Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nəzəri astronomiya
Nəzəri astronomiya — astronomik obyektləri və astronomik hadisələri təsvir etmək üçün fizika və kimyanın analitik modellərini istifadə etməkdir. Ptolemaiosun Almagest nəzəri astronomiya üzərinə mükəmməl bir məqalə ilə birlikdə hesablama üçün praktik bir əl kitabı olsa da, yenə də uyuşmayan müşahidələri uzlaşdırmaq üçün bir çox güzəşt verməyi ehtiva edir. Nəzəri astronomiya ümumiyyətlə Johannes Kepler (1571–1630) və Keplərin qanunları ilə başlamış olaraq qəbul edilir. Müşahidə ilə bərabərdir. Astronomiyanın ümumi tarixi XVI əsrin sonundan XIX əsrin sonuna qədər Günəş Sisteminin identifikator və nəzəri astronomisinin tarixiylə əlaqədardır. Müasir astronomiya tarixindəki əsərlər arasında ümumi tarixlər, milli və təşkilati tarixlər, cihazları, identifikator astronomiya, nəzəri astronomiya, konumsal astronomiya və astrofizika yer alır. Göy elm, ulduzlar və qalaktik formalaşması və səma mexanikası modellemek üçün hesablama texnikalarını mənimsəmək üçün erkəndən başlamışdı. Nəzəri astronomiya baxımından, riyazi ifadə məqbul dərəcədə doğru olmalıdır, ancaq spesifik problemlərdə istifadə edildiyində, daha irəli riyazi analizə tabe tutula bilən bir formada olmalıdır. Bilinən gərçək, nəzəri astronomiya, göylərdə olan hər ulduzun yerini, ölçüsünü və istiliyini təxmin edə bilməz (və deyilməz). Nəzəri astronomiya, göy cisimlərinin görünüşcə kompleks, lakin vaxtaşırı hərəkətlərini analiz edərək cəmlənmişdir.
Nəzəri fizika
Nəzəri fizika — fizikanın obyektlərin və sistemlərin riyazi modellərindən və mücərrədliyindən yararlanaraq təbiət və kainatda baş verən hadisələri izah eləməyə, təxmin eləməyə və səmərəliləşdirməyə çalışan bölməsidir. Eksperimental fizikanın "əksi" sayıla bilər. Eksperimental fizika alətlərdən və cihazlardan istifadə edərək həmin təbiət və kainat hadisələrini incəliklərini ayırd eləməyə çalışır. Elmin inkişafı təcrübələrlə nəzəriyyənin arasındakı əlaqədən asılıdır. Bəzi hallarda isə nəzəri fizika riyaziyyatın ciddi standardları ilə vəhdət təşkil edərək təcrübələrə və müşahidələrə kiçik çəki payı saxlayır. Məsələn, xüsusi nisbilik nəzəriyyəsinin inkişaf etdirilməsi dövründə Albert Eynşteyn Lorentz transformasiyalarıla məşğul olarkən Yerin efirdəki sürüşməsi haqqında olan Mayklson-Morli eksperimentinin məlumatlarından heç istifadə eləməmişdi. Amma, Eynşteyn Nobel mükafatını isə fotoelektrik effektini izah etdiyinə görə qazanmışdı, hansı ki, həmin effektin təcrübi nəticələri əldə olunanda nəzəri izahının verilməsində çətinliklər var idi. == Ümumi baxış == Fiziki nəzəriyyə fiziki hadisələrin modelidir. Nəzəriyyənin fərziyyələri müşahidələrlə üst-üstə düşdüyü müddətdə müzakirə olunur. Bir fiziki nəzəriyyənin keyfiyyəti onun vasitəsilə təxmin olunmuş yeni fərziyyələri ortaya qoya bilmə bacarağına görə də ölçülür ki, hansı ki, müşahidələrlə təsdiqlənməlidir.
Nəzəri mexanika
Nəzəri mexanika — mexaniki hərəkətlər haqqında ümumi qanunları və cisimlərin qarşılıqlı təsirini öyrənən elmdir. Fizikanın bir bölməsi olmuş nəzəri mexanika özünə aksiomlar şəklində fundamental əsas yaradaraq ayrıca elmsahəsi kimi inkişaf etmişdir. O texnikada tətbiqi xarakter daşıdığından geniş tətbiq olunur. Nyutona görə "nəzəri mexanika istənilən qüvvə ilə yaradılmış hərəkətlər haqqında və istənilən hərəkəti yaratmaq üçün tələb olunan isbat olunmuş qüvvələr haqqında elmdir". Nəzəri mexanika aksiomalara əsaslanan bir qanunlara əsaslanır. Bu aksiomlar tətbiqi mexanikanın həqiqəti haqqında induktiv xarakter daşıyır. Nəzəri mexanika deduktiv xarakterə malikdir. Təcrübələrdən əldə edilmiş aksiomalara əsaslanan nəzəri mexanika qanunları sərt riyazi asılılıqlar əsasında təsvir olunurlar. Nəzəri mexanika təbiət elmlərinin bir hissəsinə olub hissələr yox onların modelləri ilə işləyən riyazi üsullardan istifiadə edir. Belə modellərə aşağıdaklar aiddirlər: materiya nöqtəsi və materiya nöqtələr çoxluğu, mütləq bərk cism və bərk cismlər sistemi, bütöv mühitin deformasiyası.Adətən nəzəri mexanikada aşağıdakı bölmələri vardır: kinematika statika dinamikaNəzəri mexanikada istifadə olunan riyazi üsullar: vektor hesabatı v.
Teya (nəzəri planet)
Teya (ing. Theia) — Günəş sisteminin ilkin dövrlərində mövcud olduğuna inanılan və Böyük toqquşma fərziyyəsinə görə bundan 4,31 milyard il əvvəl Yerlə toqquşaraq yox olan planet. Fərziyyəyə görə Teya təqribən Mars ölçüsündə idi və 6000 km diametri vardı. Los-Anceles Kaliforniya Universitetində geoloq olan Eduard Yanq Apollon 12, Apollon 15 və Apollon 17 missiyaları zamanı gətirilən süxur nümunələrini müşahidə edərək, əvvəl təklif olunan fərziyyənin əksinə olan Teya planetinin Yerə üstdən dəydiyi düşüncəsini ortaya atmışdır. Təklif olunan toqquşma modelinə görə Teyanın qalıqları Yerin ətrafında toplanaraq tədricən Ayı formalaşdırmışdır. Bəzi alimlər düşünür ki, Yer ətrafı orbitə saçılan qalıqlardan əvvəlcə iki peyk formalaşdı və sonradan onlar birləşərək bu gün bildiyimiz Ayı meydana gətirdi. Böyük toqquşma fərziyyəsi Yerin nüvəsinin gözləniləndən daha böyük olmasının səbəbini də açıqlayır. Belə ki, toqquşma nəticəsində Teyanın mantiya və nüvəsi Yerlə qarışmışdır. Teya adı yunan mifologiyası ilə bağlıdır. Belə ki, Teya yunan mifologiyasında Ay ilahəsi hesab olunan Selenanın anasıdır.
Beynəlxalq Nəzəri və Tətbiqi Fizika İttifaqı
Beynəlxalq Nəzəri və Tətbiqi Fizika İttifaqı ing. International Union of Pure and Applied Physics,fizika ilə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatıdır. Elm üzrə Beynəlxalq şuranın üzvüdür. Beynəlxalq Nəzəri və Tətbiqi Fizika İttifaqının hədəfləri: fizikanın ümumdünya inkişafına,kömək fizika sahəsində beynəlxalq əməkdaşlığın dəstəyi, bəşəriyyətin problemlərinin həlli üçün fizikanın tətbiqi.
Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı
Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı (İYUPAK, ing. International Union of Pure and Applied Chemistry, IUPAC) — kimya sahəsində tərəqqiyə dəstək verən beynəlxalq qeyri-hökumət təşkilatı. Milli təşkilatlardan ibarətdir. Kimyəvi elementlərin adlandırılması və standartlarının hazırlanması üzrə nüfuzlu təşkilat hesab edilir. Elm üzrə Beynəlxalq Şuranın üzvüdür (ing. International Council for Science, ICSU). == Tarixi == 1919-cu ildə yaradılıb.
Elm Tarixi və Elmşünaslıq (Beynəlxalq elmi-nəzəri jurnal)
"Elm Tarixi və Elmşünaslıq'' jurnalı — Beynəlxalq elmi-nəzəri jurnal. Dünyada, o cümlədən Azərbaycanda elmin inkişaf tarixi, kəşflər və ixtiralar, müasir elmi nailiyyətlər, elm tarixi və elmşünaslığın aktual problemləri ilə bağlı məqalələr dərc edilir.
Nəzəri və tətbiqi kimya (jurnal)
Pure and Applied Chemistry Almaniyada mərkəzi yerləşən Beynəlxalq Fundamental və Tətbiqi Kimya İttifaqı adından Valter de Qrüyter tərəfindən aylıq nəşr olunan elmi jurnaldır. Jurnalda Kimya ilə əlaqəli materiallar dərc olunur.
Aktiv toqquşmalar nəzəriyyəsi
Aktiv toqquşmalar nəzəriyyəsi — qaz mühitində iki molekulun toqquşması (bimolekulyar reaksiya) zamanı kimyəvi çevrilmələrin sürətinin qiymətləndirilməsi üsulu. Kimyəvi kinetikanın ümumi müddəasına görə kimyəvi çevrilmələrin baş verməsi üçün molekullar hədd qiymətini aşan aktivasiya enerjisinə malik olmalıdır. Aktiv toqquşmalar nəzəriyyəsində molekullar müəyyən radiuslu sərt kürələr kimi qəbul edildiyindən, reaksiya o halda gedə bilər ki, toqquşma anında bu kürələrin mərkəzlərini birləşdirən ox boyunca molekulların nisbi hərəkət enerjisi aktivasiya enerjisini ötüb keçir. Aktiv toqquşmalar nəzəriyyəsi qazlarda reaksiyanın sürət sabitinin temperaturundan təcrübi eksponensial asılılığını keyfiyyətcə düzgün təsvir edir. Sürət sabitinin kəmiyyətcə uyğun qiymətləri real molekullararası qarşılıqlı təsiri nəzərə alan sterik amil (məsələn: anizotropiya) əsasında əldə edilir. Toqquşmanın xüsusiyyətlərinin və reaksiyaya girən hissəciklərin çevrilmə dinamikasının ətraflı analizi molekulyar dəstə üsulundan istifadə etməyə imkan verir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009.
