hərəkətinin qarşısına zərbə endirmək, bir kəsin hərəkətinin qarşısına zərbə endirmək

to charge (to blow) head on / Cf. to blow right in the teeth в лоб (навстречу движению ударять и т.п.)
hərəkətə gətirmək
hərəkətsiz halda
OBASTAN VİKİ
Endirmək
Endirmək (ing. Rcd) - informasiya texnologiyaları sahəsində hər hansı internetdə mövcud olan bir sistemdən məlumatın və ya faylın internet yükləməsi vasitəsilə kompyuterə köçürülməsidir.
Hidravlik zərbə
Hidravlik zərbə (Su çəkici)(ing. Water hammer) boru sistemində su sürətinin sürətlə dəyişməsi nəticəsində yaranan təzyiq dalğasıdır. Suyun boruya təsiri ilə bir səs ortaya çıxır və vuruşun adı buradan gəlir. Hidravlik zərbə müxtəlif səbəblərə görə boru kəmərlərində baş verə bilər. Bunlara misal olaraq, nasos motorunun qəfil kəsilməsi, xəttin bağlanması / açılması və nasosun işə salınması kimi qaçılmaz səbəblər var. Su çəkicinin nəticəsi olaraq boru kəmərində dövri olaraq yüksək təzyiq və aşağı təzyiq dəyərləri yaranır. Boru və ya xəttdəki digər elementlər bu təzyiqlər altında zərər görə bilər. Bu səbəblərə görə boru kəmərlərinin dizaynı zamanı su çəkici hesablanmalı və xəttə zərbəni önləmək üçün elementlər quraşdırılmalıdır. == Hidravlik zərbənin hesablanması == Boruda zamandan asılı hərəkət və davamlılıq tənliklərini həll etməklə hesablana bilər. Bu tənliklər iki üsulla həll edilə bilər.
Zərbə (qəzet)
"Gəncənin səsi" qəzeti 1920-ci ildə “Qırmızı Gəncə” adı ilə nəşrə başlayan, sonralar “Zərbə” (1929-1935), “Kirovabad bolşeviki”, “Kirovabad fəhləsi”, “Kirovabad kommunisti” və nəhayət, “Gəncənin səsi” adı ilə fəaliyyət göstər 2011-ci ildən böyük və rəngli formada çıxan qəzet bu gün 2000 tirajla ayda bir dəfə olmaqla çap olunur.
Zərbə dalğası
Şok dalğası və ya zərbə dalğası — fizikada bir mayedəki yerli səs sürətindən daha sürətli hərəkət edən bir dalğa növüd. Adi bir dalğa kimi, bir şok dalğası da enerji daşıyır və bu dalğa bir mühitdə yayılır. Bununla birlikdə,təzyiqdə, temperaturda və mühitin sıxlığında ani, demək olar ki, mütəmadi bir dəyişiklik ilə xarakterizə olunur.Səsdən yüksək sürətdəki flüidlərdə genişlənmə, Prandtl-Meyer genişləndirmə fanı kimi də tanınan bir genişləndirici fan tərəfindən təmin edilir. Zərbə dalğası – Nüvə partlayışının ilk anından sonra havada şar (göbələk) şəkilli işıq sahəsi əmələ gəlir. Əmələ gəlmiş şarın daxilində partlayış məhsullarının istiliyi 10 milyon dərəcəyə, təzyiqi isə bir neçə milyard atmosferə çatır. Bunun nəticəsində şarı əhatə edən hava sərhəddində təzyiqin və temperaturun kəskin fərqi əmələ gəlir. Partlayış məhsulları məhdudlaşmış şarın səthindən sürətlə ətrafa yayılmağa başlayır və nəticədə havada zərbə dalğası yaranır. Zərbə dalğası – partlayış mərkəzindən hər tərəfə səsdən iti sürətlə yayılan bərk sıxılmış hava qatından ibarətdir.Zərbə dalğasının zədələyici təsirini xarakterizə edən əsas parametrlər dalğanın ön həddindəki izafi təzyiq, dalğanın surət təzyiqi və izafi təzyiqin təsir müddətidir. İzafi təzyiq yaranmış maksimal atmosfer təzyiqi ilə zərbə dalğasından əvvəlki normal atmosfer təzyiqinin fərqinə bərabərdir. İzafi təzyiq hər kv.
