 2–4 dəfə artır. 1889-cu ildə İsveç alimi Svante Arrenius bir çox kimyaçıların o zaman aldığı nəticələri ümumiləşdirərək reaksiyanın sürət sabitinin temperaturdan asılılığını təklif etdi: k = A e − E a / R T {\displaystyle k=Ae^{{-E_{a}}/{RT}}} Burada K — sürət sabiti; A – hər bir reaksiya üçün xarakterik olan sabit əmsal; R — universial qaz sabiti; T – mütləq şkalada temperatur (mütləq temperatur); E4- Arrenius tərəfindən aktivləşmə enerjisi adlandırılan və hər bir reaksiya üçün xarakterik olan enerjidir. Arrenius fərz edirdi ki, toqquşma zamanı bütün molekullar reaksiyaya girmir, yalnız verilmiş temperaturda lazımi miqdarda enerjiyə malik molekullar reaksiyaya girir. Bu enerji aktivləşmə enerjisi adlanır və C/mol ilə ölçülür. Temperatur nə qədər yüksək olarsa, bir o qədər çox molekul bu enerjiyə malik olur və reaksiyaya girmək qabiliyyəti müvafiq olaraq yüksək olur. Ea-nın qiyməti nə qədər az olarsa, verilmiş temperaturda bir o qədər çox molekul reaksiyaya girir, Ea=0 olduqda hər bir toqquşma reaksiyaya səbəb olur; bu halda reaksiyanın sürəti vahid həcmdə vahid zamanda toqquşmaların sayına bərabərdir.
Dalğa enerjisi
Dalğa enerjisi - okeanın səthində dalğaların yarardığı enerji. Elektrik enerjisi istehsal etmək, okean suyunu duzsuzlaşdırmaq və suyun çənlərə vurulması kimi faydalı işləri yerinə yetirə bilər. Dalğa enerjisi tükənməz enerji mənbəyidir. Əslində dalğa enerjisi də, günəş enerjisinin bir başqa şəklidir. Bu bəlkə qulağa qəribə gələ bilər ancaq; dalğa, günəşin dünyanı istilətməsiylə ortaya çıxan küləklər tərəfindən başladılar. Günəş dünyanın hər nöqtəsini eyni dərəcədə qızdırmır. Dünyanın həndəsi quruluşu səbəbiylə bəzi bölgələr istiliyi daha yaxşı bir bucaqla götürər və digər yerlərdən çox istilənər. Havanın bir hissəsinin istiliyi daha da artar, istiləndikcə sıxlığı azalar, yüngülləşər və yuxarı çıxar. İstilənən havanın tərk edib boşaltdığı yerə daha sıx və soyuq olan hava çökər. Bu hava axını küləyi meydana gətirər.
Gibbs enerjisi
Gibbs sərbəst enerjisi (və ya sadəcə Gibbs enerjisi, ya da Gibbs potensialı və ya dar mənada termodinamik potensial) kimyəvi reaksiya zamanı dəyişiklik sistemin daxili enerjisinin dəyişməsinə bərabər olan bir miqdardır. Gibbs enerjisi, sistemin ümumi daxili enerjisinin kimyəvi çevrilmələr üçün istifadə edilə biləcəyini və ya verilən şərtlər nəticəsində əldə edildiyini göstərir və bizə verilən şərtlərdə kimyəvi reaksiyanın əsas ehtimalını yaratmağa imkan verir. Riyazi olaraq, bu aşağıdakı formanın termodinamik potensialıdır: G = U + P V − T S {\displaystyle G=U+PV-TS} Gibbs enerjisi sistemin ümumi potensial kimyəvi enerjisi (kristal, maye və s.) olaraq başa düşülə bilər. Gibbs enerjisi anlayışı termodinamika və kimya sahələrində geniş istifadə olunur. İzobarik-izotermal prosesin kortəbii gedişi iki amil ilə müəyyən edilir: sistemin entalpiyasının azalması ilə əlaqəli entalpiya ( Δ H {\displaystyle \Delta H} ) və entropiyasının T Δ S {\displaystyle T\Delta S} artması