Aktor-şəbəkə nəzəriyyəsi
Aktor-şəbəkə nəzəriyyəsi (ing. Actor-network theory, ANT) və ya "tərcümə sosiologiyası" (sociology of translation) — sosial tədqiqatlarda ilkin olaraq elm və texnologiya tədqiqatları (STS) sahəsində yaranan, obyektləri (artifaktlar, texniki komplekslər, heyvanlar və s.) sosial münasibətlərin fəaliyyət göstərən vahidləri kimi nəzərdən keçirən yanaşma. == Haqqında == Bu yanaşma sosial nəzəriyyədə ən məşhur və mübahisəli yanaşmalardan biridir. Onun tərəfdarları qeyri-insani insanların sosial sistemlərdə və münasibətlərdə fəaliyyət göstərən agent kimi görünməsini tələb edirlər. Mişel Kallon, Bruno Latur və Con Lo tərəfindən yaradılmış yanaşma daha dəqiq şəkildə "material-semiotik" kimi təsvir edilə bilər. Bu o deməkdir ki, o, həm maddi (əşyalar arasında), həm də semiotik (məfhumlar arasında) olan münasibətləri eyni şəkildə təsvir edir. Aktor-şəbəkə nəzəriyyəsi kollektiv sosial-texniki proseslərin öyrənilməsi üçün konseptual çərçivədir. Onun tərəfdarları hesab edirlər ki, elmin fəaliyyəti digər sosial hadisələrin fəaliyyətindən əsaslı şəkildə fərqlənmir. Onlar elmi biliklərin istehsalını nə təbiət (elmi realizm), nə də mədəniyyət (sosial konstruktivizm) vasitəsilə izah etmirlər. Bunun əvəzinə onlar hesab edirlər ki, elm sosial, texniki, konseptual və mətn komponentlərinin bir araya gətirildiyi və dəyişdirildiyi (və ya tərcümə edildiyi) heterojen mühəndislik prosesidir.
Atlı xalq nəzəriyyəsi
Atlı xalq nəzəriyyəsi (騎馬民族説, Kiba minzoku setsu) – Qədim Yaponiyada ilk mərkəzi dövlətin Koreyadan gələn və Yaponiyanı işğal edən atlı xalq tərəfindən qurulduğunu müdafiə edən nəzəriyyə. Atlı xalq nəzəriyyəsinin standart versiyası Tokio Universitetinin professoru Eqami Namio tərəfindən işlənib hazırlanmış, nəzəriyyəsindən 1948-ci ildə Yaponiya mədəniyyətinin köklərinə həsr olunmuş simpoziumda və "Atlı xalq dövləti" kitabında bəhs etmişdir. == Haqqında == Eqami Namiodan əvvəlki Yaponiya alimləri Yaponiya mədəniyyətinin formalaşmasında Çin, Koreya, Şimal-şərqi və Cənub-şərqi Asiya, Sakit okean adalarının təsirinin olduğunu qəbul etsələr də, bunların ölkədə artıq formalaşmış olan unikal Yaponiya mədəniyyətinə əlavələr olduğunu bildirirdilər. İkinci dünya müharibəsinin başa çatmasından əvvəlki dövrdə Yaponiya tarixçiləri Yaponiyanın mənşəyini sorğulamağa cəsarət etmirdilər. 1942-ci ildə tarixçi Tsuda Sokiçi ilk 9 imperatorun həqiqətən mövcud olub-olmadığını sorğuladığı üçün həbs olunmuşdu. 1945-ci ildən etibarən Yaponiyanın mənşəyi ilə bağlı araşdırmalar yenə populyar olmuşdur.1948-ci ildə İşida Eyiçiro tərəfindən keçirilən "Yaponiya xalqı və mədəniyyətinin mənşəyi və Yaponiya dövlətinin formalaşması" simpozimunda ilk dəfə Eqami Namio tərəfindən Atlı xalq nəzəriyyəsi ortaya atılmışdır. Simpoziumda etnoloq Oka Masao və arxeoloq Yavata İçiro da iştirak etmişdirlər.1948-ci ildəki simpozium tarixçi Oka Masaoya təsir etmiş və nəzəriyyəni genişləndirmişdir. Masao bildirmişdir ki, Yaponiya mədəniyyətinin formalaşması cənubi Çin və Cənub-şərqi Asiyadan gələn 3 mədəni axınla bərabər, Mançuriyadan Koreyaya, ordan da Yaponiyaya gələn dördüncü axınla baş vermişdir. Onun fikrincə Altay dillərinin birində danışan köçəri xalqlardan biri 5 qəbilə ilə Yaponiyaya gələrək işğalçı siyasət yürütmüşdür. Masao bu qrupu "imperatorluq irqi" (tenno zoku) adlandıraraq Kofun dövrünün (300-710) kurqan mədəniyyəti ilə əlaqələndirmişdir.
Atribusiya nəzəriyyəsi
Atribusiya bir sosial psixologiya nəzəriyyədir. İlkin formasında Amerika psixoloqu Fris Hayder (Fritz Heider) tərəfindən 1944-46-cı illərdə təqdim edilmişdir və insanların, özlərinin və başqalarının davranışlarını necə qəbul etdiklərini, hansı səbəblərlə bağladıqlarını izah edir. Teoriya 60-cı illərdə Harold Kelley, Edward E. Jones və Lee Ross tərəfindən inkişaf edilmişdir. Atribusiya nəzəriyyəsinə görə əgər şəxsin davranışı başqalarının həmin situasiyadakı davranışından fərqlənirsə, lakin şəxsin bu və ya başqa tipli situasiyalardakı davranışına bənzəyirsə biz onun hərəkətlərini daxili (internal) faktorlarla, xüsusiyyətlərlə, meyllərlə izah edirik. Əgər şəxsin davranışı başqalarının həmin situasiyadakı davranışına bənzəyir, lakin şəxsin bu və ya başqa tipli situasiyalardakı davranışından fərqlənirsə onda biz onun hərəkətlərini xarici (eksternal) faktorlarla, situasiyanın təsiri ilə izah edirik. Məsələn, peşəkar fəaliyyəti zamanı kolleqasının tənqidi ilə üzləşən və bu irada çox sərt reaksiya verən bir şəxs təsəvvür edək. Əgər bu şəxs əvvəllər də işinə tutulan iradlara kəskin mənfi münasibət göstəribsə, biz onun son situasiyadakı hərəkətini onun tənqidə barışmaz münasibəti və bəlkə də işində inkişafa nail olmaq istəməməsi ilə, səbirsiz olması ilə, başqa sözlə onun personal xüsusiyyətləri ilə izah edirik. Lakin əgər, həmin şəxs əvvəllər ona tutulan iradlara müsbət yanaşıbsa, səbirlə öz pozisiyasını izah edibsə, tənqid doğru olduqda işində düzəliş edibsə, bu şəxsin son situasiyadakı hərəkətini biz onun öz işində keyfiyyətə nail olmaq üçün bacardığını etdiyi halda istədiyi nəticəni ala bilməməsi ilə və ya tənqidin doğru olmaması ilə, başqa sözlə, xarici faktorlarla izah edirik. == Mənbə == Heider, Fritz. (1958).
Beynəlxalq münasibətlər nəzəriyyəsindəki feminizm
Beynəlxalq münasibətlər nəzəriyyəsindəki feminizm — beynəlxalq münasibətlərin klassik nəzəriyyələrinə etirazla 1960-cı illərdə beynəlxalq proseslərin öyrənilməsinə tənqidi yanaşma kimi meydana çıxmışdır. Bu gün beynəlxalq münasibətlərə feminist yanaşma sürətlə inkişaf edən, beynəlxalq münasibətlər sahəsini yenidən təyin edən və onlara öz töhfəsini verən bir sahədir. == Tarixi == Beynəlxalq münasibətlər nəzəriyyəsində feminist cərəyan 1960-cı illərin ortalarında beynəlxalq münasibətlərin klassik nəzəriyyələrinə müxalifət kimi formalaşmağa başladı. Lakin 1980-ci illərə qədər feminizm alimlərin araşdırmalarının periferiyasında qaldı, qender fərqləri, yəni cinsin sosial aspektləri ilə bağlı olan fərqlər nəzərə alınmadı. Feminist hərəkatın nümayəndələri elmdə mövcud olan beynəlxalq münasibətlərin bütün nəzəriyyələrinin kişilər tərəfindən dünyagörüşünə əsaslandığını, qadınların baxışının və siyasi inkişafındakı töhfələrinin nəzərə alınmadığını iddia etdilər. Ona maraq 1980-ci illərin sonlarında beynəlxalq münasibətlər elmində "Üçüncü mübahisə" ilə birgə artdı. Bu zaman, intizam sahəsinin həm epistemoloji, həm də ontoloji əsaslarını etiraz edən tənqidi nəzəriyyə və postmodernizm ilə bağlı elmi nəticələrin əhəmiyyətli dərəcədə yeni bir kütləsinin ortaya çıxması ilə yadda qaldı.. Bundan əlavə, SSRİ-nin dağılmasından və iki qütblü sistemin dağılmasından sonra dünyada beynəlxalq münasibətlər, xüsusilə də milli təhlükəsizlik haqqında elm üçün əsas olan müharibə və sülh məsələlərinin yeni tədqiqatları meydana gəldi. Feminizm məktəbi də bu tədqiqatlara öz töhfəsini vermiş, məsələn, realist paradiqmada, kişi mövqeyini daha çox əks etdirən təhlükəsizlik hərbi-siyasi terminlərdə dövlətin xarici müdaxiləsindən və bütövlüyündən sərhədlərin qorunmasını təmin etmək kimi müəyyən etmişdir. Feminizm "təhlükəsizlik" termini hər hansı bir zorakılıq kimi başa düşülür.
