GENİŞ
GEOANTİKLİNAL
OBASTAN VİKİ
GEO (jurnal)
GEO — Səyahət tematikasına yönəlmiş beynəlxalq elmi-populyar jurnal. Əsası 1976-cı ildə Almaniyada qoyulmuşdu. Məqalələrin əsas mövzuları coğrafiya, tarix, mədəniyyət, etnoqrafiya, biologiya, psixologiya, astronomiya, səyahət, bioqrafiya və digərləridir. Əsas janr — reportajlardır. == Tarix == GEO jurnalının buraxılışı 1976-cı ildə Almaniyada, Hamburqda yerləşən «Gruner + Jahr» adlı nəşriyyat evində başlamışdı. 1979-cu ildə jurnal həmçinin Fransada, 1986-cı ildə isə İspaniyada da çap edilmişdi.
Geo Television (Almaniya)
«Geo Television» — Alman dilində yayımlanan və «RTL Group» şirkətinin sahibləndiyi Almaniya paylama telekanalı. Telekanal eyni adlı jurnalın (GEO) televiziya formasıdır. «GEO Television» açıqlayıcı və sənədli filmlərin yayımlanmasına diqqət ayırır. == Verilişləri == Telekanal 8 may 2014-cü ildən yayımlanır. Başlanğıcda yalnız IPTV təklifi ilə «Telekom Entertain» vasitəsilə yayımlanırdı. 17 may 2017-ci ildən telekanal «Kabel Deutschland» kabel şəbəkəsində də mövcuddur. 23 may 2017-ci ildən isə telekanal «Amazon Prime» vasitəsilə yayımlanır.
Nat Geo Kids Abu Dhabi
«Nat Geo Kids Abu Dhabi» — «Milli Coğrafiya Cəmiyyəti» və «Abu Dhabi Media Company» şirkətlərinin sahibləndiyi və uşaqlar üçün yayımlanan BƏƏ telekanalı. Telekanal 20 noyabr 2017-ci ildən Nilesat peyki vasitəsilə sərbəst şəkildə yayımlanır. Kanalın verilişləri həmçinin elm, coğrafiya və təbiət elmlərinə aid olan sənədli filmləri də əhatə edir. Doki DIY Science Animal Atlas Are we There Yet? Born to Explore Bear Nomad Super Genius Snapshots Cesar to the Rescue Majid Block Earth Tripping Vitaminix Weird but True!
Dünyanın geosentrik sistemi
Dünyanın geosentrik sistemi — dünyanın quruluşu haqqında ilk təlimlərdən biri. Bu təlimə görə Yer dünyanın mərkəzində tərpənməz durur və bütün göy cisimləri onun ətrafında fırlanır. Bu sistemi Ptolomey "Almagest" əsərində müntəzəm şərh etmişdir. Təlim XVI əsrə qədər hökm sürmüşdür. Dinin müqavimətinə baxmayaraq, bu təlimi dünyanın heliosentrik sistemi təlim ilə əvəz olunmuşdur.
Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyi (Qazaxıstan)
Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyi (qaz. Қазақстан Республикасы Экология, геология және табиғи ресурстар министрлігі, ing. Ministry of Ecology, Geology and Natural Resources of the Republic of Kazakhstan) — dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, ətraf mühitin mühafizəsi, "yaşıl iqtisadiyyat" ın inkişafı, tullantıların idarə edilməsi (bələdiyyə, tibbi və radioaktiv tullantılar istisna olmaqla) sahəsində Qazaxıstan Respublikasının mərkəzi icra orqanı , təbii sərvətlərdən səmərəli istifadə üçün qorunma və nəzarət, yerin təkinin dövlət geoloji tədqiqi, mineral ehtiyat bazasının çoxalması, su fondunun istifadəsi və qorunması, su təchizatı, çirkab suların atılması, meşə təsərrüfatı, mühafizə, çoxalma vəhşi təbiət və xüsusi mühafizə olunan təbiət ərazilərindən (bundan sonra tənzimlənən ərazilər) istifadə. == Vəzifələri == Nazirlik öz fəaliyyətini Qazaxıstan Respublikasının Konstitusiyasına və qanunlarına, Qazaxıstan Respublikası Prezidenti və Hökumətinin aktlarına, digər normativ hüquqi aktlara, habelə bu Əsasnaməyə uyğun olaraq həyata keçirir. Nazirlik dövlət qurumunun təşkilati-hüquqi formasında bir hüquqi şəxsdir, dövlət dilində öz adı ilə möhür, Qazaxıstan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş nümunə formalarına, xəzinədə hesablarına malikdir. Nazirlik öz adından mülki hüquq münasibətlərinə girir. Nazirliyin, qanuna uyğun olaraq səlahiyyət verildiyi təqdirdə, dövlət adından mülki hüquq münasibətlərinin tərəfi kimi çıxış etmək hüququ vardır. Nazirlik, səlahiyyətlərinə aid məsələlərdə, qanunla müəyyən edilmiş qaydada, Nazir rəhbərinin əmrləri və Qazaxıstan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər aktlarla rəsmiləşdirilmiş qərarlar qəbul edir. Nazirliyin strukturu və ştat limiti mövcud qanunvericiliyə uyğun olaraq təsdiqlənir. Nazirliyin tam adı “Qazaxıstan Respublikasının Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyi” dövlət qurumudur.