səbəbiylə sistemdəki pozğunluğun artması səbəbiylə. Bu termodinamik amillər arasındakı fərq, izobarik-izotermal potensial və ya Gibbs sərbəst enerji adlanan sistemin vəziyyətidir( G {\displaystyle G} , kC) Gibbs enerjisinin klassik tərifi: G = U + P V − T S , {\displaystyle G=U+PV-TS,} U {\displaystyle U} — daxili enerjini, P {\displaystyle P} — orta təzyiqi, V {\displaystyle V} — həcmi, T {\displaystyle T} — mütləq temperaturu, S {\displaystyle S} — Termodinamik entropiyanı ifadə edir. Daimi sayda hissəcikləri olan, öz dəyişənləri ilə ifadə olunan sistem üçün Gibbs enerji diferensialı P {\displaystyle P} təzyiqi və T {\displaystyle T} temperaturundan keçir: d G = − S d T + V d P . {\displaystyle dG=-S\,dT+V\,dP.} Dəyişən sayda hissəcik olan bir sistem üçün bu diferensial aşağıdakı kimi yazılır: d G = − S d T + V d P + μ d N . {\displaystyle dG=-S\,dT+V\,dP+\mu \,dN.} Burada μ {\displaystyle \mu } — sistemə başqa bir hissəcik əlavə etmək üçün xərclənməli olan enerji olaraq təyin edilə bilən kimyəvi potensialdır. Minimum Gibbs potensialının sabit bir temperatur, təzyiq və hissəciklərin sayı olan bir termodinamik sistemin sabit tarazlığına uyğun olduğunu göstəririk.
Hidrogen enerjisi
Hidrogen iqtisadiyyatı, Hidrogen enerjisi - önümedilməkdədir. Bu enerji, sudan əldə edilə bilməkdə və yüksək məhsuldarlıqla, ətraf üzərində heç bir mənfi təsir yaratmadan faydalı bir enerjiyə çevrilə bilməkdədir. Dünyanın enerji problemini həll etmək üçün istifadə ediləcək hidrogen enerjisi ilə milyardlarla il çatacaq enerji davamlı olaraq çıxarıla biləcək. Yaponiyanın “JR Higashi Nihon” dəmir yolu şirkəti 2020-ci ilin ortalarından başalayaraq ekoloji cəhətdən təmiz, hidrogen yanacağı elementindən istifadə edən qatarlardan istifadəni planlaşdırır. Şirkət hidrogen yığılan çənlərin vaqonların damında və döşəmənin altında yerləşdirilməsini nəzərdə tutan layihə üzərində işləyir. Həmin qatarlarda elektrik enerjisi çənlərdəki hidrogenin atmosferdəki oksigenlə kimyəvi reaksiyası zamanı əldə ediləcək. Hesablamalara görə, qatarlardakı bütün çənlər dolu olduğu halda onun təqribən 140 kilometr məsafəni qət etməsi mümkündür.
Külək enerjisi
Külək enerjisi — küləyi meydana gətirən hava axınının sahib olduğu hərəkət (kinetik) enerjisidir. Alternativ enerji (bərpa olunan) mənbələrindən biri hesab olunur. Bu enerjinin bir hissəsi faydalı olan mexaniki və ya elektrik enerjisinə çevrilə bilər. Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. Küləyin gücündən çox köhnə illərdən bəri faydalanırlar . Külək gücündən ilk faydalanma şəkli olaraq yelkənli gəmilər və yel dəyirmanları göstərilə bilər. Daha sonra taxıl üyüdmə, su nasosla vurma, ağac kəsmə işləri üçün də külək gücündən faydalanılmışdır. İndiki vaxtda daha çox elektrik çıxarmaq məqsədiylə istifadə edilməkdədir. Elektrik enerjisi istehsalı üçün daha səmərəli texnologiyalardan biridir. Külək qurğularının inşasına ənənəvi elektrik stansiyalarının qurulmasına nisbətən daha az vaxt sərf olunur.