Böyük partlayış nəzəriyyəsi
Böyük partlayış — müşahidə edilə bilən kainatın məlum olan ən erkən dövrlərindən, sonrakı genişmiqyaslı təkamülünə qədər araşdıran kosmoloji model və nəzəriyyə. Nəzəriyyə kainatın çox yüksək sıxlıq və yüksək temperaturun təsiri ilə necə böyüdüyünü təsvir edir, işıq elementlərinin çoxluğu, radiasiya, genişmiqyaslı struktur, Habbl qanunu (qalaktikalar nə qədər uzaq olsa, Yerdən daha sürətli uzaqlaşırlar) və kosmik mikrodalğa arxa plan şüalanması (CMB — cosmic microwave background) daxil olmaqla geniş hadisələr üçün hərtərəfli izahat verir. Müşahidə olunan şərtlər fizikanın məlum qanunlarından istifadə edərək vaxtında geri ekstrapolyasiya edilsə, proqnoz yüksək sıxlıq dövründən əvvəl Böyük partlayış ilə əlaqələndirilən heçlik və ya sinqulyarlıq olduğunu göstərir. Cari biliklər sinqulyarlığın primordial olduğunu müəyyən etmək üçün yetərsizdir. Corc Lemetr 1927-ci ildə ilk dəfə olaraq genişlənən kainatın zamanla yaranan tək nöqtə ilə izlənilə biləcəyini qeyd etdi. Bu nəzəriyyəni "ibtidai atom" nəzəriyyəsi adlandırdı. Bir zamanlar elmi ictimaiyyət Böyük partlayış tərəfdarları və "stasionar vəziyyət" tərəfdarları (Böyük partlayış olmadığına, həmişə stabilliyin olduğuna inananlar) olaraq 2 fərqli model tərəfdarları arasında bölünmüşdü. Lakin, bir sıra geniş empirik sübutlara əsasən hal-hazırda əksəriyyət hamı tərəfindən qəbul edilən Böyük partlayış tərəfdarıdır. Qalaktik qırmızı yerdəyişmələr əsasında aparılan analizlərə görə, Edvin Habbl 1929-cu ildə qalaktikaların bir-birindən ayrıldığı nəticəsinə gəldi; bu genişlənən kainat üçün olduqca əhəmiyyətli müşahidə dəlilidir. 1964-cü ildə Böyük partlayış modelinin lehinə olan çox önəmli bir hadisə, Kosmik mikrodalğa arxa plan şüalanması hadisəsi kəşf edildi.Fizika qanunlarından kainatın xüsusiyyətlərini, sıxlıq və temperaturun artmasına qədər olan dövrü ətraflı şəkildə hesablamaq üçün istifadə edilə bilər.
Böyük partlayış nəzəriyyəsi (teleserial, 2007)
Böyük partlayış nəzəriyyəsi (ing. The Big Bang Theory) - Amerika sitkom serialı.
Bərk cisimlərin nəzəriyyəsi
Bərk cisimlərin nəzəriyyəsi-Bəhram Mehrəli oğlu Əsgərovun sonuncu kitabı .Dərs vəsaiti müəllifin uzun illər Bakı Dövlət Universitetinin fizika fakültəsində və Türkiyənin Hacəttəpə Universitetinin fizika bölümündə oxuduğu mühazirələr əsasında yazılmışdır. Kitab magistrantlar, doktorantlar və bərk cismin termodinamik və kinetik xassələrini tədqiq edən elmi işçilər üçün nəzərdə tutulmuşdur. == Publikasiyaların tarixi == Təqdim olunan bu kitab müəllifin 2001-ci ildə nəşr olunmuş eyni adlı kitabının yenidən işlənilmiş və genişləndirilmiş ikinci nəşridir.Bu nəşrdə elektron və elektron-fonon qarşılıqlı təsirini əhatə edən yeni bölmələr əlavə olunmuş və zona nəzəriyyəsinin əsasları şərh edilmişdir. Elektron-fonon qarşılıqlı təsiri hissəsində keçirici elektronların fononlardan və kristalın başqa defektlərindən səpilməsinə baxılmış, uyğun səpilmə mexanizmləri üçün relaksasiya müddətlərinin açıq şəkli tapılmışdır. Sonda alınmış nəticələr əsasında elektron köçürmə hadisələrinin (kinetik effektlərin) nəzəriyyəsi şərh edilmişdir. == Məzmun == Bərk cisimlərin nəzəriyyəsi ümumi nəzəri fizikanın mühüm bir tərkib hissəsini təşkil edir. İstənilən makroskopik sistem, o cümlədən bərk cisimlər yalnız iki növ stabil zərrəcikdən-nüvələrdən və elektronlardan ibarətdir. Kristallik bərk cisimlər makroskopik sistemlərin xüsusi halıdır. Belə ki, bu halda ağır zərrəciklər olan nüvələr elektronların əhatəsində müəyyən bir qayda ilə fəzada düzülərək kristal qəfəs əmələ gətirirlər. Müsbət yüklü nüvələr və mənfi yüklü elektronlar, bir-biri ilə kulon qarşılıqlı təsirdə olaraq, birlikdə dayanıqlı neytral sistemi-kristallik bərk cisimləri yaradırlar.
Bərk cisimlərin nəzəriyyəsi (kitab)
Bərk cisimlərin nəzəriyyəsi-Bəhram Mehrəli oğlu Əsgərovun sonuncu kitabı .Dərs vəsaiti müəllifin uzun illər Bakı Dövlət Universitetinin fizika fakültəsində və Türkiyənin Hacəttəpə Universitetinin fizika bölümündə oxuduğu mühazirələr əsasında yazılmışdır. Kitab magistrantlar, doktorantlar və bərk cismin termodinamik və kinetik xassələrini tədqiq edən elmi işçilər üçün nəzərdə tutulmuşdur. == Publikasiyaların tarixi == Təqdim olunan bu kitab müəllifin 2001-ci ildə nəşr olunmuş eyni adlı kitabının yenidən işlənilmiş və genişləndirilmiş ikinci nəşridir.Bu nəşrdə elektron və elektron-fonon qarşılıqlı təsirini əhatə edən yeni bölmələr əlavə olunmuş və zona nəzəriyyəsinin əsasları şərh edilmişdir. Elektron-fonon qarşılıqlı təsiri hissəsində keçirici elektronların fononlardan və kristalın başqa defektlərindən səpilməsinə baxılmış, uyğun səpilmə mexanizmləri üçün relaksasiya müddətlərinin açıq şəkli tapılmışdır. Sonda alınmış nəticələr əsasında elektron köçürmə hadisələrinin (kinetik effektlərin) nəzəriyyəsi şərh edilmişdir. == Məzmun == Bərk cisimlərin nəzəriyyəsi ümumi nəzəri fizikanın mühüm bir tərkib hissəsini təşkil edir. İstənilən makroskopik sistem, o cümlədən bərk cisimlər yalnız iki növ stabil zərrəcikdən-nüvələrdən və elektronlardan ibarətdir. Kristallik bərk cisimlər makroskopik sistemlərin xüsusi halıdır. Belə ki, bu halda ağır zərrəciklər olan nüvələr elektronların əhatəsində müəyyən bir qayda ilə fəzada düzülərək kristal qəfəs əmələ gətirirlər. Müsbət yüklü nüvələr və mənfi yüklü elektronlar, bir-biri ilə kulon qarşılıqlı təsirdə olaraq, birlikdə dayanıqlı neytral sistemi-kristallik bərk cisimləri yaradırlar.
Dövlət nəzəriyyəsi
Dövlət nəzəriyyəsi — Dövlətin forma və fəaliyyətini öyrənən elm sahəsi. Bu elmdə dövlətin strukturları müəyyən edilir, onun necə və nə vaxt yaranması, tarixi inkişaf prosesi, tarixən məruz qaldığı dəyişikliklər, necə idarə olunması və s. öyrənilir.
