Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
GEO (jurnal)
GEO — Səyahət tematikasına yönəlmiş beynəlxalq elmi-populyar jurnal. Əsası 1976-cı ildə Almaniyada qoyulmuşdu. Məqalələrin əsas mövzuları coğrafiya, tarix, mədəniyyət, etnoqrafiya, biologiya, psixologiya, astronomiya, səyahət, bioqrafiya və digərləridir. Əsas janr — reportajlardır. == Tarix == GEO jurnalının buraxılışı 1976-cı ildə Almaniyada, Hamburqda yerləşən «Gruner + Jahr» adlı nəşriyyat evində başlamışdı. 1979-cu ildə jurnal həmçinin Fransada, 1986-cı ildə isə İspaniyada da çap edilmişdi.
Geo Television (Almaniya)
«Geo Television» — Alman dilində yayımlanan və «RTL Group» şirkətinin sahibləndiyi Almaniya paylama telekanalı. Telekanal eyni adlı jurnalın (GEO) televiziya formasıdır. «GEO Television» açıqlayıcı və sənədli filmlərin yayımlanmasına diqqət ayırır. == Verilişləri == Telekanal 8 may 2014-cü ildən yayımlanır. Başlanğıcda yalnız IPTV təklifi ilə «Telekom Entertain» vasitəsilə yayımlanırdı. 17 may 2017-ci ildən telekanal «Kabel Deutschland» kabel şəbəkəsində də mövcuddur. 23 may 2017-ci ildən isə telekanal «Amazon Prime» vasitəsilə yayımlanır.
Nat Geo Kids Abu Dhabi
«Nat Geo Kids Abu Dhabi» — «Milli Coğrafiya Cəmiyyəti» və «Abu Dhabi Media Company» şirkətlərinin sahibləndiyi və uşaqlar üçün yayımlanan BƏƏ telekanalı. Telekanal 20 noyabr 2017-ci ildən Nilesat peyki vasitəsilə sərbəst şəkildə yayımlanır. Kanalın verilişləri həmçinin elm, coğrafiya və təbiət elmlərinə aid olan sənədli filmləri də əhatə edir. == Verilişləri == Doki DIY Science Animal Atlas Are we There Yet? Born to Explore Bear Nomad Super Genius Snapshots Cesar to the Rescue Majid Block Earth Tripping Vitaminix Weird but True!
"Müqəddəs Georgi" ordeni
"Müqəddəs Georgi" ordeni — 1769-cu ildə Rusiya imperatoru II Yekaterina tərəfindən təsis olunmuşdur. Rus imperiyasının süqutuna qədər dövlətin ən ali hərbi ordeni sayılırdı. == Təsnifatı == Ordenin dörd dərəcəsi vardı: birinci dərəcəli orden ən yüksək hesab olunurdu. Ordenin devizi belə idi: "Əla xidmət və cəsurluğa görə". "Müqəddəs Georgi" ordeninə yalnız "fövqəladə, xüsusi rəşadət, mərdlik, əla əskəri qəhrəmanlıq göstərən" hərbi qulluqçular layiq görülürdülər.
A.S.George
Aleksandr Georq və ya Aleksandr Segger Georq (ing. Alexander George və ya ing. Alexander Segger George, 4 aprel 1939) — Avstraliya botaniki. == Əsərləri == Orchids of Western Australia. 1969. A New Eucalypt from Western Australia. 1970. A List of the Orchidaceae of Western Australia. 1971. Flowers and Plants of Western Australia.
AMEA Geologiya və Geofizika İnstitutu
Geologiya və Geofizika İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu. == Tarixi == 1926-cı ildə Azərbaycanın tədqiq olunması və öyrənilməsi cəmiyyəti yaradılmışdır (geologiya və geofizika sahəsində tədqiqatlar daxil olmaqla). 1932-ci ildə bu cəmiyyətin bazasında SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi (EAZDAzŞ) təşkil edilmişdir. 1935-ci ildə EAZFAzŞ bir sıra institutlar ilə və o cümlədən Geologiya sektoru ilə birlikdə SSRİ-in Elmlər Akademiyasının Azərbaycan filialına çevrilmişdir. 1938-ci ildə Azərbaycanın görkəmli alimləri — Ş.A.Əzizbəyov, M.A.Qaşqay, Ə.A.Yaqubovun təklifi və SSRİ EA-nın yardımı ilə müstəqil elmi-tədqiqat idarəsinə — Geologiya İnstitutuna çevrilmişdir (Geologiya İnstitutunun təşkil edilməsinin rəsmi tarixi). 2003-cü ildə Geologiya İnstitutu və Dərin neftqaz yataqları problemləri institutunun (DNQYPİ) bazasında Azərbaycan MEA Geologiya İnstitutu yaradıldı.2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu adlandırıldı. İnstitutun yaranması və inkişaf Azərbaycanda neft və qaz sənayesinin sürətli inkişafı ilə eyni vaxta düşdü. İnstitutun qurulmasında və inkişafında məşhur rus alimləri İ.M.Qubkin, D.B.Qolubyatnikov, Vladimir Boqaçyov, N.B.Vasseviç, V.V.Veber, A.V.Vinaqradov, S.A.Kovalevskiy, D.V.Nalivkin, E.F.Savarenskiy, J.V.Rizniçenko, M.A.Sadovskiy, Vladimir Tixomirov, B.S.Sokolov, Viktor Xain və s. böyük rolu olub. Yarandığı müddətdən indiyə qədər İnstituta: professor Məmməd Ağabəyov (1938–1943), akademik Qambay Əlizadə (1943–1945), akademik Əzəl Sultanov (1945–1949;1958–1970), Azərbaycan EA müxbir üzvü Əbdül Əliyev (1949–1951), g.-m.e.n.
Abraziya (geomorfologiya)
Abraziya proses — dəniz dalğaları və axınların köklü süxurları mexiniki parçalama prosesidir. Abrazion proses nəticəsində sahil yuyulur, hamarlaşır və abrazion düzənliklər, terraslar və b. relyef formaları əmələ gəlir.Abraziya — akkumulyativ hamarlanma səthi dəniz dalğalarının abrazion- akkumulyativ fəaliyyəti ilə əlaqədar yaranan üfüqüyə yaxın səthdir. Abraziya qalıq qayalar — abrazion proseslər nəticəsində cilalanmış, dağılmaya davamlı möhkəm süxurlardan ibarət qayalar. Dəniz, göl səviyyəsindən yüksələn divar, dəniz boğazı, qüllə, konus və s. formalarda olur. Sinonim: Kekurlar. == Ədəbiyyat == Геологический словарь, М: Недра, 1978 В. Б. Караулов, М. И. Никитина. Геология.
Acacia georginae
Acacia georginae (lat. Acacia georginae) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Adil Əliyev (geoloq)
Adil Abas Əli oğlu Əliyev (7 sentyabr 1930, Bakı) — neftçi-geoloq, geokimyaçı, vulkanoloq, Azərbaycan Respublikası Dövlət Mükafatının ilk laureatı, Əməkdar elm xadimi, AMEA Geologiya və Geofizika İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri, professor. == Həyatı == Adil Əliyev 1930-cu il sentyabrın 7-də Bakıda anadan olub. O, 1949-cu ildə paytaxtın 3 nömrəli orta məktəbini müvəffəqiyyətlə başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinə (indiki BDU) qəbul olub. 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirərək, neftçi-geoloq ixtisasına yiyələnib. Alim elmi fəaliyyətinə həmin ilin yanvar ayından Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki GGİ) başlayıb.O, 1954-cü ildə “Neft və qazın geologiyası” ixtisası üzrə aspi­ran­tu­raya qəbul olunub, 1958-ci ildə namizədlik dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsini alıb. Bir ildən sonra böyük elmi işçi vəzifəsinə yüksələn alim sonrakı illərdə Bituminologiya və süxurların üzvi maddələri (1969-1970) və Palçıq vulkanlarının geokimyası (1972-1986) laboratoriyalarına rəhbərlik edib. 1986-1990-cı illərdə Suriya Neft Şirkətində (Dəməşq şəhərində) baş mühəndis-geokimyaçı və elmi məsləhətçi vəzifələrində işləyib. A.Əliyev 1992-ci ildə “Palçıq vulkanizminin geo­kim­yası və böyük dərinliklərin neft-qazlılığı” mövzusunda doktor­luq dissertasiyası müdafiə edib. 1997-ci ildən Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinə rəhbərlik edir. Alim 300-dən çox elmi əsərin, o cümlədən 15 kitabın müəllifidir.