Nüvə enerjisi
Nüvə enerjisi — nüvə parçalanması və ya birləşməsi ilə müşayət olunan nüvə reaksiyası zamanı yaranan enerji. Sənayedə elektrik enerjisinin əldə edilməsi üçün tətbiq olunan texnologiyaya da nüvə enerjisi deyilir. Nüvə birləşməsinin praktiki tətbiqi hələ tədqiqat mərhələsində olsa da, nüvə parçalanması artıq 1950-ci illərdə uranın tətbiqi ilə sınaqdan keçirilmiş və geniş tətbiq olunmuşdur. Nüvə enerjisi adətən uran 235 və ya plutoniumun tətbqiqi ilə zəncirvari reaskiya nəticəsində əldə edilir. Nüvəyə neytronlar düşdükdə o parçalanaraq yeni neytronlar və qalıqlar alınır. Alınan bu hissəciklər yüksək kinetik enerjiyə malik olurlar. Qalıqların başqa atomlarla toqquşması zamanı bu kinetik enerji istiliyə çevrilir. Nüvə partlamasına ilk dəfə 1934-cü ildə Enriko Fermi təcrübə yolu ilə nail olub. İlk dəfə 1951-ci il dekabrın 20-də nüvə reaktorundan elektrik enerjisi əldə olunub. Prezident Dvayt Eyzenhaver 1953-cü ilin dekabrında “Atomlar Sülh üçün” çıxışında atomun faydalı istifadəsini vurğulamış və ABŞ-nin nüvə enerjisinin beynəlxalq istifadəsini dəstəkləyən güclü dövlətlər sırasında olduğunu bildirmişdi.
İstilik enerjisi
İstilik enerjisi (İE) - kömür, odun, neft, təbii qaz kimi yanacaqların yandırılmasıyla istilik enerjisi ortaya çıxmaqdadır. Əldə edilən istilik enerjisi əvvəlcə turbinlər köməyiylə mexaniki enerjiyə, daha sonra da generatorlar köməyiylə elektrik enerjisinə çevrilmək xüsusiyyəti vardır. İnsanlar gündəlik həyatlarında evlərdə, qışda istilənmək zamanı, mətbəxdə və ya yemək bişirmək üçün istilik enerjisindən tez-tez istifadə edirlər.
Elektrik enerjisi
Elektroenerji (və ya elektrik enerjisi) — generatortərəfindən elektrik şəbəkəsinə verilən və ya istehlakçı tərəfindən şəbəkədən alınan elektrik enerjisinin miqdarını təyin etmək üçün texnologiyada və gündəlik həyatda geniş istifadə olunan fiziki termin. Elektrik enerjisinin istehsalı və istehlakı üçün əsas ölçü vahidi kilovat-saatdır (və onun vahidl'ri). Daha dəqiq təsvir üçün, gərginlik, tezlik və fazaların sayı (dəyişən cərəyan üçün), nominal və maksimum elektrik cərəyanı kimi parametrlər istifadə olunur. Dünyanın ən böyük elektrik enerjisi istehsal edən ölkələri dünya istehsalının müvafiq olaraq 24%-ni və 18%-ni istehsal edən Çin və ABŞ-dır. 2012-ci ildən Çin illik elektrik enerjisi istehsalı (2016-cı ildə 6,14 trilyon kVt/saat) üzrə lider mövqe tutmuşdur . 2017-ci ildə qlobal elektrik enerjisi bazarı 5,61 milyard ABŞ dolları dəyərində qiymətləndirilib . Elektrik enerjisi alqı-satqısının həcminin demək olar ki, 9/10-u Avropa ölkələrinin payına düşür. Ən böyük ixracatçılar Fransa (1,75 milyard dollar), Almaniya (731 milyon dollar), Hollandiya (410 milyon dollar), İspaniya (358 milyon dollar), Bosniya və Herseqovina (294 milyon dollar)dır. Ən böyük idxalçılar İtaliya (2,21 milyard dollar), Böyük Britaniya (1,07 milyard dollar), Mərakeş (360 milyon dollar), Yunanıstandır (328 milyon dollar).
Gün enerjisi
Günəş enerjisi — günəş işığından enerji əldə edilməsi texnologiyası. Yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Onun 0,0125%-nın istifadə olunması ilə bugünkü dünya energetikasının bütün ehtiyaclarını təmin etmək olardı. Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, günəş qurğuları işləyən zaman parnik effekti yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır. Günəş enerjisinin yalnız bir çatışmazlığı var – o da atmosferin vəziyyətindən, günün və ilin vaxtından asılılıqdır. Günəş enerjisini iki üsul ilə işlətmək olar: müxtəlif termik sistemlərin köməyi ilə, istilik enerjisi şəklində, foto-kimyəvi və fotoelektrik proseslərin çevrilməsi üzrə qurğularda. Günəş enerjisini elektrik enerjisinə çevirmək üçün müxtəlif növ kollektorlardan istifadə olunur. Yüksək temperatur yaradan kollektorlarda günəş işığını əks etdirən, toplayan və günəşin istiqaməti üzrə hərəkət edən parabolik güzgülərdən istifadə olunur. Bu kollektor sisteminə xüsusi maye üçün nəzərdə tutulan istilik dəyişmə sistemi də daxildir. Səmərəliliyinə görə günəş kollektorlarından istifadə mərkəzləşdirilmiş enerji sistemlərindən uzaq olan ərazilərdə özünü doğruldur.
