VƏli Ələkbərov
Vəli Zeynalabdin oglu Ələkbərov (iyul 1922, Sabunçu, İrəvan qəzası – 17 mart 2016, Şirvan) — İctimai-siyasi xadim, tarixçi, pedaqoq. Xalq Deputatlar Sovetinin deputatı, Əli-Bayramlı Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri, Əli-Bayramlı Xalq Maarif şöbəsinin müdri.
Vəli Ələkbərov 1922-ci ilin iyul ayında tarixi Qərbi Azərbaycanda Qəmərli Rayonun Sabunçu kəndində kolxozçu ailəsində anadan olub. 1937-ci ildə Zəngibasar rayonunun Uluxanlı kəndində vaxtı ilə Cəlil Məmmədquluzadənin dərs dediyi məktəbi bitirib,30–cu illərdən başlayaraq Uluxanlıda ali təhsilli ziyalılar yetişməyə başladı.Həmin ili İrəvan Kənd Təsərufatı Texnikumuna daxil olub, 1941-ci ildə texnikumu müvəffəqiyətlə bitirib 1941-ci il 1 sentyabrdan 1941-ci il 23 noyabra kimi Sabunçu kəndində müəllim işləyib, həmin ili Sovet ordusunun sıralarına daxil olub, Qafqazın müdafiəsində fəal iştirak edib, 1944-cü ilin 17 avqustuna qədər zabit kimi savaşda iştirak etmiş və Ukraynada gedən döyuşlər zamanı aldığı güllə yarasına görə ordudan tərxis olunmuşdur. Vətənə qayıtdıqdan sonra atasını görə bilmir, 1943-cü ilin 13 aprelində Zeynalabdin Krosnadar diyarınin Abdinski rayonunnun düşməndən təmizlənməsində gedən ağır döyüşdə həlak olur və həmin rayonun Miqemski qəbiristanlıgında dəfn olunur. Əsas faktlardan biri odur ki, ata və oğul eyni vaxtda 589-cu polkun tərkibində vuruşsalar da, bir-birlərindən xəbərsiz olublar. Vəli Ələkbərov 1944-cü ildən 1950-ci ilədək yenidən Sabunçu məktəbində müəllim sonra isə məktəb direktoru işləməyə başlamış, eyni zamanda Naxçıvanda iki illik Pedaqoji Müəllimlər İnstitutunda qiyabi olaraq təhsil almışdır.
25 may 1950-ci ildə torpaqlarından deportasiya olunaraq Əli Bayramlı rayonu Dadaşbəyli kəndinə məskunlaşmış, həmin ildən əmək fəaliyyətinə başlamışdır. 17 mart 2016-cı ildə 94 yaşında dunyasın dəyişmişdir.
1 dekabr 1950-ci ildən 30 yanvar 1962-ci ilə kimi Əli Bayramlı rayon partiya komitəsinin təbliğatçisi, təbligat-təşviqat şöbəsinin müdir müavini və mudiri, partiya kabinetinin mudiri fəaliyyətlərində çalışmışdır.1952–1953-cü illərdə Azərbaycan KP MK yanında iki illik Respublika partiya nəzdində partiya-sovet işcilərini hazırlayan 9 aylıq kursu bitirdikdən sonra 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.