Akif Əliyev (geoloq)
Əliyev Akif İsmayıl oğlu (4 fevral 1934, Gəncə – 2 sentyabr 2017, Bakı) — Azәrbaycan geoloqu, geologiya-minerologiya elmləri doktoru (1991), professor (1996), Azərbaycan Dövlət Mükafatı laureatı (1988). == Həyatı == Akif Əliyev 4 fevral 1934-cü ildə Gәncә şəhərində doğulub. 1956-cı ildə Azәrbaycan Sәnaye İnstitutunun geoloji kәşfiyyat fakültәsini bitirmişdir. 1959-cu ilәdәk neft mәdәnlәrindә çalışmışdır. == Elmi fəaliyyəti == 1962–1966-cı illərdə Azәrbaycan SSR EA Geologiya İnstitutunda (indiki Geologiya vә Geofizika İnstitutu) kiçik elmi işçi, 1966–1979-cu illərdə Ümumittifaq Elmi Tәdqiqat vә Layihә Qaz İnstitutunda laboratoriya rәhbәri, 1979–1988-ci illərdə "Dövlәtdәnizneftqazlayihә" İnstitutunda baş geoloq, elmi işlәr üzrә direktor müavini, 1988–1991-ci illərdə Hindistanda Sovet İttifaqı ekspertlәr qrupunun baş mühәndisi vәzifәlәrindә çalışmışdır.1992-ci ildәn ARDNŞ-dә şöbә müdiri, xarici iqtisadi әlaqәlәr üzrә rәis müavini işlәmiş, eyni zamanda AMEA Geologiya vә Geofizika İnstitutunda aparıcı elmi işçi kimi fәaliyyәt göstәrmişdir. Akif Əliyev 200-dәn çox elmi әsәrin, o cümlәdәn bir neçә monoqrafiya vә kitabın, 10 ixtiranın müәllifidir. SSRİ-nin vә Azәrbaycanın neftqazlılıq vә tektonikasına dair dәrc edilmiş silsilә xәritәlәrin vә atlasların hәmmüәllifidir.
Akkumulyasiya (geologiya)
Akkumulyasiya (lat. Accumulatio — yığılma, toplanma.) — axar suların, küləyin və s. özləri ilə apardıqları süxur hissəciklərin çökməsi prosesi. Yer kürəsindəki bir çox iri düzənliklər bu proses nəticəsində əmələ gəlmişdir (Kür-Araz, Mesopotamiya, Hind-Qanq və s.). == Haqqında == Akkumulyasiya quruda və ya dəniz, hövzə, çay dibində mineral maddələrin və orqanizm qalıqlarının toplanması. Akkumulyasiya denudasion prosesin əksi olmaqla, ondan asılıdır. Akkumulyasiya sahələri daha çox tektonik (çökəklik, sinekliz, sinklinallar və b.) və həm də denudasion (dərə və çuxurlar) mənşəli alçaq ərazilərdən ibarətdir. Akkumulyasiya nəticəsində toplanmış qatların qalınlığı denudasiyanın intensivliyindən, daşınma və çökəlmənin balansından asılıdır. Akkumulyasiya intensivliyi və çökmələrin tərkibi dəyişkən olub relyef əmələgəlmənin endogen və ekzogen prosesləri və çöküntütoplanmanın ritmik dəyişkənliyi ilə əlaqədardır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Aktualizm (geologiya)
Aktualizm — keçmişdə baş vermiş geoloji proses və hadisələri dərk etmək üçün müasir proseslərin tədqiqinə əsaslanan təlim. Lakin nəzərə almaq lazımdır ki, keçmişdə, xüsusilə müasir zamandan uzaq olan qədim dövrlərdə Yer səthində (və dərinlikdə) fiziki-coğrafi şərait və baş verən proseslər, qədimliyindən asılı olaraq, müasir zamandakından müəyyən dərəcədə fərqlənirdi. Təlimin əsasını İ.Valter qoymuş və sonralar Straxov (1945 və b.) tərəfindən inkişaf etdirilmişdir. Yerin geoloji həyatının müxtəlif tərəflərinə bu metodun tətbiqi məhduddur. Məsələn: aktualizm dərinlik proseslərinə, o cümlədən tektonik və maqmatik proseslərə tətbiq oluna bilməz. Çünki biz onların müasir dövrdə necə baş verdiyini bilmirik. Aktualizm tətbiqi paleontologiyada da olduqca məhduddur. Çünki üzvi aləmin inkişafı böyük sürətlə getdiyindən və orqanizmlərin şəraitə uyğunlaşması çox yüksək olduğundan müasir və qədim formaların müqayisəsi az inandırıcıdır və bir çox mübahisəli məsələlərin meydana çıxmasına səbəb olur. Aktualizm ən çox və effektiv tətbiq sahəsi litologiyadır. Müasir çöküntütoplanma prosesinin hər hansı dəqiqliklə öyrənilməsi və kifayət qədər dərk edilməsi, digər tərəfdən, Yer səthindəki fiziki-kimyəvi şəraitin təkamülü və uyğun olaraq çökmə prosesinin özünün yavaş təkamülü ilə izah edilir.
Aleksandr Georq
Aleksandr Georq və ya Aleksandr Segger Georq (ing. Alexander George və ya ing. Alexander Segger George, 4 aprel 1939) — Avstraliya botaniki. == Əsərləri == Orchids of Western Australia. 1969. A New Eucalypt from Western Australia. 1970. A List of the Orchidaceae of Western Australia. 1971. Flowers and Plants of Western Australia.
Aleksandr Segger Georq
Aleksandr Georq və ya Aleksandr Segger Georq (ing. Alexander George və ya ing. Alexander Segger George, 4 aprel 1939) — Avstraliya botaniki. == Əsərləri == Orchids of Western Australia. 1969. A New Eucalypt from Western Australia. 1970. A List of the Orchidaceae of Western Australia. 1971. Flowers and Plants of Western Australia.
Alex George
Aleksandr Georq və ya Aleksandr Segger Georq (ing. Alexander George və ya ing. Alexander Segger George, 4 aprel 1939) — Avstraliya botaniki. == Əsərləri == Orchids of Western Australia. 1969. A New Eucalypt from Western Australia. 1970. A List of the Orchidaceae of Western Australia. 1971. Flowers and Plants of Western Australia.
Amblyseius geonomae
Amblyseius geonomae (lat. Amblyseius geonomae) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius geonomae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Amerika Neftçi Geoloqlar Assosiasiyası
Amerika Neftçi Geoloqlar Assosiasiyası və ya qısaca ANGA (ing. American Association of Petroleum Geologists və ya qısaca ing. AAPG) — təkibində 31000 üzvi olan dünyanın ən iri geoloji cəmiyyətlərindən biri. ANGA-nin məqsədi geologiya elminin (xüsusilə də neftin və qazın kəşfiyyatı və hasilatı geologoiyası) inkişafı, neft sənayəsində texnologiyaların tətbiqinə stimul vermək və neft sənayesində yüksək peşəkar davranışa töhfə verməkdən ibarətdir. ANGA 1917-ci ildə yaradılmış və cəmiyyətin mənzil-qərargahı Tulzada, Oklohamada yerləşir. Hal-hazırda üzvlərinin təxminən 1/3-i ABŞ kənarında yaşayır. ANGA AAPG Explorer və AAPG Bulletin elmi jurnallarını nəşr etdirir, texniki konfrans və sərgi də daxil olmaqla illik görüşlər keçirir, digər konfranslara sponsorluq edir və üzvlərinin dünya üzrə təhsilini davam etdirməsinə şərait yaradır, tələbələrin cəmiyyətə cəlb olunması və üzvlərinə digər xidmətlər göstərir. ANGA-ya həmçinin aşağıdakı bölmələr də daxildir. Ətraf Mühit Geoelmləri bölməsi, Peşəkar İşlər bölməsi və Enerji və Minerallar bölməsi daxildir. Cəmiyyət ilk dəfə Ay səthində gəzmiş ABŞ astronavtı Harrison Şmiti də sıralarına daxil etmişdir.
