HƏRƏ

əvəz. Toplu halında olan adamlardan hər biri; hər kəs. Hərə bir söz deyir. Hərə bir tərəfə getdi. Hərənin öz fikri var.
– Qayadibi kəndinin əhalisi durub hərə öz işinə getdi… S.S.Axundov.
Hərə bir iş görürdü: bir yanda xəmir yoğrulur, bir yanda yumurta çalınır, bu biri tərəfdə sabah xörəyi üçün düyü arıdılırdı. T.Ş.Simurq.
Çəkdi bu milləti hərə bir yerə; Məqsəd – kürsü eşqi, amal – mənfəət. B.Vahabzadə.

// Hərəsi şəklində – ayrı-ayrılıqda, hər biri. Adamların hərəsi bir işlə məşğuldur.
– Paşanın adamları da hərəsi bir tərəfdə qərar tutdular. Koroğlu”.
Sarı bülbüllər, torağaylar, göyçə qarğalar, … ənlikli bülbüllər hərəsi bir cür səslə oxuyub, səs-səsə verirlər. E.Sultanov.
Külək qalxmışdı.
Hərəsi bir rəngdə, hərəsi bir biçimdə olan yarpaqlar xışıldaşırdı. B.Bayramov.

◊ Hərə bir zurna çalır – bax hər ağızdan bir avaz gəlir (“hər”də).
Hərə öz atını minib istədiyi yerə çapır – bir işdə birlik, həmrəylik, yekdillik olmadığını ifadə edir.
Hərənin ağzından bir avaz (hava) gəlir (çıxır) – bax hər ağızdan bir avaz gəlir (çıxır) (“hər”də).
HƏRDƏNBİR
HƏRƏKAT
OBASTAN VİKİ
Dünya Skaut Hərəkatı
Dünya Skaut Hərəkatı – skaut təşkilatı. == Tarixi == Skaut hərəkatı ilk dəfə 1907-ci ildə Böyük Britaniyada Lord Baden Pauell (Lord Baden-Powell) tərəfindən yaradılmışdır. Hərəkat qısa müddət ərzində bütün dünyada geniş yayılaraq, gənclər arasında çox məşhurlaşmışdır. Hal-hazırda 216 dünya ölkələrindən 50 milyondan çox uşaq, yeniyetmə və gənc onun sıralarında birləşərək, "Hər gün bir xeyirxah iş görək devizi altında fəaliyyət göstərirlər.Yarandığı dövrdən indiyədək planetimizin 300 milyondan çox sakini skaut hərəkatının üzvü olmuşdur.Skaut hərəkatı qeyri-siyasi, qeyri-hökumət, irqindən və dinindən asılı olmayaraq hər kəs üçün açıq olan bir təşkilatdır. Ümumdünya Skaut Hərəkatı Təşkilatı 6 coğrafi regiona bölünmüşdür. Onun Kosta-Rikada, Misirdə, Keniyada, Filippində, İsveçrədə və Qurzufda nümayəndəliyi vardır. Ümumdünya təşkilatının mənzil qərargahı İsveçrədədir. Regionların adları aşağıdakılardır. Avropa Skaut Regionu Amerika Skaut Regionu Asiya-Sakit Okean Skaut Regionu Ərəb Skaut Regionu Afrika Skaut Regionu Avrasiya Skaut Regionu == Dünya Skaut Bürosu == Dünya Skaut Bürosu (WSB, əvvəllər Beynəlxalq Büro) Dünya Skaut Konfransı və Dünya Skaut Komitəsinin göstərişlərini yerinə yetirən katiblikdir. WSB texniki resurs personalından ibarət kiçik bir heyət tərəfindən dəstəklənən baş katib tərəfindən idarə olunur.
