hal diaqramı

ру диаграмма состояний en state diagram de Zustandsdiagramm fr diagramme d'état es diagrama de estado it diagramma di stato
güzgülər arası məsafə
haloid karbohidrogen
OBASTAN VİKİ
Suyun hal diaqramı
Kükürd tipli maddələr təbiətdə ən çox yayılmış maddələrdir. Lakin bir sıra maddələr də vardır ki, kükürd tipli maddələrdən fərqli olaraq, maye fazadan kristallaşdırdıqda həcmləri artır. Bu halı daha aydın təsəvvür etmək üçün H2O-un hal diaqramını nəzərdən keçirmək olar. Bu diaqramda absis oxu üzərində temperatur, ordinant oxu üzərində isə təzyiq verilmişdir. Diaqramda hər bir fazaya müəyyən sahə uyğun gəlir ki, bunlardan da hər biri digərinin verilən iki fazanın tarazlığını xarakterizə edən əyrilərlə ayrılır. Bu əyrilər üç fazanın tarazlıqda olduğu üçlü nöqtədə birləşir. Bu əyrilər göstərir ki, su və buxarın tarazlıqda olduğu hər bir temperatura müəyyən buxar təzyiqi və ya hər bir buxar təzyiqinə müəyyən temperatur müvafiq gəlir. Belə ki, 100oC temperaturda suyun buxar təzyiqi yalnız 760mm civə sütununa bərabər olduğu halda hər iki faza arasında tarazlıq yaranır. Həmin temperaturda buxar təzyiqinin dəyişməsi fazalardan birinin itməsinə, yəni bir fazalı sistem alınmasına gətirib çıxarır. Suyun kristallaşması Le-Şatelye prinsipinə əsasən buzun əriməsinə və suyun kristallaşma temperaturunun aşağı düşməsinə səbəb olur.
Dəmir-karbon hal diaqramı
Dəmir-karbon hal diaqramı — dəmir tərkibli ərintilərdə faza çevrilmələri ilə müəyən olunan halın qrafiki təsviridir (şəkil). Texniki baxımdan dəmir-karbon kimyəvi birləşməsinin stabil halı olan sementit böyük əhəmiyyət kəsb edir. Diaqramda göstərilmiş A nöqtəsi saf dəmirin böhran nöqtəsidir. Ərinti halında olan dəmir soyuduqda bu nöqtə kristallaşma, qızdırdıqda isə ərimə temperaturunu göstərir (1539 °C). D sementitin aqreqat halını göstərən nöqtədir. ABCD xəttindən yuxarıda maye bir fazalı maye halındadır. Bu xəttə likvidius xətti deyilir. Maye soyuduqda bu xətt üzrə karbonun miqdarndan asılı olaraq kristallar yaranmağa başlayır. AB xətti üzrə Fe bərk məhlulun kristalları alınır. BC xətti boyunca maye ərintidən austenit, CD üzrə isə birinci sementit ayrılır.
HAL
Hindustan Aeronautics Limited, Hindistan mərkəzli bir aviasiya və müdafiə şirkətidir. Şirkət 23 dekabr 1940-cı ildə Hindustan Aircraft olaraq yaradılmış və 1 oktyabr 1964-cü ildə indiki adını almışdır. Şirkətin mərkəzi ofisi Bangaloreda yerləşir. HAL bir dövlət təşkilatıdır və əsasən aviasiya sənayesi fəaliyyətləri ilə məşğul olur. Bu gün təyyarələrin, reaktiv mühərriklərin, helikopterlərin və onların ehtiyat hissələrinin dizaynı, istehsalı və montajında ​​iştirak edir.