Amerika Neftçi Geoloqlar Cəmiyyəti
Amerika Neftçi Geoloqlar Assosiasiyası və ya qısaca ANGA (ing. American Association of Petroleum Geologists və ya qısaca ing. AAPG) — təkibində 31000 üzvi olan dünyanın ən iri geoloji cəmiyyətlərindən biri. ANGA-nin məqsədi geologiya elminin (xüsusilə də neftin və qazın kəşfiyyatı və hasilatı geologoiyası) inkişafı, neft sənayəsində texnologiyaların tətbiqinə stimul vermək və neft sənayesində yüksək peşəkar davranışa töhfə verməkdən ibarətdir. ANGA 1917-ci ildə yaradılmış və cəmiyyətin mənzil-qərargahı Tulzada, Oklohamada yerləşir. Hal-hazırda üzvlərinin təxminən 1/3-i ABŞ kənarında yaşayır. ANGA AAPG Explorer və AAPG Bulletin elmi jurnallarını nəşr etdirir, texniki konfrans və sərgi də daxil olmaqla illik görüşlər keçirir, digər konfranslara sponsorluq edir və üzvlərinin dünya üzrə təhsilini davam etdirməsinə şərait yaradır, tələbələrin cəmiyyətə cəlb olunması və üzvlərinə digər xidmətlər göstərir. ANGA-ya həmçinin aşağıdakı bölmələr də daxildir. Ətraf Mühit Geoelmləri bölməsi, Peşəkar İşlər bölməsi və Enerji və Minerallar bölməsi daxildir. Cəmiyyət ilk dəfə Ay səthində gəzmiş ABŞ astronavtı Harrison Şmiti də sıralarına daxil etmişdir.
Antarktidanın geologiyası
Antarktidanın geologiyası — Antarktidanın geoloji tədqiqatları tarixi iki əsas mərhələyə ayrılır: I mərhələ 1901-1956-cı illəri əhatə edir. Antarktida üzrə 1907-ci ildə dərc edilmiş ilk geoloji iş R.Skott ekspedisiyasının iştirakçısı Q,Ferrara mənsubdur. II mərhələ Beynəlxalq Geofizika ili (1957-ci il) proqramı üzrə tədqiqatların başlanması ilə və altıncı qitənin intensiv öyrənilməsi ilə səciyyələnir. Antarktidanın geoloji tədqiqatlarında Rusiya və ABŞ mühüm yer tutur. Bundan başqa Antarktidanın geologiyasının öyrənilməsində İngiltərə, Avstraliya, Yeni Zelandiya, Belçika, Fransa, Yaponiya, Argentina alimlərinin də xüsusi xidmətləri olmuşdur. Birinci mərhələdə qitənin ümumi sərhədləri, onun relyefinin bir sıra xüsusiyyətləri, həmçinin Şərqi və Qərbi Antarktidanın struturu və suxurlarının yaş fərqi müəyyən edilmişdir. Antarktidanın faktiki material əsasında ilk tektonik sxemi 1913-cü ildə O. Nordşeld tərəfindən təklif olunmuşdur. 1940-cı ildə əldə olunmuş material haqqında məlumat "Regionlee Geologie der Erde" elmi jurnalında Q.Teylor tərəfindən dərc edildi. Faktiki materiala əlavə kimi, R.Endinin (1952) XIX Beynəlxalq Geoloji Konqresinin əsərləri toplusunda getmiş Hondvana üzrə simpoziuma təqdim olunmuş işi oldu. Birinci mərhələnin tədqiqatları nəticəsində R, Feyrbric tərəfindən daha dolğun tektonik sxem 1949-cu ildə dərc edildi.
Astronomik geodeziya
Astronomik geodeziya müəyyən qolların qurulması nəzəriyyəsini və üsullarını və Yerin formasını, ölçülərini və cazibə sahəsini öyrənən geodeziya sahəsidir. Astronomik geodeziya Yer səthində və Yerə yaxın kosmosda aparılan astronomik, geodeziya və qravimetrik ölçmələr əsasında geodeziyanın əsas elmi problemlərini həll edir. Astronomiya geodeziyasına nəzəri geodeziya və peyk geodeziya daxildir .
Avstraliya geologiyası
Avstraliya geologiyası — Avstraliyanın hüdudları daxilində mövcud olan geoloji quruluş. Materikin çox hissəsi Kembridən əvvəlki platformadır. Platforma kristallik qalxanlardan (qərbdə Qərbi Avstraliya və mərkəzi hissədə Masqreyv), sineklizlərdən, onları birləşdirən qədim qırışıqlıq (Alt Proterozoy) zonasından ibarətdir. Üst Paleozoyda və Mezozoyun birinci yarısında Avstraliya platforması qədim Qondvana materiki ilə bitişik olmuşdur. Kembridən əvvəlki bünövrə üzərində yatan Alt Paleozoy çöküntüləri şimal hissədə Böyük Artezian hövzəsinin Triad, Yura kontinental çöküntüləri və Təbaşir (dəniz) çöküntülərinin qalın qatı ilə örtülür. Avstraliyanın qərb sahilində Kembridən əvvəlki süxurların üzərində metamorfikləşməmiş Üst Paleozoy (kontinental) və Yura (dəniz) çöküntüləri yatır. Cənub-şərqdə Nallarbor düzənliyində Kembridən əvvəlki bünövrəni Təbaşir, Paleogen və Neogen çöküntüləri örtür.Tasmaniya adası və Avstraliyanın dağlıq şərq hissəsi Hersin qarışıqlığından ibarətdir. Burada Paleozoy çöküntülərinin qalın kompleksli şimal-şərq və şimal-qərb istiqamətindəki qırışıqlarla pozulmuşdur. Üst Təbaşir dənizi transqressiyası Paleozoy yaşlı dağların aşağı hissələrini örtmüş, Kaynozoydakı sonrakı qlaxma prosesləri isə Şərqi Avstraliya dağlarının müasir relyefini əmələ gətirmişdir. Böyük Suayırıcı silsilədə qalxma ilə yanaşı, geniş sahədə vulkan püskürmələri də olmuşdur.
Azərbaycan Geologiya Muzeyi
Azərbaycan Geologiya Muzeyi — Azərbaycan SSR Nazirlər Sovetinin 19 aprel 1982-ci il tarixli qərarı ilə Azərbaycan SSR Geologiya İdarəsinin nəzdində yaradılmış, Bakı şəhərində yerləşən muzey. == Tarixi == Muzeyin seksiyalarında ölkənin bütün bölgələrindən 5000 dağ süxuru, minerallar və kristallar vardır. Muzeyə gələnlər, həmçinin geologiya ilə bağlı audio-video materiallarla da tanış ola bilərlər. Muzeyin mövcudluğu həm yerli əhalinin, həm də xarici nümayəndələrin, həmçinin bu sahə üzrə investorların Azərbaycanın təbii sərvətləri ilə tanış olmasına şərait yaradır. Muzey regional geologiya, mineral resurslar (faydalı qazıntı süxurları, süxur olmayan faydalı qazıntılar), petroqrafiya, minerologiya və palentologiya seksiyalarından ibərətdir. 21 may 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən respublika Təbii Sərvətlər və Əkologiya Nazirliyinin Geologiya Nazirliyinin fəaliyyətini yaxşılaşdırmaq üçün Prezidentin Ehtiyat Fondundan bir milyon manat ayrılması barədə sərəncam imzalanmışdı. Sərəncamdan sonra muzeydə geniş təmir və rekonstruksiya işi başlanmış, muzeyin strukturu müasir tələblər səviyyəsinə çatdırılmışdır. Muzeyin sahəsi genişləndirilərək 630 kv. metrə çatdırılmışdır. Muzeyə müasir baxış stendləri, zalların temperatur tənzimləyicisi qoyulmuş, bir sıra eksponatlar bərpa edilmişdir.
Azərbaycan Respublikasının əməkdar geoloqlarının siyahısı
== 1991 ==
Azərbaycan relyefinin geoloji inkişaf tarixi
== Azərbaycan relyefinin geoloji inkişaf tarixi == Respublika ərazisinin relyefinin inkişafının neotektonik mərhələsi Kaynozoy erasının Oliqosen epoxasından Holosen də daxil olmaqla Dördüncü dövrədək mərhələni əhatə edir. Bu mərhələdə Oliqosen-Erkən Miosen, Orta - Son Miosen, Erkən Pliosen (Balaxanı əsri), Son Pliosen (Ağçagil əsri) və Dördüncü dövr epoxaları ayrılır.