Dövlət və hüquq nəzəriyyəsi
Dövlət və hüquq nəzəriyyəsi — daimi qarşılıqlı əlaqədə dövlətin və hüququn mənşəyini, inkişafını və fəaliyyətinin mahiyyətini, ən ümumi qanunlarını və meyllərini öyrənən, eyni zamanda bütün hüquq elmləri üçün ümumi anlayışlar və kateqoriyalar təşkil edən fundamental hüquq elmi. Bunu mənimsəmədən əsas hüquq elmlərinin istifadə etdiyi dövlət və hüquq haqqında daha spesifik, empirik bilikləri başa düşmək problemlidir. Dövlət və hüquq nəzəriyyəsində elmi araşdırmalar tək bir ölkədə və heç bir tarixi dövrdə deyil, hazırda ən çox inkişaf etmiş hüquq və dövlətçiliyin formalarına istiqamətlənmiş şəkildə aparılır. Dövlət və hüquq nəzəriyyəsi əsasən Rusiya elmidir (postsovet, daha əvvəllər - Sovet elmi), qitə Avropasının bir çox ölkələrində, mövzusu hüquq və dövlət olan fənlər ayrıca tədris olunur. Son illərdə dövlət və hüquq nəzəriyyəsinin rolu və subyektinin Avropa dövlət və hüququ öyrənmə ənənəsi ilə izah edilən bir hüquq fəlsəfəsi səviyyəsinə yüksəldilməsi prosesi mövcuddur. Vahid bir elmi həm dövlət nəzəriyyəsini, həm də hüquq nəzəriyyəsini öyrənən bir elm adlandırmaq çətindir: dövlətin ayrı bir nəzəriyyəsi var (dövlətin ümumi bir doktrinası - dövlətin mənşəyini, dövlətin növlərini, formalarını, elementlərini (quruluşunu) və funksiyalarını, habelə dövlətin perspektivlərini və hüquq nəzəriyyəsini öyrənir; əsasən hüquqi doğma məsələlərini (hüquq mənbələri, hüquq normalarının növləri, qanun yaradıcılığı və hüquq tətbiqi, hüquqi texnikası, hüquq normalarının ziddiyyəti, qanunun şərhi, hüquqi məsuliyyət və s.) öyrənmək. == Predmeti == Ədəbiyyatda dövlət və hüquq nəzəriyyəsinin predmetini müəyyənləşdirməyə vahid yanaşma yoxdur. Beləliklə, bəzi müəlliflər bu elmin mövzusunun "dövlətin və qanunun yaranması, inkişafı və fəaliyyət göstərməsinin ümumi qanunları və dövlətin yaranması, inkişafı və fəaliyyət göstərməsinin xüsusi qanunları və ayrı-ayrılıqda alınan hər bir sinfi qanunu ("tarixi" termini tez-tez istifadə olunur) tip olduğunu göstərir. ”ifadələrini istifadə etdi. Digərləri yazırlar ki, dövlət və hüquq nəzəriyyəsinin mövzusu "sinif cəmiyyətinin hərəkətinin müxtəlif tarixi mərhələlərində dövlətin və qanunun yaranması və inkişafının müntəzəm prosesi, dövlət və hüququn mahiyyəti, məzmunu, forma və funksiyaları, dövlət və hüquq münasibətləri, qanunverici və hüquq mühafizə ..." .
Ehtimal nəzəriyyəsi
Ehtimal nəzəriyyəsi — riyaziyyatın bir bölməsi olub, təsadüfi hadisələri analiz edir. Təsadüfi ədədlər, stoxastik proseslər və hadisələr ehtimal nəzəriyyəsinin əsas obyektlərindəndir. Ehtimal nəzəriyyəsinin kökü 16-cı əsrdə Cerolamo Kardano, 17-ci əsrdə isə Blez Paskal və Pyer Ferma tərəfindən bəxt oyunlarının (qumar oyunlarının) analizdən başlayır. == Ehtimal haqqında == Ehtimal nəzəriyyəsi və riyazi statistika elminin formalaşmış bir sahə kimi inkişafında, XX əsrin 30-cu illərində akademik A. N. Kolmoqorovun təklif etdiyi və elmin bu sahəsinin əsaslarını təşkil edən aksiomatika yeni inkişaf dövrü yaratdı. Bu aksiomatikanın yaranmasına və ümumiyyətlə, ehtimal nəzəriyyəsinin inkişafına dünyanın tanınmış riyaziyyatçılarının nəşr etdirdikləri müxtəlif elmi əsərlərin tə siri danılmazdır. Bu əsərlər arasında P. Laplasın «Essai philosophique sur les probabilités», V. Ya. Bunyakovskinin «Oснования математической теории вероятностей», S. N. Bernşteynin «Oснования математической теории вероятностей» adlı əsərlərini xüsusi qeyd etmək olar. Qeyd olunan əsərlər və A. N. Kolmoqorovun ehtimal nəzəriyyəsi haqqında yazdığı «Большая Советская энциклопедия»-da (birinci nəşr) dərc olunmuş ensiklopedik məqalələr həmin sahə haqqında geniş məlumat verən, bu sahənin incəliklərini dərindən əks etdirən, zəngin və tamamlanmış elmi əsər kimi təqdim oluna bilər. Bütün hadisə və ya proseslər, hətta özünün əhəmiyyətsizliyi ilə guya ki, təbiətin ali qanunlarından asılı olmayanları belə, o dərəcədə də məhz bu qanunların zəruri nəticələridir, məs., günəşin dövr etməsi kimi. Bu nəticələri bütün kainat sistemi ilə əlaqələndirən bağları bilmədən, bunların birinin digərinin ardınca məlum bir düzgünlüklə və ya görünməz bir qayda ilə baş verib-vermədiklərindən asılı olaraq, onların son səbəblər və ya təsadüf nəticəsində baş verdikləri fərz olunur, lakin xəyalın məhsulu olan bu səbəblər, bizim bilik hüdudlarımız genişləndikcə, nəzərə alınmayaraq sağlam fəlsəfə qarşısında tamamilə itmiş oldu, belə ki, bu fəlsəfəyə görə, bu səbəblər – həqiqi səbəbi yalnız özümüz olan – bilgisizliyin təzahürüdür.
Elastiklik və plastiklik nəzəriyyəsi
Elastiklik və plastiklik nəzəriyyəsi == Elastiklik nəzəriyyəsinin əsas prinsipləri == Elmin müasir səviyyəsi real materialın bütün məxsusiyyətlərini nəzərə almaqla ümumi hesabat metodu verə bilmir.Ona görə də klassik elastikiyyət nəzəriyyəsi deformasiya olunan cisimlər üçün verilmiş xüsusi modelə əsaslanır bu model ideal elastiki cisimdir. Modelin aşağıdakı xassələrini qeyd edək. 1. Fərz edilir ki, ideal elastiki cisim tam elastikidir. Başqa sözlə, cismə təsir edən xarici nisbi qüvvələrin təsiri kəsildikdən sonra cisim öz forma və həcmini bərpa edə bilir. Cismin əvvəlki vəziyyətinə təbii vəziyyət deyilir. Bu zaman başlanğıc gərginlik nəzərə alınmır yəni, cisim yüklənmədikdə onda heç bir gərginlik vəziyyəti yaranmır. Başlanğıc gərginlik cismin yaranma tarixindən asılıdır. 2.Elastiki cismə təsir edən qüvvə ilə onun yerdəyişməsi arasında xətti asılılıq fərz olunur. Bu fərziyyə imkan verir ki, zamandan asılı olmayaraq ixtiyari temperatur üçün gərginlik və deformasiya arasında xətti asılılıq mövcuddur.
Elektrolit dissosiasiya nəzəriyyəsi
Elektrolitik dissosiasiya nəzəriyyəsi — Elektrolitlərin məhlullarda və ərinmiş halda xüsusi xassələr göstərməsini ionlara dağılması ilə izah edən nəzəriyyə. İngilis alimi Maykl Faradey məhlulların elektrik keçiriciliyini öyrənərək müəyyən etmişdir ki, duzların, turşuların və qələvilərin məhlulu elektrik cərəyanın keçirir. Üzvi maddələrin, məsələn, şəkər, spirt və s. məhlulları isə cərəyanı keçirmir. Məhlulu və ya ərintisi elektrik cərəyanını keçirən maddələri Maykl Faradey elektrolitlər, keçirməyən maddələri isə qeyri-elektrolitlər adlandırmışdır. Elektrolitlərdə elektrik cərəyanının daşıyıcısı ionlardır. Məhlulda cərəyan daşıyıcısı ionlar olduğundan, daha çox ion əmələ gətirən, başqa sözlə, öz ionlarına daha yaxşı dissosiasiya edən elektrolitlərin məhlulları elektrik cərəyanın daha yaxşı keçirir. Elektrolitləri suda həll etdikdə və ya əritdikdə ionlara ayrılması prosesinə elektrolitik dissosiasiya deyilir. Bəzi elektrolitlər praktik olaraq ionlarına tam dissosiasiya etdiyi halda, bəziləri az dissosiasiyaya uğrayır. Elektrolitlərin dissosiasiya prosesinin kəmiyyət xarakteristikası elektrolitik dissosiasiya dərəcəsi, elektrolitik dissosiasiya sabiti, izotonik əmsal və s.-dən ibarətdir.
Elmi nəzəriyyə
Elmi nəzəriyyə – reallığın birbaşa deyil, idealizə olunmuş inikası; abstrakt anlayış və müddəa-fikirlər sistemi. Elmi mövzu – elmi tədqiqatların aparılmasını tələb edən elmi xarakterli məsələ. Elmi-tədqiqat işinin əsas plan-hesabat göstəricisidir. Elmi qabaqgörənlik – müşahidə edilməyən, yaxud təcrübədə hələlik təsdiq olunmamış təbiət və cəmiyyət hadisələrinin qabaqcadan söylənilməsi. Bu, nəzəri və eksperimental məlumatların ümumiləşdirilməsinə və inkişafın objektiv qanunauyğunluğunun nəzərə alınmasına əsaslanır. Elmi qabaqgörənlik elm qanunlarının dərk edilməsi əsasında həmin qanunlara tabe olan hadisələrin gələcəyi haqqında söylənilən bilikdir. Elmi qabaqgörənlik elmdə məlum olan qanunlar və nəzəriyyələr zəminində həyata keçirilir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Epigenez (tibbi nəzəriyyə)
Epigenez – orqanizmlәrin ardıcıl olaraq yeni orqanların әmәlә gәlmәsi yolu ilә rüşeymdәn inkişaf etmәsi haqqında nәzәriyyә. Epigenetik anlayışlar әsasәn 17–18 әsrlәrdә preformizmlә mübarizәdә әmәlә gәlmişdir (U. Harvey, İ. Büffon vә xüsusilә K.F. Volf). Sitologiya vә genetikanın uğurları sayәsindә müәyyәn olunmuşdur ki, orqanizmin inkişafı genetik informasiyanın olduğu cinsi hüceyrәlәrin mikrostrukturu ilә müәyyәn edilir. K.Volfun әsәrlәri sayәsindә (18 әsrin sonu) Epigenez konsepsiyası qalib gәldi vә embriologiyanın inkişafına tәkan verdi. 19 әsrin 70–80-ci illәrindә sitologiyanın müvәffәqiyyәtlәri Epigenezi tәkzib edәn irsiyyәtә dair çoxlu konsepsiyanın meydana çıxmasına sәbәb oldu. 19 әsrin sonunda inkişaf mexanikasının tәşәkkülü vitalist xarakterli epigenetik nәzәriyyәlәrin bәrpası ilә nәticәlәndi. 20 әsrdә genetikanın meydana gәlmәsi ilә yalnız xarici, yaxud qeyri-maddi amillәrdәn asılı olan tam yeni törәnәn prosesin inkişafı haqqında primitiv anlayışlar әvәzinә, orqanizmlәrin ontogenez qanunauyğunluqlarını müәyyәnlәşdirәn genetik informasiyalar tәlimi yarandı.