Fəxrəddin Günəş
Fəxrəddin Günəş (1966, Qıraç[d], Qars ili) — etnik azərbaycanlı olan Türkiyə xalq musiqisi müğənnisi. Fəxrəddin Günəş 1966-cı ildə Qars ilinin Arpaçay ilçəsinin Qıraç kəndində anadan olmuşdur. O, 1974-cü ildə Almaniyaya köçmüşdür və bu günə kimi orada yaşayır. Günəş 1990-cı ildə Düsseldorfda öz studiyasını amışdır. O, burada iki albom buraxmışdır: "Yandım, Tövbe ettim Sevmeye" (1994) və "Terekeme" (2006). Bu gün də mütəmadi olaraq türk musiqisi ilə çıxış edir. Günəş 2014-cü ildə Türkviziya Mahnı Müsabiqəsində debüt edən Almaniyanı təmsil etmək üçün seçilmişdir. Günəş orada "Sevdiyim" mahnısını ifa etmidir. Onunla birlikdə səhnədə Kölndən olan "NART" rəqs qrupu çıxış etmişdir. Günəş 25 iştirakçı arasında 149 xalla 21-ci yerdə qərarlaşmışdır.
Gizəm Günəş
Gizəm Günəş (türk. Gizem Güneş; d. 30 Noyabr 1995, İstanbul, Türkiyə) — Türkiyə aktyoru.
Günəş (Beyləqan)
Günəş — Azərbaycan Respublikasının Beyləqan rayonunun Örənqala qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Mil düzündədir. Yaşayış məntəqəsini 1954-cü ildə Cəbrayıl r-nunun Sirik və Nüsüs kəndlərindən köçüb gəlmiş ailələr Komsomolun 50 illiyi adına üzümçülük sovxozunun Örənqala şöbəsinin malikanəsi yanında salmışdılar. 1965-ci ildə qəsəbəyə rəmzi olaraq Günəş adı verilmiĢdir.
Günəş (dəqiqləşdirmə)
Günəş — ulduz Günəş (jurnal) — Bakıda nəşr olunmuş jurnal Günəş (qəzet) — Bakıda nəşr olunmuş qəzet Günəş (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda qəsəbə. Günəş (heraldika) — heraldikada istifadə edilən fiqurlardan biri.
Günəş (heraldika)
Günəş — heraldikada istifadə edilən fiqurlardan biri. Heraldikada istifadə edilən "təbii fiqurlar"dan biri hesab edilir. Doğan və ya batan günəş təsvirlərindən istifadə edilir. Bəzən günəş insan simasında verilir. Bir qayda olaraq günəş qızılı rəngdə verilir, çüalarının sayı müxtəlif sayda olsa da 16-dan çox olmur. Günəş təsvirini Nepal, Argentina, Qazaxıstan, Makedoniya Respublikası, Uruqvay, Malayziya, Filippin, Yaponiya dövlət bayraqlarında görmək olar. James Parker, A glossary of terms used in heraldry. Accessed 13 December 2009 Jump up to: a b Dictionary of Vexillology. Accessed 13 December 2009 Jump up ^ Encyclopaedia Britannica: Edward IV and the Alchemists. Accessed 13 December 2009 Jump up ^ Banbury Faith Trail.
