GEOSİNKLİNAL

yun. geo – Yer + yun. syinklino – əyilirəm

GEOSFERLƏR
GEOSİSTEM
OBASTAN VİKİ
Geosinklinal
Geosinklinal — tektonikanın ən mühüm anlayışlarından olub, yer qabığının nisbətən mütəhərrik və sabit vilayətlərinin bir-birinə qarşı qoyulması nəticəsində meydana çıxmışdır. Geosinklinal haqqında təlimin əsasları kimi bu termin yüksək mütəhərrik, geodinamik gərginliyin təzadlı dəyişməsi, çöküntülərin böyük qalınlığı (10–25 km), yer qabığının əhəmiyyətli dərəcədə parçalanması və yüksək keçiriciliyi, aktiv maqmatizm və metamorfizmlə səciyyələnən zona kimi başa düşülür; geosinklinal inkişafı ilə sıx bağlı olan yer qabığının xətti uzanmış, qövsvari və ya mozaik qurulmuşlu zonalarıdır; inkişafın başlanğıc mərhələsində geosinklinal gömülmənin üstünlüyü (geosinklinal mərhələnin özü) və dəniz şəraitləri ilə, yekun mərhələsində isə qalxmaların (orogen mərhələ) və dağəmələgəlmənin üstünlüyü ilə səciyyələnir; həmçinin fiziki halı intensiv qırışıqəmələgətirmə proseslərinə şərait yaradan plastik zonalardır. Geosinklinal yer qabığı və üst mantiyanın quruluşu və qalınlığı xeyli dəyişkən olub kəskin qravitasion anomaliyalar və xətti anomaliyalı maqnit sahələri ilə səciyyçələnir. Müasir (və çox güman, qədim) geosinklinal yüksək seysmikliklə fərqlənir. Geosinklinal nəzəriyyəsinin müasir tektonikaya böyük təsiri çoxsaylı terminlərin olmasında da özünü göstərir. Bu terminlərdən başlıcaları bunlardır: Geosinklinal sistem, Geosinklinal vilayət, Geosinklinal mütəhərrik qurşaq. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Qrampian geosinklinalı
== Qrampian geosinklinalı == Qrampian geosinklinalı-proterozoyda və aşağı paleozoyda Rus və Şimalı Amerika platformaları arasında mövcud olmuş geosinklinaldır. Qrampian geosinklinalının inkişafı siluradək davam etmişdir. Qrampian geosinklinalının qırışıqlarının çox hissəsi Atlantik okeanı səviyyəsindən aşağı çökmüşdür. Müasir dövrdə qrampian geosinklinalı qırışıqlarının ayrı-ayrı hissələri Şpisbergenin qərb sahilboyunda, Skandinaviyada, Şotlandiyada və Şim.Appalaç dağlarında, habelə Qrenlandiyanın şərq sahilboyunda qalmışdır.

Digər lüğətlərdə

бурла́чить вы́жаться елеосвяще́ние закиса́ть надпа́рываться незлопа́мятный па́юсный по-како́вски с полти́ной шма́ра беловоло́сый бесце́льность наполео́новский разбры́згиватель Брест-Литовск(ий) льгота armbar cordon off frost-nipped gasify Kwangchow midshipmite noise secretive верхогляд