Faza diaqramı
Faza diaqramı (vəziyyət diaqramı) — diaqramda nəzərdən keçirilən nöqtənin koordinatlarına cavab verən şəraitdə sonsuz fiziki-kimyəvi sistemin tarazlıq vəziyyətinin qrafik görünüşüdür (fiqurativ nöqtə). Faza diaqramlarının qurulması üçün adi koordinatlar, termodinamik parametrlər-temperatur, təzyiq və sistemin tərkibidir (mol və ya çəki faizi ilə). Ümumi hallarda koordinatların sayı sistemin komponentlərinin sayını bir vahid üstələyir (birkomponentli sistemin diaqramı ikiölçülü, ikikomponentlininki üçölçülüdür və s.) Kondensasiya olunmuş (qatılaşdırılmış) sistemlərdə təzyiq hesabına faza tarazlığının dəyişikliyi bir çox hallarda nəzərə alınmadığına görə, bu hallarda diaqram ölçülərinin sayı komponentlərin sayına bərabərdir (kondensasiya olunmuş ikikomponentli sistemin diaqramı ikiölçülü, üçkomponentlininki isə üçölçülüdür və s.). Kompleks faza diaqramları çap nəşrlərində kəsik və ya proyeksiya şəklində əks olunur. Faza qaydalarına uyğun olaraq, ikiölçülü diaqramda birfazalı hissə sahə ilə, ikifazalı hissə-xəttlə (r-T diaqramlarda) yaxud konod paralel xətlər toplusu ilə, hansılar üçün ki, bərabər fazaların tərkibi müəyyənləşdirilmişdir (tərkibin iştirakı ilə olan diaqramlarda), üçfazalı hissə nöqtə ilə (r-T diaqramlarda) və ya üfüqi (T-x yaxud r-x diaqramlarda) təsvir olunur. Birkomponentli sistemlərin diaqramı/ Birkomponentli sistemlərin faza diaqramlarında, faza qaydalarına əsasən, sahələr birfazalı vəziyyətə, onları ayıran xətlər ikifazalı, xətlərin kəsişdiyi nöqtələr üçfazalı vəziyyətə uyğundur (bu nöqtələr üçqat nöqtələr adlanır). İkifazalı xətlər bir qayda olaraq, ya iki üçqat nöqtəni, ya da üçqat nöqtəni sıfır təzyiqə cavab verən ordinat oxu ilə birləşdirir. Bu zaman kritik nöqtədə başa çatan maye-qaz xətti istisna təşkil edir. Kritik nöqtədən yüksək temperaturlarda maye ilə buxar arasında fərq itir. İkili sistemlərin diaqramları Bərk vəziyyətdə sərhədsiz həllolma Evtektik və evtektoid dəyişikliklər Kimyəvi birləşmələr yaradan ərintilər Politermik kəsimlər Dinamik: Differensial termik analiz və Vizual termik analiz Statik: Rentgen fazalı analiz və Lokal rentgen spektral analiz CALPHAD metodu Q. F. Voroninin qabarıq səthlər metodu Аносов В. Я., Погодин С. А. Основные начала физико-химического анализа.
Feynman diaqramı
Feynman diaqramı — kvant mexanikasında hissəciklər arasındakı qarşılıqlı münasibətləri qrafik təsvir etmə metodudur. Bu metod onu yaratmış nəzəriyyəçi fizik Riçard Feynmanın adını daşıyır. Riçard Feynman fizikanın sahələrindən olan Kvant Elektrodinamikasının qanunlarını və proseslərini diaqramlarla ifadə etmək metodunu 1940-cı illərin sonunda təklif etdi. Elektromaqnetizm eyni yüklü obyektlərin bir birini itələməsinə və fərqli yüklü obyektlərin bir birini cəlb etməsinə səbəb olan fundamental qüvvədir. Bu qüvvənin daşıyıcısı fotondur. Kvant Elektrodinamikası (KED – QED ingiliscə) nəzəriyyəsi elektromaqnetizmi kvant mexanikası səviyyəsində izah edir. Başqa sözlə, KED subatomik hissəciklərin bir birinə foton vasitəsilə təsir etməsi proseslərini və mexanizmini öyrənir. Feynmanın Kvant Elektrodinamikası üçün təklif etdiyi diaqramlar sonrakı illərdə zəif nüvə qüvvəsi və güclü nüvə qüvvəsi üçün də istifadə edilməyə başladı. Feynman diaqramları maddə daşıyıcısı olan hissəciklərin (fermionlar, baryonlar) enerji daşıyıcısı olan hissəciklər (bosonlar) vasitəsilə bir birinə təsirini ifadə edir. Diaqramlar iki ölçülü koordinasiya sistemində təsvir edilirlər.