Ekstruziya (geologiya)
Ekstruziya (yun.extrusio-püskürmə) — Vulkan kraterindən elastiki lavanın yer səthinə çıxıb qübbə və s. formalar əmələ gətirməsidir.
Elena George
Elena George (30 iyul 1985, Buxarest) — rumın müğənni. == Həyatı == Elena George 30 iyul 1985-ci ildə Rumıniyada anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Rumıniyanı "The Balkan Girls" (Azərbaycan dilində:"Balkan Qızları") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 67 xal toplayaraq 9–cu olmuş və finala keçmişdir. Finalda isə 40 xal toplayaraq 19–cu olmuşdur.
Epigenez (geologiya)
Epigenez — mineral və süxurların, faydalı qazıntıların sonrakı dəyişilmələrinə və yeni əmələgəlmələrin yaranmasına səbəb olan təkrar proseslərdir. Pustovalov epigenez terminindən çökmə süxur əmələgəlmənin gec diagenez mərhələsini adlandırmaq üçün istifadə etmişdir. Bəzi alimlər epigenez litogenezin hər hansı bir mərhələsi hesab etmirlər. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Ernst Georq Pritzel
Ernst Georq Pritzel (alm. Ernst Georg Pritzel‎ və ya alm. Ernst Pritzel‎; 15 may 1875 – 6 aprel 1946, Berlin) — Almaniya botaniki, pedaqoqu və müəllim.. == Şərəfinə adlandırılmış taksonlar == Pritzeliella Henn. bitki cinsi; Aşağıdakı bitki növləri: Podotheca pritzelii Acacia pritzeliana C.A.Gardner == Əsərləri == Fragmenta Phytographiae Australiae Occidentalis (Bot. Jahrb. 35, 662 pp. 1905). Südwest-Australien (Fischer, Jena, 1933). Wälder in Nordost-Queensland (Fischer, Jena, 1934).
Eroziya (geologiya)
Eroziya — relyefin erozion formalarının mənşəyini və inkişafını bilmək üçün axar suların işi və onların əsasını təşkil edən fiziki qanunları bilmək lazımdır. Axar suların işi, onların kipetik (canlı) enerjisinin böyüklüyü ilə müəyyən edilir. Axar su yataqlarında eyni vaxtda bir-birinin əksi olan iki müxtəlif proses – eroziya və akkumulyasiya prosesləri gedir. Bu proseslərin kəmiyyət münasibətindən asılı olaraq çay yatağının quruluşu, vaxt getdikcə dəyişikliyə uğrayır. Eroziya üstünlük təşkil edən sahələrdə yataq dərinləşir, akkumulyasiya üstünlük olan sahələrdə isə yataq çayın gətirdiyi məhsullarla dolaraq dayazlaşır. Axar suyun miqdarı və yatağın meyilliyi nə qədər çox olarsa, onun erozion fəaliyyəti də bir o qədər çox olacaqdır. Eroziya dedikdə, çayın yatağını dərinləşdirən və genişləndirən yuma prosesləri başa düşülməlidir. Eroziya prosesi aşağıdakı proseslərdən ibarətdir: Çay hövzəsində aşınmış məhsulun daşınması. Çay yatağında üzə çıxan süxurların çayın dibi ilə aparılan qum, çaqıldaşı, valun vasitəsilə yonulması və çilalanması. Bəzi süxurların (əhənğdaşı, dolomit, gips) suda həll olması və süxurların tərkibindəki duzların yuyulması.
