HÜMA

HÜMA’1

ə. bax hümma.

HÜMA’2

ə. 1) cənnət quşu, dövlət quşu (əfsanəvi quş); 2) m. uğurluluq, xoşbəxtlik.

HÜLYƏ
HÜMAQA
OBASTAN VİKİ
Hüma Sərşar
Hüma Sərşar-İran yəhudilərindən olan və 1979-cu il İran İslam İnqilabından sonra ABŞ da sakin olan yazıçı və jurnalist.
Hüma Xatun
Xədicə Alimə Hüma Xatun (d. 1400 — ö. 1449, Bursa) — II Muradın qadını və Sultan II Mehmedin doğma anasıdır. Haqqında çox da məlumat yoxdur. Məzarı Bursada, Hüma Xatun və ya Xatuniyə türbəsinə dəfn edilmişdir. Bu türbənin 1449 tarixli kitabəsində adı verilməsə də, II Mehmed tərəfindən anasının adına inşa edildiyi qeyd edilir. Atasının adı bilinmir. Ancaq gördüyü bir xeyriyyə işinin sənədlərində Hatun binti Abdullah, yəni Abdullah qızı olaraq göstərilir. Bu da onun İslamı sonradan qəbul etməsini sübut edir. Çünki o dövrdə İslamı sonradan qəbul edən insanlar öz atalarına yox, Abdullah (Allahın qulu) adına istinad edilirdi.
Hüma Şah Sultan
Hüma Şah Sultan (Gürcüstan – ən tezi 1672, Konstantinopol, Osmanlı imperiyası) — 18-ci Osmanlı sultanı Sultan İbrahimin nikahlı xanımı, Hasəki sultan. Sultan İbrahimlə nikahlanmış və toy mərasimində başından asdığı tellər səbəbilə, Telli Hasəki olaraq anılmağa başlanmışdır. == Həyatı == Həyatının ilk illəri və saraya necə alındığı bilinməsə də, Sultan İbrahim səltənətinin son illərində hərəmə alındığı ehtimal olunur. Sultan İbrahimin ən sevimli qadını olan Hümaşah Sultanla 1647-ci ildə rəsmi nikahla evləndiyi məlumdur. Tarixçi Mustafa Naimanın qeydlərinə görə, nikah əsnasında gəlin vəkili olaraq Darüssəadə ağası, sultanın vəkili olaraq isə sədrəzəm Həzərparə Əhməd Paşa iştirak etmişdir. Nigahın ardından bütün divan vəzirləri və digər saray xidmətçiləri saçlarından gümüş və qızıl tellər asılan gəlini alayla birlikdə Topqapı sarayına gətirdilər. Mehir məbləği olaraq o ilki Misir xəzinəsi Hümaşah Sultana hədiyyə edildi. Sultan İbrahimin psixoloji zəifliyindən istifadə edərək üzərində nüfuz qazanan Hümaşah Sultan gün keçdikcə sərvətini artırırdı. Ancaq onun bu qədər qısa zamanda yüksəlməsi başda Validə Mahpeykər Kösəm Sultan olmaqla, qızları Fatma, Gövhər və Atikə Sultanların da narazılığına səbəb olmuşdu. Bu sürtüşmədə xanımı Hümüşah Sultanın tərəfini tutan Sultan İbrahim isə bacılarını Hümaşah Sultana xidmət etdirmiş, bu hadisənin ardından isə mallarını müsadirə etdirərək Ədirnə sarayına sürgün etmişdir.
Aişə Hümaşah Sultan
Ayşə Hümaşah Sultan (Osmanlı türkcəsi: هوما شاه سلطان عائشة هانم) — I Süleymanın və Xürrəm Sultanın yeganə qızı Mihrimah Sultanın və əri sədrəzəm Rüstəm Paşanın qızıdır. == Həyatı == Ayşə Hümaşah Sultan 1541-ci ildə İstanbulda dünyaya gəlmişdir. Uşaqlıq illərini balaca qardaşı Sultanzadə Osman bəylə anası Mihrimah Sultan və atası Rüstəm Paşanın yanında keçirmişdir. Babası I Süleymanın son səfəri olan Zigetvar səfərinin ardından ilk nigahı sədrəzəm Səmiz Əhməd Paşa ilə bağlanmışdır. Bu evlilikdən 4 oğlu dünyaya gəlmişdir. Semiz Əhməd Paşanın vəfatının ardından 10 aprel 1582-ci ildə təntənəli bir mərasimlə Nişançı Firidun bəy ilə evlənən Ayşə Hümaşah Sultanın bir qızı da dünyaya gəlmiş və bir il sonra təkrar dul qalmışdır. 1594-cü ildə oğlu ilə həccə gedən Ayşə Hümaşah Sultan ziyarətdən döndükdən sonra Üsküdardakı sarayında vəfat etmişdir. Cənazəsi ikinci əri Nişançı Firidun bəyin Əyyubsultandakı türbəsinə dəfn edilmişdir. == Övladları == Sultanzadə Əbdürrəhman bəy - Cığalızadə Yusif Sənan Paşanın qızı ilə evlənmiş və bu nigahdan Sultanzadə Mehmed Paşa dünyaya gəlmişdir. Sultanzadə Mehmed bəy (ö.