Dünya Skaut Hərəkatı Təşkilatı
Ümumdünya Skaut Hərəkatı Təşkilatı (ing. World Organization of the Scout Movement (WOSM /ˈwʊzəm/)) qlobal səviyyədə Milli Skaut Təşkilatlarını birləşdirən beynəlxalq təşkilatdır .Bu təşkilat 1920-ci ildə yaradılıb. Təşkilatın icraedici orqanları 14 üzvdən ibarət Dünya Skaut Komitəsi və Dünya Skaut Bürosudur.Dünya Skaut Bürosu (WSB) Dünya Təşkilatının Katibliyidir. Büroya Dünya Təşkilatının Baş İnzibati Direktoru olan WOSM-in Baş Katibi rəhbərlik edir. Baş katib Dünya Skaut Komitəsi tərəfindən təyin edilir. Dünya Skaut Bürosu dünyanın səkkiz yerində yerləşən təxminən 120 işçidən ibarətdir: Dünya Skaut Bürosunun Qlobal Dəstək Mərkəzi — Kuala Lumpur, Malayziya Dünya Skaut Bürosunun Qlobal Dəstək Mərkəzi — Cenevrə, İsveçrə Dünya Skaut Bürosunun Afrika Dəstək Mərkəzi — Nayrobi, Dünya Skaut Bürosunun Ərəb Dəstək Mərkəzi — Qahirə, Dünya Skaut Bürosu Asiya-Sakit Okean Dəstək Mərkəzi — Makati City, Filippin Dünya Skaut Bürosunun Avrasiyaya Dəstək Mərkəzi — Kiyev, Ukrayna Dünya Skaut Bürosunun Avropa Dəstək Mərkəzi — Cenevrə, İsveçrə və Brüssel, Belçika World Scout Bureau Interamerica Support Center — Panama şəhəri, Panama Respublikası Dünya Skaut Bürosunun hüquqi yeri İsveçrənin Cenevrə şəhərində yerləşir. Baş katibin ofisi Malayziyanın Kuala-Lumpur şəhərində yerləşir. == Dünya Skaut Bürosu == Dünya Skaut Bürosu (WSB, əvvəllər Beynəlxalq Büro) Dünya Skaut Konfransı və Dünya Skaut Komitəsinin göstərişlərini yerinə yetirən katiblikdir. WSB texniki resurs personalından ibarət kiçik bir heyət tərəfindən dəstəklənən baş katib tərəfindən idarə olunur. Büro işçiləri assosiasiyalara peşəkarları və könüllüləri öyrətməklə, maliyyə siyasətlərini və pul toplama üsullarını qurmaqla, icma imkanlarını və prosedurlarını təkmilləşdirməklə və hər bir ölkənin milli resurslarının Skautinqin arxasında toplanmasına kömək etməklə assosiasiyalara öz Skautlarını təkmilləşdirməyə və genişləndirməyə kömək edir.
Epeyrogenik hərəkətlər
Erməni milli hərəkatı
Erməni milli hərəkatı — 1780-cı ildə Zeytun üsyanı ilə başlamışdır. Hərəkatın əsas məqsədi, silah və terror gücü ilə dənizdən-dənizə Böyük Ermənistan adlı dövlət yaratmaq olmuşdur. Qara dənizi, Aralıq dənizi və Xəzər dənizinə çıxış əldə edilməyənə qədər, mübarizənin hər bir yolundan istifadə olunmağının zərüri olduğunu nəzərə çatdırmışdılar. Erməni milli hərəkatı boyu bir siyasi və dörd terror təşkilatının fəaliyyəti daha geniş olmuşdur. Armenakan siyasi yolla, Hnçak, Daşnaksütun və ASALA isə terror yolu ilə Böyük Ermənistan adlı xəyali dövləti yaratmağı özlərinə məqsəd olaraq, seçmişdilər. == Başlanması == Erməni milli hərəkatının başlanması 1780-cı ildən hesablanır. Bu ilə qədərdə, hərəkatın başlanması üçün radikal fikirlər formalaşmağa başlayırdı. Hərəkatın başlanmasının səbəbi kimi iki mühüm ünsür göstərilmişdir. Bunlardan biri erməni din xadilmləri tərəfindən yaradılan Mexitarist Ordeni digəri isə XIX əsrdə Fransada inqilabının başlamasıdır. Erməni din xadimləri erməni dilinin tədris olunması və bu dildə əsasən dini məzmunlu kitabların hazılanıb, nəşr edilməsi istiqamətində mühüm işlər görürdülər.