Faiq Məmmədov (geoloq)
Faiq Nəzər oğlu Məmmədov (1935) — neftçi-mühəndis, Rusiyanın əməkdar geoloqu. == Həyatı == Faiq Nəzər oğlu 1935-ci ildə Füzuli şəhərində anadan оlub. Əmək fəaliyyətinə 1956-cı ildə başlayıb. Qiyabi olaraq AZNKA-da oxuyub. 1962-ci ildən Komi MSSR-də neft kəşfiyyatı sahəsində çalışmağa başlayıb. 1972-ci ildən Naryan-Mar ekspedisiyasına başçılıq edib. 1976-cı ildə Usin Neft kəşfiyyatı idarəsinə göndərilib. 1978-ci ildən Usin NQKE-nə rəhbərlik edib. "Uxtaneftqazgeologiya" İGV Baş direktoru (1985-2000-ci illər) vəzifəsində işləyib. Faiq Məmmədоv xeyriyyəçilik fəaliyyəti ilə məşğul оlub.
Firdovsi Əliyev (geoloq)
Firdovsi Əliyev (Tam adı:Firdovsi Şamil oğlu Əliyev; d.1937; Azərbaycan, Tovuz, Düzqırıxlı k.) — Geologiya-mineralogiya elmləri doktoru, professor. == Həyatı == Firdovsi Əliyev 1937-ci ildə Azərbaycanın Tovuz rayonunun Düzqırıxlı kəndində anadan olub. 1959-cu ildə dağ mühəndisi-hidrogeoloq ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitunun geoloji-kəşfiyyat fakültəsini bitirib. 1959—2002-ci illərdə Azərbaycan Geologiya və Mineral Ehtiyatlar üzrə Dövlət Komitəsində işləmiş və kollektordan gidrogeoloji və mühəndis-geoloji partiyaların rəhbəri vəzifələrinə qədər yüksəlmişdir. 1988—2002-ci illərdə Dövlət Geoloji Komitəsinin hidrogeoloji və mühəndisi geologiya idarəsinin baş hidrogeoloqu işləmişdir. 1979-cu ildə "Suvarma şəraitlərində Şirvan düzünün qrunt sularının əmələgəlməsi qanunauyğunluğunun təhlili və rejimlərinin proqnozu" mövzusunda namizədlik, 1995-ci ildə "Texnogenez şəraitlərində Azərbaycan Respublikasının yeraltı sularının rejimlərinin əmələgəlmə qanunauyğunluğu" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. == Elmi fəaliyyəti == F.Ş.Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün ərazilərində hidrogeoloji və mühəndis-geoloji planalma işləri aparılmışdır. Şirin, mineral və termal sularının axtarışı və kəşfiyyatı, onların rejimlərinin öyrənilməsi ilə məşğul olmuşdur. Onun tərəfindən yeraltı suların çirklənməsi və tükənməsinin öyrənilməsi üzrə geoekoloji tədqiqatların aparılması layihəsi işlənib hazırlanmışdır. F.Ş.Əliyev Azərbaycanın şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ekiloji təmiz yeraltı sularla təchiz olunması problemi ilə məşğul olmuşdur.
Fort St. George
Fort St George (və ya tarixən White town (Ağ şəhər)) (Tamil dili: செயின்ட் ஜார்ஜ் கோட்டை) - Hindistanın Tamil Nadu əyalətinin paytaxtı Çennai (Madras) şəhərində yerləşən bir tarixi qaladır. Hindistandakı ilk ingilis (sonralar Britaniya) qalasıdır. 1644-cü ildə İngiltərə tərəfindən inşa edilən qala zamanla böyüməyə başlayan şəhərin mərkəzinə çevrilmişdir. Qalanın inşası daha çox yaşayış məntəqələri yaratmaq və ticarət fəaliyyətini artırmaq üçün boş ərazidə baş tutmuşdur. Beləliklə, şəhərin qala ətrafında inkişaf etdiyini söyləmək olar. Qala hazırda Tamil Nadu Qanunverici Məclisini və digər rəsmi strukturları özündə cəmləşdirir.