Qant diaqramı
Qant diaqramı (ing. Gantt chart, rus. Диаграмма Ганта) — Sütunlu diaqramın populyar növü. Əsasən layihələrin planını, işlərin qrafikini təsvir etmək üçün istifadə olunur. Layihələrin planlaşdırılması metodlarından biridir. Layihələrin idarəolunması üzrə həm masaüstü sistemlərdə, həm də veb-proqramlarda istifadə olunur. Diaqramın ilk formatı 1910-cu ildə Henri L.Qant (Henry Gantt, 1861–1919) tərəfindən işlənib hazırlanıb. İş planlaması tələb edən bir çox sektorda istifadə olunduğundan aktuallığını hələ də qorumaqdadır. Qant diaqramı 2 əsas hissədən ibarətdir: görüləcək işlərin adlarının qeyd olunduğu hissə və görüləcək işlərin başlama ilə bitmə zaman aralığı. Zaman aralığı düzbucaqlı formasında təsvir olunur.
Venn diaqramı
Venn diaqramı və ya Eyler-Venn diaqramı — ən fundamental çoxluq göstərilmə sxemlərindəndir. Diaqramda bir neçə mövcud olan kəsişmiş çoxluq göstərilir. Burada, adətən, 3 çoxluq göstərilir. Dairə şəklində göstərilir. Venn sxeminin çəkilməsi çox asandır. Venn sxeminin əsasını ingilis alimi Con Venn (1834—1923) qoymuşdur. Con Venn bu diaqramı 1881-ci ildə Londonda nəşr etdirdiyi "Simvolik məntiq" kitabında göstərmişdi. Venn diaqramı adlandırılarkən böyük hərflərdən istifadə edilir. Ümumiyyətlə, Venn diaqramı əməliyyatlı çoxluqlarda istifadə edilir. Bu çox rast gəlinən bir amildir.
Çiçək diaqramı
Çiçək diaqramı çiçək strukturunun qrafik təsviridir. Çiçək orqanlarının sayını, düzülməsini və birləşməsini göstərir. Çiçəyin müxtəlif hissələri öz simvolları ilə nümayiş olunur. Çiçək diaqramları çiçəkləri tanımaq üçün faydalı olub, çiçəkli bitkilərin təkamülünü başa düşməyə kömək edir. Bu üsuldan XIX əsrin axırlarından etibarən istifadəyə etməyə başlamışdırlar və əsasən August W. Eichlerə ithaf edilirlər.
Adlıq hal
Adlıq hal və ya ismin adlıq halı. Bu halda olan isimlər əşyanın adını bildirir, şəkilçisi olmur, kim? nə? hara? suallarından birinə cavab olur. Bütün lüğətlərdə isimlər adlıq halda (başlanğıc formada) verilir. Məsələn: (dəmir, dəmirçi, dəmirçilik, ev, evcik, daş, dağ, dağlıq, yazı, yazıçı, yazıçılıq və s.) İsimlər adlıq halda cəm və mənsubiyyət şəkilçiləri ilə də işlənə bilir. Məsələn: (bacı (başlanğıc formada); bacılar (cəm şəkilçisi ilə); bacım (mənsubiyyət şəkilçisi ilə); bacılarım (cəm və mənsubiyyət şəkilçisi ilə)) Adlıq hal təsirlik və ya yönlük halına keçə bilər. Məsələn: kitab. Mən dostuma kağız(ı) verdim.(Təsirlik hal).
Amorf hal
Amorf hal (A.h)-(yun. amorphos-formasız) maddənin qeyri-kristal quruluşlu bərk halı olub, xassələrin izotropluğu və ərimə nöqtəsinin olmaması ilə xarakterizə olunur. İzotropluq, yəni onların bütün fiziki xassələri (mexaniki, istilik, elektrik, optik və s. xassələri) təbii şəraitdə kristallarınkından fərqli olaraq, maddə daxilində hər hansı istiqamətdə eynidir (bax. Anizotropluq). Temperaturun yüksəlməsi zamanı amorf maddə yumşalır və maye hala tədricən keçir. Bu xüsusiyyət, atom, molekul, ion və onların qruplarının yüz və min period davamında kristallardaki kimi ciddi periodikliyin A.h.-dakı maddələrdə olmaması ilə əlaqədardır. Eyni zamanda A.h.-da maddələrdə qonşu zərrəciklərin yerləşməsində (n.d. yaxın düzülüş, şək., b) uyğunlaşma mövcuddur. Məsafənin böyüməsilə bu uyğunlaşma kiçilir və qəfəs sabitinin bir neçə mislinə bərabər məsafədə itir (bax.