Erməni tarixşünaslığında revizionist nəzəriyyə
Erməni tarixşünaslığında revizionist nəzəriyyə == Xristian dinini qəbul etməsi mifi == Erməni tarixçiləri Ermənistanın 301-ci ildə xristianlığı dövlət dini kimi dünyada birinci olaraq qəbul etmiş ölkə olması barədə mif yaratmışlar və onu inadla təbliğ edirlər, hərçənd elmə çoxdan məlumdur ki, hələ II əsrin axırlarında, yəni ermənilərdən bir əsrdən də çox əvvəl ərəmeydilli Edessa çarlığında (Osroyenada) xristianlıq rəsmi din olmuşdur. 165-ci ildə Edessa çarı Abqar bar Manu (V Abqar və ya VIII Manu) xristianlığı qəbul etmişdir, onu buna inandıran fələstinli missioner Müqəddəs Fadey (Adday) olmuşdur, çar taxt-tacında onun varisi VIII Abqar isə xristianlığı Osroyenanın dövlət dininə çevirmişdir (bəzi mənbələrdə göstərilir ki, bunu xristian poeziyasının təməlini qoymuş IX Abqar etmişdir). Alman tarixçi və ilahiyyatçısı Adolf fon Harnak 1905-ci ildə yazırdı: "… şübhə yoxdur ki, hələ 190-cı ilə qədər xristianlıq bütün Edessada və ona bitişik vilayətlərdə fəal yayılmışdı və (201-ci ildən az sonra, bəlkə də daha əvvəl) çar sarayı kilsəni (yəni xristianlığı) qəbul etmişdir". İrfan Şahid VIII Abqarın Ön Şərqdə xristianlığı qəbul etmiş dövlətin birinci hökmdarı olmasını yazırdı. Maraqlıdır ki, Ermənistanın 301-ci ildə xristian dinini qəbul etməsi faktı erməni tarixçilərinin özlərinin arasında da mübahisəyə səbəb olur. Sirarpi Ter-Nersesyan yazır: "Ənənəyə görə bu hadisənin tarixi 301-ci il hesab edilirdi, lakin son araşdırmalara görə bu, 314-cü ildən tez olmamışdır". Bəs bütün bu faktlardan sonra ermənilər dünyada necə ilk xristian milləti olur? Maraqlıdır ki, uydurmaları ilə tarixi faktları təkzib edən ermənilər Edessa dövləti tərəfindən xristianlığın birinci olaraq qəbul edilməsinin əhəmiyyətini azaltmağa çalışaraq aşkar təhriflərə yol verirlər: bəzi irəvanlı tarixçilər iddia edirlər ki, Osroyena tərəfindən xristianlığın dövlət dini kimi qəbul edilməsi, necə deyərlər, "sayılmır", çünki guya həmin dövrdə Osroyena müstəqil, hələ (bəlkə də) öz dövlətçiliyi olmamışdır. Onlar bu uydurmaları təsdiqləmək üçün Osroyenanın Ermənistanın tərkibində göstərildiyi xəritə nəşr edirlər, lakin bir məsələ barədə susurlar ki, Osroyena bundan xeyli əvvəl və qısa müddətə Tiqran tərəfindən fəth edilmiş, xristianlıq qəbul edilən vaxtda isə Osroyena artıq çoxdan müstəqil idi. Həmin tarixçilər bu cür təhriflərdən əlavə, Osroyena tərəfindən xristianlığın birinci qəbul edilməsinin əhəmiyyətini hər vasitə ilə azaltmağa çalışırlar.
Firma nəzəriyyəsi
Firma nəzəriyyəsi — firmanın, şirkətin və ya şirkətin mahiyyətini izah edən və proqnozlaşdıran bir sıra iqtisadi nəzəriyyələri, o cümlədən mövcudluğunu, davranışını, quruluşunu və bazarla əlaqəsini əhatə edir. Sadələşdirilmiş formada firma nəzəriyyəsi aşağıdakı suallara cavab verməyi hədəfləyir: Varlıq. Niyə firmalar yaranır? Niyə iqtisadiyyatdakı bütün əməliyyatlar bazarın vasitəçiliyi ilə həyata keçirilmir? Sərhədlər. Niyə məhsulların ölçüsü və çeşidi ilə əlaqəli firmalarla bazar arasındakı sərhəd dəqiqdir? Ölkə daxilində hansı əməliyyatlar aparılır və bazarda nə bağlanır? Təşkilat. Firmalar niyə iyerarxiya və ya mərkəzsizləşdirmə kimi xüsusi bir şəkildə qurulur? Rəsmi və qeyri-rəsmi münasibətlərin qarşılıqlı əlaqəsi nədir?
Geosentrik nəzəriyyə
Dünyanın geosentrik sistemi — dünyanın quruluşu haqqında ilk təlimlərdən biri. Bu təlimə görə Yer dünyanın mərkəzində tərpənməz durur və bütün göy cisimləri onun ətrafında fırlanır. Bu sistemi Ptolomey "Almagest" əsərində müntəzəm şərh etmişdir. Təlim XVI əsrə qədər hökm sürmüşdür. Dinin müqavimətinə baxmayaraq, bu təlimi dünyanın heliosentrik sistemi təlim ilə əvəz olunmuşdur.
Gözlənən fayda nəzəriyyəsi
İqtisadiyyatda oyun nəzəriyyəsi, qərar vermə nəzəriyyəsi, gözlənən fayda nəzəriyyəsi — riyazi gözləntiyə alternativdir, qərar qəbul edərkən rasional oyunçu tərəfindən istifadə edilə bilən düsturdur. == Hipotezanın mənası == Rasional oyunçu — həll seçərkən müəyyən bir dəyəri (yaxşı) maksimuma çatdırmağa çalışır; seçilmiş qərar nəticəsində ortaya çıxan yaxşılığın riyazi gözləntisini belə bir kəmiyyət kimi istifadə etmək təbii görünür. Bununla yanaşı, təcrübə göstərir ki, real həyatda bir çox lotereya iştirakçısı daha az riyazi gözləntiləri olan, eyni zamanda daha az riskli bir həll yolu seçir. Məsələn, 0,2% (riyazi gözləmə 2 rubl) ehtimalı ilə min rubl almaq və ya 100% (riyazi gözləmə 1 rubl) ehtimalı ilə bir rubl almaq seçimi ilə qarşılaşdıqda, bir çox insan daha aşağı riyazi gözləməsinə baxmayaraq zəmanətli bir ödənişə üstünlük verəcəkdir. Bu davranışı təsvir etmək üçün gözlənilən yardım düsturu icad edilmişdir. == Tarixi == 1947-ci ildə Con fon Neyman və Oskar Morgenşternin "Oyun nəzəriyyəsi və iqtisadi davranış" adlı kitabının ikinci nəşri gözlənilən faydalılıq nəzəriyyəsini təqdim edən ikinci nəşri olmuşdur. Yeni nəzəriyyə oyun nəzəriyyəsinə əlavə olaraq ortaya çıxdı. Oyun nəzəriyyəsinin iqtisadiyyatda tətbiq olunmasından bəhs edən kitabın giriş hissəsində müəlliflər iqtisadi nəzəriyyənin əsas müddəalarını ümumiləşdirir və malların faydalılığını qiymətləndirmək üçün yeni bir metod təklif edirlər — burada gözlənilən fayda nəzəriyyəsinin aksiomatikası təqdim edildi. 1948-ci ildə riyaziyyatçı Leonard Sevic və iqtisadçı Milton Fridmen risk münasibətləri nəzəriyyəsini inkişaf etdirdilər. İnsanları iki növə böldülər: riskə qarşı (lotereyaları, qumar oyunlarını, riskli investisiyaları sevənlər) və riskdən çəkinənlər.
Günəş Dil Nəzəriyyəsi
Günəş Dil Nəzəriyyəsi (türk. Güneş Dil Teorisi) — türkcənin dünya tarixindəki ilk dillərdən biri olduğunu müdafiə edən Dilçilik nəzəriyyəsi. Nəzəriyyə 1930-cu illərdə Mustafa Kamal Atatürk tərəfindən dəstəklənildi və inkişaf etdirildi, ancaq dilçilər tərəfindən qəbul edilmədi və qısa müddətdə əhəmiyyətini itirdi.