GEOnet Names Server
GEOnet Names Server —
Genezis (geologiya)
Grevillea georgeana
Grevillea georgeana (lat. Grevillea georgeana) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea georgeana (McGill.) Christenh.
II Georgi (Abxaziya çarı)
II Georgi (gürc. გიორგი II) — 923-957-ci illərdə hakimiyyətdə olmuş Abxaziya çarı. II Georgi Ançabadze sülaləsindən III Konstantinin oğlu və varisidir. Onun hakimiyyəti dövrü Abxaziya krallığının siyasi və mədəni cəhətdən çiçəklənmənin zirvə dövrü kimi qəbul edilir. II Georgi xələflərinin ölkə ərazisini genişləndirmə siyasətini davam etdirirdi. Onun əsas məqsədlərindən biri də Gürcüstanı birləşdirmək idi. Ögey qardaşı Baqratın üsyan qaldırması səbəbindən bütün ölkə ərazisində hakimiyyətini tam bərqərar etməsi bir müddət gecikdi. == Həyatı == II Georgi 923-cü ildə atası III Konstantinin vəfatından sonra taxta çıxdı. Bu dövrdə Georginin kiçik qardaşı Baqrat qardaşının hakimiyyətini qəbul etmədi və üsyan qaldırdı. Baqrat əyanlardan bir hissəsinin dəstəyini alaraq qardaşını hakimiyyətdən uzaqlaşdırmağı planlaşdırırdı.
II Georq
II Georq (alm. Georg II‎, ing. George II; 10 noyabr 1683, Hannover – 25 oktyabr 1760, London) — Hannoverlər sülaləsindən olan Böyük Britaniya kralı (1727–1760), I Georqun oğlu, Britaniyanın hüdudlarından kənarda doğulan sonuncu monarx. 1727-ci ildən bəri kral olaraq Georq İngiltərə parlamentinin nəzarətində olan ingilis daxili siyasətinə nisbətən az təsir göstərdi. Müqəddəs Roma İmperiyasının seçicisi olaraq, 12 il mövsümünü Hannoverdə keçirdi, burada dövlət siyasətinə daha çox nəzarət edirdi. Parlament müxalifətini dəstəkləyən böyük oğlu Frederik ilə çətin münasibət qurdu. Avstriya irsi uğrunda müharibə zamanı II Georq 1743-cü ildə Dettingen döyüşündə iştirak etdi və beləliklə şəxsən döyüşə qoşun gətirən son ingilis monarxı oldu. 1745-ci ildə katolik iddiasında İngilis taxtına iddia edən Ceyms Stüartın ("Köhnə iddiaçı") Ceyms oğlu Karl Stuartın rəhbərliyi ilə ("Gənc iddiaçı" və ya "Bonnie Prince Charlie") son Yakobin üsyanı zamanı Georqu devirməyə çalışdı və uğursuz oldu. 1751-ci ildə şahzadə Frederikin gözlənilməz ölümündən sonra II Georqun nəvəsi III Georq varis oldu və nəticədə kral oldu. II Georq, isti aylarda monarxın rəsmi ad gününü qeyd etmək ənənəsini təqdim etdi.
II Georq (Böyük Britaniya kralı)
II Georq (alm. Georg II‎, ing. George II; 10 noyabr 1683, Hannover – 25 oktyabr 1760, London) — Hannoverlər sülaləsindən olan Böyük Britaniya kralı (1727–1760), I Georqun oğlu, Britaniyanın hüdudlarından kənarda doğulan sonuncu monarx. 1727-ci ildən bəri kral olaraq Georq İngiltərə parlamentinin nəzarətində olan ingilis daxili siyasətinə nisbətən az təsir göstərdi. Müqəddəs Roma İmperiyasının seçicisi olaraq, 12 il mövsümünü Hannoverdə keçirdi, burada dövlət siyasətinə daha çox nəzarət edirdi. Parlament müxalifətini dəstəkləyən böyük oğlu Frederik ilə çətin münasibət qurdu. Avstriya irsi uğrunda müharibə zamanı II Georq 1743-cü ildə Dettingen döyüşündə iştirak etdi və beləliklə şəxsən döyüşə qoşun gətirən son ingilis monarxı oldu. 1745-ci ildə katolik iddiasında İngilis taxtına iddia edən Ceyms Stüartın ("Köhnə iddiaçı") Ceyms oğlu Karl Stuartın rəhbərliyi ilə ("Gənc iddiaçı" və ya "Bonnie Prince Charlie") son Yakobin üsyanı zamanı Georqu devirməyə çalışdı və uğursuz oldu. 1751-ci ildə şahzadə Frederikin gözlənilməz ölümündən sonra II Georqun nəvəsi III Georq varis oldu və nəticədə kral oldu. II Georq, isti aylarda monarxın rəsmi ad gününü qeyd etmək ənənəsini təqdim etdi.