Fövqəladə hal
Fövqəladə hallar — qəza, təbii fəlakət və digər hallar nəticəsində müəyyən ərazidə yaranmış şərait. Bunun nəticəsində insan təlafatı, onun sağlamlığına və ətraf mühitə zərər böyük maddi ziyan vurulur və insanların normal həyat şəraiti pozula bilir. Fövqəladə hal — ətraf mühitə və insan səhhətinə ziyan vura, maddi və mənəvi itkilərə səbəb ola bilən təhlükəli hadisədir. Fövqəladə hallar təbii və texnogen mənşəli olmaqla iki qrupa bölünür. Təbii mənşəli fövqəladə hallar baş verən fəlakətli təbiət hadisələridir. Bunlar – zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, vulkan püskürməsi, qar uçqunu, sunami, fırtına və s. bu kimi təbii fəlakətlərdir. Texnogen mənşəli fövqəladə hallar isə insan fəaliyyəti nəticəsində baş verən hadisələrdir. Bunlardan — yanğın, partlayış, nəqliyyat qəzaları, kimyəvi qəzalar, radioaktiv qəzalar, tikililərin uçması, dəm qazı təhlükəsi, kommunal təsərrüfatda qəzalar və s. göstərə bilərik.
HAL Dhruv
HAL Dhruv ― HAL tərəfindən istehsal edilmiş Hindistan mənşəli çoxməqsədli hücum helikopteridir. İlk uçuşunu 20 avqust 1992-ci ildə reallaşdırıb və 2002-ci ilin mart ayından xidmətə qəbul edilmişdir. Dhruv sözü Sanskrit dilindən tərcümədə sarsılmaz, möhkəm deməkdir. Vahidinin qiyməti 6.2 milyon ABŞ dolları dəyərindədir.
HAL Tejas
HAL Tejas (Sanskritcə: तेजस) Hindustan Aeronautics Limited şirkəti tərəfindən Hindistan Hərbi Hava Qüvvələrini təmin etmək məqsədilə hazırlanmış çoxməqsədli qırıcıdır. Təyyarə artıq köhnəlmiş MiQ-21 qırıcılarının yerini alması məqsədilə hazırlanmışdır. İlk uçuşunu 2001-ci ildə həyata keçirmiş və 2015-ci ildə Hindistan HHQ-də silahlanmaya qəbul olunmuşdur. Təyyarə, həmçinin birləşmiş formada olan delta qanad dizaynına sahibdir.
Hal (Qubadlı)
Hal — Azərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Hal kəndi dağlıq ərazidədir. Ədəbiyyatlarda Kol, Gal, Gəl, Xal, Qal variantlarında da qeydə alınmışdır. Hal kəndi Bazarçayın sahilində, rayon mərkəzindən 11 kilometr cənub-şərqdə yerləşir. Kənd əhalisi tütünçülük, baramaçılıq, heyvandarlıq, taxılçılıqla məşğul olur. Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı.
Hal dili
Hal dili - türk xalq inancında və xalq mədəniyyətində tərs dil. Al dili olaraq da bilinər. Tərsinə bir dildir. İnanca görə "digər dünya" canlılarının yaşayışları, görünüşləri və dilləri bu dünyanın tam tərsidir. "Get" demək üçün "Gel" demək lazımdır və ya bəzən də sözün ya da cümlənin tərsdən oxunması lazımdır. Quş dili anlayışı ilə də əlaqəlidir. Türk mədəniyyətində digər dünya bu dünyanın tərsidir. Yer altı aləmi bu aləm ilə uyumsuzuk halındadır. Ərəbcə "Hal" (vəziyyət) sözüylə səsləşməsi səbəbiylə "bədən dili", "ruh halı" kimi anlayışları da ehtiva etməyə başlamışdır. Bu məzmunda düşüncələrini duruşu, davranışları sesizce (səsli dil olmadan) izah etmə deməkdir.
Tərcümeyi-hal
Bioqrafiya və ya tərcümeyi-hal — bir şəxsin doğum tarixi, atasının, anasının kimliyi, aldığı təhsili, ümumi həyatının mənbələri haqqında konkret məlumatlardan ibarət olan adətən qısa mətn.