Zərbə krateri
Zərbə krateri — planetin, peykin və ya Günəş sisteminin başqa bərk obyektinin səthində olan, ondan daha kiçik obyektlə hipersürətlə toqquşması ilə formalaşan təqribən dairəvi çuxurdur.
İkiqat zərbə
İkiqat zərbə (ing. Double Impact) — 1991-ci ildə Şeldon Lettiç tərəfindən çəkilən ABŞ filmidir. Filmdə baş rolu canlandıran Jan-Klod Van Damm, filmin ssenari müəllifi və prodüserlərindən biridir. İkiqat zərbə — Internet Movie Database saytında.
Yol Hərəkətinin Təhlükəsizliyi (1988)
Yol hərəkətinin təhlükəsizliyi (film, 1988)
400 zərbə (film, 1959)
"400 zərbə" (fr. Les Quatre Cent Coups) — Fransa kinorejissoru Fransua Trüffonun 1959-cu ildə çəkdiyi film. Fransız yeni dalğasının ən əsas filmlərindən biri sayılır. Film Beynəlxalq Kann Kinofestivalının "Ən yaxşı rejissor işi" nominasiyasında qalib olmuşdur. == Məzmunu == Gənc Antuan yaşadığı cəmiyyəti qəbul edə bilmədiyindən qaçmaq qərarına gəlir. O sındırır, dağıdır, çəkir, aldadır, yalan danışır, oğurlayır… O sadəcə öz cəmiyyətini qəbul etmir. Bəlkə də onun elə belə böyüməsinə cəmiyyət özü təsir edir. Axı təsadüfi deyil ki, filmin adı 400 zərbədir. Anasını başqa bir kişi ilə görən Antuanın psixologiyası daha da pozulur və Trüffo göstərir ki, uşağın sağlam böyüməsi üçün sağlam mühit, sağlam cəmiyyət və sağlam ailə nə qədər zəruri bir şeydir. Filmdə baş verənlər bəlkə də yetkin bir insana adi görünə bilər.
Ani zərbə (film, 1983)
Ani zərbə (ing. Sudden Impact) filmi rejissor Klint İstvud tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. Məşhur "Çirkin Harri"nin yeni macəralarıdır. Detektiv Harri Kallahan bu dəfə müəmmalı qətl işini araşdırır. Filmdə əsas rolları Klint İstvud, Sondra Lok, Pet Hinql, Bredford Dillman, Pol Dreyk və Odri Ninen ifa edirlər. == Məzmun == Detektiv Harri Kallahan müəmmalı qətl işini araşdırır. Onun bu araşdırması San-Fransisko merinin ürəyincə deyil. Harri qətlin qurbanlarından birinin izilə San-Paulo şəhərinə gəlir. O, burada seriyalı qatil Cennifer Spenserin izinə düşür. Bu qadın onu və kiçik bacısını vaxtilə zorlayan kişiləri öldürür.
Cüt zərbə (film, 1992)
Cüt zərbə — 1992-ci ildə Çak Norrisin iştirakı ilə çəkilən ABŞ filmidir. İstehsalçı qurum Triumph Films şirkətidir. == Məzmun == Barri atası ilə Texasda yaşayır. Onun məktəbdə dostları yoxdur və hamı onu ələ salır. Barri isə əslində öz aləmində fanatı olan Çak Norris ilə birgə döyüşür. Fantaziyalarında Barri Çak Norrisin düşmənləri ilə vuruşur. Bu düşmənlər isə bəzən onu ələ salan adamların sifətinə dönür. Cənab Li ona kunq fu öyrətmək üçün yanına tələbə olaraq götürür.
Zərbə (Pilotsuz uçuş aparatı)
İti qovan — Azərbaycanda istehsal olunan pilotsuz uçuş aparatı. Köhnə adı "Zərbə". Məmulatların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Daha sonra xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılır. Qurğuda xüsusi izləmə mini optik kamerası yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim-tədris kursu keçmiş milli kadrlar məşğul olurlar. Xüsusi test yoxlamalarından sonra pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin istifadəsinə verilir. "Zərbə" PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir.