Erməni xalq hərəkatı
Erməni xalq hərəkatı (erm. Հայոց Համազգային Շարժում (ՀՀՇ), ing. Pan-Armenian National Movement) – erməni radikal millətçi təşkilatı. 15 iyun 1980-ci ildə Afinada (Yunanıstan) təsis olunub. Dünyanın bir neçə ölkəsində nümayəndəlikləri var. Erməni terror təşkilatlarını və ASALA-nı dəstəkləyir. Təşkilat bir çox ölkələrdə sərgilər, elmi konfranslar, miting yürüş və piketlər təşkil etmişdir. Təşkilatın bir sıra aksiyaları həbsdə olan erməni terrorçularını dəstəkləməyə və onları "siyasi məhbus" kimi təqdim edib azadlıqa buraxılmasına nail olmağa hesablanmışdı. 1985-ci ildə Afinada təşkilat uydurma erməni soyqırımının 70-ci ildönümünə həsr olunmuş konfrans təşkil edir. Erməni xalq hərəkatı Qarabağdakı separatçılara maliyyə yardımının göstərilməsində, onları dünyaya tanıtmaqda aktiv iştrak edir.
Ermənistanda Qarabağ hərəkatı
Ermənistanda "Qarabağ hərəkatı" (erm. Ղարաբաղյան շարժում) — erməni millətçilərinin Ermənistan SSR-də və DQMV-də 1980-ci illərin sonunda başlamış olduqları hərəkat. Hərəkatın ilkin məqsədi DQMV-ni Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə qatmaq idi. Hələ 1987-ci ildə Ermənistan SSR-də və DQMV-də muxtar vilayətin Ermənistan SSR-in tərkibinə verilməsi tələbi ilə imzalar toplanmışdı. Bu prosesin təşkilatçıları imza toplama kampaniyasını "Referendum" adlandırırdılar. Dekabrın 1-i Qarabağ ermənilərinin nümayəndə heyəti tələbləri və toplanmış imzaları Moskvada Kommunist Partiyasının Mərkəzi Komitəsinin qəbul şöbəsinə təhvil verir. Müxtəlif mənbələrin verdiyi məlumata əsasən cəmi 75–80 min imza toplanmışdı. 1988-ci ilin yanvarında yazıçı Zoriy Balayanın və İqor Muradyanın aktiv iştirakı ilə Moskvaya Qarabağ ermənilərinin daha bir nümayəndə heyəti gəlir. Bu nümayəndə heyəti özü ilə Qarabağ ermənilərinin yeni müraciətlərini və "Dağlıq Qarabağın əzəli erməni torpağı olmasını sübut edən 8 sənəd" gətirir. Bu sənədlər Qarabağın tarixinə, mədəniyyətinə, iqtisadiyyatına və etnoqrafiyasına aid idi.
Estoniya milli hərəkatı
Estoniya milli hərəkatı (ənənəvi olaraq tarixşünaslıqda Estoniya oyanış dövrü (est. Ärkamisaeg kimi tanınır) — estonların öz müqəddəratını təyin etmək hüququ olan bir millət kimi özlərini dərk etmələrinin tarixi, siyasi və mədəni prosesidir. Proses təxminən 1850-ci illərdə, estonların daha çox hüquqlar əldə etdiyi zaman başladı və 1918-ci ildə Estoniyanın müstəqilliyinə qədər davam etdi. Eyni şeyi bəzən Sovet Estoniyasında 1987-1988-ci illər hadisələri də adlandırırlar.. Estonların milli şüuru 19-cu əsrdə yaransa da, onların etnik kimliklərinin dərk edilməsinin müəyyən əlamətləri daha əvvəllər müşahidə olunurdu. 18-ci əsrin sonunda Estoniyada eestlane özünü adlandırması köhnə maarahvas adı ilə birlikdə yayıldı. O zaman Estoniya Rusiya imperiyasına aid idi. İncilin eston dilinə tərcüməsi 1739-cu ildə çıxdı və eston dilindəki broşürlərin sayı 1750-ci illərdə 18-dən 1790-cı illərdə 54-ə çatdı. Əsrin sonunda artıq yetkin Estoniya kəndlilərinin yarıdan çoxu oxuya bilirdi. Universitet təhsili ilə özlərini estoniyalılar kimi tanıdan ilk insanlar arasında Fridrix Robert Fellman (1798–1850), Kristjan Jaak Peterson (1801–1822) və Fridrix Reynhold Kreysvald (1803–1882) var idi.