IV Georgi Quriyeli
IV Georgi Quriyeli (gürc. გიორგი IV გურიელი; XVII əsr – 1726, Batomi) — Quriyeli sülaləsindən olan Quriya knyazlığının hökümdarı. 1714-1726-cı illərdə hakimiyyətdə olmuşdur. 1716-cı ildə qısa müddətdə İmereti çarı olsa da, həmin il taxtdan imtina etmək məcburiyyətində qaldı. İmeretidən Quriyaya qayıdarkən anası Helena, qardaşı III Keyxosrov və bir qrup əyan tərəfindən IV Georgini hakimiyyətdən salmaq üçün çevriliş hazırlandı. Georgi bu dövrdə Meqreliya knyazı Bejan Dadiani ilə sülh əldə etdikdən sonra hakimiyyətini qoruya bildi. == İlk illəri == IV Georginin atası Quriya knyazı III Mamiya, anası isə knyaz Georgi Abaşidzenin qızı Helenadır. IV Georgi 5 yanvar 1714-cü ildə III Mamianın ölümündən sonra vəliəhd şahzadə kimi Quriya knyazı olmuşdur. Həmçinin son İmereti çarının devrilməsi ilə IV Georgi 1716-cı ildə İmeretiya çarının taxtına oturmuşdur. Lakin hakimiyyəti sadəcə üç ay sürmüşdür.
IV Georq
IV Georq və ya IV Corc (ing. George IV, alm. Georg IV.‎; 12 avqust 1762[…], Sent-Ceyms sarayı, Böyük London – 26 iyun 1830[…] və ya 1830, Vindzor sarayı[…]) — 19 yanvar 1820 – 26 iyun 1830-cu illəri arasında Britaniya kralı. Hannoverlər sülaləsinin nümayəndəsi. Faktiki olaraq şahzadə regent kimi ölkəni atası III Georqun ruhi xəstəliyi ilə bağlı 1811-ci ildən 1820-ci ilə qədər IV Georq idarə edirdi. == Həyatı və hakimiyyəti == IV Georqun reqentliyi dövründə I Napaleon Bonapart məğlub edilir və uzunmüddətli müharibə Britaniyanın qələbəsi ilə bitir. 1795-ci ildə IV Georq Karolina Braunşveyqlə evlənir. Bu izdivacdan onun bir qızı — Şarlotta Avqusta dünyaya gəlir. IV Georq bütün Britaniya monarxları arasında ən populyar olmayanlarından idi. Onun haqqında çoxlu lətifələr gəzirdi.
I Georgi (İmereti çarı)
I Müqəddəs Georgi (XIV əsr – 1396) — 1389-cu ildə qardaşının ölümündən sonra taxta çıxmışdı. Onun dövründə vətəndaş müharibəsi başladı və kral Vadim Dadiani adlı bir əsilzadə tərəfindən 1392-ci ildə öldürüldü. Yerinə kiçik qardaşı II Konstantin keçdi.