Hüceyrə nəzəriyyəsi
Hüceyrə nəzəriyyəsi — canlı aləmin: bitkilərin, heyvanların və digər canlı orqanizmlərin yaranma və inkişafının ümumqəbulolunmuş və məxrəcləşdirilmiş prinsiplərini əhatə edən, hüceyrənin hər bir canlı orqanizmin təşkil olunduğu toxumaların vahid struktur elementi olduğunu sübut edən bir nəzəriyyə. == Ümumi məlumat == Hüceyrə nəzəriyyəsi biologiya elminin əsasını qoymuş, təkamül baxışlarının meydana çıxmasına səbəb olan bir nəzəriyyə olub, XIX əsrin ortalarında təşəkkül tapmışdır. Hüceyrə nəzəriyyəsinin əsası 1839-cu ildə alman alimləri Şvann Teodor, Mattias Yakob Şleyden və tərəfindən hüceyrə üzərində aparmış olduqları təcrübə və müşahidələr əsasında qoyulmuş olmuşdur. Tədqiqatlarına əsaslanaraq Şvann Teodor və Mattias Yakob Şleyden ilk dəfə olaraq sübut etmişdirlər ki, hər bir orqanizmin quruluş vahidi hüceyrədir. Bitkilər, heyvanlar və bakteriyalar ümumi oxşar quruluşa malikdirlər. Sonralar bu qənaət orqanizmin tamlığını bir daha təsdiqləmişdir. Şvann Teodor və Mattias Yakob Şleyden elmə "hüceyrəsiz həyat yoxdur" ifadəsini gətirmişlər. == Hüceyrə nəzəriyyəsinin prinsipləri == === Əsas prinsiplər === Müasir hüceyrə nəzəriyyəsi aşağıdakı əsas prinsipləri özündə birləşdirir: Hüceyrə — canlı orqanizmin quruluş, həyat, böyümə və inkişaf vahididir, "hüceyrəsiz həyat yoxdur";. Hüceyrə — tamlığı bir çox elementlərin bir-biri ilə qanunauyğun şəkildə əlaqələrindən ibarət olan vahid sistemdir; Bütün orqanizmlərin hüceyrələri quruluşuna, kimyəvi tərkibinə və funksiyasına görə oxşardırlar; Hər bir hüceyrənin bölünməsindən yeni hüceyrələr əmələ gəlir; Çoxhüceyrəlilərdə hüceyrələr toxumaları və toxumalar isə öz növbəsində orqanizmləri təşkil edir. Hər bir orqanizmin həyatı onu təşkil edən hüceyrələrin həyatından asılıdır; Çoxhüceyrəli orqanizmlərin hüceyrələri özünəməxsus gen dəstinə malik olur ki, bu da onların morfoloji və funksional müxtəliflikliyini təmin etmiş olur.
Nəzərli
Nəzərli — soyad, təxəllüs.
Vəzəri
Vəzəri (lat. Lepidium sativum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin bozalaq cinsinə aid bitki növü. == Sinonimləri == Arabis chinensis Rottler ex Wight Cardamon sativum (L.) Fourr. Crucifera nasturtium E.H.L.Krause Lepia sativa (L.) Desv. Lepidium hortense Forssk. Lepidium sativum var. crispum DC. Lepidium sativum subsp. sativum sativum Lepidium sativum var. spinescens (DC.) Jafri Lepidium sativum subsp. spinescens (DC.) Thell.
Nəzər
Nəzər - canlı və ya cansız bir varlığın başına qəza və ya bəla gəlməsinə səbəb olduğuna inanılan baxış. Şər baxış. Nəzərdən xüsusilə uşaqların, hamilələrin və ya heyvanların təsirləndiyini inanılar. == Etimologiya == Göz sözü türkcədə görmə orqanı mənasını verdiyi kimi eyni zamanda xalq arasında "kəm göz" yəni pis niyyətli baxış, (farsca mənşəli kəm sözü pis, şər mənalarına gəlir) mənasında da istifadə edilər. Ərəbcə "nəzər" sözü də göz və baxış mənalarına gəlir. Keçmişdə cadugərlərin və şamanların gözlərində pis güclərin yerləşdiyine inanırdılar. Buna görə bu baxışların təhlükəli bir güc saxladığı düşünülərdi. Bəzi xalqlarda kəm gözün obyektləri belə çatlatabildiğine inanılar. "Nəzər muncuğu" bu enerjini özünə çəkərək yox edəcəyi fikri geniş yayılmışdır. Sözün köz "atəş parçası" ilə əlaqəsi də diqqət çəkicidir.
Aqil Nəzərli
Aqil Nəzərli (tam adı: Aqil Ağaxan oğlu Nəzərli; 10 mart 1976, Güləbird, Laçın rayonu) — Laçın rayonu İcra Hakimiyyətinin başçısı (16 iyun 2016–indi). == Həyatı == Aqil Nəzərli 10 mart 1976-cı il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin hüquqşünaslıq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir. 1999-cu ildən Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışmış, 2008-ci ildən Laçın rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləmişdir. 3 mart 2016-cı ildən Laçın rayonu İcra Hakimiyyətinin başçısının vəzifəsini icra etmiş, 16 iyun 2016-cı ildə isə Laçın rayonu İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədri, Ehtiyatda olan zabitdir. == Ailəsi == Aqil Nəzərli Azərbaycan Respublikasının Əməkdar Kənd Təsərrüfatı işçisi Ağaxan Nəzərovun oğludur. Ailəlidir, iki övladı var.
Elhad Nəziri
Elhad Nəziri (29 dekabr 1992, Bakı) — futbolçu, Petrolul klubunun və Azərbaycan milli futbol komandasının müdafiəçisi. == Karyera == Elhad Nəziri 1992-ci ilin 29 dekabr tarixində Zəngilan rayonunda anadan olub. Gənc yaşlarında futbolla məşğul olub, Neftçi və Qarabağ klublarında oynayıb. 2011–2012-ci il mövsümündə Lokomotiv-Biləcəri klubunun heyətində Azərbaycan Birinci Liqasında çıxış edib. 2012-ci ilin yayında Moldova çempionatına keçən Elhad Nəziri Milsami klubu ilə 2 illik (1+1) müqavilə imzalayıb. Milsamidə 6 oyun keçirən Elhad Nəziri 2013-cü ilin fevral ayında Ruminiyanın Petrolul klubuna transfer olub və bu klub ilə 3,5 illik müqavilə bağlayıb. == Milli komanda == 2012-ci ilin oktyabr ayında Elhad Nəziri Berti Foqts tərəfindən milliyə dəvət olundu. Şimali İrlandiya milli komandası ilə keçirilən oyunda Elhad millinin heyətində debüt etdi.
Hacıağa Nəzərli
Hacıağa Məmmədcavad oğlu Nəzərli (d. 17 mart 1923, Bakı, Azərbaycan SSR, SSRİ - ö. 18 may 2002, Bakı, Azərbaycan Respublikası) — Azərbaycanın ilk plaktaçı rəssamı, respublikanın əməkdar rəssamı (1982). == Həyatı == Hacıağa Məmmədcavad oğlu Nəzərli 1923-cü il mart ayının 17-də Bakı şəhərində dövrünün qabaqcıl ziyalarından olan, mətbəə işçisi Məmmədcavad Nəzərlinin ailəsində dünyaya göz açıb. 1930-1937-ci illərdə keçmiş Kayegin rayonunda (indiki Füzuli rayonu) 1937-1940-cu illərdə Bakı şəhəri keçmiş Oktyabr (indiki Yasamal) rayonundakı Cəfər Cabbarlı adına orta məktəbdə təhsil alıb. 1940-ci ildə Bakı rəssamlıq məktəbinə daxil olan H. Nəzərli müharibənin başlaması ilə əlaqədar oradakı təhsilini yarımçıq qoyur. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib. 1948-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsilini davam etdirir. H.Nəzərlinin rəssamlığa gəlməsinə atasının əmisi, Peterburq təhsilli rəssam Nəcəf Rasimin (Nəcəfqulu Nəzərli) təsiri olub. Bir müddət Azərbaycan Musiqili Komediya teatrında rəssam kimi çalışmışdır.
Hacıbaba Nəzərli
Nəzərli Hacıbaba Hacı Ələsgər oğlu (22 mart 1895, Şamaxı – 1938, Bakı) — nasir, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, AK(b)P-nın üzvi, ADDT sabiq direktoru. == Həyatı == Hacıbaba Nəzərli 1895-ci il martın 22-də Şamaxı şəhərində anadan olmuşdur. M.Ə.Sabirin "Ümid" məktəbini bitirmişdir. Moskvada Qırmızı Professura İnstitutunda təhsil almışdır (1930–1933). Yaradıcılığa 1925-ci ildə publisistika ilə başlayıb. "Qızıl əsgər" qəzetinin redaktoru, Yazıçılar Cəmiyyətinin məsul katibi (1929–1930) olmuşdur.Azərbaycan Sovet Yazıçıları İttifaqı təşkilat komitəsinə sədrlik etmiş (1933–1934), 1934-cü ildən 1937-ci ilə qədər Azərbaycan Dövlət Dram Teatrının direktoru işləmişdir. Hacıbaba Nəzərli repressiyaya uğramışdır. Belə ki, o, təhlükəsizlik idarəsinin əməkdaşı Qriqoryanın 9 aprel 1937-ci il tariхli arayışına əsasən və əksinqilabi, burjuamillətçi təşkilatının fəal üzvi kimi qeyd edilərək həbs edilmişdir. Ağır, dözülməz işgəncələr altında Əli Nazimin 4, 7 iyul 1937-ci il tariхlərdə istintaqa verdiyi ifadələrə görə Hacıbaba Nəzərli həbs olunması üçün IV şöbənin təhlükəsizlik kapitanı Çinmanın təsdiqinə verilmişdir. 1938-ci ildə xalq düşməni kimi güllələnmişdir.
Hikmət Nəzərli
Hikmət Baba oğlu Nəzərli (7 mart 1966, Bakı – 26 fevral 1992, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Xocalı soyqırımı şəhidi. == Həyatı == 7 mart 1966-cı ildə Bakı şəhərində doğulmuşdur. 1973-cü ildə Xətai rayonundakı 27 saylı məktəbə getmiş sonra atasının iş yerini dəyişməsi ilə əlaqədar Daşkəndə köçmüşdür. 1982-ci ildə yenidən Bakıya qayıdır. 1984-cü ildə hərbi xidmətə çağırılımışdır. Gürcüstanda hərbi xidmətdə olan Hikmət 1986-cı ildə ordudan tərxis edilir. O, DİN-nin yanğından mühafizə idarəsinə işə qəbul olunur. == Döyüşlərdə iştirakı == Qarabağda ermənilərin törətdikləri vəhşiliklərə dözə bilməyən Hikmət könüllü olaraq orduya yazılır. Ağdam rayonunda şərəfli döyüş yolu başlayır. Umudlu kənd sakinlərinə kömək edərkən yaralanır müalicə olunduğdan sonra isə yenidən cəbhəyə üz tutur.