Feminist hərəkatı
Feminist hərəkatı (qadın hərəkatı və ya sadəcə feminizm olaraq da bilinir) reproduktiv hüquqlar, məişət zorakılığı, analıq məzuniyyəti, bərabər maaş [en], qadınların seçki hüququ, cinsi təcavüz kimi məsələlərdə aparılan islahatlar üçün bir sıra siyasi kampaniyalardan bəhs edir və cinsi təcavüz - bunların hamısı feminizm və feminist hərəkatın damğası altındadır. Hərəkatın prioritetləri ölkədən ölkəyə və cəmiyyətdən cəmiyyətə dəyişir və bəzi ölkələrdə qadın cinsiyyət orqanlarının kəsilməsinə qarşı mübarizə, digər ölkələrdə şüşə tavana qarşı. Qərb dünyasının bəzi ölkələrində feminizm üç dalğadan keçib. Birinci dalğa feminizmi orta və yuxarı sinif ağ qadınlara yönəlmiş, seçki hüququ və siyasi bərabərliyi əhatə etmişdir. İkinci dalğa feminizmi sosial və mədəni bərabərsizliklə mübarizə aparmağa çalışdı. Birinci feminizm dalğası, əsasən, ağ rəngli orta sinif qadınlarını təsir edərkən, ikinci dalğa rəngli qadınları və inkişaf etməkdə olan ölkələrin qadınlarını cəlb etdi . Üçüncü Dalğa feminizmi maddi, sosial və mədəni bərabərsizliklərlə mübarizə aparmağa davam edir və qadınlar üçün siyasətdə və mediada daha çox təsir göstərmək üçün bir kampaniya daxildir. Feminizmin dördüncü dalğası, ənənəvi olaraq marjinal qrupların sosial təbəqələşməsinə kömək edən bir-birinə bağlı güc sistemlərini araşdırır. Çində feminizm XX əsrdə 1911-ci ildə Sinxay inqilabı ilə başladı. Çində feminizm sosializm və siniflər problemləri ilə sıx əlaqəlidir.
Fransa Hərəkatı
"Fransa Hərəkatı" (fr. Action française [AF]) — Fransada burbonların Orlean qolunu dəstəkləyən milliyətçi və monarxist siyasi təşkilat. Üçüncü Fransa Respublikası dövründə populyar idi. 8 aprel 1898-ci ildə Henri Vojua və Moris Püjo seçkilərdə iştirak etmək məqsədilə "Fransa Hərəkatı Komitəsi"ni yaratmışdılar. Seçkilərdəki məğlubiyyətdən sonra, 19 dekabr 1898-ci ildə Moris Pujo "L'Eclair" qəzetində fransızlara müraciətlə "Fransa Hərəkatı" başlıqlı məqalə dərc etmişdir.
Fransa Müqavimət Hərəkatı
Fransa müqavimət hərəkatı (fr. Résistance) — İkinci dünya müharibəsi dövründə Avropanın digər ölkələrində olduğu kimi Fransada da müqavimət hərəkatı geniş xarakter almışdır. Hərəkatın başlıca istiqaməti alman faşist işğalçılarının Fransa ərazisində mövcud olan Vişi hakimiyyəti idi. 1940-cı ilin iyunun 20-də Vişi hökumətini devirmək məqsədilə Moris Torisin və Jak Dyuklonun imzaları ilə Kommunist Partiyasının manifesti elan olundu. Manifestdə göstərilirdi ki, "Vişi hökuməti Fransa xalqı üçün böyük təhlükədir və Fransa xalqı özünün azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmalı və qul kimi yaşamamalıdır". 10 iyul 1940-cı il manifesti bütün ölkədə böyük əks-səda doğurdu və Fransada müqavimət hərəkatının əsasını qoydu. İlk günlərdə Fransa Kommunist Partiyası xalqın vahid mübarizəsini təşkil etmək məqsədilə bir sıra ciddi addımlar atdı. Belə ki, Fransada nəşr olunan "Humaniti" qəzeti 14 milyon nüsxə buraxıldı ki, bu da partizan hərəkatının formalaşmasına ciddi təsir göstərdi. 1940-cı ilin sonlarında müqavimət hərəkatının güclənməsinə təkan verən amillərdən biri noyabr ayının 11-də on minlərlə tələbənin iştirakı ilə izdihamlı nümayişin keçirilməsi oldu. Məhz həmin gün 1918-ci ildə Kompeyn meşəsində Almaniyanın təslim olması ilə başa çatan çox mühüm hadisə baş vermişdir.