Ayşə Hümaşah Sultan
Ayşə Hümaşah Sultan (Osmanlı türkcəsi: هوما شاه سلطان عائشة هانم) — I Süleymanın və Xürrəm Sultanın yeganə qızı Mihrimah Sultanın və əri sədrəzəm Rüstəm Paşanın qızıdır. == Həyatı == Ayşə Hümaşah Sultan 1541-ci ildə İstanbulda dünyaya gəlmişdir. Uşaqlıq illərini balaca qardaşı Sultanzadə Osman bəylə anası Mihrimah Sultan və atası Rüstəm Paşanın yanında keçirmişdir. Babası I Süleymanın son səfəri olan Zigetvar səfərinin ardından ilk nigahı sədrəzəm Səmiz Əhməd Paşa ilə bağlanmışdır. Bu evlilikdən 4 oğlu dünyaya gəlmişdir. Semiz Əhməd Paşanın vəfatının ardından 10 aprel 1582-ci ildə təntənəli bir mərasimlə Nişançı Firidun bəy ilə evlənən Ayşə Hümaşah Sultanın bir qızı da dünyaya gəlmiş və bir il sonra təkrar dul qalmışdır. 1594-cü ildə oğlu ilə həccə gedən Ayşə Hümaşah Sultan ziyarətdən döndükdən sonra Üsküdardakı sarayında vəfat etmişdir. Cənazəsi ikinci əri Nişançı Firidun bəyin Əyyubsultandakı türbəsinə dəfn edilmişdir. == Övladları == Sultanzadə Əbdürrəhman bəy - Cığalızadə Yusif Sənan Paşanın qızı ilə evlənmiş və bu nigahdan Sultanzadə Mehmed Paşa dünyaya gəlmişdir. Sultanzadə Mehmed bəy (ö.
Hümam Təbrizi
Hümam Təbrizi və ya Xacə Hümam Təbrizi (fars. همام الدین تبریزی‎, Hümamüddin Təbrizi, Hümam ibn Məhəmməd Əla; 1238, Təbriz – 1314) — Elxanilər dövlətində yaşamış Azərbaycan və İran sufi şairi. O, şeiri, təlimi, təqvası, təsəvvüfə əsaslanan mənəviyyatına görə dövrünün ən seçilən simalarından biri idi. Hümam ömrünün çox hissəsini Təbriz şəhərində keçirmiş və burada nüfuzlu şəxsiyyət olmuşdur. O, Cüveynilər ailəsinə yaxın olmuş, onlardan siyasi və mədəni himayə almış və onların dəstəyi ilə Təbrizdə xanəgah qurmuşdur. 1284-cü ildə Hümamın himayədarı Şəmsəddin Cüveyni edam edildikdən sonra o, Rəşidəddin Həmədani kimi digər siyasi xadimlər arasında dəstək tapmağı bacarmışdır. Hümam 78 yaşında vəfat etmiş və Təbrizin Sürxab mahalında dəfn olunmuşdur. Onun poeziyasının əksəriyyəti qəzəl formasında yazılmış, müasiri Sədi Şirazinin üslub və ahənginə uyğun olmuşdur. O, həmçinin iki məsnəvi – "Söhbətnamə" və "Kitab-i mənəviyyat"ın müəllifi olmuşdur. == Həyatı == Hümamın erkən illəri və təhsili ilə bağlı təfərrüatlar, o cümlədən doğulduğu yer qaranlıq qalmışdır.
Hümay bəy Vəlibəyov
Vəlibəyov Hümay bəy Gəray bəy oğlu - 1905-ci ildə ermənilərə qarşı vuruşmuş xalq qəhrəmanı. == Həyatı == Hümay bəy Vəlibəyov 1862-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Rusca təhsil görmüşdü. Humay bəy Cavanşir qəzasında tərcüməçi işləmişdi. Onun haqqında Mir Möhsün Nəvvab yazır: "Şuşa qalasının sakini Gəray bəyin oğlu Humay bəy ermənilərlə vuruşan dəstənin başçısı idi. Humay bəy mahir döyüşçü olduğundan camaata müharibə aparmağın üsullarını təlim edirdi. Bir gün beləcə təlim keçərkən oraya bir kazak gəlib çıxdı. O, əlini yuxarı qaldıraraq Humay bəyə təzim edib irəli gəldi.