Tərcümeyi hal
Bioqrafiya və ya tərcümeyi-hal — bir şəxsin doğum tarixi, atasının, anasının kimliyi, aldığı təhsili, ümumi həyatının mənbələri haqqında konkret məlumatlardan ibarət olan adətən qısa mətn.
Təsirlik hal
Təsirlik hal:Hərəkətin təsir obyektini, yəni üzərində iş icra olunan əşyanı bildirir. İsmin təsirlik halı da yiyəlik hal kimi iki növə bölünür : müəyyənlik bildirən təsirlik hal qeyri-müəyyənlik bildirən təsirlik hal Bu sözlərin sionu l,m,n,r lə bitir Bu sözlərin ikinci hecasında ı,i,u,ü llmalıdır.Bəzi istisnalar var:ovuc,sinif,eyib. Bu sözlər bu qaydaya uymur.Həmin sözlər iki yerə bölünür.Milli və alınma Müəyyənlik bildirən təsirlik hal kimi? nəyi? (bəzən də haranı?) suallarından birinə cavab verir.Bu növ təsirlik halda işlənən isimlər -ı⁴ (-nı⁴) şəkilçilərini qəbul edir. Məsələn: Tural-ı (Sona-nı) çağır -kimi?. Qələm-i (düymə-ni) götürdüm - nəyi? və s. Qeyri-müəyyənlik bildirən təsirlik hal isə şəkilçisiz işlənir və nə? sualına cavab olur.
Vəsfi-hal
Vəsfi-hal — fala baxdırma, bəxti, taleyi müəyyənləşdirmə ilə bağlı oxunan mərasim. Dilək tasının içinə müxtəlif əşyalar (üzük, sırğa, sancaq, oymaq) atılıb üstü bağlanır və mərasim nəğməsi oxunduqdan sonra onlardan biri gizli şəkildə seçilir. Nəğmə əşyanın sahibinin taleyi ilə bağlı olur. Göydə ulduz olaydım, Xoşbəxt bir qız olaydım. Yar qapını döyəndə Evdə yalqız olaydım. Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb. Novruz bayramı ensiklopediyası, Bakı, 2008 , "Şərq Qərb", 208 səh.
Yerlik hal
Yerlik hal və ya ismin yerlik halı. Əşya və ya hərəkətin yerini bildirir. İsmin yerlik halı kimdə? nədə? harada? suallarından birinə cavab verir və -da, -də şəkilçiləri ilə düzəlir. Məsələn: Günayda, Ayseldə (kimdə?), kitabda, dəftərdə (nədə?), bağda, həyətdə (harada?) şvə s. Kimdə? nədə? sualına cavab verən isim cümlədə vasitəli tamamlıq, harada?
Yiyəlik hal
Yiyəlik hal — İsmin 6 halından biri. İsimlərin özündən sonra gələn sözlərlə əlaqəyə girərək əşyalar, şəxslər arasında aidlik, mənsubluq mənası gətirir. Yiyəlik halda işlənən isim cümlədə özündən sonrakı başqa bir isimdən daha doğrusu, mənsubiyyət şəkilçili isimdən asılı olur. Məs: ağac-ın (yiyəlik hal) yarpağ-ı (mənsubiyyət şəkilçili isim), qapının ağzı, yolun kənarı, Adilin kitabı, sənin dəftərin, bizim evimiz və s.Yiyəlik hal bi çox dildə olur məs:ingilis və ərəb və rus, alman Mənsubiyuət şəkilçisi həmişə ikinci tərəfdə olur və özündən əvvəl yiyəlik hal istəyir.Məsələn:Mənim Kitabım, Sənin evin Yiyəlik halının 2 forması var: Müəyyənlik bildirən yiyəlik hal. Bu halda isimlər –ın, in, un, ün (-nın,nin,nun,nün) şəkilçisini qəbul edir və kimin? nəyin? haranın? suallarından birinə cavab verir. Məs: Məmmədin (kimin?), dəftərin (nəyin?), Bakının (haranın?) Qeyri-müəyyənlik bildirən yiyəlik hal. Bu halda olan isimlər şəkilçisiz olur və nə?
