GEOSİNKLİNAL

yer qabığının xeyli geniş bir hissəsinin uzun zaman ərzində çökərək dəniz çöküntüləri ilə dolmuş, qeyri-sabit sahəsinə deyilir. G. çöküntünün qalınlığı 10-15 km-ə çatır G. çökdükdə laylar qırışır, sınmalar olur, maqma püskürür, lava örtüyü və dərində intruziya əmələ gəlir. Çökmə prosesi bir zaman daxili qalxma prosesi ilə əvəz olunur, yer qabığı qalxır; qırışıq dağlar meydana gəlir.
GEOSFERLƏR
GEOSİSTEM
OBASTAN VİKİ
Geosinklinal
Geosinklinal — tektonikanın ən mühüm anlayışlarından olub, yer qabığının nisbətən mütəhərrik və sabit vilayətlərinin bir-birinə qarşı qoyulması nəticəsində meydana çıxmışdır. Geosinklinal haqqında təlimin əsasları kimi bu termin yüksək mütəhərrik, geodinamik gərginliyin təzadlı dəyişməsi, çöküntülərin böyük qalınlığı (10–25 km), yer qabığının əhəmiyyətli dərəcədə parçalanması və yüksək keçiriciliyi, aktiv maqmatizm və metamorfizmlə səciyyələnən zona kimi başa düşülür; geosinklinal inkişafı ilə sıx bağlı olan yer qabığının xətti uzanmış, qövsvari və ya mozaik qurulmuşlu zonalarıdır; inkişafın başlanğıc mərhələsində geosinklinal gömülmənin üstünlüyü (geosinklinal mərhələnin özü) və dəniz şəraitləri ilə, yekun mərhələsində isə qalxmaların (orogen mərhələ) və dağəmələgəlmənin üstünlüyü ilə səciyyələnir; həmçinin fiziki halı intensiv qırışıqəmələgətirmə proseslərinə şərait yaradan plastik zonalardır. Geosinklinal yer qabığı və üst mantiyanın quruluşu və qalınlığı xeyli dəyişkən olub kəskin qravitasion anomaliyalar və xətti anomaliyalı maqnit sahələri ilə səciyyçələnir. Müasir (və çox güman, qədim) geosinklinal yüksək seysmikliklə fərqlənir. Geosinklinal nəzəriyyəsinin müasir tektonikaya böyük təsiri çoxsaylı terminlərin olmasında da özünü göstərir. Bu terminlərdən başlıcaları bunlardır: Geosinklinal sistem, Geosinklinal vilayət, Geosinklinal mütəhərrik qurşaq. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Qrampian geosinklinalı

Digər lüğətlərdə