Göyçay
Göyçay — Azərbaycan Respublikasında şəhər, Göyçay rayonunun inzibati mərkəzi. XIX əsrdən şəhərdir. Göyçay şəhəri əsəsən Narı, çinar və küknar ağacları ilə məşhurdur.
== Tarixi ==
Göyçay şəhəri Bakı-Qazax magistral yolunun 216 kilometrliyində, Ucar dəmiryolu stansiyasından 18 kilometr məsafədə yerləşir.
"Göyçay" türk sözü olub, sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy rəngə çaldığına görə belə adlandırılmışdır.
== Qardaş şəhərlər ==
Valmontone, İtaliyaLida şəhəri, Belarus Respublikası
== Əhali ==
AzStat-ın yayımladığı 13 – 22 aprel 2009-cu il tarixinə olan ümumölkə əhali siyahıyaalınmasının yekunlarına əsasən şəhərdə 36.786 nəfər yaşayır.
=== Tanınmışları ===
Əli Kərim (1931–1969) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü
Ənvər Məmmədxanlı (1913–1991) — Azərbycanın xalq yazıçısı
Məmməd Quliyev (1936–2001) — görkəmli bəstəkar, əməkdar incəsənət xadimi, pedaqoq, ictimai musiqi xadimi.
Şövqi Göyçaylı — AMEA-nin üzvü, coşrafiyaşünas alim
Yuri Kovalyov — Azərbaycanın Milli Qəhrəmanı
Sadiq bəy Ağabəyzadə — Azərbaycan Demokratik Respublikasının daxili işlər nazirinin müavini, general — mayor
Şəfahət İmranov — ədliyyə general mayoru
Əjdər Xaspoladov — SSRİ-nin ilk ədliyyə geneallarından biri
Oqtay Maqsudov — Ədliyyə general-mayoru, Azərbaycan Respublikasinın əməkdar hüquqşünası
Şahin Sultanov — Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, kontr-admiral
Telman İsmayılov — AST şirkətlər qrupunun rəhbəri (Rusiya),
Fərhad Əhmədov — Rusiyanın "Nortqaz" kompaniyasının prezidenti
Rauf Hüseynov (alim)- AMEA Riyaziyyat və Mexanika İnstitutunun Riyazi fizika tənlikləri şöbəsinin müdiri, Fizika-riyaziyyat elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (2007).