Baba Babazadə (geoloq)
Baba-zadə Baba Qurbanqulu oğlu (25 aprel 1911, Bakı – 18 avqust 1962, Bakı) — geoloq-neftçi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1959), geologiya-minerologiya elmləri doktoru (1962), Sosialist Əməyi Qəhrəmanı (1944) == Həyatı == Baba Baba-zadə 25 aprel 1911-ci ildə Bakının Ramana kəndində anadan olub. O, 1923–1929-cu illərdə N.Nərimanov adına Sənaye Texnikumunu, 1934-cü ildə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib. Geoloji-kəşfiyyat fakültəsində təhsil alan Baba-zadə mühəndis-geoloq ixtisasına yiyələnib.Baba Baba-zadə 1949-cu ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1962-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almışdır. O, 1959-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.Baba Baba-zadə həmçinin pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dərs demişdir. Onun "Buzovna-Maştağa neft yatağı və Abşeronun dərində yatan perspektiv strukturlarının axtarışı" adlı monoqrafiyası 1952-ci ildə Sankt-Peterburq şəhərində çap olunmuşdur.Alimin geoloji-kəşfiyyat və yataqların səmərəli işlənməsi üzrə 80-dən artıq elmi əsəri işıq üzü görmüşdür. Eyni zamanda monoqrafiyalar, kitablar, ayrı-ayrı məqalələr şəklində böyük elmi irs qoymuşdur. Onun rəhbərliyi altında 20-dən çox fəlsəfə doktoru hazırlanmışdır. Baba Babazadənin adı YUNESKO-nun "Dünya alimlərinin elmi irsi" siyahısına daxil edilmişdir. == Əmək fəaliyyəti == Baba Baba-zadə əmək fəaliyyətinə "Əzizbəyovneft" Neft-Mədən İdarəsində "Qala" neft yatağının tədqiqilə başlayıb. Belə ki, 1936-cı ildə onun rəhbərliyi ilə qazılmış quyunun dərin qatlarından "Qala lay dəstəsi" açılmışdır.
Bank of Georgia
Bank of Georgia (gürc. საქართველოს ბანკი) — Gürcüstanın ən böyük kommersiya banklarından biridir. Baş qərargahı Tiflis şəhərində yerləşir. == Tarixi == Bank 1903-cü ildə quruldu. Kommunistlər tərəfindən milliləşdirildi və Binsotsbank olaraq adlandırıldı. Yenidən özəlləşdirildi və 1994-cü ildə Bank of Georgia olaraq adlandırıldı. Bank of Georgia ilk olaraq 2001-ci ildə Gürcüstan Fond Birjasında qeydiyyata alındı. 2004-cü ildə Tbiluniversalbank ilə birləşdirildi. 2004-cü ildən başlayaraq Bank of Georgia bir sıra strateji satınalmaları tamamladı, bir sıra pərakəndə məhsullar təqdim etdi və böyük infrastruktur yeniləmələrinə başladı. Bankın özəl bankçılıq fəaliyyətinə başladı və Gürcüstan Fond Birjasında debüt korporativ istiqrazlar yerləşdirdi.
Bank of Georgia baş ofis binası
Bank of Georgia baş ofis binası (gürc. ოფიცერთა სახლი) və ya Gürcüstan SSR-in avtomobil yolları nazirliyinin binası (gürc. საქართველოს საავტომობილო გზების სამინისტროს შენობა) – 1975-ci ildə Tbilisi şəhərində memar Georgi Çaxava və Zurab Calaqxaninin layihəsi əsasında inşa edilmiş memarlıq abidəsidir. Hazırda bina Bank of Georgiaya məxsusdur və inzibati bina kimi istifadə edilir. == Tarixi == Binanın layihələndirilməsi zamanı Georgi Çaxava yol tikintisi naziri olduğuna görə, həm sifarişçi, həm də sifarişi yerinə yetirən tərəf kimi çıxış edirdi. Binanın inşası üçün yeri də memar özü seçmişdi. Sifariş, müsabiqə keçirilmədən birbaşa dövlət sifarişi ilə həyata keçirilmişdir. Bütün SSRİ dövründə, bina, Gürcüstan ərazisində individual layihələndirilmiş azsaylı binalardan biri olaraq qalmışdır. Layihənin hazırlanmasında memarlar G. Çaxava və Z. Calaqxani, mühəndislər T. Txilava və A. Kimberq iştirak etmişlər. İnaşaat xərcləri 6 milyon rubla bərabər olmuşdur..
Başqırdıstan geologiyası
Başqırdıstan geologiyası — Başqırdıstanın geoloji quruluşunda üç əsas sahə fərqlənir: Qərb, Cənub və Dağlıq Başqırdıstan. == Qərbi Başqırdıstan == Qərbi Başqırdıstan Şərqi Avropa platformasında və Ön Ural deprerssiyasında yerləşir. Başqırdıstan respublikanın qərb sərhəddindən Ural qırışıqlığına qədər olan ərazisi Şərqi Avropa platformasına aiddir. Qərbi Başqırdıstanda Şərqi Avropa platforması çöküntü süxurlarından ibarət örtükdən və metamorfik, maqmatik mənşəli süxurlardan ibarətdir. Rus platformasının təməli aşağıdakı qalxma zonlarından ibarətdir: Buqulminsko-Belebeyevskaya yüksəkliyinin yerləşdiyi Tatar qalxması, Ufa yaylasının yerləşdiyi Başqırd qalxması, Baş Sırt yüksəkliyini yerləşdiyi Orenburq qalxması. Bölgənin relyefi təməl səthinin formasına uyğundur. == Dağlıq Başqırdıstan == Cənubda yerləşən dağlıq Başqırdıstanın relyefi dağ silsilələrindən və dağlar arası çökəkliklərdən ibarətdir. Bu bölgədə Cənubi Uralın ən yüksək dağ zirvələri - Böyük İremel (1582 m) və Yamantau (1640 m), həmçinin Zilair yaylası (Cənubi Ural yaylası) var. Başqırdıstan dağ silsilələrinin zirvələrində və yamaclarında "daş dənizlər", "daş çaylar" - ölçüləri 0,2-0,3 m-dən çox olan daş bloklarının xaotik yığımları - kurumlar mövcuddur. Kurumlar aşınma, sərt iqlim və keçmiş buzlaşmanın təsiri ilə formalaşmışdır.
CEO
Baş icraçı direktor və ya CEO (ing. chief executive officer sözlərinin baş hərfləri) — Anglo-Sakson iqtisadi modeli olan ölkələrdə (ABŞ, İngiltərə və s.) direktor, baş idarəçi vəzifəsi. Azərbaycanda bu vəzifənin adı adətən İdarə Heyətinin Sədri kimi ifadə olunur. == Məsuliyyəti == Bir təşkilatın İdarə Heyətinin Sədrinin məsuliyyətləri, şirkətin qanuni quruluşuna bağlı olaraq, İdarə Heyəti və ya başqa bir səlahiyyətli orqan tərəfindən müəyyən olunur. Bu məsuliyyətlər son dərəcə geniş və ya məhdudlaşdırılmış olur və adətən Səlahiyyətli bir heyətə bağlı olurlar. Çox vaxt bu səlahiyyətlər şirkətin strategiyasını və siyasi mövqeyini müəyyənləşdirmək, liderlik, idarəçilik, şirkətin rabitə və alınan qərarları tətbiq etmək kimi sahələri əhatə edir. İdarə Heyətinin Sədri rabitə üzrə məsul olaraq mətbuata və şirkətin əməkdaşlarına lazımi açıqlamaları edir. Lider kimi rəhbərlik kabinetinə lazımi məsləhətləri verir, işçiləri motivasiya edir və şirkət daxilindəki dəyişiklikləri idarə edir. Bir rəhbər olaraq da şirkətin gündəlik əməliyyatlarını idarə edir. Bu xüsusiyyətlər İdarə Heyətinin Sədrinin şirkətin bütün sektorlardakı orqanları və biznes sahələri — fəaliyyətlər, reklam, maliyyə, insan resursları da daxil olmaqla — üzərində həyatı qərarları vermək səlahiyyəti olduğunu göstərir.