Mehdi Nəzərli
Mehdi Nəzərli (azərb. Mehdi Cavad oğlu Nəzərli‎; d. 10 may 1892, Xızı; ö. 3 sentyabr 1952, Bakı) — Milli nəfəs alətləri ustası, muğam bilicisi. == Həyatı == XIX-XX əsrin tanınmış simalarından olan Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, nəfəs alətlərinin mahir ifaçısı, Üzeyir Hacıbəyov orkestrinin aparıcı solisti olmuş, Mehdi Cavad oğlu Nəzərli Xızı şəhərinin Sayadlı kəndində anadan olmuşdur. Üzeyirbəyin şəxsi dəvəti ilə Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət olunaraq "Koroğlu" operasının ilk premyerasının müşayətçisi olmuşdur. Üzeyirbəy orkestrinin solisti olan Mehdi Nəzərli "Koroğlu", "Əsli və Kərəm", "Aşıq Qərib", "Ər-arvad" və digər bu kimi tamaşaların müşayətçisi olaraq Azərbaycan milli opera musiqi sənəti sahəsinin inkişafında xidmətləri ilə öz müəyyən töhfələrini vermişdir. == Sənət və fəaliyyəti == Milli nəfəs alətləri ustası, muğam bilicisi olan Mehdi Nəzərli eyni məharətlə tütək, ney, balaban, zurna, çonqur saz, cürə saz, qarmon və klarnet alətlərində çalmışdır. Azərbaycan klarnet ifaçılığı sənətinə ilk yiyələnənlərdən biri olmuşdur. O, bu alətlərin müxtəlif üsullarla səsləndirilməsinə baxmayaraq, hamısında eyni məharətlə çalmağı bacarırdı.
Nəcəfqulu Nəzərli
Nəcəfqulu Cavad oğlu Nəzərli və ya təxəllüsü ilə Nəcəf Rasim (20 mart 1890, Sayadlı, Xızı rayonu – 9 oktyabr 1929) — Azərbaycan rəssamı. == Həyatı == Nəcəfqulu Nəzərli 20 mart 1890-cı ildə Xızı rayonunun Sayadlı kəndində anadan olmuşdur. Rəssam 9 oktyabr 1929-cu ildə vəfat etmişdir. Sonralar həyat yoldaşı da vəfat etmiş, yeganə oğlu isə itkin düşmüşdür. === Təhsili === İlk təhsilini Bakıdakı "Üsuli cədid" məktəbində almış, kiçik yaşlarından rəssamlığa həvəs göstərmişdir. Rəssamlıq təhsilini Peterburqda almışdır. 1910-cu ilin ortalarında rəssamlığa həvəs göstərmişdir. == Yaradıcılığı == 1910-cu ilin ortalarından Bakıda cə Xızıda rəsm müəllimi işləmişdir. Bakıda bir sıra binaların fasad və interyerlərinin bəzədilməsində iştirak etmiş, pedaqoji fəaliyyət göstərmişdir("Hökumət evi" binası, "Səadət Sarayı" binası və.s). Onun akvarel və yağlı boya ilə işlənmiş mənzərələri və rəsm əsərləri "R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi"ndə qorunur və nümayiş olunur: "Морской пейзаж" в.акв.
Nəzərli (Qardabani)
Nəzərli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. == Əhalisi == 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 5.808 nəfər (2.943 nəfəri kişilər, 2.865 nəfəri qadınlar) əhalinin 97 %-i etnik azərbaycanlılardan ibarətdir.
Nəzərli (Şəbüstər)
Nəzərli (fars. نظرلو‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 4,984 nəfər yaşayır (1,169 ailə).
Orxan Nəzərli
Nəzərli Orxan Faiq oğlu (5 dekabr 1984, Ağdam) — İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri. == Həyatı və fəaliyyəti == 1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olmuşdur. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadi münasibətlər" fakültəsini bitirmişdir. Ailəlidir, 3 övladı var. Əmək fəaliyyətinə 2003-cü ildə özəl sektorda başlamış, 2005–2015-ci illərdə Azərbaycanda yerləşən audit firmasında çalışmışdır. 2014-cü ildə ABŞ-nin Alyaska ştatında sertifikasiyadan keçib mühasibatlıq üzrə lisenziya almışdır.2015–2016-cı illərdə Azərbaycan Respublikası Təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016–2017-ci illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində calışmışdır.2018-ci ildə Azərbaycan Respublikası Vergilər nazirinin müşaviri vəzifəsinə təyin edilmişdir. 2019-cu ildən etibarən, həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra etmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmiş və Dövlət Vergi Xidmətinin rəisi təyin olunana qədər həmin vəzifənin icrası ona həvalə edilmişdir.Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 may 2021-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.
Səfalı Nəzərli
Səfalı Nəzərli (d. 14.12.1948, Ləmbəli, Ermənistan SSR, SSRİ) — Respublika "Qızıl qələm" mükafatı laureatı, 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2007-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü; Dövlət qulluğunun kiçik müşaviri. == Həyatı və fəaliyyəti == Səfalı Avdal oğlu Nəzərli 1948-ci il dekabrın 14-də Ermənistan SSR-in Ləmbəli kəndində anadan olmuşdur. 1966-1968-ci illərdə zavodda operator işləyib. 1968-1970-ci illərdə hərbi xidmətdə olub, hərbi rütbəsi baş leytinantdır. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini Fərqlənmə diplomu ilə bitirib. 1975-1981-ci illərdə Azərnəşrdə (Azərbaycan Dövlət Nəşriyyatında) korrektor, bədii ədəbiyyat, elmi-kütləvi və tibb ədəbiyyatı redaksiyalarında redaktor işləyib. AzKP MK-nın Marksizm-Leninizm Universitetini Fərqlənmə diplomu ilə, Moskva Poliqrafiya İnstitutunun kurslarını "əla" qiymətlərlə bitirib. 1981-1983-cü illərdə Azərkitabın – Respublika Kitab Ticarəti Birliyinin rəis müavini, rəisi olub. Sonra 10 il "İşıq" nəşriyyatında baş redaktor, direktor vəzifələrində çalışıb.
Vasif Nəzərli
Vasif Zahid oğlu Nəzərli (4 mart 2000; Vurğun, Ağstafa rayonu — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vasif Nəzərli 2000-ci il martın 4-də Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. 2006–2017-ci illərdə H. Əzizov adına Vurğun qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Vasif Nəzərli 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vasif Nəzərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Vasif Nəzərli noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Vurğun qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Nəzərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Nəzərli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Nəzərli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən Vasif Nəzərli ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Vəzəri-bozalaq
Vəzəri (lat. Lepidium sativum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin bozalaq cinsinə aid bitki növü. == Sinonimləri == Arabis chinensis Rottler ex Wight Cardamon sativum (L.) Fourr. Crucifera nasturtium E.H.L.Krause Lepia sativa (L.) Desv. Lepidium hortense Forssk. Lepidium sativum var. crispum DC. Lepidium sativum subsp. sativum sativum Lepidium sativum var. spinescens (DC.) Jafri Lepidium sativum subsp. spinescens (DC.) Thell.
Şirməmməd Nəzərli
Şirməmməd Nəzərli - yazıçı, jurnalist, fotoqraf. HUMAY mükafatı laureatı. Azərbaycan Jurnalistlər, Yazıçılar və Fotoqraflar Birliklərinin üzvü. Azərbaycan sovet dövrü teatr həyatında ilk dəfə yaradılmış dini məzmunlu ZAMAN teatrı dramaturq Ş.Nəzərlinin "Müctəhidin yuxusu" birpərdəli pyesi ilə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində fəaliyyətə başlayıb. Teatr sonra onun müştərək yazdığı daha iki pyesini səhnəyə qoyub. == Həyatı == Nəzərli Şirməmməd Dadaş oğlu (ədəbi təxəllüsü Dədə Nəzərli) 1948-ci il may ayının 31-də Lənkəran rayonunda doğulub. Orta məktəbi bitirdikdən sonra Lənkəran Pedaqoji Texnikimunda təhsil alıb (1965-1967). Təyinatla indiki Biləsuvar rayonundakı A.S.Puşkin adına beynəlmiləl orta məktəbdə müəllim işləyib.Sovet ordusu sıralarında xidmət edib (1967-1969). 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə daxil olub. Burada təhsilini başa vurduqdan sonra bir müddət Bakı Məişət Kondisionerləri zavodunun radio-qəzetində redaktor, Azteleradio şirkətində redaktor işləyib.
Ədalət Nəzərli
Ədalət Məmmədcavad oğlu Nəzərli (d. 18 fevral 1925-ci il, Bakı, Azərbaycan SSR, SSRİ - ö. 20 may 1999-cu il, Bakı, Azərbaycan Respublikası) — iqtisad elmləri doktoru, professor (1977). == Həyatı == Ədalət Məmmədcavad oğlu Nəzərli 1925-ci il fevral ayının 18-də Bakı şəhərində anadan olub. Atası Məmmədcavad Nəzərli dövrünün qabaqcıl ziyalarından biri, mətbəə işçisi olub. 1933-1937 illərdə keçmiş Karyagin, indiki Füzuli rayonunda, sonra isə 1937-1943-cü illərdə Bakı şəhəri keçmiş Oktyabr rayonunda (indiki Yasamal rayonu) Cəfər Cabbarlı adına orta məktəbdə təhsil alıb. 1943-1945-ci illərdə II Dünya müharibəsində iştirak etmiş, orden və medallarla təltif olunmuşdur. 1949-1951-ci illərdə Moskva Dövlət Universitetində təhsil alıb. 1954-cü ildə təhsilini davam etdirərək, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. ADU-nu bitirəndən sonra Tiflisdə aspiranturaya daxil olub və 1962-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi olub.