Günəş (qəzet)
"Günəş" qəzeti — 1910-1911-ci illərdə Bakıda Azərbaycan dilində nəşr olunan ictimai-siyasi ədəbi qəzet. İlk nömrəsi 1910-cu il yanvarın 20-də çıxmışdır. 1910-cu (104 nömrə) və 1911-ci (17 nömrə) illərdə işıq üzü görmüşdür. Cəmi 121 nömrəsi çıxmışdır. Naşiri Orucov qardaşları, baş redaktoru Əhməd Kamal idi. Qəzetdə A.Şaiq, Q.Rəşad, A. Divanbəyoğlu və b. mütərəqqi fikirli ziyalılar iştirak etmişlər. "Günəş"də türk və islam birliyi ideyaları ardıcıl təbliğ olunurdu. Qəzet "Molla Nəsrəddin" jurnalını "millətimiz üçün faydalı, qiymətli bir ayineyi-ibrət" adlandırır, eyni zamanda onu ehtiyatlı olmağa çağırırdı ki, "qərəzi-şəxsi sahibləri onu özlərinə aləti-intiqam edib öz heysiyyətindən düşürməsinlər". "Günəş"də M.T.Ərəszadənin "Molla Nəsrəddin"lə polemika aparan məqalələri dərc olunmuşdu; amma bu məqalələr ümumən, mətbuat etikası tələblərindən kənara çıxmırdı.
Günəş Abbasova
Günəş Əlisaf qızı Abbasova (2 sentyabr 1979[…], Baranoviçi, Brest vilayəti) — Azərbaycan əsilli Belarus müğənnisi. Günəş Abbasova Belarusun Baranoviçi şəhərində anadan olub. Müxtəlif beynəlxalq müsabiqələrdə çoxsaylı mükafatlar qazanıb: “Yantarnaya zvezda-2003” musiqi müsabiqəsinin (Yurmala, Latviya) çərçivəsində gənc ifaçıların beynəlxalq müsabiqəsinin Qran-Prisi, 2005-ci ildə “Slavyanskiy bazar v Vitebske” (Belarus) Beynəlxalq İncəsənət festivalı çərçivəsində gənc estrada ifaçılarının müsabiqəsində ikinci mükafat, “Pesnya qoda Belarusi-2005” televiziya müsabiqəsinin payız mərhələsində qələbə qazanıb.
Günəş Mehdizadə
Günəş Raqib qızı Mehdizadə (8 aprel 1985, Bakı, Azərbaycan SSR) — Azərbaycan kino aktrisası. Günəş Mehdizadə 8 aprel 1985-ci ildə Bakı şəhərində anadan olub. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyoru ixtisası üzrə Vaqif İbrahimoğlunun kursunda təhsil almışdır. 2005-ci ildən etibarən aktrisa kimi kino karyerasına başlamışdır. 2008-ci ildə ailə həyatı qurmuşdur. 2 övladı var. 2013-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən kino sahəsində Gənclər mükafatına layiq görülmüşdür. 18 dekabr 2014-cü ildə "Fədakar" filmində ifa etdiyi Fəridə obrazına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 2018-ci ildə "Yoxdu belə söhbət" filmindəki Sara roluna görə, Azərbaycan Kino Akademiyasının "Qızıl Pəri" peşə mükafatına namizəd olub.
Günəş Qocayev
Günəş Əfqan oğlu Qocayev (12 noyabr 1996; Xaçmaz rayonu, Azərbaycan — 1 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Günəş Qocayev 1996-cı il noyabrın 12-də Xaçmaz rayonunun Palçıqoba kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Günəş Qocayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Günəş Qocayev noyabrın 1-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Xaçmaz rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Günəş Qocayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Günəş Qocayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Günəş TV
ARB Günəş — "Günəş TV" adıyla fəaliyyətə başlayan, Azərbaycannın ilk uşaq televiziya kanalıdır. Azərbaycanın ilk uşaq televiziya kanalı olan “ARB Günəş” 1 aprel 2015-ci il tarixindən etibarən peyk yayımına başlayıb. Bir neçə əməkdaşla işə başlayan telekanal qısa zaman ərzində kollektivi ilə yanaşı, efir proqramını da genişləndirə bilib. Hazırda “ARB Günəş”in efir proqramına müxtəlif cizgi filmləri ilə yanaşı, 12 uşaq verilişi də daxildir. Efir vaxtını bütünlüklə uşaqlara həsr edən televiziyanın yayımında şiddət, pis vərdişlər aşılayan cizgi filmi və kadrlara yer verilmir. MTRŞ-nin qərarı ilə 2011-ci ildə “ARB Günəş”ə yayım lisenziyası verilib. "ARB Media Qrup"un tərkibinə daxil olan telekanal 19 sentyabr 2016-cı il tarixinədək "Günəş TV" adlandırılıb. Qeyd olunan tarixdən etibarən isə brendini "ARB" brendinə uyğun şəkildə yeniləyərək "ARB Günəş" adı ilə fəaliyyətini davam etdirməkdədir. 13 iyun 2024-cü ildə saat 18:25–19:29 arası müddətdə Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ digər audiovizual yayımçıya məxsus olan "Bembi 2" cizgi filminin yayınlanmasına görə Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Qanunun 38.2-ci, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq 9 iyul 2024-cü il tarixli 22/24-10 nömrəli qərarı ilə ARB Günəşin-nin yayımı 11 iyul 2024-cü ildə saat 08:00-dan 11:00-dək 3 saatlıq dayandırılıb. Telekanal saat 11:00-da fəaliyyətini bərpa edib.