Hümay Əzimova
Hümayun
Hümayun – Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri , 2) yeddi əsas muğam dəstgahlardan biri . Humayun Yaxın Şərq xalqlarının klassik musiqisinə daxil olan 24 şöbədən biridir. == Söz açımı == "Humay" sözü Türk mifologiyasında "cənnət quşu, şahlıq quşu" mənasını daşıyırsa, "humayun" sözü "şahanə, uğurlu, səadətli" deməkdir. == Tarixçə == XIX əsr Azərbaycan musiqisində rəhavi (rahab) dəstgahında rahab ilə tərkib arasındakı şöbə idi. 19-cu əsrin sonlarında (Mirzə Fərəcin cədvəlində) Humayun dəstgahı 17 şöbə və guşəni özündə toplamışdır. Sonralar inkişaf nəticəsində Humayun başqa muğam dəstgahları kimi təkmilləşir, yığcamlaşır, bəzi şöbə və guşələrdən azad olur. Vaxtilə Azərbaycanda Humayun – "Qafqaz Humayunu" adı ilə məlum idi. == Humayun muğam dəstgahı kimi == === Humayun muğamı Azərbaycan musiqisində === Üzeyir Hacıbəyov özünün fundamental əsəri olan "Azərbaycan xalq musiqisinin əsasları" kitabında Humayunu "Şüştər"lə müqayisə əsasında belə qənaətə gəlir ki, bədii–ruhi təsir cəhətdən Humayun dinləyicidə nisbətən daha dərin kədər hissi oyadır. Bu muğam hümayun, feili, Şüştər, tərkib, bidad, Məsnəvi, üzzal şöbələrindən ibarət dəstgahdır. Humayun dəstgahının şöbə və guşələrindən söz açarkən hər şeydən əvvəl onu demək lazımdır ki, başqa muğam dəstgahlarından fərqlənərək Humayunda "Bərdaşt" olmur.
Hümayun (Bicar)
Hümayun (fars. همايون‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 438 nəfər yaşayır (84 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Hümayun (dəqiqləşdirmə)
Hümayun – Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri. Hümayun türbəsi — ‎Hümayun (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Hümayun türbəsi
Hümayun türbəsi Böyük Moğol imparatoru Sultan Hümayun öləndən 9 il sonra, Böyük Moğol imparatorluğunun ikinci hökümdarı olan Hümayunun arvadı Həmidə Banu Bəyimin (Hacı Bəyim) əmri ilə 1565 ildə tikilməyə başladı. 1572 ildə isə tamamlandı. 1993 ildə Ümumdünya irsi siyahısına salınmışdır.
Hümaşah Sultan
Hümaşah Sultan (1544, Manisa – 1582, Konstantinopol) — I Süleymanın və Xürrəm Sultanın oğlu Şahzadə Mehmedin qızıdır. 3 yaşındaykən atası vəfat etmiş, bu səbəblə İstanbula gətirilərək nənəsi Xürrəm Sultanın himayəsində böyümüşdür. == Həyatı == Hümaşah Sultanın ilk evliliyi 1556-cı ildə Kürəkən Mehmed Fərhad Paşa ilə baş tutdu. 19 il davam bu evlilikdən cütlüyün 5 oğlan və 3 qız uşaqları dünyaya gəldi. Qızlarından Fatma Xanımsultan (ö. 1588) Şəhri-zor bəylərbəyi Mustafapaşazadə Mehmed bəylə evləndirilmişdir. Fatma Xanımsultanın və ərinin məzarı Şahzadə külliyəsindəki türbələrinə dəfn edilmişdir. Ancaq 6 fevral 1575-ci ildə Mehmed Fərhad Paşa vəfat etmiş, bir müddət sonra Hümaşah Sultan Lələ Qara Mustafa Paşa ilə evləndirilmişdir. Bu evliliyindən Sultanzadə Əbdülbaki adlı bir oğlu daha dünyaya gəlmişdir. Nəhayət, 1581-ci ildə Kürəkən Mehmed Paşa ilə evləndirilmişdir.
Hümaşah Sultan (III Muradın qızı)
Hümaşah Sultan (1580) — Osmanlı sultanı III Muradın qızı. == Həyatı == Hümaşah Sultanın Manisada doğulduğu bilindiyi üçün onun Səfiyyə Sultanın qızı olduğu təxmin edilir. Lakin onun nə doğum və vəfat tarixi, nə dəqiq adı, nə də ərinin kim olduğu aydın deyil. Osmanlı yazıçısı Entoni Alderson onu "Hüma" adlandırır və qeyd edir ki, o, ardıcıl olaraq Lalə Qara Mustafa Paşa (Sokolloviç) və Nişar Mustafazadə Mehmed Paşa ilə evli olub. == Mədniyyətdə == Hümaşah Türk tarixi dram teleserialı olan "Möhtəşəm Yüz İl Kösəm"-də III Murad və Səfiyyə Sultanın qızı olaraq təsvir edilmişdir. Rolu türkiyəli aktrisa Vildan Atasever canlandırıb. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Alderson. The Structure of the Ottoman Dynasty (PDF) (ingilis). Oksford: Clarendon Press. 1956.