GMO
GMO - (Genetik Modifikasiya olunmuş Orqanizm) genetika mühəndisliyi metodları istifadə olunaraq genetik materiyalı dəyişdirilmiş orqanizmlərə verilən addır. Bəzi qaynaqlarda GDO, Genetikası Dəyişdirilmiş Orqanizm də adlandırılır. GMOlar qida, dərman istehsalında və elmi tədqiqatlarda geniş istifadə olunmaqdadır. Dünyada xüsusilə GMO istifadə olunaraq istehsal olunan qidaya yanaşma birmənalı deyildir. GMOnun ekologiya, insan sağlığı və iqtisadiyyata potensial zərərləri haqqında qızğın müzakirələr getməkdədir. Transgen orqanizm GMO-nun bir növü olub tamamilə başqa bioloji növlərdən gen və ya genlərin köçürülməsi yolu ilə əldə olunmuş orqanizmlər nəzərdə tutulur. GMO canlının öz DNTsində dəyişikliklər əmələ gətirmək yolu ilə də əldə oluna bilər. == Tarix == 1976-ci ildə dünyanın ilk genetik mühəndisliyi şirkəti Genentech qurulmuşdur. Bir il sonra şirkət insan zülalı, somtostatini E.coli bakteriyası vasitəsilə istehsal etməyə başlamışdır. 1978-də isə şirkət insan insulin hormonunu genetik işləyərək eyni bakteriyada istehsal etmişdir.
GeV
Elektron volt (eV) hissəciklər fizikasında istifadə olunan enerji vahididir. Hissəciklər fizikasında kütlə də elektron volt vasitəsilə ifadə olunur. Vahid 1912-ci ildə təklif edilmişdir, 1930-cu ildən istifadə olunur.Fizikada, kimyada və səhiyyədə istifadə olunur. == eV enerji vahidi kimi == Elektron x volt potensiala malik yerdən (x+1) volt potensiala malik yerə hərəkət etdikdə (və ya sürətləndikdə) elektronun qazandığı potensial enerji 1 elektron volt olur.1 elektron volt= 1.602 176 565(35) × 10−19 coulVahid çox kiçik olduğundan onun daha yüksək dərəcələrindən istifadə edilir: keV — (kilo yunan khilioi — min) — 103 elektron volt MeV — (meqa yunan megas — böyük) — 106 elektron volt GeV — (giqa yunan gigas — giqant) — 109 elektron volt TeV — (tera yunan teras — monstr) — 1012 elektron volt == eV/c2 kütlə vahidi kimi == Elektron volt vahidi enerji ilə yanaşı kütlə üçün də işlənir. Bu A. Eynşteynin (A. Einstein) E =mc2 formulundan alınır. Bu formulaya görə enerji kütlə ilə işıq sürəti kvadratının hasilinə bərabərdir. E = m ∗ c 2 {\displaystyle E=m*c^{2}} Buradan m = E / c 2 {\displaystyle m=E/c^{2}} Beləliklə 1 eV/c2 = 1.782 661 845(39) × 10−36 kg Məsələn, protonun kütləsi 938.272 046(21) MeV/c2 və ya 1.672 621 777(74)×10−27 kgBəzən fizikaya aid ədəbiyyatda kütləni elektron volt ilə ifadə edəndə vahidin c2 hissəsi nəzərə alınmır. Belə ki, protonun kütləsi 938.272 046(21) MeV kimi də yazıla bilir.
Gen
Gen — canlılarda nəsildən nəslə bioloji xassələrin ötürülməsi prosesinin yəni irsi genetikanın əsas vahidi. Nuklein turşularının (DNT, RNT) müəyyən bir hissəsi olub nukleotid ardıcıllğındaki informasiya vasitəsilə müəyyən zülal yaxud funksional RNT əmələ gətirir. Genlər fenotipik xassələrin ata-anadan oğul-qıza ötürülməsinin, fərdlər arasındakı bənzərliklərin əsasını təşkil edir. == Tarix == İrsi vahidlər ideyasını ilk dəfə Qreqor Mendel ortaya atmışdır. 1857 ilə 1864 illəri arasında noxud bitkisinin ayrı-ayrı xassələri üzərində işləyərək onların nəsildən nəslə ötürülməsini izləmişdir. == DNT == DNT-nin ən əsas rolu hüceyrədə uzun müddətli informasiyanın saxlanılmasıdır. DNT ən önəmlisi gen olan bir sıra vahidlərə bölünür. Kimyəvi cəhətdən DNT nukleotid deyilən vahidlərdən əmələ gələn uzun polimerdir. Hər bir nukletoid azotlu əsas, şəkər (dezoksiriboza) və fosfat qrupundan meydana gəlir. DNT zəncirinin özəyini fosfat və şəkər qrupları əmələ gətirir, əsaslar isə ikili zəncirin iç qismində digər tərəfdəki əsasla qarşı-qarşıya duran şəkildədir.
Gey
Homoseksuallıq eyni cinsdən (və ya genderdən) olan şəxslər arasında romantik, cazibə və cinsi davranışdır. Homoseksuallıq, bir cinsi oriyentasiya olaraq, "Özü ilə eyni cinsdə olan insanlara davamlı şəkildə göstərilən cinsi və romantik maraq" olaraq təyin edilir. Bu, həmçinin, "Birinin belə maraqlara, davranışa və LGBT icmasının bir hissəsi olaraq özünü şəxsiyyətcə dərk etməsi" kimi başa düşülür.Biseksuallıq və heteroseksuallıqla bərabər, homoseksuallıq cinsi oriyentasiyalar oxunda əsas üç cinsi oriyentasiyadan biridir. Hal-hazırda homoseksuallığın mövcudluğunun səbəbi elmi şəkildə əsaslandıra bilinməsə də, düşünülür ki, bu, insanın öz seçimi deyildir və əsasən genetik, hormonal və ətraf-mühit amillərinin mürəkkəb şəkildə birləşməsindən qaynaqlanan bir amildir. Bu gün homoseksuallığın səbəbləri haqda bir çox teoriya olsa da, alimlər bioloji nəzəriyyəyə əsaslanır. Kişilərdə homoseksuallığın qeyri-sosial, bioloji səbəblərinin olduğunu, və cəmiyyətin təsirindən asılı olmadığını təsdiqləyən bir çox dəlil vardır. Hal-hazırda nə valideyn tərbiyəsinin və uşaqlıqda yaşanan hər hansı bir təcrübənin insanın cinsi oriyentasiyasına təsir etdiyini sübut edən əsaslı dəlil, nə də ki psixoloji müdaxilənin insanın cinsi oriyentasiyasını dəyişə biləcəyini təsdiq edən sübut mövcud deyil.Bir çox insan homoseksuallığın qeyri-təbii olduğunu düşünsələr də, elmi araşdırmaların nəticəsi onu göstərir ki, bu normal və təbiidir, insanın cinsi oriyentasiyalarından bir variasiyadır, və heç bir neqativ psixoloji təsiri özündə daşımır.Homoseksualları tanımlamaq üçün bir çox terminlərdən istifadə edilir. Bunların ən tanınmış olanları qadın homoseksuallar üçün "lezbiyan" (və ya lezbiyən), kişi homoseksuallar üçün isə "gey" termininləridir. Qeyd olunmuş terminlər hələ də Azərbaycan dilinin orfoqrafiya lüğətinə əlavə olunmamışdır, bu səbəbdən də yuxarıda qeyd edilmiş terminlərin orfoqrafik baxımdan düzgün yazılışı dilçilərin müzakirə mövzusu qalmaqda davam edir. Bir neçə səbəblərə görə, gey və lezbiyanların, və ya eynicinsli romantik və cinsi münasibətlərdə olmuş şəxslərin ümumi sayını və faiz nisbətini dəqiq bilmək çətindir.
Leo
Leo — ad. Leo Kuper — soyqırımı araşdırmaları üzrə ixtisaslaşmış Cənubi Afrika sosioloqu. Leo Tethani — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar CAR futbolçusu Leo Delib — Fransalı bəstakar. Leo Hovard — ABŞ kinoaktyoru, model. III Leo (imperator) — Bizans imperatoru.
Neo-
Neo- – Yunanca "neos" sözündən yaranıb. Yunancadan tərcümədə "yeni" mənasını verən söz qoşulduğu sözə "yeni" mənasını qatır. Nümunələr: Neapol – Yunancadan tərcümədə "Yeni şəhər" deməkdir. Neologizm – yeni yaranmış sözlər. Neon – yeni kəşf olunmuş (1898) təsirsiz qaz.
SEO
SEO (ing. search engine optimization; azərb. axtarış sistemi optimizasiyası‎) — axtarış sistemləri üzərindən vebsayta və ya veb səhifəyə yönlənmiş vebsayt trafikinin keyfiyyətinin və kəmiyyətinin bir sıra alqoritmlərlə yaxşılaşdırılması prosesi.