Üçqat zərbə (film, 1992)
Üçqat zərbə (ing. Triple Impact) — 1992-ci ildə ABŞ aktyoru Deyl Kukun iştirakı ilə çəkilən döyüş filmidir. Deyv və Ceyms peşəkar qaydasız döyüş ustalarıdır. Onlar itmiş qızılların axtarışındadırlar. Onlar əvvəlcə Banqkoka, sonra Amerikaya səyahət edirlər. Lakin onların səyahət zamanı düşmənləri gündən-günə artmağa başlayır... Üçqat zərbə — Internet Movie Database saytında.
İkili zərbə (film, 1991)
İkiqat zərbə (ing. Double Impact) — 1991-ci ildə Şeldon Lettiç tərəfindən çəkilən ABŞ filmidir. Filmdə baş rolu canlandıran Jan-Klod Van Damm, filmin ssenari müəllifi və prodüserlərindən biridir. İkiqat zərbə — Internet Movie Database saytında.
İkiqat zərbə (film, 1991)
İkiqat zərbə (ing. Double Impact) — 1991-ci ildə Şeldon Lettiç tərəfindən çəkilən ABŞ filmidir. Filmdə baş rolu canlandıran Jan-Klod Van Damm, filmin ssenari müəllifi və prodüserlərindən biridir. İkiqat zərbə — Internet Movie Database saytında.
123 saylı zərbə-həmlə alayı
123 saylı zərbə-həmlə alayı — Qarabağ müharibəsi vaxtı mövcud olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahı tabeçiliyində zərbə həmlə alayı. Surətin dəstəsi və yaxud Surət Hüseynov dəstəsi adı ilə tanınıb. == Yaranması == == Döyüş yolu == == Batalyonları == Birinci batalyon — Yevlaxın Qaramanlı kənd Əfqanıstan müharibəsi veteranlarının rotası əsasında qurulub. Batalyon komandiri Xosrov Əhmədov, daha sonra isə "Azərbaycan Bayrağı" ordenli Dostəli Hacıyev olub. İkinci batalyon — Borsunluda yerləşmiş İkinci batalyon Azərbaycan Xalq Cəbhəsinin Yevlax rayon şöbəsinin üzvlərindən təşkil olunub. Komandirləri Kobra Murad ləqəbli Murad Qurbanov və Komandir ləqəbli Nağıyev Yusif olub. Üçüncü batalyon — Bakı, Xaçmaz, Quba, Neftçala, Salyan, Balakən və digər rayonlardan gəlmiş, yüksək döyüş hazırlıqlı könüllülərin əsasında yaradılmış batalyonun komandiri kadr zabit kapitan Hümbət Əliyev olub. Dördüncü batalyon — "Gəncə batalyonu" adı ilə tanınan Dördüncü batalyon Azərbaycan Xalq Cəbhəsinin Gəncə şöbəsinin üzvlərindən təşkil olunub. Batalyon komandiri Mehman Ələkbərov olub. Tank batalyonu — OMON-un çevik zirehli dəstəsinin ekipajları əsasında qurulmuş batalyonun ilk komandiri Nazim Bayramov, daha sonra isə Altay Bayramov olub.
Arxadan vurulan zərbə (film, 1977)
Arxadan vurulan zərbə filmi rejissor Arif Babayev tərəfindən 1977-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar. Filmə SSRİ-də 17 milyon adam baxıb. Əsas rolları Şahmar Ələkbərov, Adil İsgəndərov, Yusif Vəliyev, Hamlet Xanızadə, Amaliya Pənahova, Akif Əli və Rasim Balayev ifa edirlər. == Məzmun == Film Əhməd Qəmərlinin (Həsən Məmmədov) müəmmalı şəraitdə qətlə yetirilməsi haqqındadır. Respublika cinayət axtarışı müstəntiqi Gündüz Kərimbəyli (Şahmar Ələkbərov) cinayətkarı tapmaq üçün uzun axtarışlar aparmalı olur. Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar. == Film haqqında == Film SSRİ Dövlət Təhlükəsizliyi orqanlarının 60 illiyinə həsr olunub. Film ali kateqoriyaya layiq görülüb.