Ələkbərbəy Nəzərli
Ələkbərbəy Nəzərli (azərb. Ələkbərbəy Cavad oğlu Nəzərli‎; 30 aprel 1882, Sayadlı, Xızı rayonu – 13 noyabr 1951, Bakı) — xeyriyyəçi, Azərbaycanın Kor Əhəddən sonra ilk qarmon ifaçısı. == Həyatı == XIX-XX əsrin tanınmış simalarından olan Bakının kiçik milyonçusu-xeyriyyəçi, musiqişünas, öz dövrünün pedaqoqu Ələkbərbəy Cavad oğlu Nəzərli Xızı qəsəbəsinin Sayadlı kəndində anadan olmuşdur. İstedadlı qarmon ifaçısı olaraq Üzeyir Hacıbəylinin şəxsi dəvəti ilə Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət olunaraq "Koroğlu" operasının premyerasının ilk müşayətçisi olmuşdur. Azərbaycan Dövlət Opera və Balet Teatrının Üzeyirbəy orkestrinin aparıcı solisti olan Ələkbərbəy Nəzərli "Koroğlu", "Əsli və Kərəm", "Aşıq Qərib", "Ər və arvad" və digər bu kimi tamaşaların müşayətçisi olaraq Azərbaycan milli opera musiqi sənəti sahəsinin inkişafında öz xidmətləri ilə müəyyən töhfələrini vermişdir. Ələkbərbəy Nəzərli Azərbaycanın ilk qarmon ifaçısı kimi, dünyanın ən nadir qarmon alətlərini toplayan kolleksiyasının XIX-XX əsrdə Azərbaycanda ilk və yeganə sahibi olmuşdur. Milli qarmonlarla bərabər "fizi qarmon" (ayaq hərəkəti ilə işləyən), piano "Şreyder" (alman istehsalı), "Ağ və qırmızı" royallar, "Karpuşkin", "Aziatskiy", "Nəfəs ilə idarə olunan qarmon" və s. === Ailəsi === Ələkbərbəy Nəzərlinin 17 övladının dünyaya gəlməsinə baxmayaraq 2 qız övladı və 1 qız övladından dünyaya gələn 9 nəvəsi Ələkbərbəyin varisləri olmuşlar. Hazırda, varisi olan yeganə oğul nəvəsi Ələkbər, babası Ələkbərbəy Nəzərlinin adını daşıyır. Ələkbərbəy Nəzərlinin nəvəsi və yeganə davamçısı Respublikanın Əməkdar artisti - xanəndə Ədilə Əflaki Nəzərli babasının davamçısı olaraq, milli musiqi mədəniyyətinə xidmət edir.
Hacı Nəzər
Hacı Nəzər - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. Kəndin adı erməni, rus mənbələrində «Hacı Nəzər qulu» kimi də göstərilir. Toponim Hacı Nəzər şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Kənd Hacı Nəzər adlı şəxs tərəfindən salınmışdır. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kamo qoyulmuşdur.
Nəzər Heydərov
Nəzər Heydər oğlu Heydərov (1896, Gürcülü, Zəngəzur qəzası – 30 dekabr 1968, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1949–1954). == Həyatı == Nəzər Heydər oğlu Heydərov 1896-cı ildə Zəngəzur qəzasının (hazırkı Qubadlı rayonu) Gürcülü kəndində anadan olmuşdur. 1913–1918-ci illərdə "Balaxanı neft" mədənlərində işləyib. Qubadlı Qəza İnqilab Komitəsinin, qəza partiya komitəsinin katibi və İcraiyyə Komitəsinin sədri, AK(b)P MK–nın məsul təlimatçısı, Ağdaş qəza və Şuşa rayon icraiyyə komitələrinin sədri, DQMV MİK–in sədr müavini olub. 1927–1928-ci illərdə Azərbaycan SSR Ali XTS-də məsul vəzifədə çalışıb. 1931-ci ildə Moskva Sənaye Akademiyasını, eyni zamanda Neft İnstitutunu bitirdikdən sonra 1949-cu ilədək Azərbaycanda neft sənayesində, o cümlədən "Əzizbəyov" trestinin müdiri, Azneft Birliyinin rəisi və s. işləyib. 1949–1954-cü illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, SSR Ali Soveti Rəyasət Heyətinin sədrinin müavini olub. "Aznefttextəhcizat" idarəsinin rəis müavini işləyib. "Zəngəzur dağlarında" kitabının müəllifidir.
Tezeri
Tezeri (gürc. ტეზერი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 783 nəfər idi. 2014-cü ildə 620 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, IX cild, səh.
Neqeri Sembilan
Negeri Sembilan (əvvəl Negri Sembilan, Azərbaycanca: Doqquz Dövlət) — Qərbi Malayziyanın cənub-qərbində əyalət (negeri). Sahəsi 6.642 km²-dir. Malakka Boğazına 48 km-lik bir sahili olan əyalət topraklarından Linggi ve Mirar çayları axır.Əyalət bu gün o biri Malayziya əyalətlərindən fərqli olaraq, regional qəbilə rəislərinin arasından seçilən bir sultan tərəfindən idarə olunmaqdadır. == Tarix == Soyköklərini Şrivicaya hökümdarlarından götürən Negeri Sembilan şahzadələri bölgəyə xıv əsrdə Minangkabau (Sumatra) ve Selebesdən gəldilər. Anasoyluluğa əsaslanan ve Adat Perpateh adlanan qanunlarını bölgə xalqına qəbul etdirən Minangkabaular, bölgədə son dərəcə xüsusi bir mədəniyyət və arxitektura yaratdılar. Bu gün Selangor, Melaka, Johor və Pahang əyalətlərinin bəzi seqmentlərinə suveren olan doqquz dövlət (Negeri Sembilan), 1773-cü ildə zəif bir konfederasiya rəhbərliyi altında birləşdi. Konfederasiya bölgədəki qalay mədənlərinin nəzarəti ələ keçirməyə çalışan Britaniyanın təklifini qəbul edərək XIX əsrdə Britaniya himayəsi altına girdi. 1895-ci ildə Federal Malaya Əyalətinə birləşən Negri Sembilan, Yaponlar tərəfindən işğal edildiyi II Dünya Müharibəsindən sonra da Malaziya Federasiyasına qatıldı. == İqtisadiyyatı == İqtisadiyyat istehsal sektoruna dayanır, elektrik və elektron, tekstil, mebel, kimyəvi maddələr, maşın və rezin əşya istehsal maddələridir. Dərin vadilərdə düyü əkinçiliyinə əsaslanır.
Nezera cathartica
İşlədici kətan (lat. Linum catharticum) — kətan cinsinə aid bitki növü. == Sinonim == Cathartolinum catharticum (L.) Small Cathartolinum pratense Rchb. [Illegitimate] Nezera cathartica (L.) Nieuwl.
Şezeri-Foran
Şezeri-Foran (fr. Chézery-Forens) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Kollonj kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01104. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 400 km cənub-şərqində, Lion şəhərindən 95 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 50 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 434 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 267 nəfər (15–64 yaş arasında) arasında 214 nəfər iqtisadi cəhətdən fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici — 80,1%, 1999-cu ildə bu 77,5%). Fəal 214 sakindən 204 nəfər (112 kişi və 92 qadın), 10 nəfəri işsizdir (6 kişi və 4 qadın).
Cəfəri
Cəfəri — Çətirkimilər fəsiləsinə aid ikiillik bitki cinsi. Cəfəri — Cəfəri məzhəbinin nümayəndəsi.
Cəzari
Əl-Cəzari (1136, Cəzirə – 1206, Türkiyə) — 1136–1206-cı illərdə Diyarbəkirdə (Türkiyə) yaşamış müsəlman astronom, ixtiraçı və mühəndisdir. == Həyatı == Texnika sahəsindəki yaradıcılığı ilə öz dövrünün tanınmış mühəndisi sayılan Əl-Cəzari Şırnakta anadan olmuşdur. Cəzari su nəql edən mexanizmlərin layihələndirilməsi, mürəkkəb konstruksiyalı saatların və bir çox başqa mexanizmlərin hazırlanması ilə məşğul olmuş və bu işlərin nəticələrini 1206-cı ildə yazmış olduğu "Mexaniki sənətin nəzəri və praktiki əsasları" (ərəb. Əl Cəmi Bein Əl-Elm Val-Amal Əl-nafi Fi Sinat) kitabında təsvir etmişdir. Bu kitab XIII əsrdə Avropada bərabəri olmayan, nəzəri və praktiki mexanika haqqında vacib bir texniki əsər sayılırdı. Əl-Cəzarinin kitabında praktiki aspekt çox sahəli olmuşdur, çünki, o yaxşı mühəndis və təcrübəli sənətçi idi. Kitabda müxtəlif qurğuları şəkillərlə izah edərək maşınqayırmanın tarixi üçün dəyərli bir əsər qoymuşdur. Kitabda 50-yə yaxın maşının layihələndirilməsini, hazırlanmasını və yığılmasını təsvir edən texnologiya 6 fəsildə təsvir edilmişdir. Kitabda əsasən iki silindrli nasosların işləmə prinsipi, dişli valların maşınqayırmada tətbiqi, su saatları, deşiklərin dəqiq kalibrlənməsi, tikintidə ağacların laminasiyası, valların statik tarazlanması, kağız modellərin maşınların layihələndirilməsində tətbiqi, bağlı qum qəliblərdə tökmə kimi texnologiyalar tarixdə ilk dəfə olaraq onun tərəfindən izah edilmişdir. Əl-Cəzarinin layihəsi və rəhbərliyi altında hazırlanan bir çox qurğuların tətbiqi ona böyük şöhrət gətirmişdir.