I Georq (Bavariya-Landsxut hersoqu)
Varlı Georq (alm. Georg der Reiche‎; 15 avqust 1455 – 1 dekabr 1503, İnqolştadt) Vittelsbax sülaləsindən Bavariya-Landsxutun sonuncu hersoqu idi. == Gəncliyi == O, 1455-ci ildə Burqhauzen qalasında doğulmuşdu, Bavariya-Landsxut hersoqu IX Lüdviq və Saksoniyalı Amaliyanın oğlu idi. Dövlət işlərində 13 yaşından iştirak etməyə başlamışdı. == Hakimiyyəti == 18 yanvar 1479-cu ildə 23 yaşında Georq atasının yerinə Bavariya-Landsxut hersoqu oldu. 1485-ci ildə ərazisini pozduqlarına görə Azad İmperiya şəhəri Nördlingeni mühasirəyə almış, mühasirəni götürmək üçün külli miqdarda xərac tələb etmişdi. Atası və babası kimi, Georqun məşhur sərvəti əsasən Kitzbüel və Reiçenhall ətrafındakı torpaqlarındakı mədənlərə əsaslanırdı. Hersoq, Burqhauzen qalasını daimi bir saraya çevirdi və İnqolştadt yeni qalanı demək olar ki, tamamilə yenidən qurdu. Georqun kansleri, daha sonra Passau yepiskopu olmuş, Altötting provostu Friedrix Mauerkirxer idi. 1485-ci ildə ölümündən sonra yerinə gələn Volfqanq Kolberger hersoqun ən mühüm məsləhətçisi oldu və onun köməyi ilə öz ərazisində Roma qanunlarını tətbiq etdi.
I Georq (Böyük Britaniya kralı)
I Georq (alm. Georg Ludwig von Hannover‎, ing. George I; 28 may (7 iyun) 1660, Hannover – 11 (22) iyun 1727, Osnabrük, Müqəddəs Roma imperiyası) — alman mənşəli Hannoverlər sülaləsindən olan ilk Böyük Britaniya kralı (1714-1727).
I Georq (Yunanıstan kralı)
I Georgi (yun. Γεώργιος A', Βασιλεύς των Ελλήνων; 24 dekabr 1845[…], Kopenhagen – 18 mart 1913[…], Saloniki) — Yunanıstan kralı. == Həyatı == I Georq 1845-ci il dekabrın 24-də Danimarkanın paytaxtı Kopenhagendə dünyaya gəlib. Danimarka kralı IX Kristianın ikinci oğludur. 1863-cü ildə 17 yaşında Yunanıstan kralı seçilib. I Georq başda olmaqla kral ailəsi Böyük Britaniya və Rusiyaya ilə geniş əlaqələrə malik idi. Belə ki, I Georqun doğma bacısı Aleksandra Böyük Britaniya kralı VII Eduardın həyat yoldaşı və gələcək kral V Georqun anası idi. Digər bacısı Mariya isə Rusiya çarı III Aleksandrın həyat yoldaşı, gələcək çar II Nikolayın isə anası idi. I Georqun özü isə II Aleksandrın yaxın qohumu Olqa Konstantinovna ilə evlənmişdi. 1912-1913-cü illər Birinci Balkan Müharibəsində türklərin Balkandakı torpaqları hesabına Yunanıstanın ərazisi iki dəfə genişləndi.
Konstruktiv Geomorfologiya
Konstruktiv Geomorfologiya (rus. конструктивная геомор-фология, ing. constructive geomorphology) — geomorfologiyanın bir bölməsi, daha geniş mənada, tətbiqi geomorfologiya. Yer səthində mövcud olan və onu mürəkkəbləşdirən relyef formalarının təcrübi məqsədlər üçün istifadə etmək yollarını izah edir və onu istiqamətləndirir.
Kurt Georq Kizinqer
Kurt Georq Kizinqer (alm. Kurt George Kiesinger‎; 6 aprel 1904[…] – 9 mart 1988[…], Tübingen[d], Baden-Vürtemberq) - alman iqtisadçısı, dövlət xadimi. 1966-1969-cu illərdə Almaniya Federativ Respublikasının Federal Kansleri, "böyük koalisiya"nın lideri, 1958-1966-cı illərdə Baden-Vürtemberqin baş naziri, 1967-1971-ci illərdə Xristian Demokrat İttifaqının sədri olmuşdur. == Ədəbiyyat == Philipp Gassert: Kurt Georg Kiesinger 1904–1988. Kanzler zwischen den Zeiten. DVA, München 2006, ISBN 3-421-05824-5 (Rezension Daniela Münkler und Benjamin Obermüller, rezensionen.ch, 19. Juli 2006, S. 31). Mixael Feldkamp: Katholischer Studentenverein Askania-Burgundia im Kartellverband Katholischer Deutscher Studentenvereine (KV) zu Berlin 1853–2003. (PDF) Eine Festschrift herausgegeben von der K.St.V. Askania-Burgundia, Berlin 2006. Otto Rundel: Kurt Georg Kiesinger.

Digər lüğətlərdə