HƏVƏSLƏ

1. HƏVƏSLƏ (müxtəlif mənalar) Axı Əzizə nə vaxtdan bəri ərinin elmi ad almasını elə həvəslə və intizarla gözləyirdi ki.. (H.Abbaszadə); AĞIZDOLUSU Səhəri gün bütün qəzetlər gənc müğənninin bu debütünü ağızdolusu tərifləyirdi (X.Hasilova); MƏMNUNİYYƏTLƏ [Fərəc Nazlıya:] Adı bu, famili bu, bir xeyli təriflədim, dedi məmnuniyyətlə tanış olaram (Anar).

2. HƏVƏSLƏ Hamı hətta ayaq üstə duranlar da qalxıb axıra kimi onlara həvəslə tamaşa elədilər (H.Abbaszadə); SEVƏ-SEVƏ O, şeirləri masanın qutusunda sevə-sevə saxlayırdı (A.Şaiq); ŞÖVQLƏ Gərək canan yolunda keçsin aşiq şövqlə candan (Ə.Vahid).

3. HƏVƏSLƏ, SEVİNCƏK, SEVİNƏ-SEVİNƏ

HƏVƏSKAR
HƏVƏSLƏNDİRMƏK

Значение слова в других словарях