Geokratik hərəkətlər
Geokratik hərəkətlər — (rus. геоkратические движения, ing. geocratic movements) yer qabığının hərəkəti nəticəsində okean dibinin həcminin dəyişməsi ilə əlaqədar olaraq okean səviyyəsinin dəyişilməsinə deyilir. Geokratik hərəkətlər quruda transqressiya və reqressiyaya səbəb olur.
Gilanın meşə Hərəkatı
Gözün hərəki siniri
Gözün hərəki siniri (lat. nervus oculomotorius) — bir başlanğıc nüvəyə malikdir. Onun nüvəsi — lat. nucleus nervi oculomotorii böyük beyin ayaqcıqları qapağında, yuxarı təpəciklər səviyyəsində yerləşmişdir. Bu nüvənin altında kirpik əzələsini və göz bəbəyini daraldıcı əzələni innervasiya edən lat. nucleus accessorius (vegetativus) nervi oculomotorii (Vestfal-Edinger və ya Yakuboviç nüvəsi) və tən orta tək parasimpatik nüvə vardır. Gözün hərəki siniri böyük beyin ayaqcığının içəri tərəfində ayaqcıqlararası çuxurda — lat. sulcus medialis cruris cerebri deyilən şırımdan beyin əsasına çıxır. Buradan önə və bayır tərəfə dönərək, dal maili çıxıntının və mağaralı cibin bayır kənarı ilə göz yuvasının yuxarı yarığına çatır və bunun içəri bucağından (vətər halqasından) göz yuvasına daxil olub iki şaxəyə — lat. rami superior et inferior bölünür.
Güney Azərbaycan Milli Oyanış Hərəkatı
GAMOH və ya Güney Azərbaycan Milli Oyanış Hərəkatı — İran azərbaycanlıları tərəfindən formalaşdırılmış millətçi təşkilat. hərəkatın əsas məqsədi İran azərbaycanlıları üçün öz müqəddəratını təyin etmə hüququnun həyata keçirilməsi və "Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların birləşməsidir". Çöhrəqanlı 2020-ci ildə verdiyi müsahibədə hərəkatın 1995-ci ildə yaradıldığını bildirmişdir. == Yaradılması == Hərəkatın əsasını qoyan şəxs Mahmudəli Çöhrəqanlıdır. O, əvvəllər Təbriz Universitetində professor olaraq fəaliyyət göstərmiş və Təbriz meri vəzifəsinə olan seçkilərdə əsas namizədlərdən biri olmuşdur. Özü siyasətə 1995-1996-cı İran Milli Məclisinə keçirilən seçkilərə qatılması ilə başladığını bildirmişdir. O, seçkilərdə məqsədinin həm İran azərbaycanlılarının, həm də bütün İran türklərinin səsi olmaq olduğunu bildirmişdir. Milli Məclisə keçirilən seçkilərdə Təbrizdən namizəd olan Dr. Məhəmməd Çöhrəqanlı açıqladığı platformasında açıq bir şəkildə Azərbaycan türkcəsinin gücləndirilməsinə çağırış edirdi. Onun platformasında sadalanan məqsədlər arasına daxil idi:İslam milli mədəniyyətinin dirçəlişi, xüsusən də ədəbiyyatın, adət-ənənələrin və ana dilinin (Azərbaycan Türkcəsi) möhkəmləndirilməsi və dirçəldilməsi istiqamətində daimi fəaliyyət.Çöhrəqanlı sonradan 600 min səs almasına baxmayaraq, hüquqlarının tapdandığını və parlament yerinə, həbsə göndərildiyini bildirmişdi.