Hümaşah Sultan (II Bəyazidin qızı)
Hümaşah Sultan (1466, Amasya ili – 1510, Üskub) — 8. Osmanlı sultanı II Bəyazidin qızı. == Həyatı == Hümaşah Sultan 1466-cı ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən biridir. Uşaqlıq illəri Amasyada keçən Hümaşah Sultan 1482-ci ildə Antalya sancaqbəyi Bali Paşayla (ö. 1494) evləndi. Toy mərasiminin ardından İstanbula çağırılan Bali Paşa vəzirliyə yüksəldi. Paşanın 1494-cü ildə vəfatıyla Hümaşah Sultan dul qaldı. Paşanın ölümüylə inşası yarım qalan Bali Paşa məscidi Hümaşah Sultanın səyləriylə 1504-cü ildə tamamlandı. == Mənbə == Türe, Fatma; Keşoğlu, Birsen Talay (July 12, 2011).
Sultan Hümayun
Sultan Humayun (6 mart 1508, Kabil – 27 yanvar 1556, Dehli, Böyük Moğol imperiyası) — Böyük Moğollar sülaləsinin 2-ci və 10-cu padşahı. Atası Sultan Baburun ölümündən sonra taxta çıxan Humayun Böyük Moğol imperiyası taxtında 25 il səltənət sürdü. Ancaq səltənətinin hələ ilk illərində taxtına göz dikənlərə və atasının məğlub etdiyi düşmənlərlə mübarizə etmək məcburiyyətində qaldı. 6 qardaşı vardı. Onlara və başqa qohumlarına geniş ərazilər və başqa hədiyyələr verərək taxtını qorudu. Hakimiyyətinin ilk illərində Sultan Humayun ciddi təhlükələrlə qarşılaşdı. Ludi hökmdarı Mahmud Ludi əfqan əmirləri və bəzi racələr ilə birləşərək Humayuna qarşı hərəkət etdi. Qucerat hökmdarını da hərəkət üçün təhrik etdi. Lakin Humayun şah ikisini də məğlub etdi. Ancaq çox keçmədən Humayun şah və qardaşları arasında da qovğa başlandı.
Məhəmməd Əla oğlu Hümam
Hümam Təbrizi və ya Xacə Hümam Təbrizi (fars. همام الدین تبریزی‎, Hümamüddin Təbrizi, Hümam ibn Məhəmməd Əla; 1238, Təbriz – 1314) — Elxanilər dövlətində yaşamış Azərbaycan və İran sufi şairi. O, şeiri, təlimi, təqvası, təsəvvüfə əsaslanan mənəviyyatına görə dövrünün ən seçilən simalarından biri idi. Hümam ömrünün çox hissəsini Təbriz şəhərində keçirmiş və burada nüfuzlu şəxsiyyət olmuşdur. O, Cüveynilər ailəsinə yaxın olmuş, onlardan siyasi və mədəni himayə almış və onların dəstəyi ilə Təbrizdə xanəgah qurmuşdur. 1284-cü ildə Hümamın himayədarı Şəmsəddin Cüveyni edam edildikdən sonra o, Rəşidəddin Həmədani kimi digər siyasi xadimlər arasında dəstək tapmağı bacarmışdır. Hümam 78 yaşında vəfat etmiş və Təbrizin Sürxab mahalında dəfn olunmuşdur. Onun poeziyasının əksəriyyəti qəzəl formasında yazılmış, müasiri Sədi Şirazinin üslub və ahənginə uyğun olmuşdur. O, həmçinin iki məsnəvi – "Söhbətnamə" və "Kitab-i mənəviyyat"ın müəllifi olmuşdur. Hümamın erkən illəri və təhsili ilə bağlı təfərrüatlar, o cümlədən doğulduğu yer qaranlıq qalmışdır.
Hümayun Şəcərian
Hümayun Şəcərian (fars. همايون شجريان‎ 21 may 1975, Tehran) — iranlı musiqiçi, ənənəvi fars klassik müğənnisi. Məşhur iranlı musiqiçi Məhəmməd Rza Şəcərianın oğludur. == Bioqrafiyası == 1975-ci ildə Tehran şəhərində doğulub və ənənəvi Fars musiqisinin böyük ustadı vokalçı Məhəmməd Rza Şəcərianın oğludur. Kiçik yaşlarında ənənəvi fars vokalı sayılan Avazı öyrənməyə başlayıb.

Значение слова в других словарях