Kəsin (Vərziqan)
Kəsin (fars. كاسين‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,917 nəfər yaşayır (430 ailə).
Polis əhvalatı 4: İlk zərbə (film, 1996)
İlk zərbə (çin. 警察故事4之簡單任務 ing. Police Story:First Strike) — filmin rejissoru və ssenaristi Stenli Tonqdur. Filmdə baş rolu Ceki Çan İfa edir. Film ilk dəfə 10 fevral 1996-cı ildə Honq Konqda nümayiş olunub. Kevi Çan (Ceki Çan) CIA ilə işləyərkən, nüvə silahının qaçaqmalçılığını araşdırmaq ona tapşırıldı. Nataşa adlı bir qadını Ukraynaya, daha doğrusu Krıma kimi təqib edir. Qadının vacib məlumatları gizlətdiyini biləndə möhkəmləndirilməsini xahiş edir və Nataşa sonradan həbs olunur.Bununla birlikdə Nataşanın yoldaşı, CIA ilə əlaqəli bir nüvə alimi olan Cekson Tsui olduğu ortaya çıxdı, bir nüvə başlığı oğurlamaqda şübhəli bilinir. Kaxi Tsui-ni təqib edir və Tsui tərəfindən qoyulmuş tələyə düşdüyü yerdə məhdud ərazidə olur. CIA agentləri Ukrayna hakimiyyəti ilə döyüşə qoşulur...
Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. == Riyaziyyatda == Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. == İnam və etiqadlarda == Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
Bir kəmər, bir yol
Kəmər və Yol Təşəbbüsü (abr. KYT; ing. Belt and Road Initiative; abr. BRI və ya B&R), əvvəlki adı ilə Bir kəmər, bir yol (çin. 一带一路; ing. One Belt One Road; abr. OBOR) — Çin hökumətinin 2013-cü ildə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədilə qəbul etdiyi qlobal infrastruktur inkişaf strategiyası. Bu, Çin Kommunist Partiyasının (ÇKP) baş katibi və Çinin rəhbəri Si Tszinpinin xarici siyasətinin mərkəzi hissəsidir. O, təşəbbüsü ilk olaraq 2013-cü ilin sentyabrında Qazaxıstana rəsmi səfəri zamanı strategiyanı "İpək Yolu İqtisadi Kəməri" adı ilə elan etmişdir. "Kəmər" sözü "İpək Yolu İqtisadi Kəməri"nin qısaltmasıdır.
Medison Bir
Medison Bir (ing. Madison Beer; 5 mart 1999, Ceriko, Nyu-York ştatı, ABŞ) — amerikalı müğənni və bəstəkar. == Həyatı == Madison Elle Beer 5 mart 1999-cu ildə Nyu-York ştatının Yeriko şəhərində yəhudi ailədə dünyaya gəldi. Atası Robert Beer əmlakçı, anası Tresi isə memar idi. 4 yaşında modellik yarışmasında qələbə qazanan Beer Child Magazine-nin baş səhifəsində yer aldı. Rider adlı kiçik qardaşı var. == Kariyerası == Musiqi karyerası 13 yaşında Castin Biberin vasitəsiylə başladı. Sonra Island Records ilə müqavilə imzaladı. 2017 avqust ayında ilk albomu As She Pleases-i yayımladı. Beer 2020-ci ildə Epic Records ilə razılaşıb 2021 fevralda ikinci albomu Life Support-u yayımladı.
On bir
On bir — say sistemində ədədlərdən biridir. Ondan sonra, on ikidən əvvəl gəlir. On bir ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir. Natriumun atom rəqəmi.
Otuz bir
Otuz bir — say sistemində ədədlərdən biridir. Otuzdan sonra, otuz ikidən əvvəl gəlir. Otuz bir ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Qırx bir
Qırx bir — say sistemində ədədlərdən biridir. Qırxdan sonra, qırx ikidən əvvəl gəlir. Qırx bir ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.