Teo
Teo (belar. Юрый Вашчук) — 24 yanvar 1983-də anadan olan Belaruslu müğənni. Teo Cheesecake mahnısı ilə Belarusu 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.
Panthera leo leo
Berber şiri (lat. Panthera leo leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Alter Ego
Alter Ego (azərb. Digər Mən‎) — Kiprin 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Minus One qrupu "Alter Ego" mahnısı ilə Kipr adasını İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı qrupun 2012 Avroviziya Mahnı Müsabiqəsində İsveçə qələbə qazandıran "Euphoria" mahnısının bəstəkarı Tomas Cison ilə əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir.
Ex Deo
Ex Deo — 2008-ci ildə Kanadanın Monreal şəhərində yaradılmış metal musiqi qrupu. == Haqqında == Qrupun vokalisti Kataklysm qrupundan Maurizio Iacono və gitaristi Jean-Francois Dagenais-dur. Qrupun musiqisi Kataklysm qrupuna bənzəsə də, musiqisi və sözləri demək olar tamamilə Roma İmperiyasıdan bəhs olunur. Qrup Nuclear Blast albom şirkəti ilə müqavilə imzalayaraq, 2009-cu ildə ilk debüt studio "Romulus" adlı albomunu buraxdı. Albomun Romules adlı trekinə klip çəkildi. Bu albomun musiqi bəstəsini gitarist Jean-Francois Dagenais yazmışdır. Bundan əlavə olaraq albomun çıxışı və tanıtımı üçün Karl Sanders (Nile), Obsidian C. (Keep of Kalessin) və Nergal (Behemoth) kimi şəxs dəvət edilmişdir. 2010-cu ildə qrup Napalm Records albom şirkəti ilə birgə, 29 avqust 2010-cu ildə "Caligvla" adlı ikinci studio albomunu buraxdı.
Felis leo
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.
Gec Təbaşir
Gec Təbaşir və ya Üst Təbaşir — geoloji vaxt bölgüsündə Təbaşir dövrünün Erkən Təbaşir epoxasından sonra gələn epoxa. Süxur laylarının təsnifatında bu epoxa "Üst Təbaşir" adlandırılır. Təbaşir əsasən Fransanın şimalında əmələ gələn, həmçinin Şimal-şərqi İngiltərənin ağ qayalarında rast gəlinən və "təbaşir" kimi tanınan ağ əhəngdaşından sonra adlandırılıb. Gec Təbaşir Erkən Təbaşirin Alb mərtəbəsinin sonundan – 100.5 milyon il əvvəl başlamış və Paleosenin Dan mərtəbəsinin başalması ilə – 66 milyon il əvvəl sona çatmışdır. == Bölgülər == Beynəxalq Stratiqrafiya Komissiyası tərəfindən Gec/Üst Təbaşirin altı mərtəbəsi ayrılmışdır: Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt. == İqlim == Gec Təbaşir ərzində iqlim indikinə nəzərən mülayim olmuşdur. Tropiklər ekvatorial bölgələrə qədər məhdudlaşdı və daha çox mövsümi iqlim şəraiti yaşadı. == Coğrafiya == Gec Təbaşir ərzidə qitələr parçalanmağa davam etdi. Plitələr tektonikasına görə Amerika qitəsi tədricən qərbə doğru hərəkət edirdi, nəticədə Atlantik okeanı genişləndi. Hindistan şimala – Asiyaya doğru hərəkətini davam etdirdi.
Geok - Tepe
Gökdepe (türkm. Gökdepe — şəhər (1993-cü ilə qədər - Geok-Təpə), Türkmənistanın Axhal velayatının Gökdepe etrapının inzibati mərkəzi. == Tarix == Tarixən bu, Transxəzər dəmiryolunun Gökdepe stansiyasının yaxınlığında yerləşən Transxəzər bölgəsinin Axaltəkə bölgəsindəki üç kəndin adı idi. Əsas cazibə vahidləri Rus qoşunlarının işğalından qorumaq üçün Yeni-Şaar adlanan Tekinlər tərəfindən inşa edilmiş geniş bir istehkamın xarabalıqlarıdır. 1881-ci ildə rus qoşunları tərəfindən tutulduğundan bu yana Gökdepe (Dengil-Tepe) kimi tanınır. === General Lazarevin yürüşü === 1878 -ci ildə, Tekinlərin ruslara tabe olan Yumudların kəndlərinə davamlı basqınları və karvanların soyulması nəticəsində general Lomakinin komandanlığı altında olan rus qoşunları bölgədə asayişi bərpa etmək üçün Çikişlyardan yola düşdülər. (Atrek ilə Sumbarın birləşməsində) orada bir istehkam qurdu və içərisində kiçik bir qarnizon buraxdı. Bu məqsədə çatılmadı - Tekinlər daim Chat ətrafında gəzirdilər və hətta Çikişlyara hücum etdilər. Nəticədə daha əlverişli bir strateji nöqtəni tutmaq lazım sayıldı. 7310 piyada, 2900 süvari və 34 silahdan ibarət bir dəstə iki hissəyə bölündü: 4.000 piyada, 2000 süvari və 16 silah, general -leytenant ID Lazarevin komandanlığı altında işğal üçün nəzərdə tutulmuşdu; Qalan qoşunların Çikişlyarla ünsiyyət qurması lazım idi.
Gey prayd
Gey prayd (ing. Gay pride; həmçinin gey parad) — cəmiyyətdə LGBT (lezbiyan, gey, biseksual və transgender) mövcudluğunun nümayişi, LGBT-dən olan şəxslərə qarşı tolerant münasibətlərin dəstəklənməsi, insan hüquqlarının qorunması, vətəndaş hüquq bərabərliyi və gender identikliyinin cinsi oriyentasiyasından asılı olmayaraq bütün insanlar üçün bərabər olduğunu bildirmək üçün keçirilən aksiyadır. Onun məqsədi həmçinin şəxsi ləyaqət hissinin qeyd olunması, şəxsiyyət azadlığının təntənəsi, eləcə də LGBT-ictimaiyyətinin birlik və müxtəlifliyinin təzahürüdür. Aksiya ənənəvi olaraq yayda (daha çox iyunda), Stounvoll iğtişaşlarının xatirəsi kimi keçirilir - məhz o zaman minlərlə gey polis repressiyalarına qarşı müqavimət göstərmiş və bu seksual azlıqların vətəndaş hüquqları uğrunda apardıqları mübarizənin (daha çox LGBT-hərəkatı adı ilə tanınır) rəmzinə çevrilmişdir. Amma bəzən o, başqa günlərə də həsr olunur, məsələn, Moskva şəhərində keçirilən gey-prayd zamanı, Rusiyada homoseksuallara tətbiq olunan cinayətin ləğvi ildönümünü qeyd olunur. Gey-praydlar müxtəlif formalarda həyata keçirilir, məsələn - parad, mitinq, yürüş, festival, yarmarka, piknik və sairə. Konkret vəziyyətdən asılı olaraq gey-prayd bayram-karnavalı və ya hüquq müdafiəsi nümayişi xarakteri daşıya bilər. Əslində gey parad (ing. Gay parade) və prayd parad (ing. Pride parade), gey praydın bir hissəsi və ya formalarından biri hesab olunur və tez-tez onun mərkəzi elementinə çevrilir.
Get Heavy
Get Heavy — Lordi studiya albomu. == Alboma daxil olan mahnılar == Scarctic Circle Gathering (intro) 01:02 Get Heavy 03:00 Devil Is a Loser 03:29 Rock the Hell Outta You 03:07 Would You Love a Monsterman?
Get You
Get You — Rusiyanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Aleksey Vorobyov ifa etdiyi mahnıdır.
Leo Buskaliya
Leo Buskaliya (31 mart 1924, Los-Anceles, Kaliforniya – 12 iyun 1998, Qlenbruk[d], Nevada) — bir İtaliya mənşəli amerikalı müəllif və həvəsləndirici danışmacı(spiker) və Cənubi Kaliforniya Universitetinin Xüsusi Təhsil şöbəsinin professoru idi.
Leo Delib
Leo Delib (fr. Léo Delibes; 21 fevral 1836[…], La-Fleş[d] – 16 yanvar 1891[…], Paris) — Fransalı bəstakar.