Haqq və Azadlıqlar Hərəkatı
Haqq və Azadlıqlar Hərəkatı (qısaca HAH, bolqar: Движение за права и свободи Dviženie za Prava i Svobodi, qısaca ДПС DPS, türk: Hak ve Özgürlükler Hareketi, qısaca HÖH) ― üzvlərinin əksəriyyətini Bolqarıstan Türklərinin yaratdığı siyasi partiyadır. Lideri Lütfi Məstandır.
Havadan müstəqil hərəkət sistemi
Havadan müstəqil hərəkət sistemi (və ya hava müstəqil itələmə sistemi) (İngilis dilində: Air-independent propulsion və ya qısaca AIP) oksigen kimi yanan qaza ehtiyac duymayacaq formada, xarici yanma mühərriki kimi bir növ mühərrik olan Stirlinq mühərriki ilə sualtı qayıqlar kimi su nəqliyyat vasitələrinin su altında daha uzun müddət saxlanmasını təmin etmək üçün hazırlanmış bir enerji istehsalı sistemidir. Saxlanılan hava qarışığının köməyi ilə daxili yanma mühərrikləri ilə müqayisədə daha uzun müddət və çox qızmadan işləyə bilən bir stirlinq mühərriki, sualtı qayıq hərəkəti və digər sistemlərin işləməsi üçün zəruri olan, avtomobilin batareyaları üçün zəruri olan elektrik axınını güc mənbəyinə hərəkət enerjisi ilə təmin edir.
Hidrokratik hərəkətlər
Hidrokratik hərəkətlər- Okean dibinin həcmi dəyişilmədən Dünya okeanında suyun həcminin çoxalması nəticəsində onun səviyyəsinin hərəkətlərinə-dəyişilməsinə deyilir.Hidrokratik hərəkətlər geoqratik hərəkətlərin əksinə olan hərəkətlərdir.
Husçular hərəkatı
Husçular hərəkatı (həmçinin Husçu müharibələri və Bohemiya müharibələri kimi də adlanır) — Yan Qus tərəfdarlarının 1419–1434-cü illərdə Çexiyada və ətraf ölkələrdə keçirdiyi reformasiya xarakterli hərakat. Bu müharibələr Avropada odlu silahların həlledici rol oynadığı ilk müharibə idi. Husçu döyüşçülərinin çoxu piyadalar idi, onların daha çoxsaylı zirehli cəngavər orduları ilə döyüşlərdə əldə etdiyi qələbələr müharibələr tarixində inqilab yaratdı. Lakin sonda, bu hərəkat qəti nəticəsi olmayan hərəkat idi. == Hərəkatın yetişməsi == XIV əsrin ortalarında Çexiya kralı IV Karl (1342–1378) Müqəddəs Roma imperiyasında imperator seçildi. Çexiya bu imperiyanın tərkibində ən güclü dövlətə çevrildi. Çexiya kralı imperator seçmək hüququ almış knyazlar içərisində birinci yeri tutdu. IV Karl müharibələrə etməkdən çəkinirdi. Lakin o torpaq satın almaq, övladlarına dövlət üçün sərfəli olan nikahlar bağlatmaq yolu ilə Çexiya krallığının ərazisini genişləndirə bildi. IV Karl iri feodalların da hüquqlarını məhdudlaşdırmağa da cəhd göstərsə də, bu sahədə böyük uğur qazana bilmədi.
Hərəkat
Hərəkət sözünün aşağıdakı izahları vardır : obyektin məkanda yerini dəyişməsi Fizikada Mexaniki hərəkət — maddi obyektin digər maddi obyektlərə nisbətən fəzada vəziyyətinin daimi dəyişməsi. Broun hərəkəti Bir stasionar vəziyyətdən digərinə keçidin nəticəsi (Kvant fizikası). Yol hərəkəti Fəlsəfədə Hərəkət (fəlsəfə) — fəzada istənilən dəyişikliyi göstərən fəlsəfi kateqoriya. Biologiyada Hərəkət (biologiya) Təqribən eyni mənanı verən Hərəkat sözünün izahları: mütəşəkkil insan qrupunun məqsədli hərəkatı, məsələn: Muharibə əleyhinə hərakat Yaşıllar hərəkatı Gənclər hərəkatı və s.