Günəş Vəliyeva
Günəş Məhərrəm qızı Vəliyeva (1953, Kirovabad) — hüquqşünas, Əməkdar dövlət qulluqçusu, Əməkdar hüquqşünas. Günəş Vəliyeva 1953-cü ildə Gəncə şəhərində anadan olmuşdur. İxtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Elmi-tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda kiçik elmi işçi vəzifəsini icra edən kimi başlamışdır, sonra mütəxəssis, kiçik elmi işçi vəzifəsini icra edən vəzifələrində işləmişdir. 1977–1981-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində baş məsləhətçi vəzifəsində işləmişdir. 1981–1993-cü illərdə Azərbaycan Respublikası Nazirlər Soveti (sonradan Kabineti) İşlər İdrəsinin hüquq şöbəsində referent, aparıcı mütəxəssis, hüquqi ekspertiza şöbəsinin böyük referenti vəzifələrində çalışmışdır. 1993–1994-cü ilərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hüquq şöbəsinin rəisi olmuşdur. 1994-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin (2003-cü ilin sentyabrından Aparatının) hüquq şöbəsinin müdiridir. III dərəcəli "Vətənə Xidmətə görə" ordeni — Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli Sərəncamı. Əməkdar Hüquqşünas — Azərbaycan prezidenti İlham Əliyev Günəş Məhərrəm qızı Vəliyevaya "Əməkdar Hüquqşünas" fəxri adının verilməsi haqqında 15 dekabr 2014-cü il tarixli Sərəncamı.
Günəş avtomobili
Günəş avtomobili günəş enerjisini istifadə etməklə hərəkət edən nəqliyyat vastiəsidir. Günəş avtomobili adətən enerjini günəşdən alsa da, bəzi modellər əlavə batareyalardan da istifadə edirlər, amma bu batareyalar günəş enerjisi vastiasi ilə yenidən doldurula bilir. İlk günəş avtomobili 1955-ci ildə General Motorsun işçisi Viliam Cobb tərəfindən yaradılmışdır.
Günəş batareyası
Günəş batareyası — Azərbaycanın təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır. Belə ki, günəşli saatların miqdarı il ərzində ABŞ-də və Orta Asiya ölkələrində 2500-3000 saat, Rusiyada 500-2000 saat, Azərbaycanda isə 2400-3200 saatdır. Günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini qismən həll edə bilər. Son zamanlar dünyanın bir sıra qabaqcıl dövlətlərində Foto Vodtaik Proqramının (FVP) geniş şəkildə tətbiq olunmasına başlanmışdır. Azərbaycanın bu Proqrama cəlb olunması regionda belə tip enerji sistemlərinin tətbiqində mühüm rol oynaya bilər. Qeyd etmək lazımdır ki, günəş stansiyalarının effektivliyi ölkənin təbii iqlim şəraitindən və coğrafi mövqeyindən asılıdır. Belə ki, bir il ərzində km2 yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-də 1500-2000 kVt.s, Rusiyada 800-1600 kVt.s, Fransada 1200-1400 kVt.s, Çində 1800-2000 kVt.s və Azərbaycanda 1500-2000 kVt.s təşkil edir. Göründüyü kimi, Azərbaycan ərazisinə düşən günəş şüalarının miqdarı digər ölkələrlə müqayisədə üstünlük təşkil edir ki, bu da günəş enerjisindən istifadənin tətbiqinə sərmayelərin cəlb edilməsinin səmərəlilik meyarlarından biri kimi qiymətləndirilə bilər.
Günəş bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Digər lüğətlərdə