Leo Frobenius
Lео Frobenius (29 iyun 1873[…], Berlin – 9 avqust 1938[…], Verbaniya[d], Pyemont) — Alman arxеoloqu, etnoloqu, folklorşünası. == Həyatı == Lео Frobenius arxеoloq, etnoloq, folklorşünas olmuş, diffuzionizm çərçivəsində "mədəniyyətin anotomiyası, morfologiyası, fiziologiyası" və "mədəni dairələr" nəzəriyyəsini yaratmışdır. Afrika mədəniyyətinin mahir bilicisi olan Frobenius Afrika, Avstraliya və Okеaniya хalqlarının mədəniyyətinin tədqiqi ilə əlaqədar 12 ekspedisiyada olmuşdur. Tədqiqatlarının nəticəsini "Afrika mədəniyyətinin mənşəyi" (1898) əsərində cəmləşdirən Frobenius mədəniyyətə canlı orqanizm kimi baxmış, dəyişməsinin ümumi həyat qanunlarına tabe olduğunu bildirmişdi. Frobenius Afrikanı hər birinin özünəməxsus maddi mədəniyyət əlamətləri olan əyalətlərə (dairələrə) bölməyə çalışmışdır. Onun Qərbi Afrika mədəni dairəsi adlandırdığı vilayət Konqo çayı hövzəsini, Aşağı və Yuxarı Qvineya sahillərini əhatə edirdi. Bu mədəni dairənin bir çox əlamətləri həqiqətən də adı çəkilən ərazi üçün хarakterik idi. Məsələn, ikitərəfə maili dam örtüyü olan düzbucaqlı evlər, bitki mənşəli ipli kaman, hörmə qalxan, bitkidən hazırlanmış çoxsimli musiqi alətləri, qumsaatı formasında barabanlar, maskalar və s. Frobenius habelə Yeni Qvineyanın və Melaneziyanın digər ərazilərinin mədəniyyətində "Qərbi Afrika mədəni dairəsi"nin оxşar əlamətlərini aşkara çıxarmışdı. Bu mədəniyyətin Cənub-Şərqi Asiya mədəniyyətinə оxşarlığını nəzərə alan tədqiqatçı onu "malay-niqrit mədəniyyəti" adlandırmışdır.
Leo Hovard
Leo Hovard (13 iyul 1997, Nyuport-Biç[d], Kaliforniya) — ABŞ kinoaktyoru, model.
Leo Huberman
Leo Huberman (17 Oktyabr 1903 - 9 Noyabr 1968) Amerikalı sosialist yazıçı. Joseph və Fannie Kramerman Hubermanın on bir uşağının ən kiçiyi olaraq Nyuark, Nyu Cersidə dünyaya gəlmişdir. On bir yaşından etibarən həm oxumuş, həm də fabriklərdə, bir elektrik işçisinin yanında və poçtda işləmişdir. Nyuark Dövlət məktəbini bitirdikdən sonra 1926-cı ildən etibarən Greenwich Villageda özəl bir məktəbdə müəllimlik etmiş, 1932-ci ildə ilk kitabı We the People (“Biz insanlar”)I çap etdirdikdən sonra Londona gedərək London İqtisad Məktəbində bakalavr təhsilinə başlamışdır. Daha sonra Nyu-York Universitetini dərəcə ilə bitirmiş və 1937-ci ildə magistraturanı bitirmişdir. Kolumbiya Universitetində social elmlər fakültəsində sədr vəzifəsinə təyin edilmişdir. 1940-cı ildən etibarən U. S. Week adlı jurnalda redaktor və köşə yazarı kimi işləmişdir. 1949-cu ildə Paul Sweezyilə birgə “Monthly Review” adlı jurnalı yaratmış və burada işləmişdir. İqtisadiyyat və tarixin harmoniyası şəklində qələmə aldığı Orta əsrlərdən bu günə istehsal üsullarını araşdıran Man's Worldly Goods (“İnsanın dünyəvi mülkü”) adlı kitabı çap olunmuşdur. == Əsərləri == Man’s Worldly Goods: The Story of The Wealth of Nations (“İnsanın dünyəvi mülkü: Xalqları sərvəti tarixi”) və We The People(“Biz insanlar”) ilkin olaraq gənc insanlar üçün yazılsa da, sonralar yetkin insanlar üçün yenidən gözdən keçirilmişdir.
Gəl-Gör-Get qalası
İbn Ərəbşahın yazdığına görə 28 iyul 1402 tarixdə vaqe olmuş məşhur Ankara döyüşündən Qarabağa geri dönən Əmir Teymur Gürcüstandan keçərkən yolüstü 2 gürcü istehkamını bir müddət mühasirədə saxlamış və son nəhayətdə onları ələ keçirmişdir; bunlardan biri "Mağaralıq" deyilən yer, digəri isə "Gəl-Gör-Get" qalası idi və onlar "Gürcüstan qalaları arasında iki göz kimi idilər". Ehtimal etmək mümkündür ki həmin "Gəl-Gör-Get" qalası indi xarabalığı Şəki rayonunun Kiş kəndindən 1 km şimalda olan "Gələrsən-Görərsən qalası"dır. Qalanın İbn Ərəbşah tərəfindən edilmiş təsviri də məhz, "Gələrsən-Görərsən qalası"na uyğun gəlməkdədir. O ki qaldı "Gəl-Gör-Get" qalasının gürcü istehkamı hesab edilməsinə, nəzərə alınmalıdır ki, sonda müəllif həm də Şirvanşah Şeyx İbrahimin dili ilə qeyd etmişdir ki, həmin qalaların xaçpərəst müdafiəçiləri heç də gürcü yox, əslində "tatar" imişlər! Deməli, bu istehkamların müdafiəçiləri xristian-provoslav məzhəbli "tatar"lar olduğuna görə, müdafiəçilər gürcü, istahkamlar isə "Gürcüstan qüllələri" hesab edilmişdir. == "Gəl-Gör-Get qalası" nın Əmir Teymur tərəfindən tutulması barədə hekayət == Bu qalalardan digər biri Gəl-Gör-Get’in göydələn qalasıdır ki öz adı kimi dikbaşlıq və təkəbbürdən söz açar və onun (adının) mənası türkcə belədir: "gələrsən, görərsən və geri dönərsən", yəni bir kimsə ona baxmaqdan başqa, qeyri bir şeyə nail olmaz, onun binası üç tərəfdən hündür təpəliyin üstündə(dir) və (yüksəkliyi həmin) tərəflərin yüksəkliklərinin hamısından daha yüksəkdir. Digər (dördüncü) tərəfindən dar və nahamar yol (gəlir) və (bu yol) sərt və çətin bir keçiddə başa çatır və o yolu gedən qarşılaşdığı sərtliklərə sinə gərərək hündür bir uçuruma və dərin bir yarğana yetişər ki, onunla qalanın darvazası arasında bir körpü bağlamışlar və körpü götürülərkən qalaya giriş qapadılmış olar. Teymur elə ki o halın həqiqətindən agahlıq tapdı və o pünhan bir xəbər aşkar oldu, bu qərara gəldi ki, öz məqsədinə çatmayanadək o məhlədən köç etməsin; amma o qalanın yaxınlığına, bir məkan ki, ora düşər və ora elə yer ki dalğalanan dəniz onun içində yerləşsə tapmaq olmaz, bəlkə bütün ətrafı qarma-qarışıq idi və uçurum və yüksəklik elə bil, necə ki öz ərinin qarşısında həyasız bir qadının qəzəbli çöhrəsi – bütünlüklə sərt və kobuddur. Amma Teymur tamahkarlığından öz sığınacaq və qərargahını orda, o qalanın göz qabağında qurdurmuşdu və ləşgərləri növbə ilə mühasirə və get-gəl işində olurlar və qala adamları gündüzlər körpünü götürüb müharibə və mübarizə bəlasından amanda idilər, çünki, o ətrafda bir məkan ki, mübarizə üçün yarasın və bir meydan ki, cəng üçün işə keçsin, tapmaq olmaz! Və teymurilər elə ki səhər açılır, uzaqdan ox atmaqla (, döyüşün başqa dəhşətlərindən) qurtulurlar və qane aşiq kimi, bir baxışa məmnun olurlar və gecə düşən kimi öz çadırlarının yolunu tuturlar və o yaxınlıqda bir yer yox idi ki bir gecəni başa vura bilələr, o zaman xaçpərəstlər körpünü yerinə qoyub dar bir yol ki, orda öz ehtiyaclarını təchiz edə bilərlər, [həmin yolu] açırlar və gediş-gəlişə başlayırlar, Teymur üçün o qaladan ümidsizlik nişanı zahir olan kimi və onun (qalanın) fəthini özü üçün xam arzu hesab edən kimi (o,) köç göstərişi verdirdi; amma bu rüsvayçılıqdan qorxuya düşdü və bu geri çəkilməsi üçün bəhanə və (uydurma bir) "səbəb" axtarır.(..) === O qalanın möcüzəvi fəthi barədə dastan === Teymurun ləşgəri içində boyları bir və qolları iki şir qüvvəsində iki cavan var idi ki xasiyyət və görkəm və qorxmazlıq və mərdanəlikdə biri o birindən o qədər də fərqlənmirdi, mübarizə meydanında biri digərinə müvafiq irəli çıxır, tərəzinin iki gözü kimi bərabər olurdular, təsadüf düşdü ki, o ikisindən biri Gürcüstan adamlarından bir kafir ki, şücaətdə şir kimi və boy-buxunda dağ kimi idi, (onunla) qabaq-qabağa çıxdı və Bu onu yerə yıxıb başını kəsib götürdü və Teymurun dərgahına apardı və bu işdən yüksək bir rütbə qazandı; bu "özünü göstərmə" bunun bərabərinin ürəyinə təsir etdi və onu bərk şəkkə gətirib məcbur etdi ki bir çarə fikirləşə ki bəlkə özünün tayı yanında daha yaxşı bir (iş görüb ad-san) qazansın?; onun adı Pirməhəmməd və ləqəbi Qənbər idi və körpü işində heç kəs ondan çox tanışlıq və səriştəyə malik deyildi.