Yönlük hal
Yönlük hal və ya ismin yönlük halı. İsmin yönlük halı kimə?, nəyə? və ya haraya? suallarından birinə cavab verir. Yönlük hal fellərdən obyektə verilən sualların yuxarıda verilmiş suallardan birinə uyğun olması və ya; Yönlüyün yönlük hal tələb etməsi nəticəsində işlənilir. Yönlük hal da əsasən digər hallar kimi artikl, yiyəlik əvəzliyi, işarə əvəzliyi, sual əvəzliyi və ya digər izləyici sözlərlərin müvafiq olaraq yönlük halda yazılması ilə ifadə edir. Yönlük hal hərəkətin yönümünü, istiqamətini və ya son nöqtəsini bildirir. İsimlər yönlük halda samitlə bitən söz köklərində –a, ə, saitlə bitənlərdə isə –ya, yə («y» bitişdirici samitdir) şəkilçisini qəbul edir, kimə?, niyə?, haraya? Suallarından birinə cavab olur. Məs.
Çıxışlıq hal
İsmin Çıxışlıq Halı: İsmin çıxışlıq halı hərəkətin çıxış, yəni başlanğıc nöqtəsini bildirir. Çıxışlıq hal -dan2 şəkilçisi ilə əmələ gəlir. Kimdən? Nədən? Haradan? suallarından birinə cavab verir. Çıxışlıq halda olan sözlər həm təsirli, həm də təsirsiz fellərlə əlaqəyə girir. Bu halda olan sözlər ismi xəbərlə də əlaqəyə girir. Məsələn : Bizə idarədən məktub var. Çıxışlıq hal mənaca yönlük halın əksini bildirir.
Hal obrazı
Hal — mifoloji obrazdır. Doğum mərasimləri keçirilərkən, adının hallandırılması çox zaman tabu sayılsa da, istər-istəməz ən çox Hal obrazı ilə bağlı ayinlər icra edilir. Bu isə bir mifoloji varlıq olaraq Halın təsəvvürlərdə özünə çox geniş yer alması ilə və doğuş prosesinə əngəl törədə biləcək mövhumi qüvvə olması ilə əlaqədardır. Buna görə də insanlar mifik üsullarla Hala qarşı tədbirlər görməklə bahəm, həm də onun elmi mahiyyətinə enməyə səy göstərirlər. Müxtəlif ölkələrin və xalqların alimləri bu sahədə ciddi araşdırmalar aparmışlar. Lakin buna baxmayaraq, bu yöndə mülahizələr başa çatmamış, istər dini-mifoloji nöqteyi-nəzərdən, istərsə də elmi-nəzəri baxımdan bu məsələ nə qədər çözülməyə çalışılsa da, hələ kifayət qədər öyrənilib qurtarmamışdır. Hal Anasına bəzən "Həmzad" adı da verilir. Bu da doğan arvadların, yenicə dünyaya gətirdikləri uşağın ciyərini çıxarıb aparırmış. Ona görə də bəzən yenicə doğmuş arvad bayıldıqda "onu hal aparmış" deyirlər. Hətta kəndlərdə doğan arvadın bayıldığı zaman "Hal anasını" qaçırmaq üçün evdə tüfəng atarmışlar.
İnsan kəlləsi diaqramı (yandan)
İnsanın kəlləsi (lat. cranium) — 23 sümükdən ibarət olan insan başının sümük karkası. Bura həmçinin üç cüt eşitmə sümüklərini də əlavə etmək olar. Kəllənin əmələgəlməsi iki əmgək və sümük mərhələlərindən keçir. Yeni doğulmuşlarda əmgək mərhələsinin qalıqlarına rast gəlinir. Bundan əlavə kəllə sümükləri qığırdaq mərhələsi də keçmiş olur. Kəllə iki: üz və beyin şöbələrindən ibarətdir. Çənə sümüyündən başqa demək olar ki, bütün kəllə sümükləri bir biriləri ilə fibroz birləşmələr — tikişlər vasitəsilə birləşmiş olurlar. İnsan kəlləsinin üz şöbəsinə bir cüt: əng sümüyü, burun balıqqulağı sümüyü, damaq sümüyü, almacıq sümüyü, burun sümüyü, gözyaşı sümüyü və tək: çənə sümüyü, dilaltı sümüyü, burun arakəsmə sümüyü aiddirlər İnsan kəlləsinin beyin şöbəsinə bir cüt: gicgah sümüyü, təpə sümüyü və tək: ənsə sümüyü, əsas sümük, alın sümüyü, xəlbir sümüyü aiddirlər.