Hərəkiyan (Şəpiran)
Hərəkiyan (fars. هركيان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 518 nəfər yaşayır (96 ailə).
Hərəkə
Hərəkə (حرکه), Ərəb əlifbasındaçı səsli hərflərin yerinə işlənir. Əsldə bu əlifbada hammı səslilər göstərilmir. Azərbaican-ərab əlifbasında bəzi hərflər səsli yerinə işlənir. Misal üçün əlif A/a yerinə istifadə olunur ha belə hərdən هـ/ه Ə yerinə işlənir. Hərəkələr müasir Ərəb dilində yeni yaranmışdır. Səslilər yalnız Quran yazılarında maxsus tələfüz göstərmək məqsədilə istifadə olunur. fəthə (فَتحه) َ hərfin yuxarısında gəlir və Ə səsin verir. سَله (sələ) bu misalda ikinci Ə səsini ـه göstərir. kəsrə (کَسره) ِ hərfin aşağısında gəlir və İ səsin verir. بـِل (bil) zəmmə (ضمه) ُ hərfin yuxarısında gəlir və O, U səslərin verir həmin hərəkə و ilə gələndə (وُ) O, U, Ö və Ü səsidə verir.
Hərəkət
Hərəkət sözünün aşağıdakı izahları vardır : obyektin məkanda yerini dəyişməsi Fizikada Mexaniki hərəkət — maddi obyektin digər maddi obyektlərə nisbətən fəzada vəziyyətinin daimi dəyişməsi. Broun hərəkəti Bir stasionar vəziyyətdən digərinə keçidin nəticəsi (Kvant fizikası). Yol hərəkəti Fəlsəfədə Hərəkət (fəlsəfə) — fəzada istənilən dəyişikliyi göstərən fəlsəfi kateqoriya. Biologiyada Hərəkət (biologiya) Təqribən eyni mənanı verən Hərəkat sözünün izahları: mütəşəkkil insan qrupunun məqsədli hərəkatı, məsələn: Muharibə əleyhinə hərakat Yaşıllar hərəkatı Gənclər hərəkatı və s.
Kifayə hərəkatı
Kifayə (ərəb. كفاية‎, [keˈfæːjæ]) — tam adı (ərəb. الحركة المصرية من أجل التغيير‎‎) Misir Ərəb Respublikasında siyasi partiya.
Laminar hərəkət
Latviya Milli İstiqlal Hərəkatı
Latviya Milli İstiqlal Hərəkatı (latış. Latvijas Nacionālās Neatkarības Kustība‎, LNNK) ― 1988-ci ildən 1997-ci ilə qədər mövcud olmuş Latviya siyasi təşkilatı. 1988-ci ildə Latviya millətçi hərəkatının radikal qanadı olaraq yarandı. Lap başdan Sovet İttifaqı daxilində Latviya üçün daha çox muxtariyyəti dəstəkləyən əsas Latviya Xalq Cəbhəsindən fərqli olaraq, LNNK əvvəldən müstəqillik tələb edirdi. LNNK-nın liderləri arasında Eduards Berklavs, Aleksandr Kirşteyns, Andreys Krastinş, Eynars Repşe, Visvaldis Latsis və Yuris Dobelis yer alırdı. Latviya müstəqilliyini bərpa etdikdən sonra LNNK siyasi partiyaya çevrildi və adını Milli Mühafizəkar Partiyası adlandırdı. O, 1993-cü il parlament seçkilərində 100 yerdən 15-ini qazandı və nüfuzlu müxalifət partiyası idi. 1993-cü ildə partiyanın naş nazir namizədi Yoaxim Sigerist iyalnız bir səslə məğlub olaraq ikinci oldu. LNNK 1994-cü ildə Latviyanın paytaxtı Riqada keçirilən bələdiyyə seçkilərində qalib gəldi, lakin populyarlığı bundan sonra sürətlə azaldı. 1995-ci il parlament seçkilərində parlamentdəki yerlərinin yarısını itirdi və nəticədə "Tēvzemei un Brīvībai" ("Ata yurdu və azadlıq üçün") ilə birləşdi, hansı ki Latviya İstiqlal Hərəkatında oxşar mənşəyə malik daha bir sağçı partiyadır.

Значение слова в других словарях