Gəz
Gəz — İranın İsfahan ostanının Şahinşəhr və Meymə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,432 nəfər və 5,704 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti gəz dilində danışırlar.
Qero
Qero (下呂市, Gero-shi) — Yaponiyanın Gifu prefekturasından yerləşən şəhər. Şəhər isti bulaqları ilə məşhurdur. Şəhərin içindən Hida çayı axır. 2015-ci ilin məlumatına görə şəhərin əhalisi 33.719 nəfərdir, hər km² ərazidə 40 nəfər yaşayır. Şəhərin sahəsi 851,06 km²-dir. Şəhərin simvolik ağacı ağcaqayın, simvolik gülü Satsuki azaliyasıdır. == Tarix == Müasir Qero şəhəri 2004-cü ilin 1 martında keçmiş Qero şəhərinin, Haqivara, Kanayama və Osaka şəhərlərinin və Maze qəsəbəsinin (hamısı keçmiş Masita qəzasının tərkib hissəsi idilər) birləşdirilməsi nəticəsində yaradılıb. == Sənaye == Qero sənayesinin əsasını turizm təşkil edir. Şəhərin yaxınlığında yerləşən məşhur onsenlər hər il turist axınına məruz qalır. Meşəçilik və kənd təsərrüfatı da yerli sənayedə əhəmiyyətli yer tutur.
İEÖ
İnkişaf etmiş ölkələr — IMF-yə görə aşağıda qeyd edilən 40 ölkə inkişaf etmiş ölkələrdir. İsveçrə 0.962 insan inkişaf indeksi və 98,767 ABŞ dolları ilə dünyanın ilk inkişaf etmiş ölkəsidir. İEÖ-i birləşdirən oxşar cəhətlərə əhalinin həyat və sağlamlıq səviyyəsinin yüksək, ÜDM-in hər nəfərə orta hesabla 20-30 min ABŞ dolları həcmində olması və orta ömür müddətinin çoxluğu aiddir. Bu ölkələrdə urbanizasiya və əhalinin təhsil səviyyəsi yüksək, xidmət sferası və emal sənayesinin payı böyükdür. Onlar dünya sənaye və kənd təsərrüfatı məhsullarının əsas hissəsini istehsal edir. Asiya ilk inkişaf etmiş ölkəsi Yaponiya, Şimali Amerikanın ilk inkişaf etmiş ölkəsi Birləşmiş Ştatlar, Okeaniyanın isə ilk inkişaf etmiş ölkəsi Avstraliyadır. Bu gün mövcud olan 38 inkişaf etmiş ölkənin təxmini 71.1% Avropada, 15.8%-i Asiyada, 5.3%-i Şimali Amerikada, 5.3%-i isə Okeaniyadadır. İnkişaf Etmiş Ölkələrin bu kateqoriyaya daxil edilməsinin ardıcıllığı: İsveçrə (1987-ci ildən); Norveç (1988-ci ildən); Birləşmiş Ştatlar (1992-ci ildən); Lüksemburq (1992-ci ildən); Danimarka (1994-cü ildən); Niderland (1995-ci ildən); Yaponiya (1996-cı ildən); Almaniya (1996-cı ildən); Avstriya (1996-cı ildən); İtaliya (1996-cı ildən); Kanada (1997-ci ildən); Belçika (1997-ci ildən); Avstraliya (1997-ci ildən); Fransa (1998-ci ildən); İsveç (1998-ci ildən); İslandiya (1998-ci ildən); İrlandiya (1998-ci ildən); Birləşmiş Krallıq (1999-cu ildən); Finlandiya (1999-cu ildən); Sinqapur (1999-cu ildən); İspaniya (2001-ci ildən); Tayvan (2002-ci ildən); Kipr (2002-ci ildən); Yeni Zelandiya (2003-cü ildən); Cənubi Koreya (2006-cı ildən); İsrail (2006-cı ildən); Portuqaliya (2007-ci ildən); Sloveniya (2007-ci ildən); Monako (2008-ci ildən); Lixtenşteyn (2008-ci ildən); Malta (2008-ci ildən); Çex Respublikası (2009-cu ildən); Slovakiya (2011-ci ildən); Estoniya (2012-ci ildən); Yunanıstan (2013-cü ildən); Litva (2013-cü ildən); Latviya (2016-cı ildən); Andorra (2020-ci ildən); San Marino (2021-ci ildən); Xorvatiya (2023-cü ildən). == Ölkələrin inkişaf etmiş qrupa daxil edilməsi üçün nəzərə alınan amillər == Həyat və sağlamlıq səviyyəsinin yüksək olması ÜDM-in hər bir nəfərə orta hesabla 20-30 min ABŞ dolları həcmində olması Orta ömür müddətinin çoxluğu Əhalinin təhsil səviyyəsinin yüksək olması Xidmət sferası və emal sənayesinin payı olması == İEÖ-in bölündüyü yarımqruplar == === G7 === Böyük Yeddilik kimi də adlandırılan G7-yə iqtisadiyyatı yüksək səviyyədə olan inkişaf etmiş ölkələr daxildir. G7-yə üzr ölkələr və əsas liderləri: Kanada və Baş Naziri Justin Trudeau Fransa və Prezidenti Emmanuel Macron Almaniya və Kansleri Olaf Scholz İtaliya və Baş Naziri Giorgia Meloni Yaponiya və Baş Naziri Fumio Kişida Birləşmiş Krallıq və Baş Naziri Rishi Sunak Birləşmiş Ştatlar və Prezidenti Joe Biden.
Qəm
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Alter eqo
Alter eqo (azərb. başqa bir mən‎) — həqiqi və ya alternativ uydurma insan şəxsiyyəti. Latınca bir termin olan "alter ego" anlayışına son illərdə filmlərdə, kitablarda daha çox rast gəlinir. Alter eqo çox zaman eqo anlayışıyla qarışdırılsa da mənası çox fərqlidir. Eqo sözünün əvvəlinə artırılan "alter" ifadəsi "bir başqası" mənasını verir. Bu "Mənim içimdə bir mən var, məndən başqa" kimi izah edilə bilər. Alter eqo şəxsin öz şəxsiyyətindən fərqli olduğuna inanılan alternativ şəxs mənasına gəlir. == Yaranması == Bu termini ilk dəfə Kitiyalı Zenon işlətmişdir. "Alter eqo" adı isə XIX əsrin əvvəllərində psixoloqlar tərəfindən təsdiqləndi və geniş işlənməyə başlandı.
Bəndər Gəz
Bəndər Gəz- İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Bəndər Gəz şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 17,923 nəfər və 4,679 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar.Qacarlar dövründə əhalisi ermənilər, ruslar və türkmənlərdən ibarət idi.